Press "Enter" to skip to content

Etnoqrafiya kitabi

Qloballaşma bütün xalqların, o cümlədən Azərbaycan xalqının mənəvi mədəniyyətini, onun davamlılığını, milliliyini bir növ sınağa çəkir. Tarixin bu sınağından nə qədər itkisiz, eyni zamanda qloballaşmanın gətirdiyi üstünlüklərdən yararlanaraq çıxmaq Azərbaycan elminin, o cümlədən etnoqrafiya elminin əsas vəzifələrindəndir. Elmi tədqiqatların əsas vəzifələrindən biri milli kimliyimizi keçmişdən indiyə daşımaq, indiki nəslə öyrətmək, gələcək üçün əmanət qoymaqdır.

Etnoqrafiya kitabi

Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

–>Axtarış –>

–>Tolışi xəbon –>

–>Top –>

–>Statistika –>

Talış etnoqrafiyasına dair kitab

Bu yaxınlarda tədqiqatçı, tarixçi-etnoqraf Həşim Kəlbiyevin “Azərbaycanın Cənub-Şərq bölgəsi əhalisinin etnoqrafik xüsusiyyətləri” adlı, sayca altıncı kitabı işıq üzü görmüşdür.

Kitab 500 tirajla Bakıda “MBM” nəşriyyatında çap edilmişdir. 128 səhifədən ibarət olan bu kitabda Azərbaycanın Cənub-Şərq bölgəsi əhalisinin etnik tərkibi, etnik proseslərinin tarixi, təsərrüfat həyatı, maddi mədəniyyəti və ailə məişətinin bəzi məsələləri haqqında məlumat verilir. İlk öncə bir ziyalı və bir vətəndaş kimi kitabın adı ilə bağlı fikirlərimi dəyərli oxucularımızla bölüşmək istəyirəm. Məlum olduğu kimi çoxmillətli vətənimizdə ən qədim zamanlardan bəri bir çox xalqlar yaşamışdır ki, bu xalqlardan biri də talışlar olmuşdur. Azərbaycanın aboregen xalqlarından sayılan talışlar tarixən indiki Azərbaycan Respublikasının cənub-şərqində yaşamışlar. Hazırda talışların kompakt və azərbaycanlılarla qarışıq halda yaşadıqları Lənkəran, Astara, Lerik, Masallı, Biləsuvar, Cəlilabad, Neftçala və Yardımlı rayonları Azərbaycan Respublikasının siyasi xəritəsində ölkənin cənub-şərqində yerləşir. Çox əfsuslar olsun ki, yuxarıda adlarını qeyd etdiyim rayonların yerləşdiyi coğrafi məkanın adı bu gün respublikanın KİV-qəzet, jurnal və kitablarda yanlış olaraq “Cənub bölgəsi” kimi qeyd edilir. Halbuki Azərbaycan Respublikasının cənub bölgəsini Beyləqan, Fizuli, Cəbrayıl, Zəngilan və digər rayonlar təşkil edir. Buna görə də müəllif haqlı olaraq talışların yaşadıqları bölgəni cənub yox, cənub-şərq bölgəsi adlandırmışdır.

Elmi redaktoru filologiya elmləri doktoru, professor Məsud Məmmədov və rəyçi tarix elmləri namizədi, dosent Qəzənfər Rəcəbli olan “Azərbaycanın Cənub-Şərq bölgəsi əhalisinin etnoqrafik xüsusiyyətləri” kitabı 5 fəsil, xəritələr və şəkillərdən ibarətdir.

“Azərbaycanın Cənub-Şərq bölgəsi əhalisinin etnik tərkibi və etnik tarixi prosesləri” adlı I fəsil üç paraqrafa bölünür.

1. Bölgənin coğrafi xüsusiyyətləri tarixi mənbələrdə.
2. Bölgə əhalisinin etnik tərkibi və etnik proseslər haqqında.
3. Talış etnotoponimi haqqında.

“Əhalinin ənənəvi məşguliyyətləri yazılı mənbələrdə” adlı II fəsil isə dörd paraqrafdan ibarətdir.

1.Əkinçilik (çəltikçilik)
2. Bostançılıq.
3. Həsirçilik və məişətdə onun yeri. (Bu paraqrafda müəllif eyni zamanda ağacişləmə, arıçılıq, yaşayış evləri haqqında da məlumat verir)
4. Xalqın ənənəvi içkisi – Şəlemtırş. (qeyd edim ki, yaşadığım Havzava kəndi və ona yaxın olan yaşayış məntəqələrində Şəlemtırş – turşudulmuş şalğam “Şəlemov” adlandırılır. İ.Ş.)

III fəsil “Azərbaycanın Cənub-Şərq bölgəsi əhalisinin ailə-nigah münasibətləri”, IV fəsil “Azərbaycanın Cənub-Şərq bölgəsi məskənləri haqqında, V fəsil isə “Azərbaycan Respublikası Cənub-Şərq bölgəsi ərazisinin ənənəvi yolları” adlanır.

Müəllif əsər üzərində çalışarkən müxtəlif ədəbiyyatlardan istifadə etmiş, bir çox informantları (məlumatçıları) dinləmiş və çöl məşğələlərində iştirak etmişdir. Tədqiqatçı, tarixçi-etnoqraf Həşim Kəlbiyev “Azərbaycanın Cənub-Şərq bölgəsi əhalisinin etnoqrafik xüsusiyyətləri” kitabında Azərbaycan etnoqrafiyasının tərkib hissəsi olan talış etnoqrafiyası haqqında geniş və dolğun məlumat vermişdir. Əsər Azərbaycan etnoqrafiyasına böyük bir töhfədir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabdan tarix elmi üzrə ixtisaslaşmış fakultələrin tələbələri, tarix müəllimləri, etnoqraf, toponomist və diyarşünaslar mənbə kimi istifadə edə bilərlər.

“Azərbaycanın Cənub-Şərq bölgəsi əhalisinin etnoqrafik xüsusiyyətləri” kitabının oxucular tərəfindən rəğbətlə qarşılanacağına heç bir şübhəm yoxdur. Son olaraq müəllifə can sağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Əminəm ki, bu, hörmətli etnoqrafımız Həşim Kəlbiyevin oxucularla son görüşü olmayacaqdır.

İldırım Şükürzadə,
Müəllim-tədqiqatçı,

“Tolışon Sədo” nöm: 19 (31), 26 may 2012

Etnoqrafiya kitabi

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Исследования по археологии и этнографии Азербайджана

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Etnoqrafiya kitabi

Azərbaycan xalqının milli kimlik kitabı

Etnoqrafiya elmi xalqı, xalqın özünəməxsus xüsusiyyətlərini öyrənir, tarix, arxeologiya, eləcə də başqa elm sahələrinin əldə etdiyi nəticələri də özünün süzgəcindən keçirir, tamamlayır, bütövləşdirir. Nəticədə etnik-milli özünüdərkin, özünütanımanın əsasını yaradır. Yəni, maddi və mənəvi mədəniyyət əsasında milli kimlik formalaşır, etnoqrafiya elmi isə minilliklərin bu milli-etnik kimliyini üzə çıxarmaqla məşğuldur.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan “Azərbaycan etnoqrafiyası” üçcildliyini xalqımızın milli kimliyinin formalaşması prosesində bir epoxanın, minilliklərin ümumiləşdirilməsi saymaq olar. Bu kitabları xalqımızın milli-etnoqrafik kimliyi kimi də dəyərləndirmək mümkündür.

Belə bir əsərin ortaya çıxması Azərbaycan Respublikasının Prezidentinin elmə, elmi tədqiqatlara verdiyi mühüm önəmin, yüksək dəyərin ən bariz nümunəsidir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı əsasında “Azərbaycan etnoqrafiyası” üçcildliyinin, eləcə də yüzlərlə əsərin kütləvi tirajlarla nəşri Azərbaycan Respublikasının siyasi, iqtisadi, mədəni, elmi potensialının sübutudur, bu fəaliyyət əsasında milli-dövlət maraqlarımız həyata keçirilir, daha da gücləndirilir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsinə həsr olunan, akademik Teymur Bünyadovun rəhbərlik etdiyi müəlliflər kollektivinin əməyi nəticəsində ərsəyə gələn “Azərbaycan etnoqrafiyası” əhatə etdiyi məsələlərin çoxçalarlılığı və zənginliyi ilə diqqəti çəkir.

Birinci cilddə Azərbaycanın coğrafi şəraiti, tarixi ən qədim zamanlardan başlayaraq izlənilir, tariximizin, cəmiyyətimizin inkişafının etnoqrafik baxımdan daha çox maraq doğuran mərhələlərinin xarakterik xüsusiyyətləri araşdırılır. Kitabın ilk səhifəsindən sonunadək Azərbaycan etnoqrafiyası tariximizin, təbiətimizin, cəmiyyətimizin inkişafı, baş verən hadisələr fonunda gözümüzün önünə gətirilir, təhlil olunur. Kitabı oxuyanda özünü, sanki təsvir və təhlil olunan dövrün, hadisənin içində, canlı etnoqrafik məkanda hiss edirsən.

Birinci cilddə “Coğrafi şərait” və “Tarixi oçerk” kifayət qədər maraqlı, oxunaqlı yazılmışdır. Burada Azərbaycanın yerləşdiyi coğrafi bölgənin xüsusiyyətləri geniş şəkildə təqdim edilir, bu biliklər də sonrakı bölmələrin daha dəqiq, aydın başa düşülməsinə imkan verir. “Tarixi oçerk”də Azərbaycanın ən qədim tarixi müxtəlif arxeoloji tapıntılar, kəşflər, tarixi hadisələr, ictimai həyatın inkişafı fonunda təsvir olunur. Bu bölmədə Azərbaycan ərazisində ilk insanların çox qədim çağlardan davamlı yaşaması, Quruçay mədəniyyəti, Kür-Araz mədəniyyəti, Xocalı mədəniyyətinin etnoqrafik təsviri yaradılır, qədim zamanlardan başlayaraq, XX əsrin əvvəllərinədək Azərbaycan tarixində baş verən hadisələr izlənilir.

Kitabda əkinçiliyin inkişafının tarixi-etnoqrafik xəritəsi çəkilir. Azərbaycanın dünyada ən qədim əkinçilik mədəniyyətinə malik ölkələrdən biri olduğu təsdiqlənir. Burada Neolit-yeni daş dövründə əkinçiliyin əsas təsərrüfat sahəsinə çevrilməsi, Eneolit dövründə əkinçilik və maldarlığın yerli əhalininin başlıca məşğuliyyəti sayılması, Tunc dövründə toxa əkinçiliyindən cüt əkinçiliyinə keçidin başlanması, Dəmir dövründə əkinçiliyin geniş şəkildə inkişafı, Azərbaycanın qədim əkinçilərinin əldə etdikləri yeniliklərin, addım-addım irəliləyişlərin tam mənzərəsi yaradılır. Əkinçiliyin inkişafı cəmiyyətin inkişaf səviyyəsindən, dövlətçilikdən, eyni zamanda xalqımızın zəngin bir mənəvi həyatından, dünyagörüşündən xəbər verir. “Azərbaycan etnoqrafiyası”nda da ilk dəfə olaraq, əkinçiliyin təkcə təsərrüfat sahəsi kimi etnoqrafik təsviri verilmir, həm də milli-dövlətçilik tarixində, xalqın həyat fəlsəfəsində rolu, nəsillərarası fasiləsiz inkişafının əsası kimi mahiyyəti üzə çıxarılır. Aparılan tədqiqatlar ən sadə məsələlərdə belə azərbaycançılıq ideyasını üzə çıxarır. Burada Azərbaycanın müxtəlif etnoqrafik bölgələrinə məxsus materiallar lokal və ümumölkə kontekstində araşdırılır, ümumiləşmələr aparılır, əhalinin əsas məşğuliyyət növləri geniş şəkildə, zəngin etnoqrafik materiallar əsasında təsvir və təhlil edilir.

Xalqımızın təsərrüfat həyatında mühüm əhəmiyyət kəsb edən maldarlıq mədəniyyəti də coğrafi şəraitlə bağlı olaraq öz rolunu oynamışdır. Kitabda Azərbaycanda qədimdən başlayaraq maldarlığın inkişaf etməsi etnoqrafik materiallar əsasında öyrənilir, maldarlığın təkcə iqtisadi deyil, həm də ictimai, etno-sosial həyatda rolu araşdırılır. Əkinçiliklə bərabər maldarlığın inkişafı da hər bir xalqın formalaşmasını, inkişafını, iqtisadi səviyyəsini və s. məsələləri üzə çıxaran faktorlardır. Bu baxımdan etnoqraflarımızın apardığı tədqiqatların, xüsusən, “Azərbaycan etnoqrafiyası” üçcildliyini tariximizdəki inkişaf faktorlarını ümumiləşdirərək üzə çıxaran fundamental tədqiqat əsəri saymaq olar. Xüsusi vurğulamaq lazımdır ki, hər üç cilddə tədqiqatların vəhdəti özünü göstərir. Məsələn, əkinçiliklə və ya maldarlıqla bağlı tədqiqatı oxuyanda bəri başdan oxucuda qədimdən bəri Azərbaycanda sənətkarlığın, maddi mədəniyyətin başqa sahələrinin inkişafı barədə təsəvvür yaranır.

Azərbaycan Qafqazda və Yaxın Şərqdə ən qədim sənətkarlıq ölkələrindən biridir. Ölkəmizdə 50-dən cox sənət növləri xalqımızın məişətində geniş istifadə olunmuşdur. Sənətkarlıqla bağlı tədqiqatlar, eyni zamanda, təsərrüfat məişətini, maddi mədəniyyəti, mənəvi mədəniyyəti və s. məsələləri göz önünə gətirir. Burada sənətkarlıq, onun müxtəlif növləri birgə, bütöv halda tədqiq olunur, hər bir etnoqrafik özəlliyin Azərbaycana məxsusluğu ortaya çıxır.

Etnoqrafiya elmində təsvir anlayışı bu sözün leksik mənasından kifayət qədər geniş anlamdadır. Bu xalqın təsərrüfat məişətinin, maddi və mənəvi mədəniyyətin müxtəlif nümunələrinin sadə təsviri deyil, minillərin, yüzillərin cilalanmış, ipə-sapa düzülmüş təsviridir, tədqiqidir. Üçcildlikdə belə bir təsvir özünü göstərir. Bunun nəticəsində müəlliflər tədqiq olunan məsələlərin Azərbaycan etnoqrafiyasının, Azərbaycan mədəniyyətinin tərkib hissəsi olduğunu bacarıqla sübuta yetirirlər.

“Azərbaycan etnoqrafiyası”nın ikinci cildi əsasən maddi mədəniyyətin tədqiqinə həsr olunmuşdur. Bu cilddə də, birinci cilddə olduğu kimi, Azərbaycan etnoqrafiyası Qafqaz və Yaxın Şərqin etnoqrafiyası ilə müqayisəli öyrənilir. Hər bir etnoqrafik tədqiqat obyektinə ümumi qanunauyğunluqlarla, müqayisəli və əlaqəli şəkildə baxılır. Burada maddi mədəniyyətin müxtəlif sahələrinin tədqiqinə geniş yer ayrılır. Yeri gəlmişkən, qeyd edək ki, hər üç cild eyni zamanda ayrı-ayrılıqda Azərbaycan etnoqrafiyası haqqında tam təsəvvür yaratmağa imkan verir. Çünki bu kitablarda etnoqrafiyanın bütün məsələlərinə kompleks şəkildə baxılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması haqqında” sərəncamı əsasında çap edilən “Azərbaycan etnoqrafiyası” üçcildliyi, şübhəsiz, bu muzeyin yaradılmasında iştirak edən mütəxəssislərin stolüstü kitabı olacaqdır. Sərəncamda qeyd olunduğu kimi, əlverişli təbii şərait və coğrafi mühitin müxtəlifliyi bəşər sivilizasiyasının ilk ocaqlarından sayılan bu ərazidə ənənəvi mədəniyyətin komponentlərinin hərtərəfli inkişafı üçün özünəməxsus koloriti ilə seçilən tarixi-etnoqrafik bölgələri əsrlər boyu qarşılıqlı vəhdətdə unikal mədəniyyətin formalaşmasına təsir göstərmişdir.

“Azərbaycan etnoqrafiyası” üçcildliyi Azərbaycan xalqının bu unikal mədəniyyətinin zənginliyini, milli simasını müəyyən edən həyat tərzini, məişət və mərasim xüsusiyyətlərini, xalq yaradıcılığını və s. məsələləri tədqiq edərək üzə çıxarır. Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılmasının əsas məramı və məqsədi olan milli mədəniyyətin gənc nəslin yüksək vətənpərvərlik, adət-ənənələrə bağlılıq və tarixi-mədəni dəyərlərə ehtiram ruhunda tərbiyə olunması işinə dəstək vermək, eləcə də xalqımızın zəngin etnoqrafiyasının layiqincə təbliğ edilməsi, dünyaya tanıdılması baxımından “Azərbaycan etnoqrafiyası” çoxcildliyinin də xüsusi əhəmiyyət daşıdığını vurğulamaq lazımdır.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın yüksək dövlət rəhbərliyi səviyyəsində elmimizin, təhsilimizin, mədəniyyətimizin inkişafına xüsusi diqqət yetirilir. Ötən ilin 10 oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva paytaxt yaxınlığındakı Qala Arxeoloji və Etnoqrafik Muzey Kompleksinin açılış mərasimində iştirak etdilər. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu yeni layihə Azərbaycanın tarixi-etnoqrafik keçmişinin qorunub saxlanması ilə yanaşı, ölkəmizin turizm məskənlərindən birinə çevrilməsinə də xidmət göstərəcək. Bundan başqa, 2008-ci il mayın 15-də Milli Parkın ərazisində Lətif Kərimov adına Azərbaycan Xalçaçılıq və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi binasının təməlqoyma mərasimi keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü və YUNESKO-nun dəstəyi ilə inşa olunan bina Azərbaycan xalçaçılıq sənətinin qorunmasında və təbliğində böyük rol oynayacaq.

Fikrimizc ə, Az ə rbaycanda maddi v ə m ə n ə vi m ə d ə niyy ə timizin qorunmas ı na , inki ş af ı na v ə t ə bli ğ in ə bel ə r ə smi s ə viyy ə d ə y ü ks ə k diqq ə t yetirildiyini n ə z ə r ə alsaq , ” Az ə rbaycan etnoqrafiyas ı” ç oxcildliyinin ə h ə miyy ə ti bir daha ortaya çı x ı r .

Ailə kiçik dövlətdir, cəmiyyətin inkişafında xüsusi rola malikdir. Azərbaycan ailəsinin özünəməxsus münasibətlər sisteminin öyrənilməsində müxtəlif elmlər çərçivəsində tədqiqatlar aparılır. Ancaq etnoqrafik tədqiqatlarsız buna nail olmaq mümkün deyildir. “Azərbaycan etnoqrafiyası”nda Azərbaycan ailəsinin inkişafı izlənilir, ailədaxili münasibətlər, nikah formaları, toy və onun mərhələləri, uşaqların tərbiyəsi və s. məsələlər araşdırılır. Ölkəmizdə ailə institutunun qorunması istiqamətində bir sıra siyasi, iqtisadi, sosial qərarların qəbul olunduğu bir dövrdə Azərbaycan ailəsinin keçmiş və indisinin əlaqələndirilməsi baxımından ortaya qoyulmuş tədqiqat işini yüksək qiymətləndirmək vacibdir.

“Azərbaycan etnoqrafiyası”nda mənəvi mədəniyyət məsələləri xüsusi tədqiq olunub. Bu, təsadüfi deyil. Müasir qloballaşan dünyada mənəvi mədəniyyətimizin, adət-ənələrimizin bütöv, tam qalması, inkişafı mühüm əhəmiyyət daşıyır. Sonuncu cild bütövlükdə mənəvi mədəniyyətə həsr olunub, əgər belə demək mümkünsə, bu cilddə azərbaycançılıq ideyasının etnoqrafik əsasları əksini tapıb.

Bu cilddə xalq bayramları, qarşılıqlı yardım formaları, ağsaqqallıq, ağbirçəklik, qonaqpərvərlik, musiqi, elm və təhsil, ədəbiyyat, xalq təbabəti, xalq inamları, qədim dini etiqadlar, rənglər və saylar, xalq çəki və ölçü vahidləri, oyun və əyləncələr, xalq təqvimi tədqiq olunub. Bu sahələrdən də göründüyü kimi, əvvəlki tədqiqatlarla vəhdət yaradılır, Azərbaycan xalqının mənəvi və maddi mədəniyyətin bütövlüyü bir daha təsdiqlənir.

Qloballaşma bütün xalqların, o cümlədən Azərbaycan xalqının mənəvi mədəniyyətini, onun davamlılığını, milliliyini bir növ sınağa çəkir. Tarixin bu sınağından nə qədər itkisiz, eyni zamanda qloballaşmanın gətirdiyi üstünlüklərdən yararlanaraq çıxmaq Azərbaycan elminin, o cümlədən etnoqrafiya elminin əsas vəzifələrindəndir. Elmi tədqiqatların əsas vəzifələrindən biri milli kimliyimizi keçmişdən indiyə daşımaq, indiki nəslə öyrətmək, gələcək üçün əmanət qoymaqdır.

Bu cilddə Novruz bayramının mahiyyəti, tarixi kökləri araşdırılır. Ümumiyyətlə, bu cilddəki “Xalq bayramları” fəslini təkcə tədqiqat deyil, eyni zamanda maraqlı illüstrasiyalarla bayramların etnoqrafik bərpası saymaq mümkündür. Məsələn, Novruz bayramı ilə bağlı tədqiqatı oxuduqda buradakı mərasimlərin, ayin və nəğmələrin mahiyyətini, tarixi köklərini bir daha dərk edirsən, sadə etnoqrafik materiallarda zəngin bir fəlsəfi mahiyyətin, minilliklərlə formalaşan dünyagörüşün durduğunu görürsən. Müəlliflər hər bir bölmədə minilliklərin etnoqrafiyasını incələyib, çözələyib tədqiqatın obyektinə çevirib kitabın səhifələrinə gətiriblər. Kifayət qədər oxunaqlı bir dildə yazılan tədqiqat insana ağlı kəsəndən bəri ailəsində, kəndində, şəhərində, elində, obasında gördüyü, bayram sevinci dolu mərasimləri yenidən yaşadır, baharın ətrini hiss etdirir. İnsanın gözünün önündə Azərbaycan xalqının həyat fəlsəfəsi açılır.

Bu cilddə Qurban bayramı, Orucluq bayramı kimi dini bayramlar tədqiq olunur. Yeni sosial mühitdə Qurban və Orucluq bayramları, onların tarixi kökləri, ayin və mərasimlər, adət və ənənələr xalqımızın mənəvi həyatını zənginləşdirməklə yanaşı, yeni nəslin tərbiyəsinə müsbət təsir göstərir, onları möhkəm iradəli edir, gənclərdə xalqa, Vətənə, müstəqilliyimizə məhəbbət hissini daha da möhkəmlədirir.

Üçüncü cilddə ağsaqqallıq, ağbirçəklik, qonaqpərvərlik məsələlərinin tədqiqi də xüsusi maraq doğurur. Bu institutların etnoqrafik baxımdan araşdırılması, ortaya çıxarılan nəticələr xalqımızın mənəviyyatının incəlikləri barədə daha geniş məlumatlı olmağa imkan verir.

Eyni fikirləri “Musiqi” barəsində də söyləmək mümkündür. Burada ilk dəfə olaraq Azərbaycan musiqişünaslığına, müsiqişünaslarımızın yaradıcılığına yeni baxış ortaya qoyulur. Muğamlarımızın, eləcə də xalq mahnılarının fəlsəfi-etnoqrafik mahiyyəti, tarixi inkişafı izlənilir, xanəndəlik sənətinin və bu sənətin nümayəndələrinin, aşıqların yaradıcılığı, aşıq yaradıcığının etnoqrafik anlamı, aşıq havalarının, simli musiqi alətlərinin, rəqslərin xarakterik xüsusiyyətləri tədqiq olunur.

Qeyd edək ki, ötən illərdə Heydər Əliyev Fondu “Azərbaycan muğamı” multimedia toplusunu, “Muğam aləmi” toplusunu, “Qarabağ xanəndələri” musiqi albomunu, “Muğam ensiklopediyası”nı nəşr edib. Fondun dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzi, Müasir İncəsənət Muzeyi tikilib istifadəyə verilib, 2005-2007-ci illərdə respublika Televiziya- Muğam Festivalı, Beynəlxalq Muğam Festivalı keçirilib, Azərbaycan mədəniyyətinin inkişafı üçün xeyli əsaslı işlər görülüb.

“Azərbaycan etnoqrafiyası” üçcildliyi də mahiyyətcə, formaca son illərdə ölkəmizdə xalqımızın mənəvi mədəniyyətinin qorunması istiqamətində görülən işlərlə səsləşir.

Üçüncü cilddə elm, təhsil və ədəbiyyat üzrə tədqiqatlar da bütövlükdə cildləri tamamlamaq baxımından mühüm əhəmiyyət daşıyır. Bu cilddə xalqın milli-mənəvi dəyərlərinin etnoqrafik tədqiqi də Azərbaycan mədəniyyətinin bütövlüyünü, tamlığını təsdiqləmək, azərbaycançılığın mahiyyətini izah etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə üçüncü cilddə dilimizin, dinimizin, ruhumuzun canı-qanı, milli- mənəvi-etnoqrafik identifikasiyamız üzə cixarılır.

İnanırıq ki, burada əksini tapan tədqiqatlar Azərbaycanın fəlsəfə, sosiologiya, etnososiologiya və s. elmlər sahəsində də daha maraqlı və yeni araşdırmalar aparmağa imkan verəcək. Çünki mahiyyətində təhlil duran etnoqrafik təsvir bir çox nəzəriyyələrin açarıdır. Üçcildlik “Azərbaycan etnoqrafiyası” bütün elmlərin üz tutduğu fundamental əsərdir. Azərbaycan Milli Elmlər Akademiyası Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Ağamusa Axundovun təbirincə desək, “Üçcildlik “Azərbaycan etnoqrafiyası” yalnız Arxeologiya və Etnoqrafiya İnstitutunun deyil, ümumən humanitar və ictimai elmlərimizin böyük uğuru kimi qeyd edilə bilər”.

Üçcildliyin əhəmiyyəti zaman keçdikcə daha dərindən dərk ediləcək, xalqımızın, dövlətimizin maraqları baxımından necə də böyük bir iş görüldüyü dönə-dönə təsdiqlənəcək. Çoxcildlik başqa elm sahələrində də yeni istiqamətli tədqiqatların aparılmasına kömək etməklə yanaşı, etnoqrafiya elmində yeni nəzəriyyələrin yaranmasına öz təsirini göstərəcək.

Qloballaşan dünyada Azərbaycan xalqının etnoqrafik milli kimliyini tam halda cilalayıb ortaya çıxarmaq böyük bir işdir. Təkcə Azərbaycan Respublikası vətəndaşlarını deyil, tarixi Azərbaycan torpaqlarında, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları mənəvi baxımdan bir araya gətirmək, özünü özünə tanıtmaq, eləcə də başqalarının bizi tanıması üçün “Azərbaycan etnoqrafiyası” üçcildliyinin yeri əvəzedilməzdir.

Yekunda onu bildirək ki, akademik Teymur Bünyadov başda olmaqla “Azərbaycan etnoqrafiyası” üçcildliyinin müəlliflər kollektivi-ömrünü kitablara yazan alimlərimiz Azərbaycan xalqının, dövlətinin qarşısında mühüm bir vəzifəni uğurla yerinə yetirmişlər. Qloballaşan, mənəvi mədəniyyətlərin aşınmağa meyilləndiyi, maddi mədəniyyətin sürətlə dəyişdiyi bir dünyada Azərbaycan xalqının minilliklərinin etnoqrafiyasını tədqiq edib, əldə olunan nəticələri kitablarda əks etdirmək ən müqəddəs işlərdən biridir. Üçcildlik “Azərbaycan etnoqrafiyası”nın elmi-mənəvi dəyəri getdikcə daha dərindən başa düşüləcək, bu əsər hər bir azərbaycanlının milli kimlik kitabına çevriləcək.

Az ə rbaycan tarix şü nasl ığı nda ilk d ə f ə olaraq i şı q ü z ü g ö r ə n bel ə bir fundamental ə s ə rin Az ə rbaycan Respublikas ı n ı n Elm ü zr ə D ö vl ə t M ü kafat ı na t ə qdim olunmas ı b ö y ü k m ə na v ə m ə zmun k ə sb edir .

AMEA-nın müxbir üzvü,

tarix elmləri doktoru,

tarix elmləri doktoru

Comments are closed, but trackbacks and pingbacks are open.