Press "Enter" to skip to content

Necə öz MAC ünvanı tapa bilərəm

I/you/we/they see—but he/she/it sees.

Ingilis dilini necə və hansı mənbələrdən öyrənmək olar?

İngilizce akıcı konuşmaya giden yol DillBill’den geçiyor. 150TL İndirim kuponu ile abone ol.

Yeni başlayan biri üçün ingilis dilini öyrənmək sıfırdan başlamaq deməkdir. Sanki yenidən uşaq olursunuz.

Oxumağa başlamadan öncə hər bir hərf üçün yeni səslər və adlar, bəlkə də yeni bir əlifba öyrənməlisiniz.Ən sadə şeylər üçün sözlər öyrənməli, bütün həyatınız boyunca öyrəndiyiniz sözlərin ingilis dilində olan yeni adlarını öyrənməli, yenidən saymağı öyrənməlisiniz.

Yeni başlayanlar üçün ingilis dilini öyrənmək çətin ola bilər, lakin mümkünsüz deyil.

Haradan başlayacağınızı necə biləcəksiniz? Elə isə ən başdan başlayaq.

Başlanğıc səviyyə (beginner) ingilis dili nədir?

Avropa Şurası dil öyrənmənin daha sistemli olması məqsədilə Dillər üzrə Ümumavropa Çərçivə Sənədini yaratdı. Qısaca CEFR adlandırılan bu çərçivə dil səviyyənizi ingiliscə başlanğıc səviyyədə danışan biri kimi müəyyən etməkdə sizə kömək edəcək faydalı bir yoldur.

Ümumilikdə, 6 CEFR səviyyəsi var. Bunlardan üçü dil öyrənmək istəyənlərə uyğundur:

  • Basic User: A1 və A2 səviyyələri
  • Independent User: B1 və B2 səviyyələri
  • Proficient User: C1 və C2 səviyyələri

Əgər siz ingilis dilinə yeni başlamısızsa, CEFR standartı üzrə A1 və A2 səviyyələrinə yönəlməlisiniz.

Səviyyə A1

İngilis dilini bir neçə həftə və ya bir neçə aydır öyrənirsinizsə, CEFR standartı üzrə A1 səviyyəsindəki əsas şeyləri bacarmalısınız.

  • Sadə salamlama və tanışlıq ifadələrindən istifadə etmək: Salamlaşa, özünüzü və başqalarını təqdim edə bilirsiniz.
  • Şəxsi məlumatlardan bəhs etmək: Özünüz haqqında bir az danışa bilir, boyunuzu, göz rənginizi, saçınızın uzunluğunu və digər əsas şeyləri təsvir edə bilirsiniz.
  • Ailəniz haqqında məlumat vermək: Bir az ailəniz haqqında danışıb, valideynlərinizi təsvir edə, neçə bacı və qardaşınız olduğunu, sizdən böyük və ya kiçik olduqlarını, evli olub-olmadığınızı deyə və neçə uşağınız olduğu, onların yaşları barədə məlumat verə bilirsiniz.
  • Yaşama və səyahət ehtiyaclarınızı ifadə etmək: Restoranda və ya marketdə yemək sifariş edə, yaxud ala bilirsiniz. Hostel və ya hoteldə otaq sifariş edə, təyyarə və ya qatara bilet ala, ya da getmək istədiyiniz yerə avtobusla gedə bilirsiniz. A1 səviyyəsində ingilis dilini özünüzü ərzaq, sığınacaq və nəqliyyatla təmin edəcək qədər bilirsiniz.
  • Çox sadə söhbətlər etmək: İnsanlar ingilis dilində yavaş danışdığı müddətcə sadə mövzularla bağlı asan cümlələr qura bilərsiniz. Hava haqqında danışarkən özünüzü inamlı hiss edirsiniz. Hər gün ətrafınızda baş verənlərə fikir bildirə bilirsiniz.

Səviyyə A2

CEFR standartının A2 səviyyəsinə çatdıqda siz artıq ingilis dilində tam olaraq başlanğıc səviyyədə sayılmırsınız. Artıq ingiliscə daha çətin sözləri anlayır və istifadə etməyə başlayırsınız. Mövzular haqqında daha geniş danışa bilirsiniz.

  • Sadə idiomatik ifadələrdən istifadə etmək: A2 səviyyəsində ingilis dilində sadə ifadə və idiomlardan istifadə etməyə başlayırsınız. Məsələn, “hit the books” ifadəsini eşitdikdə artıq oxumaq vaxtının gəldiyini bilirsiniz. Başqasının vaxtına və ya fikirlərinə ehtiyac duyanda “pitch in” ifadəsi ilə xahiş edirsiniz. Başa düşürsünüz ki, “a far cry” bir şeyin digərindən tamamilə fərqləndiyini bildirir.
  • Gündəlik işlərlə bağlı danışmaq: Sadə sözlər işlədərək iş yerində etdiyiniz və ya boş vaxtlarınızda etməkdən həzz aldığınız hobbiləriniz kimi adət halını almış işlərdən bəhs edə bilərsiniz.
  • Öz keçmişinizdən bəhs etmək: İnsanlara haradan olduğunuzu və harada yaşadığınızı deyə, təhsil və iş keçmişinizi təsvir edə, ailəniz haqqında daha ətraflı danışa bilərsiniz.
  • Keçmiş, indi və gələcək haqqında danışmaq: İngilis dilindəki sadə zamanları bilirsiniz. Keçən il, keçən həftə və dünən nə baş verdiyi haqqında ingiliscə danışarkən düzgün feillərdən istifadə edirsiniz. Hal-hazırda baş verənlər və sabah və ya gələn həftə nə olacağı barəsində aydın şəkildə söhbət edə bilirsiniz.
  • Düzgün sözönlərindən istifadə etmək: İngilis dilinin başlanğıc səviyyəsində sözönləri çətin gələ bilər, fəqət A2 səviyyəsində onları daha yaxşı anlayırsınız. Danışıqda düzgün sözönlərindən necə istifadə etməli olduğunuzu bilirsiniz. Bilirsiniz ki, aşağıdakı cümlələrdə bu sözönləri necə işlənir: you’re responsible for yourself (özünə cavabdehsən), you put your coffee on the table and that you start work at nine o’clock in the morning (kofeni masaya qoyur və səhər saat doqquzda işə başlayırsan).
  • Sadə cümlələri oxumaq və yazmaq: A2 səviyyəsində asan mətnləri oxuya bilirsiniz. Sadə bir hekayədəki qısa cümlələri anlaya bilirsiniz (bu nağıl və ya uşaq kitabı ola bilər). Bununla yanaşı, sadə cümlələr yaza, ingiliscə sözləri düzgün hecalaya və düzgün zamanlardan və sözönlərindən istifadə edə bilirsiniz. Yazılı ingilis dilindəki ifadəniz anlaşılandır.

Orta səviyyəyə keçid

Artıq başlanğıc səviyyədəki ingilis dili haqqında hər şeyi bilirsiniz. Orta səviyyəyə (B1/B2) çatdığınızı necə deyə bilərsiniz?

  • Daha mürəkkəb idiomatik ifadələri anlamaq: Artıq “break a leg” ifadəsinin “uğurlar” və “hit the hay”ifadəsinin isə “yuxuya getmək” olduğunu bilirsiniz. İndi isə “we’ll cross that bridge when we come to it” cümləsinin “o problemlə daha sonra məşğul olacağıq” mənasına gəldiyini öyrənməyə başlayıbsınız. Artıq digər idiomatik ifadələr arasında “the best thing since sliced bread” ifadəsinin “həqiqətən yaxşı bir fikir” və “on cloud nine” ifadəsinin isə “çox xöşbəxt” mənasına gəldiyini anlayırsınız.
  • Fikri aydın şəkildə ifadə etmək: Kimsə sizə fikrinizi soruşduqda düşüncələrinizi açıq şəkildə çatdıra bilirsiniz. Niyə buna inandığınızı və ya belə hiss etdiyinizi izah edə bilirsiniz. Şəxsi maraqlarınızdan bəhs edərkən fikirlərinizi ətraflı ifadə etməyi bacarırsınız.
  • Əsas qərarların arxasındakı səbəbləri izah etmək: Əgər ingilis dilində kimsə sizə etdiyiniz bir şey haqqında niyə bu qərara gəldiyinizi soruşsa, asanlıqla səbəbini izah edə bilərsiniz.
  • Əsas mətnləri tam şəkildə anlamaq: Sadə məqalə və hekayələrioxuyub onları yaxşı anlaya bilirsiniz. Oxuduğunuz haqqında verilən suallara düzgün cavab verirsiniz.
  • Faktlar və fikirlərlə bağlı aydın şəkildə yazmaq: İngilis dilindəorta səviyyəyə çatdıqda daha çətin mövzular barəsində yazmağı bacarırsınız. İngilis dilindəki yazınız anlaşıqlı yolla faktları və fikirləri bəyan edə bilir.

Yeni başlayanlar ingilis dilini necə öyrənə bilər?

Yeni başlayan biri kimi ingilis dilini öyrənmək üçün gedəcəyiniz yol bir çox amillərdən asılı olacaq. Motivasiya, hədəf və mənbələriniz nəyi və necə öyrənəcəyinizi anlamaqda köməyinizə çatacaq.

Sizi motivasiya edən nədir?

Əvvəla ingilis dilini niyə öyrənmək istəyirsiniz sualına cavab tapın.

Səyahət üçün? İş üçün? Ailə üçün, yoxsa şəxsi səbəblərdən?

Bu, çox önəmli sualdır. Başlanğıc səviyyəsindəki biri kimi ingilis dilini necə öyrənəcəyinizlə bağlı gedəcəyiniz yol məqsədinizdən (turist kimi şəhərdə gəzmək, ailə və dostlarınızla söhbət etmək və ya daha yaxşı bir iş əldə etmək üçün ingilis dili öyrənmək) asılı olaraq dəyişəcəkdir.

Hədəflərinizi müəyyənləşdirin

Özünüz üçün öyrənmə hədəfləri müəyyənləşdirin. Bacardığınız qədər dəqiq olun.

Hədəfləriniz bir neçə amildən asılı olacaqdır.

  • Nə öyrənmək istəyirsiniz?
  • Öyrənmək üçün nə qədər vaxt ayıra bilərsiniz?
  • Hədəfinizə nə zaman çatmaq istəyirsiniz?
  • Öyrəndiklərinizi necə sınaqdan keçirə bilərsiniz?

Tutalım ki, altı ay sonra xaricə səyahət edəcəksiniz. Kaliforniyada ailənizi ziyarət etməyə hazırlaşırsınız və ailəniz sizin şərəfinizə bir qonaqlıq verməyi planlaşdırır. Həmin qonaqlıqda uzun müddətdir görmədiyiniz amerikalı qohumlarınızla görüşəcəksiniz.Danışıq üçün ingilis dilini öyrənmək qərarına gəlirsiniz. Qonaqlıqdakı hər kəslə rahat danışmaq istəyirsiniz.O zaman nə vaxta qədər nəyi öyrənmək istədiyinizi bilirsiniz. Amerika aksenti ilə ingilis dilində söhbət etməyi öyrənmək üçün altı ayınız var.

Tam gün işləyirsinizsə, sizin sadəcə gündə bir saat vaxtınız var deməkdir.

İngilis dilində sərbəst danışan bir qohumunuz və ya tanışınızla telefonda ingilis dilində danışaraq öyrəndiklərinizi sınaqdan keçirə bilərsiniz.

Özünüzə mənbələr tapın

Həyatda yararlanacağınız mənbələr tapın. Hədəfləriniz və hər gün çalışmaq üçün nə qədər vaxt ayıra biləcəyiniz haqqında düşünün.Məsələn, əgər siz daha çox danışıq ingilis dilinə diqqətinizi yönəltmisinizsə, yazı dilini öyrənmək ilə bağlı narahat olmaya bilərsiniz.

Əgər çalışmaq üçün çox vaxtınız yoxdursa, bir neçə dəqiqə ərzində edə biləcəyiniz qısa çalışmalar axtarın. Bu üsulla qısa boş vaxtlarınızda ingilis dilini təkmilləşdirə bilərsiniz.

Hədəfiniz nə olursa olsun, müxtəlif mənbələrdən yararlanmaq yaxşı fikirdir. Əgər ingilis dilini iş üçün öyrənməyə çalışırsanızsa, yaxşı bir kurs və ya dərslik vasitəsilə dilin təməlini qoyun. Dərslik barəsində növbəti bloqlarda bəhs edəcəyik, kurs barəsində isə heç düşünmədən yalnız “DillBill”i tövsiyə edə bilərəm. Daha çox söz və qrammatika öyrənmək üçün “DillBill”in danışıq klublarını sınaqdan keçirin. Müəllimlər sizə düzgün istiqamət verərək başlamağınıza kömək edəcəklər.

Salamlama və ən sadə lüğət sözlərindən başlayın. Bu, uşaqlar üçün olan şəkilli lüğətlər də ola bilər. Daha asan sözlərlə başlayın və onları yaxşı öyrənin. Bu yanaşma özünüzə inamı artıracaq.

Bir neçə təməl məlumatları öyrəndinizsə, onlara orijinal mənbələr (real, şagirdlər üçün olmayan) əlavə edin. Bu, ana dili ingilis dili olanlartək danışmaqda sizə kömək edəcək. Real mənbələrə sadə kitablar, jurnallar, TV proqramları, filmlər və DillBill materialları daxil ola bilər.

Öz tədris planınızı yaradın

Tədris planınızı yaratmaq üçün hədəf və mənbələrinizdən istifadə edin. İngilis dilini öyrənməyə yeni başlayarkən bu plan sizin bələdçiniz olacaq.Tədris planınıza hər həftə nə öyrənəcəyinizi göstərən cədvəl daxil olmalıdır. Bu plan həm də gün ərzində nə qədər çalışmalı olduğunuzu da sizə bildirəcəkdir. Öyrənməli olduqlarınızın siyahısını əvvəldən tutduqda mühüm olanı buraxmaq ehtimalınız azalır.

Yeni başlayanlar ingilis dilini necə təkmilləşdirməli?

Artıq sizin öyrənmə hədəfləriniz və tədris planınız var. Yeni başlayanlar üçün ingilis dilinin əsaslarını mənimsəməyə başlamasınız.

İngilis dilində olan ümumi səhvlərdən qaçmağı necə öyrənə bilərsiniz? İngilis dilində ana diliniz kimi danışmağa necə keçid edə bilərsiniz?

Dinlə və izlə

İngilis dilində musiqilər, radio verilişləri və podkastları dinləmək öyrənməyinizə yardım edəcək. Dünyanın hər yerində radio stansiyalar ingilis dilində mahnılar səsləndirir. İngilis dilində mahnı eşitdikdə öyrəndiyiniz sözləri dinləyin.

İngilis dilində TV, film və videolara baxaraq daha sürətli öyrənin. Əgər Netflix kimi bir yayım xidmətiniz varsa deməli, sizin bir çox ingilis dilindəki film və TV proqramlara giriş imkanınız var. YouTube maraqlandığınız mövzu ilə bağlı ingilis dilində videolar tapmaq üçün əla yer ola bilər.

Təqlid edin

İngilis dilində sadəcə musiqi dinləyib, proqramları izləməyin: Eşitdiklərnizi təqlid edin, təkrar edin! Ana dili ingilis dili olan şəxslərin sözləri necə tələffüz etdiyinə diqqət yetirin. Səsləri onlar kimi tələffüz etməyə çalışın.

Əlbəttə, dünyanın hər yerində ana dili ingilis dili olan ölkələr var. Əgər siz müəyyən bir ölkənin tələffüzünü daha çox bəyənirsinizsə, həmin ölkədən daha çox audio və videolar əldə etməyə çalışın.

Sözləri dəyişin

Bir-birilə uyğunlaşan praktiki ifadə və sözləri öyrənin. Müəyyən ifadələrdəki sözləri dəyişməyə çalışın.

Məsələn, siz əgər “Good morning” deməyi öyrənmisinizsə, “Good afternoon”, “Good evening” və ya “Good day” kimi digər ifadələri də deyə bilərsiniz. Restoranla bağlı bir dialoqda ola bilsin ki, “May I have a glass of water?” (bir stəkan su verə bilərsiniz?) cümləsini eşidəsiniz. Gəlin suyu başqa içkilərlə əvəz edək. Məsələn, “May I have a glass of wine (şərab)?” və ya “May I have a glass of tea (çay)?”

Nümunələr öyrənin

Nümunələri yadda saxlamaq mürəkkəb qaydaları yadda saxlamaqdan daha asandır.

Məsələn, ingilis dilində əksər fellər üçün aşağıdakı kimi nümunələr görə bilərsiniz.

I/you/we/they see—but he/she/it sees.

I/you/we/they walk—but he/she/it walks.

I/you/we/they make—but he/she/it makes.

Əksər hallarda ingilis dilindəki feillərin sadə indiki zamanı üçün verilən nümunədə üçüncü şəxsin təkində xəbərə -s sonluğu əlavə edilir. I/your/we/they əvəzlikləri üçün isə hallanma eynidir.Yəni, yeddi müxtəlif əvəzliyin hallanmasını əzbərləmək əvəzinə sadəcə iki növ hallanmanı yadda saxlamalısınız.

İngilis dili sözlərində başqa nümunələr axtarın. Nümunələrə diqqət yetirib, onlardan istifadə etmək ingilis dilini daha asan öyrənməyə və danışmağa kömək edəcək.

Qısa mətnlər oxumağa başlayın

Şəkilli kitablar və ya uşaq kitabları kimi sadə bir şeylə oxumağa başlayın. İngilis dilini öyrənməyə yeni başlayanda uzun xəbər məqalələrini və ya 300 səhifəlik romanları anlamaq çox çətin olacaq. Bezib öyrənməkdən imtina etmək istəyə bilərsiniz.

Kiçik, asan mətnlərlə başladıqda mətni anlayacaq, özünüzə inam qazanacaq və daha çox öyrənmək istəyəcəksiniz.

Oxuduğunuz hər mətni ətraflı öyrənmək üçün vaxt ayırın. Daha çox söz öyrəndikcə daha uzun və çətin mətnləri oxumağı bacaracaqsınız.

Tez-tez danışın

Dil daşıyıcıları ilə bacardığınız qədər tez-tez danışın. Ya dil mübadiləsi üçün bir şəxs, ya da onlayn müəllim tapın. Həftədə ən az bir dəfə ana dili ingilis dili olan biriylə qısa söhbət etmək üçün görüş təyin edin.

Özünüzə meydan oxuyun

Kiçik addımlarla başlasanız belə bacardığınız qədər ingilis dilini istifadə etmək üçün özünüzə meydan oxuyun. İngilis dilli vebsaytlara baxın. Sosial media üzərindən ingilis dilindən istifadə edən bir qrupa qoşulun. İngilis dilində danışılan bir restorana gedin və ingilis dilində yemək sifariş verin.

İngilis dilində gündəlik jurnal tutun. Mobil telefonunuzdan istifadə edərək hər gün ingilis dilində o gün nə baş verdiyi haqqında audio qeydlər aparın. Davamlı şəkildə müxtəlif yollarla məşq edin.

Yeni başlayanlar üçün ingilis dilində söz və söz birləşmələri

İngilis dilini ilk öyrənməyə başlayanda müəyyən sözlər vardır ki, onları öyrənməlisiniz. Bu sözlər tez-tez istifadə olunur. Onları yaxşı bilmək ingilis dilində orta səviyyəyə daha sürətli çatmağınıza sizə kömək edəcək.

Aşağıdakı “əsas sözlər və sadə (təməl ehtiyaclarınızı qarşılaya biləcək qədər) ingilis dili” ifadələri sizə bələdçilik edə bilər. Bu kateqoriyalara aid olan sadə sözlər tapın. İngilis dilini öyrənmək üçün vacib sözlər və söz birləşmələri siyahısı kimi onlardan istifadə edin.

İlkin olaraq öyrənməli olduğunuz ən sadə sözlər bir neçə əsas mövzuya ayrıla bilər.

Salamlama və təqdim etmə

İngilis dilində ümumi salamlama ilə başlayın. Eyni zamanda, ailə və dostlarınıza, habelə həmkarlarınıza necə müraciət etməli olduğunuzu öyrənməlisiniz.

“DillBill”ə abunə olun və bu və digər başlanğıc səviyyə mövzular ilə bağlı asan və əyləncəli üsullarla hər şeyi öyrənin!

İnsanlara necə müraciət etməyi bildikdən sonra özünüzü ingilis dilində rəsmi və qeyri-rəsmi üsullarla təqdim etməyi öyrənin. Ətrafınızdakı insanları bir az tanıdıqdan sonra onlarla sadə dialoqlar qura bilərsiniz. Ümumi söhbət girişlərindən istifadə edin və ingilis dilində zəruri danışıq bacarıqlarına yiyələnin.

Ümumi ingilis dili sözləri

İnsanlarla görüşüb, onlarla kiçik dialoqa girmək üçün ümumi sözlərə ehtiyac duyacaqsınız.Söhbəti canlı saxlamaq üçün ingilis dilində ümumişlək feilləri öyrənin.

Sadə sual zərfləri

İngilis dilində sual verməyi öyrənmək iki səbəbdən önəmlidir: Əvvəla, məlumat almaq üçün sual verməlisiniz. İstiqamətini, qalmaq üçün yer soruşursunuzsa və ya iş haqqında ətraflı məlumat öyrənmək istəyirsinizsə, suallar sizə lazım olanı tapmaqda kömək edəcək.

İkincisi, ingilis dilində suallar vermək sizin danışıq bacarıqlarınızı təkmilləşdirəcək. Əksər insanlar özləri haqqında danışmağı sevir. Düzgün sual verməyi bacarsanız, insanlar haqqında daha çox şey öyrənəcək və onlarla kontakt yarada biləcəksiniz.

İngilis dilində bir çox sual cümlələri “W” ilə başlayır, buna “5W” deyilir:

Bu “wh” cümlələri yeni başlayan biri kimi ingilis dilini öyrənməyinizdə önəmli amildir.

Sayları öyrənmək və zamanı demək

İngilis dilində necə saymağı və rəqəmləri (xüsusilə böyük rəqəmləri) oxumağı bilmək hər gün (xüsusən ünvanlar , telefon nömrələri və bazarlıq üçün) yardımçınız olacaq.

İngilis dilində saatı demək üçün də rəqəmləri öyrənməlisiniz. İngilis dilində rəqəmləri, ümumi sözləri, sual zərflərini və digər bütün əsas şeyləri mənimsədikdən sonra öyrəndiklərinizi təkmilləşdirmək üçün növbəti mərhələyə keçə bilərsiniz.

  • Nəzakətli müraciət formaları
  • Hava ilə bağlı sözlər
  • Həftənin günləri, aylar və fəsillər
  • Rənglər və formalar
  • Tez-tez işlədilən ifadələr

Öyrəndiyiniz əsas və sadə (gündəlik həyatda tez-tez işlədilən) sözləri yadda saxlamaq üçün qeyd dəftərindən istifadə edin. Dəftərinizə yeni sözlər və ifadələr əlavə edərək onlar üzərində çalışa bilərsiniz. Həmin ifadələrlə sərbəst cümlələr qurmağa cəhd edin. Yüksək səslə oxumaq üçün qısa dialoqlar da yaza bilərsiniz.

İngilis dilində danışarkən söhbət əsnasında yeni sözlər və ifadələrdən istifadə edin. Bu sözləri siz nə qədər çox işlətsəniz, bir o qədər gündəlik nitqinizin bir parçası olacaq. Hətta bir müddət sonra həmin sözlər haqqında düşünməyəcəksiniz. Vəziyyətə uyğun gəldikdə həmin sözləri avtomatik olaraq istifadə edəcəksiniz.

YENİ BAŞLAYANLAR ÜÇÜN İNGİLİS DİLİ QRAMMATİKASI

İngilis dili lüğəti sizin dil biliyinizin bir ev kimi bünövrəsini qoyursa qrammatika da bu evin çərçivəsi olan sütunlardır.

Qrammatika üzrərində çalışmaqdan həzz almaya bilərsiniz. Lakin ingilis dili qrammatikasının əsaslarını yaxşı mənimsədikdə ingilis dilində danışmaq, oxumaq, yazmaq və anlamağın çox daha asan olduğunu görəcəksiniz:

  • İngilis dili əlifbası, samit və sait səslər
  • “To be” feili
  • Nitq hissələri (isim, sifət, əvəzlik, feil, zərf və s.)
  • İngilis dilində artikllar: the, a, an (müəyyən, qeyri-müəyyən)
  • Cümlə quruluşu və ingilis dilində bəzi sadə cümlələr

İngilis dili qrammatikasının bu əsaslarını qavradıqdan sonra növbəti addım sözönləri, feillər, cerund və modal feillər kimi mövzular olacaq.

İngilis dilində qrammatika biliyinin bu möhkəm təməli ilə siz sadə cümlələrin öhdəsindən asanlıqla gələcək və daha mürəkkəb ifadələri anlayıb istifadə etməyə başlayacaqsınız.

Yeni başlayanlar üçün ingilis dili bacarıqları

Lazımi sözlər və ifadələri öyrənməyə vaxt ayırıb, qrammatika ilə birgə onların necə işlədiyini anladığınızda bacarıqlarınızı təqdim etməyə hazır olacaqsınız.

İngilis dili bacarıqları nədir? Onlar əsas dörd kateqoriyaya ayrılır:

  • Dinləmə (listening)
  • Danışma (speaking)
  • Oxuma (reading)
  • Yazma (writing)

Bütün bunları qavrayaraq etdiyinizdə öyrəndiyinizi görəcəksiniz. Dinləmə və danışma bir-birbiri ilə əlaqəlidir. Oxuma və yazmada da bu belədir.

Dil daşıyıcılarını dinləmək sizə necə səlis şəkildə danışacağınızı öyrədəcək.İngilis dilində mətn oxumaq sizə bu dildə necə düzgün yazacağınızı öyrədəcək.

Yadda saxlayın: Danışmadan öncə dinləməli, yazmadan öncə oxumalısınız!

Dinləmə və danışma

Yavaş və aydın danışılan çox sadə ingilis dilindən istifadə olunan mənbələr tapın. Yeni başlayanlar üçün ingilis dilində danışıq və salamlama kimi sadə mövzularla bağlı qısa dialoqlardan başlayın. Salamlamaq, sual vermək və sağollaşmaq üçün işlədilən söz və ifadələrə diqqət yetirin. Öncə dinləyin, sonra təkrarlayın.

İlk dəfədən mükəmməl şəkildə təkrarlamasınız belə dialoqda eşitdiyiniz şəkildə tələffüz edənədək cəhd edin. Çətinlik çəkdiyiniz sözləri bir yerə qeyd edin və ingilis dilində düzgün tələffüzü öyrənmək üçün strategiyalardan istifadə edin. Dinləmə bacarığınızı dialoqlarla məhdudlaşdırmayın. İngilis dilində informasiya mənbələri olduqca çoxdur. Nə qədər fərqli materiallar dinləsəniz, bir o qədər çox öyrənəcəksiniz. Müxtəlif mənbələrdən yararlanın. İngilis dilində asan mahnılar dinləyin. Birlikdə oxuyun. Sözləri, nəqarətləri və xorları təkrarlamaq yeni sözləri və ifadələri yadda saxlamağa kömək edəcək.

Cizgi filmləri kimi uşaq proqramlarını izləyin. Yeni başlayanlar üçün ingilis dilini öyrənmək “Looney Toons,” “SpongeBob SquarePants,” “The Simpsons” və ya “Family Guy” izləmək üçün yaxşı bəhanədir.

Bəzi jarqon və deyimləri öyrənmək üçün vaxt ayırın. TV proqramlar, musiqilər və söhbət əsnasında eşitdiklərinizin çoxu “ingilis dili dərslikləri”ndə olmayacaq.

Real danışıqda istifadə olunan ingilis dilini daha sürətli öyrənmək üçün DillBill platformasının verdiyi fürsətlərdən istifadə edin. ABŞ-ın müxtəlif ştatlarında yaşayan müəllimlərlə ingilis dilində bacardıqca çox danışıb müxtəlif aksentləri öyrənin.DillBill müxtəlif mövzularla bağlı oxu materialları da təqdim edir ki, onlar sizin “reading” bacarıqlarını inkişaf etdirəcək. Həmin vasitələrlə gündəlik ingilis dili ifadələrini daha yaxşı anlaya və yadda saxlaya bilərsiniz.

Mümkün qədər çalışın ki, ingilis dilində axıcı danışan biri və ya tyütorlar ilə sadə dialoqlar edərək praktika edəsiniz. İngilis dilində tələffüzünüzlə bağlı onlardan rəy alın.

Eşitdiyinizi düzgün anladığınızdan əmin olmaq üçün bir-birinizə suallar verin. İngilis dilində izlədiyiniz proqramlar və sevdiyiniz musiqilər haqqında danışın.

Oxuma və yazma

İngilis dilində qısa və asan mənbələr oxumaqla başlayın. Oxuduqlarınızın anlamaq istəyirsinizsə, daha çox yeni söz öyrənin.

Asan və qısa hekayələr ingilis dilinə yeni başlayan oxucular üçün əla seçim ola bilər. Daha uzun mətnləri oxumağa çalışmaq istəyirsinizsə ingilis dilində uşaq kitabları və digər asan romanlar ilə praktika edin.

Yeni başlayanlar üçün ingilis dilində oxuma vərdişləri ilə məşğul olun və oxuduğunuzla əlaqəli çoxsaylı sualları cavablandıraraq anladıqlarınızı sınaqdan keçirəcək çalışmalar edin. Bir müddət ingilis dilində oxuduqdan sonra yazmaqda özünüzü daha inamlı hiss edəcəksiniz. Yazılı ingiliscədə özünüzü necə ifadə edəcəyinizlə bağlı daha yaxşı fikrə sahib olacaqsınız.

İngilis dilində bəzi yazı məsləhətlərini öyrənin. Qısa cümlə və mətnlər yazmaqla onlar üzərində çalışın. Sizi maraqlandıran hər şey haqqında yazın. Günbəgün yaşadıqlarınız, oxuduğunuz kitablar və ya izlədiyiniz TV proqramları ilə bağlı yaza bilərsiniz. Mətnlərinizi oxuyacaq və yazınızı təkmilləşdirmək üçün sizə məsləhətlər verəcək birini tapmağa çalışın.

İngilis dili bacarıqlarınızı inkişaf etdirməyin açarı davamlılıqdır.

Hər gün bir az məşq edin. Dinləmə və danışıq, oxuma və yazma üzərində çalışın. Öyrəndiklərinizi yenidən gözdən keçirin və növbəti mərhələdə nə öyrənmək istədiyinizi planlaşdırın. Tezliklə yeni başlayanlar üçün peşəkar olacaqsınız. İrəli səviyyə ingilis dilində danışmaq planları olan biri olaraq orta səviyyə ingilis dilinə keçid edəcəksiniz…

Necə öz MAC ünvanı tapa bilərəm?

MAC ünvanı tapmaq üçün necə haqqında danışmaq edək. Mən bir çox istifadəçi başqa bir cihaz şəbəkə kartı unikal nömrəsini və ya dizüstü kompüter surəti lazımdır zaman zaman kimi, halları var, dəfələrlə bu məsələdə maraqlı olduğunu düşünürəm. Siz həmçinin quraşdırma bu ünvan yalnız bir router satın daxil etmək lazım ola bilər.

Siz məcburi məcburi maşın şəbəkə cihaz istifadə edən xüsusi provayderi bağlı əgər MAC-ünvanı tapmaq üçün müəyyən edir. Sizin kompüter dəyişdirmək, və ya bir router, şəbəkə və İnternet almaq üçün seçin zaman Həqiqətən, bu halda, sadəcə Ünvanı opredelnie çünki istinad işləmir. istehsalçıları, çünki bu qurğular (kompüter, onların hər biri üçün müəyyən noutbuk, yönlendirici, və s.) öz unikal ünvanı var. Bir qoşula bilər ki, demək olar ki, hər bir cihaz onu dəyişdirmək üçün imkanı var Lakin, narahat olmayın şəbəkə kabel.

Amma indi biz şəbəkə xəritədə bu göstərici dəyişdirmək üçün necə dayanmaq olmaz. Bu gün bizim vəzifəmiz MAC ünvanı tapmaq üçün necə anlamaq üçün. Bu fərqli bir kompüter və ya laptop bu seçimi müəyyən etmək lazımdır hallarda doğru olacaq və istədiyiniz seçimi yalnız bir xüsusi maşın qeydə alınır.

Belə ki, MAC ünvanı tapmaq üçün, şəbəkə kabel qoşulmaq lazımdır şəbəkə adapter. Bundan sonra start menyu vasitəsilə siz “Şəbəkə və İnternet” gedəcək “Control Panel”, axır. paylaşılan kimi, həmçinin şəbəkələrin idarə məsul mərkəzinə getmək lazımdır. Bu siz sol Change adapter parametrləri nişanı görəcəksiniz. Yəni, və mətbuat var. Zaman müvafiq qutusu, siz adətən lokal şəbəkə adlanır zəruri şəbəkə bağlantısı tapa bilərsiniz.

Next, status seçimi seçin və yeni pəncərədə, nişanı dəstək aktivləşdirin. Yaxşı, burada yalnız şirkət düyməsini basın. İndi necə MAC ünvanı tapmaq üçün? Siz fiziki ünvanı simli görmək? Ki, düzgün ölçüsüdür şəbəkə kartı. Siz həmçinin xüsusi şəbəkə adapter nəzərdə tutulmuş olan IP-ünvanı və ya əldə görmək imkanı var. digər əlaqədar kompüter, noutbuk və ya router onları təqdim etmək, kağız üzərində lazımi məlumatları Rip.

Lakin bütün deyil. MAC ünvanı tapmaq üçün necə bir üsul var. icra xətt imkan start menyu geri edin. “Cmd” Bu müəyyən və sonra Enter düyməsini basın. Gördüyünüz zaman skript istemi, “getmac” daxil edin və yenidən daxil edin düyməsini basın. Bir neçə saniyə sonra şəbəkə əlaqələri ilə bağlı cihazlar üçün bütün mövcud URL göstərir ki, bir uzun string görəcəksiniz. Bir neçə variantları var, və sizə lazım olan bilmirsinizsə, onda qoşulma olmaması deyərək, heç bir şərh yoxdur olan o yola. güc şnurunu həmişə şəbəkə kartı daxil etmək lazımdır ki, unutmayın.

Mac ünvanından istehsalçının adını necə öyrənə bilərəm

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Texnologiya İP ünvanını necə öyrənmək olar?

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Yanvar 26, 2020 – 00:28

!Reklam – Yazi

İnternetdəki şəxsiyyət nömrəsi adlandıra biləcəyimiz İP ünvanlarımızı tez öyrənmək üçün nə etməliyik?

İnternetin dərin hissələrinə dalmırsınızsa və ya şəbəkə əlaqələrini istifadə edərək ətraflı əməliyyatlar etmirsinizsə, hər zaman IP ünvanınızı bilmək məcburiyyətində deyilsiniz. Ancaq mütləq IP ünvanınızı bilməli olduğunuz məqamlar da olur. İP sorğu əməliyyatı edərək şəxsi ünvanınızı öyrənə bilərsiniz. Nəzərinizə çatdıraq ki, IP ünvanı düşündüyünüz qədər mürəkkəb deyil. İnternetə qoşulan hər cihazın IP ünvanı var. IP sorğu prosesi nəticəsində qarşınıza çıxan ünvan- nöqtə ilə ayrılmış 4 nömrədən ibarətdir. Nömrələrin hər biri maksimum üç xanalı və “254” sayına qədər olur. IP sorğu ilə əldə etdiyiniz ünvan sizə özəl olur. Gəlin əvvəlcə neçə cür İP ünvanları olduğuna nəzər yetirək Dedik ki, internetə qoşulan hər cihazın bir IP ünvanı var. Ancaq IP ünvanı düşündüyünüz kimi bir yox, ikidir. Səbəb isə hər birinin fərqli funksiyaya malik olmasıdır. Fərqində olmasanız da IP ünvanlarınız internet dünyasında mövcud olma və yerli şəbəkələrlə qarşılıqlı əlaqə qurmağa imkan verir. Cihazınıza aid iki İP ünvandan biri xüsusi IP, digəri açıq IP adlanır. Xüsusi(Lokal) IP: Yenicag.az ted.az-a istinadən bildirir ki, xüsusi, yəni lokal IP ünvanı sizin yerli şəbəkədəki cihaz mənsubiyyətinizdir. Yerli Şəbəkə və ya orjinal adı ilə desək LAN (Local Area Network) yaxınlıqda olan digər cihazlarla qarşılıqlı əlaqəni ifadə edir. Məsələn, kompüterinizlə printer arasındakı əlaqə ən çox istifadə olunan nümunələrdən biridir. Lokal şəbəkə üzərindən edilən əməliyyatlar daha sürətli və səmərəli olduğu üçün buna əsasən ofis mühitində üstünlük verilir. Açıq IP: Açıq IP ünvanı dünyaya açılan bir qapınızdır, deyə bilərik. Bu İP ünvan növü cihazınızın internetə bağlanması və digər internet istifadəçiləri ilə ünsiyyət qurmaq üçün lazım olan şəxsiyyət nömrəsidir. Açıq IP ünvanı yaşadığınız bölgə və internet provayderiniz kimi məlumatları əks etdirir. İctimai IP ünvanınız hər kəs tərəfindən görülə bilər. Modemi söndürdüyünüz zaman açıq IP ünvanı dəyişəcək, lakin buna baxmayaraq, heç vaxt tam məxfilik olmur. İP ünvanını necə öyrənə bilərik? CMD üzerinden Local IP sorğusu: -Başlat vasitəsi ilə axtarış çubuğuna daxil olun -Axtarış çubuğuna “CMD” yazın. -Görünən variantlardan “Əmr xətti” düyməsini basın. -Ekrana “ipconfig” sözünü yazın və Enter düyməsini sıxın. -Qarşınıza mürəkkəb ekran görüntüsü çıxacaq, narahat olmayın. -“Ipv4 Ünvanı” sətrini tapın -Bu sətirdəki nömrə lokal IP ünvanınızdır. Açıq İP ünvanını öyrənmək -İnternet brauzerinizi açın. -Hər hansı bir axtarış motoruna “IP sorğu” yazın. -Axtarış motoru açıq IP ünvanınızı aşkar edəcək. -Yoxdursa göstərilən veb saytlardan birinə daxil olun. -İnternet saytında IP ünvanınızı, yerinizi və internet brauzerlərinizi görə bilərsiniz. Qeyd edək ki, gündəlik internet istifadəsi zamanı IP ünvanlarınızı bilməyə ehtiyac yoxdur, çünki bu ünvan əməliyyatlarınız zamanı avtomatik olaraq, cihazınız tərəfindən istifadə olunur. Ancaq IP ünvanını bilmək lazım olan bir vəziyyət yaranarsa, bəhs etdiyimiz üsullardan istifadə edərək, asanlıqla IP sorğunu yerinə yetirə bilərsiniz.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Comments are closed, but trackbacks and pingbacks are open.