Press "Enter" to skip to content

Təbrik etmək və həsr etmək üçün 125 məzuniyyət ifadəsi

Sual: Özümüzdə olan pis xasiyyətləri təsbit etmək üçün nə etməliyik?

Xasiyyət dəyişər?

Sual: Özümüzdə olan pis xasiyyətləri təsbit etmək üçün nə etməliyik?

CAVAB

Hədisi-şərifdə buyuruldu ki:

“Mömin möminin güzgüsüdür.” (Taberani)

İnsan öz qüsurlarını çətin anlayar. Etibar etdiyi yoldaşına soruşaraq da qüsurunu öyrənə bilər. Sadiq olan dost onu təhlükələrdən, qorxulardan mühafizə edən şəxsdir. Belə bir yoldaş tapmaq çox çətindir. Bunun üçündür ki, İmam Şafii həzrətləri buyurdu ki:

Sadiq dost və xalis kimya

Az tapılar, heç axtarma!

Həzrəti Ömər də buyurdu ki:

Yoldaşım ayıbım üçün xəbərdar etdi məni,

Qardaşlıq sünnətinin budur təməli!

Düşmənlərinin ona qarşı istifadə etdikləri sözlər də insanın ayıblarından xəbərdar olması üçün faydalı olar. Çünki düşmən insanın ayıblarını axtarıb üzünə vurar. Yaxşı yoldaşlar isə insanın ayıblarını çox görməzlər. Bir nəfər İbrahim Əthəm həzrətlərinə ayıbını, qüsurunu bildirməsi üçün xahiş edəndə, “Səni özümə dost etdim. Hər halın, hərəkətin mənə gözəl görünür. Ayıbını başqalarına soruş” dedi.

Başqasında bir ayıb görəndə bunu özündə axtarmaq, özündə taparsa, bundan xilas olmağa çalışmaq da pis xasiyyətlərin dərmanlarındandır. “Mömin möminin güzgüsüdür” hədisi-şərifinin mənası budur. Yəni, başqasının ayıblarında öz ayıblarını görər. Həzrəti İsadan, gözəl əxlaqını kimdən öyrəndin, soruşanda, Heç kimdən öyrənmədim. İnsanlara baxdım. Xoşuma gəlməyən xasiyyətlərindən çəkinib, bəyəndiklərimi mən də etdim” buyurdu.

Həzrəti Loğmana da “Ədəbi kimdən öyrəndin” dedikləri zaman, “Ədəbsizlərdən” dedi.

Əshabı-kiramın, övliyaların həyat hekayələrini oxumaq da yaxşı xasiyyətli olmaya səbəb olur.

Sual: Özümüzdə olan pis bir xasiyyətdən xilas olmaq üçün nə etmək lazımdır?

CAVAB

Özündə pis xasiyyət olan kimsə buna tutulmağın səbəbini araşdırması lazımdır, bu səbəbi yox etməyə, bunun ziddini etmək üçün çalışması lazımdır. Pis xasiyyətdən xilas olmaq, bunun ziddini etmək üçün çox çalışmaq lazımdır. Çünki insanın vərdiş etdiyi şeydən xilas olması çətindir. Pis şeylər nəfsə şirin gəlir. İnsan pis şey edəndə, arxasından riyazət çəkməsi, nəfsə çətin gələn şey etməyi adət etməsi də faydalı əlacdır. Məsələn, bir pislik etsəm bu qədər sədəqə verəcəyəm və ya oruc tutacağam, gecə namazları qılacağam, deyə and içməsi lazımdır. Nəfs, bu çətin şeyləri etməmək üçün onlara səbəb olan pis adətini etməz. Pis əxlaqın zərərlərini oxumaq, dinləmək də faydalı dərmandır. Bu zərərləri bildirən hədisi-şəriflər çoxdur. İslam Əxlaqı kitabındakı hədisi-şəriflərdən bir neçəsi belədir:

“Allah qatında pis xasiyyətdən böyük günah yoxdur.” Çünki, bunun günah olduğunu bilməz. Tövbə etməz. İşlədikcə günahı qat-qat artar.

“İnsanların heç çəkinmədən, sıxılmadan etdikləri günah pis xasiyyətli olmaqdır.”

“Hər günahın tövbəsi vardır. Pis əxlaqın tövbəsi olmaz. İnsan, pis xasiyyətinin tövbəsini etməyib, daha pisini edər. “

“İsti su buzu əritdiyi kimi, yaxşı əxlaq da səhvləri əridər. Sirkə balı xarab etdiyi kimi pis əxlaq da xeyrat, yaxşılığı məhv edər.”

Sual: Xasiyyət dəyişər? Pis vərdişlərdə ətrafın rolu nədir?

CAVAB

Vərdiş, bir şeyi təkrarlayaraq asanlıqla edə bilmə mələkəsidir. Xasiyyət, qəlb ilə ruhun mələkəsi, vərdişidir. Yerləşmiş olan xasiyyətə mələkə deyilir. Keçici olan xasiyyətə hal deyilir. Məsələn gülmək, utanmaq, bir haldır. Comərdlik, cəsarət, bir mələkədir. Xasiyyət, mələkə deməkdir. Ara-sıra xeyr işləmək xasiyyət deyildir. Hər zaman xeyr işləyərsə, comərd xasiyyətli olar. Fəqət, özünü məcbur edərək edərsə, yenə comərd xasiyyətli olmaz. Asanlıqla, sevə-sevə edərsə xasiyyət deyilir. Xasiyyət, yaxşı və ya pis iş etməyə və ya yaxşı və pis olmayan şeyə səbəb olar. Bunlar üçə ayrılar. Birincisinə, fəzilət və ya gözəl xasiyyət deyilir. Comərdlik, igidlik belədir. İkincisinə rəzalət və ya pis xasiyyət deyilir. Xəsislik belədir. Üçüncüsünə sənət deyilir. Dərzilik, əkinçilik kimi.

Alimlər xasiyyətin dəyişib-dəyişməməsi haqqında deyirlər ki:

1- Xasiyyət dəyişməz. Çünki bir hədisi-şərifdə, “Bir dağın yerindən ayrıldığını eşitsəniz təsdiq edin. Amma bir adam xasiyyətini dəyişdirmiş desələr təsdiq etməyin. Çünki insanın fitrətindəki xasiyyət davam edər.” buyurulur. Bu baxımdan portağal çəyirdəyindən qoz olmaz. Hirs, şəhvət kimi insanın fitrətində olan şeylər yox edilə bilməz. Onun üçün can çıxar xasiyyət çıxmaz, deyilmişdir.

2- Xasiyyətin, insanla birlikdə yaradılmış olanı dəyişdirilə bilməz, sonradan hasil olanı dəyişə bilər. Bəli, qəzəb və şəhvət tərbiyə ilə yox edilə bilməz. Fəqət, dinimiz də bunların yox edilməsini deyil, tərbiyə edilməsini əmr edir. Tərbiyə ediləndə zərərlərinə mane olunur. Tərbiyə etmək başqa, yox etmək başqadır. Nəsihət ilə insan tərbiyə edilə bilər. Onun üçün Qurani-kərimdə məalən, “Nəsihət et, nəsihət möminlərə əlbəttə fayda verər” buyurulur. (Zariyat 55)

“İnsan xasiyyətini dəyişdirə bilməz. Çünki yaradılışdakı xasiyyət davam edər.” hədisi-şərifi, yaradılışda olan xasiyyətlərin dəyişməyəcəyini göstərər. Fəqət, “Xasiyyətinizi gözəlləşdirin”, “Hər kəs Müsəlmanlığa əlverişli olaraq dünyaya gələr. Bunları sonra ana-ataları, qeyrimüsəlman və imansız edər” hədisi-şərifləri də xasiyyətin dəyişə biləcəyini göstərir. Bəli, portağal çəyirdəyindən qoz olmaz. Fəqət, baxıb peyvənd edilərsə, çəyirdəksiz dadlı, iri portağal olar. Ağılsız heyvanı belə əhliləşdirmək, ona bəzi vərdişlər öyrətmək mümkündür. Məsələn, ov heyvanına, ovunu yeməməsi, tutduğu ovu gətirməsi öyrədilə bilir. Ağıllı insanın tərbiyəsi, xasiyyətinin dəyişdirilməsi isə daha asandır.

3- Xasiyyət sonradan əldə edilər və dəyişdirilə bilər. Alimlərin çoxu bu üçüncü görüşü mənimsəmişdirlər. Onlara görə,

“Övladınıza ikram edin, onları ədəbli, tərbiyəli yetişdirin!”

“Hamınız bir sürünün çobanı kimisiniz. Çoban sürüsünü qoruduğu kimi, siz də evinizdə və əmrləriniz altında olanları Cəhənnəmdən qorumağınız lazımdır! Onlara Müsəlmanlığı öyrətməsəniz məsul olarsınız” hədisi-şərifləri göstərir ki, insanlar yaxşılığa əlverişli olaraq doğular. Sonra nəfsin pis arzuları və gözəl əxlaqı öyrənməmək və pis yoldaşlarla ooturub-durmaq, ətrafın təsiri ilə pis xasiyyətləri meydana gətirər.

Pis vərdiş haram işləməyə alışmaq deməkdir. Haram olmayan şeydən istifadə etməyə, məsələn, çay içməyə pis vərdiş deyilməz. Spirtli içki, qumar, uyuşdurucu, zina vərdişi (asılılığı) bir pis vərdişlərdir. Pis vərdişlərə əlini verən qolunu ala bilməz. Onun üçün öyrəşmiş qudurmuşdan pisdir, deyilir.

Pis vərdişlərə ətrafın təsiri böyükdür. Ətrafı dəyişdirməli, yaxşı insanlarla birlikdə olmalı, hər haramdan çəkinməli və xüsusilə namazı əsla tərk etməmək lazımdır. Çünki Cənabı Haqq “Namaz insanı əxlaqsızlıqdan və münkərdən (yəni hər cür pislikdən) qoruyar” buyurur. Saleh insanların nəzarəti altında namaza davam edən pis vərdişdən xilas olar, tərtəmiz insan olar.

Oruc ilə, insan güclü bir iradə qüvvəti qazanar. Spirt, narkotik kimi pis vərdişlərindən oruc vəsiləsi ilə xilas olanlar çox görülür. Allahın əmri olduğu üçün, ramazanda bir ay oruc tutan bir Müsəlman, Allahu təalanın əmrlərini etmək vərdişini də qazanar. Beləliklə, Onun başqa əmrlərini etməyə də səy göstərər və qabiliyyət əldə edər.

Tənbəllikdən xilas olmaq üçün əvvəl bunun pis olduğunu bilmək, ondan sonra müalicəsinə baxmaq lazımdır. “İnsan, ancaq çalışdığının faydasını görər” məalindəki ayəti-kəriməni düşünmək lazımdır. Rəsulullah əfəndimiz tənbəllikdən Allahu təalaya sığınmış, “Ya Rəbbi, məni tənbəllikdən qoru!” deyə dua etmişdir. Tənbəlliyin dərmanı çalışqanlarla söhbət etmək, tənbəl, key insanlardan uzaq durmaq, Allahu təaladan həya etmək lazım gəldiyini və əzabının şiddətli olduğunu düşünməkdir. Dinini yaxşı bilən saleh kəslərlə görüşmək lazımdır. Sübh namazına oyanmaq üçün zəngli saat kimi bir tədbir almaq lazımdır. Bir neçə gecə qalxanda, artıq adət olar, oyanmaq asanlaşar. Bir insan bir işin özü üçün faydalı olacağına inanmadıqca, yeni bir şeyi qəbul etməz, köhnə vərdişindən də imtina edə bilməz.

Yaxşı işləri etməyə özünü məcbur edən gözəl xasiyyətləri əldə edə bilər. Məsələn, xəttatlıq qabiliyyəti olan, heç xəttatlıqla məşğul olmazsa, gizli qabiliyyəti meydana çıxmaz. Fəqət, bu sənətlə məşğul olmağa çalışarsa, gözəl yazı yaza bilər. Gözəl xasiyyətləri vərdiş halına gətirmək, gözəl xasiyyətli olmağı asanlaşdırar. Xəsis bir kimsə xeyir iş görməyi, tanışlarına ziyafət verməyi adət halına gətirərsə, xəsislikdən xilas olması mümkündür. Vərdişlik halına gələn kiçik günah da böyük günah ola bilər. Böyük günaha alışan da küfrə düşə bilər.

Sual: Əxlaq dəyişməzmi?

CAVAB

Hər kəsin əxlaqı dəyişə bilər. Heç bir kimsənin xasiyyəti yaradılışdakı kimi qalmaz, sonradan dəyişə bilər. Əxlaq dəyişməsəydi, Peyğəmbərlərin göndərilməsi, haşa faydasız, lüzumsuz olardı. Tərbiyə və cəza üsulları əbəs olardı. Elmin və tərbiyənin fayda təmin edəcəyi hər zaman görülmüşdür. O halda, əxlaqın dəyişdiyi günəş kimi meydandadır. Ancaq, bəzi xasiyyətlər çox yerləşmiş, ruhun xüsusiyyəti kimi olmuşdur. Belə xasiyyətləri dəyişdirmək, yox etmək çox çətin olar. Belə əxlaq ən çox cahil, pis kəslərdə olar. Bunu dəyişdirmək üçün ağır riyazət və çox mücahidə lazımdır. Nəfsin istəklərini etməmək üçün çalışmağa Riyazət, nəfsin istəmədiyi şeyləri etməyə Mücahidə deyilir.

İnsanlar yaxşılığa, yüksəlməyə əlverişli olaraq doğulur. Sonra, nəfsin pis arzuları və gözəl əxlaqı öyrənməmək və pis yoldaşlarla oturub-durmaq pis xasiyyətləri meydana gətirər. Hədisi-şərifdə buyuruldu ki:

“Hər uşaq Müsəlmanlığa əlverişli olaraq doğular. Bunları sonra ana-ataları, yəhudi, xristian və ya dinsiz edər.” (Tabərani)

Sual: Yaxşı xasiyyətli olmaq və yaxşı əxlaqı mühafizə edə bilməyin çarəsi nədir?

CAVAB

Pis niyyət ilə olmayan hikmət, ədalət, iffət və şücaət, yaxşı əxlaqın qaynağıdır. Yaxşı xasiyyətli olmaq üçün və yaxşı əxlaqı mühafizə edə bilmək üçün, saleh kəslərlə, yaxşı xasiyyətlilərlə yoldaşlıq etmək lazımdır. İmam Rəbbani həzrətləri buyurur ki:

“Xilas olmağın tək çarəsi vardır, o da xilas olanlarla birlikdə olmaqdır.”

İnsanın əxlaqı yoldaşının xasiyyəti kimi olar. Əxlaq, xəstəlik kimi yoluxucudur. Pis xasiyyətli ilə yoldaşlıq etməmək lazımdır. Hədisi-şərifdə, “İnsanın dini yoldaşının dini kimi olar” buyuruldu. Faydasız şeylərdən, oyunlardan, zərərli zarafatlaşmalardan və münaqişə etməkdən çəkinmək lazımdır. Elm öyrənmək və faydalı işlər etmək lazımdır.

Əxlaqı pozan, şəhvəti hərəkətə gətirən seks, əxlaqsız kitabları oxumamaq, belə radio və televiziyadan çəkinmək lazımdır. Yaxşı xasiyyətlərin faydalarını və haramların zərərlərini və Cəhənnəmdəki əzablarını həmişə xatırlamaq lazımdır.

Mal, vəzifə arxasından gedənlərin heç biri muradına qovuşa bilməmişdir. Malı, vəzifəni xeyir üçün axtaran və xeyir işlərdə istifadə edən rahata, hüzura qovuşmuşdur.

Mal, vəzifə məqsəd olmamalı, xeyrə vasitə olması lazımdır. Mal, vəzifə bir dəryaya bənzəyər. Çok kimsə bu dənizdə boğulmuşdur. Allahu təaladan qorxmaq, bu dəryanın gəmisidir. Hədisi-şərifdə, “Dünyada qalıcı deyil, yolçu kimi yaşamaq lazımdır! Öləcəyini heç unutmamaq lazımdır!” buyuruldu. İnsan dünyada baqi deyildir. Dünya zövqlərinə daldıqca dərdlər, kədərlər, çətinliklər artar.

Aşağıdakı hədisi-şərifləri heç unutmamaq lazımdır:

İnsan az ibadət etsə də, gözəl əxlaqı ilə ən yüksək dərəcəyə çatar.” (Tabərani)

“İnsan gözəl xasiyyəti ilə Cənnətin ən üstün dərəcələrinə qovuşar. (Nafilə) ibadətlərlə bu dərəcələrə qovuşa bilməz. Pis xasiyyət insanı Cəhənnəmin ən aşağısına sürükləyər.” (Tabərani)

“İbadətlərin ən asanı az danışmaq və yaxşı xasiyyətli olmaqdır.” (İbni Əbid-dünya)

Birinin gündüzləri oruc tutduğunu, gecələri namaz qıldığını, fəqət, pis xasiyyətli olduğu, dili ilə qonşularına, yoldaşlarına əziyyət etdiyi deyildikdə, Peyğəmbər əfəndimiz cavabında, “Belə olmaq yaxşı deyildir. Gedəcəyi yer Cəhənnəm alovudur.” buyurdu.

İnsan günahını nə qədər çox böyük görərsə o qədər yaxşıdır. Fəqət, günahı üzündən Allahu təalanın sonsuz rəhmətindən ümid kəsmək caiz deyildir. Hədisi-şərifdə buyurulur ki:

“Allahu təala buyurdu ki: İşlədiyi günahı əfvimdən böyük görənlərə qəzəblənərəm. Əgər tələsk şanımdan olsaydı, tələsik cəza versəydim, rəhmətimdən ümid kəsənlərə tələsik cəza verərdim.” (Deyləmi)

Allahu təala tövbə edilən günahları əfv edər.

Sual: Can çıxar, xasiyyət çıxmaz, deyilir, pis xasiyyət dəyişməzmi?

CAVAB

Can çıxar, xasiyyət çıxmaz sözü hirs, şəhvət kimi insanın fitrətində olan şeylərin tamamilə yox edilə bilməyəcəyini bildirmək üçün deyilmişdir. Tərbiyə etmək başqa, yox etmək başqadır. Nəsihət ilə insan tərbiyə edilə bilər. Onun üçün Qurani-kərimdə məalən buyurulur ki:

“Nəsihət et, nəsihət möminlərə əlbəttə fayda verər.” (Zariyat 55)

Xasiyyəti dəyişdirmək mümkün olduğu üçün uşaq tərbiyəsi haqqındakı hədisi-şəriflərdə buyuruldu ki:

“Uşağı gözəl tərbiyə övladın atasındakı haqlarındandır.” (Beyhəqı)

“Uşaqı tərbiyə etmək tonlarla sədəqədən daha savabdır.” (Tirmizi)

Peyğəmbər əfəndimiz, “Əxlaqınızı gözəlləşdirin” buyurdu. “Din nədir?” deyə sual ediləndə də, “Din, gözəl əxlaqdır” buyurdu.

Bu halda dinin əmrlərinə itaət edib qadağan etdiklərindən şəkinən, xasiyyətini dəyişdirib gözəl əxlaqa sahib olar. Gözəl əxlaqın nə olduğu soruşulduğu vaxt da buyurdu ki:

“Gözəl əxlaq, gəlməyənə getmək, verməyənə vermək və zülm edəni əfv etməkdir.” (Hakim)

Ağılsız heyvanı belə əhliləşdirmək, bəzi vərdişlər öyrətmək mümkündür. Məsələn, ov heyvanına, ovunu yeməməsi, tutduğu ovu gətirməsi öyrədilə bilər. Ağıllı insanın tərbiyəsi isə daha asandır. Dinimiz də nəfsimizi tərbiyə etməyimizi, nəfsini tərbiyə edənlərin iki dünya səadətinə qovuşacağını bildirir. Nəfsimizlə cihadın əhəmiyyəti böyükdür. Hədisi-şərifdə buyuruldu ki:

“Əsl mücahid, Allahu təalaya itaət uğrunda nəfsi ilə cihad edəndir.”(Tirmizi)

Bir ərik çəyirdəyi nə almadır, nə də ərikdir. Bu çəyirdək torpağa qoyulur, sulanıb gübrələnərsə ərik ağacı ola bilər. Bu ağacdan da ərik alına bilər. Bu ağaca nə qədər baxılarsa baxılsın, ərik çəyirdəyindən alma olmaz.

Elə bunun kimi, qəzəb və şəhvət tərbiyə ilə yox edilə bilməz. Onsuzda dinimiz də bunların yox edilməsini deyil, tərbiyə edilməsini əmr edir. Tərbiyə ediləndə də zərərlərinin önünə keçilir. Məsələn, qəzəbin vurub-dağıtmaq dərəcəsində olması pis olduğu kimi, qəzəbin tamamilə yox olması da zərərlidir. Təhlükələrə qarşı çıxa bilməz. Tərbiyə ilə doğru insan oluna bilər. İsraf da, xəsislik də pisdir. İkisinin ortası comərdlikdir. Tərbiyə ilə dinə tabe olmaqla insan comərd ola bilər. Dinimiz həddi aşmaqdan uzaq olmağı, orta yolda olmağı əmr edir. Qurani-kərimdə məalən buyurulur ki:

“Sizi vasat bir ümmət qıldıq (Bəqərə 143)

Hədisi-şərifdə də buyuruldu ki:

“İşlərin xeyirlisi vasat olanıdır.” (Beyhəqı)

[Vasat, ifratdan və həddi aşmaqdan uza olan deməkdir.]

Qüsurları bilmək üçün

Sual: Qüsurlarımı öyrənib düzəltmək istəyirəm. Fəqət, qüsurlarımı necə öyrənə bilərəm?

CAVAB

İmam Qəzali həzrələri buyurur ki:

İnsanların bəziləri, hətta çoxu, öz qüsurunu görə bilməz. Elin gözündəki çöpü görər, öz gözündəki tiri görə bilməz. Vərdiş halına gətirdiyimiz qüsurlarımızın səhv olduğunu belə düşünmərik. Qüsuru öyrənməyin bir neçə yolu var:

1- Bir şey öyrənmək istəyən, o barədə özünü tələbə qəbul etməsi lazımdır. Yaşı özündən kiçik də olsa, bilmədiyi xüsuslarda bilənlərə soruşması lazımdır. Qəlbin qüsurlarını bilən, elmi ilə amil saleh birindən qüsurlarını və müalicə çarələrini öyrənməsi lazımdır.

2- Özünə qüsurlarını göstərəcək saleh və bəsirət sahibi bir yoldaş tapması lazımdır, qüsurlarını söyləməsi üçün ona xahiş etməsi lazımdır. Həzrəti Ömər Əshabi-kiramdan bəzilərinə qüsurlarını soruşardı.

Ağıllı kimsə, daim özünü qüsurlu görməsi lazımdır. Həqiqi dostlarımızdan başqasına qüsurumuzun nə olduğunu soruşmaq faydasızdır. Kimi yaltaqlıq edər, qüsurlarımızı gizləyib söyləməz. Kimisi də həsəd edər, qüsur olmayan şeyi qüsur kimi göstərər.

Qüsurumuzu səmimi olaraq söyləyən çıxarsa, asan qəbul edə bilmərik. Halbuki başqalarının xəbərdarlığı ilə qüsurlarımızı düzəltməyimiz böyük fəzilətdir.

Pis xasiyyətlərimiz zəhərli ilan və əqrəb kimidir. Biri, pencəyimizdə bir əqrəb olduğunu söyləsə, doğru söyləyib söyləmədiyinə baxmadan dərhal pencəyi çıxardarıq. Pis xasiyyətlər isə əqrəbdən daha təhlükəlidir. Əqrəb ən çox bizi zəhərləyib öldürə bilər. Fəqət, pis xasiyyətlər sonsuz fəlakətimizə səbəb ola bilər. Pis xasiyyətlərimizi xəbər verənə təşəkkür etmiriksə, bizi xəbərdar etdiyi üçün sevinmiriksə, həqiqətən qüsurlu olduğumuz aydın olar.

Hələ bir də, “Sənin də bu qüsurların var. Bir də mənə nəsihət edirsən?” deyərək nəsihəti qəbul etmədiyimizi göstərərsək, pis olduğumuz daha çox meydana çıxar.

Bu hal günahlarımızın çoxluğu səbəbiylə qəlbimizin qaraldığını göstərir. Daha açığı iman zəifliyindən meydana gəlir. Qüsurlarımızı söyləyənə təşəkkür və dua etməyimiz lazımdır!

3- Düşmənlərimiz də qüsurlarımızı söyləyə bilər. Çünki kin və nifrət gözü ilə baxan, qüsurları daha asan görər. Belə bir düşmən qüsurlarımızı gizləyən yaltaqdan daha yaxşıdır. İnsan təbiəti düşmənin tənbehini xoş görməz. Fəqət, ağıllı kimsənin düşmənin sözlərindən istifadə etməsi, söylədiyi qüsurları düzəltməyə çalışması lazımdır.

4- Qüsurlarımızı öyrənməyin bir başqa yolu da başqa müsəlmanlara baxmaqdır. Hədisi-şərifdə buyuruldu ki:

“Mömin möminin güzgüsüdür.” (Tabərani)

Başqasının qüsurlarında öz qüsurlarını görər. Başqasında görüb xoşlanmadığı şeylərdən özünü təmizləyər. Bir çox saleh kimsə pis insanın pisliyini görüb özlərini islah etmişdirlər. Bir əyyaş düşünün, çox içdiyi üçün yol kənarında yatıb, qusduğunu itlər yalayırlar. Bu halı görən kimsə əyyaşlığa qibtə etməz. Bunun kimi qumarbazın oğrunun halına qibtə etməz. Yaxşıların yaxşılıqlarına qibtə edər. Bildirilən bu yollarla qüsurlarımızı düzəltməyimiz mümkündür.

5- İnsan öz qüsurlarını çətin anlayar. Etibar etdiyi yoldaşına soruşaraq da, qüsurunu öyrənər. Sadiq dost yoldaşını, təhlükələrdən, qorxulardan qoruyan kimsədir. Belə bir yoldaş olarsa, bunu böyük nemət bilmək lazımdır. Onun tövsiyəsinə və nəsihətlərinə hirslənməmək lazımdır, əksinə çox sevinmək lazımdır. Məsələn, qeybətin zinadan pis olduğu, savabları atəşin quru odunu yandırdığı kimi yox etdiyi hədisi-şəriflərlə bildirilmişdir. Biz qeybət etməyə başlayanda bir yoldaşımız, “Sus savabların yanacaq, Cəhənnəmə gedəcəksən” desə, bizə yaxşılıqmı, pislikmi etmiş olar? Yaxşılıq etdiyinə görə belə yoldaşa hirslənməkmi, yoxsa minnətdar olmaqmı lazımdır? Yanımızda bir yoldaşın qeybəti ediləndə, dərhal müdaxilə etməyimiz lazımdır. Çünki hədisi-şərifdə buyuruldu ki:

“Qeybət edilən yoldaşını gücü çatdığı halda himayə etməyəni Haqq təala dünya və axirətdə zəlil edər.” (İ.Əbiddünya)

Pis xasiyyətlər qəlbi, ruhu xəstə edər. Xəstəliyin artması, qəlbin, ruhun ölməsinə səbəb olar. Müsəlmanın əvvəl qəlbini təmizləməsi lazımdır. Çünki hədisi-şərifdə buyuruldu ki:

“İnsanın bədənində bir ət parçası vardır. Bu yaxşı olarsa, bütün üzvləri yaxşı olar. Bu pis olarsa bütün orqanları pozuq olar. Bu qəlbdir.” (Beyhəqı)

Qəlb, ürək deyilən ət parçasındakı könüldür. Pis xasiyyətlər çoxdur. Hamısı üçün müştərək dərman xəstəliyi, zərərini, səbəbini, ziddini və dərmanın faydasını bilməkdir. Bu xəstəliyi özündə diaqnoz etmək, axtarmaq, tapmaq lazımdır. Bu diaqnozu hər kəs özü etməsi lazımdır. Özü etməzsə, yaxşıların, saleh kəslərin bildirməsi ilə anlaması lazımdır.

Bizə qarşı pislik edən zalımları əfv etmək, onlara yaxşılıq etmək bir fəzilətdir. Fəqət, başqalarına zülm edən, Allahu təalaya üsyan edənlərə ehsan edilməz. Çünki zalıma ehsan edincə məzluma haqsızlıq edilmiş olar. Zalımlara, bidət sahiblərinə və başqalarına zərəri toxunan kəslərin günahlarını aşkar etməkdə zərər yoxdur. Bəzən lazımdır.

Uşaq ateist doğular?

Sual: Bir ateist professor deyir ki: “Mən doğulduqdan sonra anam ölmüş, atamı heç tanımıram. Kimsəsiz böyüdüm. Ətrafımın heç bir təsiri altında qalmadım. Öz ağılıma görə yetişdim və ateist oldum. Bu da mənə göstərir ki, hər uşaq ateist olaraq doğulur. Sonra ətrafı onu dindar edir.”

Bunun elmi bir tərəfi vardır?

CAVAB

Bu elmi deyil, subyektiv bir şərhdir. Xristianlar da, “Uşaqlar günahkar doğular” deyə, şərabla vəftiz edirlər. Halbuki hər uşaq, günahsız və yaxşılığa, gözəlliyə əlverişli olaraq doğular. Sonra ətrafı onu pozar. Uşağın yetişmə şəkli çox əhəmiyyətlidir. Necə yetişərsə elə böyüyər, elə yaşayar. Kimi doğuluşdakı gözəl fitrətini tamamilə itirər, Əbu Cəhil kimi kafirliyinə davam edər. Kiminin də fitrəti yox olmaz, üzəri örtülər, İslamiyyəti görəndə Həzrəti Ömər kimi sevər və beləcə fitrəti meydana çıxar. Kafirlər içində olduğu halda İslamiyyəti qəbul edərlər.

Peyğəmbər əfəndimiz buyurur ki:

“Hər uşaq, İslam fitrəti üzərinə doğular, yəni Müsəlmanlığa əlverişli olaraq dünyaya gələr. Sonra bunları anaları, ataları (və ətrafı), Yəhudi, Xristian və ya dinsiz edər.” (Tabərani)

Demək ki, anası ölən və atası bilinməyən professor, ətrafındakı pis insanların təsirində qalaraq doğuşdakı gözəl fitrətini itirmiş və ateist olmuşdur.

Təbrik etmək və həsr etmək üçün 125 məzuniyyət ifadəsi

Mən sizə gözəl ifadələr siyahısı buraxıram məzuniyyət ibtidai, orta məktəb, lisey, məzunlar və universitet tələbələri üçün salamlama və vida. Bunlar bir nitq yaratarkən və ya bir vida yazarkən sizə fikir verməyə kömək edəcək sözlər, mesajlar, düşüncələr və sitatlardır.

J.K. kimi həyatlarında bu qədər müvəffəq olmuş insanların düşüncələrindən yaxşı məsləhət vermək yaxşıdır. Rowling, John Ford, Oprah Winfrey, Walt Disney və ya Albert Einstein.

Qisa məzuniyyət ifadələri

-Məzun oldun! Təbrik edirəm. İrəliləməyə davam edin və uğurlu olmağa davam edin.

-Təbriklər! Səylərinizi və nailiyyətlərinizi qeyd etməyin vaxtı gəldi.

-Məzuniyyət son deyil, təhsilin və öyrənmənin başlanğıcıdır.

-Təhsil inkişaf etmiş bir yaş üçün ən yaxşı təminatdır.-Aristotel.

-Gələcək xəyallarının gözəlliyinə inananlara aiddir.-Eleanor Roosevelt.

-Təhsilin gözəlliyi ondadır ki, öyrəndiklərinizi heç kim oğurlaya bilməz.

-Həyatınızda bir çox uğursuzluq yaşayacaqsınız, ancaq hündürlüyə çatacağınız bu düşmə zamanı etdiyiniz şeydir.

-Təbriklər buna layiqdirsiniz.

-Nəhayət məzun oldun. Təbrik edirik!

-Sən bunu etdin! Təbrik edirik!

-Hörmətli məzunlar! Təbrik edirik!

-Sən bunu etdin! Məzuniyyətiniz mübarək. Davam et.

-Təhsilin kökü acıdır, amma meyvəsi şirindir.-Aristotel.

-Təhsilin ümumi məqsədi güzgüləri pəncərələrə çevirməkdir.-Sidney J. Harris.

-Fürsət döyülmürsə, bir qapı tik.-Milton Berle.

-Küləyi yönləndirə bilmərik, amma yelkənləri tənzimləyə bilərik.

-Hara getirsən gedin, ürəyinizlə gedin.-Kongzi.

-Hər yerə getməyə dəyər bir qısa yol yoxdur.-Beverly Sills.

-Dağı yox, özümüzü fəth edirik.-Edmund Hillary.

-Sevinc yayıldı. Ən vəhşi xəyallarınızı təqib edin.-Yamaq Adams.

-Aya çək. Uğursuz olsanız da, ulduzlara çatacaqsınız.-Les Brown.

-Təhsil dünyanı açmağın açarı, azadlığın pasportudur.-Oprah Winfrey.

-Təhsilin bahalı olduğunu düşünürsənsə, cəhaləti sınayın.-Andy McIntyre.

-Sevdiyin bir işi tap və ömrünün bir günü işləmək məcburiyyətində qalmayacaqsan.-Jim Fox.

-Böyümək və həqiqətən kim olduğunuz üçün cəsarət tələb olunur. cummings.

-Hər birimiz üçün yalnız bir həyat var.-Euripides.

-Məzun olduqdan sonra məktəbə getməyimizi dayandırırıq.-Carol Burnett.

-Həqiqi bir təhsil ruhun memarıdır.-William Bennett.

-Təcrübə öyrənməyin problemi heç vaxt məzun olmamağınızdır.-Doug Larson.

-Ssenari yoxdur. Həyatını yaşa.-Dick Costolo.

-Bütün xatirələrin arxasında. Bütün xəyallarınız əvvəl. Ətrafınızda sizi sevənlərin hamısı. İçərinizdə sizə lazım olan hər şey var.

-Hörmətli məzun, həvəsini tap, özünə inan.

-Məzun oldun, amma öyrənməyə davam et. Təhsilli bir ağılın hər zaman cavabdan çox sualı olacaqdır.

-Yaxşı təhsil yaxşı bir gələcəyin sığortasıdır.-Elizabeth Warren.

-Bala, dağları hərəkət etdirəcəksən.-Dr. Seuss.

-Təhsil etimad yaradır, etibar ümid yaradır və ümid sülh yaradır.-Konfutsi.

-İnandınız, bacardınız və etdiniz də.

-Təhsiliniz bitmiş ola bilər, ancaq təhsilinizin davam etdiyini unutmayın.

– Olduğun yerdən başla. Əlinizdə olanı istifadə edin. Bacardığın şeyi et. Arthur Ashe.

-Təlimat sinifdə bitir, ancaq təhsil yalnız həyatla başa çatır.

-Təhsilin ən böyük nəticəsi tolerantlıqdır.-Hellen Keller.

-Böyük xəyal edin və uğursuzluğa cəsarət edin.

-İnan və uğursuzluq mümkün olmadığı kimi davran.

-Vacib olan şeyləri sorğulamağı dayandırmamaqdır.-Albert Einstein.

-Aqıllı insan tapdığından daha çox fürsət yaradacaq.-Francis Bacon.

-Bilgi yatırımı həmişə ən yaxşı faizləri ödəyir.-Benjamin Franklin.

-Möhtəşəm düşüncələrə sahib ol, amma böyük ləzzətlərdən zövq al.-H. Jackson Brown.

-Təhsilin ən böyük nəticəsi tolerantlıqdır.-Helen Keller.

-Ləzzət üçün öyrəndiklərimizi heç unutmuruq.-Alfred Mercier.

Məzuniyyət ilhamları ifadələri

-Həyatınız hekayənizdir və sizi gözləyən macəra öz hədəflərinizi və arzularınızı həyata keçirmək üçün səyahətdir.

-Təhsil gələcək üçün pasportumuzdur, çünki sabah bu günə hazırlaşanlara məxsusdur.

-Mümkün olduqda, pula ehtiyacınız olmasa belə edəcəyiniz bir peşəni seçməlisiniz.-William Lyon Fhelps.

-Həyatınızda uğursuzluqlar yaşayacaqsınız, ancaq hündürlüyə çatacağınızı bu düşmə zamanı etdiyiniz şeydir.-Rahm Emanuel.

-Məzuniyyət yalnız bir anlayışdır. Real həyatda hər gün məzun olursan. Məzuniyyət həyatınızın son gününə qədər davam edən bir müddətdir. Bunu anlaya bilsəniz, bir fərq yaradacaqsınız.-Arie Pencovici.

-Cığırın getdiyi yerə getməyin. Yolun olmadığı yerə gedin və bir iz qoyun.-Ralph Waldo Emerson.

-İndiyədək alacağınız ən yaxşı kömək əli, qolunuzun ucundakı əldir.-Fred Dehner

-Həyatın əsl mənası kölgəsi altında oturacağını düşünmədiyiniz ağacları əkməkdir.-Nelson Herdenson.

-Hara getdiyinizi bilmirsiniz, ancaq qanadlarınızı açdığınız müddətdə külək sizi aparacaq. JoyBell C.

-Gələcəyinizi yaxşı əllərə verin – sizin.

-Təhsilin məqsədi məlumat deyil, dəyərlərdir.-William S. Burroughs.

-Heç vaxt həyatınızı və işinizi qarışdırmayın. İkincisi, birincinin yalnız bir hissəsidir.-Anna Quindlen.

-Əski qaydalar pozulur və heç kim yeni qaydaların nə olduğunu bilmir. Buna görə öz qaydalarınızı yaradın.-Neil Gaiman.

-Həyallarımızı həyata keçirməyə cəsarət etsək, bütün arzularımız reallaşa bilər.-Walt Disney.

-Sənin təhsilin var. Sertifikatınız sizin adınızdır. Bunu yaxşı bir həyata bir bilet kimi düşünə bilərsiniz. Bir alternativ düşünməyinizi xahiş edim. Bunu dünyanı dəyişdirmək üçün bir bilet kimi düşünün.-Tom Brokaw.

35-Maneələr gözlərinizi hədəflərinizdən çəkəndə gördüyünüz o qorxulu şeylərdir.-Henry Ford.

-Hər gün əkdiyiniz toxumla deyilsə, nə yığdığınıza görə mühakimə etməyin.-Robert Louis Stevenson.

-Sadəcə etmək istədiyinizi etmək cəhdindən əl çəkməyin.-Ella Fitzgerald.

-Uğur özbaşına yanma nəticəsində deyil. Özünüzü yandırmalısınız.-Arnold H. Glasow.

-Təhsil, öyrənilənlər unudulduqda sağ qalan şeydir.-B.F. Skinner.

-Hara getməyinizdən asılı olmayaraq, zamanınızdan asılı olmayaraq həmişə öz işığınızı daşıyın.-Anthony J. D’Angelo.

İnsan təcrübəsinin ən böyük və ən maraqlı həqiqəti budur ki, özünüz üçün edə biləcəyiniz ən yaxşı şey altruizmdir.-David McCullough Jr.

-Gələcəyin böyük fürsətlər olduğu aydındır. Həm də tələlər saxlayır. Hiylə tələlərdən qaçmaq, fürsətlərdən istifadə edib saat altıda evə qayıtmaqdır.-Woody Allen.

-Qanınızın, nəslinizin və ya karyeranızın rəngi deyil. Əhəmiyyətli olan, həyatınızla etdiklərinizdir.-Millard Fuller.

-Kolejlərdə və universitetlərdə öyrədilən şeylər təhsil deyil, təhsil vasitələridir.-Ralph Waldo Emerson.

-Şövqlə açılmırsan, həvəslə qovulacaqsan.-Vince Lombardi.

-Klassik təhsilin üstünlüyü ondan ibarətdir ki, əldə etməyinizə mane olan sərvətə xor baxmağa imkan verin.-Russell Green.

-Sınmayı dayandırdığın ana qədər heç bir şey bitmədi.-Brian Dyson.

-Puldan başqa bir şey etməyən bir iş zəif bir işdir.-Henry Ford.

-Nə müvəffəqiyyətin nə də uğursuzluğun sonu olmadığını unutmayın.-Roger Babson.

24-Ömrümüzü xarici məhdudiyyətlərimizə baxaraq keçiririk, amma qırmaq üçün ən çətin zəncirlər içimizdədir.-Bradley Whitford.

-Bilim adası nə qədər uzun olsa, heyrət sahili o qədər uzanır.-Ralph W. Sockman.

-Qorxmamaq çətindi. Daha az qorxun.-Susan Sontang.

-Yadınıza salın, əllərinizlə cibinizdə uğur pilləkəninə qalxa bilməzsiniz.-Arnold Schwarzenegger.

-Bəzən etməyəcəyiniz şeyləri edərkən nə etməli olduğunuzu kəşf edirsiniz.-Oprah Winfrey.

-Başqalarının düşüncəsinin nəticələrinə görə yaşamaq olan dogma ilə tələyə düşməyin, başqalarının fikir səs-küyünün öz daxili səsinizi boğmasına imkan verməyin. Ürəyinizi və intuisiyanızı izləmək üçün cəsarət edin, birtəhər onsuz da həqiqətən nə olmaq istədiyinizi bilirlər . Qalan hər şey ikinci dərəcəli.-Steve Jobs.

-Sadəcə qarışmayın. Masadakı oturacağınız üçün mübarizə aparın. Daha yaxşısı, masanın başındakı yer üçün mübarizə aparın.-Barak Obama.

-Şüurlu olaraq nəyin mənası var, nəyin olmadığı barədə qərar verməlisən. Nəyə dəyər verəcəyinə qərar verməlisən.-David Foster Wallace.

-Həqiqi liderlik daxili səsin zərif təkanından gəlir. Gözləməkdən daha çox vaxtın gəldiyini başa düşməkdir.-Madeleine Albright.

-Həyat yaşamağa təşviq edirəm. Cəsarətli, macəraçı olun. Bizə layiq olduğumuzdan daha çox bir sabah verin.-Maya Angelou.

-Həyatınızdakı ən vacib şey onu bütöv bir şəkildə yaşamaq və başqalarının sizin olmadığınız bir şey olmağa çalışması üçün təzyiqlərə boyun əyməməkdir.-Ellen DeGeneres.

-Qorxudan qorxma, çünki səni itiləyir, meydan oxuyur, daha güclü edir; Qorxudan qurtulduğunuzda, ən yaxşı nəfsiniz olmaq fürsətindən də qaçırsınız.-Ed Helms.

-Bu həyatda ən pis qorxunun reallaşdığını görməkdən daha azad bir şey var.-Conan O’Brien.

-Görən yalnız öyrənir. -Friedrich Nietzsche.

-Sizdən daha az gücə sahib insanlara hörmət edin. Otaqdakı ən güclü pişik olmağınız məni maraqlandırmır, daha az gücə necə münasibət göstərdiyinizə görə sizi mühakimə edəcəyəm.-Tim Minchin.

-Yaşlandıqca heç kimin bütün cavablarına sahib olmadığını başa düşürsən. Həyatın qeyri-müəyyənliklə yaşamaq üçün bir məşq olduğu ortaya çıxdı.-Jason Kilar.

-Excel olmaq bacarıq deyil. Bu bir münasibətdir.-Ralph Marston.

-Bir şeydə uğursuzluqla yaşamaq mümkün deyil, əgər o qədər ehtiyatla yaşamasan ki, heç yaşaya bilməzsən, bu halda varsayılan olaraq uğursuz olarsan.-J.K. Roulinq.

-Səfərinizə başlayarkən ilk etməli olduğunuz şey o satın alınan xəritəni atıb özünüzün cizgilərinizi çəkməyə başlamağınızdır.-Michael Dell.

-Həmişə başqasının ikinci versiyası əvəzinə özünüzün ilk versiyanız olun.-Judy Garland.

-Uğurlu bir kişi olmağa çalışmayın. Cəsarətli bir insan olmağa çalışın.-Albert Einstein.

-Məqsədsiz hərəkət etdiyinizi düşünəndə yol tapmaqdan daha gözəl bir şey yoxdur. -Jodie Foster.

-Heykəllik bir mərmər blokundadır, insan ruhu üçün nə təhsildir.-Joseph Addison.

-İyirmi il içində etmədiyiniz şeylərdən daha çox məyus olacaqsınız. Buna görə yola düşün, təhlükəsiz limandan uzaqlaşın və yelkənlərinizdəki ticarət küləklərini tutun. Kəşf edin, xəyal edin, kəşf edin.-Mark Twain.

-Heç vaxt universitetdə olmayan bir adam bir yük maşını oğurlaya bilər; Ancaq bir kollec təhsili varsa, qatarın hamısını oğurlaya bilər. -Teodor Ruzvelt.

-Ağlınızda beyin, ayaqqabılarınızda ayağınız var, istədiyiniz istiqamətə gedə bilərsiniz.-Dr. Seuss.

-İş dünyasında hər kəsə iki valyuta verilir: pul və təcrübə. Əvvəlcə təcrübəni götür; pul daha sonra gələcək.-Harold Geneen.

-Hər şeyi, iddialı şeyləri et, səyahət et, zəngin ol, məşhur ol, yenilik et, rəhbərlik et, aşiq ol – amma bunları edərkən xeyirxahlıq istiqamətində səhvlər et.-George Saunders.

-Təhsil təqdirəlayiq bir şeydir, amma zaman-zaman dəyərli bir şeyin öyrədilə bilməyəcəyini xatırlamaq yaxşıdır.-Oscar Wilde.

-Bu gün məzun olan və sabah öyrənməyi dayandıran şəxs sabahı gün təhsilsiz qalacaq.-Newton D. Baker.

-Məzun olmağı arzulayaraq günlərimizi keçiririk, qalan günlərimiz isə kollec günləri üçün nostalji hiss edirik. -İabel Waxman.

-Cəmiyyətin müvəffəqiyyət tərifini yaratmayın, çünki heç kim üçün işləmir. Qadınlar üçün, kişilər üçün, ağ ayılar üçün, cicadas üçün işləmir. Həqiqətən yalnız stres, diabet, ürək xəstəliyi, yuxusuzluq və yüksək təzyiq üçün dərman istehsal edənlər üçün işləyir.-Arianna Huffington.

-Mən istədiyim yalnız roman yazmaq olduğuna inandım. Ancaq kasıb ailələrdən olan və heç biri ali məktəbə getməmiş valideynlərim, mənim həddindən artıq aktiv təsəvvürümün heç vaxt ipoteka ödəməyəcək və ya təqaüd almayacağı bir xüsusiyyət olduğunu düşündülər.-J.K. Roulinq.

İbtidai məzuniyyət

-Bu sizin anınızdır, bilikləriniz var, təcrübə etmək və dünyaya dəyərli olduğunuzu sübut etmək üçün vaxtınız var. Təbrik edirik!

-Məzun olmaq həyatda irəliləmək üçün ilk addımdır.

-İşlərin tamamlanması, seçilmək üçün istifadə olunan bir şey deyil, dünyada tutmaq istədiyimiz yeri bilməyimizə kömək edir.

-Təəccüblü bir şey əldə etdiniz, indi xəyallarınız üçün səy göstərməyə davam edin.

-Uşaqlar bizim ən dəyərli mənbəyimizdir.-Robert A. Heinlein.

-Böyük bir yola başlayan bir yolun sonuna xoş gəlmisiniz.

-Təbrik edirəm oğul! Ananız və mən ibtidai məktəbi bitirdiyiniz üçün qürur duyuruq. Səni çox sevirik və həyatda böyüməyə davam edəcəyini ümid edirəm.

-Seninle qürur duyuram ve inanılmaz bir insan oldugun qədər böyük bir qızı görmək üçün səbirsizliklə gözləyirəm.

-Əla iş, təbrik edirəm. Biz sizinlə fəxr edirik. Ümid edirəm məktəbdə yaxşı oxumağa və yaxşı qiymətlər almağa davam edəcəksən.

-Məzuniyyətiniz mübarək. Bu sizin üçün xüsusi bir gündür, böyük işlərinizi davam etdirin.

-Bu gün sənin günündür, səninlə birlikdə qeyd edəcəyik! Sizin üçün fəxr edirik və xoşbəxtik. Öyrənməyə və böyüməyə davam edin.

-Təhsil, savadlı insana inam deməkdir. Övladınıza verə biləcəyiniz ən səmimi tərif, ona sərbəstlik verərək ona etibar etdiyinizi göstərməkdir.

-Təbriklər, etdiniz! İşığınızı dünya ilə bölüşməyə davam edin. Səninlə fəxr edirik.

-Kecmişi xatırla, bu günü yaşa və gələcəyi gör.

-Yeni bir macəranın vaxtı gəldi. Xoşbəxt ibtidai məzuniyyət.

-Kiçik məzuniyyət uğurlarınızı qeyd edin.

-Valideynlər uşaqların növbəti mərhələyə keçməyə hazır olub-olmadığını merak edirlər. Ancaq hər kəs sualınızın cavabını bilir və bu Bəli!

-Məzuniyyət əyləncə, xoşbəxtlik və sevinclə doludur. Qürur və sevgi dolu valideynlərinizə baxın.

-Bu başlanğıcdır və az deyil, amma ən yaxşısı hələ gələcəkdir.

-Məzuniyyətiniz mübarək, bu bir uşaq üçün kiçik bir addımdır, ancaq gələcəyinizə doğru böyük bir addımdır.

-Sən başa düşdün! Mükəmməl bir tələbə və daha yaxşı bir partnyor oldunuz.

Orta məktəb məzunları üçün

-Sizin ən böyük riskiniz uğursuzluq deyil, çox rahat olmaqdır. -Drew Houston

-Sənin ən yaxşısının çatmayacağı vaxtlar olacaq. Səbəblər çox ola bilər, amma əlinizdən gələni etdiyiniz müddətcə yaxşı olacaqsınız.-Robert de Niro.

-Bəzi insanlar bilik mənbəyindən içir, bəziləri isə qarqara edirlər.-Robert Anthony.

-Başqalarına qarşı diqqətli olmaq sizi həyatda hər hansı bir kollec dərəcəsindən daha da qabağa aparacaq.-Marian Wright Edelman.

-Həyat doğaçlamadır. Nələrin baş verəcəyinə dair heç bir fikriniz yoxdur və ümumiyyətlə gedərkən hər şeyi düzəldirsiniz.-Stephen Colbert.

-Sən öz şansını yaratmalısan. Karyeranızdakı müvəffəqiyyətin 80% -i yalnız özünü göstərməkdən əldə olunacaq. Dünyanı görünənlər idarə edir . soruşulmasını gözləyənlər yox.-Steve Blank.

-Həyatınızın ən vacib qərarları üçün intuisiyanıza etibar edin və sonra onun yaxşı olduğunu göstərmək üçün hər şeylə çalışın.-Tim Cook.

-Vaxtınız məhduddur, onu başqasının həyatı ilə sərf etməyin.-Steve Jobs

-Bu gün məzun olduğumuzdan əlavə səylərimiz işığa enerji verməyə və kölgələrin yox olmasına xidmət edə bilər. -Qrant Smith.

-Mütəxəssislər, sizə nə edəcəyinizi söyləmək üçün öyrədilməli olan insanlar, bacarıqlı olduğunuzu bilsələr də sizə bir şey edə bilməyəcəyinizi söyləyəcəklər.-Mark Zuckerberg.

-Heç vaxt oxumağı bir vəzifə kimi qəbul etmə, gözəl və ecazkar bilik dünyasına nüfuz etmək üçün bir fürsət kimi qəbul et.-Albert Einstein.

-Bu gün hava fişənglər parlamağa başlayır. Hər diplom yanan bir matçdır və sən fitnəçisən.-Edward Koch.

-Graduandos, göyə işarə edin. Çünki gəlməsən də ulduzları görə bilərsən. Sonra kosmosa yönəlin və hədəflər qoymağı heç vaxt dayandırmayın. Yol yeni başlayır.

-Həyatdakı bütün istedadlarınızı istifadə edin: yalnız ən yaxşı oxuyan quşlar oxusaydı meşə çox sakit olardı. -Henry Van Dike.

-Uğura aparan ən böyük maneə uğursuzluq qorxusudur.-Sven Goran Eriksson.

-Nə qədər uzağa gedə biləcəyinin əhəmiyyəti yoxdur. Nə vaxtsa büdrəyəcəksiniz . Bunu edəndə bir şeyi xatırlayın: uğursuzluq kimi bir şey yoxdur. Uğursuzluq sadəcə həyatı bizi başqa tərəfə aparmağa çalışır.-Oprah Winfrey.

-Müəllimlərimdən çox şey öyrəndim; iş yoldaşlarımdan, daha çox; Tələbələrimdən daha da çox şey öyrəndim.-Hindu atalar sözü.

-Qaydasız. Yalnız ürəyini izlə.-Robin Williams.

-Sənin başında beyin var. Ayaqqabının ayaqları var. İstədiyiniz istiqamətə sürə bilərsiniz.-Dr. Seuss.

-Bu məzuniyyət, qayğısız bir gənc olmaqdan fayda verən bir şəxsə getdiyinizin bir göstəricisidir. Uğurlarınızdan zövq alın və səhvlərdən dərs alın, vaxtındasınız.

-Vaxt keçdikcə o müəllimin düşündüyünüzdən çox daha əhəmiyyətli olduğunu aşkar edəcək və sonunda onu nailiyyətlərinizin bir hissəsi halına gətirəcəksiniz.

-İrəliyə davam edirsən. Təhsiliniz güclənir, dostluqlarınız və gələcəyiniz də güclənir.

Valideynlərdən məzuniyyət ifadələri

-Əvvəlcə uğurlu deyilsinizsə, bunu ananızın dediyi kimi edin.

-Heç kim sənə bir şey verməz, işlərin baş verməsini təmin etməlisən.

-Uşağınızın uğurunun bir hissəsiniz, buna nail olmuş kimi zövq alın.

-Oğulunuzun məzun olmasında liderlik və ilham nümunəsi olduğunu sübut etdi.

-Ağacı düz tutun və ya əyri budağı bərpa edin ancaq bir valideynin səyi ilə mümkün olsun. Bu məzuniyyət böyük ölçüdə sizin uğurunuzdur!

-Uşaq dünyaya gəldiyindən valideynlər özlərini yaxşılaşdırmaq üçün hər səyahətini yanlarında keçirlər.

-Oğul kimi bir xəzinə sahibi olmağınız münasibətilə təbrik edirik. Onun kimi bu məzuniyyətdən zövq alın.

-Böyük gün gəldi. Bu məzuniyyət səylərinizin nəticəsi olaraq göz yaşları tökə bilər.

-Səninlə demək olar ki, oğlun qədər fəxr edirik. Baxın və əvvəlki kimi qoruyun və faydası olan bir insanla öyünə bilərsiniz.

Dini məzuniyyət ifadələri

-Nə edirsən etsən özünüzü Rəbbə tapşırın; planlarınız uğurlu olar. (Süleymanın məsəlləri 16: 3).

-İman içində ilk addımı atın. Bütün pilləkənləri görmək məcburiyyətində deyilsiniz, yalnız ilk addımı atın.-Martin Luther King, Jr.

-Hörmətli gənclər, biz bu dünyaya ‘bitki örtmək’ üçün gəlməmişik, əksinə başqa bir şeyə, iz qoymağa gəlmişik. Həyatı iz qoymadan keçmək çox kədərlidir.-Papa Francis.

-Əziz dostlar, heç bir çətinlik sizi iflic etməsin. Dünyadan, gələcəkdən və ya zəifliyinizdən qorxmayın. İnam sizə rəhbərlik edəcəkdir. -XVI Benedikt.

-Həqiqi təhsil insanın ən yaxşısını əldə etməkdən ibarətdir.-Mahatma Qandi

-Sor Juana Inés de la Cruz’un dediyi kimi: “Daha çox bilmək üçün oxumuram, daha azı görməməyim üçün”. Bu prinsipi vəzifə kimi götürün.

-Uçmağı öyrədəcəksən, ancaq sənin uçuşunu uçarmayacaqlar. Xəyal qurmağı öyrədəcəksən, ancaq xəyalını xəyal etməyəcəklər. Necə yaşamağı öyrədəcəksən, ancaq onlar sənin həyatını yaşamayacaqlar. Ancaq hər uçuşda, hər həyatda, hər yuxuda öyrədilən yolun izi həmişə qalacaq.-Kəlküttənin Tereza.

-İsa Məsihin Müqəddəs Tereza dediyi kimi: “Çarmıxda həyat və təsəlli var və yalnız o cənnətə gedən yoldur.” Bu məzuniyyət fədakarlığınızın nəticəsidir, zövq alın.

Vətənim

XARİCİ ÖLKƏ VƏTƏNDAŞLIĞINI QƏBUL EDƏNLƏRİ CƏZA GÖZLƏYİR

İlham Əliyevdən təklif – başqa ölkənin vətəndaşlığını qəbul edənlər cəzalandırılacaq

Prezident İlham Əliyev xarici ölkə vətəndaşlığını gizli qəbul edən Azərbaycan vətəndaşlarının məsuliyyətə cəlb edilməsi ilə bağlı Milli Məclisə təklif verib.

Təklifə əsasən, xarici ölkə vətəndaşlığını qəbul edən şəxs Azərbaycanın müvafiq icra orqanlarına bir ay ərzində məlumat vermədiyi halda məsuliyyətə cəlb olunacaqlar.

Bu əmələ görə, 3 min manatdan 5 min manata qədər cərimə, və ya 360 saatdan 480 saatadək ictimai işlərlə cəzalandırma nəzərdə tutulur.
Bu təklif nədən xəbər verir? Əgər təsdiq olunarsa, bunun hansı ziyanlı və ya xeyirli tərəfləri olar?
Hüquqşünas Müzəffər Baxışov deyir ki, bu təklif 2014-cü ildə qəbul olunan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əsasən irəli sürülüb:

“HEÇ BİR HÜQUQİ ƏSASI YOXDUR”

““Azərbaycan Respublikasının vətəndaşlığı haqda” qanun 1998-ci ildə qəbul olunmuşdu. 2014-cü ildə Konistitusiyaya zidd olaraq vətəndaşlıq haqqında qanuna dəyişikliklər edildi. Dəyişiklikdə qeyd olunur ki, xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı 1 ay müddətində müvafiq icra orqanı, yəni miqrasiya xidmətinə yazılı müraciət etməlidir. Dəyişiklikdə nəzərdə tutulurdu ki, belə şəxslər məsuliyyət daşımalıdırlar. Cinayət Məcəlləsində isə belə bir maddə yox idi ki, həmin şəxslər məsuliyyətə cəlb olunsun. İndi verilən təklif bu maddənin Cinayət Məcəlləsinə salınmasını istəyir.

Hələ 2014-cü ildə bu qanun müzakirə olunanda ciddi tənqidə məruz qaldı. Çünki, belə bir müddəanın qəbul olunması üçün heç bir hüquqi əsas yox idi. Deyək ki, mən, Müzəffər Baxışov oldum Rusiya vətəndaşı. Burada Azərbaycan vətəndaşı nə ziyan çəkdi ki, məni də məsuliyyətə cəlb etsinlər”?

Hüquqşünas bildirir ki, bu təklifin qəbul edilməsi hakimiyyətin arzu etmədiyi şəxslərin Azərbaycana qayıtmasına əngəl törədəcək:
“Bu həm də mövcud hakimiyyətin arzulamadığı şəxslərin bir də Azərbaycana qayıtmamasına xidmət edəcək. Əgər, kimsə xarici ölkə vətəndaşlığını qəbul etməsi haqda məlumat verməyəcəksə, Azərbaycanda onun haqda cinayət işi açılacaq. Həmin şəxs axtarışa veriləcək, Azərbaycana qayıdan kimi məsuliyyətə cəlb olunacaq. Bu qanun əvvəl xarici ölkə vətəndaşlığı qəbul etmiş şəxslərə şamil olunmayacaq. İrəli sürülən təklif Milli Məclisdə qəbul olunandan, prezident tərəfindən təsdiq olunandan sonra qüvvəyə minəcək. Nə vaxt qüvvəyə minəcəksə, həmin vaxtdan sonra başqa ölkənin vətəndaşlığını qəbul edənlərə şamil olunacaq”.

VƏTƏNDAŞLIĞI İTİRMƏK TƏHLÜKƏSİ…

Müzəffər Baxışov deyir ki, bu həm beynəlxalq konvensiyaya, həm də Azərbaycan Konstitusiyasına ziddir:
“Həm qəbul olunmuş beynəlxalq konvensiyalar, həm də Azərbaycan Konstitusiyasının 53-cü maddəsinə görə, şəxs başqa ölkənin vətəndaşlığını könüllü qəbul edərsə belə, Azərbaycan Respublikasının vətəndaşı olaraq qalır. Digər bir tərəfdən 2014-cü ildə qəbul olunan dəyişikliyə əsəs verir ki, belə bir qanun da qəbul edə bilərlər ki, digər ölkənin vətəndaşlığını qəbul edənlərin Azərbaycan vətəndaşlığı itirilir. Bu Konstitusiyay ziddir. Konstitusiyada yazılıb ki, heç bir şəxs Azərbaycan vətəndaşlığından məhrum edilə bilməz”.
Hakimiyyət nümayəndələri təqdim olunan təklifin əsaslandırılması ilə bağlı hələlik açıqlama verməyiblər. Təklif Milli Məclisin növbəti iclasında müzakirə olunacaq.

BƏLKƏ İKİLİ VƏTƏNDAŞLIQ DAHA MƏQBULDUR?

«Təkcə Rusiyada azı 700 min Azərbaycan vətəndaşı yaşayıb-çalışır. Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə bəyan edib ki, dünyadakı 50 milyon azərbaycanlının hər birinin prezidenti olacaq. Biz də ölkə prezidentinin bu fikirlərini bəyənir, müsbət qiymətləndiririk. Məhz buna görə də xarici ölkələrdə yaşayan azərbaycanlıların öz doğma vətənlərinə maneəsiz gedib-gəlmələri üçün ikili vətəndaşlıq haqqında qanunun qəbulunu səbirsizliklə gözləyirik».

Bu sözləri millət vəkili İlyas İsmayılov iki il öncə – 2012-ci ildə parlamentdə səsləndirib. Millət vəkili hələ 2007-ci ildən parlamentə təqdim etdiyi «İkili Vətəndaşlıq haqqında» Qanuna baxılmamasından şikayətlənib. İlyas İsmayılov özəlliklə bunu da vurğulayıb ki, xaricdə yaşayan yüz minlərlə azərbaycanlı bu qanunun qəbulunu və ikili vətəndaşlıq hüququ əldə edəcəkləri günü səbirsizliklə gözləyir.

2014-cü ildə «Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında» Qanuna əlavə və dəyişikliklər qüvvəyə minib. Bu bəzi ekspertlər tərəfindən ciddi tənqid olunmuşdu. Onlar deyirdi ki, bu qanunun qüvvəyə minməsindən xaricdə yaşayan yüz minlərlə Azərbaycan vətəndaşı ziyan görəcək.

Comments are closed, but trackbacks and pingbacks are open.