Press "Enter" to skip to content

Ermənistan gücdən başqa heç bir dili başa düşmür”

Mənə elə gəlir ki, artıq kifayət qədər sərt şəkildə sülhməramlıların, Rusiya rəhbərliyi, eləcə də beynəlxalq qurumlar qarşısında məsələ qoymaq lazımdır ki, mənim qardaşlarım, mənim bacılarım mənimlə yol əlaqəsi qura bilmir, çünki Ermənistan buna mane olur. Əgər belədirsə, nəyə görə onlara Laçın dəhlizi vasitəsilə keçid şərait yaratmalıyam?!”

Ermənistanda tarixçinin dili çaşdı, həqiqəti səsləndirdi: Əhsən sənə, Harutyunyan! – ŞƏRH

BAKU.WS “Oxu.az”a istinadən xəbər verir ki, Azərbaycanın SSRİ zamanındakı sərhədlərinə geri qayıtması Ermənistanda əlavə müzakirələrə yol açıb və tarixçi Avetik Harutyunyan isə sualları cavablandırarkən özünü əməlli başlı dolaşığa salıb.

O, Azərbaycanın 1918-ci ilin mayın 28-də elan edilmiş və 1920-ci ilin aprelin 28-nə qədər mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu bildirmək istəyir, hərçənd burada tarixləri də qarışdırır.

Bildirir ki, Azərbaycan Azərbaycan SSR-in varisi deyilsə, o zaman necə sovet sərhədlərinə qayıda bilər?

Burada isə özünü lap gülünc duruma salır. Birincisi, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir.

İkincisi, deyəsən, bu tarixçi yaddan çıxarır ki, İrəvan özü 1918-i ildə Ermənistana verilib.

Tarixçinin məntiqi bunu deyir ki, Azərbaycanın İrəvanı geri qaytarması onun hüququdur.

Bəlkə də dili dolaşıb, çaşıb, amma nəticədə həqiqəti səsləndirib.

Dərin emosional və intellektual böhran məngənəsində boğulan Ermənistanda Azərbaycan SSR-in sərhədlərini tanımırsa, o zaman AXC sərhədləri üzərindən danışıqlara başlamalı olduğu fikri tirajlanır.

Bu zaman isə nəinki İrəvan, bütövlükdə qədim Zəngəzur mahalı gərək Azərbaycana qeyd-şərtsiz verilsin.

Ən azından Harutyunyanın tezislərindən bunu başa düşmək mümkündür.

Harutyunyan şüuraltındakı kodları açır, Azərbaycanın tarixi torpaqlarını geri qaytarmaq üçün fürsət yarandığını deyir.

Əhsən sənə, Harutyunyan.

“Ermənistan gücdən başqa heç bir dili başa düşmür”

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın bu gün səsləndirdiyi fikirlərə münasibət bildirib.

Paşinyan iclasda deyib: “Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqə yalnız Ermənistan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təmin ediləcək”.

Öz növbəsində, N. Şəfiyev bununla bağlı deyib:

“Biz də demişik ki, sənəd var, ermənilər sənədə riayət etməlidir və ümid edirdik ki, bəlkə ağılları başlarına qayıdar. Amma Ermənistan gücdən başqa heç bir dili başa düşmür.

Hazırda Rusiyanın İrəvana təzyiqi var. Çünki 2 il ərzində Naxçıvana yol açılmayıb. Bir azərbaycanlı olaraq şəxsən heysiyyətimə toxunu. Naxçıvanda qohumlarım var, amma mən ora gedə bilmirəm. Niyə? Niyə mən Naxçıvana getmək üçün İran ərazisindən keçməli, yaxud təyyarə ilə uçmalıyam?! Amma erməni Qarabağa rahat gəlib-gedir. Niyə mən, qalib xalqın nümayəndəsi bu məhrumiyyətlərə məruz qalıram, amma onlar – məğlub xalqın nümayəndələri at oynadır və ərazimizdən dədələrinin torpağı kimi keçirlər?!”

Siyasi şərhçinin fikrincə, Rusiya sülhməramlılarının, eyni zamanda, Rusiya rəhbərliyinin qarşısında məsələ qaldırılmalıdır:

“Razılaşmanın qarantı Rusiyadır. Ona görə də qarant durduğu məsələlərin icrasını təmin etməlidir.

Ermənistan dəmir yolları faktiki olaraq “Rusiya Dəmir Yolları”nın ixtiyarındadır. Əgər belədirsə, adını dəhliz yox, nə qoyursunuz-qoyun, hətta Ermənistanın nəzarəti altında olan yol olsun, amma Ermənistandan Xankəndiyə gedən yol da eyni şərtlərlə işləməlidir. Yəni bu yol Rusiya sülhməramlılarının yox, Azərbaycanın nəzarətində olmalıdır.

Vaxt vardı Naxçıvana gedən qatarı Ermənistan ərazisində daşa basırdılar, camaatı hədələyir, qatarın qarşısını alırdılar. Yaxşı, bəs indi kim zəmanət verir ki, bu yol Ermənistanın yurisdiksiyasında olsa, eyni hallar baş verməyəcək?! Buna kim zəmanət verəcək? Paşinyan? Qriqoryan? Kim. Onlar özlərinə zəmanət verə bilmirlər.

Mənə elə gəlir ki, artıq kifayət qədər sərt şəkildə sülhməramlıların, Rusiya rəhbərliyi, eləcə də beynəlxalq qurumlar qarşısında məsələ qoymaq lazımdır ki, mənim qardaşlarım, mənim bacılarım mənimlə yol əlaqəsi qura bilmir, çünki Ermənistan buna mane olur. Əgər belədirsə, nəyə görə onlara Laçın dəhlizi vasitəsilə keçid şərait yaratmalıyam?!”

Rafi MÜSLÜMOV

Comments are closed, but trackbacks and pingbacks are open.