Press "Enter" to skip to content

Facebookda bəyənmələri necə bloklaya bilərəm

İlk baxışdan dostlarla ad günü ləzzəti çıxarmağa mane olar deyə bu məsləhəti gözardı edə bilərsiniz. Amma unutmayın, sizin ən gizli hesablarınıza gedən yollardan biri də doğum tarixinizdir.

Facebook İsrail’le İşbirliğinde Filistinlileri Blokluyor

Londra merkezli düşünce kuruluşu ImpACT International for Human Rights’a göre Facebook, Filistinli aktivistlere, blog yazarlarına ve gazetecilere ait hesapları, düşünce özgürlüğü hakkını ihlal ederek engellemekte. STK, sosyal medya devinin Ortadoğu ve Kuzey Afrika bölgesinde milyonlarca hesabı kapattığını söyledi. Bu, şirketin yeni atanan denetim kurulunun başarısızlığının erken bir işareti olarak nitelendirildi. Facebook’un kitlesel olarak bloke edilmesinin insanları susturduğu ve ifade özgürlüğünü kısıtladığını belirtilmekte. Facebook yönetimini blogcuların, gazetecilerin ve aktivistlerin hesaplarını engellemeyi durdurmasına, uluslararası sözleşmelerde ve anlaşmalarda güvence altına almasına, görüş ve ifade hakkını koruyup muhalif seslerin bastırılmasını yasaklayan bir davranış kuralına uymaya çağırıyorlar.

Filistinliler yıllarca Facebook’un hesaplarını hedeflediğinden ve haber vermeden sildiğinden şikayet etmekteler. Geçen Ekim ayında, Filistin’deki gazeteciler ve aktivistler Facebook’a karşı onu Filistin içeriğini sansürlemekle suçlayan bir sosyal medya kampanyası başlattılar. Filistin içeriğine karşı sosyal medya ihlallerini izleyen bir grup olan Sada Social Center olayları doğruladı. El Cezire, 2016’nın sonlarında Facebook’un İsrail Adalet Bakanlığı ile Filistin hesaplarındaki içeriği “izlemeyi” vaat ettiği bir anlaşma imzaladığını bildirdi. İsrail bu taktikleri işgal suçlarının ve yerleşimcilerin yasadığı cinayet ve katliamlarının uluslararası düzeyde açığa çıkmasını önlemek için kullanıyor.

Facebookda bəyənmələri necə bloklaya bilərəm

10 ildən artıqdır ki, “Facebook” həyatımızın ayrılmaz parçasına çevrilib. Az qala hər gün yenilənən, inkişaf edən bu sosial şəbəkə ilə bağlı biliklərimizin artırılması da vacib şərtə çevrilir. Ən azı bunu öz rahatlığımız üçün etməliyik.

Unikal.org bildirir ki, təhlükəsizlik naminə özünüzlə bağlı silinməsi lazım olan 10 məlumatı diqqətinizə çatdırır.

1. Telefon nömrəsi

Bir çox yöndən vacibdir. Sizin haqqınızda asanlıqla məlumat toplanmasına şərait yaradar. Hələ zəng vurub narahat edən, mesaj yazan avaralardan danışmırıq.

İlk baxışdan dostlarla ad günü ləzzəti çıxarmağa mane olar deyə bu məsləhəti gözardı edə bilərsiniz. Amma unutmayın, sizin ən gizli hesablarınıza gedən yollardan biri də doğum tarixinizdir.

3. Dostlarınızın bir qismi

Oksford Universitetinin psixoloqu, professor Robert Dunbara görə, bir insanın normal ünsiyyət qura biləcəyi maksimum insan sayı 150-dir. Təbii ki, dostlarınızı 150-yə endirin demirik, amma hər halda siyahını vaxtaşırı gözdən keçirməyiniz pis olmaz.

4. Uşaq fotoları

Öz uşaqlıq fotolarınızı yaymaqda tamamilə azadsınız, ancaq dost və qohumlarınızın uşaqlarının fotolarını yaymamaq şiddətlə tövsiyə olunur. Həmin şəxslər gələcəkdə uşaqlıq fotolarının internetdə görünməsini istəməyə bilər və belə olan təqdirdə siz onların hüquqlarını pozmuş olursunuz.

Xüsusən evdə olduğunuz zaman sosial şəbəkəyə yansıyan məkan məlumatlarınızı təmizləyin. Yəqin ki, ev ünvanınızın çoxsaylı insanlar tərəfindən bilinməsi sizin üçün xoş deyil. Bunun ilk başdan ağıla gəlməyən böyük problemləri çıxa bilər.

6. Uşaqların məktəb və bağça ünvanları

Xüsusən qarışıq şəhərlərdə yaşayırsınızsa. Nə lazım?

7. Evlilik vəziyyəti

Əlbəttə qeyd etmisinizsə silməyin. Yox yerdən narahatlığa ehtiyac yoxdur. Amma qeyd etməmisinizsə, heç vaxt etməyin. Çünki ayrıldığınız vaxt onu silmək sizə əzab verəcək.

8. Kredit kartları bilgiləri

Bu məlumatları heç yerdə vermək olmaz. O cümlədən də “Facebook”da.

9. Tətillə bağlı hər şey

Unutmayın, evinizin boş olduğunu oğruların diqqətinə çatdırırsınız.

Xəstəyəm deyib işə gəlməyən gün “Facebook”da çıxardığınız oyunlar bir yana, emosional vaxtı yazdığınız bəzi status və şərhlər karyeranızda problem yarada bilər.

Təbii, belə xasiyyətiniz yoxdursa, rəhbərlə dostluq sizə yalnız zövq verə bilər.

Facebook Insight-dan istifadə təlimatı

Digital marketinqə yeni başlayanlara faydalı olmaq ümidi ilə Facebook Insight-dan istifadə təlimatını sizinlə paylaşmaq istədim. Facebook Insight Facebookun istifadəçiləri barədə insayt əldə olunmasında rahat və pulsuz alətlərdən biridir. Bu alətdən əldə etdiyimiz məlumat digital marketinq strategiyamızda Persona yaradılmasında bizə çox lazım olacaqdır.

Facebook Business Managerdən və Adverts Managerdən istifadə edən hər bir şəxs bu bölməyə şəkildəki menyudan daxil ola bilər. Birbaşa link isə budur .

Facebook Insight bölməsinə daxil olandan qabaq qarşınıza belə bir menyu çıxacaq:

Məqsədiniz səhifənizin auditoriyasını daha yaxından tanımaqdırsa “People connected to your page” seçə bilərsiz.

Məqsədiniz daha əvvəl yaratdığınız hər hansı bir auditoriyanı (məsələn email-telefon bazasını yükləməklə və ya pixel vasitəsi yaratdığınızı) analiz etməkdirsə “A custom audience” seçməlisiniz.

Yox əgər məqsədiniz reklam üçün müəyyən tələblərə cavab verən auditoriya yaradıb, onlara reklam göstərmək və ya müəyyən göstəricilərə cavab verən auditoriyanı daha yaxından tanımaqdırsa “Everyone on Facebook” seçin.

Bu yazıda biz yeni auditoriya yaradılması məqsədindən çıxış edirik. Ümumi prinsiplər eyni olduğuna görə digər auditoriyalar üçün də bu təlimatı tədbiq edə bilərsiz.

İlk seçimdəm sonra qarşınıza çox maraqlı və hər cür tənzimləyə biləcəyiniz bir interfeys çıxacaq. Bu interfeys 3 əsas hissədən ibarətdir:

Facebook Insight sol panel

Bu paneldən siz analiz edəcəyiniz auditoriyanı ilkin olaraq tanımlaya və şəkildən gördüyünüz filtrlər vasitəsi ilə daha çox daralda bilərsiz.

Yaş seçimi ilə bağlı bir qeydimiz olacaq ki, Facebookda 13-dan başlayaraq qeydiyyatdan keçmək mümkün olsa da, Facebook Insight-dan ancaq 18 yaşından yuxarı auditoriyanın məlumatlarını əldə etmək mümkündür.

Facebook Insight sol panelindən auditoriyanın daha dəqiq seçimi üçün istifadə edin. Mələsən sizin auditoriyanız 18-34 yaş arası Bakıda yaşayan moda həvəskarı qadınlar, və ya Gəncədə yaşayan və futbol ilə maraqlanan 35+ kişilərdirsə bu filtrləri təyin etməklə hədəf auditoriyanızı daha dəqiq tanımlaya bilərsiz. Təhsil səviyyəsi, məşğuliyyət sahəsi, istifadə etdiyi dil, ailə vəziyyəti kimi məlumatlar da bu işdə köməyinizə gələcəkdir. Sadəcə nəzərə almaq lazımdır ki, bir çox istifadəçi, xüsusən qadınlar bu cür məlumatları profilində qeyd etmir. Bu səbəbdən də, əgər hər hansı bir göstərici auditoriyanın təyin olunmasında həlledici deyilsə, həmin filtri tədbiq etməsəniz də olar.

Facebook Insight üst panel

Üst paneldə seçdiyiniz auditoriya barədə məlumat 6 bölmədə toplanıb: Demoqrafiya, Bəyəndikləri səhifələr, Yaşadıqları məkan, Facebookdakı aktivliyi, Ailə Təsərrüfatı və Alış tərzi barədə məlumatlar. Nəzərə alın ki, son ikisi ancaq ABŞ üçün aktivdir. Fikir verdinizsə “New Audience” sözü altında bir rəqəm var – bu rəqəm hazırda təxmini olaraq Facebookda aylıq aktiv olan auditoriya sayını göstərir. Hazırda yeganə filtr Azərbaycan olduğuna görə bu rəqəm 2 mln yaxındır. Daha çox filtr tədbiq etməklə bu sayını azaltmaq mümkündür.

Facebook Insight ana panel

Ana paneldə üst paneldəki 6 bölmənin məlumatı əks olunur. Burdakı əsas məlumata keçməmişdən qabaq Facebook Insight-ın imkanlarını daha yaxşı anlamaq üçün gəlin praktiki misal üzərindən davam edək. Təsəvvür edək ki, siz reklam agentliyində digital marketinq üzrə mütəxəssis vəzifəsində çalışırsız. Potensial müştəriniz, Azərbaycana çay idxal edən bir şirkət üçün digital marketinq ilə bağlı təklif hazırlamalısınız. Təklifdə potensial müştəri auditoriyası barədə müştəriyə maraqlı məlumatlar təqdim etməklə, onu digitalın gücünə və öz işinizdə nə qədər peşəkar olduğunuza inandırmaq istəyirsiz. Ödənişli alətlərdən istifadə etmədən bu məlumatı Facebook Insight-dan əldə etməyə qərar verdiniz. Müştəri ilə görüşdə auditoriyası barədə müəyyən məlumatlar əldə etdiniz: ilkin olaraq şirkət Bakı və Abşeron (Sumqayıt, Xırdalan və Qaradağ rayonu daxil olmaqla) bazarına çıxmağı planlayıb. Hindistan çayı olduğuna görə potensial alıcıları 35 yaşından yuxarı ailəli kişi və qadınlardır. Çaydan başqa onlar Hindistan filmlərinə də böyük maraq göstərirlər. Bu məlumatla işimizə başlayırıq.

Facebook Insight sol panelində hədəf auditoriyası barədə bildiyimiz demoqrafik və maraq barədə məlumatları daxil edirik. Daxil etdikçə üst paneldəki rəqəmə diqqət yetirin. Əgər hər hansı bir filtrdən sonra bu rəqəm kəskin azalsa həmin göstəricini tədbiq etməmək daha düzgün olar, çünki bu filtr göstəricisi auditoriyamız üçün vacib olmaya da bilər. Məsələn, bizim misalda ailə vəziyyətinə qədər auditoriya sayı 100-150 min göstərirdisə, evli olanları qeyd etdikdən sonra bu rəqəm 20-25 minə düşdü. Bu səbəbdən 35 yaşından yuxarı əksər insanların evli olduğunu var sayaraq biz, ailə vəziyyəti filtrini tədbiq etməyə də bilərik.

Bütün uyğun gələn filtrləri tədbiq etdikdən sonra biz Facebook vasitəsi ilə aylıq olaraq 150 min istifadəçiyə xitab edə biləcəyimizi müəyyən etdik. Bu rəqəmi bilmək bizə nə üçün vacibdir? İlk öncə reklam büdcəsini düzgün təyin etmək üçün. Həmçinin, bu rəqəmi aylıq hesabatlarda benchmark olaraq istifadə edərək, hər ay auditoriyamızın neçə faizinə xitab edə bildiyimizi analiz edə biləcəyik.

İndi isə gələk Ana Paneldə qarşımıza çıxan məlumatlara. Bundan sonra həmin məlumatları skrinşot olaraq yerləşdirib şərhlərimi əlavə edəcəm.

Burdan bizə aydın olur ki, auditoriyamızın 52% qadınlar, 48% kişilərdir. Halbuki Facebook auditoriyasının ancaq 31% qadınlardır. Qadınların bizim auditoriyamızda beçə çox olmasının Hindistan filmlərinin səbəb olduğunu təxmin etdiniz yəgin ki.

Güman etdiyimiz kimi, öz profilində ailə vəziyyəti barədə məlumat qeyd edən auditoriyamızın əksəriyyətini evlidir, yəni 82% özünün evli olduğunu göstərib. Auditoriyamızın 71% kollec, 29% isə orta məktəb məzunu olduğunu öz profilində qeyd edib. Burdakı məlumat bizi bir az yanılda bilər, çünki ABŞ ilə bizim təhsil sistemimiz fərqlənir – məsələn onlarda kollec deyəndə ali məktəb nəzərdə tutulur.

Bu bölmədə “Selected Audience” yazılı yerə basmaqla auditoriyamızın məşğuliyyətini çoxdan aza sıralaya bilərik. İlk baxışdan bizim çayxor auditoriya misalında bu informasiya o qədər faydalı olmaya bilər. Amma ümumi ilə müqayisə etsək bizim auditoriyamızın sosial elmlər, təhsil və tibb sahələrində daha çox rəhbər vəzifələrdə çalışdığı görə biləcəksiz. Bu tip məlumat alıcı Personamızı daha yaxından tanımağa və onlara uyğun, onların marağını çəkəcək kontent yaradılmasında bizə lazım olacaqdır.

Üst paneldəki demoqrafik məlumatını bitirdikdən sonra Səhifə bəyənmələri bölməsinə keçid alırıq.

Bo bölmədə bizim auditoriyanın daha çox maraq göstərdiyi kateqoriyaları və bu kateqoriyalarda daha çox izlədikləri səhifələri görə bilərik. Bu məlumatın hesablanma qaydası çox gəliz olduğuna görə bizim ölkə üçün 100% düzgün işlədiyini demək çətindir. Amma bütün araşdırmalarda və sorğularda yanlış faizi var, Facebook Insight üçün də bu qaydanı tədbiq etmək mümkündür. Digital sahəsindəki 10 ilə yaxın təcrübəm ərzində bu tip məlumatların əksər hallarda düzgün və işimiz üçün faydalı olduğuna şahid olmuşam.

Bu bölmədəki məlumat Facebook Insight-dan çıxara biləcəyimiz ən faydalı məlumatdır. Burdakı məlumatı biz auditoriyamızı yaxından tanımaq, problemləri, maraq və həvəsləri, hansı kontentə daha çox maraq saldıqlarını öyrənmək üçün istifadə edə bilərik. “Audience” olaraq sıralayıb, auditoriyamızın nisbətdə daha çox hansı səhifələri izlədiyini görək. Bizim auditoriya üçün hansı nəticələrə gələ bilərik? Xəbərləri izləyirlər (özü də rus dilində), Sevil Əliyevanı izləyirlərsə bir az nostaljik adamlardır (Sevil xanımın paylaşdığı kontentə baxıb bu nəticəyə gələ bilərik), Maraqlı məlumatlara maraq göstərirlər, mənzil və ev problemləri var, potensial mebel alıcılarıdır, xingəl yeməyi çox sevirlər və s. “See more” basaraq digər səhifələri də görə bilərsiz.

Bu bölmədə “Affinity” auditoriyanın nisbət göstəricisini ifadə edir, yəni auditoriyamızın nisbətdə daha çox ortaq izlədikləri səhifələri göstərir. Bu göstərici auditoriya çox böyük olanda effektiv olur, bizim kimi kiçik sayılarda auditoriyamız kifayət qədər yekcinsdir.

Bo bölmədən auditoriyamızın hansı şəhərlərdə yaşadığı görə bilərik. Bizim seçimiz Bakı və ətrafı olduğuna görə belə yüksək göstərici alınır. Nəzərə alın ki, Sumqayıt, Xırdalan və Qaradağ da Facebookda Bakı olaraq seçilir.

Eyni qaydada ölkəni də ancaq Azərbaycan seçdiyimizə görə belə göstərici alınıb.

Azərbaycan dilindən başqa bizim auditoriya daha çox rus dilini bilir. Özü də rus dilini bilənlər ortalama Azərbaycan Facebook istifadəçisindən 52% daha çoxdur. Türk dili ikinci olsa da ortalamadan aşağıdır. İngilis dili bilənlər isə 9%-dir.

Facebookdakı fəaliyyət olaraq auditoriyamız ortalama ilə müqayisədə çox aktvdir. Belə ki, ortalama istifadəçi 1 səhifə bəyənirsə, bizim insanlar 3 səhifə bəyənir. Son 30 gündə ortalama 10 şərh yazıb, 31 dəfə post bəyənib, 4 postu dostlarınla paylaşıb və ən maraqlısı 41 dəfə reklama klik edib! Bu cədvələ baxıb əminliklə deyə bilərik ki, bizim auditoriya Facebookda çox aktivdir və reklamlara da maraq göstərirlər. Kontenti maraqlı hesab etsələr onu bəyənib, şərh yazarlar. Reklama klik göstəricisiin yüksək olduğunu müştəri qarşısında qeyd etməklə onu, reklama pul ayırmağa asanlıqla inandıra bilərsiz.

Bu cədvəldən bizə aydın olur ki, auditoriyamızın 71% Facebooka ancaq mobildən daxil olur. 26% həm kompüterdən, həm də mobildən daxil olurlarsa bu seqment çox güman ki ofis işçiləridir. Belə bir maraqlı sual ola bilər ki, kişilər və qadınlar arasında bu göstərici nə qədər fərqlənir. Sol panelə qayıdıb ancaq qadınları seçib görə bilərik ki, qadınlar daha çox mobildən istifadə edirlər.

Facebook Insight imkanları bununla bitmir. Ana paneldəki məlumatları sol paneldən əlavə filtrlər seçməklə necə dəyişdiyinin şahidi ola bilərik. Məsələn, bu auditoriyadan neçə nəfərin bizim admin olduğumuz hər hansı bir səhifəni bəyəndiyini bilmək olar. Bu o halda bizə lazım olar ki, öz səhifəmizdən bu auditoriyaya xitab etmək fikrinə gələk. Ya da bu auditoriyanın nə qədərinin səyahət etməyi xoşladığını öyrənə bilərik (3 min nəfər). Və ya neçəsinin öz profilində övlad sahibi olduğunu qeyd etdiyini görə bilərik (10-15 min). Nə qədərinin Gmail ilə qeydiyyatdan keçdiyini müəyyən edə bilərik (20 minə yaxın). Özünüz də müxtəlif seçənəkləri yoxlamaqla maraqlı faktları ortaya çıxarda bilərsiz. Ən sonda da lazım olsa bu auditoriyanı öz Facebook Business Managerinizə yaddaşa vermək mümkündür (gələcəkdə reklamda istifadə etmək məqsədi ilə).

Bu təlimatı mümkün qədər sadə və praktik hazırlamağa çalışdım. Digitala yeni başlayırsınızsa, bu cür təlimatlar sizə çox faydalı olacaqdır. Yox əgər Facebook Insight-dan istifadə edirsinizsə, öz təcrübənizi və şərhələrinizi paylaşsanız şad olaram. Bəlkə kimsə sizdən insayt öyrənmək barədə məsləhət alıb – bu yazını onlarla da paylaşmağı unutmayın.

Comments are closed, but trackbacks and pingbacks are open.