Pekində 28 may – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib
Azərbaycan dəmir yolu xidmətlərinin səmərəliliyi üzrə 12-ci yerdə, avtomobil yollarının keyfiyyəti üzrə isə 24-27-ci yerlərdədir. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir.
Azərbaycanda 28 May – Respublika Günü qeyd olunur
1918-ci ilin bu günündə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı.
Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.
Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş verib.
1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
Pekində 28 may – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib
Azərbaycanın Çin Xalq Respublikasındakı Səfirliyi tərəfindən 28 may – Respublika Günü münasibətilə Pekində rəsmi qəbul təşkil edib. Səfirlikdən “Report”a verilən məlumata görə, çinli rəsmilərin, diplomatların, bu ölkədə yaşayan soydaşlarımızın, yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın və Çinin dövlət himnləri səsləndirilib. Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı çıxışı zamanı 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılması və onun həyata keçirdiyi islahatlar barədə qonaqlara geniş məlumat verib: “ADR-in hüquqi, siyasi və mənəvi varisi olan Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra qonşu Ermənistanın hərbi təcavüzü və daxildə qeyri-sabitliklə üzləşmişdi. Məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və təcrübəsi sayəsində ölkəmizin ağır dövrü arxada qoyaraq inkişaf yoluna qədəm qoydu. Tolerant və multikultural dəyərləri ilə seçilən Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, beynəlxalq arenada mövqelər güclənir və nüfuzu artır”. Səfir Əkrəm Zeynallı tarixi kökləri qədim İpək yolu dövrünə gedib çıxan Azərbaycan-Çin əlaqələrinin hazırda bütün sahələr üzrə dinamik inkişaf etdiyini, bu münasibətlərin qarşılıqlı hörmət və etimada söykəndiyini bildirmişdir. Azərbaycanın Çin ilə əlaqələrə böyük önəm verdiyini bildirən səfir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu ildə Pekində 2-ci “Bir Kəmər, Bir Yol Beynəlxalq Əməkdaşlıq Forumu”nda iştirakını yada salmış, səfər çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə keçirilmiş görüşün iki ölkə arasında siyasi dialoqun möhkəmlənməsinə töhfə verdiyini diqqətə çatdırmışdır. Diplomat ölkələrimizin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində bir-birinə qarşılıqlı dəstək verdiyini xüsusi vurğulamışdır. Səfir Ə.Zeynallı ötən ilin payızında 44 gün davam edən Vətən müharibəsinin yekununda Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etdiyini, Dağlıq Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığını, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanatda kommunikasiyaların açılması sayəsində regionda sülh və əməkdaşlığın təmin olunmasına razılaşdıqlarını bildirmişdir. Diplomat Ermənistanın 30 illik işğal dövründə bütün infrastrukturu dağıtdığını və əraziləri minalarla çirkləndiridiyini vurğulayaraq, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan hökumətinin azad edilmiş ərazilərin bərpasına başladığını qeyd etmişdir. Rəsmi qəbulda iştirak edən Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini U.Cianhao dost Azərbaycan xalqını əlamətdar hadisə münasibətilə təbrik etmiş, ən xoş arzularını çatdırmışdır. Nazir müavini Azərbaycanın Prezident İlham Əliyevin liderliyi altında siyasi sabitliyə və sürətli iqtisadi inkişafa nail olduğunu bildirərək, Çinin yaxın dost və tərəfdaş ölkə kimi Azərbaycanın bu uğurlarına sevindiyini diqqətə çatdırmışdır. O, İlham Əliyevin liderliyi və zəhmətkeş Azərbaycan xalqının səyləri ilə Azərbaycanın gələcəkdə daha böyük uğurlar qazanacağına inandıqlarını demişdir. Çin rəsmisi ölkələrimizin COVID-19 pandemiyası ilə mübarizədə qarşılıqlı dəstək nümayiş etdirdiklərini, Prezident İlham Əliyevin Uhandakı böhran dövründə ÇXR Sədri Si Cinpinə dəstək məktubu göndərdiyini, həmin çətin günlərdə Bakıdakı Heydər Əliyev Mərkəzinin binasının dəstək əlaməti olaraq Çin bayrağı ilə işıqlandırılmasını məmnunluqla xatırladıb. U.Cianhao pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə inkişafının davam etdiyini, “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində məhsuldar nəticələrin əldə olunduğunu diqqətə çatdırıb. Buna misal olaraq, o, cari ilin birinci rübündə ticarət dövriyyəsinin ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artdığını, Çindən Azərbaycandan keçməklə Avropa istiqamətində dəmir yolu marşurutlarının sayının çoxaldığını bildirib. Eyni zamanda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Çinin təşəbbüsü ilə yaradılmış İpək Yolu Beynəlxalq Teatrlar Alyansına qoşulduğunu və bununla mədəni sahədə mübadilələrdə yeni səhifə açıldığını vurğulayıb. Eyni zamanda, ölkələrimizin BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyi diqqətə çatdırılıb. Çin rəsmisi, 2021-ci ilin hər iki ölkə üçün əlamətdar olduğuna diqqət yönəltmiş və bu il Çin Kommunist Partiyasının yaranmasının 100-cü, Azərbaycanın müstəqilliyinin bərpasının isə 30-cü ildönümünün qeyd edildiyini vurğulayıb. U Cianhao dövlət başçılarının ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı niyyətlərinin həyata keçməsi, siyasi etimadın möhkəmləndirilməsi, qarşılıqlı dəstəyin gücləndirilməsi, “Bir Kəmər, Bir Yol” əməkdaşlığının dərinləşdirilməsi, ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qaldırılması istiqamətində Çinin Azərbaycanla işləməyə hazır olduğunu bildirib. Sonra Azərbaycan haqqında film və Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalından videolar nümayiş etdirilib. Ziyafətdə milli mətbəximizin təamları, o cümlədən plov, dolma, kabab, qutab, Azərbaycan istehsalı olan şərablar qonaqlara təqdim olunub.
- Pekin
- 28 May Respublika günü
28 May – Respublika Günü Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biridir
28 May – Respublika Günü Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biridir. Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparmış, Azərbaycan tarixinin əhəmiyyətli və yadda qalan dövrlərindən olan XX əsrin əvvəllərində, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda istiqlaliyyətini elan etmişdir. 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət qurluşu kimi yaranmış Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilk salnaməsini müstəsna dərəcədə zənginləşdirmişdir.
28 May Respublika Günü – Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı XX – əsrin əvvəllərində bu may günündə öz arzusuna qovuşdu. Şərqdə ilk dəfə olaraq, demokratik, dünyəvi dəyərlərə əsaslanan müstəqil respublikanın yarandığı bütün dünyaya bəyan edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində fəaliyyət göstərmişdir. Ancaq bu müddət ərzində böyük işlər görə bilmişdir. Azərbaycanın dövlət bayrağı , Azərbaycan vətəndaşlığı təsis edilmiş, milli ordumuz yaradılmışdır. Qısa müddət ərzində 200-dən şox qanun qəbul edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirərək yeni bir dövlət və cəmiyyət nümunəsi idi. İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən aslı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi təmin edilmişdi. Azərbaycan dilinin dövlət dili elan olunması, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərməsi, milli ordunun, təhlükəsizlik strukturlarının yaradılması və sair mühüm tədbirlərin həyata keçirilməsi böyük əhəmiyyət daşıyırdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cumhuriyyəti barəsində demişdir: “Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmşdır. Biz haqlı olaraq fəxr edirik ki,bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, müstəqil xalqdır”
1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqiliyini elan etdi. 1993-cü ilin may-iyun aylarında Azərbaycanda hökumət böhranənən son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyimizin itirilməsinə real təhlükə yaranandə xalqın çağrışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə həkimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu.
1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. Ulu öndər Heydər Əliyev demişdi: ” Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyduq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli bir vəzifə düşübdür. Güman edirəm ki hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır”
2003-cü ildən sonrakı dövr böyük yolun davamı kimi dəyərləndirilir. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildiyi vaxtdan iqtisadiyyatın bütün sahələrinin, xüsusilə qeyri-neft sektorunun inkişafını, xalqın sosial – rifah halının yaxşılaşdırılması məsələlərini daim diqqətdə saxlayır. Heydər Əliyev siyasi kyrsunu layiqincə davam etdirməklə yanaşı , həmdə dövlət idarəçiliyində yeni məktəbin yaradıcısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini daha də möhkəmləndirir.
Dünyada baş verən qlobal iqtisadi-maliyyə böhranlarına, hal-hazırda davam edən COVID-19 koronavirus pandemiyasına baxmayaraq, Azərbaycanda əldə olunan uğurlar dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən qeydə alınmışdır. Düya Bankının “Doing Business” hesabatında reyinqə görə, Azərbaycan 190 ölkə arasında 28-ci yerdədir. Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərinə görə Azərbaycan dünyanın 74 inkişaf etmiş ölkəsi arasında öncül sıralardadır. Əhalinin elektrik təchizatı səviyyəsinə görə dünya miqyasında Azərbaycan ikinci yerdədir. Hökumətin dəyişməyə cavabdehliyi, yəni islahatçı obrazı əmsalına görə dünya miqyasında beşinci yerdədir. Azərbaycan Hökumətin uzunmüddətli strategiyası üzrə 10-cu yerdədə, hökumətin siyasi stabilliyi təmin etməsi üzrə 11-ci yerdədir.İnfrastruktur layihələri ilə bağlı göstəriciləri də yüksəkdir.
Azərbaycan dəmir yolu xidmətlərinin səmərəliliyi üzrə 12-ci yerdə, avtomobil yollarının keyfiyyəti üzrə isə 24-27-ci yerlərdədir. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış xarici siyasət nəticəsində, Şanlı Azərbaycan Ordusu 44 gün davam edən Vətən Müharibəsində işğalçı ermənistan ordusunu darmadağın edərək Tarixi Zəfərə imza ataraq uzun müddət işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. Bu Azərbaycan xalqının böyük tarixi qələbəsidir.
Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik çoxşaxəli siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycan dövlət müstəqilliyini bir də heç vaxt əldən verməyəcək, müstəqillik əbədi olacaq.
Milli Məclisin deputatı
Comments are closed, but trackbacks and pingbacks are open.