Facebook-da əvvəlki girişlərimi necə görə bilərəm
Deyək ki, dəblə əlaqədar bir vebsaytınız var, siz də onu yeni yaratdığınız Facebook profillərinizdə təbliğ etmək istəyirsiz. Ilk olaraq siz hədəf auditoriyanıza dostluq göndərməlisiniz. Bunun üçün dəb ilə əlaqədar olan böyük Facebook səhifələrini izləməyə başlayın. Həmin səhifələrin postlarını yoxlayın, ən çox reaksiya gələn postları tapın və reaksiyanın URL-ini kopyalayın. URL-i aşağıdakı skrin şotdakı kimi reaksiyaların üstündə siçanın sağ düyməsiniz sıxmaqla (1) tapıb, kopyalayırsız (2).
Pulsuz reklam etməyin SİRRİ
Artıq uzun müddətdir ki, biznesin, vebsaytın, hər hansı Facebook səhifəsi və s.-in reklamını Facebook səhifələri, qrupları yaratmaqla və onları böyütməklə həyata keçirirlər. Lakin zaman keçdikcə Facebook-un alqoritmləri daha da ciddiləşir və bu cür marketinqi aşağı miqyasda etmək hələ də mümkün olsa da, əvvəlki kimi nəticə vermir.
Adam istəsə hər şey eliyər düşüncəsiylə sizin üçün heç bir qəpik belə reklama pul xərcləmədən biznesinizi, sayt və ya digər səhifələrinizi Facebook-da pulsuz və effektli təbliğ etmək barədə yazmaq qərarına gəldim.
OxşarYazılar
Instagram SEO: Axtarışda tez tapılmağın 6 üsulu
Instagram paylaşımları üçün ödənişli reklam
Dropshipping biznesi üçün pulsuz trafik axını
Yəni düşündüm ki, bir insanın əgər bir qəpik belə reklama pul xərcləməyə imkanı yoxdursa və biznesini pulsuz reklam etmək istəyirsə o zaman bu variantla saytına trafik gətirə bilər.
Bu öyrədəcəyim üsulda ən əsas məsələ odur ki, şəxsi facebook profilinizi biznes məqsədilə istifadə etməyəsiz. Bu üsul bir növ SEO-da greyhat adlanan metoda (köhnə domen almaq, dublikat kontent yaratmaq, pulla izləyici toplamaq və s) bənzəyir. Bu metod işləsə də, bir az alovla oynamaq kimidir. SEO strategiyaları barədə daha ətraflı öyrənmək üçün bloqumun SEO kateqoriyasında yerləşən digər yazılarımı da oxuya bilərsiniz.
İndi isə qayıdaq Facebooka.
Facebook-un ana səhifəsində gəzişəndə əksər postların dostlarınızdan, ödənişli reklamlardan, nadir hallarda isə haçansa bəyəndiyiniz Facebook səhifəsindən gəldiyini görəcəksiz.
Beləliklə də, təqdim edəcəyim strategiyanın ideyası ondan ibarətdir ki, profilinizdə 5000 dost toplayıb, postları oradan paylaşasınız.
Belə olduqda dostlarınızın postları görmək, like etmək, müştəriyə çevrilmək və s. şansı yüksək olur. Bundan başqa, Facebook istifadəçiləri reklamlardansa dostlarından gələn məlumatı daha şəxsi və etibarlı hesab edir.
Doğru Facebook profili yaradın
Bir sıra analizlərdən sonra qənaətə gəlmişəm ki, ən yaxşı profillər e-mail-lə deyil, telefon nömrəsi ilə açılan profillərdir. Buna görə də yeni profil üçün yeni telefon nömrəsi lazımdır.
Ikinci vacib məqam isə hesab yaradanda Facebook mobil tətbiqindən istifadə etməkdir. Əsas Facebook hesabınızla qarışmaması üçün ən rahatı Facebook Lite mobil tətbiqini (Android və iOS üçün rəsmi FB tətbiqi) yükləməkdir.
Tətbiqi yüklədikdən sonra yeni hesab yaradıb, yeni telefon nömrəsini əlavə edin. Bəzi hallarda Facebook hesabı təsdiqləmək üçün yeni nömrəyə SMS-lə şifrə göndərir. Bu təsdiq sayəsində hesabınız daha təbii olacaq və FB sizə daha çox güvənəcək.
Daha sonra, bir qayda olaraq, profil məlumatlarınızı tam olaraq doldurmağa başlayın. Yaxşı olar ki, etibarlı vebsaytlardan bir neçə post, şəkil və bir neçə status paylaşasız. Bütün bunlar digər profillərin sizi asanlıqla dostluğa qəbul etməsi üçündür.
5000 nəfər dostunuz olsun
Facebook 5000 nəfərə asanlıqla dostluq göndərməyə icazə verməsə də, mən bunun asan bir yolunu sizinlə bölüşəcəm.
Bir-bir profillərə girib dostluq göndərsəz, tezliklə bloklana bilərsiniz, amma Facebook-un çox da diqqət yetirmədiyi bir sahə var ki, həmin yolla hətta gündə 1000 nəfərə dostluq göndərə bilərsiniz. Bu dostlar siz nəsə paylaşdıqda ona reaksiya bildirdikcə, Facebook da onu ana səhifədə daha çox çıxardacaq, bundan da biznesiniz gəlir əldə edəcək.
Deyək ki, dəblə əlaqədar bir vebsaytınız var, siz də onu yeni yaratdığınız Facebook profillərinizdə təbliğ etmək istəyirsiz. Ilk olaraq siz hədəf auditoriyanıza dostluq göndərməlisiniz. Bunun üçün dəb ilə əlaqədar olan böyük Facebook səhifələrini izləməyə başlayın. Həmin səhifələrin postlarını yoxlayın, ən çox reaksiya gələn postları tapın və reaksiyanın URL-ini kopyalayın. URL-i aşağıdakı skrin şotdakı kimi reaksiyaların üstündə siçanın sağ düyməsiniz sıxmaqla (1) tapıb, kopyalayırsız (2).
Reaksiyaların URL-inə daxil olduqda həmin posta bütün reaksiya göndərən profilləri, onların da yanında təbii ki, dostluq göndərmək düymələrini görəcəksiniz.
Məsələ burasındadır ki, siz bu səhifədən istəyirsiz gündə 100 dostluq təklifi göndərin, Facebook sizi bloklamayacaq.Amma, əlbəttə ki, təklif göndərdikdən sonra onların sizi qəbul etməsini gözləməlisiniz. Keçirilən sınaqlara əsasən qəbul etmə faizi 20-30 % arası olur. Bəzi hallarda Facebook-dan sizə şəxsən tanımadığınız adamlara dostluq göndərməməklə bağlı mesaj gələ və ya dostluq göndərmək istədiyiniz adamı tanıdığınızı təsdiq etməyiniz tələb oluna bilər. Birinci mesaj əhəmiyyət verməyib, bağlaya bilərsiz. İkinci halda isə dostluq təklifi göndərdiyiniz şəxsi tanıdığınızı təsdiqləyin.
Məsələni bir az daha böyüdək
Bayaqdan bir profil yaratmaqdan danışırdım. Daha geniş auditoriyaya biznesinizi təbliğ etmək üçün eyni üsulla bir neçə profil yaradıb, hərəsinə 5000 dost əlavə edə bilərsiz. Amma fikir verin ki, eyni adamları profillərin hamısına əlavə etməyəsiz. Hərəsində 5000 dost olan 10 profil 50 000 nəfərlik auditoriya deməkdir.
Bundan başqa, biznesinizlə əlaqəli Facebook qrupu yaradıb, hər profildən olan dostlarınızı ora dəvət edə bilərsiniz. Amma diqqətli olun ki, gün ərzində 50-100-dən artıq adamı qrupa dəvət etməyəsiz. Facebook bu mövzuda daha ciddidir.
Ümid edirəm ki, yazımın sizə və biznesinizə faydası olacaq. Daha çox faydalı məlumatar oxumaq istəyirsizsə, bloqumu izləyin və öyrənmək istədiyiniz digər mövzularla bağlı mənə yazın.
Facebook tərəfindən dəstəklənməyən brauzerdən istifadə edirsiniz. Ən yaxşı təcrübəni təmin etmək üçün sizi daha sadə versiyaya yönləndiririk.
Yardım mərkəzi
Facebookdan istifadə
Əsas səhifəniz
Facebook-da başqalarının haqqımda nə axtardıqlarını necə görə bilərəm?
Mobil brauzerlərdə Facebook.com yenilənmə prosesindədir. Ətraflı bax
Facebook.com-un mobil brauzer versiyası hazırda yenilənmə prosesindədir. Yardım mərkəzinə mobil brauzerlərdə istifadə edilə bilən funksiyalar haqqında yenilənmiş təlimatlar əlavə edəcəyik. Növbəti aylarda bir daha yoxlayın. Daha az göstər
Facebook axtarışı məxfilik parametrlərinə hörmət edir, bu o deməkdir ki, insanlar onlarla paylaşılanlara əsasən haqqınızda Facebook-da görə biləcəkləri məlumatları axtara bilərlər.
İctimai şəkildə paylaşılmayan məzmunu yalnız həmin məzmuna birbaşa bağlı olduğunuz halda axtarmaq mümkündür. Məsələn, dost olmadığınız kimsə paylaşımlarını yalnız dostları ilə paylaşırsa, o zaman siz onun paylaşımını Facebook axtarış nəticələrinizdə görməyəcəksiniz. Facebook axtarış tarixçə sini təmizləmək haqqında ətraflı öyrənin.
Comments are closed, but trackbacks and pingbacks are open.