Press "Enter" to skip to content

Facebook bildirişini necə yox edə bilərəm?Mənə xəbər verməyin

Üç ildir ki, Firuz adlı əcnəbi vətəndaşla ailə qurub, Amerikaya gəlin köçüb. Bir qız anası olan həmyerlimiz ilyarımdır ki, Azərbaycanda yaşayır.

İkili vətəndaşlığın problemləri və həll yolları

Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanununun 1-ci maddəsində deyilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələrə malik olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.”

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində doğulmuş uşaqları Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edə bilərmi?

Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanununun 12-ci maddəsində görə Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir.

Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir.

Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır.

Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığı qəbul etdikdə Azərbaycan Respublikası vətəndaşlığını itirirmi?

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinin əvvəlki redaksiyasından fərqli olaraq yeni redaksiyada ikili vətəndaşlıqla bağlı məsələyə konkret yanaşma əks olunmuşdur. Qanunun 10-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Yəni Azərbaycan Respublikası ikili və ya çoxvətəndaşlığı tanımır.

Həmçinin xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Qanunun əvvəlki redaksiyasında qeyd olunurdu ki, “Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Lakin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa 1 may 2020-ci il tarixli dəyişiklik edilməsi ilə bu hissə qanundan çıxarılmışdır, yəni məsuliyyət nəzərdə tutulmamışdır.

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Respublikasının Qanununa 30 may 2014-cü il tarixli dəyişikliyə görə bu qanun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir.

Bəs 2014-cü ilə qədər yaranan ikili vətəndaşlıq halları və həmin şəxslərin malik olduqarı hüquq və vəzifələrin realizəsi zamanı yaranan problemlər necə həll olunacaq və ya necə həll olunmalıdır?

İkili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşlığı olan şəxsin hərbi xidməti ilə bağlı problemlər son zamanlar gündəmdə olan ən aktual məsələlərdəndir.

Kazus 1.

Adının açıqlanmasını istəməyən şəxs uzun illərdir xaricdə yaşayır. 2004-cü ildə 18 yaşı olarkən Azərbaycanı tərk edib. 2009-u ildə isə əcnəbi ölkənin vətəndaşlığını alıb. Amma eyni zamanda Azərbaycan vətəndaşıdır. Şəxs istirahət etmək üçün Azərbaycana gəlmək istəyir. Lakin Azərbaycana gələrsə hərbi mükəlləfiyyətli olub-olmadığını bilmir. Bu zaman aşağıdakı suallar ortaya çıxacaq.

1.Şəxs hərbi mükəlləfiyyətlidirmi?

2.Şəxs məsuliyyətə cəlb olunacaqmı?

Əlbəttə ki, 2014-cü ilədək ikili vətəndaşlığı olan şəxslərin Azərbaycan dövlət qarşısında müəyyən öhdəlikləri var. Konstitutsiyamızın 76-cı maddəsinə əsasən hər bir kişi vətəndaşın həqiqi hərbi xidmət keçmək öhdəliyi var. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bu, Hərbi xidmət və hərbi vəzifə haqqında qanunun 12-ci maddəsində göstərilib.

Hərbi xidmətdən azad olunma faktı yalnız üzrlü səbəblər varsa, baş verə bilər. Üzrlü səbəb dedikdə azadlıqdan məhrum edilmiş, yaxud da sağlamlığı yerində olmayan şəxslər nəzərdə tutulur.

Həmin Qanunun 12.4-cü maddəsinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər:

Cinayət Məcəlləsinin 321-ci maddəsi şəxslər üçün həqiqi hərbi qulluğa növbəti çağırışa gəlmək kimi öhdəliklər müəyyən edir. Həmin qanun (Hərbi vəzifə və hərbi xidmət haqqında) 23 dekabr 2011-ci il tarixdən qüvvədədir. Ona görə də Cinayət Məcəlləsinin norması həmin tarixə gədər çağırışa gəlməmiş şəxslərə şamil olunacaq. Yəni vətəndaş xaricə bu tarixdən əvvəl getmişsə, o məsuliyyətə cəlb olunmayacaq. Yox əgər sonra ölkəni tərk etmişsə, Azərbaycan Respublikası Prezidentinin çağırışla bağlı müvafiq sərəncamından sonra çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına (yəni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə) gəlməli idi. Artıq onun məsuliyyət məsələsi Cinayət Məcəlləsi ilə müəyyən olunur və işin faktiki hallarına uyğun araşdırma tələb edir. Hərbi komissarlığın çağırış vərəqinə qol çəkib-çəkməməsi əsas götürülür. Lakin nəzərə alaq ki, praktikada ata-ana da çağırış vərəqini imzalayırlar.

Kazus 1-in cavabı: Buradan aydın olur ki, vətəndaş 2009-cu ildən öncə getdiyinə görə, məsuliyyət məsələsi real görünmür.

Kazus 2.

2000-ci ildə 16 yaşı olarkən Azərbaycanı tərk edib. 2005-ci ildə isə əcnəbi ölkənin, yəni Rusiyanın vətəndaşlığını alıb. Amma eyni zamanda Azərbaycan vətəndaşıdır. Şəxs 2006-cı ildə Rusiyada hərbi xidmətə çağırılmışdır. Bu zaman həmin şəxsin Azərbaycan Respublikasında hərbi mükəlləfiyyətlidir?

Qeyd olunan məsələ “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Qanunun 23-cü maddəsi Müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmənin əsaslarını müəyyən edir. Qanunun 23.0.5 maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər. Yəni Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkədə müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər Azərbaycanda da müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.

İki və ya bir neçə ölkədə işləyən şəxslərin pensiya təminatı ilə bağlı qarşılaşdığı problemlər necə həll olunmalıdır?

Xarici dövlətlərdə yaşa görə pensiyalarla bağlı fərqli müddəalar nəzərdə tutulub. Əgər bir neçə Avropa ölkəsində işləmisinizsə onların hər birində toplanmış pensiya hüquqlarınız ola bilər. Bununla bağlı yaşadığınız və ya sonuncu işlədiyiniz ölkədə pensiya orqanına müraciət etməli olacaqsınız. Əgər yaşadığınız ölkədə heç vaxt işləməmisinizsə, ev sahibi ölkəniz iddianızı son işlədiyiniz ölkəyə göndərəcək. Həmin ölkə iddianıza baxılmasına və işlədiyiniz bütün ölkələrdən işinizlə bağlı bütün qeydlərini bir araya gətirməyə cavabdehdir. Bəzi ölkələrdə pensiya orqanı həmin ölkənin pensiya yaşına çatmamışdan əvvəl sizə pensiya ərizəsi formasını göndərməlidir.

Sizə lazım olacaq sənədlər bir ölkədən digərinə dəyişir, lakin siz adətən bank təfərrüatlarınızı və müəyyən formada identifikasiyanı təqdim etməlisiniz. Daha dəqiq məlumat üçün iddianıza baxan pensiya orqanı ilə əlaqə saxlamalısınız. Pensiya yaşı ilə əlaqədar müxtəlif yaş hədləri nəzərdə tutulub. Əgər başqa ölkələrdə pensiya hüquqlarınız varsa, pensiyanızın həmin hissələrini yalnız həmin ölkələrdə qanuni pensiya yaşına çatdıqdan sonra alacaqsınız. Bir pensiyanı digərindən tez alsanız, bu, aldığınız məbləğlərə təsir edə bilər.

KAZUS 1. Sonradan digər ölkələrdə fərqli pensiya yaşlarından xəbərdar olan Fransalı Karolin 15 il İrlandiyada çalışdı, sonra kariyerasının sonuna yaxın Fransaya qayıtdı. 60 yaşı tamam olanda o, Fransada təqaüd almaq üçün müraciət etdi, ancaq çox aşağı pensiya aldı. Sual olunur Karolinin İrlandiyadakı iş stajı nəzərə alınacaqmı?

60 yaşında Karolin pensiyasının yalnız Fransa hissəsini almaq hüququna malikdir. O, 63 yaşına çatdıqda İrlandiya hissəsini alacaq. İrlandiyada 63 yaş qadınlar üçün qanuni pensiya yaşıdır.

Bəzi Avropa İttifaqı (Aİ) ölkələrində pensiya almaq hüququ əldə etmək üçün minimum müddət işləmiş olmalısınız. Belə hallarda, pensiya orqanı sizin pensiya almaq hüququnuzun olub-olmadığını qiymətləndirmək üçün digər Aİ ölkələrində işlədiyiniz bütün dövrləri, sanki bütün müddət ərzində həmin ölkədə işləmiş kimi nəzərə almalıdır (prinsip dövrlərin aqreqasiyası).

KAZUS 2 . Tom 4 il Almaniyada, 32 il Portuqaliyada işləyib. Almaniyada pensiya almaq hüququ əldə etmək üçün ən azı 5 il işləmiş olmalısınız. Tom Almaniyada cəmi 4 il işlədiyi üçün normal olaraq milli siya proqramına uyğun gəlməzdi. Almaniya qanunvericiliyinə görə Tomun pensiya almaq hüququ yaranmır, bu halda Almaniya şəxsin Portuqaliyadakı iş stajını nəzərə almalıdırmı?

Alman pensiya qurumu Tomun Portuqaliyada işlədiyi illəri nəzərə almalı idi. O, onun hüququnu tanıdı və Almaniyada işlədiyi 4 il üçün ona pensiya ödəyir.

Başqa ölkələrdə başa çatmış hər hansı müddətdən asılı olmayaraq, milli pensiya hüququna malik olmaq üçün şərtlərə cavab verirsinizsə, pensiya orqanı milli pensiyanı da hesablayacaq. Aİ ölkəsindən hansı daha yüksəkdirsə, onu alacaqsınız. İddianızla əlaqədar hər bir ölkənin qərarı xüsusi bir qeyddə açıqlanacaq .

KAZUS 3. Roza 20 il Fransada, 10 il İspaniyada işləyib. Rozanın hansı ölkə üzrə pensiya hüququ var və qadının seçim hüququ tanınırmı?

Hər iki ölkə pensiya hüququna malik olmaq üçün minimum 15 il iş stajı tətbiq edir. Hər bir ölkə Rozanın pensiyasını hesablayacaq. Fransa hakimiyyəti ikiqat hesablama aparacaq: O, Rozanın Fransada işlədiyi 20 il üçün milli pensiyasını hesablayacaq, tutaq ki, 800 avro. O, həm də nəzəri bir məbləği hesablayacaq, Roza tam 30 il Fransada işləsəydi, pensiyası olacaqdı təxmini 1500 avro. Daha sonra o, mütənasib pensiyanı müəyyən edəcək, yəni bu məbləğin Fransada işlədiyi illər üçün ödənilməli olan hissəsi: Fransada 1500×20 il/30 il cəmi=1000 avro.

Azərbaycan Respublikası Əmək pensiyaları haqqında Qanunun 1-ci maddəsində qeyd olunur ki, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

Azərbaycanda daimi yaşayan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin pensiya təminatı hüququ tanınırmı?

KAZUS 4. Azərbaycan Respublikasıda daimi yaşayan Rusiya Federasiyasının vətəndaşı Əli 30 il zavodda işləmişdir. Həmin şəxsin pensiya təminatı hüququ tanınırmı?

Azərbaycan Respublikası Əmək Pensiyaları haqqında Qanunun 3.2-ci maddəsinə görə Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır.

Bəs xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşının pensiya təminatı necə həyata keçirilir?

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin dövlətlər arasında olan beynəlxalq sənədlər əsasında). Əmək pensiyalarının təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

İkili vətəndaşlıqla bağlı problemlər Azərbaycan Respublikasının qanunvericiyində də rast gəlinir. Azərbaycan Respublikası ikili vətəndaşlığı tanımır, lakin 2014-cü ilə qədər yaranan ikili vətəndaşlıq hallarında şəxs hansı ölkənin pensiyasını əldə etmək hüququ var?

Nicat 2014-cü ilə qədər Azərbaycan Respublikası vətəndaşlığı saxlamaqla Rusiya Federasiyası vətəndaşlığı əldə edib. Şəxsin 2021-ci ildə Azərbaycana qayıdıb və onun 65 yaşı var. Qanuna uyğun olaraq pensiya yaşı 65 yaşdır. Şəxs 45 il Rusiya Federasiyası da çalışıb, şəxsin pensiya hüququ hansı ölkə üzrə yaranacaq?

Qanunun 5-ci maddəsinə görə sığortaolunanların qanunvericiliklə onlara təyin olunmuş əmək pensiyası ilə yanaşı, qeyri-dövlət pensiyası hüququ vardır. Şəxsin hər iki ölkə üzrə pensiya almaq hüququ vardır, lakin Rusiya qanunvericiliyinə görə şəxs əmək fəaliyyəti ilə daha çox Rusiya Federasiyasıda məşğul olduğuna görə şəxsin Rusiya Federasiyasıda pensiya almaq hüququ var. Ona görə də Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən şəxsin 45 illik iş stajına uyğun olaraq ona pensiya təyin olunacaq.

Şəfəq Süleymanova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi.

Facebook bildirişini necə yox edə bilərəm?Mənə xəbər verməyin

Vaxt itkisi və viza stresi olmadan xaricə səyahət etmək hər kəsin arzusudur. Tez-tez xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşları isə ölkədə tətbiq olunan tək pasportlu sistemə görə bəzi problemlərlə üzləşirlər. Məsələn, viza almaq üçün hər hansı dövlətin səfirliyinə xarici pasportunu verən şəxs viza alma proseduru gedən müddətdə təcili də olsa başqa bir ölkəyə səfər etməsi mümkün olmur. Digər problem möhür vurulan səhifələrinin dolduğu səbəbi ilə xarici pasportu dəyişən zaman aktiv olan vizaların itmə ehtimalı ilə bağlıdır.

“Report” qeyd edilən problemlə bağlı vəziyyəti araşdırıb.

Bəzi xarici dövlətlərdə vətəndaşların rahatlığı üçün onlara iki pasport verilir. Bir neçə pasportlu sistemin tətbiq edilməsində məqsəd isə təbii ki, müasir dövrdə insanların işlərini asanlaşdırmaqdır. Pasportunu hansısa prosedur üçün müvafiq dövlət orqanına və ya viza almaq üçün hansısa ölkənin səfirliyinə təqdim edən şəxs bu müddət ərzində digər pasportu ilə işlərini davam etdirir, səyahətinə gedə bilir.

Azərbaycanla həmsərhəd olan Rusiya və Türkiyə ikipasportlu rejimi artıq tətbiq edir. Rusiyada əmək fəaliyyəti ilə əlaqədar xarici ölkələrə tez-tez gedib-gələn Rusiya vətəndaşları eyni müddətə iki xarici pasport ala bilirlər. Qanun layihəsinin müəlliflərinin fikrincə, ikinci xarici pasport bir səfərə çıxan zaman digər ölkəyə səfər məqsədilə viza almaq üçün sənədləri konsulluğa təhvil verərkən, eləcə də aralarında münaqişə olan ölkələrə səfər edərkən lazım olur. Bundan əlavə, ikinci pasportun verilməsi Rusiya federal büdcəsinin gəlir hissəsinin artmasına səbəb olur.

Azərbaycanda isə vəziyyət fərqlidir, ölkədə hələ də birpasportlu sistem tətbiq olunur.

Xarici pasportla bağlı yaranan bir problem də möhürlə dolan pasportun dəyişilməsi məsələsidir ki, bu zaman köhnə pasportda olan etibarlılıq müddəti bitməyən vizaların taleyi qeyri-müəyyən qalır.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən “Report”a verilən məlumata görə, ümümvətəndaş pasportu verilən zaman köhnə vəsiqədə etibarlılıq müddəti bitməyən viza olduqda pasportun ilk səhifəsi yararsız hala salınıb vətəndaşa geri verilir: “Ümümvətəndaş pasportunun verilməsi və ya dəyişdirilməsi üçün qeydiyyat ünvanından asılı olmayaraq vətəndaşlar istənilən ASAN xidmət mərkəzlərindən birinə müraciət edə bilərlər”.

Hüquqşünas Ələsgər Məmmədli

Hüquqşünas Ələsgər Məmmədli “Report”a açıqlamasında bildirib ki, şəxsiyyəti təsdiq edən sənəd, pasport daim məxsus olduğu şəxsin üzərində olmalıdır: “Şəxsin birdən çox pasportunun olması onun fərqli yerlərdə istifadə olunma ehtimalı yarada bilər. Hökumət bu səbəbdən ikipasportlu sistemin tətbiq olunmasına icazə vermir. Təbii ki, alternativlər həmişə var. Viza üçün müraciət edərkən təcili lazım olması ilə bağlı əsaslı məlumat verdikdə, onun tez zamanda hazır olması mümkün olur, yəni viza daha sürətli verilir. Azərbaycanda viza üçün maksimum müddət iki həftədir, amma təcili lazım olduqda iki gün içində də almaq olur. Viza proseduru səbəbindən yaranan problemlər düzgün planlaşdırılma olmadıqda baş verir”.

Ə.Məmmədlinin sözlərinə görə, ikipasportlu sistem tətbiq edilmək əvəzinə ölkənin elektron sistemində şəxsiyyət vəsiqəsi ilə səyahət etmək mümkün olsa, o zaman bu problem daha tez həll olunar: “Yəni, şəxsiyyət vəsiqələri beynəlxalq sistemə inteqrasiya olunsa səyahət etmək daha rahat olar”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli “Report”a açıqlamasında bildirib ki, pasport və vəsiqə şəxsiyyəti müəyyən etdiyi üçün mütləq şəxsin üzərində olmalıdır: “Bəzən müəyyən zəruri məsələlər, xüsusən xarici səfərlərlə bağlı pasportlar vacib dövlətlərin aidiyyəti qurumlarında, təşkilatlarda və s.-də saxlanılır. Əlbəttə ki, bu zaman şəxsin hüququ pozulur. Vətəndaşın şəxsiyyət vəsiqəsi üzərində olmur, lazımi tədbirləri həyata keçirə bilmir”.

Onun sözlərinə görə, bir sıra dövlətlərdə belə qadağalar yoxdur: “Bəzi dövlətlərin qanunvericiliyində müəyyən edilib ki, insanlara bir neçə sənəd vermək olar. Hətta bəzən görmək olar ki, şəxsin üzərində 4-5 ədəd pasportu olsun. Digər ölkələrdə insanların üzərində ən azı iki xarici pasport olur. Vəsiqələrə elektron nəzarət qoyulduğu üçün, bir neçə sənədin olmağı heç bir problem yaratmır. Pasportlar bir-birinin sürəti kimi, yəni eyni olduğuna görə, cinayətkarlıq və axtarışla bağlı qorxu törətmir. Azərbaycanda hələlik bu sistem yoxdur. Təbii ki, bu sistemin Azərbaycanda tətbiqi çox yaxşı olardı, heç bir təhlükəsi də yoxdur. Çünki Azərbaycanda şəxsiyyətin müəyyən edilməsi ilə bağlı vahid elektron sistem var”.

Facebook bildirişini necə yox edə bilərəm?Mənə xəbər verməyin

Ana Səhifə Banner Boşandığı deyilən Günel açıb-tökdü: “Bilmirəm o xəyanəti qəbul edə bilərəm, ya yox?!

!Reklam – Qarabag
Yeni Çağ Media Qrupu – May 25, 2017 – 11:48
!Reklam – Yazi

Üç ildir ki, Firuz adlı əcnəbi vətəndaşla ailə qurub, Amerikaya gəlin köçüb. Bir qız anası olan həmyerlimiz ilyarımdır ki, Azərbaycanda yaşayır.

Tanınmış aparıcı, cazibədar xanım Günel Hümbətovanı deyirəm. O, Yenicag.az-a müsahibə verib. – Günel çoxdandır ki, Bakıdasan, nə əcəb həyat yoldaşın səni gözündən uzağa buraxıb? – Qızım çox balacaydı, anam yanıma gəlib-gedə bilmirdi, fikirləşdim ki, mən gəlim bura. Orda da yaşayacam, burda da. – Yoldaşın əcnəbidir? – Müsəlmandır, atası tacik, anası özbək əsillidir. Onu da deyim ki, Firuzla ailə qurduğuma görə peşman deyiləm. – Adət-ənənələrdəki fərq səni sıxmır ki? – Yox, oxşar xüsusiyyətlərimiz çoxdur. Qayınanam özü başını bağlayan dindar xanımdır. Amma oğlu, yəni həyat yoldaşım çox açıqfikirli insandır. – Bəs sənin açıq-saçıq geyimlərin onu qıcıqlandırmır ki? – Əndazəni aşan açıq-saçıq geyimlər geyinmirəm. Bəlkə də ürəyində mənə irad bildirmək istəyər. Amma heç nə demir. Bəlkə də düşünür ki, irad söyləsə yoldaşımın xoşuna gəlməz. Buna görə heç nə demir. – Yoldaşının sənə qadağaları var? – Ümumiyyətlə, bizim bir-birimizə qadağamız olmayıb. İkimiz də azad insanlarıq. Həyat yoldaşımın Amerikaya gedib, yaşaması da azad olmasından irəli gəlib. Azadlıq o demək deyil ki, özbaşına yaşayırıq. Yox, o Amerikada yaşasa da, mütəmadi olaraq bir-birimizdən xəbərdarıq. – Evli olduğunuz üç il ərzində səndə olan hansı xüsusiyyət onu cəlb edir? – Bəlkə də azad olmağım, dünyagörüşümüzün uyğunluğu. – Kişilər azad qadınları sevmir amma… Məsələn, evli kişilər heç vaxt xanımlarının aylarla onlardan aralı qalmasına icazə verməz. – Hərdən mənə də bu sualı verirlər ki, necə ayrı qalırsınız? Nənələrimiz ömrü boyu ərlərindən ayrı qalıblar. Kişilər illərlə Rusiyada işləyib, pul qazanıb, arvadları da oturub uşaqlarını saxlayıb. – Sonra da Rusiyadakı uşaqları ata axtarışı ilə Azərbaycana gəlib… – Mən özümədən çox həyat yoldaşıma inanıram. Mən inanıram ki, onun həyatında heç bir qadın yoxdur, ola da bilməz. – Əgər bilsən ki, sənə xəyanət edib, reaksiyan necə olar? – Başıma gəlmədiyi üçün deyə bilmərəm, bu xəyanəti həzm edə bilərəm ya yox?! Amma ən azı qızımın atasıdır, istəmərəm qızım atasız böüyüsün. Çünki mən özüm də atasız böyümüşəm. – Qarderobda mini ətəklər, dekoltelər çoxdur? – Var. Əsas odur getdiyin məkana uyğun geyinəsən. – Özünü gözəl hesab edirsən? – Çoxlu komplimentlər eşidirəm… yəqin ki, eybəcər deyiləm. Ən çox da sosilal şəbəkədə yazırlar. Amma bütün komplimentlər də bir-birinə bənzəyir. – Evli xanımlara da sevgi təklifləri olur. – Mənə də yazırlar, amma hamısına baxıb gülürəm. – Əsəbiləşmirsən ki? – Yox, mən buna pis baxmıram. Kimsə kiməsə nəsə təklif edə bilər, bu, normaldır. Mən elə insanam ki, belə şeylərə sadəcə, şərait yaratmıram. İllərdir eyni telefon nömrəsini işlədirəm. Çünki bilirəm ki, insanlar tərəfdən mənə yersiz, xoşagəlməz təkliflər olmayacaq. İnsanlarla baryer saxlayıram. – ATV-yə qayıtmaq fikrin yoxdur ki? – Ümumiyyətlə, televiziyalara qayıtmaq fikrim yoxdur. Xaricdə yaşayacam, bura da gəlib-gedəcəm. – Arada barəndə şayiələr də gəzdi, boşandığın, hətta izdivacının yalan olması ilə bağlı… – Bilirəm. Öz qulağıma gəlib çatıb bu sözlər. Əsas odur doğmalarım ailəmi gözəl tanıyır. İnsanların mənim barəmdə nə düşünməsi vecimə də deyil. Çünki öyrəncəlidirlər. Bu gün məndən danışacaqlar, sabah başqasından. Xarici saytları izləyirəm, məşhurların fotoları, müsahibələri altında nələr yazırlar. – Boşanmağa faciə kimi baxırsan? – Qətiyyən. Sadəcə olaraq, kimsə boşanan kimi başlayırlar müzakirəyə, ağızlarına gələni yazırlar. Üç ildir ailə qurmuşam və mən ailə qurmamışam ki, dağıdım. Amma gələcəkdə hər şey ola bilər heç kəs heç nədən sığortalanmayıb. İndidən böyük-böyük danışa bilmərəm. – Bəlkə bu şayiələri düşmənlərin yayır…Düşmənlərin çoxdur? – Çalışıram dostlarım çox olsun. Üç ildir efirdə yoxam, amma hələ də gündəmdəyəm. – Ümumiyyətlə, şayiələrə reaksiyan necə olur? – Gülüb keçirəm. Efirə təzə-təzə çıxdığım vaxtlarda pis olurdum. Günlərlə özümə qapanırdım, indi bunu normal qəbul edirəm. – Suallara qarşı çox həssassan, deyirsən azad fikirli insanam, amma insanların reaksiyasından narahatsan… – Yox, sadəcə olaraq indi istəmirəm hamı məndən danışsın. Ona qalsa, açıq-saçıq fotolar çəkdirib, partladaram, amma istəmirəm. – Adam var deyir məndə olan ətək, ya köynəkdən başqasının əynində görsəm havalanaram… Bəs sən? – Açığı, mənim də xoşum gəlmir ki, geyindiyim paltardan başqasında olsun. – Yəqin bu səbəbdəndir ki, öz geyim brendini yaratmaq fikrindəsən? – Bəli. Tezliklə bu ideyamı reallaşdıracam. Hazırda işlər gedir. Geyim üzrə öz brendimi yaradıb, biznes fəaliyyətimlə məşğul olacam. Hamı Günel Hümbətova brendindən danışacaq. Cəvahir
Foto:Cəmalə Əlizadə
Yenicag.az

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Comments are closed, but trackbacks and pingbacks are open.