Press "Enter" to skip to content

Rare example of Sufi literature in Azerbaijan history in Xv century

Taleyin sərt sınağı qarşısında onlar şükr və səbr etiqadları ilə tablaya bilmişdilər.

MÖCÜZƏLƏRƏ İNANIRSINIZMI.

Onun – Aybənizin haqqında yazmaq istəyirəm. Ancaq nədənsə hər dəfə gözəl bir Ramazan günündə ziyarətinə getdiyim, uzun illər əlil arabasına məhkum olmuş şair qardaşımız Elman Tovuzun haqqında yazdıqlarım döyəcləyir yaddaşımı: “Yaradan ona o qədər qüvvətli iradə, dözüm, səbir, ən başlıcası İnam, İman verib ki, bir çox əlli-ayaqlılara, yeriyib-yürüyənlərə canlı örnəkdir! Onun yaşadıqlarını yaşayıb da sınmamaq, inamından, imanından dönməmək heç də hər insana, hər “sağlam” bədənliyə nəsib olmur. ”

Elə bil heç bu kövrək, ağrılı misraları da Elman bəy yazmayıb, daha çox Aybəniz xanımın iztirablarının, nisgilinin və iç dünyasının dilindən süzülüb gələnlərdi, onun yenilməz ruhunun şəkillənməsidi ki, durub:

Hər mənzil başına min cürə yol var,

Əməldə saleh ol, dilində yalvar.

Səni Allahına aparan yollar

Allahı qəlbinə daşıyır, bala!

BU, ONUN – AYBƏNİZİN PÜNHAN SƏSİDİ:

– Bacım, bacım, elə o qəmli, bəlalı şairin misralarıyla hərdəm özümə layla çalır, özümə təsəlli verirəm. Mənə bağışladığın “Özümə yolçuluq: O” kitabınızdan oxumuşam, dil əzbəri etmişəm bu misraları:

Kim deyər ki, kimsəsizəm,

Gün doğmamış doğar dərdim.

Yaxın qoymaz tənhalığı,

Beşiyində boğar dərdim.

MƏNDƏN GƏLƏN TƏSƏLLİDİ

– Şükranlıqla yaşayanların, inamlı və imanlı olanların, ürəyi-gözü nur ələyənlərin mükafatı Allahdan gələr, bacım. Dünya qəlbində sabaha ümidi bol olanlarındı. Fiziki problemlər, qüsurlar önəmli deyil, daha dəhşətlisi mənən qüsurlu olmaqdır. Dünya qara gələn qaranlığa şam ola bilənlərindi.

ŞÜKRÜN BƏYANI

İbrahim (ə) şükr məqamında ədəblə durdu və dedi: “Xəstələndiyim zaman mənə yalnız O şəfa verdi. ”

Allahın rəsulu (s.ə.s) belə buyurdu: “Möminin bəyəniləcək gözəl halı budur; ona bir xeyir isabət edərsə Allaha həmd və şükr edər. Əgər müsibət rast gələrsə, Allaha həmd ilə səbr edər. Hər iki halda da savab qazanar. ”

O böyük həzrət həm də “insanların nemətə ən layiq olanı Allaha ən çox şükr edəndir” – deyirdi.

Bir də şəkur haqqında deyilənlər var: “şəkur bəlaya şükr edəndir”.

Bir də var şəkkar – yəni, ona gələn nə olsa (haqdan gəldiyinə) sevinən!

Bu deyilənlərə Seyid Yəhya əl Bakuvinin şərhlərini oxuduğum bütün anlarda gözlərim önündə haqqında söz açacağım Aybəniz xanımın həyat hekayətləri varaqlanmaqdadı.

MÖCÜZƏLƏRƏ İNANIRSINIZMI?

Və ya möcüzələrə inanmaq istəyirsinizmi?

O zaman Aybənizin gerçək həyat hekayətlərini oxumağa, ömür, tale yolları ilə tanış olmağa vaxt ayırmalısınız.

Öncə hər şeyə şükr edə bilməyi öyrənəcəksiniz.

Öncə insan səbrinə şükr etməyə açılacaq diliniz.

ŞÜKR EDƏ BİLƏNLƏRİN ÖDÜLÜ

“Oxuyacağınız sətirləri elə onun danışdığı kimi yazdım; söz onundu, yazısı mənim. ”

Məşhur türk yazıçı və araşdırmaçısı İsgəndər Palanın “Od” romanı bu sətirlərlə başlayır.

Aybəniz haqqında yazacaqlarım da eynən bu cürdü; onun danışdıqları kimi, necə danışıbsa eləcə qələmə almağa qərarlıyam. Söz onundu, yazısa mənim.

Ancaq yazmağın da öz çətinlikləri var. Elə bil Aybənizin həyat tərzi, gerçək yaşamı bir aynadı;

Daha çox özü taleli, özü kimi, həyatın əlacsız məhrumiyyətlərinə düçar olmuş insanları göz önünə gətirir. Bu cür insanları ümumi, ortaq bir düşüncə birləşdirir – şükranlıq, inam və iman!

Ata-analarını, sağlamlıq imkanlarını itirmiş Zülfümar və Fidanı eynən Aybəniz xanım kimi görmüşdüm.

Taleyin sərt sınağı qarşısında onlar şükr və səbr etiqadları ilə tablaya bilmişdilər.

“Hər görüşümüzdə dərin bir arxayınlıqla daha çox bizim üçün dua etmənizə ehtiyacımız var” söyləmişdilər Zülfümar və Fidan bacıları. Hər dəfə aydın bir qəlb incəliyi ilə:

– Biz ümidsiz deyilik – söyləmişdilər. – Görə bilirik, söhbət edə bilirik, duya, düşünə bilirik – demişdilər. Bundan gözəl nə ola bilər? Allahımız bizə gör nə qədər imkanlar verib? – təsəllisinə sığınıb da özlərini tox tutmuşdular.

Allahın verdiyi böyük imkanlara etinalı, duaçı gördüm Aybəniz xanımı da.

Elə bil sağlamlıq imkanını itirmiş Zülfümar “Duyğuların dili” kitabında sözbəsöz Aybəniz xanımın dilindən çıxanları qələmə alıb: “Doğrudan da nə gözəldir yaşamaq, insanları sevmək! Həyatdır. Həm acılı, həm şirinli günləri ilə gözəl həyat. Həyatın sərt üzünə, acı zarafatlarına, ağır imtahanlarına baxmayaraq sevirəm həyatı. Sevirəm mənə bu həyatı bəxş edən Allahımı. Gəlin hamımız sevək həyatı, bizləri yaradan Allahı. Şükr edək Yaradanımıza, şükr edək! Çünki O, şükr edənləri sevir. Həyatın hər sınağında səbrli olaq. Səbr edənlərin ödülü böyükdür. Şükr edib səbrli olaq ki, ödülə sahib olaq, Tanrı mərhəmətini duya bilək!”

DÜNYA BİR PƏNCƏRƏDİ.

Rayon mərkəzinə aparan kənd yolu çiy kərpicdən tikilmiş birmərtəbəli evlərinin 10-15 metrliyindən keçirdi. Elə ki, dan yeri söküldü, ta şər qarışana qədər bu tozlu yol əriş-arğaca dönərdi; işə tələsənlər, bazarlıq yır-yığışı edənlər, mal-qarasını dəhmərləyib örüşə aparanlar apaydın görünərdi pəncərələrindən. Saatlarla oturub tamaşa edərdi. Günlərlə baxar, baxardı. Ən çox da bir-birinə qoşulub deyə-gülə məktəbə gedən, məktəbdən dönən yaşıdlarına. Elə bil ürəyi onlara qoşulub gedir, onlarla bərabər geri dönürdü. O məktəbli uşaqların arxasınca uçunan ürəyini, cismini, canını ayaqları götürə bilmirdi. Taleyi ona bəxş etdiyi gözəlliyi, həyat sevgisini, inamı, inadı ayaqlarında saxlamışdı. Elə bil sonsuz göylərin əngin dərinliklərində uçmaq həvəsiylə dünyaya göz açan quşcuğaz qanadlarından vurulmuşdu; cəhd edirdi, çabalayırdı, bütün iradəsini, qüvvəsini toparlayırdı, ancaq heysiz qanadları hər dəfə onu yenidən məyus edirdi. Geniş qanadları uçmağa həsrət bir quş taleyini yaşayırdı balaca Aybəniz. Hər dəfə yönü kənd yoluna açılan pəncərələri önündən keçib gedən, körpə quş balaları kimi civildəşə-civildəşə qaçdı-tutdu oynayan, kəpənək qovan yaşıdlarına baxdıqca haldan-hala düşür, könlü şanələnirdi. Hər dəfə min bir bəhanə ilə sevimli anası üzü yola açılan o pəncərənin tül pərdəsini ehmalca çəkirdi ki, guya çölün tozu-torpağı açıq pəncərədən içəri dolur. Ana qəlbi idi, dözmürdü. Qəhərlənirdi. Ancaq əlindən gələn bir özgə şey də yox idi. Günü-gündən gül parçası, çiçək kimi açılan qız balasının heysiz, gücsüz ayaqları ağır bir daşa dönüb asılmışdı ana ürəyindən. Saçlarında vaxtsız dənə, gözlərində çəkilməz kədərə dönmüşdü. Nə qədər özünü tox tutsa da, yenə ana qəlbi qan ağlayırdı. İçin-için sızlayırdı, “yeriyən ayaqların olaydım” – deyirdi ürəyində. Hara gedirdisə, Aybəniz sarıdan balası örükdə qalan at kimi ürəyi geriyə çəkirdi onu. Dözüb-tablaşa bilmirdi. Qaçaraq, tələsmiş evə dönürdü.

Və yenə də balaca Aybənizi açıq pəncərədən tozlu kənd yoluna, o yoldan keçib-gedənlərə boylanan, baxan görürdü.

Aybəniz üçün dünya bir pəncərəydi.

Bütün bunları göz önünə gətirə-gətirə illər boyu iç dünyamda gəşt edən düşüncələrimi təkrar-təkrar köçürürəm ağ varağa: “məni həyatda mutsuz bir baxış qədər heç bir şey ağrıda bilməz.

Məni həyatda çarəsiz bir cüt göz qədər heç bir şey ağrıda bilməz.

Özümü də onun mutsuzluğunda, çarəsizliyində, ümidsizliyində günahkar kimi hiss edirəm. ”

Hər çarəsiz, mutsuz, ümidsiz baxışın altında bir cüt sınmış qanad, izsiz ayaq xatirəsi olması həqiqətini Aybənizlə ilk dəfə üz-üzə, nəfəs-nəfəsə dayananda, ilk tanışlığımda daha çox hiss edib, anladım.

SÖZÜMƏ QÜVVƏT VƏ YAXUD AYBƏNİZİN DEDİKLƏRİNDƏN

Kənd yolu ilə həyətimizin arasında boş bir sahə var idi. Bütün görkəmindən qəribə bir çarəsizlik tökülən bir at qabaq ayaqlarına vurulmuş dəmir buxovu cingildədə-cingildədə gözünə görünən ot-ələfə doğru güc-bəla ilə atıla-atıla günü axşam edərdi. Onun üçün həyat gündəlik təkrara dönmüşdü. Kişnərtisini, məhrəm oxrantısını belə unutmuşdu. Bütün görkəmindən küskünlük yağırdı. Ota-ələfə doğru könülsüz hərəkətindən hiss olunurdu ki, dəmir buxovlar hər sıçrayışda onun ayaqlarını bərk incidir, yaralayır, əzab verir. Yol boyu harasa tələsən adamların dəhmərlədiyi atların arxasınca belə baxmazdı. Elə bil buxovlu ayaqlarının xəcalətini çəkirdi. Bu halıyla həyatdan küskünlüyünü ifadə edirdi.

Bir gün səhər pəncərədən baxanda o buxovlu atı qəribə bir şəkildə yol kənarına yıxılıb qalan gördüm. Ətrafına cəm olan kişiləri tanıyırdım. Hamısı qonşularımız idi. Sınıqçı Nəriman kişi atın boynunun üstündən əyilib buxovlu ayaqlarını özünəməxsus qaydada nəzərdən keçirir, qonşu kişilərə nəyisə anladırdı.

Sonra da yol kənarına yıxılıb qalmış buxovlu atdan bir qədər kənara çəkilib nə haqdasa xosunlaşdılar, uzaqdan-uzağa səsləyib ev adamlarına tapşırıq verdilər.

Sonra mən gördüm ki, qonşu uşaqlar bıçaq, balta və dəhrə gətirirlər. Kişilər baş barmaqları ilə bıçaqların kəsərini yoxlayıb buxovlu ata tərəf getdilər.

Bir azdan mən açıq pəncərədən o buxovlu atın boğazından fışqıran qıpqırmızı qana baxırdım. Ən qəribəsi o idi ki, əlibıçaqlı atalarının başına toplaşan qonşu uşaqları elə bil bu qanlı səhnədən şadlanır, qəribə şəkildə gülüşə-gülüşə atılıb-düşür, zarafatlaşırdılar. Qan iyi almış kənd itləri qamış çəpərlərin uçuq yerindən yol kənarına dartınırdılar. Bütün varlığımla qışqırmaq, etiraz etmək istəyirdim. Ayağıma buxov vurulub, illərcə dustaq ömrü yaşadılmış bir atın indi də boğazına bıçaq çəkilməsinə dözmürdüm. Hiss edirdim ki, ürəyim qulaqlarımda döyünməyə başlayıb, başım gicəllənir. Məni soyuq tər basmışdı. Kirpiklərimin ağır yük kimi qapandığını hiss etdim.

Ayılanda kənd feldşeri Cümü əmini başımın üstündə gördüm. Anam pəncərimizi bərk-bərk bağlamış, pərdəni çəkmişdi. Ağladım. Hıçqırıq məni titrəmə kimi tutmuşdu. Təkcə anamın dedikləri yadımdadı:

– Ayrı əlac yox idi, qızım,-deyirdi. – Gecə ağzı yanmış qurd təpibmiş o buxovlu ata. Hürküb, qabaq qolunu sındırıbmış. Yaxşı ki, kənd itləri duyuq düşüb, yoxsa ağzı yanmış axırına çıxacaqmış. Nəriman əmi baxdı, dedi at ayağı çətin sağalar, ümidsizdi, ona görə də əzab çəkməməsi üçün kəsib canını qurtardılar. Payladılar kənd itlərinə. At öləndə itin bayramı olur. Qoy bayram eləsinlər, yallansınlar, yoxsa qurd-qış kəndi ağzına alar, ağzı yanmışlar gəlib lap evə soxularlar.

Məni qorxuqarışıq bir heyrət götürmüşdü; taleyin, təsadüfün qurd ağzından xilas etdiyi, kənd itlərinin sayıqlığı nəticəsində gerçək ölümdən xilas olmuş atı insanlar bir göz qırpımında qanına qəltan edib itlərə pay etdilər. İtlər gecənin zülmətində qurd ağzından xilas etdikləri o buxovlu atı günün günorta çağı didib-parçaladılar, həvirləşə-həvirləşə, oynaqlaşa-oynaqlaşa yeyib-dağıtdılar.

Bir yandan da təskinlik tapırdım ki, bu ala-bula, ağzı qara köpəklər olmasa, onlar yeyib-yallanmasa ağzı yanmış qurd-quş evimizə belə hücum edə bilərlər. Onda neyləyərdim?

Dərin bir qorxu içində dönüb ayaqlarıma baxırdım. O buxovlu atın acı taleyi yenidən gözlərim önünə gəlirdi. Az qala özündən utanırdım ki, kənd itlərinin o buxovlu atın cəmdəyini yeyib-yallanmasına, ağzı yanmışlara dov gəlmələrinə sevinməyə başlamışdım.

Anam qəribə şəkildə şükr edirdi: “Yaxşı ki, kəndin itləri duyuq düşüb, ağzı yanmışlar yazıq atın əhdini kəsə bilməyib”.

Sanki anam o təriflədiyi itləri o yazıq atın qanını necə ləzzətlə yalayıb, sümüyünü gəmirdiklərindən xəbərsiz idi.

İndi tez-tez düşünürəm ki, o buxov elə o atın qədərinin şəkli imiş. Heç bir təsadüf-filan yoxmuş. O at elə buxovlandığı ilk gündən öz qədərini yaşayırmış. Mütləq o qurd təpməliymiş, mütləq o ayağı buxovlu at hürküb qıçını sındırmalıymış, o bıçaq çəkilməliymiş və itlər o qanı yalamalıymışlar.

MÜƏLLİF HAŞİYƏSİ

Burada, məhz bu məqamda mən bir neçə sətrin, cümlənin yerini boş qoymaq istəyirəm. Çünki o sətrin, cümlənin yerini sözlə yox, səslə – məhz İlahidən gələn səslə, tar mizrabı, kaman qələmçəsi ilə demək, söyləmək olar. Bu boş cümlənin, sətrin yeri qoy “Bayatı-Şiraz”a, “Bayatı-İsfahan”a, “Zabul-Segah”a qalsın.

QEYBDƏN GƏLƏN SƏS

– Heç sağlamlığınızın, gəncliyinizin də zəkat verməli olduğunu düşündünüzmü? Sağlığın və gəncliyin zəkatı çətin vəziyyətdə olanları, kimsəsizləri, xəstələri, mənəvi və maddi dəstəyinizə ehtiyacı olanları ziyarət və onlara zaman ayırmaqla verilə bilər.

– Bəs uğursuzluğa düçar olmuşlara sözünüz yoxmu?

– Hesab etməsinlər ki, uğursuzluq onların alın yazısıdır. Bu dünyada hər şey bir anda dəyişə bilər. Nə uğur, nə uğursuzluq, nə xoşbəxtlik, nə də bədbəxtlik əbədi deyil. İnsan həyatın mənasını anlamağa başlayınca, insan özünün mənasını dərk etdiyi, tapdığı zaman insan olmasının çiyinlərinə yüklədiyi məsuliyyəti şüurlu şəkildə dərk edir və başqaları üçün yaşamağın bəxtiyarlığına varır.

NAİL OLA BİLMƏK İSTEDADI

İmperator Napaleon Bonapart deyərmiş ki, mənim yalnız bir şeyə ehtiyacım var, o da nail olmaqdır.

Nail olmaq üçün hər şeydən əvvəl xarakteri olmalıdır. “Xarakteri olmayanlar əşyaya çevrilirlər”. Fransız filosofu Şanfar haqlıdı:

Sonra inam gəlir: Onare de Balzakın “Kənd keşişi” əsərində bütün dolğunluğu ilə ifadə edilən inam: “İnam – özünün ən yüksək pilləsinə çatmış bəşəri iradədir”.

İradəsiz inam, iradəsiz xarakter qanadsız quş kimidi. Fransız kardinal Pol de Qondi necə də gözəl deyib: “Arzudan iradəyə, iradədən qətiyyətə, qətiyyətdən vasitəyə, vasitədən həyata keçirməyə çox uzun yol var. ”

Bütün bu dəyərləri bir araya gətirən gerçək həyat nümunəsidi Aybənizin ömür yolu.

Aybənizin ömür yolu bu deyilənlərin gerçək üzüdü. Hərdən mənə elə gəlir ki, onun ömrünü-gününü varlığını sıxsam yerində İNAM və İMAN qalar.

Ancaq bu reallığı, inanılmaz həqiqəti dərk etmək, gerçək şəkildə anlamaq üçün ilk növbədə onun ömür-gün, tale kitabını açmaq, səbrlə, təmkinlə varaqlamaq gərəkdi.

BU BİRİNCİ VƏRƏQDİ Kİ, AYBƏNİZİ ÖZ DİLİNDƏN SÖYLƏNİB

1957-ci ildə, mart ayının 28-də İmişli rayonunun Muradxanlı (keçmiş Əlipənahlı) kəndində anadan olmuşam. Atam Nəsir Nəsirov sadə zəhmət adamıydı. Ailədə beş bacı, iki qardaş olmuşuq. Tale elə gətirdi ki, bir il fərqiylə ata-anam dünyasını dəyişdi. Allahın işiydi, özü verdiyini özü də aldı. Demək olar ki, böyük bir ailənin yükü mənim üstümdə qaldı. Mən də ki, belə.

MÜƏLLİF SƏSİ

Aybəniz xanımın “Mən də ki, belə” deyə öz durumunu gerçəkliyi ilə anlaması bütün varlığımı titrədib keçir. Hər iki əli əlil arabasının tutalğacını bərk-bərk sıxır. Yadıma İkinci Cahan savaşından doğma evinə lal-kar qayıdan döyüşçü haqqında oxuduğum bir şeir düşür; məzmunu belədir ki, cəhbədən lal-kar qayıtmış gəncin anası məcbur olub onu əlləriylə başa salır, əlləriylə danışır. Əllərin işi az imiş kimi, hələ danışmaq da öyrənir belə.

Aybəniz xanımın əlil arabasının “sükan”ını sıxan əllərinə oğrunca nəzər yetirə-yetirə həmin o səhnəni xatırlayıram. Düşünürəm ki, onun – bu zərif, iç dünyası həyat eşqi ilə qaynayıb-daşan insanın əlləri həm də ayaq əvəzi olub. Bütün ömrü boyu o, özünü bu əllərin gücü-qüvvəti ilə irəli aparıb. Bu zərif qadın hər şeydən əvvəl əlləriylə özünə yol açıb, bütün keçilməzlikləri bir cüt əlləriylə dəf edib. Əllər onu irəli aparıb. Əllər onun üzünü ağ edib, Allaha açılan ürəyi olub. Bu əllərin təmənnasız yaxşılığı, gətirdiyi qismət, ruzi, bərəkət ona anladıb ki, uca Allahı onu həm də çox sevir. Düçar etdiyi məhrumiyyətə, sonsuz əzablara baxmayaraq belə həmişə nəzəri onun üstündədi. Qəti inamı idi ki, uca Allah imtahanı hər kəsə deyil, daha çox sevimli qullarına göndərir. O daha çox tablaya, dözə bilən, şükr edənlərin yanında olur.

Gözlərinin kor olmasını şükranlıqla qəbul edənlərin hekayətlərini, tapındıqları təskinedici həqiqətləri dinləmişəm: “Bəlkə də görər gözümüz harama baxa bilərdi, xəcil edərdi məni Allah-Təala qarşısında”.

Əllərini itirmişlərin “bəlkə də harama uzanardı” təskinliyi tanışdı mənə.

Ayağını itirmişlərin “məni haram arxasınca aparardı” şükranlığını dinlədiyim vaxtlar olub.

Qoca Homer görməyən gözləri ilə dünya ədəbiyyatının nadir incilərindən olan əsərlərini yaradıb. Dünyalarca məşhur “Appasonata”nın yazıldığı və səsləndirildiyi günlərdə dahi bəstəkar Bethoven artıq kar idi.

Aşıq Veysəl ən işıqlı şeirlərini yazanda gözləri dünya işığına həsrət idi.

Ostrovski “Polad necə bərkidi?”ni diqtə edəndə bütün əlləri, ayaqları sözünə baxmırdı, ağır iflic heyini kəsmişdi.

Qollarını itirmiş rəssamlar haqqında oxumuşam; iradələrinin hesabına fırçanı dişləri, ayaq barmaqları ilə tutublar. Ancaq istədiklərinə nail olublar, bütün məhrumiyyətlərə döv gəliblər.

Həyatı boyu Aybənizin ömrünün bir ayrılmaz hissəsinə dönmüş əlil arabasına baxa-baxa bütün bunlar haqqında düşünürəm.

YENƏ DƏ AYBƏNİZİN SÖYLƏDİKLƏRİDİ:

Dedim axı, ata-anam bir il fərqiylə dünyadan köçdülər. Böyük bir ailə mənim ümidimə qaldı.

İlk həftələr, ağır aylar çox ağır oldu. Şaşırıb qalmışdım. Elə bil iç dünyamdan ağır bir duz dağı asılmışdı.

Göz yaşımla o duz dağını dışarı daşımaq istəyirdim. Əvəzində yanaqlarımı saralıb-solan görürdüm. Qəribə, çıxılmaz bir ümidsizlik sarırdı məni. Elə bil qaranlıq bir quyuya düşmüşdüm. Dünya Yusif peyğəmbərin düşdüyü quyuya dönmüşdü gözlərimdə. Nə arşını bilinirdi, nə ip ucu görünürdü.

Amma, keçmə gözəl Allahdan. Hər qaranlığın bir aydınlığı olurmuş demə.

O aydınlıq məni yuxuda tapdı. Ağır dərd-ələm içində səhərəyaxın yuxuya getdiyimi heç özüm də hiss etməmişdim. Yadımda qalan o oldu ki, ağ saqqallı, nurani baxışlı bir insan önümdə dayanıb təsəlli verir: “Şükr elə, qızım, şükr elə. Hər kəsin qismətini, ruzisini verən O kişidir. Başımıza nə gələcəyini bircə O özü bilir. O kişi şükr edə bilənlərin dostu, pənahıdır. Sənə verdiyi gözə, sənə verdiyi əllərə şükr et. Əllərin səni istədiyin yerə götürəcək. Ruzn əllərindədi. Əllərinə şükr et, əllərinə.

Yuxudan hövlnak oyandım. Qollarımı qabağa uzadıb uzun-uzadı bir cüt göyərçin qanadına bənzəyən əllərimə uzun-uzun tamaşa etdim. Haçandan-haçana mənə elə gəldi ki, barmaqlarımın arasından ilıq, ipisti işıq seli axıb gözlərimə, oradan da ürəyimə, əzgin cismimə dolur. Məni qorxuqarışıq bir sevinc, həyat nəşəsi çuğladığını hiss etdim. Sövq-təbii olaraq gözümü hərləyib pəncərəyə tərəf baxdım. Sübh günəşinin parıaq şüası pəncərədən evə düşürdü. Günəş yenicə doğmuşdu. Elə bil kimsə onu yuvalandırırdı. Yuvarlandıqca da işığı, ziyası, istisi bir yandan çoxalır, çoxalırdı.

İstər-istəməz tikiş maşımın yadıma düşdü. Şirmayi örtüklü qulpundan tutub hərlədikcə işə düşən iynəciyi bu günəşin telləri kimi iz salıb gedirdi müxtəlif rəngli parçalar üstə.

ÇÖRƏK AĞACIYDI TİKİŞ MAŞINIM

Ayaqlarım yer tutmurdu anamın qəbri üstünə gedim, atamın məzarı üstündə hıçqırıqlarımı, qəhərimi boğa-boğa təsəlli verəm ki, nigaran qalmayın, əbədiyyət məzarınızda rahat uyuyun. Tale sizin qız balanıza – sevimli Aybənizinizə yerimək üçün ayaq verməsə də tükənməz inam, bacarıqlı əllər verib. O əllərə güvənin. Başsız qalan ailəmizin, köməksiz bacı-qardaşlarımın ümid, pənah ağacına döndərəcəm o əlləri. Sağı atam, solu anam olacaq. O əllərin nəyə qadir olduğunu qurban olduğumun özü yuxuda əyan edib mənə. Səhər, o başdan, dan yeri sökülər-sökülməz pəncərəmizdən süzülüb barmaqlarımın arasından gözlərimə, oradan da qəlbimə, ruhumun ən gizlin, pünhan guşələrinə axan günəş işığı verib əllərimin xeyir-duasını. Allahıma inamlıyam. “Bu günümüzə də şükr olsun duaçıyam”. Ayaqlarım gəlməsə də, bir cüt əllərimi qaranquş qanadı kimi yelləyirəm, sizin adınıza, ruhunuza salam göndərirəm. Rahat, arxayın yatın son mənzilinizdə. Böyük Yaradanın özü hər şeyi görən, bilən və nəzərə alandı. Evimizdə qoyub getdiyiniz o köhnə tikiş maşınına şükür. Qulpu əlimdədi. Sağ olun ki, ağılla tərpənib vaxtında almışdınız. Vaxtında öyrətmişdiniz əllərimi o tikiş maşınının qulpuna. Elə bil uzaqlardan, lap uzaqlardan, haradansa anamın səsini eşidirdim: “Əllərinin yolu uğurlu olsun”.

Atam “göyərçin əllərini öpürəm” deyə təbəssüm göstərirdi mənə.

Başımı qaldıranda görürdüm ki, səhərə az, lap az qalıb. Amma əlim hələ də tikiş maşınının qulpundan ayrılmayıb. Ayrıla da bilməzdi – bir çətən külfətin ağırlığı onun üstündə qalmışdı. Səhərin gözü açılmamış qonşular hay-həşirlə tökülüşəcəklər ki, ay Aybəniz, bala, bəs nə oldu bu uşağın paltarı, dərsə getməlidi axı.

Heç birinin də günahı yoxdu. İki ayağını bir başmağa dirəyib “tez olun, mənə məktəb paltarı alın” deyən fidan balaları ovutmaqmı olar. Rayon mərkəzinə gedib-gəlincə, lazım olan ölçüdə geyim tapınca, od qiymətinə alıb gətirincə elə hazır kəndin içində, evin yanındaca biçdirib tikdirmək daha sərfəli idi kənd camaatına. Amma hiss edirdim, eləsi də vardı ki, bunu mənim, başsız qalmış bacı-qardaşımın xatirinə edirdi. Bu da bir növ əl tutmaq qayğı göstərmək yolu idi. Kənd yeriydi. Necə olsa da hamı bir-birinə qohum-öylət, ət-qan idi. Bu yolla əl tutur, həyan olurdular bizə. Əvəzində mən də daha ürəklə caıdildən çalışırdım. İstəyirdim ki, tikdiyim paltarlar ürəklərindən olsun, bazar-dükanda satılandan seçilməsin mənim tikdiyim paltarları geyib məktəbə gedən uşaqlar (çoxu yaşıdlarım idi) heç utanıb eləməsinlər. Düşünürdüm; özüm gedə bilmədim, qoy əl işlərim məktəb həyətinə ayaq açsın, barı əllərimin bəhrələri gəzib-dolaşsın o məktəb həyətində.

Səhər-axşam tikdiyim paltarları geyib dərsə gedən, dərsdən qayıdan uşaqlara (çox vaxt da yaşıdlarıma) pəncərədən göz yetirib o paltarların onların əyninə necə gözəl yaraşmasına tamaşa edərdim.

Özümü o gənclərin arasında olmuş kimi hiss edə-edə yenidən tikiş maşınına əl yetirərdim. Ürəyimdə “səni yetirənə, alana, evimizə gətirənə qurban” deyə alqışlar edərdim.

“Aybənizin əlləri qızıldı” deyən qonşularımızın halallığına, ürəyi sayalılıqlarına şükürlər edərdim.

Gördüyüm işin müqabilində nə versələr “şükür, bərəkət” deyirdim.

Ayaqlarımın tutumsuz durumu ürəklərinə qara xal salan qardaş-bacılarıma əllərimin ucalığı idi. Hər qayğılarını çəkirdim. Oxumalarını, təhsil almalarını istəyirdim. Yetimliklərini unutmalarını, hiss etməmələrini istəyirdim.

MÜƏLLİF HAŞİYƏSİ

Zaman keçdikcə çox ağrı-acı ömrün ən şirin xatirələrinə dönür. “İnsan sadəcə olaraq ölmək üçün doğula bilməz” düşüncəsi ilə həyata qalib gələnlərin nəsibi həmişə xoş, şirin xatirələr olur. Xatirələr həmişə üzə açıq olan gediləsi yer, açılası qapı olur belə hallarda.

Aybəniz xanım xatirə boxçasının qapılarını həmişə şükranlı dillə açır. “Bizi xəlq edən o uca Allahın məsləhətinə min şükür” ilticalığı edir. Umub-küsündüyü adamlarla bağlı söylədiklərini belə kin-küdurətsiz dilə gətirir: “Evi abad olmuş qonşu qadın o günümə də bəxtəvərlik verirdi: “Xalxın müstər qızının başından Allah pulu xəzəl kimi tökür, sümsüburun gədələrim tökülüb üstünə “ver yeyim, ört yatım” deyirlər.

“Eşidirdim, amma üstünə götürmürdüm, darılmırdım” – deyir. – Bir yana baxanda haqlıydı, düz deyirdi o qonşu qadın. Mən bir növ, necə deyərlər, əyani vəsaitə, məsəl yerinə dönmüşdüm. Zarafat deyildi, əlimin əməyiylə böyük bir ailəni dolandırırdım. Ehtiyac içində yaşayan, uşaqları fərsiz, bivec çıxan ata-analar bunu görür, qiymətləndirir, münasibət bildirirdilər. Yaxşı-pis bütün münasibətlər mənə güc-təpər verirdi ki, taleyin acığına daha fəal, daha inamlı olum, çalışım, ata-anamın yadigarlarını bir yana çıxarım”.

Ötən illərin ağrı-acısı indi belə, bu əhval-ruhiyyədə nağıllaşıb Aybəniz xanımın dilində.

İndi o kimsəsiz qalmış, ata-analarını vaxtsız itirmiş bacı-qardaşların hər biri bir ailə, ev-eşik sahibi olublar. Xoşbəxt valideyn, nənə-baba ömrü yaşayırlar. Bu xoşbəxtliyin, bəxtəvərliyin hər anında, canının canının canında isə Aybəniz xanımın o köhnə tikiş maşınının sayəsində, iradəsi, səbri, dözümü və həyat eşqi bahasına ailəyə bəxş etdiyi cüzi qazancın, zəhmətin batman-batman haqqı var. O illəri, o ömrün hər zərrəsini indi naxış-naxış, an-an izləyən, diqqət yetirib üzünə-astarına nəzər yetirəsi olsaq baxılb görərik ki, hansı bir çətin məqamda, vacib andasa Allahın böyük nəzərləri həmin yerə sayə salıb, Allah o talelə, o bəxtlə olub, onu tək qoymayıb.

HƏDİSLƏR HƏM DƏ HƏYAT MƏKTƏBİDİ

Bir Allah sevdalısı Ondan “gəl dost olaq, ən çətin anlarda belə bir-birimizdən ayrı düşməyək” ricası etmişdi.

İstək qəbul olunmuşdu. Birgə yolçuluğa çıxmışdılar. Müəyyən məsafə qət olunduqdan sonra o Allah sevdalısı çevrilib birgə gəldikləri yola baxmışdı. Asan, rahat yerdə qoşa iz apaydın görünürdü. Çətin, keçilməz yerdəsə bircə nəfərin izi vardı. Allah sevdalısı incimiş halda “bəs niyə çətin məqamlarda mənim yanımda olmamısan” deyə ürəyindən keçənləri dilinə gətirir. Allah onun şəkkinə son qoyur: “Diqqətlə bax, yolun çətin yerində iz daha dərinə batıb, yəni yük ağır olub. Çünki həmin anda sən mənim qucağımda idin!”

Aybəniz xanımın əlil arabasının qulpundan yapışıb bərk-bərk sıxan əllərinə, heyrətamiz gücə, inama sahiblik edən cisminə nəzər yetirirəm. Elə bil o Allah sevdalısı olan yolçu Aybənizin özüdür ki, var. Elə bil ömür yolunun ən keçilməz, təhlükəli məqamlarında Allahın öz qoynunu açıb hifz elədiyi bəndə elə onun özüdü.

Bu zərif, həyatın bütün acılarını yaşamış, ancaq sınmamış, uca olan Allahına sığınıb da həyat sevgisini, ümidlərini iç dünyasında bayraq kimi dalğalandıran qadına dərin bir heyranlıqla nəzər yetirə-yetirə həyat haqqında düşüncələrə dalır, düşünüb-daşınıram.

GERÇƏK HƏYATIN ANLAMI

İnsan həmişə həyatın anlamı ilə bağlı suallara cavab axtarır: Həyatın anlamı nədir?

Həyat sənin baxışlarınla anlam qazanır.

Həyatın anlamı sənin baxışlarında gizlənir. Ya sadəcə bir nöqtəni görürsən, həyatın axıb gedir, sənsə fərqinə varmırsan. Ya da görə biləcəyin bütün gözəlliklərin ortasında həyatı yaşayırsan, axıb gedən zamanın anlam qazanır.

“Dedim: Həyat, sən kiminsən? – Mənə sahib çıxanın” deyənlərin sözünə qüvvət.

Allahın bəxş etdiyi sağlam canı fənalığa uğradanlar var; öz canına, sağlamlığına asi olanlar böyük Yaradanına da asi olanlardır. Belələrini heç bağışlamaz Allah, üz çevirər ondan.

Tanrıdan gələn bəlasını, dərdini, qəmini bala bilib köksünə sıxan, onu toy-bayram kimi qarşılayanlar sevimli bəndələridi Allahın. Şükranlıqla yaşayanları sevir O! İnam, İman, Dözüm əta edir onlara. Bu ömrün gerçək üzünü yaşayanlardandı Aybəniz xanım.

BİR ÖMRÜN MANİFESTİ

Öz ömür hekayətini birər-birər xatırlayır, anladır. Və bu məqamlarda heç vəchlə Aybəniz xanımın get-gedə mənə çox doğmalaşan, əziz olan çöhrəsində qəm-qüssə nişanələri sezmirəm. Onun həyat hekayəti heç vəchlə yazıqlıq, “mənə yardım edin, əl tutun, qayğı göstərin” anlayışı doğurmur. Əksinə, “insan qalib gəlməlidir!” arxayınlığı gətirir. Ayağa durmaq, ayaqda qalmaq, müvazinətini saxlamaq gücü, qüvvəti verir. Onun ömür yolu, həyat dəstgahı qəlib kimidi; sən ərimiş maye, nəticəsi elə də məlum olmayan xəlitə-material kimi bu qəlibə axıb tökülürsən və həyat dəstgahının o biri başından dözümün, inam və imanın, mübarizliyin birgə yoğurub-yapdığı varlıq, əsl insan simvolu olaraq dünyaya gəlirsən. Onun dedikləri, aram-aram, xüsusi bir toxtaqlıqla söylədikləridi:

– Dilənçi ola bilərdim.

– Səfil, sərkərdan həyat keçirə bilərdim.

– Fiziki şikəstliyimi, çarəsizliyimi bayrağa döndərib sədəqə ilə yaşayardım.

Rəbbim yol vermədi. Qeybdən gələn bir səs həmişə mənimlə oldu, mənə təskinlik verdi:

– O yaradıb, O dünyaya gətirib, var edib, O da ruzi verəcək!

– Şükr edənlərdən ol!

– Özünü zəlillikdən – nəfsindən qoru!

– O sənə taleyinin ağır qapılarını açmaq üçün bəxt, bəxtinin yanında da göyərçin qanadları kimi bir cüt qoşa əl verib; əllərinə, ruhuna güvən. Mərd ol! Sınma, əyilmə. Yaradanı sev!

Ən qorxduğum isə bu barədə düşünmək idi. Heysiz ayaqlarıma nəzər yetirə-yetirə bu sözü bir də heç vaxt həyatda üzünü görüb, cisminə sarıla bilməyəcəyim doğma valideynlərim kimi dəfn etmişdim! O yerdə ki, bu sözün məstedici, şirin, xumarlı nəfəsi duyğularıma sığal çəkmək istəmişdi, mən fövqəladə bir təpki, inadla tikiş maşınına əl qatmışdım; yorulub heydən düşənə, hər şeyi unudana, o laubəli sözün könlümdə oyatdığı təlatümü ram edənə qədər işləyir, işləyirdim. Mənim həyat yolum müxtəlif növ parçalar üzərinə tikiş maşınının iynəsinin arxasınca düşüb irəliləyən sap kimi həmişə bir nöqtəyə – dalana, divara dirənib dururdu. Elə ki, o tikiş maşınının fırlanan qulpu dayanırdı, yol da bitirdi.

Günlərim beləcə başlayır, beləcə sona yetirdi.

Hər gün ömrün təkrarını yaşayırdım.

Üstümə tökülüb qalmış bir bölük külfət bu təkrar günlərin tikiş maşınından çıxan çörəyiylə böyüməkdəydi.

Ataların yaxşı bir sözü var: deyir dəvə böyüdükcə, çulu da böyüyür.

Yəni ehtiyaclar, istəklər, qayğlar böyüyür.

Bu böyüyüən ehtiyaclar önündə mənim köhnə, Nuh əyyamından qalmış tikiş maşınım çox balacaydı, gücsüz və aciz idi. Vaxtın, zamanın öz tələbi var idi. Və mənim Nuh əyyamından qalmış o balaca tikiş maşınım o tələbin qarşısında daha aciz, gücsüz görünürdü.

Yeni bir qapının açılması, həyatın dəyişdirilməsi, günlərin yeknəsəq təkrarından mütləq yaxa qurtarmaq, qurtulmaq lazım idi. Özü də sadəcə “lazım idi” yox, bu zərurət idi, zərurət!

Dərk edirdim ki, həyat bu boz axarıyla davam edə bilməz. Sadəcə Nuh əyyamından qalmış köhnə bir tikiş maşınına bağlanıb qalmaq olmaz. Göz yetirdiyim, baxdığım nə vardısa, hər şey gözlərim önündə şəkillənirdi! Hər predmetin öz naxışı, nəfəsi, “o gül əllərinlə mənə nəfəs ver” söyləyib keçməkdəydi. Sadəcə biçmək-tikmək yox, əlimdən çıxan hər işə nəfəs vermək istəyirdim. Bütün düşüncəmi, bəlkə də ömrü boyu heç kəsə aça bilməyəcəyim sevgimi, heç kəsdən eşidə bilməyəcəyim sevgi etirafını bu naxışlara, ilmələrə, əl işlərinə vermək, onlara köçürmək istəyirdim. Duyğularımı, ruhumu çuğlayan bu ağır, niskilli duyğuların duz yükünü ilmələrin, naxışların, biçib tikdiyim pal-paltarın üstünə tökmək istəyirdim. Ancaq iç dünyamda hiss edirdim ki, belə hallarda hardasa məndən incik qalanlar olur. Birdən mənə elə gəlirdi ki, qulpu əlimdə olan tikiş maşını belə başını incik-incik bulamaqdadı. Cəld özümü yığışdırır, yuxudan ayılmış kimi öz işimin başında dayanırdım, yenə də qayçı, rəngbərəng parçalar, iynə-sap.

Elə bil öz ömrümü ölçüb-biçir, artıq-əskiyini qaydaya salır, çat düşən, süzülüb-üzülən yerlərini tikir, gözələyirdim. Elə bil taleyimi, bəxtimi, ömür yolumu əllərimdən keçirirdim. Arzularım səhər mehi, səmt küləyi kimi üstümə yol etməkdəydi. Bu havanın, küləyin həniri dayanan kimi nəfəsim darıxır, qanım sıxılırdı. Dünyanın, daha doğrusu, dünyamın mənə dar gəldiyini, boğulduğumu, təntidiyimi hiss edirdim.

Bu böhranlı günlərimdə dayım Şirin Nəsirov mənə sözün həqiqi mənasında dayılıq etdi.

Bakıda yaşayıb-işləyirdi. Kəndə hər gəlişində bizə də baş çəkər, problemlərimizlə maraqlanardı.

Bu dəfə də gəldi. Xüsusi bir nəvazişlə saçlarımı sığallayıb “sən daha böyük qız olmusan ki” dedi. Əl işlərimə baxıb tikdiklərimə diqqət yetirə-yetirə nəyisə götür-qoy etdiyini hiss etdim. Sonra pəncərənin önündə dayanıb uzun-uzadı, baxdı-baxdı. Handan-hana:

– Bilirəm, ilk vaxtlar çətin olacaq, öyrəndiyin mühitdən ayrılmağının həsrəti səni sıxacaq. Ancaq çətinliyi dəf etmək də insanın öz əlindədi. Görürəm, xüsusi bacarığın, fəhmin, istedadın var. Bunu başlı-başına buraxmaq, xırda işlərin, gündəlik dolanışığın ayağına vermək olmaz. Balıq dəryada böyüyər. Hazırlaş, qayıdanda özümlə bərabər səni də Bakıya aparacağam. Orada iş tapmaq asandı. Gözüm də üstündə olacaq. Qardaş-bacıların da böyüyüb. Oxuyarlar, ali təhsil alarlar. Maşallah, bərk-boşdan çıxıbsınız. Allah kərimdi. Əsas olanı inamlı olmaqdı. Çoxdankı fikrimdi. Gözləyirdim ki, bir az bərkdən-boşdan çıxıb bərkiyəsiniz. Necə olsa da el-oba içidir. Bərk ayaqda bilirsən ki, kimə üz tutur, kimin qapısını açırsan. Amma elə işlər var ki, gərək onu vaxtında yoluna qoyasan. Bakıya köçməyinizi məsləhət bilirəm. Gözüm üstünüzdə olacaq.

Səhərə qədər yatmayıb götür-qoy etdim. Doğulub boya-başa çatdığım doğma ocaqdan, el-obadan ayrılmaq elə də asan deyildi axı. Üstəlik də mənim sağlamlıq durumum. Öyrəşmişdim, qonum-qonşunun harayı yetirdi. Ancaq ürəyimin lap gizli guşəsindən gələn duyğular da var idi ki, mənə “qorxma, get”-deyə diqtə edirdi: illər keçəcək, bacı-qardaş hərəsi bir ev-eşik olacaq, yaşın üstə yaş gələcəkdi. Həyatın qanunu belədi, hər kəsi öz taleyi, bəxti çəkib aparacaqdı gec-tez. Onda bu dörd divara arasında qalıb neyləyəcəyəm? Düşündükcə tənhalığın buz soyuğu iliyimdən keçir, sümüklərimi üşüdürdü. Bu durum məni amansız şəkildə qorxudurdu. Açığı, dayımın təklifi göydəndüşmə idi. Necə olmasa şəhər yeridi, zavodu, fabriki var. Dayımın sayəsində iş yeri də taparıq, baş-başa verib dolanarıq. Hər şeyin yaxşı olacağına ürəyimin lap dərinliyində qəribə, izaholunmaz bir ümid vardı.

Allahın qismətinə, yazısına inanırdım.

Əllərimə, get-gedə özünü daha çox büruzə verən rəssamlıq istedadıma, heç vaxt bədbinliyə qapanmayan ruhuma inanırdım. Pak, simsar və ümidli bir səs elə hey diqtə edirdi ki, qorxma, get!

Və mən seçim etdim; dayımı eşitmək, Allaha güvənmək və şəhərə köçmək!

Ömrümün kirayəşin dövrü belə başladı. Yenə də tikiş maşını tək qoymadı məni.

Şəhər insanlarıyla ilk tanışlığın da qapısını o açdı; Bakıya gəlişimin ilk günlərində dayım uşaqlarından birinə paltar tikmişdim. Yaxın qonşular bu paltarın haradan alınması ilə maraqlananda “Almamışıq, Aybəniz bacı tikib” demişdi dayıqızı.

Bu tanışlıqdan sonra kirayə qaldığım evə qonşu qadınların ayağı açıldı. İndi də şəhərli uşaqlar üçün paltarlar biçib-tikməyə başladım. Bəyənirdilər, minnətdarlıq edirdilər. İnkanları daxilində əlhaqqı nə verirdilərsə götürürdüm. Ən əsası, dostlaşır, doğmalaşırdıq. Həyatın üzümə güldüyünün fərqindəydim. Tanrının nəzərinin üstümdə olmasını anbaan hiss edir, ona şükürlərlə yaşayırdım.

Bir də gözümü açıb gördüm ki, qardaş-bacılar böyüyüb, hərəsi bir ev-eşik sahibi olub. Qanadlanan quş kimi hər biri öz bəxtinin-taleyinin arxasınca gedib. Ürəyim açılırdı. Allaha min şükür edir, sevimli əl işlərimə daha çox vaxt ayırır, duyğularımı ilmə-ilmə, naxış-naxış köçürürdüm fərqli parçalar üstünə. Ayaqlarımın götürə, yetirə bilmədiyi yerlərə əllərimin vurduğu ilmələrlə, naxışlarla yetmək duyğusu məni bir an da olsun tərk etmirdi. Mən o naxışlarla, ilmələrlə nəfəs alır, dünyaya onların gözləriylə baxmağa başlayırdım.

BİZİM MÜSAHİBƏ

Jurnalist marağımı boğa bilmirəm:

– Bəlkə daha çox sevginizi toxuyurdunuz ilmələrə? Öz Ağatlı oğlanınızı düşünürdünüz.

Gözləri yol çəkir:

– Yox, yox. Mən qəlbimin qapılarını bərk-bərk bağlamışdım. Ora heç kəsin yaxın düşməsini, sakin olmasını istəmirdim. Düşünürdüm ki, kiməsə ağır yük ola bilərəm. Kimsə çətinliklərimə tab gətirə bilməyib məni tərk edər, yarı yolda qalaram. Kimsə öz səadətini mənə qurban verər. Mən bütün bunlara dözə bilməzdim. Baxdığım kinolarda, oxuduğum kitablarda o qədər taleyimin oxşarını görmüş, tanımışdım ki! Mən bu barədə fikirləşməyə belə qorxurdum. Hətta yuxularıma girən Ağatlı oğlanın təskinedici baxışı eynimə olmurdu. Birdəfəlik bu cür düşüncələrin daşını atmışdım. O daşın quyudan çıxacağı, o Ağatlı oğlanın mənə urcah olacağı xəyaldan, röyadan özgə bir ayrı şey ola bilməzdi.

– Bütün yaranmışların yolunu açan, ruzisini, istəyini daş üstə yetirən Allahıma şükürlər olsun.

– Və sənin saqqızını oğurladı.

– Gəldi, özü də necə! Allahın qismətidi hər şey. Heç yatsam ağlıma da gəlməzdi.

– Qaşın-gözün “gəl!” deyib, ağıldan-huşdan etmisən də!

– Yox, vallah! Yeznəmlə, böyük qardaşımla dost imiş. Ənənəvi ailə məclislərinin birində yeznəmlə bərabər qonaq gəlmişdi. İlk dəfə orda gördüm. Aradan beş-on gün keçməmiş yenidən gəldi.

– Gəldi və ürəyini açdı.

– Açığı, mən dünyanın çox möcüzələrinə, ağlagəlməz işlərinə inanardım, ancaq onun mənə edəcəyi təklifi heç vaxt gözləməzdim. Əvvəl-əvvəl elə düşündüm ki, nəsə bir anlaşılmazlıq, yanlışlıq var, məni keçən məclisdə gördüyü hansısa bir xanımla dəyişik salıb. Özümü o yerə qoymadım, gülüb özümdən getdim ki, Allah istədiyini yetirsin.

Davamını Ağatlı oğlanın özü danışır:

– İstədiyim, aradığımsa o özü idi. Yuxuda buta verilmişdi mənə. Apaydın görmüşdüm. Necə var elə. Görən kimi tanıdım. Bildim ki, bu, mənim qismətimdi, röyamdı, buta verilən həmin qızdı. İlk sözüm o oldu ki, səni yuxuda görmüşəm. Aybəniz xanıma sarı dönür: – Bax beləcə də özünə dedimmi?

Aybəniz xanımın qara, atəşli və son dərəcə cazibəli gözləri gülür.

– Deməyinə dedi, ancaq mən düşündüm ki, yəqin burda bir oyun var. O zaman mənim birotaqlı bir evim var idi. Dedim bəlkə evə-eşiyə ehtiyacı var, o səbəbdən mənimlə ailə həyatı qurmaq, müvəqqəti sığınacaq tapmaq istəyir. Özümü bərkidib fikrimdən keçənləri düz gözünün içinə söylədim: – Kim məni sənə tuşudub, hansı məqsədlə bu məsləhəti veribsə, yanılıb. Maraqlar üstündə qurulan evin təməli əzəldən əyri olur. Sağlamlıq durumu bu halda olan bir xanıma qarşı məqsədli şəkildə nəyisə təklif etmək Allaha ağır gedər. Yenə də dediyini deyib durdu: “Yox, siz Allah, elə düşünməyin. Mən sizi yuxuda görmüşdüm. O gün üz-üzə gələndə elə bil dünyanı mənə verdilər. Mən Allahın istəyinə qarşı necə gedə bilərəm?”

AĞATLI OĞLANIN NAĞILI

Bəynəzər Xudayi-Nəzər oğludu bu Allah butalısı. Deyir ki, altmış dörd yaşım var: “İyirmi bir ildir ki, Azərbaycandayam. 1992-ci ildən. Dini dinimdən olan Azərbaycanlı qardaşlarıma öz haqq savaşlarında kömək etmək, döyüşmək üçün Əfqanıstandan gəlmişəm. Nəslimiz Ordubad, Naxçıvan tərəfdən vaxtilə Əfqanıstana köç edib. Bu barədə valideynlərimdən eşitdiyim çox şeylər var. Eşidəndə ki, bədnam erməni yaraqlıları Azərbaycanın əbədi, əzıli torpaqlarına hücum ediblər, dözməyib köməyə gəldim. Füzulidə, Ağdərədə, Kərimbəylidə, Alxaslıda, Horadizdə, Yağlıvənddə gedən döyüşlərdə azərbaycanlı qardaşlarımla çiyin-çiyinə döyüşdüm. Sonra atəşkəs dövrü başladı. Gəldim Bakıya. Bakıda Aybəniz xanımın yeznəsiylə dostlaşdıq. Onunla bərabər Sumqayıtda, doğmalarının evində qonaq oldum və Aybənizi də elə orada gördüm.

– Gördün və sənə agah oldu ki, bu sənə verilən butadı.

– Bayaq da dedim axı. Elə ilk dəqiqədən hiss etdim ki, mən bu ölüm-itimli, qan-qadalı yolları, dağları-daşları yara-yara Azərbaycana məhz öz bəxtimin, taleyimin arxasınca gəlmişəm. Məni Azərbaycana çəkib gətirən Aybənizin varlığı, Tanrının alın yazısıymış.

– Bəs onun durumu, sağlamlıq vəziyyəti sizi naümid etmədi ki?

– Bilirsinizmi, elə ilk baxışdanca mən onun qara, qaynar gözlərindən qəlbimə açılan böyük, həssas, qayğıkeş ürəyini gördüm. Onu Allahım mənə röyamda necə göstərmişdisə o durumda da qəbul etdim. Alın yazısından, bəxtdən-taledən necə qaçmaq olardı? Düşündüm ki, mənim ayaqlarım, onun əlləri bir yerdə xoşbəxt bir ailənin yaşamı üçün yetərlidi. Allah belə məsləhət bilib. Mən ürək aşiqiyəm. Allah adama ayaq verər, ancaq o ayaq pislik dalınca gedə bilər. Allah gərək hər şeydən əvvəl insana sevən ürək verə. Mən o ürəyi Aybənizdə gördüm. Axtardığım səadəti onda tapdım.

Bəynəzərin aydın baxışları, nurani siması, səmimiyyəti məni inandırdı ki, o, yalan danışa bilməz. Qardaşımla, yeznəmlə məsləhətləşdim. Birmənalı olaraq “yaxşı adamdır” dedilər.

BƏYNƏZƏR:

Evləndik. İlk gündən dərk etdim ki, mən Aybənizin yeriyən ayaqları, gülən gözləri olmalıyam. Bu durumuyla onun məni qəbul etməsi Allahın lütfü idi. Deyə bilərdi ki, sənə inanmıram, bilmirəm Əfqanıstanda nə oyunlardan çıxıbsan, kimsən, nəçisən. Deyə bilərdi ki, mən sevgi duyğularımı çoxdan dəfn etmişəm, get aradığını özgə yerdə tap. Amma demədi, məni başa düşdü, anladı. Bizi rəhm hissi yox, anlaşma birləşdirdi. Gördük ki, bir-birimiz üçün doğulmuşuq.

“DAŞIN DA UZAĞA DÜŞMƏSİN, VƏTƏN. ”

Uzun illər öncə oxuduğum, heç unuda bilmədiyim bir şeirin misralarıdı: “Daşın da uzağa düşməsin, Vətən, əridər həsrətin Allahı yoxdur. ”

Elə bu kövrək, ağrılı misraların həyat həqiqətini yenudən yaşaya-yaşaya Bəynəzər qardaşa dönüb-dönüb də nəzər salmaqdaydım; necə dözüb 21 illik doğma yurd-yuva ayrılığının acısına? Bəlkə Kərəm demiş, dönüb getmək ar gəlib ona? Uzaq bir diyarda arayıb-bulduğu yarısından, butasından ayrılıb getməyi sığışdırmayıb özünə.

Aybəniz xanımın söylədikləri: – Büruzə verməsə də vətən ayrılığı, ana nigarançılığı çəkdiyini hiss edirdim. Üzünü görüb, səsini eşitməsəm də bilirdim ki, onun kimi mərd, həssas insan ana ancaq mələk xislətli, din-imanlı ola bilər. Ürəyimin lap dərinliyində o gözəl ananın oğul həsrəti çəkməsinə qıymırdım: “Axtar, bir yol tap, əlaqə saxla, barı sağ-salamat olduğunu bilib təsəlli tapsınlar” deyirdim.

Gülümsəyir, şirin bir təbəssümlə dediklərimi dinləyir, “inşallah, sağlıq olsun” deyib də üzünü çevirirdi.

– Kövrəldiyimi görməyini istəmirdim. Ürəyimin lap dərinliyində Aybənizin bu insanlığı, qədirbilənliyi, mənə yaşatdığı bəxtiyarlığa görə ona təşəkkürlər edirdim. Ana həsrəti məni min yerdən göynətsə də bilirdim ki, Aybənizin bu halında belə tək, taleyin ümidinə qoyub heç hara gedə bilmərəm. Başqa problemlər də var idi.

– İmkansızlıq, gündəlik tələbatlar sıxırdı bizi. – Bunları Aybəniz xanım söyləyir. – Amma buna baxmayaraq mən hiss etdirmədən əyin-başımızdan, boğazımızdan kəsib pul toplaya bilmişdim. İnanırdım ki, Bəynəzəri nəyin bahasına olursa-olsun razı salıb doğma vətənini, anasını ziyarət etməyə razı sala biləcəm. Özüm gedə bilməsəm də belə, onu mütləq getməyə razı salmalıydım. Bunun üçün sakitcə yol xərci tədarük etməyə başlamışdım.

– Aybənizin təkidi ilə mən doğmalarımı ziyarət etmək üçün əlaqədar təşkilatlara üz tutub, sənədlərimi qaydaya salanda, o unudulmaz səfər zamanı onun qəpik-qəpik toplayıb saxladığı bu pullar mənim hayıma yetdi, qolumdan tutdu. Dilimə gətirməsəm də ürəyimin dərinliyində onun bu fədakarlığı önündə min yerdən əyilib minnətdarlığımı bildirdim, “sağ ol” dedim.

Bunları söyləyə-söyləyə Bəynəzər qardaşın yanaqlarının səyridiyini, nanə yarpağı kimi titrədiyini görür, ancaq söhbətin axarını da dəyişməyi qıymırdım. Vəfalı ömür-gün yoldaşı, fədakar bir insan kimi onun etiraflarını dinləmək olduqca xoş idi.

– Uzun illər boyu anamdan, doğma el-obamdan ayrı düşmüşdüm. Artıq valideynlərim məni ölmüş zənn edirmişlər. Aybənizin təkidli tələbləri önündə tab gətirə bilmədim. Beş il əvvəl getdim Əfqanıstana. Özümlə bərabər Aybənizin əl işlərini də götürmüşdüm. O əl işləri ilə bərabər, elə bil onun sevgisi, həniri, duyğuları da ata-baba yurduma səfər etdi. Uzun ayrılıqdan sonra axır ki, anamla görüşdüm. Mənə sarıldı, ağladı, şükr etdi. Başıma gələnləri, yaşadığım taleyi danışdım. Aybənizdən söz açdım, salamlarını çatdırdım, əl işlərini hədiyyə etdim. Sevindi. Onun əl işlərinə dönə-dönə nəzər saldı. Telefonda danışdılar. Anam dedi ki, sənin səadətin, xoşbəxtliyin mənə bəs edər.

Görürəm ki, yaxşı adama rast gəlibsən. Yaxşı insandı. Qayıt get ailənin yanına. Ona mehriban ol. Sənin sağlığın mənə bəsdi. Get, ailənə sadiq ol, onu başsız qoyma.

Aybənizin əlavəsi

– Zəng edib dedim ki, ana, əgər oğlun sənə lazımdırsa, onsuz yaşamaq sənə ağırdısa qoy səninlə qalsın. İstəmirəm mənə görə kimsə əziyyət çəksin. Mən Allahımdan və oğlundan çox razıyam.

Davamını Bəynəzər söylər, görəlim nə söylər:

– Anam razı olmadı. Dedi get ailənin yanına. Mən ağladım. Anam dedi: “Ağlama, mənə sağlığın bəsdi. Şükür ki, sağ-salamatsan. Ailən, övladın var. Yolunu gözləyənin var. Dön evinə və məndən bütün azərbaycanlılara salam apar. Azərbaycana əmin-amanlıq arzulayıram. Ömür vəfa edər, səhhətim yol verərsə bir gün gəlib qonağın olaram. Analar müqəddəsdi, arzuları da özlərinə bənzəyir. Öz səadətlərini övladları yolunda qurban verirlər.

QAYIDAQ MƏTLƏB ÜSTÜNƏ

Növbəti görüşümüzdə Aybəniz xanımla Bəynəzər qardaşı xüsusi bir şadyanalıq yaşayan gördüm. Həmən səbəbini söylədilər; yeganə oğul övladları yüksək bal toplayaraq ali məktəbə daxil olmuşdu.

Doğrudan da sevincli gün idi.

Valideynlər tanıyıram – yerişləri yer, baxışları göy dəlir. Hökmləri daş dəlib qyaa yarır. Ancaq bala bəlası yaşayırlar. İçki aludəsi, küçə səfili olan balalarının bəlasına əlac tapa bilmirlər.

Ailələr də var ki, Allahın nəzərindən, taleyin bəxşişindən başqa umacaq yerləri olmur. Bəxtləri, qismətləri, ruziləri təkcə Ondan gəlir.

Çəkdikləri ağrı-acılar qarşısında belə sevincli günlər yaşamaq Allahı, imanı və inamı ilə bir arada olan hər bir valideynin halal haqqıdı deyə düşünürəm. Belə bir durum qarşısında övlad dünyaya gətirmək, həyatın bütün çətinliklərinə baxmayaraq, onu böyüdüb boya-başa yetirmək, tərbiyə vermək əsl fədakarlıq, qəhrəmanlıqdır.

Elə bil düşündüklərimi, qəlbimdən keçənləri söz-söz, hərf-hərf gözlərimdən oxuyur Aybəniz xanım:

– Yatsam yuxuma da girməzdi ki, haçansa ailə qura bilərəm, övladım dünyaya gələr. Keçmə gözəl Allahdan. Gec verdi, ancaq güc verdi. Hər istəyimin yolunu o böyük Kişinin özü açdı. Hamiləliyin ilk dörd ayında həyəcan az qalırdı məni boğsun. Qorxurdum, təntiyirdim. Bəynəzər nə qədər başıma dolanıb, təsəlli versə də mən özümü ələ ala bilmirdim. Mənim üçün çox ağır olacağını bilirdim. Ancaq dəfolunmaz bir qüvvəylə lap həyatım bahasına başa gəlsə də bətnimdəki körpəni dünyaya gətirmək istəyirdim. Lap elə həyatın, taleyin acığına.

Dodaqları titrəyir, dolub-doluxsunmuş gözlərini ciddi-cəhdlə gizlətmək istəyir. Söhbətə Bəynəzər qardaş qarışası olur:

– İnanırsınızmı, gecəli-gündüzlü Aybənizə ürək-dirək versəm də ürəyimdə bərk təlaş keçirirdim. Bilirdim ki, onun üçün çox ağrıdı. Onun doqquz ayın ağır sınağına necə dözəcəyini düşünəndə başıma hava gəlmək istəyirdi. İstəyirdim sevgi bağımızın barı ilə sevindirək dünyamızı. Ancaq durumun ağır olması da göz önündə idi. Bu barədə düşünməyə belə qorxurdum. Ancaq Allahın xüsusi lütfü, xoş nəzəri bu möcüzənin baş verməsinə yol açdı.

Hamiləliyimin dördüncü ayında heç gözləmədiyim, ağlıma belə gətirmədiyim halda ayaqlarımın açıldığını, hərəkətə gəldiyini hiss etdim. Əvvəl-əvvəl elə hiss etdim ki, məni qara basır, yuxu görürəm. Ancaq get-gedə başa düşdüm ki, bu gerçəklikdi.

BƏYNƏZƏRİN XOŞ NƏZƏRİ

– Elə bil üstümdən dağ götürüldü. Təlaşlığımızı, hədsiz əzablarımızı görən, bilən və adil olan Allah özü köməyimizə yetdi. Gözümün qabağında Aybənizim addım atmağa, yeriməyə başladı. Bu, bir görk, möcüzə idi. Hər ehtimala görə həkimə müraciət etdik. Yoxladılar. Qorxulu bir şey olmadığını dedilər. Sevincimizə şərik olan həkim bildirdi ki, bu təbii haldı, olur belə şeylər. Hamiləlik dövrünün müəyyən həddində damarlarda gərilmə halları getdiyindən bu proses ayaqların qıc olmuş sahələrini bir növ hərəkətə gətirir, bərpa edir. Bu hal hamiləlik boyunca davam edə bilər.

Sevincimizin həddi-hüdudu yox idi. Elə bil anadan yenicə doğulmuşduq. Şəxsən mən çox istəyirdim ki, hamiləliyin dövrü illərlə uzansın. Aybəniz bax beləcə, heç kəsə, əlil arabasına ehtiyac duymadan gəzib-dolansın. Bu xoş günlərin ömrünün uzanmasını arzulayır, arzulayırdım.

Aybənizsə “Allahım, övladım dünyaya gəlincə mənə güc ver, arxa ol, xoş nəzərlərini üstümdən əskik etmə” duası edirdi. Yalnız o günə, o xoş saata qədər – övladımız dünyaya göz açınca Tanrıdan möhlət istəyirdi.

Ernest Heminqueyin məşhur fikrini yada salıram: “İnsan polad kimidir; sına bilir, ancaq heç vaxt əyilmir. ”

“Şəfa əl Əsrar” dan oxuduqlarımdı:

Seyid Yəhya əş Şirvani əl Bakuvi həzrətləri müqəddəslərin dilindən şərh edir: “Bil, ey Adəmoğlu! Səni bu aləmə səadət quşunu tutmaq üçün ovçuluğa göndərdilər. Elə isə sənə lazım olan odur ki, təqva tələsini səadət yolunda qurasan. Müraqibə üzərinə hazır olasan ki, səadət quşu birdən gəlincə sən onu tutub, könül qəfəsinə qoyasan. ”

O səadət quşunun qəfil gəlişinə Aybəniz xanımın könül qəfəsini uca Allahın xoş nəzərləriylə həmişə açıq olan gördüm. Elə bil bütün cismi, varlığı dil açıb söyləyirdi: “Ey iman gətirənlər, səbr və dua ilə Allahdan kömək diləyin – çünki Allah səbr edənlər, şükrlə yaşaya bilənlərlədir. ”

“Bir də gərək haqqı itirməyəsən” söyləyir Aybəniz xanım: “Allahımdan, dövlətimizdən çox razıyam. Dəfələrlə əl işlərimdən ibarət sərginin düzənlənməsinə yardımçı olublar. İnsan, xüsusilə mənim durumumda olan kəslər hiss edəndə ki, hər cür dövlət qayğısı, diqqəti ilə əhatə olunub, yaşamaq təsəllisi birə-beş artır, sabahının nigarançılığını çəkmir. Dövlətimiz, millətimiz var olsun. Sizlər var olun. Qolumuz-qanadımız, ümid yerimizsiniz. İnsanın ümidi, inamı sınmasın, ümidi, inamı qorumaq, sağ saxlamaq lazımdır. Duaçıyam taleyimdə yaxşı yeri olan hər kəsə. allah işlərini avand eləsin.

– Amin! – deyib də köksümə sıxıram Aybəniz xanımı. Əslində göz yaşlarımı gizlətməyimə ehdiyim cəhdimdi bu. Bilirəm ki, kövrəldiyimi hiss edincə təsəlli verməyin təlaşını yaşayacaq: “Bu həyatın önündə, bacım, ağlamaq olmaz”.

Millət vəkili Qənirə Paşayeva

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Rare example of Sufi literature in Azerbaijan history in Xv century

Azərbaycan sufiliyi və sufi ədəbiyyatı tarixi ilə bağlı araşdırmalar yenicə öyrənilməyə başlanılmış mövzulardandır. Tarixən çox zəngin təsəvvüf mədəniyyəti olan bu bölgənin fəlsəfə, ədəbiyyat, musiqi, memarlıq, sənətkarlıq, folklor və bir çox digər sahələrə müsbət təsirləri olmuşdur. Nizami Gəncəvi, Nəsimi, Füzuli, Nigari kimi sufi şairlərin vaxtı qabaqlayan əsərlərilə yanaşı tanımadığımız bir çox sufi ədib və onların əsərləri işıq üzü görəcəkləri günü gözləyir. XV əsr sufi müttəfəkkiri və ədibi Seyid Yəhya Bakuvi və onun əsərləri də bunlardan biridir. Onun yazdığı və günümüzədək əlyazma şəklində gəlib çatmış əsərlərdən ən önəmlisi “Şəfa əl-Əsrar”dır. Bu əsər İslam təsəvvüf ədəbiyyatı üçün çox böyük əhəmiyyət kəsb etdiyi qədər Azərbaycan sufi ədəbiyyatı üçün də qiymətli bir xəzinədir. Xəlvətilik sufi məktəbinin baş əsəri olaraq da xüsusi önəmə malikdir. Məqalədə əsərin qaynaqları, fiziki, təsəvvüfi mahiyyəti və məzmunu açıqlanmışdır.

Dr. Mehmet Rıhtımın nəşr etdirdiyi Seyid Yəhya Bakuvinin “Şəfa əl-Əsrar” əsəri haqqında

Azərbaycanda “Elm” nəşriyyatında Mehmet Rıhtımın 2010, 2013-cü illərdə Seyid Yəhya Bakuvi əş-Şirvaninin “Şəfa əl-Əsrar” adlı çox nəfis şəkildə monoqrafiyası işıq üzü görmüşdür.

Kitabın elmi redaktorları fəl.e.d. Zümrüd Quluzadə, fil.e.d., Prof. Azadə Musayeva, redaktorları fil.e.d. Minəxanım Təkləli, fil.ü.f.d. Nəzakət Məmmədova, rəyçiləri kimi fil.ü.f.d. Möhsün Nağısoylu, fil.e.d. Kamandar Şərifli, fil.ü.f.d. Səadət Şıxıyeva göstərilmişdir.

Kitabın birinci nəşrini gördükdən sonra mən müəllifə dəfələrlə şəxsən və kitabı ikinci nəşrə hazırlayan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə xanım Paşayevaya telefonla zəng edib internetdə Azərbaycan haqqında, “Azərbaycanda Seyid Yəhyanı tanımamaq qəbahətdir” reklam başlığı altında M.Rıhtımın verdiyi sonralar dəfələrlə təkrar etdiyi və Azərbaycanda təsəvvüfün öyrənilməməsi, Seyid Yəhya və Xəlvətiyyənin tanınmamasını haqqında iddialarının Azərbaycan elminə və alimlərinə qarşı iftira olduğunu və M.Rıhtımın Bakuvinin “Şəfa əl-Əsrar” kitabında elmi redaktor kimi göstərməmin heç bir elmi əsası olmadığını söylədim.

Kitab nəşr edildikdən sonra orada Azərbaycanda təsəvvüf tarixi haqqında verilən hissənin elmi cəhətdən məqbul olmamasını və həmin əsərin Seyid Yəhya Bakuviyə bir müəllif kimi mənsub olmasının yetərincə sübut edilməməsini nəzərə alaraq bir daha adımın həmin kitabda elmi redaktor kimi verilməsinə qəti etirazımı bildirirəm.

Təəssüflə qeyd etməliyəm ki, Q.Paşayeva ilə danışmağıma baxmayaraq kitabın ikinci nəşrində də mənim adım əsərin birinci elmi redaktoru kimi təkrar edilib. Əsərdə reaktor kimi imzamın olmamasını və telefonla xəbərdarlığımı nəzərə almadan kitabın guya mənim redaktorluğum altında çap edilməsi həm hüquqi həm mənəvi cəhətdən qəbul edilməzdir. Xəbər bildiyimə görə əsər bir daha həmin əsərin oxucularına bəyan edirəm ki, mən əsərin elmi redaktoru deyiləm və bir elmi redaktor kimi, onun elmi ictimaiyyətə çatdırılmasında şəxsən heç bir məsuliyyət daşımıram.

Kitabın digər redaktor və rəyçilərinə gəldikdə, güman edirəm ki, əgər onlar M.Rıhtımın yazdıqları ilə razılaşaraq həqiqətən də kitabın nəşrə getməsini imzalamışlarsa və əsərdəki Azərbaycan təsəvvüf tarixinin işıqlandırılması “Şifa əl-Əsrar”ın Seyid Yəhya Bakuviyə mənsub olması, əsərin onun orijinal və ya tərcümə olmasını müəyyən etmədən Azərbayca klassik nəsr tarixinin məxəzi və bünövrəsi kimi təqdimi (bu mövqelər dəfələrlə KİV-də M.Rıhtım onu dəstəkləyənlər tərəfindən səsləndirilib) həmfikir olmalarını müvafiq dəlillərlə sübut etməlidirlər.

Dediklərim əsərin və M.Rıhtımın yazılarına mətbuat və internet saytlarına xeyli sayda rəyçilərə də aiddir.

Təkrar edirəm M.Rıhtımın son zamanlar S.Y. Bakuvi, Xəlvətiyyə və təsəvvüflə bağlı yaydığı mövqelər mütəmadi və düşünülmüş şəkildə XX – XXI əsr Azərbaycan ədəbiyyat, fəlsəfə, incəsənət, musiqi və s. mədəniyyət tarixlərinin elmi nailiyyətlərinin təhrif və inkarına yönəlib.

Güman edirəm ki, bu yazının ilk növbədə Azərbaycan mədəniyyət tarixlərinin öyrənilməsi ilə məşğul olan AMEA-da müəllif və onun elmi mövqelərini dəstəkləyən alimlərlə birgə geniş, professional müzakirəsi xeyirli olar.

ПРЕДИСЛОВИЕ К ИСТОРИИ АЗЕРБАЙДЖАНСКОЙ ФИЛОСОФИИ VII-XVI вв

ПРЕДИСЛОВИЕ К ИСТОРИИ АЗЕРБАЙДЖАНСКОЙ ФИЛОСОФИИ VII-XVI вв

ПРЕДИСЛОВИЕ К ИСТОРИИ АЗЕРБАЙДЖАНСКОЙ ФИЛОСОФИИ VII-XVI вв Зумруд Кулизаде
доктор философских наук

ПРЕДИСЛОВИЕ

Во введении к I тому четырехтомной «Истории азербайджанской философии» были изложены концептуальные принципы и методика исследования истории азербайджанской философии, определены содержание и объем использованных в работе основных категориальный понятий, аргументировалась значимость попытки создания научной истории азербайджанской философии.
В предисловии ко II тому, в свете нарастающей в современной исследовательской литературе тенденции продуманно неадекватного отражения истории философии исламского региона Востока (органической частью которого более тысячелетия является история азербайджанской философии), ориентированной на полное либо частичное исключение ее из истории всемирной философии, считаем целесообразным еще раз подчеркнуть научную, нравственную, политическую значимость и актуальность создания истории философии народов этого региона, включая и историю азер-байджанской философии.
I том отразил историю развития философской мысли в Азербайджане с древности по XII век включительно. II том охватывает XIII-XVIII вв., т.е. последующие шесть веков истории азербайджанской философии, представленной в контексте истории социокультурного развития страны.
Экономически в названный период Азербайджан развивается главным образом в рамках феодализма, включающего в ряде районов, особенно в горных районах, элементы общинно-патриархальных отношений. В равнинных областях, в частности в крупных городах, несмотря на порождаемые бесконечными разрушительными войнами неблагоприятные условия, повсеместно наблюдается тенденция к развитию; население здесь в большей своей части юридически свободно, экономические отношения носят характер более близкий к капиталистическим – начиная с раннего средневековья существует и расширяется денежная форма ренты, широко распространен наемный труд, относительно активно функционирует торговый капитал. Периодически в государственных мануфактурах и строительстве растет процент подневольного, в частности рабского, труда, основным источником которого являются войны, частично долговое рабство. В сельском хозяйстве главное место занимают различные формы внеэкономического принуждения, вплоть до прикрепления крестьян к земле хозяина и, естественно, их юридическая зависимость от последнего.
Такова сложная, однако типичная для географического, политического и идеологического регионов, в которые страна входила в XIII-XVIII вв., картина социально-экономических отношений, представлявших один из основных факторов воздействия на формирование духовной культуры, включая и философию.
Тесно связано развитие азербайджанской философии и в целом культуры с политическим положением страны, на территории которой в течение исследуемых веков неоднократно создавались независимые либо относительно независимые государства, что обеспечивало в ней определенную стабильность социокультурного развития. Однако стабильность эта систематически нарушалась и она оказывалась в сфере «чужих» войн, переходила «из рук в руки» завоевателей, при этом не раз становилась центром создающихся в то время феодальных империй. Характерно, что в исследуемые века Азербайджан неоднократно являлся и ристалищем «своих», внутренних междоусобных войн.
Огромную роль в экономическом и культурном развитии азербайджанской истории XIII–XVIII веков продолжали играть города, где бурно развивалось ремесленное производство.
Широкомасштабное развитие городской цивилизации, в частности место в этом развитии ремесленничества и купечества, рост уровня их организованности, как социальных структур, и их тесная связь с расширяющими в социокультуре исламского Востока сферу своего влияния не-ортодоксальными идеологическими течениями, сыграли значительную роль в формировании различных проявлений азербайджанской духовной культуры данного периода, включая светские науки и философию, ее онтологический, гно-сеологический, социальный, этический и др. аспекты. Особую роль в формировании и развитии последних играли социальные противоречия.
На духовную жизнь Азербайджана исследуемых веков значительное влияние оказало то, что, в отличие от древности и раннего средневековья, в стране стабилизировалась господствующая роль ислама, который справедливо определяют не только как верование, но и как целостный образ жизни. Спецификой духовно-идеологического развития являлось и то, что в эти века многочисленные войны, переживаемые страной, не приносили новой религии, наоборот, завоеватели, как, например, захватившие страну монголы, сами приняли ислам, и он обрел характер всеобщности, объемля все стороны социокультуры и, естественно, прежде всего область развития духовной культуры, включая и философию.
Политика и религия в эти века создали потенциальные воз-можности для реализации отличающейся внутренним единством и целостностью культуры исламского региона, которая включала как естественные и точные науки, так и науки гуманитарные, и прежде всего философию; последняя, как и религия, более носила региональный, нежели этнический характер.
Считаем необходимым уже в предисловии подчеркнуть, что существующие в научной литературе как Востока, так и Запада суждения о том, что XIII-XVIII века представляли период спада и деградации в сфере науки и философии исламского региона Востока, включая и Азербайджан, более чем бездоказательны. Несмотря на зигзагообразность линии, характеризующей развитие в эти века в стране светских наук, в целом можно констатировать развитие наук и светского образования по восходящей линии. Наука и философия, которая питалась этой наукой и, в свою очередь, активно влияла на нее, продолжали свое поступательное развитие. Достаточно в этой связи напомнить об энциклопедическом уровне знаний представителей духовной культуры исламского Востока, которые не только по XII век, но и в последующие века наряду с философией равно изучали и создавали произведения как минимум в нескольких областях естественных и точных наук. Иначе и быть не могло, ибо, с одной стороны, как азербайджанская, так и региональная культура народов исламского Востока волею исторических судеб оказались наследниками и преемниками признанной всем миром высочайшей духовной культуры исламского региона периода ее Ренессанса, и с другой, – здесь развитие духовной культуры в отличие от Запада было связано с суще-ствованием на протяжении всего средневековья высокоразвитых и крупномасштабных городов, население которых исчислялось сотнями тысяч, и в производстве которых капиталистические отношения всечасно расширялись.
Изложенное, естественно, наложило свой отпечаток на закономерности развития в стране философии и обусловило то, что в изучаемую эпоху от века к веку в философских учениях расширялась сфера социальной и этической проблематики. Последнее, с одной стороны, было связано с наличием тяготеющего над страной многообразия форм насилия, с другой – ростом как этнического самосознания, так и индивидуального самосознания – самосознания личности, Человека, права и духовное величие которого постепенно обретали центральное место в различных проявлениях философского мышления, и прежде всего в охватившей страну и пустившей в ней глубокие корни неортодоксальной мистико-пантеистической философии многочисленных идеологических течений региона исламской культуры и философской поэзии.
В исследуемые века в особенно тяжелом положении оказались трудовые слои азербайджанского населения. Развивающийся процесс формирования этнического самосознания заставлял эти слои в бесчисленных жестоких, кровопролитных войнах выступать на стороне местных правителей и феодалов в их борьбе с иноземными захватчиками. Но, независимо от того, кто побеждал в войне, положение трудового народа оказывалось невыносимым, и жестокость эксплу¬атации, доходя до беспредела, оборачивалась народными бунтами и восста¬ниями, которые порою добивались побед и даже установления временного народовластия, как правило, обреченного эпохой на поражение.
Достойно внимания, что многие представители азербайджанской духовной культуры – философы, поэты, теософы, теологи и др., продолжая гуманистические и демократические традиции своей предшествующей этно- и региональной культуры, вопреки собственным классовым интересам и личной безопасности, открыто и беспощадно клеймили все виды социального насилия; они клеймили и носителей этого насилия – иерархию чиновников, а порою власть в целом.
Духовная культура и прежде всего философия в эти века были рупором борьбы с насилием над Человеком, укрепляли почву для защиты его прав и свободы. Азербайджанская духовная культура и прежде всего азербайджанская философия, опираясь на распространенную в исламском регионе пантеистическую концепцию вахдат ал-вуджуд, и в онтологии, и в гносеологии, и в этике, и в социальных воззрениях своих выступала в защиту Человека, в котором видела самое совершенное начало, а порою тождественный Богу феномен бытия.
Процесс формирования тюркоязычного азербайджанского этно-национального феномена обусловил противоречие между этно-национальным и религиозным самосознанием последнего. Ислам явился одним из основных этноформирующих факторов в Азербайджане. Однако, специфика политической жизни страны была в том, что она зачастую являлась объектом борьбы и захвата между мусульманскими государствами; инорелигиозных захватчиков, как правило, не было. Другими словами, религиозное самосознание захватчиков и побежденных было общим, единым. Однако, этническое самосознание, крепнущее в процессе этнической консолидации населения как нации, а также борьба за свои жизненные ин-тересы, личную свободу, экономические, этнические и территориальные интересы, заставляли порою объединяться представителей данного этноса для борьбы с единорелигиозными иноземными захватчиками. Это своеобразное единство движущих в обществе исламского региона центростремительных (объединение вокруг ислама) и центробежных (стремление к этнической самостоятель-ности в политическом, равно территориальном отношении) сил нашло непосредственное отражение в духовной культуре народов данного региона, где ислам как религия исторически осуществлял и продолжает осуществлять относительно устойчивое внутреннее единство этносов, следующих данной религии.
Единство культуры региона поддерживалось и взаимосвязями в сфере образования. Духовное и светское образование, как правило, и в изучаемые XIII–XVIII вв. требовало обучения в различных крупных теолого-научных центрах Аравии, Ирана, Турции, Средней Азии. Органичность связей и единство общерегиональной культуры, ее высокий уровень в странах региона были столь явственны, что некоторые величайшие мыслители средневековья, как, например, Низами Гянджеви, ни разу не выезжавший за пределы родины – Азербайджана, смогли овладеть многими доступными их эпохе знаниями о культуре доисламского и исламского Востока, древних греков и др. народов.

Д.ф.н. З. Кулизаде: Физуливедение

Д.ф.н. З. Кулизаде: Физуливедение

Comments are closed, but trackbacks and pingbacks are open.