Bəylər Eyyubov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Eyyubov a.k diplomatiyanın əsasları
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Diplomatiyanın əsasları
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Bəylər Eyyubov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib
Bəylər Eyyubov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib Bəylər Həsən oğlu Eyyubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.
16 Mart , 2020 17:35
Bəylər Həsən oğlu Eyyubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. “Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, B.Eyyubov 1951-ci il martın 10-da Qərbi Azərbaycanın Vedi rayonunun Şirazlı kəndində anadan olub. 1998-ci il dekabrın 26-da “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. 2003-cü il iyunun 2-də Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini – Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub. 2010-cu il avqustun 21-də 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Eyni zamanda Prezident İlham Əliyevin 2013-cü ilin dekabrında imzaladığı sərəncamla B.Eyyubova general-polkovnik hərbi rütbəsi verilib.
Bəylər Eyyubov
Link kopyalandı
Xəbərlər Şöbəsi
https://static.report.az/photo/a31389f3-bdb0-3954-982a-8378f2e91c2d_50.jpg
Rus versiyası Бейляр Эйюбов назначен начальником Службы безопасности президента
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
“Report” müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.
Eyyubov a.k diplomatiyanın əsasları
Diplomatiyanı müəyyən edən digər bir qurum ölkə parlamentidir ki, burada da diplomatiyanın hüquqi əsasları, qanunvericilik əsasları formalaşır. Diplomatiya qanunvericiliklə hüquqi status əldə edir. Dövlətin xarici siyasətinin icrasını həyata keçirən ümumiləşdirici qurum isə xarici işlər nazirlikləri və xarici siyasət ofisləridir.
Diplomatiyanın bir peşə sahəsi kimi tarixi qədimdir. Dövlətlər yaranandan indiyə qədər beynəlxalq münasibətlər olub. Diplomatiya tarixən dövlətlər arasında əlaqələri yaradan vasitə kimi əhəmiyyət kəsb edib. Diplomatiya dövlət siyasətinin tərkibini özündə cəmləşdirən aktlardan ibarətdir.
Hər bir anlayış kimi, diplomatiyanın da tərkib anlayışları, elementləri mövcuddur. Diplomatiya anlayışının konseptuallığı bundan meydana gəlir. Diplomatiya anlayışı özündə dövlətçilik konsepsiyalarını, qanunvericilik sistemini, beynəlxalq münasibətlərdə subyekt və obyekt kimi anlayışları, beynəlxalq hüquq anlayışını, o cümlədən beynəlxalq müqavilələr, danışıqlar anlayışlarını cəmləşdirən universal anlayışdır. Eyni zamanda məxsusi anlayışları da vardır: səfir, elçi, konsul, nunsi, internunsi, aqreman, ekzekvatura, göndərən ölkə, təyinat ölkə, immunitetlik, toxunulmazlıq kimi anlayışları da özündə cəmləşdirir.
Diplomatiya bir anlayış olaraq özündə: siyasət, bu baxımdan təmsilçilik, (ölkəsinin və təşkilatın təmsil olunması), missiyaçılıq (sülh missiyasının, digər siyasi missiyaların həyata keçirilməsi), vasitəçilik (münaqişəli tərəflərin barışdırılması), əlaqələndiricilik (dövlətlərin strukturlarının əlaqələndirilməsi), barışdırıcılıq (sülh missiyası), icraçılıq (dövlət siyasətinin icrası) kimi strateji və taktiki məsələləri ehtiva edir. Diplomatiyanın tərkibi olan konsulluq fəaliyyəti də siyasət aktlarından ibarətdir. Konsulluq mülkü sahədə dövlət siyasətinin əsaslarını həyata keçirir. Təyinat ölkədə yaşayan vətəndaşların mülki maraqlarını təmin edir, gediş-gəliş (viza) məsələlərini tənzimləyir. Mülki aktlar da dövlət siyasətinin tərkibini təşkil edir. (1,s.123)
Diplomatiya danışıqlar aparmaq məharətini özündə əks etdirən bir sahədir. Diplomatiya etiketləri, beynəlxalq mənəvi məsələləri özündə cəmləşdirir. Diplomatiya dövlətin nümayəndəliyi məsələsini özündə ehtiva edir. Diplomatiya beynəlxalq əlaqələrdə dövlətin identifikliyini yaradan bir sahədir. Diplomatik gedişlər taktiki uduşlara və strateji nailiyyətlərə yönəlir. Diplomatiya etika və estetika məsələlərini özündə əks etdirir. Diplomatiya təyinat ölkədə şəraiti öyrənmək, vəziyyəti öyrənmək funksiyasını həyata keçirir.
Diplomatiya (burada xarici işlər qurumları və səfirliklər, elçiliklər, diplomatik müşavirlər, konsulluqlar) öz fəaliyyətini milli qanunvericilik normaları (diplomatiya və konsul xidmətləri haqqında göndərən ölkənin qanunvericilik normaları ilə), təyinat ölkənin müvafiq qanunvericilik normaları və beynəlxalq hüquqla müəyyən edir. Diplomatiya beynəlxalq normaların hazırlanmasında iştirak edir (müqavilə və sazişlərin hazırlanmasında xarici işlər qurumları iştirak edirlər) və şəraitə uyğun təkliflərlə çıxış edir. Diplomatiya dövlətin beynəlxalq hüquqa (məsələn, konvensiyalar və onların protokollarına qoşulma) qoşulmasını təmin edir.
Diplomatiya təmsilçilik sahəsi olduğundan, burada dövlətin (təmsil olunan dövlətin) bütün elementləri əks olunmalıdır. Diplomatiya dövlətin (göndərən ölkənin) xarakterik xüsusiyyətlərini və xalqın mental cizgilərini özündə ehtiva edir. Diplomatiya həm beynəlxalq, həm də milli elementləri özündə daşıyır. Milli mədəniyyət modelini təqdim edir və digər tərəfdən də beynəlxalq normalara əməl etməklə beynəlxalq etiketi əks etdirir.
Diplomatiya milli elementlərin təqdimatını həyata keçirən bir etik və estetik fəaliyyət sahəsidir. Diplomatiya milli mədəniyyəti və dünya mədəniyyətini tərənnüm edən bir sahədir. Hər bir xalqın mədəniyyətini dünyada həm də onun dövlətinin diplomatiyası həyata keçirir. Deməli, diplomatiya tanıtım vasitəsidir. Xalqın həyata keçirdiyi diplomatiyanın məzmunu ilə həmin xalqın xarakterini müəyyən etmək olar.
Diplomatiya bir elm obyekti kimi, öyrənmə sahəsi olaraq beynəlxalq münasibətlərə aiddir. Beynəlxalq münasibətlər dövlətlərin xarici siyasət fəaliyyətləri olduğundan diplomatiya da dövlətə aiddir. Bu baxımdan bir siyasət fəaliyyəti kimi diplomatiyanı politologiya öyrənir. Beynəlxalq hüquq da hüquqşünaslıqla yanaşı, poltologiya elminin tərkibində öyrənilir. (2,s.234-243)
Diplomatiya – dövlət başçılarının, hökumətlərin və xarici əlaqələr üzrə xüsusi orqanların prinsipial fəaliyyəti olub, dövlətin xarici siyasətinin məqsəd və vəzifələrini həyata keçirməkdən və dövlətin hüquq və maraqlarını xaricdə müdafiə etməkdən ibarətdir. Diplomatiya dedikdə əsasən beynəlxalq münasibətlərin iştirakçısı olan dövlət və qrupların səlahiyyətli nümayəndələri arasında danışıqların aparılması sənəti və təcrübəsi nəzərdə tutulur. Diplomatiyanın predmeti, subyekti, obyekti də dunyanın siyasi xəritəsində öz yerini tutmuş dövlətlərdir. Diplomatiya tarixinin başlıca məqsədi dövlətlərarası münasibətlərin yaranması, inkişafı və pozulma prosesini öyrənməkdən ibarətdir.
Müasir dünyada dövlətlər öz mənliyini, mövcudluğunu 2 yolla təsdiq etdirir:
• 1) dövlətlər arası münasibətlər, yəni ikitərəfli diplomatiya;
• 2) çoxtərəfli münasibətlər, yəni subregional, universal təşkilatlar vasitəsi ilə tanınma.
Ən qədim zamanlardan diplomatiya işi imtiyazlı dairələrin, saray elitalarının əlində olmuş, böyük bir tarixi inkişaf yolu keçərək mərasimləşmiş və məcəllələşmişdir. Tədricən dövlətlərarası münasibətlərin qayda və normalarının hüquqi bərkintisindən ibarət beynəlxalq hüquq elmi meydana gəlmişdir ki, qədim Romada bu elmi “Xalqlar hüququ” adlandırmışlar. Diplomatiya tarixinin vəzifələri çox spektrli olub bilavasitə məqsədin aydınlaşdırılmasına xidmət edir. Diplomatiya müxtəlif maddi mədəniyyət nümunələrini özündə saxlamaqdadır ki, bunlara Mani və Hammurapi qanunlarını göstərmək olar.
Fransalı diplomat Qarden diplomatiyanın tam kursunda yazır :
“Diplomatiya sözün geniş mənasında dövlətin xarici əlaqələri haqqında elmdir, daha dəqiq mənada isə danışıqların aparılması elmi və sənətidir.”
Bir sıra müəlliflər isə diplomatiyanın tərifinə subyektiv xüsusiyyətlər də əlavə edir. Məsələn : İngilis diplomatı E.Satau diplomatiyanı müstəqil dövlətlərin hökumətləri arasında rəsmi münasibətlərin aparılmasına ağlın və taktın (taktiki gedişlərin) tətbiqi kimi müəyyən edir. Digər ingilis diplomatı Q.Nikolson da yazır ki, söz nə xarici siyasəti, nə də beynəlxalq hüququ deyil, yalnız danışıqlar məharətini ifadə etməlidir.
Keçmiş sovet ədəbiyyatlarında isə diplomatiya daha çox xarici siyasətin həyata keçirilməsi vasitəsi kimi təyin olunur. (3, 78-89)
Diplomatik lüğətdə diplomatiyanın tərifi aşağıdakı kimi verilir :
“Diplomatiya – həll olunan məsələnin xarakterini və konkret şərtləri nəzərə almaqla tətbiq olunan üsul və vasitələrin, qeyri-hərbi praktiki mərasimlərin məcmuusundan ibarət olan dövlətin xarici siyasətini həyata keçirmək üsuludur. İkinci tərifə əsasən diplomatiya-dövlətin xarici siyasətinin məqsəd və vəzifələrinin həyata keçirilməsi, dövlətin, onun xaricdəki müəssisə və vətəndaşlarının hüquqlarının və maraqlarının qorunması üzrə dövlət və hökumət başçılarının, xarici işlər nazirinin, xaricdəki diplomatik nümayəndəliklərin, beynəlxalq konfranslardakı nümayəndə heyətlərinin rəsmi fəaliyyətidir.” (4,s.55-59)
Bir çox yerlərdə diplomatiya dar mənada dövlətlər arasında danışıqlar aparmaq və müqavilələr bağlamaq məharəti, bacarığı kimi də qiymətləndiilir.
Diplomatiya və xarici siyasət anlayışlarını bir-birinən fərqləndirmək vacibdir. Xarici siyasət daha geniş anlayışdır və diplomatiya onun həyata keçirilməsinin vasitəsi rolunu oynayır. Diplomatiyadan başqa dövlətin xarici siyasətinin həyata keçirilməsinin fərqli üsul və vasitələri də mövcuddur; iqtisadi əməkdaşlıq, hərbi güc, kəşfiyyat, xarici siyasi təbliğat və s. Lakin diplomatiyadan fərqli olaraq onların bir çoxu xarici siyasətə münasibətdə müstəqil məqsəd və vəzifələrə sahib olurlar.
Xarici siyasət dövlətin beynəlxalq məsələlərdə ümumi kursudur. O dövlətin məqsəd və vəzifələrini, onun beynəlxalq münasibətlərdə fəaliyyətinin əsas istiqamətlərini, həmçinin istər sülh, istərsə də müharibə dövründə bu fəaliyyətin forma və metodlarını müəyyən edir.
Deyilənlərdən aydın olaraq görünür ki, diplomatiya xarici siyasətə münasibətdə daha dar anlayışdır, çünki onun realizəsinin vasitələrindən sadəcə olaraq biridir. Lakin qeyd etmək lazımdır ki, diplomatiyanı xarici siyasətin digər üsulları ilə qarşılaşdıranda diplomatiya xarici siyasətin əsas vasitəsidir və yalnız onun məqsədlərinə xidmət edir.
Lakin bu üsul beynəlxalq hüquqdan fərqlənir. Diplomatiya hət hansı bir dövlətin xarici siyasət maraqlarını başqa dövlətlərə (onların hökumətlərinə, ayrı-ayrı siyasi dairələrinə, ictimai fikrə) mənəvi siyasi təsir vasitəsilə həyata keçirməyə, bu maraqların təmin olunması üçün onları başqa dövlətlərin xarici siyasət maraqları ilə razılaşmağa çalışır. Diplomatiyanı beynəlxalq hüquqdan fərqləndirən cəhətlərdən biri də odur ki, beynəlxalq hüquq bütün hallarda vahid tənzimləmə sistemi kimi çıxış edir və bütün beynəlxalq aləm üçün eynidir, lakin məlumdur ki, “hər kəs üçün ümumi olan diplomatiya mövcud deyil”. Hər dözvlətin özünəməxsus diplomatiyası vardır ki, onların da effektivliyi həmin dövlətlərin diplomatiya məharətindən asılıdır.
Diplomatiya təbiətinə əsasən beynəlxalq münasibətlərin siyasi tənzimləmə vasitəsidir və zor işlətməyin və zorla hədələmənin qadağan olunduğu müasir dövrdə xrici siyasətin həyata keçirilməsinin əsas vasitəsidir.
K.K.Sandrovskiy diplomatiyanın bir sıra spesifik cəhətlərini ayırır. Bunlara aiddir :
– Beynəlxalq işlərdə dövlətin fəaliyyətinin rəsmi xarakteri;
– Diplomatik fəaliyyətin dövlətin istənilən orqanları vasitəsilə deyil, yalnız və yalnız bu məqsədlə yaradılmış xüsusi orqanlar – xarici əlaqə orqanları vasitəsilə həyata keçirilməsi;
– Diplomatiyanın bütün hallarda, yalnız dinc vasitələrlə həyata keçirilməsi.
Xarici siyasəti həyata keçirmək üçün digər dinc vasitələr də mövcud olduğu üçün sülh xarakteri təkcə diplomatiyaya xas olan cəhət deyildir, lakin buna baxmayaraq o, mühüm və müəyyənedici cəhətdir. (5,s.45)
Müasir beynəlxalq hüquqda ikitərəfli və çoxtərəfli diplomatiya anlayışı mövcuddur. İki dövlət arasında diplomatik fəaliyyəti tənzimləyən ikitərəfli diplomatiyadan fərqli olaraq, çoxtərəfli diplomatiya beynəlxalq təşkilatlar, konfranslar və müşavirələr çərçivəsində bir neçə dövlət dövlətlər qrupu tərəfindən həyata keçirilir və çoxtərəfli əsasda dövlətin danışıqları, məşvərətləri ilə müşayiət olunur.
Birləşmiş Millətlər Təşkilatının (BMT) və digər beynəlxalq təşkilatların yaradılması ilə çoxtərəfli diplomatiya da böyük əhəmiyyət kəsb etməyə başlayır. Onun özünəməxsus xüsusiyyətləri vardır:
– İştirakçıların razılaşdırdığı xüsusi proseduralar əsasında həyata keçirilir;
– İştirakçıların mövqeyi fikir mübadiləsi, açıq çıxışlar və şəxsi görüşlər əsasında işlənib hazırlanır;
– Qərarlar ya məcburi qüvvəyə malik olan, ya da tövsiyyə xarakteri daşıyan hüquqi aktlar formasında qəbul edilir.
Diplomatiya sahəsi çox genişdir və onun izahını bir məqalədə vermək mümkün deyil. Amma yekunda bu yazını Birləşmiş Ştatların 1842-1914-cü illərdə yaşamış diplomatı Ambros Biers`in (Ambroce Bierce) aşağıdakı sətirləri ilə yekunlaşdırmaq istəyirəm :
“İnsanın öz vətəni üçün yalan deməsi bir sənətdir. Buna DİPLOMATİYA deyilir.”
Elə bəlkə də günümüzdə dövlətlərin çoxunun diplomatiyasının sirri bu sətirlərdə gizlidir. (6.s.124)
Diplomatiyanın tarixi beynəlxalq münasibətlərdə sülh tarixini özündə ehtiva edir. Bu baxımdan da bu elm obyekti tarixşünaslıq tərəfindən də öyrənilir. Diplomatiya həm də fəlsəfi məzmundur. Burada etika və estetika, dövlət maraqları, diplomata beynəlxalq səviyyədə hörmət olunması kimi məsələlər bu sahənin fəlsəfi məzmununu yaradır.
Diplomatiya sahəsi özündə diplomatik vəzifələri (səfir, elçi, konsul, müşavir, katib, attaşe) və diplomatik rütbələri əks etdirən bir strukturdur. Diplomatiya özündə protokol qaydalarını (nümayəndələrin qəbulu və yola salınması qaydaları), diplomatik korpusun (təyinat ölkədə xarici ölkələrin diplomatlarının məcmusu) əsaslarını müəyyən edir.
Hər bir anlayış kimi diplomatiyanın da tərifi mövcuddur. Diplomatiyanın tərifi onun konsepsiyasından, əhatəliliyindən və strateji və taktiki məzmunundan formalaşır. (7.s.98-99)
Nəticə etibarı ilə diplomatiyanın universal (geniş məzmunlu) və konkret (tərkibli) tərifi mövcuddur.
– Diplomatiya dövləti başqa dövlətlərdə və təşkilatlarda təmsil edən nümayəndəli bir siyasət sahəsidir;
– Diplomatiya xüsusi dövlət qulluğu sahəsi olmaqla, bir dövləti başqa bir dövlətdə və təşkilatda təmsil etmək sahəsi və vasitəsidir;
– Diplomatiya dövlət başçısının başqa dövlətlər başçıları yanında təmsil edən əsas nümayəndəli və hüquqi statuslu bir vasitədir;
– Diplomatiya göndərən ölkənin hökumətini başqa dövlətlərin hökumətləri yanında (məsələn, konsulluqlar) təmsil edən siyasət vasitəsidir. Qeyd: mülki işlər, iqtisadi işlər, sosial və mədəni məsələlərin tənzim olunması siyasət fəaliyyətinin obyektidir. (8,s.111)
– Diplomatiya bir dövlətin daxili qurumları (hakimiyyət qolları və onların aparatları) ilə digər dövlətin daxili qurumları arasında əlaqələrin imkanlarını öyrənən və öz dövlətinə məlumat verən bir vasitədir. Dövlətin təyinat ölkəyə qarşı siyasətinin konturlarının müəyyən olunmasında diplomatiya müəyyən təkliflərlə çıxış edir;
– Diplomatiya (burada xarici siyasətdə iştirak edən və onu ümumiləşdirən, koordinasiya edən qurumlar) dövlətin xarici siyasətini sistemli olaraq həyata keçirən bir akt sahəsidir;
– Diplomatiya səlahiyyətli, fövqəladə statuslu, vəzifəli, öhdəlikli olmaqla, immunitet (şəxsi toxunulmazlıq, əmlak və əşyaların toxunulmazlığı, diplomatik poçtun toxunulmazlığı) və imtiyaz imkanlarına malik olan siyasət sahəsidir;
– Diplomatiya dövlətin mənafeyini qoruyan və onun maraqlarını beynəlxalq aləmdə, başqa dövlətlərdə və təşkilatlarda müdafiə edən siyasət vasitəsidir;
– Diplomatiya öz dövlətinin və təşkilatın elementlərini özündə cəmləşdirməklə, beynəlxalq aləmdə hərəkət edən və dövlətin və xalqın xaraktertik xüsusiyyətlərini özündə daşıyan bir vasitədir;
– Diplomatiya dövlətin başqa dövlətlərdə əmlakını müdafiə edən, qoruyan və mülki məsələləri tənzim edən bir fəaliyyət sahəsidir;
– Diplomatiya milli maraqları beynəlxalq hüquq əsasında digər milli maraqlarla sintez edən fəaliyyət sahəsidir;
– Diplomatiya göndərən və təyinat ölkədə siyasi prosesləri analiz edən və proseslər arasında uyğunluğu öyrənən və proseslər axarına təsir edən proseslər barədə ölkəsinə təkilf verən siyasət fəaliyyətidir;
– Diplomatiya öz ölkəsinin və xalqının mental dəyərlərini nümayiş etdirən bir mədəniyyət modelidir və vasitəsidir;
– Diplomatiya missiyaçılıq məqsədini təmin edən bir vasitədir;
– Diplomatiya vasitəçilik funksiyasını yerinə yetirən bir vasitədir;
– Diplomatiya öz ölkəsi ilə təyinat ölkədə fəaliyyət göstərən diplomatik qurumlarla əlaqələndirən bir vasitədir. Diplomatik korpus daxilində diplomatiya öz ölkəsinin maraqlarını genişləndirir və müdafiə edir.
Ədəbiyyat siyahısı
1. Elşən Nəsibov “ABŞ və Türkiyənin Qafqaz geosiyasi regionunda strateji maraqları və Azərbaycan Respublikası” Bakı, 2006 s.269
2. Дипломатический словарь. 2-е изд. – Т.1.- М., 2009. – С. 479
3. A.N.Abbasbəyli “Müasir beynəlxalq münasibətlər və Qloballaşma” Bakı, 2007 s.268
4. A.N.Abbasbəyli “Beynəlxalq münasibətlərin proqnozlaşdırılmasının nəzəri problemləri” Bakı, 2006 s.409
5. Avropa Şurası və Azərbaycan, Sülh, təhlükəsizlik və demokratiya naminə. Bakı, 2000 s.196
6. Дипломатический словарь. 2-е изд. – Т.1.- М., 1971. – С. 479
7. Ковалев Ан. Азбука дипломатии. 5-е изд., переработанное и дополненное — М., 1988.
8. Попов В. И. Современная дипломатия: Теория и практика: Курс лекций. Ч. 1: Дипломатия — наука и искусство / ДА МИД РФ. — М.: «Научная книга», 2003.
SUMMARY
Diplomacy is the practice of influencing the decisions and conduct of foreign governments or intergovernmental organisations through dialogue, negotiation, and other nonviolent means. Diplomacy usually refers to international relations carried out through the intercession of professional diplomats with regard to a variety of issues and topics. Diplomacy is the main instrument of foreign policy and Global Governance which represents the broader goals and strategies that guide a state’s interactions with the rest of the world. International treaties, agreements, alliances, and other manifestations of foreign policy are usually the result of diplomatic negotiations and processes. Diplomats may also help shape a state’s foreign policy by advising government officials.
Modern diplomatic methods, practices, and principles originated largely from 17th century European custom. Beginning in the early 20th century, diplomacy became professionalized; the 1961 Vienna Convention on Diplomatic Relations, ratified by most of the world’s sovereign states, provides a framework for diplomatic procedures, methods, and conduct. Most diplomacy is now conducted by accredited officials, such as envoys and ambassadors, through a dedicated foreign affairs office. Diplomats operate through diplomatic missions, most commonly consulates and embassies, and rely on a number of support staff; term diplomat is thus sometimes applied broadly to diplomatic and consular personnel and foreign ministry officials.
Key words: Diplomacy, foreign governments,organisations, Vienna Convention, Diplomats
Резюме
Дипломатия – это практика влияния на решения и поведение иностранных правительств или межправительственных организаций посредством диалога, переговоров и других ненасильственных средств. Дипломатия обычно относится к международным отношениям, осуществляемым через заступничество профессиональных дипломатов в отношении самых разных вопросов и тем. Дипломатия является главным инструментом внешней политики и глобального управления, который представляет более широкие цели и стратегии, которые направляют взаимодействие государства с остальным миром. Международные договоры, соглашения, союзы и другие проявления внешней политики обычно являются результатом дипломатических переговоров и процессов. Дипломаты также могут помочь сформировать внешнюю политику государства, консультируя правительственных чиновников. Современные дипломатические методы, практики и принципы возникли в основном из европейского обычая XVII века. Начиная с начала XX века дипломатия стала профессиональной; Венская конвенция о дипломатических сношениях 1961 года, ратифицированная большинством суверенных государств мира, обеспечивает рамку для дипломатических процедур, методов и поведения. В настоящее время дипломатия в большинстве случаев осуществляется аккредитованными должностными лицами, такими, как посланники и послы, через специальное отделение по иностранным делам. Дипломаты работают через дипломатические представительства, чаще всего консульства и посольства, и пользуются услугами ряда вспомогательных сотрудников; таким образом, термин «дипломат» иногда широко применяется к дипломатическому и консульскому персоналу и должностным лицам министерства иностранных дел.
Ключевые слова: Дипломатия, иностранные правительства, организации, Венская конвенция, дипломаты
Comments are closed, but trackbacks and pingbacks are open.