Press "Enter" to skip to content

Ermənistan ədəbiyyatı

Xatırladaq ki, 1988-ci ildə Ermənistanın Spitak ərazisində zəlzələ olub. 7 bal gücündə qeydə alınan yeraltı təkanlar 30 saniyə ərzində şəhəri yerlə-yeksan edib. Təbii fəlakt zamanı 25 min nəfər ölüb, 140 min adam şikəst olub, 514 min sakin evsiz qalıb. Alimlərin hesablamalarına görə, zəlzələ zamanı Xirosimaya atılmış on atom bombasına bərabər enerji çıxıb.

Azərbaycan ədəbiyyatı tarixi­nin dövr­­ləri yenidən müəyyən edilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Gəncəvi adına Ədəbiyyat İnstitutu çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixinin dövrlərini yenidən müəyyən edib.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Gəncəvi adına Ədəbiyyat İnstitutu çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixinin dövrlərini yenidən müəyyən edib.

Akademiyadan Trend-ə verilən məlumata görə, akademik İ.Həbibbəylinin təqdim etdiyi Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin yeni konsepsiyası 10 mərhələni əhatə edir. Bu mərhələlər “Qədim dövr Azərbaycan ədəbiyyatı” (Mifoloji başlanğıc və xalq şeiri; Epos epoxası: ortaq türk abidələrindən milli bütövlüyə; Yazılı ədəbiyyata giriş (IX əsr), “Erkən intibah dövrü Azərbaycan ədəbiyyatı (X-XI əsrlər)”, “İntibah dövrü Azərbaycan ədəbiyyatı (XII əsr)”, “Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər)”, “Erkən yeni dövr Azərbaycan ədəbiyyatı (XVII-XVIII əsrlər)”, “Azərbaycan ədəbiyyatının maarifçi realizm dövrü (XIX əsr)”, “Milli-demokratik hərəkat dövrü Azərbaycan ədəbiyyatı (XIX əsrin doxsanıncı illərindən 1937-ci il repressiyalarına qədər)”, “Azərbaycan ədəbiyyatında sosialist realizmi mərhələsi (1920-1960-cı illər)”, “Erkən ən yeni dövr və keçid dövrü Azərbaycan ədəbiyyatı (1960-1995)”, “Azərbaycan ədəbiyyatının müstəqillik dövrü”dür.

AMEA Rəyasət Heyətinin son iclasında humanitar və ictimai elmlərə dair orta və ali məktəb dərsliklərinin hazırlanmasında akademik İsa Həbibbəylinin təklif etdiyi dövrləşdirilmə konsepsiyasından istifadənin nəzərə alınması barədə qərar təsdiq edilib. Həmçinin AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda nəşrə hazırlanan “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin yazılmasında yeni konsepsiyaya istinad edilməsi, bundan əlavə “Azərbaycan tarixi”, “Azərbaycan incəsənəti tarixi”, “Azərbaycan fəlsəfə tarixi” və bu qəbildən olan başqa çoxcildliklərin hazırlanmasında vahid konsepsiyanın müəyyənləşdirilməsi barədə qərar qəbul olunub.

  • AMEA
  • İsa Həbibbəyli
  • Azərbaycan ədəbiyyatı

Ermənistan ədəbiyyatı

Türkiyədə minlərlə insanın ölümünə səbəb olan zəlzələ qonşu Ermənstanda ciddi təşviş yaradıb. Bunu görmək üçün sosial şəbəkələrin erməni seqmentinə nəzər salmaq kifayətdir. Belə ki, sakinlər Türkiyədən sonra eyni tektonik zolaqda yerləşən Ermənistanın da gec-tez təbii fəlakətlə üzləşəcəyini bildirərək, həyəcan təbili çalırlar.

Vəziyyətin nəzarətdən çıxdığını anlayan Ermənistan hakimiyyəti informasiya resurslarını işə salaraq, həyəcanlı sakinləri sakitləşdirmək üçün yenidən “Azərbaycan kartını” ortaya atıb. Yerli KİV-lər işğalçı ölkənin informasiya siyasətini idarə edən media kuratorlarının tapşırığı əsasında guya yaxın vaxtlarda Bakıda güclü zəlzələnin olacağına dair tezisləri ictimailəşdirməyə başlayıblar. Bununla bağlı həm mətbuat səhifələrində, həm də sosial şəbəkələrdə saxta informasiyaları tirajlamaqda məqsəd erməni əhalisinin zəlzələ təşvişinə son qoymaq, eyni zamanda Azərbaycan vətəndaşlarında qorxu yaratmaqdır. Lakin “bir güllə ilə iki dövşanı” vurmağı hədəfləyən Ermənistanın başbilənləri görünür Spitakda baş verən dəhşətli zəlzələni yada salmaq istəmirlər. Nədənsə, o faciəli günləri unudaraq yalan maşını işə salmaqla sadə erməniləri aldadır və real təhlükəni görməzdən gəlməyə çalışırlar.

Şübhəsiz ki, heç bir ölkə zəlzələ və digər fəlakətdən sığortalanmayıb. Ermənistana gəlincə, tektonik qırılma xətlərinin üzərinə yerləşdiyindən bu ölkədə hər an zəlzələ ola bilər. Türkiyədən sonra növbəti hədəfin qonşuluqda yerləşən Ermənsitan olacağı istisna deyil. Bunu mütəxəsisslər də təsdiqləyirlər.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Modern.az-a bildirib ki, ermənilər öz ölkələrinin dərdini çəkməlidirlər. Azərbaycanda güclü zəlzələnin gözlənilmədiyini deyən Q.Yetirmişli Ermənistan mediasının yaydığı məlumatların yalan olduğunu vurğulayıb:

“Ermənilərin başı xarabdır. Onlar ara qarışdırmaqla məşğuldurlar. Əslində öz dərdlərinə ağlasınlar. Deyəsən, Spitakı unudublar. 1988-ci ildə Ermənistan ərazisində 7 bal gücündə zəlzələ olub. 1988-ci ildən bəri uzun zaman keçib. Həmin təkanlar yenilənə bilər. Azərbaycanla bağlı iddialar həqiqəti əks etdirmir. Yalan danışırlar. Ermənistan seysmoloji zonada yerləşir. Orada hər an zəlzələ ola bilər. Əlbəttə, daha dəqiq fikir bildirmək üçün tədqiqat aparmaq lazımdır. Azərbaycanla bağlı deyə bilərəm ki, yaxın günlərdə güclü, dağıdıcı zəlzələlər gözlənilmir. Xırda təkanlar ola bilər”.

Xatırladaq ki, 1988-ci ildə Ermənistanın Spitak ərazisində zəlzələ olub. 7 bal gücündə qeydə alınan yeraltı təkanlar 30 saniyə ərzində şəhəri yerlə-yeksan edib. Təbii fəlakt zamanı 25 min nəfər ölüb, 140 min adam şikəst olub, 514 min sakin evsiz qalıb. Alimlərin hesablamalarına görə, zəlzələ zamanı Xirosimaya atılmış on atom bombasına bərabər enerji çıxıb.

Zəlzələdən sonra ilk olaraq Ermənistana Azərbaycan yardım əlini uzadıb. 11923 saylı hərbi hissənin heyətindən ibarət xilasedici dəstə hərbi hissənin komandiri Vaqif Əhmədovun rəhbərliyi ilə Spitak şəhərinə çatıb. Azərbaycanlı briqada yüzlərlə yaralı ermənini dağıntılar altından xilas edib.

Dekabrın 11-də Azərbaycandan Spitaka yardım məqsədi ilə 78 nəfər könüllüdən ibarət ikinci qrup yığılıb. Lakin könüllüləri Spitaka aparan “İL-76” təyyarəsi Ermənistan ərazisində vurulub. Ermənistan rəsmiləri və medisı bu günə kimi təyyarənin vurulmadığını, qəzaya uğradığını iddia edir. İşğalçı ölkə rəsmiləri bildirirlər ki, “1988-ci il dekabrın 11-i səhər tezdən Gümrü hava limanına enişə az qalmış, Bakı-Gümrü reysi ilə hərəkət edən “İL-76M” markalı yük təyyarəsi hava limanının 15 kilometrliyində dağa çırpılaraq qəzaya uğrayıb”.

69 sərnişin və 10 heyət üzü arasında yalnız təsadüfdən təyyarənin qanad hissəsindəki yük maşınında olan Fəxrəddin Balayev sağ qalmışdı. Bu hadisə, Ermənistan ərazisində baş verən böyük aviasiya qəzası kimi tarixə düşüb.

Comments are closed, but trackbacks and pingbacks are open.