Press "Enter" to skip to content

Ermənistan böyük dəstəkdən MƏHRUM OLUR – Qarabağ mövzusu qapandı: növbə

Hadisələrin bundan sonra necə inkişaf edəcəyi təbii ki, Almaniyanın qərarına bağlıdır. Böyük ehtimalla Şolts regionun və və Avropanın enerji təhlükəsizliyi təminatçısına çevrilən, Cənubi Qafqazın əsas aktoru olan, müstəqil iqtisadi-siyasi qərarlar verməkdə bir problemi olmayan Bakını qarşısına almaq istəməyəcək.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi, siyasi və hüquqi təhlil

Tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini Ramilə Dadaşovanın “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi, siyasi və hüquqi təhlil” kitabı işıq üzü görüb.

Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, rəyçilər isə siyasi elmlər üzrə elmlər doktoru, professor Ramiz Sevdimalıyev, tarix üzrə elmlər doktoru Qasım Hacıyev və Türkiyə Respublikası Karabük Universitetinin professoru hüquq üzrə elmlər doktoru Ali Askerdir.

Müəllif bildirib ki, kitabı yazmadan öncə Ankarada çıxan “Armenian Studies” jurnalında 2 məqaləsi də çap olunub: “Birinci məqaləm 2017-ci ildə dərc edildi. “BMT Təhlükəsizlik Şurasının Ermənistanı təcavüzkar dövlət kimi müəyyən etməsinə əsas verən amillər” adlanırdı. Mən Ermənistanın Azərbaycana qarşı tətbiq etdiyi təcavüzkarlıq aktlarını faktlar əsasında, ayrı-ayrılıqda təhlil etdimvə nəticəyə gəldim ki, Ermənistan BMT Baş Məclisi tərəfindən qəbul edilmiş “Təcavüzün müəyyən edilməsi barədə” 1974-cü il 3314 saylı qət­namədəəksini tapmışbütün aktları Azərbaycana qarşı törədib. Bu faktlara əsaslanaraq BMT Təhlükəsizlik Şurası Ermənistanı təcavüzkar dövlət kimi müəyyən edə bilər. Qeyd edim ki, bu mövzuda 2018-ci ildə Antalyada keçirilən II beynəlxalq Türk dünyası tədris elmləri və sosial elmlər konqresində də məruzə etmişəm. Həmin konqresdə, eyni zamanda Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində uşaq hüquqlarının pozulması mövzusunda da çıxış etdim. İkinci məqaləm isə 2019-cu ildə nəşr edildi. “BMT Təhlükəsizlik Şurasının beynəlxalq terrorizmə qarşı mübarizə tədbirləri və qlobal təhlükəli erməni terrorizmi”. Məqalələrin ingilis dilində verilməsi, məncə, əhəmiyyətlidir, çünki Ankara Avropa mühiti ilə təmasda olan şəhərdir. Doktorluq dissertasiya işimdə də qarşıya qoyulan məqsəd “BMT-də hansı islahatlar aparılmalıdır ki, regional münaqişələr həll edilsin” istiqamətində tədqiqat işlərinin aparılması olmuşdu və araşdırmadan mühüm elmi nəticələr əldə edildi.

Regional münaqişələrin dinc, diplomatik yollarla həll edilməsinə maneə olan problemlərin araşdırılması aktual əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının xarici siyasətinin prio­ritet­lə­rin­dən biri və ən vacibi Ermənistanın hərbi təcavüzü nəticəsində po­zul­muş ərazi bütövlüyünün diplomatik-siyasi vasitələrlə bərpa edil­mə­sidirvə bu mövzuda elmi əsərlərin yazılması, elmi araşdırmalar aparılması, müəyyən nəticələr əldə edilməsi, tövsiyələr verilməsi önəmlidir”.

“Siyasi cəhətdən araşdırmaq, hüquqi qiymət vermək üçün əvvəlcə mövcud problemin tarixinə nəzər salınmalıdır” – deyən müəllif ermənilərin Azərbaycan ərazisinə gəlişi mərhələlərinə də toxunub. “Bu gün Ermənistan kimi tanınan bölgə siyasi bir anlam olaraq er­məni millətini deyil, coğrafi bölgəni bildirir. Friqiya tayfalarından olan er­m­ənilər Balkanlardan köçüb gəlmişlər,antropoloji baxımdan da Cənubi Qafqaz xalqlarından fərq­lidirlər. Erix Feyql yazır ki, erm ə nil ə r hay tayfalarındandır. Ermənilərin dövləti olmayıb. 1071-ci ildə Bizans məğlub edil­dik­dən sonra Səl­cuq­la­rın himayəsinə keçən ermənilər 1199-cu ildə Ki­likiya çarlığını ya­rat­sa­lar da, 1375-ci ildə həmin çarlığa Məmlük türk­ləri tərəfindən son qo­yulmuşdur. Ermənilər ilk dəfə 1475-ci ildə İrəvan ərazisində görünüblər. 1820-ci ilə qədər ermənilərin köçürülməsi hissə-hissə həyata keçirilirdi. 1828-ci il Türkmənçay sülh müqaviləsi və 1829-cu il Ədirnə sülh müqaviləsindən sonra isə köçürülmə prosesi kütləvi hal aldı. Çar Rusiyasının müstəmləkə siyasətində köçürülmə siyasəti mühüm yer tuturdu. Rusiyaöz strateji planlarını reallaşdırmaq üçün erməniləri Türkiyə və İranla olan sərhədlərdə yerləşdirmək, eyni zamanda, Cənubi Qafqazda öz təsirini sax­la­maq üçün milli-etnik münaqişələrdən yararlanmaq istəyirdi. Rusiya-Osmanlı mü­ha­ribə­lə­rin­dən sonra 1853-1856, 1864-1876, 1877-1878-ci illərdə vəsonralar, 1893-94-cü illərdə Türkiyədə olan erməni qiyamlarından sonra 1894-1897-ci illərdəermənilərin kütləvi surətdə Cənubi Qafqaza, xüsusən Azərbaycanın Yelizavetpol, Qarabağ, Naxçıvan, Dərələyəz, Zəngəzur, İrəvan bölgələrinə, Tiflis quberniyasının Borçalı, Axıska, Axalkalaki qə­zalarına köçürülməsi prosesi davam etdi. I Dünya müharibəsi illərində Rusiya ordusunda 300 000 erməni vu­ruşmaqla yanaşı, Erməni Milli Şurası Çar Rusiyası ilə birgə Türkiyəyə qarşı vuruşmaq üçün Daşnaksütun və Hnçak terror təşkilatları üzvlərindən ibarət 40 000 ermənini özündə birləşdirən onlarla könüllü dəstələr yaratmışdılar.Fransa, İngiltərə, ABŞ ordusunda daha 50 000 erməni türk­­lərə qarşı vuruşurdu. Dörd istiqamətdə hücuma keçən erməni könüllü hərbi dəstələri Sarı­qa­mış­dan Ərzuruma qədər türklərə qarşı vuruşdular. Onlar Türkiyənin daxilində yaşayan ermənilərlə birləşib Türk dövlətini məhv etmək istəyirdilər. Ermənilər Türkiyəyə qarşı belə xəyanət etdikləri üçün müharibədən sonra orada yaşamağa ehtiyat edirdilər, buna görə həmin dövrdə də ermənilərin Cənubi Qafqaza, xüsusən də Azərbaycana miqyaslı köçü oldu.Azərbaycanlıların kütləvi formada yaşadığı yerlərdə er­mə­nilərin sa­yı­nı artırmaq məqsədilə Ermənistan 1948-1953-cü il­lər­də azər­bay­can­lı­la­rın deportasiyasını həyata keçirdi, bu proses 1956-cı ilədək davam etdi, 150 minə yaxın azər­bay­canlı deportasiya edildi. Həmin yerlərə 1946-1948, 1962-1965, 1962-1973-cü illərdə, 1980-ci illərədəkdünyanın bir çox ölkələrində – Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan, Ru­m­ıniya, Fələstin, Fransa, ABŞ, Misir, Kipr, Tür­kiyə, Uruqvay, Argentina və başqa ölkələrdə yaşayan təx­minən130 min erməni köçdü.

Çar Rusiyasının erməniləri Qafqaza köçürməsi məsələsi ilə yanaşı kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, 1905-1906-cı, 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı qətliamları, Sovet dövründə Ermənistanın Azərbaycana qarşı fəaliyyəti, məqsədyönlü olaraq Ermənistandan azərbaycanlıların deportasiyası, 1988-ci ildən sonra Ermənistanın təcavüzkar siyasəti, Dağlıq Qarabağı özünə birləşdirməsi haqqında qərarı, Dağlıq Qarabağ və ətraf rayonların işğalı, əsassız ərazi iddialarını həyata keçirməsi üçün terrordan bir vasitə kimi yararlanması, Xocalı soyqırımı, Ermənistanın dünya birliyini əsl həqiqətdən, problemin mahiyyətini anlamaqdan yayındırma cəhdləri işıqlandırılıb. Eyni zamanda Türkiyənin, Rusiyanın, İranın, ABŞ-ın münaqişəyə münasibəti, BMT-nin Dağlıq Qarabağ münaqişəsi haqqında qətnamələri, münaqişəni nizama salmaq üçün ATƏT-in Minsk qrupunun fəaliyyətinin səmərəsizliyi araşdırılmış, münaqişənin nizama salınması üçün təkliflər və tövsiyələr verilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qara­­bağ münaqişəsinin nizama salınmasını BMT-nin ATƏT-ə həvalə et­məsinin sülh yolu ilə həll prosesini uzatdığını bildirən müəllif vurğulayıb ki, “ATƏT-in vasitəçilik mis­siyası konkret nəticələr vermir. ATƏT-in Minsk qrupunun və Ru­siya Federasiyasının səyləri nəticəsində yalnız atəşkəs barədə sa­ziş imzalansa da, Böyük sülh sazişihələ də əldə edilməyib.Həmsədrlər qurumunun fəaliyyəti səmərəsizdir. 1907-ci il 18 oktyabr tarixli Bey­nəl­xalq mübahisələrin dinc yolla tənzimlənməsi haqqında Haaqa ko­nvensiyasının 5-ci maddəsində yazılır ki, mübahisə tərəflərindən biri barışıq təklifini qəbul etmirsə, həmin vaxtdan vasitəçinin sə­la­hiy­yətləri dayandırılır, başqa sözlə vasitəçi tərəflərdən birinə rəğbət bəs­ləyirsə, hüquqları pozulan digər tərəf həmin vasitəçidən imtina edə bilər”.

Müəllif tədqiqatları əsasında gəldiyi nəticələri belə ifadə edib: “BMT Təhlükəsizlik Şurası Ermənistanı təcavüzkar dövlət kimi müəyyən etməyincə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidinc yolla həllini tapmayacaq. Azərbay­can Ermənistanın təcavüzkar dövlət kimi ta­nın­ma­sını tələb etsə də, münaqişə tərəflərinə tətbiq edilən “tərəflərin bə­rabər məsuliyyəti” münaqişənin həll edilməsinə ciddi maneə olur. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Q­a­­rabağ münaqişəsi barədə qəbul etdiyi bütün qətnamələrdə Azərbay­­canın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq tanınmış sərhəd­lə­rin toxunulmazlığı prinsipləri təsdiq edilir. Lakin heç bir qətnamədə Er­mə­nis­tan təcavüzkar dövlət kimi müəyyənləşdirilməmişdir.Bu da mü­na­qişənin nizama salınmamasının əsas səbəbidir. BMT Təhlükəsizlik Şurasının Ermənistanı təcavüzkar dövlət kimi müəyyən etməsinə və ona qarşı tədbirlər görməsinə hüquqi əsaslar var.Ermənistan Ali Sovetinin Dağlıq Qarabağı Er­m­­ənistana birləşdirməsi barədə qərar qəbul etməsi, Ermənistan par­la­mentinin Dağlıq Qarabağın iqtisadi inkişaf planları daxil olmaqla, Er­m­ənistanın iqtisadi inkişafı barədə dövlət proqramı qəbul etməsi, se­paratçıların Ermənistan parlamentinin və hökümətinin üzvü ol­ma­sı, hətta separatçıların və terrorçuların hakimiyyətdə olması, Er­mə­nistan silahlı qüvvələrinin işğalda birbaşa iştirak etməsi, Er­mə­nis­tanın azərbaycanlıların soyqırımını həyata keçirməsi, hərbi əsir və girovları öz ərazisində saxlaması, Azərbaycana qarşı terror akt­la­rı həyata keçirməsi, terror yolu ilə etnik təmizləmə siyasətini həyata ke­çirməsi, işğal etdiyi ərazilərə erməni əhalini köçürməsi, həmin ərazilərdə olan təbii ehtiyatları istismar etməsi, yer adl­arını erməni adları ilə əvəz etməsi, abidələri süni surətdə er­mə­ni­ləş­dirməsi, “yandırılmış torpaq” taktikası və işğal etdiyi ərazilərin ək­sər hissəsini minalandırması, qondarma Dağlıq Qarabağ Resp­ub­li­kasının hətta Ermənistan tərəfindən tanınmaması, onun nəzarəti, ida­rəçiliyi altında olması buna hüquqi əsas verir.Təcavüzkar dövlət kimi müəyyən olunduqdan sonra isə BMT Nizamnaməsinin “ Sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər ” adlanan 7-ci fəslinin 39 – 42-ci maddələri tətbiq edilməlidir. Təh­lükəsizlik Şurası təcavüz aktının olmasını müəyyən edir, tövsiyələr ve­rir, şəraitin pisləşməsinin qarşısını al­maq üçün maraqlı tərəflərdən zəruri tədbirlər görməyi tələb edir. Əgər bu nəticə verməzsə, 41-ci mad­də tətbiq edilir. Yəni təcavüzkar dövlətlə iqtisadi münasibətlər, dəmiryolu, dəniz, hava, poçt, te­le­qraf, radio və digər rabitə vasitələrinin tamamilə və ya qismən da­yan­dırılmalı və diplomatik münasibətlər kəsilməlidir. Əgər 41-ci maddədə nəzərdə tutulan tədbirlər nə­ti­cə vermirsə, 42-ci maddə tətbiq oluna bilər, yəni Təhlükəsizlik Şurası hava, dəniz və ya quru qüv­və­lə­ri­nin vasitəsilə beynəlxalq təhlükəsizliyin qorunub saxlanılması təd­bir­lərini həyata keçirə bilər.

BMT Təhlükəsizlik Şurası vaxtında qərar qəbul edə bilmirsə, münaqişənin nizama salınmasında 5 daimi üzvün maraqları uyğun gəlmirsə, məsələ Baş Məclisdə müzakirə edilməlidir.Baş Məclisin 1950-ci il “Sülh naminə əməkdaşlıq” qətnaməsi Er­mə­nis­tan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama sa­lın­ma­sı məsələsinin Baş Məclisdə müzakirə edilməsinə hüquqi baza verir. Bu qətnaməyə əsasən hər hansı bir problem barədə Təhlükəsizlik Şurasında razılıq əldə edilməzsə, BMT silahlı qüvvələri yaradılana qədər üzv dövlətlərə müvafiq tədbirlər görmək səlahiyyəti verilir”.

Tədqiqatdan əldə edilən nəticələr kitabın sonunda azərbaycan dili ilə yanaşı ingilis və rus dillərində də verilmişdir.

Hazırladı: Aytac Hüseynova, 1905.az

Ermənistan böyük dəstəkdən MƏHRUM OLUR – Qarabağ mövzusu qapandı: növbə.

Geosiyasi düzən sürətlə dəyişir. Tələblər yeni reallıqların formalaşmasına imkan yaradır. Azərbaycanın təxminən 3 il əvvəl 44 günlük Vətən müharibəsi ilə regiondakı ümumi durumu ciddi şəkildə dəyişməsi, Bakının qarşısında qloballaşan dünyada önəmli aktora çevrilmək üçün fürsətlər açsa da, eyni zamanda Azərbaycanı böyük güclərin maraqlarının toqquşduğu bir coğrafiyaya çevirməkdədir.

Günün reallığı isə ondan ibarətdir ki, Azərbaycan postkonflikt dövrünün tələblərinə uyğun olaraq öz məqsədinə doğru sürətlə irəliləməkdə israrlıdır. Baxmayaraq ki, Bakıya beynəlxalq təzyiqlər günbəgün daha da artır. Bu həmlələr Bakının gözünü nəinki qorxudur, əksinə onu daha da gücləndirir.

Azərbaycan yaxşı anlayır ki, dünyanı bürüyən, dünya güclərinin belə əziyyət çəkdiyi hazırki iqtisadi infilyasiyanın fəsadlarını aradan qaldırmaq, onu önləmək, əvəzində daha da güclənmək üçün sosial-iqtisadi inkişaf məsələsində stabillik önəmli şərtdir. Bu gün Azərbaycan dünyanın tək-tük dövlətlərindəndir ki, pandemiya, ardınca müharibə, indi isə işğaldan azad edilən ərazilərin bərpa və quruculuğu ilə yanaşı qısa zaman kəsiyində qaçqın və məcburi küçkünlərin öz yurdlarına böyük qayıdışını təmin etmək adına bu qədər məsələlərin öhdəsindən böyük məharətlə gəlməyi bacarır.

Bu proseslər Azərbaycanın gələcək prioritetlərini də müəyyənləşdirmək baxımından olduqca əhəmiyyətlidir:

Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır:

✔️ dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat

✔️ rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı

✔️ təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi

✔️ işğaldan azad olunmuş ərazilərə böyük qayıdış

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfərə dəvət edilməsi və Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə səsləndirdiyi fikirlər bir daha böyük ümid vəd edir ki, Azərbaycan güclü iqtisadiyyata malik bir dövlət olaraq bundan sonra da sözünü müxtəlif beynəlxalq platformalarda deyə, səsini eşitdirə biləcək, Azərbaycana qarşı olan qərəzli mövqeləri dəf etməyə qadirdir.

Bundan bir neçə gün əvvəl Nikol Paşinyanın Almaniyaya işgüzar səfərə dəvət edildiyini də yaxşı xatırlayırıq. Belə qısa müddət ərzində Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin Berlinə dəvət olunması Almaniya hökumətinin də Cənubi Qafqaza artan marağından xəbər verən başlıca məsələ kimi diqqət mərkəzində olması başqa bir mövzudur.

Burada diqqət çəkən əsas məsələ ondan ibarətdir ki, Paşinyan boşluqdan istifadə edərək Berlində Azərbaycan əleyhinə açıqlamaları ilə diqqət mərkəzinə düşmüşdü. Ona bunun üçün imkan yaradılmışdı.

Bu azmış kimi Almaniya kansleri Olaf Şolts Paşinyanla birgə mətbuat konfransında “Dağlıq Qarabağ vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququnu nəzərə alan dinc həll yolu tapılmalıdır” cümləsini işlətməsi Bakının diqqətindən yayınmadı. Doğrudur, bir gün sonra Almaniya hökumətinin saytından Şotlsun bu cümləsi çıxarılsa da, kanslerin bölgə haqqındakı baxışıyla bağlı bir çox məsələlər Bakı üçün aydınlaşmış oldu.

Zərrə qədər də şübhə edilmir ki, Almaniyanın yeni hakimiyyətində bölgə barədə münasibətin formalaşmasında bir çox qlobal məsələlərdə ortaq məsləhətləşmələr apardığı Fransa prezidenti Emanuel Makronun da rolu az deyil.

Təkcə, Avropa İttifaqınn Ermənistanda artıq fəaliyyətə başlayan mülki missiyasının (European Union Mission in Armenia, EUMA) personalının (ümumi sayı 102 nəfərdir ki, onların 53 nəfəri “silahsız müşahidəçilər”dir) böyük bir əksəriyyətinin Almaniyadan olması, digər qalan üzvlərinin isə Fransanın jandarmasını təmsil etmələri bir çox mətləblərə aydınlıq gətirir.

Almaniyanın Ştutqart şəhərinin sabiq polis rəisi Markus Ritter EUMA-nın rəhbəri, Aİ-nin mülki planlaşdırma və proseslər üzrə xarici əlaqələr xidmətinin icraçı direktoru Stefano Tomat isə EUMA-nın mülki əməliyyatlar komandanı təyin edilməsi də Almaniyanın Qarabağ ətrafında Fransa və Ermənistan tərəfindən aparılan manipulyasiyalara aldandığını, prosesləri dərindən mənimsəmədiyini göstərir. Şoltsun sözügedən açıqlaması elə bunun ən bariz nümunəsi sayıla bilər.

Lakin bu dəfə Şolts Prezident İlham Əliyevlə görüşəcək ki, bu da Berlinin bölgə ilə bağlı yeni reallıqları elə regionun geosiyasi vəziyyətini müəyyənləşdirən İlham Əliyevin dilindən duymasına səbəb olacaq. Bu amilin özü Almaniyanın Ermənistan-Azərbaycan məsələsində bundan sonra daha obyektiv mövqe tutmasını şərtləndirən bir təmas kimi yadda qalacağına ümidlər böyükdür.

Əslində bu fürsət məhz Berlin adına da olduqca önəmli hesab edilə bilər. Çünki kansler hər iki tərəfdən bərabər məsafə saxlamaqla Parisin Cənubi Qafqazda itirdiyi yeri tutmaq üçün ələ düşən bu fürsəti dəyərləndirə də bilər, dəyərləndirməyə də. Rəsmi Berlin bu boşluğu doldurmağa iddialı olacağı halda, – hərçənd, Fransa İkinci Qarabağ müharibəsindən sonra balansı tamamən Ermənistanın xeyrinə pozduğu üçün keçmiş vasitəçi statusunu itirdiyindən rəsmi Bakı Parisin heç bir təşəbbüsünü qəbul etmir, – Qarabağ mövzusuna bir də qarışmamaq şərti ilə Almaniyaya Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının intensivləşdirilməsində Brüssellə birgə fayda verə bilməsi üçün qapı aça bilər.

Hadisələrin bundan sonra necə inkişaf edəcəyi təbii ki, Almaniyanın qərarına bağlıdır. Böyük ehtimalla Şolts regionun və və Avropanın enerji təhlükəsizliyi təminatçısına çevrilən, Cənubi Qafqazın əsas aktoru olan, müstəqil iqtisadi-siyasi qərarlar verməkdə bir problemi olmayan Bakını qarşısına almaq istəməyəcək.

Çünki bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi stabilliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dövlətimiz mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir bir dövlətdir və hər ötən gün Azərbaycana dünya dövlətlərinin artan etimadı, Bakının beynəlxalq siyasi sferada əlini bir qədər də gücləndirməkdədir.

Təhməz Əsədov
Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.