Müştəri xidmətləri
1. İstədiyiniz kateqoriya və məhsulu seçin.
Euronics-də məhsulları səbətə necə əlavə edə bilərəm?
Eyol.az saytında qeydiyyatdan keçməklə, xaricdə daimi ünvana sahib olun.
Sifariş et
Onlayn mağazalardan alış-veriş edərkən bağlamanızın çatdırılacağı ünvan yerinə sizə təmin etdiyimiz ünvanı daxil edin.
Bağlamanı əldə et
3-5 iş günü ərzində sifarişinizi Bakı anbarımızdan əldə edə və ya kuryer xidmətimizdən istifadə edə bilərsiniz.
Tariflərimiz
Yeniliklər və xəbərlər
Türkiyədən ortopedik yastıq sifarişi
Boyun ağrısından qorunmağın ən yaxşı yolu boynunuzu dəstəkləmək üçün düzgün yuxu vəziyyətində yatmaqdır Ancaq düzgün formada yatmaq tək başına kifayət olmaya bilər
Türkiyədən çanta sifarişi
Çanta dəbin ayrılmaz hissəsidir Hər il yenilənən dəblərlə birlikdə yeni çanta modelləri də dəbə gəlir
Türkiyədən kişilər üçün kostyum sifarişi
Kostyum kişilərin qarderobunun ayrılmaz parçasıdır Daha çox xüsusi gün paltarı sayılsada bəzi iş yerlərinin geyim formasıdır
Hədiyyənizi Amerikadan sifariş edin
Hədiyyə alarkən də diqqət edilməli bir neçə vacib məqam var Bunlaradan birincisi hədiyyənizin fərqli olmasıdır
Müştəri xidmətləri
Bu bölmədə sizin alış-verişinizi əyləncəli edəcək və asanlaşdıracaq məlumatlar yer alır.
Əsas
- Çatdırılma
- Xidmət səviyyəsinin qiymətləndirilməsi
- Sifarişin və qaytarılmanın izlənməsi
Məhsulun və vəsaitin qaytarılması
- Məhsulu necə geri qaytarmaq olar?
- Elektron qaytarılma forması
Sifariş
- Qüsurlu məhsul
- Çatışmayan məhsul / Digər məhsul
Məhsullar
- Ölçü cədvəli
- Xəbərlərə necə abunə ola bilərəm ?
Ödənişlər
- Sifarişi necə ödəyə bilərəm ?
- Promo-kod / Hədiyyə kartı / Bonus
Texniki səbəblər
- Qeydiyyat problemləri
- Səhifə yükləmə problemləri
FAQ
Necə sifariş etmək olar?
Sizin rahatlığınız üçün biz məhsulların səmərəli sifarişi funkiyalarını istifadə vermişik. Siz qeydiyyatdan keçmiş istifadəçi və ya vaxtınız azdırsa qeydiyyatınız olmadan belə sifariş yerləşdirə bilərsiniz. Sizi maraqlandıran məhsul haqqında əlavə məlumat əldə etmək üçün *0114 nömrəsi vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
Bir neçə min məhsul mövcuddur. Mənə maraqlı olan məhsul qrupunu asanlıqla necə seçə bilərəm?
Səhifənin yuxarı hissəsində – “MyBrands” loqotipinin yanında istədəyiniz ifadə və açar sözləri axtarmağınıza yardımçı olacaq axtarış modulu yerləşir. Bu təbii ki, təkliflərin nəzərdən keçirilməsini sizin üçün əhəmiyyətli dərəcədə asanlaşdıracaqdır. Eyni zamanda, geniş məhsul çeşidimiz arasından məhz sizə lazım olanı seçməkdə yardımçı olmağımız üçün bizimlə *0114 nömrəsi vasitəsilə əlaqə saxlamağınızı da təklif edirik.
Necə sifariş etməli?
“ MYBRANDS.AZ ” onlayn platformasının administratorları alış-veriş prosesinin maksimal dərəcədə sadə və şəffaf olması üçün çalışır. Bir neçə sadə addımda bizdən məhsul sifariş etməyi öyrənin.
1. İstədiyiniz kateqoriya və məhsulu seçin.
2. Əgər seçdiyiniz məhsul bir neçə variantda mövcuddursa, sizə uyğun olan ölçü və rəngi seçin. Bundan sonra məhsulun dəqiq qiyməti göstəriləcəkdir.
3. Seçdiyiniz məhsulları səbətə əlavə edin – bu mərhələdə yenidən alış-veriş prosesinə qayıda bilərsiniz.
4. Növbəti mərhələyə keçmək üçün “Sifarişi bitirmək” düyməsinə basın.
5. Çatdırılma ünvanını göstərin.
Sağ tərəfdə yerləşən məhsul xülasəsində məhsulun qiyməti, çatdırılma qiyməti və ödənişin ümumi məbləğ göstəriləcəkdir.
“Şərtlər və Qaydalar”ımızı qəbul edin və “Ödənişə keçmək” düyməsinə basın.
6. Bank kartınızdakı məlumatları daxil edin.
7. Bax belə! Siz elə indicə “Mybrands.az”da alış-verişinizi bitirdiniz.
8. Sizə sifariş xülasəsi haqqında elektron məktub göndəriləcəkdir.
Siz telefon vasitəsilə də asanlıqla sifariş yerləşdirə bilərsiniz – Müştəri dəstəyi xidmətimizin əlaqə vasitələri:
MyBrands kartını necə yeniləmək olar ?
MyBrands kartınızı yeniləmək üçün Məlumat Mərkəzimizə müraciyət edin *
*Məlumat Mərkəzi, Park Bulvar ticarət mərkəzində Lacoste mağazasında (müvəqqəti) yerləşir
Ödənişdən neçə gün sonra sifarişi əldə edə bilərəm?
- Adətən sifarişin çatdırılması 1-3 iş günü təşkil edir.
Çatdırılma ödənişlidir?
Sifarişin məbləğindən asılıdır. Hazırda 100 AZN-dən yuxarı sifarişlər pulsuz qaydada çatdırılır.
Mən sifarişi qəbul edə bilmədim. Yeni çatdırılma tarixi təyin edə bilərəm?
Siz əvvəlcədən *0114 nömrəsinə zəng edərək vaxtı razılaşdırmaqla sifarişin çatdırılmasını növbəti günə təyin edə bilərsiniz. Əlavə çatdırılmaların sayı 2 cəhdlə məhdudlaşır.
Məhsulu necə geri qaytara bilərəm?
Elektron geri qaytarılma formasını* çap edib sifarişə əlavə edərək, onu Hüseyn Cavid prospekti 520/2 ünvanına göndərərək məhsulları geri qaytara bilərsiniz.
*Qaytarılma formasını “Müştəri xidmətləri” bölməsində tapa bilərsiniz.
Məhsulun geri qaytarılma müddəti neçə gündür?
Sifarişi əldə etdikdən 14 gün ərzində məhsulu geri qaytara bilərsiniz.
Məhsulun qaytarılması halında ödəniş nə zaman geri qaytarılacaqdır?
Ödənişin qaytarılması kartın eminent bankına əsasən müxtəlif ola və 10 iş günü təşkil edə bilər.
Ölçü uyğun deyil. Məhsulu dəyişdirə bilərəm ?
Məhsulların dəyişdirilməsi geri qaytarılma proseduru vasitəsi ilə həyata keçirilir.
Elektron geri qaytarma formasını dolduraraq məhsulu dəyişdirə bilərsiniz
Kosmetika və parfüm mallarını qaytara və ya dəyişdirə bilərəm ?
Təəssüf ki, parfümer-kosmetika malların qaytarılması və dəyişdirilməsi mümkün deyil
Pul vəsaitlərini ödənişin həyata keçirildiyi karta deyil, başqa karta qaytarmaq mümkündür?
Pul vəsaitləri yalnız ödənişin həyata keçirildiyi karta qaytarıla bilər.
Pul vəsaitini ödənişin həyata keçirildiyi deyil, digər üsulla qaytarmaq olar?
Təəssüf ki, xeyr. Bank kartları ilə ödəniş zamanı vəsaitlərin yalnız ödənişin həyata keçirildiyi bank kartlna qaytarılması mümkündür. Pul vəsaitinin nəğd formada qaytarılması mümkün deyildir.
Rəqəmsal hədiyyə kartını harda istifadə edə bilərəm ?
Rəqəmsal hədiyyə kartından yalnız mybrands.az saytımızda istifadə edə bilərsiniz
Rəqəmsal hədiyyə kartı fiziki mağazalarımızda etibarlı deyil
Bizi izləməyi unutmayın
Bizim müştərilər qrupuna qoşulun. Yeni məhsullar və aksiyalardan ilk xəbərdar olun.
VERGİLƏR
Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən, əlavə dəyər vergisi (ƏDV) – vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalarına və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Mövzu ilə bağlı yaranan suallara iqtisadçı ekspert İsmayıl Bağırov aydınlıq gətirir.
Bu maddənin tətbiqinin əsas məqsədi vergi tutulan dövriyyədən əlavə dəyər vergisinin hansı qaydada hesablanıldığını müəyyənləşdirməkdir. Bunun üçün birinci növbədə verginin əvəzləşdirilməsi mexanizmini nəzərə almaq lazımdır. Çünki bu maddəyə əsasən büdcəyə ödəniləcək ƏDV-ni hesablamaq üçün vergi tutulan dövriyyədən hesablanan ƏDV-nin məbləğindən əvəzləşdirilməli olan ƏDV-nin məbləğini çıxmaq lazımdır. ƏDV məhsulun qiymətinə əlavədir.
Əgər mənfəət vergisi müəssisənin sərəncamında qalan mənfəətin, muzdlu işdən tutulan gəlir vergisi işçilərə ödənilən əməkhaqqının həcminin azalmasına səbəb olursa, ƏDV müəssisənin vəsaitlərinin həcmini azaltmır, çünki vergi ödəyicisi tərəfindən ödənilən ƏDV təqdim olunan məhsulun üzərinə əlavə edildiyi üçün həmin məhsulun istehlakçısı tərəfindən əmtəənin qiymətində ödənilir. Yəni ƏDV məhsulu təqdim edən vergi ödəyicisi tərəfindən yox, məhsulu alan son istehlakçı tərəfindən ödənilmiş olur.
Misal 1: ƏDV-nin tutulması prosesində verginin əvəzləşdirilməsi mexanizmini daha aydın başa düşmək üçün aşağıdakı cədvəli misal vasitəsi ilə izah edək. Sadəlik üçün, fərz edək ki, ƏDV-nin dərəcəsi 10 faizdir.
Malın hərəkət mərhələləri
Malın alındığı qiymət
Malın satıldığı qiymət
ƏDV-nin
hesablanmış
məbləği
ƏDV-nin
əvəzləşdirilmiş məbləği
Büdcəyə
ödənilməli
ƏDV
Alıcı (son istehlakçı)
Cədvəldən göründüyü kimi, ilkin istehsalçı 100 manatlıq məhsul istehsal edib. Onun üzərinə 10 manat (100 x 10% = 10) ƏDV əlavə edərək, həmin məhsulu 110 manata emal sənayesinə təqdim edib. Bu zaman heç bir əvəzləşdirmə olmadığından ilkin istehsalçı büdcəyə 10 manat ƏDV ödəməlidir. Lakin bir məsələyə diqqət etmək lazımdır ki, 10 manat ƏDV məbləğini ilkin istehsalçı büdcəyə ödəsə də, həmin məhsulu istehlakçıya 110 manata (100 manat + 10 manat ƏDV) təqdim etdiyindən, faktiki olaraq büdcəyə ödədiyi 10 manat ƏDV məbləğini istehlakçıdan alır. Misalın davamında: cədvəldən göründüyü kimi, emal sənayesi aldığı 110 manatlıq malı (100 manat + 10 manat ƏDV)) topdan satıcıya 220 manata (200 manat + 20 manat ƏDV) təqdim edib. Bu zaman 20 manat ƏDV əmələ gəlir, amma məhsulu alanda ödədiyi 10 manat ƏDV-ni əvəzləşdirdiyi üçün emal sənayesi büdcəyə 10 manat (20 manat – 10 manat) ƏDV ödəməlidir. Misalın davamında: topdan satıcı aldığı 220 manatlıq malı pərakəndə satıcıya 330 manata (300 manat + 30 manat ƏDV)) təqdim edib. Bu zaman 30 manat ƏDV əmələ gəlir, amma məhsulu alanda ödədiyi 20 manat ƏDV-ni əvəzləşdirdiyi üçün topdan satıcı büdcəyə 10 manat (30 manat – 20 manat) ƏDV ödəməlidir. Misalın davamında: pərakəndə satıcı aldığı 330 manatlıq malı 440 manata (400 manat + 40 manat ƏDV)) son istehlakçıya təqdim edib. Bu zaman 40 manat ƏDV əmələ gəlir, amma məhsulu alanda ödədiyi 30 manat ƏDV-ni əvəzləşdirdiyi üçün pərakəndə satıcı büdcəyə 10 manat (40 manat – 30 manat) ƏDV ödəməlidir.
Mənfəət vergisi müəssisənin sərəncamında qalan mənfəətin, muzdlu işdən tutulan
gəlir vergisi işçilərə ödənilən əməkhaqqının həcminin azalmasına səbəb olursa,
ƏDV müəssisənin vəsaitlərinin həcmini azaltmır, çünki vergi ödəyicisi tərəfindən
ödənilən ƏDV təqdim olunan məhsulun üzərinə əlavə edildiyi üçün
həmin məhsulun istehlakçısı tərəfindən əmtəənin qiymətində ödənilir
Misalımızdan göründüyü kimi, sonda 10 manat ƏDV məbləğini pərakəndə satıcı büdcəyə ödəsə də, həmin məhsulu istehlakçıya 440 manata (400 manat + 40 manat ƏDV) təqdim edib və məhsulu alarkən ödədiyi 30 manat ƏDV-ni əvəzləşdirdiyi üçün büdcəyə ödəməli olduğu 10 manat (40 manat – 30 manat) ƏDV məbləğini məhsulun dəyərinə əlavə etdiyindən, həmin məbləği pərakəndə satıcı istehlakçıdan almış olur.
Ümumiyyətlə, bütün mərhələlərdə hər bir satıcı satış anında alıcıdan ƏDV-ni alır və təqdim edəcəyi mala görə ödəyəcəyi ƏDV-dən özünün ödədiyi ƏDV-ni çıxır və qalan məbləği büdcəyə ödəyir. Nəticədə büdcəyə ödənilən ƏDV məbləği də malın dəyərinə əlavə olunaraq təqdim edildiyindən, ƏDV son istehlakçı tərəfindən ödənilmiş olur.
Misal 2: Tutaq ki, ƏDV ödəyicisi olan müəssisə elektron vergi hesab-fakturası əsasında 118.000 manat dəyərində (o cümlədən 100.000 manat malın dəyəri, 18.000 manat ƏDV məbləği) xammal almışdır. Malın dəyəri müəssisə tərəfindən satıcı təşkilatın bank hesabına nağdsız qaydada, ƏDV isə depozit hesabına ödənilmişdir. Alınmış xammaldan istehsal edilmiş mal elektron vergi hesab-fakturası əsasında 177.000 manata (o cümlədən 150.000 manat malın dəyəri, 27.000 manat ƏDV məbləği) təqdim edilmişdır.
Beləliklə, vergi tutulan dövriyyədən hesablanan verginin məbləği 27.000 manat, (150.000 x 18% = 27.000) əvəzləşdirilməli olan verginin məbləği 18.000 manat (100.000 x 18% = 18.000), ƏDV üzrə büdcəyə ödənilməli olan fərq məbləği isə 9.000 manat (27.000 – 18.000 = 9.000) manat təşkil edəcəkdir.
Misaldan göründüyü kimi, ƏDV üzrə büdcəyə ödənilməli olan 9.000 manat xammalın dəyərinə əlavə edildiyindən, həmin məbləğ müəssisə tərəfindən ödənilsə də, faktiki olaraq, istehlakçıdan alınmışdır.
Hazırladı:
Fəxriyyə İKRAMQIZI
Comments are closed, but trackbacks and pingbacks are open.