Facebookda iş yerimə görə birini necə tapa bilərəm?
Keçən həftə elan etdiyi Game Room tətbiqi ilə “Steam”a birbaşa rəqib olan “Facebook” indi də gözünü “LinkedIn”ə dikib.
Facebookda tanımadığım şəxsi necə tapa bilərəm?
Hər kəsə salam. Facebook profilinə görə həmin şəxsi tapmaq olar? Yəni kimdir? Harada yaşayır? Hansı qurğudan profilinə girir və s. Əgər həmin şəxsi məhkəməyə versəm tapa bilərlər? Yoxsa bu mümkün deyil? Xahiş edirəm bu haqda məlumat verərdiz.
Sualı verdi: Anar96 ( 16/01/2016 )
Kateqoriya: Sual . facebook. Qısa keçid.
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
Normal yolla heç cür. Əgər cinayət tərkibli əməli varsa, polisə şikayət edə bilərsiz, onlar məşğul olsun, lazım gəlsə facebook-a sorğu göndərsin(ciddi cinayət təhlükəsi filan olanda göndərirlər rəsmi sorğu, onlar da kimliyini, harda yerləşdiyini və.s. polisə cavabla deyirlər). Yəni məhkəmə yox, polis məşğul ola bilər bu işlə.
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Hə çox sağolun. Elə məhkəmə yəni polisə ümumi halda desək aidiyyatı qurumlara nəzərdə tutmuşam. Ciddi deyəndəki bir nəfər imtahan sualların oğurlayıb facebookda paylaşıb. Müəllim də həmin şəxsi tapmaq istəyir. İmtahan suallarını da müəllimin özündən savayı heç kim görməməli idi. Əks təqdirdə suallar yenidən hazırlanmalıdırki bu da mümkünsüzə bərabərdir.
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin
Cavab verin
Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.
Facebookda iş yerimə görə birini necə tapa bilərəm?
Keçən həftə elan etdiyi Game Room tətbiqi ilə “Steam”a birbaşa rəqib olan “Facebook” indi də gözünü “LinkedIn”ə dikib.
“Facebook” yeni açıqlamasında, iş verənlərin iş elanı verə biləcəyi və gələn müraciətləri dəyərləndirə biləcəkləri yeni bir mexanizmi test etməyə başladığını elan etdi.
İş və işçi axtarışı sosial şəbəkəsi Facebook
“Facebook”un hələki bu xidməti sınaq versiyasından çıxardıb tam olaraq istifadəyə alıb almayacağı bilinmir. Ancaq LinkedIn-də çox sayda professionalın olduğu və Facebook yerinə çox zaman LinkedIni izlədikləri də həqiqətdir.
Sosial Media nəhənginin əlavə olaraq LinkedIn-dəki iş elanlarından əldə edilən gəlirə də göz dikmiş ola biləcəyi düşünülür. 3-cü rüb maliyyə hesabatları açıqlanan Facebook-un rəqəmləri, sosial media nəhənginin ən yaxşı gəlirli dövründə olduğuna əyani sübut oldu. Lakin o hələdə digər şirkətlərin gəlirinə göz dikməyə davam edir.
LinkedIn, iş elanı vermək istəyənlərdən müəyyən ödənişlər alır və ya abunəlik haqqı tələb edir. Bu da LinkedIn üçün əsas gəlir mənbəyi hesab olunur.
Beləki bu cür bir iş/işçi axtarış funksiyasının Facebook-a əlavə edilməsi ilə iş həyatına başlamaq üzrə olan saysız gənci də Facebook-a çəkmək və ya Facebook-da saxlamaq şirkətin gəlirlərini daha da artıracaq.
Comments are closed, but trackbacks and pingbacks are open.