Press "Enter" to skip to content

Logo position: relative;. icon position: absolute; width: 50px; top: 0; left: 185px; ->

Azərbaycana azı 300 milyard dollarlıq zərər vurulub

Erməni vandalizmi sərhəd tanımır – ARAŞDIRMA

Ermənilərin Balkanlar, Yaxın Şərq və Hindistan əraziləri arasında əsrlərlə köçəri həyat tərzi keçirdikdən sonra Qafqaza gəlmələri və burada özlərinə dövlət yaratmaları regionda aborigen xalqın tarix və mədəniyyətinin qədim izlərinin mümkün qədər çox silinməsi ilə paralel aparılıb. Azərbaycan xalqının tarixi-mədəni irsinin mənimsənilməsi, bu mümkün olmayanda isə silinməsi siyasəti 2 əsr davam edib. 1918-ci ildə Ermənistan dövləti yaradıldıqdan sonra oradakı Azərbaycan tarixi abidələri, mədəni irsi, tiponimləri, qədim yazılı daşlar, məzarlıqlar tamamilə məhv edildi. Bu iş sonralar- 1990-ci ildən etibarən işğal etdikləri Qarabağ bölgəsində da davam etdirildi.

Ermənilərin Qafqazda “saxta tarix” istehsalı müəssisəsi

200 il əvvəldən (1805-Kürəkçay müqaviləsi) başlayaraq ermənilərin Şimali Azərbaycan ərazilərinə köçürülməsindən sonra azərbaycanlıların deportasiyası və soyqırımı faciələri başlandı. Gəlmə ermənilər azərbaycanlılara məxsus ərazilərdə məskunlaşdıqdan sonra onlara məxsus maddi-mədəniyyət nümunələrini məhv etməklə onların izlərini silməyə çalışmış, bu, mümkün olmadıqda isə həmin maddi-mədəniyyət nümunələrinin “qədim ermənilərə” aid olmaları barədə saxta tarix yazaraq dünya ictımaiyyətini aldatmağa başlamışlar.

Qarabağ vilayəti e.ə. IV əsrdən- eramızın VIII əsrinin əvvəllərinədək Azərbaycan Alban dövlətinin, VIII-XII əsrlərdə Sacilər, Salarilər, Rəvvadilər dövlətlərinin, Səlcuq imperiyasının və Azərbaycan Eldənizlər (Atabəylər) dövlətinin, XIII-XV əsrlərdə Elxanilər (Hülakilər), Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, 1501-1736-cı illərdə Azərbaycan Səfəvilər dövlətinin, 1748-1821-ci illərdə isə Qarabağ xanlığının tərkibində olub.

Bu bölgədəki bütün qədim tarixi abidələr, mədəniyyət nümunələri Azərbaycan xalqına aiddir. 200 il əvvələdək burada olmamış ermənilərin burada heç bir tarixi və mədəniyyəti yoxdur. Bunu ermənilər keçən əsrin 70-ci illərində Qarabağda ucaltdıqları özlərinin bu torpaqlara gəlişinin 150 illiyini göstərən abidə ilə etiraf ediblər.

Bu günlərdə işğaldan azad edilmiş Qarabağ ərazisində ermənilərin “saxta tarix” istehsal edən müsəsisəsi aşkar olunub. Ermənilər həmin sexdə tarixi abidələr, daşlar üzərində iş aparır, yeni metodlarla qədim abidələr düzəldirmişlər. (fotoya bax).

Qədim hərflər və şəkillər, xaçlar daşlara çəkilir, döyülür və bir müddət sirkə həllində saxlanılır, Sirkənin təsirindən turşuma prosesi gedir və rəngini dəyişən “tarix nümunələri” qədim və köhnə görünüş qazanır. Sonra bu daşları Qarabağ ərazisində basdıraraq özlərinin buradakı tarixi və mədəniyyəti kimi qələmə verirlər.

Məlumatlara görə, Ermənistanda da belə müəssisələr çoxdur və onlar son onilliklərdə müasir elmin də nailiyyətlərindən istifadə etməklə, xeyli “qədim erməni abidəsi” düzəldiblər.

Qarabağın qədim tarix və mədəniyyət bazası

Qarabağ ərazisində e.ə. II minilliyə aid Xocalı-Gədəbəy mədəniyyətini özündə əks etdirən tarixi mədəniyyət abidələri vardır. Ermənistanın hərbi təcavüzü nəticəsində Şuşada Alban məbədləri, Şuşa Tarix-Memarlıq Qoruğuna daxil olan qala divarları, Qarabağ xanlarının iqamətgahları, Xurşidbanu Natəvanın ev muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, yüzlərlə tarixi-memarlıq və təbiət abidələri işğal altında qaldı.

Regionun erməni işğalçıları tərəfindən talan edilmiş muzeylərində Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəssamlıq və mədəniyyət əsərləri, dünya şöhrətli xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar toplanmışdı. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri məhv edilib. (fotoya bax)

Ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilib və yandırılıb. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub. İşğal olunmuş ərazilərdə qalan 152 ibadət yeri, məbəd, o cümlədən 62 məscid erməni təcavüzünün qurbanına çevrilib. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilib.

Erməni terroru vandalizmi sərhəd tanımır, bu proses təkcə bizim xalqın qədim tarixi abidələrinin, mədəniyyət nümunələrinin dağıdılmasına yönəlməyib, erməni vandalları keçmiş Sovet xalqlarının Böyük Vətən Müharibəsinə həsr olunmuş ümumi qəhrəmanlıq tarixi abidələri olan monumentlərin məhv edilməsini də özünə rəva görüb. (fotoya bax).

Azərbaycana azı 300 milyard dollarlıq zərər vurulub

Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir.

Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərləri, həmçinin yüzlərlə kənd və qəsəbə Ermənistan silahlı qüvvələri tərəfindən viran və talan edilib. Ağdam, Cəbrayıl və Füzuli şəhərlərinin bugünkü görünüşləri 1945-ci ildə ABŞ tərəfindən atom bombasları ilə dağıdılan yapon şəhərləri Xirosima və Naqasakini xatırladır.

İşğal altındakı ərazilərdəki Azərbaycanın yeraltı və yerüstü təbii və mədəni sərvətləri vəhşicəsinə talan edilərək Ermənistana daşınırdı. Ordumuzun qələbəsi sayəsində Azərbaycanın işğal edilmiş ərazilərində bu prosesə son qoyuldu, hərçənd bu ərazilərdə artıq tarix və mədəniyyət adına bir şey də qalmayıb, ermənilərin özününküləşdirdiyi bir neçə qədim alban monastrı xaric. Bu tarixi abidələr və məbədlər isə dağıdılıb. (fotoya bax).

İşğal olunmuş ərazilərdə qalmış və talan edilmiş muzeylər

Tarix diyarşünaslıq muzeyi. Xankəndi şəhəri. Dövlət rəsm qalereyası. Xankəndi şəhəri. Şuşa tarix muzeyi. Şuşa şəhəri. Üzeyir Hacıbəyovun ev muzeyi. Şuşa şəhəri. Bülbülün ev muzeyi. Şuşa şəhəri. Azərbaycan xalçaçılıq və xalq tətbiqi sənəti Dövlət muzeyinin Şuşa filialı. Qarabağ Dövlət tarix muzeyi. Şuşa şəhəri. Qarabağ ədəbiyyat muzeyi. Şuşa şəhəri. Mir Möhsün Nəvvabın ev muzeyi. Şuşa şəhəri. Dövlət rəsm qalereyası. Şuşa şəhəri. Ağdam tarix diyarşünaslıq muzeyi. Ağdam şəhəri. Çörək muzeyi. Ağdam şəhəri. Qurban Primovun xatirə muzeyi. Ağdam şəhəri. Rahib Məmmədov adına döyüş şöhrəti muzeyi. Ağdam şəhəri. Ağdərə tarix diyarşünaslıq muzeyi. Ağdərə şəhəri. Füzuli tarix diyarşünaslıq muzeyi. Füzuli şəhəri, köməkçi fondun eksponatları. Xalq tətbiqi sənəti muzeyi. Füzuli şəhəri. Hadrut tarix diyarşünaslıq muzeyi. Hadrud şəhəri. Qubadlı tarix diyarşünaslıq muzeyi. Qubadlı şəhəri. Dövlət rəsm qalereyası. Qubadlı şəhəri. Laçın tarix diyarşünaslıq muzeyi. Laçın şəhəri. Dövlət rəsm qalereyası. Laçın şəhəri. Sarı Aşığın xatirə muzeyi. Laçın rayonu. Güləbird kəndi. Kəlbəcər tarix diyarşünaslıq muzeyi. Kəlbəcər şəhəri. Cəbrayıl tarix diyarşünaslıq muzeyi. Cəbrayıl şəhəri. Zəngilan tarix diyarşünaslıq muzeyi. Zəngilan şəhəri.

Ermənistanda məhv edilən Azərbaycan tarixi və mədəniyyəti

Ermənilər bu vandalizmi, tarix və mədəniyyətə terroru təkcə işğal etdikləri Qarabağ ərazisində deyil, həm də Ermənistanın özündə aparıblar. 1988-1989-cu illərdə Ermənistandan 250 minə yaxın azərbaycanlının deportasiya edilməsindən sonra orada azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi-memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən səssiz-səmirsiz dağıdıldı.

Tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində 1000-dən artıq azərbaycanlı yaşayış məntəqəsi, yüzlərlə tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, mavzoleylər, məqbərələr, qəbiristanlıqlar, qəbirüstü abidələr və s. mövcud olub.

Təlcə bir faktı qeyd edək ki, XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız 1 məscid- Göy məscid qismən salamat qalıb.

Ermənistan ərazisində azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesi bu gün də erməni vandalları tərəfindən davam etdirilir. Beynəlxalq təşkilatlar isə bütün bunları görmək, erməni işğalına və erməni vandalizminə “Dur!” demək istəmirlər.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Erməni nazirin gülünc Moskva səfəri: Nə baş verir?

Bu sözləri Axar.az -a Ermənistan Prezidenti Serj Sərkisyanın Moskva səfərini şərh edən analitik Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, mədəniyyət günləri çərçivəsində erməni deputatlarının, parlament sədrinin Moskvaya səfəri anlaşılan olsa da, Ermənistan müdafə nazirinin bu tədbir çərçivəsində Rusiyaya getməsini sağlam məntiqlə izah etmək mümkün deyil:

“Doğrusu, səfər barədə məlumat verən Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyanın bununla nə demək istədiyini anlamaq çox çətindir. Onsuz da “Ermənistan” və “mədəniyyət” sözləri bir-biri ilə ziddiyyət təşkil edir, bura müdafiə naziri də əlavə olunanda bir az çox olur. Ermənistan müdafiə nazirinin mədəniyyət günləri çərçivəsində Moskvaya getməsində bəlkə də Sərkisyan rejiminin mahiyyətini əks etdirən təhtəlşüur bir məqam var. Ermənilər təkcə torpaqlarımıza deyil, mədəniyyətimizə da sahiblənmək istəyirlər. Öz mədəniyyəti, tarixi, dövlətçiliyi olmayan ermənilər Azərbaycan torpaqlarının hesabına özlərinə dövlət yaradıblar. Tariximizi, daşınmaz, daşınar abidələrimizi erməniləşdiriblər, mədəniyyətimizi oğurlayıblar. Azərbaycan mədəniyyətinin qəsb edilməsi Ermənistan üçün həm də hərbi məsələdir. Ermənistan müdafiə nazirinin mədəniyyət günlərində iştirakını yalnız bu kontekstdən dəyərləndirmək olar”.

E.Mirzəbəyli bu arada 2018-ci il martın 1-10-u aralığında Ermənistanda keçiriləcək prezident seçkilərinə də toxunub:

“İşğalçı ölkənin prezidentini bu dəfə parlament seçəcək. Sərkisyanın isə yenidən namizədliyini irəli sürmək hüququ yoxdur. Bu baxımdan da o, nəyin bahasına olursa olsun, baş nazir kürsüsünə yiyələnməyə çalışır. Seçkilərədək onun Moskvanı su yoluna çevirəcəyi zərrə qədər də şübhə doğurmur”.

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan noyabrın 15-də Rusiyaya səfər edəcək. S.Sərkisyan Moskvada Ermənistan mədəniyyət günlərinin açılışında iştirak edəcək. Onunla bərabər Moskvaya parlament sədri, müdafiə naziri və deputatların gəlişi gözlənilir.

Comments are closed, but trackbacks and pingbacks are open.