Press "Enter" to skip to content

Günün ulduz falı: bu gün hansı bürcün sahibləri ehtiyatlı olmalıdır

Ehtiyac yaranarsa, həmkar və ya yaxınlarınızdan birini yardıma çağırın. İşləriniz və problemlərinizin bir hissəsini onlara həvalə edə bilmək üçün diplomatik qabiliyyətlərinizi işə salın.

Günün ULDUZ FALI: bəzi şansları və imkanları itirə bilərsiniz

Qoç – günün ilk yarısında ifrat səmimiyyət zərərinizə ola bilər. Münasibətlərdə birmənalı olmayan ifadələr işlətməyin, diqqətli olun, hiyləgərliyə əl atmayın. Bəzi şanslar və imkanları itirə bilərsiniz. Məsələn, məqsədə çatmaq üçün məkr, intriqa yararlı vasitə deyil.

Günün ikinci yarısında mövcud situasiyaya uyğunlaşmağa çalışsanız ciddi uğurlar əldə edə bilərsiniz. Maliyyə məsələlərində məntiqli davranın. Xərcləriniz ifrata varmamalı, normal olmalıdır.

Buğa – yalnız entuziazm və qətiyyət sayəsində uğur qazana bilərsiniz. Hətta şərait imkan verməsə belə, siz məqsədinizə doğru gedir və hamının təəccübünə rəğmən, ona çatırsınız. Nüfuzlu bir şəxin dəstəyini qazana bilərsiniz.

Maraqlı tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər sizin üçün gözlənilməz olan bir məcrada davam edəcək. İntuisiyanıza güvənin, necə hərəkət etmək lazım olduğunu daxili səsinizə etibar edin. Axşam dəyərli hədiyyə ala bilərsiniz.

Əkizlər – sirlərinizi bölüşməyə, niyyətinizi yaxın ətrafınızdakı insanlara söyləməyə tələsməyin. Tənqidə adekvat reaksiya verin. Başqasının işlərinə görə məsuliyyəti boynunuza almayın.

Günün ikinci yarısında yaxşı tanımadığınız insanın israrlı təkliflərinə aldanmayın. Vəzifə səlahiyyətlərinizi, verilən tapşırıqları vaxtında yerinə yetirin. Rəhbərliyi qəzəbləndirəcək addımlar atmayın.

Yaxınlarınız və qohumlaınızla münasibətləri kəskinləşdirməyin.

Axşam saatlarında stressdən qurtulun.

Xərçəng – günün ilk yarısından etibarən tələsmədən fəaliyyət göstərin. Çox vaxt və böyük enerji tələb edən işlərin bir qismini ertələmək olar. Əsas məsələ mənəvi rahatlıqdır. Yaradıcılıqla məşğul olmaq, yaranan problemləri çözmək olar. Yaxınlarınızın qeydinə qalın.

Günün ikinci yarısında dəyər verdiyiniz insanın təkliflərini diqqətlə dinləyin. Amma başqalarının işlərini həll etməyə başlayaraq öz problemlərinizi unutmayın.

Maraqlarınızı kimsəyə qurban verməyin.

Şir – günün ilk yarısında kənar şəxslərin həyatınıza kobud müdaxiləsinə imkan verməyin. Evdə qalmayın, fəaliyyətinizi genişləndirin. Məişət və təsərrüfat problemlərini sürətlə nizamlayın. Süst, ətalətli olmayın.

Günün ikinci yarısında dostlarla, tərəfdaşlarla, şəriklərlə görşün. Sizi maraqlandıran məsələlərdən biri ilə bağlı onlar yaxşı məsləhət verə bilərlər. İzafi dərəcədə inadkar, aqressiv olmayın. Əks halda ailə üzvlərindən biri ilə münaqişə istisna deyil.

Qız – emosiyalar, hisslər, duyğular bu gün düşməninizə çevriləcək. Ən ağır situasiyada, ən çətin vəziyyətdə soyuqqanlı davranın. Sizi narahat edən məsələlərdən birini etibar etdiyiniz insanla nəzərdən keçirmək olar. Yardım təkliflərini rədd etməyin. Dəyər verdiyiniz şəxs sizi dəstəkləyəcək.

Günün ikinci yarısında yollarla maksimum dərəcədə ehtiyatlı olun. Nasazlıq, cərimə istisna deyil. Uzaq yola yaxşı hazırlaşmamış çıxmayın. Maddi durumunuza tam nəzarət edin.

Axşam saatlarında normal istirahət edin.

Tərəzi – fərdi yaşamınızla bahəm, işgüzar fəaliyyətinizdə problemlər yarana bilər. Çətinlikləri dərhal həll etməyə çalışmayın. Səbrli, təmkinli olun. Yeniləşən şəraitdə və dəyişən situasiyaya uyğunlaşın. Ötən zamanların bir daha qayıtmayacağını düşünərək nisgilə qapılmayın.

Günün ikinci yarısında maliyyə məsələlərinin çözümündə mümkün qədər diqqətli olun. Aldığınız mal və ya məhsulu diqqətlə nəzərdən keçirin. İşlərdə sürəkli təftiş zamanı deyil.

Riskli anlaşmalara, avantüralara qatılmayın. Maliyyə imkanlarınızı olduğundan artıq göstərməyə çalışmayın.

Əqrəb – hisslərinizi kontrolda saxlayın. Əməlləriniz əvvəlcədən hazırlanmış plan çərçivəsindən çox kənara çıxmamalıdır. Sayıq olun, qarşınıza çıxan maneələri araşdırmamış onları dəf etməyə can atmayın. İradəli olun, mövqelərinizdən əsla geri çəkilməyin.

Günün ikinci yarısında cari məsələlərin həlli ilə məşğul olun.

Yaxın ətrafınızdakılarla ünsiyyətdə hisslərin əsiri olmayın. Mübahisələrdə sözlərinizə fikir verin. Aqressiya və ya ifrat sərtlik yolverilməzdir.

Axşam saatlarında gəzintiyə çıxmaq olar.

Oxatan – təşəbbüslər və yeni layihələr üçün uğurlu zaman deyil. Texnika, avadanlıqla bağlı məsələlərdə maksimum diqqətli davranın. Ehtiyatsızlıq ciddi travmalara səbəb ola bilər.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətlərdə qayğını, həssaslığı unutmayın. Yardıma ehtiyacı olan qohumunuza kömək edin. Emosiyalara qapılaraq düşünülməmiş addım atmayın. Qəfil hərəkət, nagahani əməl sonradan peşmançılıq hissi yarada bilər.

Axşam saatlarında gəzintiyə çıxın.

Oğlaq – parlaq, yaddaqalan, maraqlı hadisələrlə dolu gündür. İşləriniz artır, gərginlik çoxalır, amma bunların heç biri sizi tamamilə qorxutmur. Cəld hərəkət etmək və ani anda vacib qərarlar qəbul etmək kimi xüsusiyyətləriniz bədxahlarınız qarşısınıda sizə böyük üstünlük qazandırır.

Həm işdə, həm şəxsi həyatınızda ciddi dəyişikliklər mümkündür. Maraqlı təklif ala bilərsiniz, onları qəbul etməyə dəyər. Günün ikinci yarısı qəfil qonağınız gələ bilər, onların gəlişinə xeyli sevinəcəksiniz.

Dolça – günün ilk yarısından etibarən neqativ hisslər sizi çulğamasın. Mənfi işlər və pis insanlar barədə nə qədər çox düşünsəniz yaşamınıza bir o qədər problemlər əlavə edəcəksiniz. Nikbin olun, məqsədə doğru aparan yoldan sapmayın.

Günün ikinci yarısında fiziki və ya mənəvi diskomfort hiss etsəniz, aktivliyi bir qədər azaldın. Mənasız söhbətlərdən, yaramaz insanlardan uzaq durun. Sizə qarşı məkrlə davranan şəxslərin planlarını sürətlə aşkarlamağa çalışın.

Axşam saatlarını özünüzə həsr edin.

Balıqlar – ehtiyacınız olan dəstəyi vaxtında alacaq və onun sayəsində bir çox problemlərinizin öhdəsindən gələcəksiniz. Ağlınızı işlədərək cari məsələlərin öhdəsindən tez gəlməyin yolunu tapa bilərsiniz. Belədə, yeni ideyalarınızın gerçəkləşdirilməsinə də vaxt qalar. İşgüzar görüşlər uzansa da, istədiyinizə çata bilərsiniz.

Şəxsi münasibətlərdə təşəbbüs göstərin, arzu və gözləntiləriniz barədə açıq danışın. Başqalarının işlərinə qarışmaqdan çəkinməyin – bu, yalnız hamının xeyrinə olar. Günün ikinci yarısı uğurlu alış-veriş edə bilərsiniz.

Günün ulduz falı: bu gün hansı bürcün sahibləri ehtiyatlı olmalıdır?

Qoç – İşlərin yeni ritmi üçün təkanları təmin edən dəyişikliklərə izafi diqqət gərəkdir. Reaksiyanız iti olmalıdır. Əməkdaşlığı dürüst planlaşdırın, görüləsi işi dəqiq paylaşdırın.

İşdə dominant mövqe tutmağa çalışmayın. Təvazökar olun, sadəliyə üstünlük verin. Bəzi hadisələri əvvəlcədən təxminləyə biləcəksiniz.

Situasiyaya təmir rıçaqlarını zəiflətməyin. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Belə şans spontan da yarana bilər.

Buğa – İşlər və münasibətlər ciddi yanaşma tələb edir. İdeyanızı təkmilləşdirərək reallıq ehtimalı yüksək səviyyəyə gətirə bilsəniz, uğur qazanacaqsınız. Təfərrüatlara fikir verin.

Günün ikinci yarısında əldə edəcəyiniz məlumat faydalı və məzmunlu olacaq.

Görüş və danışıqlar üçün sərfəli gündür. Aydınlaşdırmaq və sonra da unutmaq istədiyiniz problemləri müzakirə edin.
Yaxın gələcəklə bağlı planları səbatlı hala salın.

Alış-veriş üçün uğurlu vaxtdır.

Ev işləri ilə məşğul olun, ailə üzvlərinə qayğı göstərin. Axşam saatlarında evdə istirahət edin.

Əkizlər – Cari işlərlə məhdudlaşsanız da, mümkün qədər çox iş görməyə çalışın. Səliqəli çalışın, hər işi sona çatdırın.
Hərəkət aktivliyində xeyir var. Amma əlavə işlərin sayını artıraraq özünüzü yormayın.
Bəzi məqamlar stressə səbəb olsa belə, səylərinizin nəticəsi pozitiv olacaq. Problemlərlə yanaşı, yeni, maraqlı ideyalar və bu ideyaları gerçəkləşdirmək istəyən insanlar yaşam arealınızda peyda olacaqlar.
Boş vaxtınız olarsa, dincəlin.
Axşam saatlarında aktiv istirahəti seçin.

Xərçəng – Ətalətli və tənbəl olmayın. Böyük işə başlamaq üçün yetərincə enerjiniz var. Qəfil xəbər, ideya, diqqətin yeni detallara yönəlməsi və hətta planlarda dəyişikliklər ola bilər.

Yaradıcı insanlar, maraqlı ideyanı reallaşdırmaq istəyən şəxslər üçün yaxşı gündür. Təkrarsız fikir, təbiilik, qərarlardakı spontanlıq təəssüratları artıra bilər.

Həmfikirlərinizlə birlikdə bir tədbirə qatıla bilərsiniz.

Emosiyaların dalğalanması istisna deyil. Hisslərin izharından yararlanmağa çalışın.

Günün ikinci yarısında problemin həllini intuitiv olaraq aşkarlayacaqsınız. Problemli sahəni aşkarlasanız, bu barədə tərəfdaşa da məlumat verin.

Şir – Maddi perspektivlər yaxşılaşır, imkanlar artır. Diqqətli, səliqəli və qətiyyətli olun. Bir işi yarımçıq qoyaraq başqasına başlamayın. Prioritetləri müəyyənləşdirin.

Ehtiyac yaranarsa, həmkar və ya yaxınlarınızdan birini yardıma çağırın. İşləriniz və problemlərinizin bir hissəsini onlara həvalə edə bilmək üçün diplomatik qabiliyyətlərinizi işə salın.

Günün ikinci yarısında ən faydalı məqam işlərdə fəndgir davranmaq, sərfəli məqamlardan istifadə etmək və sırf maddi dəyərləri təhlil etməkdir.
Münaqişələrə qatılmayın, ailə üzvləri ilə mübahisə etməyin.

Dostlar maraqlı ideyalar səsləndirərək sərfəli məsləhətlər verə bilərlər.

Qız – Mühüm olay vəd edən gündür. Dəyişikliklər və ya fəaliyyət obyektinin rekonstruksiyasına başlayın. Münasibətlərdəki yeniliklər perspektivlərinizə də müsbət təsir edəcək.

Faydalı əməkdaşlıq, əvvəllər həyata keçirilmiş layihələrdən dividendlərin əldə edilməsi istisna deyil.
Günün ikinci yarısında səhvlər aşkarlanacaq və siz dürüst addımların məntiqi ardıcıllığını anlayacaqsınız. Məhsuldar tərəfdaşlıq üçün yeni imkanlar yaranır.

Çoxdan başladığınız layihəni və ya indi gördüyünüz işi təkmilləşdirin. Dəyişikliklər perspektivdə yüksək nəticələrə səbəb ola bilər.

Tərəzi – Yaşam və fəaliyyətlə bağlı mövqelərinizlə dünyagörüşünüzdə dəyişikliklər etmək zamanıdır. Yeni perspektivlər var, hiss edirsiniz?!
Hadisələrin axarı təşəbbüs və istəklərinizdən asılı deyil.

Əsas odur ki, seçim zərurəti ilə qarşılaşsanız, təlaşa düşməyin və düşünülmüş addım atın.

Gözlənilməz görüş, münasibətlərlə işgüzar əlaqələrin bərpası mümkündür.

Kənar şərtlər olayların uğurlu inkişafına təkan verə bilər. Bir şərtlə ki, tələsməyəsiniz, həmsöhbətinizə diqqətlə qulaq asasınız.
Əlavə işdən boyun qaçırmayın.

Poçtu yoxlayın – uzaqdan xəbərlər gələ bilər.

Ev işləri və ailə qarşısındakı öhdəliklərin yerinə yetirilməsində diqqətli olun.

Əqrəb – Gün dəyişikliklər vəd edir. Yaşam arealınızın keyfiyyətini artırın. Artıq başladığınız işin rekonstruksiyası ilə məşğul olun.
Təşəbbüsünüz bir neçə istiqamətə yönəlməlidir. Eyni vaxtda, fərqli layihələrə qatılmaq olar. Dəstək almaq, yeni tərəfdaş qazanmaq şansları var.
İlk baxışdan təsadüf təsiri bağışlayan görüş, məktub və danışıqlara fikir verin.

Baş çəkməyi arzuladığınız yer varmı?

İnformasiya gələn kanalları açıq saxlayın, sizinlə təmasda olmaq istəyən insanla əlaqə saxlayın.

Səhhətinizə fikir verin. Pəhrizə başlamaq olar.

Oxatan – Yeni işə başlamaq üçün əlverişli zamandır. Qıcıq, səbəbsiz təşviş, işlərin cari vəziyyəti ilə bağlı narazılıq hissləri yarana bilər.
Kiçik və önəmsiz detallara izafi fikir verərək diqqətinizi yayındırmayın. Mövqelərinizi daha səbatlı, daha möhkəm edin.
Yaxın gələcəkdə özünüzü daha qətiyyətli hiss etməyiniz üçün usanmadan irəliləyin.

Tərəfdaşlardan biri mühüm dəyişikliklərə başlayacaq. Əməkdaşlığın genişləndirilməsi üçün konkret addımlar atmaqda fayda var.

Fəaliyyətinizi səhih təşkil edin. Toplantılara qatılın, faydalı əlaqələrin sayını artırın. Səhhətinizi qoruyun. İnfeksiya, zökəm istisna deyil.

Oğlaq – Yerinə yetirdiyiniz iş nəzərdə tutduğunuzdan artıq vaxt tələb edə bilər. Fəqət sizi maraqlandıracaq yeni nüanslar aşkarlanır.
Əlavə işə başlamaq, unudulmuş planları xatırlamaq olar. İstəklərinizdə və tələblərinizdə intuisiyanıza güvənin. Ünsiyyətə ehtiyac yaranarsa, bələd olduğunuz çevrəni seçin.

Günün ikinci yarısında dostlarla görüş uzunmüddətli, perspektiv planlardan birinin əsasını qoya bilər. Dəyişikliklərdən xəbər verən məqamlara diqqət yetirin.

Alış-veriş etmək olar. Axşam saatlarını xoş məclisdə keçirin.

Dolça – İşdə rəhbəriliklə söhbət və problemlərin müzakirəsi üçün əlverişli vaxtdır. Qarşılıqlı maraqlarınızın olduğu insanlarla təmaslarda səmimi olun, sirləri gizləməyə çalışmayın.

Gərginlikdən tam qurtulmaq mümkün deyil. Problemli situasiyanın çözülməsi maraqlarınıza cavab verir.

Zərərli və təhlükəli təsirlərə, təzyiqlərə müqavimət göstərin. Emosiyaların qərarlarınıza diqtəsinə imkan verməyin.
Uzaqgörən və soyuqqanlı olun.

Çətin məsələlərin həllində mütərəqqi metodlardan istifadə edin. Səbr və təmkin bugünkü fəaliyyətinizdə əsas amillər olmalıdır.

Balıqlar – Yaşam arealınızın genişləndirilməsinə ehtiyac duyulur. Yaranan imkanlardan faydalanın. Səfər və ya ezamiyyət rutin hisslərdən qurtulmağınıza yardım edə bilər.

Mühüm əhəmiyyət daşıyan mövzuları inkişaf etdirin. Uzaqdakı tərəfdaş və ya qohumla söhbət zamanı dilə gətirilən önəmli məqam potensialınızın izharına təkan verəcək.

Hansısa önəmli tapşırığın və ya sifarişin öhdəsindən gələ bilmirsinizsə, dayağa və yardıma ehtiyacınız var. Yaxşı bacardığınız işi görün.
Yaradıcılıq fəaliyyəti üçün obyekt arayın. Hələlik öhdəsindən gələ bilmədiyiniz işə çox fikir verməyin.

Milli.az
BAKU.WS

GÜNÜN ULDUZ FALI – 01.01.2021

Qoç – problemlərin həllinə yaradıcı yanaşma nümayiş etdirin. Niyyətləriniz açıq olsun. Yardım istəyən insana kömək edin. Yaxın ətrafınızdakı insanların səbr və qayğınıza ehtiyacları var. Səhhətinizə və xarici görkəminizə fikir verin.

Buğa – işlər və qayığlar çoxdur. İntuisiyanıza güvənin. Cari problemlərin qəfil və orijinal həllini tapmaq mümkündür. Bir yerdə çox qalmayın, aktiv olun.

Əkizlər – yazışmalarda ləng olmayın, informasiya axtarın, məsləhətlərdən yararlanın. Kiçik və xırda işləri tamamlayın.

Xərçəng – alış-verişdə bədxərclik etməyin. Emosiyalara aldanmayın. Yaxın ətrafınızdakı insanları pərişan etməyin. Səhhətinizə fikir verin. Axşam saatlarında qısamüddətli gəzintidə xeyir var.

Şir – günü mümkün qədər aktiv keçirin. Parlaq, güclü hisslərə ehtiyac duyursunuz. Belə hissləri kənarda yox, mövcud fəaliyyət prosesində də araya bilərsiniz. Ünsiyyətdə süst, təmaslarda tənbəl olmayın.

Qız – çoxdan bəri yarımçıq qalmış işi tamamlayın. Yaşam arealında dəyişikliklər üçün əlverişli zamandır. Aktivliyiniz mütləq estetik məzmunlu olmalıdır. Sevdiyiniz insana hədiyyə verməyi unutmayın.

Tərəzi – yaşam və fəaliyyət arealınızın genişlənməyə ehtiyacı var. İndi belə imkan yaranıb. Həyati önəm daşıyan məsələnin inkişaf və stimullaşdırılması üçün aktiv olun.

Əqrəb – uzaq tərəfdaş və ya qohumlarla əlaqələr də imkanlarınızın reallaşdırılması üçün yeni yolların axtarışına səbəb ola bilər.

Oxatan – mühüm məsələnin öhdəsindən gəlməkdə çətinlik çəkdiyinizi hiss edən kimi inandığınız insandan yardım istəyin. Yaradıcı fəaliyyət üçün obyekt arayın. Hələ ki alınmayan məsələlərə izafi diqqət yetirməyin.

Oğlaq – ən yaxın vaxtlarda gündəmə gələcək vacib məsələnin ərəfəsidir. Diqqətli və sayıq olun. Təmaslarla əlaqələrdə özünüzü məhdudlaşdırmayın. Yeni təəssüratlar və informasiya vəd edən işlə məşğul olun.

Dolça – poçt qutularınızı yoxlayın: sizi maraqlı məlumat gözləyə bilər. Səhhətinizə fikir verin. Gərək olduğundan artıq çalışmayın.

Balıqlar – qarışıq və mürəkkəb olsa da, əlverişli gündür. Çox işin öhdəsindən gəlmək olar. Axşam saatlarını dostlarla keçirmək olar. Şəxsi münasibətlərdə təşəbbüskar olun, fəallaşın.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.