Dünya Bankı Azərbaycan üçün müəyyən etdiyi kredit limitini artıra bilər
Zabit qeyd edib ki, bütün bu fəaliyyətlər uğurla həyata keçirilib:
Erste bankın gündəlik limitini necə artıra bilərəm?
Təxminən bir il əvvəl nağdlaşdırma üçün bankların birinin ATM-nə yaxınlaşdım. Orta yaşlı bir kişi uzun müddət bankomatın qarşısında durub, dəfələrlə pul çıxarmaq istəsə də, pul çıxmırdı. Əlində isə kiçik bir çek var idi. Bir müddət ona baxdı və nəhayət, mənə uzadıb soruşdu – “Pul çıxarmaq istəyirəm, amma alınmır. Kartın kodunu düz yazıram, kartda da pul var. Belə bir kağız çıxır. Bu nədir? Niyə pul çıxmır?”. Çeki əlimə alıb oxuyanda, məsələ aydın oldu. Çekdə nağdlaşdırma limiti barədə məlumat yazılmışdı. Həmin şəxs də o limitdən artıq nağdlaşdırmaq istəyirdi. Təbii ki, bu da alınmırdı. Bəlkə də, bir çoxlarımız bu cür hallarla qarşılaşıb. Yəqin ki, məqalədə n ədən bəhs olunacaq, hər kəsə məlum oldu.
Bankların nağdlaşdırma komissiyaları barədə artıq əvvəlki məqalədən məlumatınız var. Lakin bankın nağdlaşdırma məbləğinə qoyduğu məhdudiyyətləri də unutmamalıyıq (Əgər həmin məqaləni oxumamısınızsa, buradan daxil olub oxuya bilərsiniz).
İndi isə gələk, bankların nağdlaşdırma limitlərinə. Nağdlaşdırma limiti bank kartı vasitəsilə bankomatdan çıxara biləcəyimiz pulun maksimum məbləğini ifadə edir. Bir əməliyyat üzrə limit isə bir dəfə bankomata kartı daxil edərkən maksimum nə qədər pul nağdlaşdıra biləcəyimiz məbləği əks etdirir. Nağdlaşdırma limiti adətən gündəlik, bəzən isə aylıq təyin olur. Başqa sözlə desək, bəzi banklarda günlük limit olmadıqda, nağdlaşdırma aylıq limitlə məhdudlaşa bilər.
Çox az hallarda, banklar əməliyyatların sayına görə də limitlər təyin edirlər. Əməliyyat sayı dedikdə, bankomatdan gün ərzində neçə dəfə pul çıxara biləcəyimiz nəzərdə tutulur. Məsələn, bankın gündəlik limiti 15000 manat, bir əməliyyat üzrə limit isə 1000 manatdır. Bu zaman sizə 15 dəfə kartı bankomata daxil edərək, hər dəfə 1000 manat olmaqla nağdlaşdıra bilərsiniz.
Bütün bu məhdudiyyətlərə baxmayaraq, qeyd olunan limitləri artırmaq mümkündür. Bunun üçün ya bankın mobil tətbiqinə daxil olaraq, ya da banka yaxınlaşaraq limitin məbləğini dəyişə və ya tamamilə aradan qaldıra bilərsiniz.
Digər bir məqamı da unutmayaq ki, bu məhdudiyyətlər kartın debet, kredit və ya maaş (təqaüd və s.) kartı olmasından və kartın statusundan asılı olaraq dəyişə bilər. Aşağıdakı hazırladığımız siyahıda yalnız sadə debet kartlardan nağdlaşdırma limitiləri əks olunub. Həmin kartların qiymətləri ilə buradan tanış ola bilərsiniz.
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!
Dünya Bankı Azərbaycan üçün müəyyən etdiyi kredit limitini artıra bilər
“Dünya Bankı Azərbaycana verdiyi borclar baxımından əsnəkliyə sahibdir”. Bunu “Report”a eksklüziv müsahibəsində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) deyib. S.Mayklın sözlərinə görə, Azərbaycanın müraciəti ilə rəsmi Bakının kredit limitində dəyişiklik edə bilərlər: “Açıq şəkildə görünür ki, mövcud situasiyada biz əlimizdən gələn qədər faydalı olmağa çalışırıq. Bir sözlə, təqdim edə biləcəyimiz maliyyə dəstəyinin maksimal həddi yoxdur. Onu deyə bilərəm ki, Azərbaycanın müraciət edəcəyi təqdirdə ölkəniz üçün ayıra biləcəyimiz çox böyük maliyyə imkanlarımız var”. Dünya Bankı rəsmisi azad edilmiş ərazilərdə nəqliyyat, təhsil, səhiyyə sahələrinin, KOB-ların inkişafı üçün Azərbaycana dəstək verməyə hazır olduqlarını da qeyd edib. Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir. Bu dövr ərzində Bank Azərbaycanın reallaşdırdığı 50-dən artıq layihəyə 4 mlrd ABŞ dolları civarında vəsait ayırıb. Qeyd edək ki, Dünya Bankının Azərbaycan üçün təsdiqlədiyi “Ölkə Tərəfdaşlıq Strategiyası”nda kredit limiti illik 500 mln ABŞ dolları təşkil edir.
Beş il əvvəlki tarixi nailiyyət – xüsusi təyinatlılar Günnüt yüksəkliyini necə azad edib? – FOTO
“2016-cı il Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini göstərdisə, 2018-ci il Günnüt əməliyyatı zamanı azad olunan strateji yüksəklik və ərazilər ordumuzun nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiq etdi”.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti Kamran İbrahimov deyib.
Əməliyyatla bağlı danışan K.İbrahimov bildirib ki, 2018-ci ilin yazında Əlahiddə Ümumqoşun Ordusu tərəfindən xüsusi təyinatlılara Şərur rayonunun Günnüt kəndinin ərazi bütövlüyünün bərpa edilməsi barədə tapşırıq verilib:
“Tapşırıqdan dərhal sonra xüsusi təyinatlı qüvvələr olaraq Günnüt kəndinin ətrafına gəldik və kiçik qruplar şəklində bölündük. Kəndin ərazi relyefi sıx və yüksək dağlıq olduğu üçün konkret tapşırıqlar qoyuldu. Biz qruplar şəklində gecə vaxtı həmin strateji yüksəklikləri ələ keçirdik. Səhər hava işıqlandığından düşmən gördü ki, mühüm strateji postlar artıq Azərbaycan xüsusi təyinatlıları tərəfindən azad edilib”.
Onun sözlərinə görə, əməliyyat nəticəsində ümumilikdə 8 önəmli mövqe düşməndən təmizlənib. Bu mövqelərdən 5-i Günnüt kəndinin, 3-ü isə Qızılqaya dağının ərazisinə düşür.
“Ermənilər bundan sonra bizi iriçaplı silahlardan, pulemyotlardan, hətta minaatanlardan atəşə tutdu. Təəssüflər olsun ki, bu zaman xüsusi təyinatlıların mənsubu Adil Tatarov şəhid oldu. Onun şəhid olması bizdə qisas hissini daha da artırdı və düşməni geri çəkilməyə məcbur etdik. Onlar xeyli itki verdi. Günnüt əməliyyatının yeganə şəhidinin şərəfinə azad etdiyimiz postlardan birinə Adil Tatarovun adını verdik”, – K.İbrahimov deyib.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti Rəşad Məmmədov da Günnüt əməliyyatında iştirak edib. O söyləyib ki, 2018-ci il mayın əvvəllərində Günnüt kəndi istiqamətində qruplar tərkibində yerdəyişmələr olub, bir neçə gün ərazinin kəşfiyyatı aparılıb:
“Mayın 17-dən 18-nə keçən gecə baş leytenant Orxan Hümbətovun qrupu ilə Günnüt kəndinin şimal-qərbindəki 1850 yüksəkliyinə hərəkətə başladıq. Həmin an səs və işıq maskalanmasına ciddi riayət etməli idik. Səhər saat beş radələrində mühəndis işlərini tam bitirdik və fərdi mövqelər hazırladıq. Artıq saat altıda düşmənin aktivliyi tam müşahidə edildi. Saat onda isə ermənilər mənim mövqeləndiyim postu 73 mm-lik SPQ-9 tank əleyhinə qumbaraatanlardan atəşə tutdular. Şəxsi heyət düşmənin atışı altında əlaqə səngərləri və mühəndis işləri görürdü.
Xüsusilə qeyd etmək istəyirəm ki, erməni xüsusi təyinatlılarından ayrılmış snayperlər şəxsi heyətimizi atəş altında saxlayırdılar. Hesab edirəm ki, ən böyük uğurum isə mövqeləndiyim yerdə itki verməməyimiz oldu. Əsgərlərim yorulmaq bilmədən düşmən hücumuna qarşı adekvat cavab tədbirləri görürdülər”.
O vurğulayıb ki, Günnüt əməliyyatında topladıqları döyüş təcrübəsini Vətən müharibəsində də tətbiq ediblər.
“Mən Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərin iştirakçısı olmuşam. Noyabrın 25-də Kəlbəcər rayonunun təhvil alınmasında iştirak etmişəm. Cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunmuşam”, – R.Məmmədov bildirib.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti Renat Şıxnəbiyev də uğurlu Günnüt əməliyyatını qürur hissi ilə xatırlayır. O deyib ki, həmin əməliyyat 3 mərhələdən ibarət olub.
R.Şıxnəbiyev qeyd edib ki, əvvəlcə düşmənin Günnütdəki fəaliyyəti ilə bağlı kəşfiyyat aparmalı, mayın 20-dən etibarən isə onların bölmələrinin daxilinə və hakim yüksəkliklərə sızma əməliyyatı həyata keçirməli, daha sonra isə orada tərtiblənməli idilər.
Zabit qeyd edib ki, bütün bu fəaliyyətlər uğurla həyata keçirilib:
“Düşmənin postlara gəlib-getmək yollarını bizim bölmələrimiz tərəfindən aşkar görünməsini təmin etdik. Ən önəmli postlar olan Ağbulaq yüksəkliyi, Qızıl qaya massivindəki Qara qaya yüksəkliyinin ələ keçirməyimiz uğurlu əməliyyatın bariz nümunəsidir. Bu əməliyyatda ən böyük uğurumuz Gorus-Laçın-Xankəndi marşurutuna nəzarəti ələ keçirməyimiz oldu. Təbii ki, bu amil də Vətən müharibəsi zamanı düşmən bölmələrinin hərəkətini optik cihazlarla müşahidə edərək məlumatları əvvəlcədən yuxarı komandanlığa ötürməyə imkan verdi”.
Onun fikrincə, Günnüt əməliyyatını Qarabağ zəfərinə gedən yolun bir mərhələsi də adlandırmaq olar:
“Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişəm və cənab Prezident İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına, eyni zamanda “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişəm”.
Xatırladaq ki, 2018-cı il mayın 20-dən 27-dək Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı düşməndən azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində ümumilikdə 11 min hektarlıq ərazi ermənilərdən təmizlənib. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Adil Tatarov şəhid olub. Azad edilən ümumilikdə 11 min hektara yaxın ərazinin 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Həmin ərazilərdə həm taxılçılıq, üzümçülük, həm də maldarlıq, qoyunçuluq və arıçılığın inkişaf etdirilməsi üçün münbit şərait var.
Comments are closed, but trackbacks and pingbacks are open.