Press "Enter" to skip to content

Ermnic azrbaycanca lüğt baqramyan

1942-ci ilin 26 iyununda isə Stalin Cənub-Qərb cəbhəsinin hərbi şurasına məktub yollayaraq, Baqramyanı səriştəsizlikdə günahlandırıb və Cənub-qərb cəbhənin qərargah rəisi vəzifəsindən azad edib.

Paşinyan erməniləri sosial şəbəkələrdə necə aldatdı: “WarGonzo”, Alen Ghulyan, Baqramyan.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ermənistanın siyasi hakimiyyəti müharibə dövründə itkilərinin həddindən artıq az olması barədə yalan məlumatlar yaymaqla xalqa özlərini döyüş meydanında üstün kimi göstərirdi. Hakimiyyətin əlaltıları erməni ictimaiyyətini aldatmaq, onları Paşinyan və digərlərinin yalanlarına inandırmaq üçün bütün üsullardan istifadə etdilər. Hətta onlar sosial şəbəkələr vasitəsilə saxta kadrlar paylaşaraq Ermənistanın “qalib” gəldiyini bəyan edirdilər. Erməni əhalisinə xüsusi yalanlar danışmaq üçün hazırlanan bir qrup hətta itirdikləri ərazilər barədə yayılan məlumatları təkzib edirdilər. Məsələn, Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti nəticəsində Zəngilan şəhəri işğaldan azad ediləndən sonra bir neçə gün bu şəxslər yalan məlumatlarla Zəngilanın işğaldan azad olunmadığını bəyan edərək özlərini rüsvay etdi. Sosial şəbəkədə aktivliyi ilə seçilən Alen Ghulyan, Baqramyan və digər ermənilər həmin ərəfədə ard-arda saxta videolar paylaşaraq Zəngilan rayonunun ermənilərin nəzarətində olduğunu bəyan edirdilər. Amma bir neçə gündən sonra Azərbaycan Ordusunun ortaya qoyduğu fakt bu paşinyanvari sərsəmlərin yalanlarını üzə çıxardı. Zəngilanın işğaldan azad edildiyini isə həmin “aktivistlər” belə etiraf etdilər: “Bir Zəngilan şəhərinə görə bu qədər döyüş lazım idimi Azərbaycana?” Əlləri hər şeydən üzülən biçarələr sonda məcburiyyətdən etirafı bu cür edirdilər.

Erməniləri yalanlara inandırmaq üçün tapılmış “WarGonzo”

Zəngilandan sonra digər şəhərlərimiz də işğaldan azad ediləndə bu faşistsifət ermənilər utanmadan yenə erməni cəmiyyətinə yalan danışdılar. Amma Azərbaycan Ordusu bu dəfə də onları faktla susdurdu. Ermənistan hakimiyyətinin ən ağır zərbəsi isə Şuşa şəhəri və Hadrud qəsəbəsi işğaldan azad ediləndə oldu. Azərbaycanın tarix yazan qəhrəman əsgərləri Hadrut qəsəbəsindən sonra Şuşa şəhərini əlbəyaxa döyüşlərlə işğaldan azad etdi. Bu, Ermənistana tarixində olmayacaq bir zərbə idi. Qarabağın göz-bəbəyi olan Şuşanın işğaldan azad edilməsi Ermənistan ordusunun və siyasi hakimiyyətinin bel sütununu qırdı. Bu dəfə də Alen Ghulyan, Baqramyan və mənşəyi məlum olmayan, ermənilər tərəfindən muzdlu kimi tutularaq döyüş bölgəsinə göndərilən, xüsusi qayğı ilə saxlanılan və “jurnalist” adlandırılan “WarGonzo” əməkdaşı Şuşanın guya ermənilərdə olması barədə ciddi cəhdlə “səy” göstərsə də, alınmadı. Şuşa şəhərinin işğaldan azad edildiyini həzm edə bilməyən Ermənistan hakimiyyəti həmin “WarGonzo” əməkdaşını təlimatlandıraraq erməni xalqını aldatmaq üçün ona xüsusi tapşırıqlar verdi. O da aldığı tapşırıq və təlimata görə, Yerevanda hansısa ərazinin qala divarları qarşısında sujet hazırlayaraq guya Şuşanın ermənilərin nəzarətində olduğunu iddia etdi. Hadisədən dərhal sonra isə Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edildiyini bəyan etdi. Bu, artıq Ermənistanın bel sütununun tam əzilməsi demək idi. Elə bununla da Ermənistan Azərbaycan Ordusu qarşısında diz çökdü.

Paşinyan və Arutyunyanın yalanlarının sonu, cəmiyyətin qırğını

Hadisədən bir gün sonra Ermənistanda çaxnaşma başladı, Paşinyana və onun komandasına istefalar tələb olundu. Özünü qondarma rejimin “prezidenti” adlandıran Arayik Arutyunyan və onun əlaltıları müharibə dövründə xalqa yalan danışdıqlarını açıq etiraf etdilər. İlk etiraf isə Paşinyandan gəldi. O xalqa müraciətində boynuna aldı ki, Azərbaycan Ordusu qarşısında tab gətirə bilmədikləri üçün geri çəkilmək məcburiyyətində qaldılar. Paşinyan etiraf etdi ki, Azərbaycan Ordusu ilk gündən güclü olub, Ermənistan silahlı birləşmələrinə qan uddurub, lakin o xalqa ruhdan düşməmək üçün yalanlar danışıb.

İkinci etiraf isə dərhal Arayik Arutyunyandan gəldi. Qondarma adam etiraf etdi ki, müharibənin son günlərinə qədər yalan danışıb, erməni cəmiyyətini aldadıb: “Müharibənin son iki günü status yazmadım. Həmin vaxta qədər hər gün ard-arda bir neçə status yazaraq Ermənistan ordusunun döyüşlərdə üstün olduğu barədə yalan məlumatlar yayırdım. Amma son iki gündə vəziyyətin ciddiliyini, ictimaiyyətin artıq bu yalanlara inanmadığın anladım, ondan sonra status yazmadım”.

Fakt göz qabağındadır. Erməni siyasətçiləri özləri 44 günlük müharibədə xalqa yalan məlumatlar verdiklərini, xalqı aldatdıqlarını açıq etiraf edirlər. Etiraf edirlər ki, onlar ermənilərə yalan danışaraq hakimiyyətdə qalmaq uğrunda mübarizə aparıb, nəticədə isə erməni hərbçilərini bilrəkdən qırğına veriblər.

Milli.Az

Baqramyan 500 min sovet əsgərini necə məhv etdi – ŞOK

Müasir Ermənistan nasistlərlə əlbir olmuş Njde və Dro ilə yanaşı, sovet əsgəri İvan Baqramyanın da ünvanına alqış yağdırır. Sovet tarixşünasları Baqramyanın bioqrafiyasının bir sıra xoş olmayan faktlarını gizlədib.

Publika.az Kult.az-a istinadən xəbər verir ki, Orlovsk Dövlət Universitetinin 2011-ci ildə dərc edilən “Marşal İ.X.Baqramyanın karyerasının saxtalıqları” adlı araşdırmasında onun bioqrafiyasının bir çox detalları nəzərdən keçirilir. Orada Rusiya imperiyasının süqutundan sonra daşnak ordusunda xidmət göstərən Baqramyanın bolşeviklərin Ermənistanı sovet respublikası elan etdiyi 1920-ci ilin noyabrında deyil, daşnak hökumətinin hakimiyyətdən imtina etdiyi 2020-ci ilin dekabr ayında Qızıl ordunun sıralarına qoşulduğu vurğulanır. O, sovetlərə təslim olmağa məcbur idi, çünki əsgərlər belə bolşeviklərin tərəfinə keçmişdi.

“1930-cu illərdə Baqramyanın öldürülməməsinin səbəbi İ.V.Stalinin onu təhlükəli hesab etməməsi ilə əlaqədar idi. Həqiqətən də Baqramyan ideoloq deyil, icraçı olub. O, daim çoxluğa tabe olub və gözə çarpan bir fiqur olmadığına və iki ali hərbi təhsil aldığına görə sağ qala bilib. Stalin Baqramyan haqda hər şeyi bilirdi və onu “qarmaqdan” asılı vəziyyətdə saxlayırdı”, – deyə araşdırmanın müəllifi Lazarev yazır.

1938-ci ildə Baqramyan ordudan qovulub, bir il sonra isə o, tədris proqramına bərpa olunub.

Yazıçı V.T.Şükin Baqramyanın işdən çıxarılan digər bir komandirlə birlikdə Qızıl meydanda K.E.Voroşilovla görüşərək, bəraət almağa çalışmaları haqqında yazıb.

Məqalədən aydın olur ki, Böyük Vətən müharibəsinin ilk aylarında Qızıl ordunun düçar olduğu fəlakətə görə Baqramyanın üzərinə böyük pay düşür. Şimal-qərb cəbhəsinin qərargah rəisinin müavini kimi Baqramyan düşmən ordusunun sovet sərhədlərinə çoxlu sayda qüvvə cəlb etməsi barədə məlumatlı idi. Ancaq o, 1941-ci il iyunun 22-ə keçən gecə ordunun tam şəkildə döyüş vəziyyətinə gətirilməsi barədə xəbərdarlıq etməyib. Beləliklə, 500 mindən çox Qızıl ordu döyüşçüsu və komandiri əsir düşüb, müharibənin ilk 15 günü ərzində Qırmızı orduya aid 5826 tankdan 4381-i itirilib. Mühasirədən çıxmağa çalışarkən general-polkovnik Kirponos, general-mayor Tupikov və s. həlak olub.

Qeyd edək ki, müharibənin gedişatında Baqramyan digər “dahi” strateq Nikita Xruşşovla tanış olub və bu ikili Kiyev və Xarkov uğrunda döyüşlər zamanı Qırmızı ordunun ağır məğlubiyyətini “bölüşüblər”.

Yeri gəlmişkən, 1942-ci ildə Xarkov əməliyyatı zamanı Baqramyan Cənub-qərb cəbhəsinin qərargah rəisi, Nikita Xruşşov isə Hərbi Şuranın üzvü idi. Məhz Xruşşovun “dahi” qərarları sayəsində vermaxt Volqa və Qafqaza hücum planını inkişaf etdirərək Rostov Donunu işğal etmiş, 170 min sovet əsgəri ölmüş, 240 mindən çox insan əsir düşmüş, 80 min nəfər yaralanmış, 5 mindən çox silah və minaatan, 800-ə yaxın tank məhv olmuşdu. Beləliklə, almanlar yenidən Moskva və Qafqaza yol açmışdı.

1942-ci ilin 26 iyununda isə Stalin Cənub-Qərb cəbhəsinin hərbi şurasına məktub yollayaraq, Baqramyanı səriştəsizlikdə günahlandırıb və Cənub-qərb cəbhənin qərargah rəisi vəzifəsindən azad edib.

“Üç həftə ərzində Cənub-qərb cəbhəsi Xarkov əməliyyatında məğlub olmaqla yanaşı, düşmənə 18-20 diviziyanı təslim etdi. Bütün baş verənlərdən sonra Baqramyan dərs çıxara bilərdi, amma mən onda bu istəyi görmədim”, – deyə sənəddə qeyd olunur.

Sonradan Baqramyan xatirələrində taleyin hökmünü və güllələnəcəyini gözlədiyini deyib. Ancaq onu güllələnməkdən Jukov xilas edib. Jukova ona borclu olan və əmrlərini yerinə yetirən Baqramyan kimi birisi lazım idi.

Ümumiyyətlə, Stalin Baqramyana qarşı xoş münasibət bəsləməyib. Deyilənlərə görə, müharibə zamanı Baqramyanın başçılığı ilə ordu Baltiklərə çatıb. Bu hadisəni pafoslu şəkildə təqdim etmək üçün erməni general Baltik dənizinin suyunu butulkaya dolduraraq adyutanta onu Stalinə çatdırmağı tapşırıb. Lakin butulka Stalinə çatdırılana qədər almanlar əks-hücum təşkil edərək Baqramyanı Baltikyanı sahildən çıxarmağa nail olub. Adyutant Moskvaya gəlib çıxana qədər Moskva bundan xəbərdar olub, adyuntantın özü isə təyyarədə radio olmadığına görə məlumatsız olub.

Stalin ona təqdim edilən butulkaya baxdıqdan sonra onu adyutanta qaytararaq “Bunu Baqramyana geri apar, qoy hardan götürübsə, ora da boşaltısn”, – deyə göstəriş verir.

Müharibənin sonunu Baqramyan ordu generalı vəzifəsində qarşılayıb. Şahidlərin xatirələrinə görə, 1945-ci ildə Kremldə Qələbə münasibətilə təşkil edilən qəbul zamanı Stalin Baqramyanla Yeremenkoya yaxınlaşaraq, “Hamı marşaldır. Və yalnız iki nəfər – Baqramyan və Yeremenko ordu generalıdır”, – deyə sağlıq deyib.

Stalin Baqramyanı “ikinci dərəcəli” hərbi xadim sayırdı və buna görə də Baqramyan Kommunist Partiyasının Mərkəzi Komitəsinə daxil edilmədi, “Qələbə” ordeninə və marşal rütbəsinə layiq görülmədi.

Lakin Kremlin yeni sahibinin gəlişi Baqramyanın karyerasının yüksəlişinə səbəb oldu. Kommunist Partiyasının XX qurultayından sonra İvan Xristoforoviç Baqramyan SSRİ Müdafiə nazirinin müavini, Silahlı Qüvvələrin arxa cəbhəsinin rəisi təyin edildi, Sovet İttifaqının marşalı rütbəsinə layiq görüldü, 1961-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin tərkibinə daxil edildi.

Yuxarılardakı sadalanan mövqelərini saxlamaq üçün Baqramyan hər cür vasitəyə əl atıb.

1957-ci ildə İvan Xristoforoviç Jukova qarşı kampaniyanın fəal iştirakçısı olub. O, 1924-cü ildə fədakarlıq andını içdiyi marşalın müdafiə naziri vəzifəsindən devrilməsi üçün Xruşşova yardım göstərib. Xruşşovun devrilməsi zamanı da eyni cür davranaraq təşəkkür əlaməti olaraq Brejnev tərəfindən SSRİ Müdafiə nazirliyinin Baş inspektorlar qrupunun baş inspektoru vəzifəsinə təyin olunub, ikinci “Qəhrəman ulduzu”na, üç “Lenin ordeni”nə, “Oktyabr inqilabı” ordeninə, “SSRİ Silahlı qüvvələrində Vətənə xidmət ordeni”nə layiq görülüb, üzərində SSRİ-nin qızıl gerbi həkk olunmuş və adı yazılmış qılıncla təltif edilib və s.

Görünür ki, İvan Xristoforoviç müharibədən əvvəlki 20 ildən artıq xidmət dövrünün mükafatsız olmasının əvəzini bu yolla çıxıb. Nəticədə, o, növbəti “Brejnevin parad generalları”ndan birinə çevrilib və 1982-ci ilin sentyabrına -ölənə qədər vəzifəsini icra edib.

Comments are closed, but trackbacks and pingbacks are open.