Tez-tez verilən suallar
**Bağlamanın Hava Limanında saxlanılması zamanı ilk gun 15 AZN, sonrakı hər gün üçün 1AVRO (2 AZN) saxlanc haqqı hesablanır.
Facebook icazə sorğusu necə edə bilərəm? Tez-tez verilən suallar
Açıq məkanda reklam yerləşdirmək üçün nə etmək lazımdır?
-Açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar Dövlət Reklam Agentliyinə müraciət edib icazə almalıdırlar. Bunu ADRA-nın onlayn İcazələr Sistemi olan is.adra.gov.az rəsmi internet səhifəsinə daxil olmaqla ASAN Loğin ilə həyata keçirmək mümkündür.
Kronşteyn panel nədir?
-Kronşteyn panel binaların üzərinə, işıq və ya ayrı dirəklərə yerləşdirilən birtərəfli və ya ikitərəfli, daxili işıqlandırmaya malik kiçikölçülü reklam qurğusudur. Ayrıca dayaq üzərində, bir yolayrıcından digərinədək küçənin eyni tərəfində yerləşdirilmiş bu reklam qurğuları yerdən eyni məsafədə quraşdırılmalı və pyada hərəkəti zonasına nisbətdə eyni tərəfə çevrilmiş olmalıdır. Tələblər barədə ətraflı məlumatı http://www.e-qanun.az internet səhifəsindən əldə etmək mümkündür.
Afişa nədir?
-Afişa stendi bir və ya iki reklam səthinə malik olan, ayrıca dayaqlı kiçikölçülü reklam qurğusudur. Adətən teatr, kinoteatr, idman və digər kütləvi tədbirlərin repertuarı barədə məlumatın təqdim olunduğu bu qurğularda əlavə olaraq yalnız tədbirlərin sponsorları barədə məlumatlar yerləşdirilə bilər.
-Tent üzərində reklam yerləşdirilən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin, həmçinin vitrinlərin, bina və digər tikililərin qapı və pəncərələrinin üzərinə quraşdırılan günlük şəklində reklam qurğularıdır. Tent bərkidici elementlərdən, karkasdan və yumşaq, yaxud sərt materialdan hazırlanmış reklam səthindən ibarətdir. Bir binada yerləşən tentlər ümumi görünüşə xələl gətirmədən və binanın görünüşünü korlamadan müxtəlif formaya malik ola bilər. Tentin reklam yerləşdirilən səthinin sahəsi reklamın tutduğu sahə ilə müəyyənləşdirilir.
Reklam çətiri nədir?
-Reklam çətiri açıq havada olan ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərində yerləşdirilən və üzərində reklam əks olunan çətir şəklində reklam qurğusudur. Çətirin reklam yerləşdirilən səthinin sahəsi reklamın tutduğu sahə ilə müəyyənləşdirilir.
Dayanacaq lövhələri nədir?
-Dayanacaq meydançasında yerləşdirilən reklam qurğusu ictimai nəqliyyatı gözləmə meydançasının konstruktiv elementlərinə montaj edilən kiçikölçülü reklam qurğusudur. Dayanacaq meydançasının üzərinə yerləşdirilmiş reklam qurğusunun bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri eni 1 metr 30 sm-dək, uzunluğu 2 metr 10 sm-dəkdir. Dayaq dirəyinin hündürlüyü isə 60 sm-dək təşkil edir. Dayanacaq meydançasında yerləşdirilən reklam qurğusu daxili işıqlandırmaya malik olmalıdır.
Reklamlardakı işıqlandırma necə olmalıdır?
– Reklam qurğusunun işıqlandırılması üçün elektrik və yanğın təhlükəsizliyi tələblərinə cavab verən, yanğından mühafizə sistemi ilə təchiz olunmuş, sənaye istehsalı olan işıq qurğularından istifadə edilməlidir. İşıqlandırma qurğusu reklam qurğusunun konstruksiyasına etibarlı bərkidilməli, külək, qar və vibrasiya təsirlərinə davam gətirməlidir. Reklam qurğusunun işıqlandırılması üçün istifadə edilən işıq qurğuları işıq şüalarının yolun hərəkət istiqamətinə düşməyəcəyi şəkildə quraşdırılmalıdır.
Açıq məkanda yerləşdirilən reklam qurğusu (lövhəsi, daşıyıcısı) təhlükə yaradarsa və ya reklam məzmunu şübhə doğurarsa, bu halda hara müraciət etmək olar?
ADRA açıq məkanda reklam mühitini tənzimləyən və nəzarət edən qurum olduğundan bu hallar aşkar olunduqda vətəndaşlar ADRA Çağrı Mərkəzi ilə 1412 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər və ya cm@adra.gov.az ünvanına yaza bilərlər.
Açıq məkanda qanunsuz reklam aşkarlanlandıqda cərimə tətbiq olunurmu?
İcazə sənədləri olmadan reklam yerləşdirilməsi və yayımlanması İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsində göstərilən məsuliyyətə səbəb olur (fiziki şəxslər 300-500 manat, vəzifəli şəxslər 1500-2500 manat, hüquqi şəxslər 5000-10000 manat məbləğində cərimə edilir) http://www.e-qanun.az/code/24
Açıq məkanda reklam dedikdə nə nəzərdə tutulur?
Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında, dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin, vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının tunellərində, dayanacaqlarında, yeraltı keçidlərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur.
Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısının Dövlət Reklam Agentliyindən aldığı icazənin maksimal müddəti nə qədərdir?
Dövlət Reklam Agentliyi açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısına maksimal 3 illik icazə verə bilir.
Açıq məkanda icazə alınması tələb olunmayan reklamlar hansılardır?
Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri, reklam daşıyıcıları yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir.
Obyektlərin vitrinlərinə yerləşdirilən mallar reklam hesab olunurmu?
Əmtəənin özü yox, onun barəsində yayımlanan məlumat reklam hesab olunur.
Açıq məkanda reklam yayımına görə nə qədər vəsait ödənməlidir?
Açıq məkanda reklam yayımına görə haqqın hesablanma qaydası, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017 tarixli Fərmanı ilə təsdiq edilib. Reklam yayımı haqqı reklam daşıyıcısının növünə, reklamın ölçüsünə və yerləşdiyi əraziyə görə dəyişir. Reklamın yerləşdiyi yerinə görə yayım haqqları ilə agentliyin rəsmi www.adra.gov.az internet səhifəsinin tariflər bölümündə tanış olmaq mümkündür.
Sahibkarlar Dövlət Reklam Agentliyi üzrə rüsum və yayım haqqı ödənişlərini necə həyata keçirə bilərlər?
Bu ödənişləri banklar, həmçinin “ASAN ödəniş” sistemi, digər ödəniş portalları, “e-Manat” və “MilliÖN” terminalları vasitəsilə də etmək mümkündür.
Açıq məkanda reklamı olan və ya reklam yerləşdirmək istəyən sahibkarlar sualları və ya təklifləri yarandığı təqdirdə hara müraciət etməlidirlər?
Açıq məkanda reklamlarla bağlı sualı və ya təklifi olan istənilən şəxs gün ərzində Agentliyin 1412 Çağrı Mərkəzinə zəng vura, (077) 677 1412 whatsapp nömrəsinə yaza, həmçinin cm@adra.gov.az mail ünvanına və Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin facebook, instagram, twitter sosial şəbəkələrindəki rəsmi səhifələrinə onları maraqlandıran məsələlərlə bağlı müraciət edə bilərlər.
Əgər reklam bələdiyyə mülkiyyətinin üzərindədirsə o zaman icazə haradan alınmalıdır?
Əgər reklam bələdiyyə mülkiyyətinin üzərindədirsə o zaman icazə Dövlət Reklam Agentliyindən alınmalıdır. Sahibkar ADRA-ya müraciət etdikdən sonra müvafiq sənədləşmə prosesi icra olunur. Daha sonra Agentliklə bələdiyyə arasında müqavilə bağlanır. Reklam yerləşdirilməsinə icazə üçün ödənilən rüsumun 10 %-i məbləğində əlavə haqq bələdiyyənin hesabına köçürülür.
Açıq məkanda alkaqol və tütün məmulatlarının reklamına icazə varmı?
Açıq məkanda tündlüyü 5 %-dən yuxarı olan alkoqollu içkilərin, həmçinin bütün növ tütün məmulatlarının reklamının yayımlanması qadağandır.
Açıq məkanda yayımlanan reklamlarda əcnəbi dildə yazıların yayımlanmasına icazə varmı?
Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətnində digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə alındığı formada göstərilməlidir.
Qanunvericiliyin tələblərinə cavab verməyən reklamlarla mübarizə necə həyata keçirilir?
Belə reklam lövhələrinə rast gəlindikdə onların yayımının dayandırılması barədə sahibkarlara xəbərdarlıq edilir. Reklam yayıcıları buna əməl etmədikdə müvafiq akt tərtib edilir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim olunur. Yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, həmin reklamın yayımının dayandırılması üçün zəruri tədbirlər görülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinə əsasən cərimə tətbiq olunur.
Bilbord nədir?
Bilbord daxili və ya xarici işıqlandırmaya malik orta, yaxud böyükölçülü reklam qurğusudur. Reklam lövhəsi bünövrə, karkas, dayaq və reklam yerləşdirilən səthdən ibarətdir. Tərəflərinin sayı 3-dən çox ola bilməz. Birtərəfli variantda hazırlanmış reklam lövhələrinin arxa tərəfi dekorativ tərtibatlı olmalıdır.
Meqabord nədir?
Meqabord daxili və xarici işıqlandırmaya malik böyükölçülü reklam qurğusudur. Meqabord bünövrə, karkas, dayaq və reklam səthindən ibarətdir. Tərəflərinin sayı 3-dən çox ola bilməz. Meqabord bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 4,00–6,00 x 8,00-15,00 metrədək, dayaq dirəyinin hündürlüyü 8,00-18,00 metrədək təşkil edir. Birtərəfli variantda hazırlanmış meqabordun arxa tərəfi dekorativ tərtibatlı olmalıdır.
Binaların damlarındakı reklamlar necə olmalıdır?
Binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları reklam səthi (hərflər, simvollar, rəqəmlər), bədii elementlər (loqotip, nişanlar və s.) və dayaq elementlərindən ibarətdir. Bunlar yalnız daxili işıqlandırmaya malik reklam qurğularıdır. Bu reklam qurğularının ölçüləri binanın hündürlüyü və fasadın uzunluğuna görə müəyyənləşir. Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən xüsusi tələblər barədə ətraflı məlumatı http://www.e-qanun.az internet səhifəsindən əldə etmək mümkündür.
Fasad reklamları nədir?
Fasad reklamları ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin giriş hissələrindəki fasadlarında, birinci və ikinci mərtəbələrin pəncərələri arasında yerləşdirilən reklam qurğularıdır. Qurğunun aşağı küncünün yerdən hündürlüyü ən azı 2,00 metr təşkil edir. Qurğu binaya bərkidildiyi yerdən 0,20 metrdən artıq çıxıntı əmələ gətirməməli və sahəsi yerləşdiyi bina və ya tikilinin fasadının 1/10 hissəsindən artıq olmamalıdır.
Brandmauer nədir?
Divar panosu (brandmauer) binaların pəncərələr olmayan divarına, yaxud səthinə yerləşdirilən, birtərəfli, xarici işıqlandırmaya malik böyükölçülü reklam qurğusudur. Divar panosunun ölçüləri binanın memarlıq quruluşundan və pəncərələr olmayan divarının ölçüsündən asılı olaraq fərdi qaydada müəyyənləşdirilir. Divar panosunun reklam səthinin minimum ölçüsü 9 kv.m təşkil edir. Əlverişli ölçü standartları bu reklamları həm yaradıcı, həm də miqyas baxımından daha sərhədsiz edir, onlar üçün çox geniş imkanlar yaradır. Tələblər barədə ətraflı məlumatı http://www.e-qanun.az internet səhifəsindən əldə etmək olar.
Transparant nədir?
Bir qayda olaraq, yumşaq materiallardan -parça, tor, süni dəridən hazırlanan transparant iki ayrı dirək, yaxud bina arasında bərkitmə qurğuları ilə yerləşdirilmiş reklam qurğusudur. Transparantın yer səviyyəsindən hündürlüyü ən azı 6 metr olmalıdır. Transparantın şəhərin işıqlandırılması dirəklərinə birləşdirilməsinə yol verilmir. Asma transparantlar şəhər elektrik nəqliyyat vasitələrinin və küçələrin işıqlandırılması sisteminin fəaliyyətinə mane olmamalıdır. Tələblər barədə daha ətraflı məlumatı http://www.e-qanun.az internet səhifəsindən əldə etmək mümkündür.
Reklam b ayrağı nədir?
Reklam bayrağı altlıq, dirək və parçadan ibarət ikitərəfli stasionar qurğudur. Bayraq öz dirəyi, yaxud binaların üzərində yerləşdirilə bilər. Adətən, üzərində müəssisənin və ya təşkilatın loqotipi, yaxud digər reklam xarakterli məlumatlar yerləşdirilir. Reklam bayrağının ölçüləri hər bir hal üçün fərdi qaydada müəyyənləşdirilir.
Reklam tumbası nədir?
Reklam tumbası dairəvi və ya üç xarici reklam səthinə və daxili işıqlandırmaya malik reklam qurğusudur. Reklam tumbasının ölçüləri fərdi qaydada müəyyənləşdirilir.
Ödəniş terminalı üzərindəki reklamlar açıq məkanda reklam hesab olunurmu?
Ödəniş terminalları üzərində yayımlanan statik və rəqəmsal reklamlar da açıq məkanda yerləşdirilən reklamlar hesab olunur.
Tez-tez verilən suallar
Bağlamalar “Smart Customs”da bəyan edildikdən sonra 3-5 iş günü ərzində çatdırılır.
Necə sifariş edim?
– Assu.az saytında qeydiyyatdan keçməklə bizim xaricdəki ofisimizin ünvanını əldə edirsiniz. Bundan sonra Türkiyə, ABŞ və ÇİN-dəki onlayn alış-veriş saytlarından sifariş edərkən ünvan hissəsində bizim saytımızdan əldə etdiyiniz ünvanı qeyd edib, sifarişinizi tamamlayırsınız. Satıcı firma sifarişinizi Assunun xaricdəki anbarına çatdırır. Biz satıcı firmadan təhvil aldığımız bağlamanızı Azərbaycana gətirir, istəyinizə uyğun olaraq, ünvanınıza çatdırırıq.
Azərbaycan kartlarını qəbul etməyən saytlardan necə sifariş edə bilərəm?
– Əgər plastik kartınızla xarici saytlarda ödəmə edə bilmirsinizsə, biz sizə kömək edərik.
– Belə ki, Assunun Alış-veriş Köməkçisi Xidməti (HİPERLİNK) ilə bəyəndiyiniz məhsulların linklərini bizə göndərirsiniz. Daha sonra həmin məhsulun dəyərini online şəkildə bizə ödəyirsiniz. Ödənişiniz həyata keçdikdən sonra ən qısa müddətdə əməkdaşlarımız sifarişinizi satıcı firmanın saytında sizin adınıza rəsmiləşdirir.
Ödəməni necə edirəm?
– Bağlamaya çəki təyin edildikdən sonra daşınma haqqı təyin edilib müştəriyə görünür, Online ödəniş et seçərək kart üsulu ilə ödəniş edə bilər. Əgər Bakı anbarından təhvil alınacaqsa bağlamanı təhvil alarkən nağd ödəniş mümkündür. Məntəqə və poçtdan təhvil alınacaq bağlamaların göndərilməsi üçün online ödəniş etməlidirlər.
– Sifariş et xidmətində əvvəlcədən balans artırıb balansdan ödə seçimi və ya sifarişi təsdiqləyən zaman online ödə seçimi edilir
Sifarişim neçə günə çatdırılır ?
– Çatdırılma müddəti sifariş verdiyiniz saytdan asılıdır. Satıcı firmalarda çatdırılma müddəti 3-7 gün olur. Həftəsonları və rəsmi bayram günləri çatdırılma müddətini uzada bilər.
Xaricdəki ünvanınızı necə əldə edə bilərəm?
– Xaricdəki ünvanlarımızı əldə etmək üçün assu.az saytında qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçdiyiniz mail ünvanı və şifrənizi yazaraq sistemə daxil olduqdan sonra xaricdəki ünvanlarımız görünəcək.
Aldığım məhsulu geri qaytara bilərəm?
– Türkiyənin onlayn mağazalarından aldığınız məhsullarda hansısa problem çıxdığı halda məhsullarınızı geri qaytarmaq üçün Assunun SIĞORTA xidmətindən istifadə edə bilərsiniz.
– Bunun üçün məhsulu sifariş verərkən Sığorta düyməsini sıxmağınız kifayət edir. Bu zaman satıcı firmanın göndərdiyi məhsulda hər hansı problem aşkarlanarsa, biz həmin məhsulu satıcı firmaya geri qaytarırıq.
– Geri qaytarma zəmanəti xidmətinin istifadəsi ilə məhsul satıcı firmanın geri qaytarma şərtləri nəzərə alınmaqla aşağıdakı hallarda geri qaytarıla bilər:
- Məhsul ölçüsü, rəngi və s. yanlış gələndə;
- Məhsul qüsurlu gələndə;
- Məhsul geyim kateqoriyasına (ayaqqabı, çanta daxil) aid olanda;
Məhsul Bakı anbarına çatdığı gün və ertəsi gün ərzində.
Qeyd: Məhsul geri qaytarıldığı halda məhsulun ödənişi (sifariş zamanı ödədiyiniz 5% bank xərci xaric olmaqla) kupon olaraq hesabınıza qaytarılır. Həmin məbləğlə yenidən sifariş verə, və ya 14 gün ərzində satıcı firmanın ödənişi hesabınıza geri qaytarmağını gözləyə bilərsiniz. Geri qaytarma zəmanəti edilmiş sifariş satıcı firma tərəfindən ləğv olunarsa, zəmanət ödənişi də geri qaytarılır.
Bağlamalarınızı təhvil alana qədər sifarişin geri qaytarılmasına zəmanət ala bilərsiniz. Nəzərə alın ki, geri qaytarma zəmanəti olunmuş sifariş müştəri tərəfindən ləğv oluna bilməz.
Qeyd: Xarici anbardan iade xidməti üçün Assu kabinetinizdə iadelər bölməsindən müraciət yarada bilərsiniz . Xarici anbardan iade 1 dollar təşkil edir.
Çatdırılma haqqı necə hesablanır?
– Sifariş olunan bağlamanın çatdırılma haqqı çəkiyə görə hesablanır. Ölçüsü 1 metrdən böyük olan bağlamaların çatdırılma haqqı həcmi çəkiyə görə hesablanır. Həcmi çəkinin hesablanması üçün en*hündürlük*uzunluq/6000 standartı tətbiq edilir.
İş günləri və saatları?
– Bazar günləri istisna olmaqla həftə içi hər gün
– Müştəri xidmətləri: 10:00 – 20:00
– Çağrı mərkəzi: 10:00 – 20:00
– “Sifariş et” xidməti: 10:00 – 20:00
– Bağlamaların təhvili: 10:00 – 20:00
Gömrük limiti nədir və necə hesablanır ?
Fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (Nazirlər Kabinetinin qəbul etdiyi 305 №-li qərarın 2.1.4-cü bəndini rəhbər tutaraq) BİR TƏQVİM AYI müddətində 300 ABŞ dolları ekvivalentindən artıq olmayan məbləğdə yükün ölkəyə idxal edilməsi sadələşdirilmiş qaydada həyata keçirilir. 300$ limit hər ayın 1-I yenilənir və bu limitə bağlamanın daşınma haqqı da daxildir. Bağlamalar sifariş edildiyi tarixdə yox, xarici anbardan göndəriləndə limitdən istifadə edilir.
Fiziki dəyər 300 ABŞ dollarından çox olduqda, qanunvericiliyə uyğun olaraq 300$-dan artıq olan məbləğin 36%-dək gömrük rüsumu ödənilir. 300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.
Limiti keçmiş hesab sahiblərinin bağlamaları DGK tərəfindən saxlanılır. Bağlamanı təhvil almaq üçün lazım olan barkod sənədi ofisimizə daxil olduqda müştəriyə məlumat verilir.
**Bağlamanın Hava Limanında saxlanılması zamanı ilk gun 15 AZN, sonrakı hər gün üçün 1AVRO (2 AZN) saxlanc haqqı hesablanır.
Fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (Nazirlər Kabinetinin qəbul etdiyi 305 №-li qərarın 2.1.4-cü bəndini rəhbər tutaraq) BİR TƏQVİM AYI müddətində 300 ABŞ dolları ekvivalentindən artıq olmayan məbləğdə yükün ölkəyə idxal edilməsi sadələşdirilmiş qaydada həyata keçirilir. 300$ limit hər ayın 1-I yenilənir və bu limitə bağlamanın daşınma haqqı da daxildir. Bağlamalar sifariş edildiyi tarixdə yox, xarici anbardan göndəriləndə limitdən istifadə edilir.
Fiziki dəyər 300 ABŞ dollarından çox olduqda, qanunvericiliyə uyğun olaraq 300$-dan artıq olan məbləğin 36%-dək gömrük rüsumu ödənilir. 300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.
Limiti keçmiş hesab sahiblərinin bağlamaları DGK tərəfindən saxlanılır. Bağlamanı təhvil almaq üçün lazım olan barkod sənədi ofisimizə daxil olduqda müştəriyə məlumat verilir.
**Bağlamanın Hava Limanında saxlanılması zamanı ilk gun 15 AZN, sonrakı hər gün üçün 1AVRO (2 AZN) saxlanc haqqı hesablanır.
Nə zaman bəyannamə doldurmaq lazımdır?
-Bağlama xarici daxil olduqda bu barədə müştəriyə sms məlumat göndərilir. Sms alan müştəri Bağlamalarım bölməsinə daxil olaraq “Bəyan tələb olunur” sözünü seçməli və bəyanda “Düzəliş et” seçdikdən sonra həmin sifarişin qiymətini, kateqoriyasını, faktura və ya sifarişin qiyməti ilə birgə ekran şəklini yükləməlidir. Faktura yükləndikdən sonra Tracking nömrə ilə Smart Customs mobil tətbiqetməsində bəyan etməlidir.
Bağlamamı haradan təhvil alacağam?
-Hər müştəri qeydiyyatdan keçərkən bağlamaları seçdiyi filiala bağlamaları göndərilir. Əgər müştəri filialı dəyişmək istəyirsə, Tənzimləmələrim bölməsinə daxil olub, Anbarını dəyişib Təsdiqlə düyməsini seçməlidir. Xarici anbara hələ çatmamış bağlamalar yeni filiala göndəriləcəkdir, əgər bağlama artıq çatıbsa, bağlamanın anbarını dəyişmək mümkün olmayacaqdır.
Bağlama zədəli gəldiyi halda nə etməliyəm?
-Yolda zədələnən və ya hər hansı zərər görən bağlamalara görə məsuliyyət daşımırıq. Bağlamaların zərər görməyəcək şəkildə qablaşdırılmasına görə satıcı mağaza cavabdehdir.
-Yalnızca sınan əşya sığortası edilən məhsullara görə məsuliyyət daşıyırıq
Eyni məhsuldan neçə ədəd sifariş etmək olar ?
-Ay ərzində 2 ədəddən artıq eynicinsli məhsul sifariş etdiyiniz zaman satış məqsədli olub-olmamasının təyin edilməsi məqsədi ilə gömrük tərəfindən saxlanıla bilər. Satış məqsədli olduğu təqdirdə rüsuma cəlb ediləcəkdir. Əgər, siz şəxsi istifadə üçün sifariş edirsinizsə, bunu bağlamanız saxlanıldığı təqdirdə gömrük orqanlarına bildirə bilərsiniz.
Bölgələrə necə sifariş etmək olar?
-Rayonlara çatdırılma üçün Azərpoçt və Məntəqə bölməsinə daxil olaraq istədiyiniz bölgəyə bağlama sifariş edə bilərsiniz. Bağlamalar bölgələrə göndərilən zaman daşınma haqqı rayon tarifi ilə hesablanır( Azərpoçt sifarişində poçt rüsumu daşınma haqqından əlavə ödənməlidir) . Sifariş yaratmaq üçün bağlamanın daşınma haqqı online şəkildə öncədən ödənməlidir .
Facebook icazə sorğusu necə edə bilərəm? Tez-tez verilən suallar
Tez-tez verilən suallar
- Bəzi mağazalarda satılan malların üzərində qiymətləri göstərilmir. Bu məsələ Qanunla necə tənzimlənir?
- Satışa çıxarılmış bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Qiymət kağızının arxa tərəfində isə məsul şəxsin imzası və onun doldurulma tarixinin olması vacibdir.
- Mənbə: Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları haqqında” 1998-ci il tarixli qərarı
- Satıcı məhsul haqqında istehlakçıya hansı məlumatları verməlidir?
- Satıcı istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilmə şərtləri, təminat öhdəlikləri, malın işlədilmə, saxlanılma və təhlükəsizlik qaydaları barədə dolğun məlumat verməlidir. Ərzaq məhsullarında isə ən vacib elementlər tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlığa zərər vuran maddələrin miqdarı və digər məsələlərdir. Satılan mal barəsində yalnış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olubsa, onun müqaviləni ləğv etmək hüququ var.
- Məhsulun zəmanət müddəti necə müəyyən edilir?
- Zəmanət müddəti – məhsulun zəmanət öhdəliklərinin qüvvədə olduğu müddətdir. Zəmanət müddəti alqı-satqı müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi andan başlanır. Zəmanət müddəti zəmanət talonunda, malın (işin, xidmətin) pasportunda göstərilir. Zəmanətli təmir aparılarkən zəmanət müddəti məhsulun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Məhsul dəyişdirildikdə, zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır.
- Zəmanət müddəti ərzində alınan məhsulda qüsur və ya saxtalıq aşkar olunduğu zaman istehlakçı hansı hüquqlara malikdir? Alıcının hüquqları hansı halda və necə təmin edilir?
- İstehlakçı zəmanət müddəti ərzində məhsulda qüsur və ya saxtalıq aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan malı lazımi keyfiyyətli digər mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaldılmasını, qüsurun aradan qaldırılmasını, istehlakçının çəkdiyi xərclərin əvəzinin ödənilməsini, müqavilənin ləğv edilməsi və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Satıcı istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının qeyd olunan tələblərindən birini yerinə yetirməyə borcludur. İstehlakçının məhsulu dəyişmək tələbi, məhsul olduqda dərhal yerinə yetirilməli, məhsul olmadıqda isə ərizənin verildiyi andan iki ay müddətində ödəniş geri qaytarılmalıdır. İstehlakçının aldığı ərzağın keyfiyyətsiz olduğu məhsulun yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya ödənilən məbləği geri qaytarmalıdır. İstehlakçının tələbinə, qəbz, mal və ya kassa qəbzi, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır.
- Zəmanət verilməyən məhsul xarab çıxarsa, istehlakçı nə etməlidir?
- İstehlakçı satıcı (istehsalçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, 2 il və daha uzun müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir.
- Mənbə: Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Maddə 589.2
- Onlayn alış-verişdə alıcı nələrə diqqət etməlidir?
- Malın hansı formada alınmasından və ya istehlakçıya təqdim edilməsindən asılı olmayaraq qanunvericiliyin tələblərinə ciddi əməl etmək lazımdır. İstehlakçılar əldə etdikləri malı satıcıdan qəbul etməmişdən öncə yoxlamalı, satıcıdan mala dair zəruri sənədləri (qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənədi) tələb etməlidir. Onlayn qaydada mal (iş, xidmət) alarkən aldanmamaq, riskli hallardan sığortalanmaq və hüquqlarınızın pozulmasına yol verməmək üçün ilk növbədə satıcı tərəfindən adı və ünvanı, internet və elektron poçt ünvanı, telefonu, VÖEN-i, habelə malın (işin, xidmətin) qiyməti və s. barədə məlumatların istehlakçıya verilib-verilmədiyinə diqqət yetirilməli, bu cür məlumatları təqdim etməyən satıcıdan mal almaqdan çəkinilməlidir.
- Əşyanın yararlıq müddəti nədir və necə hesablanır?
- Yararlılıq müddəti əşyanın təyinatı üzrə istifadəyə yararlığına müəyyənləşdirilən müddətdir. Əşyanın yararlıq müddəti onun hazırlandığı gündən hesablanır, istifadəyə yararlığını göstərən vaxt ilə və ya əşyanın yararlığının bitdiyi tarixlə müəyyənləşdirilir.
- Mənbə: Mülki Məcəllə, maddə 584
- Telefonla birgə satılan aksesuarlara zəmanət verilirmi?
- Köməkçi aksesuarların zəmanət müddəti, qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın (işin, xidmətin) zəmanət müddətindən az olmamalıdır.
- Məhsulun təmir müddəti uzandıqda istehlakçı hansı hüquqlara malikdir?
- İcraçı xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və işi vaxtında bitirmirsə, istehlakçının müqavilədən imtina etmək və zərərin ödənilməsini tələb etmək hüququ var. İcraçı, istehlakçıdan qəbul etdiyi əşyanı itirdikdə, korladıqda, zədələdikdə alıcıya keyfiyyət və qiyməti uyğun olan digər məhsul təqdim etməlidir. Bu mümkün olmadıqda istehlakçının razılığı ilə əşyanın dəyərini və dəymiş zərəri 1 (bir) aydan gec olmayaraq ödəməlidir.
- Məhsul haqqında hansı sənədlər istehlakçıya mütləq təqdim edilməlidir?
- İstehlakçının tələbi ilə satıcı (icraçı) malın mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri təqdim etməyə borcludur.
- Məhsulun dəyişdirilməsi necə həyata keçirilir?
- Satıcı tərəfindən daha uzun müddət müəyyən edilməyibsə, alıcı qeyri-ərzaq məhsulunu ona verildiyi andan 14 gün müdətində başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Dəyişmək üçün zəruri mal olmadıqda alıcı malı qaytara və ödədiyi pulu geri ala bilər. Geri qaytarılan məhsul işlənmiş olmamalı, istehlak xassələri qorunub saxlanılmalıdır. Eyni zamanda alıcı məhsulu məhz həmin yerdən aldığına dair sübutlar təqdim etməlidir.
- Hansı mallar dəyişdirilmir və ya qaytarılmır?
- Nazirlər Kabinetinin 1998-ci il tarixli 114 nömrəli qərarı ilə ölkə ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı təsdiq edilib.
- Həmin məhsullar:
- -qızıl və qızıl məmulatları;
- -qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar;
- -istehsal qüsurları istisna olmaqla bütün növ parçapar və ölçü ilə satılan bəzi mallar (lentlər, dəsmallar, haşiyələr);
- -parfümer-kosmetika malları;
- -bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları;
- -məişət kimyası malları;
- -şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.);
- -uşaq oyuncaqları;
- -istehsal qüsurları istisna olmaqla istifadə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarlar;
- -ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar;
- -dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.
- İstehlakçı məhsulun keyfiyyətini, ölçüsünü, çəkisini və qiymətini aldığı yerdə yoxlaya bilərmi?
- İstehlakçı aldığı məhsulun keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq hüququna malikdir. Belə hallarda satıcı istehlakçının tələbi ilə ona nəzarət-ölçü cihazlarını, malın qiyməti haqqında sənədləri təqdim etməlidir. Zəmanət müddətində malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda satıcı istehlakçının yazılı ərizəsini alandan sonra 3 gün ərzində malı ekspertizaya göndərməlidir. Ekspertiza satıcının hesabına aparılır.
- Məhsul alarkən müqavilənin bağlanması zəruridirmi və bu necə həyata keçirilir?
- İstehlakçı və qarşı tərəf arasında münasibətlər bir qayda olaraq müqavilələrlə nizama salınır. İcraçı öhdəliklərini icra etmədiyi hallarda dəymiş zərərə görə istehlakçı hüquqlarını həmin müqavilə əsasında müdafiə edə bilər.
- Xarab olmuş məhsul təmirə verilərkən sənədləşmə hansı qaydada aparılmalıdır?
- Xarab olmuş məhsul təmirə verilərkən sənədləşmə yazılı formada rəsmiləşdirilir. Sifarişçiyə isə talon, kassa çeki və ya qəbz verilməlidir. Təqdim edilən sənədlərdə sifarişin qəbul olunduğu tarix, görüləcək işin qiyməti və digər məsələlər əksini tapmalıdır.
- Mənşə sertifikatı nədir və sahibkarlara hansı üstünlüklər verir?
- Mənşə sertifikatı ixracatçı ölkənin səlahiyyətli orqanı tərəfindən verilən və mənşə ölkəsini təsdiq edən sənəddir. Malın mənşə ölkəsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallar üzərində tarif və qeyri-tarif göstəricilərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə müəyyən olunur. Mənşə sertifikatının alınması malların ixracı zamanı sahibkarlara idxalçı ölkədə güzəştli şərtlərlə idxal gömrük rüsumlarını ödəməyə şərait yaradır.
- Keyfiyyət sertifikatı nədir və kimlərə verilir?
- Keyfiyyət sertifikatı məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərinin qüvvədə olan normativ sənədlərin tələblərinə uyğunluğunu təsdiq edən sənəddir. Keyfiyyət sertifikatı Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı üçün təsdiqedici kod nömrəsi almış müəssisələr tərəfindən məhsulların ixracı zamanı verilir.
- Məhsulda yaranan hansı qüsurların aradan qaldırılmasına satıcı cavabdehdir?
- Əgər alıcı əşyanın qüsurlarının aldığı vaxtdan əvvəl əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.
- Hansı reklam üsullarından istifadəyə yol verilmir?
- Reklamlarda əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadəyə yol verilmir.
- Hansı reklamlar istehlakçıların çaşdırılmasına səbəb olur?
- Əmtəənin mənşəyi, hazırlanma üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti, çəkisi, qiyməti və digər məsələlərlə əlaqədar istehlakçını çaşdıra və ya aldada bilən hər hansı məlumatlardan istifadə edilməsi;
- Əmtəənin satışı, yaxud sövdələşmə zamanı istehlakçının sərbəst seçim hüququna təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması;
- İstehlakçını çaşdıra bilən tərzdə öz əmtəəsinin rəqibin əmtəəsi ilə müqayisə edilməsi, habelə bu müqayisənin reklam və ya informasiya materialı kimi təqdim olunması;
- Əmtəənin istehlak xassələri və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərlə (o cümlədən fərqləndirici nişan və ya marka ilə) təchiz edilməsi və bununla əlaqədar reklamın verilməsi;
- Müəyyən edilmiş standartlara uyğun olmayan əmtəənin təklif edilməsi, yaxud əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi.
- Hansı reklamlar haqsız reklam hesab edilir?
- “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 6.1.-ci maddəsinə əsasən:
- -reklam olunan əmtəə ilə eyni funksiyaları yerinə yetirən başqa istehsalçıların əmtəəsinin keyfiyyət və kəmiyyət göstəriciləri arasında digər bazar iştirakçılarının adını çəkməklə və ya əmtəəni göstərməklə müqayisə aparıldıqda;
- -müxtəlif vasitələrlə bazar rəqibinin şərəf və ləyaqəti, işgüzar nüfuzu aşağılandıqda;
- -əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verildikdə;
- -müəlliflik hüquqlarından qeyri-qanuni istifadə olunduqda;
- -reklam edilən əmtəə başqa istehsalçıların və satıcıların əmtəəsinə çaşqınlıq yarada biləcək dərəcədə bənzədildikdə;
- -reklam edilən əmtəənin sağlamlığa və ətraf mühitə mənfi təsiri barədə məlumatlar qəsdən gizlədildikdə;
- “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 6.2.-ci maddəsinə əsasən haqsız reklama yol verilmir.
- Reklam materiallarının saxlanma müddəti nə qədərdir?
- Reklam materialları (surətləri), habelə onlara edilən dəyişikliklər, reklamın istehsalına, yerləşdirilməsinə və yayımına dair müqavilələr reklamın son yayımından və ya müqavilə müddətinin bitdiyi tarixindən etibarən reklamvericidə, reklam yaradıcısında, reklam istehsalçısında, reklam agentində və reklam yayıcısında azı bir il müddətində saxlanmalıdır.
- Mənbə: “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunun, maddə 18.
- Ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün tikinti-quraşdırma işləri kim tərəfindən, necə aparılır?
- Ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir.
- Fiziki şəxs olan istehlakçıların su, qaz və elektrik enerjisindən istifadə üçün sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi müvafiq olaraq təchizatçı müəssisələrin vəsaiti hesabına təmin edilir.
- Fiziki şəxs olan istehlakçıların su, qaz və elektrik enerjisinin alqı-satqısı və onlardan istifadə üçün sayğaclarla təchiz edilməsi necə həyata keçirilir?
- Su, qaz və elektrik enerjisinin alqı-satqısı təchizatçılarla bilavasitə istehlakçılar arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir. Həmin müqavilələrin bağlanılması zamanı üçüncü şəxslər, o cümlədən binaların mülkiyyətçiləri, yaxud idarəetməni həyata keçirən şəxslər (təsərrüfat cəmiyyətləri, mənzil-tikinti kooperativləri, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri və s.) hər hansı formada iştirak etmədiyindən onların su, qaz və elektrik təchizatı üzrə yaranan münasibətlərdə tərəf hesab edilmələri istisna edilməlidir.
- Lisenziyası olan podratçıların siyahısı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet saytında yerləşdirilib.
- Mənbə: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu, Maddə 13.
- İstismar müddəti bitmiş elektrik sayğacı yenisi ilə əvəz edilərkən protokol tərtib edilməlidir?
- Elektrik sayğacının dəyişdirilməsi zamanı istehlakçının (abonent) iştirakı ilə bağlı tələb nəzərdə tutulmayıb.
- Gecikdirilmiş borca görə istehlakçıya məxsus digər borcu olmayan mənzilinin də su təchizatı dayandırıla bilər?
- Bir ünvanda yaranmış borca görə istehlakçıya məxsus borcu olmayan digər mənzil və ya obyektin su təchizatı borc tam ödənilənədək dayandırıla bilər.
- Uyğunluq sertifikatı nədir?
- Uyğunluq sertifikatı sertifikatlaşdırılmış malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq edən sənəddir. Vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər) qüvvədə olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. Göstərilən tələblərə uyğunluğunu təsdiq edən sertifikat olmadıqda belə malları (o cümlədən xarici malları) Azərbaycan Respublikasında satmaq və istifadə etmək qadağandır.
- Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə nəzərdə tutulub.
- Sahibkarlar elektron satınalmada necə iştirak edə bilər?
- Sahibkarlar asan və ya elektron imza ilə dövlət satınalmalarının vahid internet portalında (etender.gov.az) qeydiyyatdan keçir, fəaliyyət istiqamətlərinə uyğun istənilən müsabiqə üzrə real vaxt rejimində iştirak haqqını ödədikdən sonra həmin müsabiqənin əsas şərtlər toplusunu əldə edirlər. Daha sonra tələb olunan müvafiq sənədləri portal vasitəsilə satınalan təşkilata təqdim etməklə elektron satınalmada iştirak edə bilərlər.
- Qiymət təklifi həddindən artıq aşağı olduqda müsabiqədən kənarlaşdırıla bilərmi?
- Satınalan təşkilat hər hansı sahibkarın təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymət ilə müqayisədə 20 faiz və daha çox aşağı olmasını müəyyən etdiyi hallarda, satınalma müqaviləsini yerinə yetirmək qabiliyyəti şübhəli görünən sahibkardan onun təklifi barədə yazılı sorğu əsasında ətraflı məlumat alır. Bundan sonra da şübhələr qaldıqda belə təkliflərin rədd edilməsi barədə qərar qəbul edə bilər. Bu qərar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiq edilməlidir.
- Satınalan təşkilat hansı hallarda qiymət təklifinin kənarlaşdırılması barədə qərar qəbul edir?
- Sahibkarlar tərəfindən təqdim edilmiş qiymət təklifi şərtlər toplusunun tələblərinə uyğun gəlmirsə, ehtimal olunan qiymətdən yüksəkdirsə, sahibkar hər hansı hesab səhvinin düzəldilməsi ilə razılaşmırsa, saxtakarlıq və maraqların ziddiyyəti halları mövcuddursa, satınalan təşkilat təklifin kənarlaşdırılması barədə əsaslandırılmış qərar qəbul edir.
- Satınalan təşkilat hansı hallarda bütün təklifləri kənarlaşdıra bilər?
- Satınalan təşkilat tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə, tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda və tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda bütün təkliflərin rədd edilməsi barədə qərar qəbul edə bilər. Bu qərar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiq edilməlidir.
- Tender təklifinin təminatı hansı hallarda geri qaytarılır?
- Tender təklifinin təminatı bu hallarda geri qaytarılır:
- 1.tender təkliflərinin qüvvədə olma müddəti qurtardıqda;
- 2.tender prosedurları ləğv olunduqda;
- 3.İddiaçılar tenderdə ilk üç yerdən birini tutmayıbsa, tenderin nəticələrinə dair qərar qəbul olunduqdan sonra;
- 4.tender təklifinin qüvvədə olma müddətinin uzadılması təklifini qəbul etməyən iddiaçılara, tender təkliflərinin qüvvədə olma müddəti qurtardıqdan sonra;
- 5. tender qalibinə, satınalma müqaviləsi imzalandıqdan və müqavilənin yerinə yetirilməsi üçün təminat verildikdən sonra;
- 6. tenderdə ikinci və üçüncü yerləri tutan iddiaçılara, tender qalibi ilə bağlanan satınalma müqaviləsi qüvvəyə mindikdən sonra.
Comments are closed, but trackbacks and pingbacks are open.