Press "Enter" to skip to content

Babasil ağrılarından necə yaxa qurtarmaq olar? Yardım

Bu günlərdə bir çox insanların pullarını investisiya kimi banklara yatırırlar. Yəni bank depozitlərinə yatırım edirlər. Bəs görəsən bu nə qədər sərfəlidir. Gəlin ilk öncə ölkədə fəaliyyət göstərən 30 bankın depozit faizləri və müddətləri ilə tanış olaq.

Beynin neçə faizi istifadə edilə bilər?

Bütün düşüncələrimizin, hisslərimizin və hərəkətlərimizin əsas mənbəyi olan beyin, 86 milyardlıq bir-birinə bağlı neyron şəbəkəsi sayəsində kainatın ən mürəkkəb obyektlərindən biri hesab edilir. Ən qədim və ən geniş yayılmış fikirlərdən biri də beynin yalnız kiçik bir hissəsindən istifadə edilməsi və beynin istifadəsiz qalmış hissəsindən yararlanmaqla idrak qabiliyyətlərini daha da inkişaf etdirməyin mümkün olmasıdır.

Sonxeber.az deyerler.org-a istinadən bildirir ki, insanlar tətbiq olunmayan potensialdan istifadə etməyi öyrənərək zehni qabiliyyətlərini inkişaf etdirmək istəyir. 19-cu və 20-ci əsrin əvvəllərində alimlər apardıqları təcrübə zamanı, heyvanların beyinlərinin hətta kiçik bir hissəsi qalmaqla davranışlarınının dəyişmədiyini kəşf etmişdi. Bu, tədqiqatçıların beynin kiçik bir hissəsinin belə zehni qabiliyyətlərin lazım olduğu kimi reallaşması üçün kifayət olduğu qənaətinə gəlməsinə səbəb oldu.

Müasir klinik təcrübə açıq şəkildə beynin 10% işləmə mifi ilə ziddiyyət təşkil edir, beynin hətta çox kiçik sahələrinə, məsələn insult halı, xəstənin zehni qabiliyyəti üçün fəlakətli nəticələrə səbəb ola bilər. Müasir üsullar və beyin funksiyasının müşahidəsi də bu nəzəriyyə ilə ziddiyyət təşkil edir. Bu müşahidələr, əksər tapşırıqlar zamanı beynin çox hissəsinin aktiv olduğunu göstərir.

Beyin, bədənin ümumi enerjisinin 20-25%-ni istifadə edir. Beyin əslində 86 milyard neyronunun hamısını eyni anda aktiv etmir. Məhz siqnal göndərən hüceyrələr və eyni zamanda istirahətdə qalan hüceyrələr arasındakı tarazlıq beynin məlumat işləmə qabiliyyəti üçün vacibdir.

Maraqlı Baxılıb: 938 Tarix: 21 may 2021

Şikayətiniz varsa Whatsapp: 051 7028255

DİGƏR MARAQLI XƏBƏRLƏR

Dərinizi yumşaq və gözəl edən təbii VASİTƏ

Məhsul haqqında BURADAN . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv

9 sentyabr 2021

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA.

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021

Artıq çəkidən bezmisiniz? – HƏLL YOLU BURADA

Məhsul haqqında. Ən çox artıq çəkili insanlar həddindən artıq kilolardan qurtulmaq üçün asan yollar axtarışındadır. Kiloqramı atmaq daha çətindir, çünki bunun üçün diyetanızı qorumaq və həyat fəaliyyətini artırmaq lazımdır. Buna görə istehlakçı kütlələri arasında geniş tələbat kütləsinin sürətlə normallaşdırılmasın

Evlərinizin uyğun qiymətə yüksək və keyfiyyətlə təmirini və dizaynı bizə etibar edin!

Mənim ustam sizlərə keyfiyyətli və səliqəli tikinti , təmir və dizayn işləri təklif edir. Bütün işlərimizdə yüksək keyfiyyətli Almaniya, Türkiyə və Ukrayna istehsali olan materiyallardan istifadə olunur. Evinizin tikinti və təmirini tam güvənlə başlanğıcdan sonuna qədər bizə əmanət edə bilərsiniz. Xidmətlərimiz

Ağ saçlardan bezmisiniz?

Məhsul haqqında. Dexe Black Hair Shampoo. Ağ saçları qaraldan şampun. Artıq bəylərimiz də komplekslərindən asanlıqla qurtula bilər. Sizi cavan göstərəcək bu məhsul vasitəsiylə ağ saçlara əlvida deyin. Məhsulu BURADAN SİFARİŞ EDİN. WhatsApp:055 239 54 49

Kökəlmək istəyənlərə TÖVSİYYƏ: Samyun Wan kökəldici

Məhsul haqqında. Sifariş:055 239 54 49. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

Uşaq paltarlarını yuyarkən bunlara diqqət edin – DÜZGÜN QAYDALAR

Uşaqların dərisi çox həssasdır. Buna görə onların paltarını yuyarkən diqqətli olmaq lazımdır. uşaq paltarlarının düzgün yuyulma qaydalarını təqdim edir. – Uşaq paltarları, mütləq ayrı yuyulmalıdır. – Paltarların içində olan etiketləri kəsin. Beləliklə, uşağınızın dərisinin aşınmasının qarşısını alacaqsınız

ABŞ şirkəti hakerlərə 5 milyon dollar RÜŞVƏT VERDİ

ABŞ-ın ən böyük neft boru kəməri “Colonial Pipeline” boru kəmərinin saytı kiberhücumlar səbəbiylə müvəqqəti olaraq bağlanıb. Unikal.org-a istinadən xəbər verir ki, sayt rəhbərliyi hakerlərlə əlaqə saxlayaraq, onlara külli miqdarda pul ödədiyi məlum olub. Belə ki, rəsmi açıqlama verməsələrd

Bu uşağın videosu internetdə rekord qırır – VİDEO

“Tik-Tok” sosial şəbəkəsində paylaşılan video insanların diqqətini çəkib. xəbər verir ki, balaca Adamın yemək qazanında çəkilən videosu 50 milyon baxış toplayıb. Bir anda məşhurlaşan balacanın videoları çox sayda şərh və bəyənmə toplayıb. Sosial şəbəkədə “Adams food” adlı səhifəd

Babasil ağrılarından necə yaxa qurtarmaq olar? Yardım

Babasil bütün dünyada ən çox yayılmış xəstəliklərdən biridir.

Belə hesab olunur ki, dünyada yaşayan 80%-ə qədər insanlarda bu və ya digər formada babasil var. Təbii ki, babasil mütləq müalicə olunmalıdır. Saglamolun.az bildirir ki, gecikmiş mərhələlərdə xəstəlik çox ağır fəsadlar verir.

Digər simptomlarla (qaşınma, qanaxma, seliyin ifrazı və s.) yanaşı babasil özünü güclü ağrılarla da büruzə verir. Belə ağrılar zamanı ilk tibbi yardım məqsədi ilə bu kimi vasitələrdən istifadə etmək olar:

– Xarici babasil zamanı (genişlənmiş damarlar bayıra çıxır) ağrılar xüsusi mazların (heparin mazı, Проктозан mazı, Гепатромбин mazı, Relif mazı və s.) köməyi ilə aradan qaldırılır.

Daxili babasil (genişlənmiş damarlar içəridədir) zamanı isə xüsusi şamlardan – Relif, Гепатромбин Г, Aнестезол və s. istifadə etmək olar. Анестезол təzyiqin qalxmasına səbəb ola bilər ki, bu preparatın hipertoniyadan əziyyət çəkən insanların qəbul etməsi tövsiyə edilmir.

– Novokainlə şamlar da yaxşı effekt verir. Lakin onların istifadəsinə müəyyən məhdudiyyətlər var.

– Babasil ağrıları zamanı soyuq kömək edir. Soyuğun təsirində burada olan qan damarları daralır və ağrı hissi də azalır. Parçaya bükülmüş buz 5 dəqiqə ərzində anal dəliyin nahiyəsinə qoyulmalıdır. Əgər xəstədə olan hər hansı digər pozulmaya görə (sidik-cinsiyyət sistemi iltihabları və s.) buzdan istifadə etmək olmaz, bu halda soyuq su ilə kompreslər istifadə oluna bilər – soyuq suda isladılmış parça anal dəliyi nahiyəsinə qoyulur və tez-tez dəyişilir.

– Çömələrək oturmaq vəziyyəti də ağrıların azalmasına kömək edir.

– Hirudoterapiya (zəli ilə müalicə) də babasil zamanı olan güclü ağrıların azalmasına kömək edir. Ağrıkəsici təsirdən əlavə, zəlinin tüpürcəyində tromblaşma proseslərinə mane olan maddələr var. Bu səbəbdən hirudoterapiya babasil zamanı yaxşı müalicəvi təsir edir.

– Əgər heç bir vasitənin köməyi ilə kəskin ağrıdan azad olmaq mümkün olmazsa, xəstəyə novokain blokadası (inyeksiyalar) qoyula bilər. Bunu yalnız həkim edə bilər.

– Palıd qabığı və çobanyastığı dəmləmələri ilə oturaq vannaları və ya kiçik klizmalar (50 ml. kiçik klizma istifadə olunur) da çox yaxşı kömək edir.

İstənilən vasitənin istifadəsindən əvvəl mütləq həkimlə məsləhətləşin.

Saglamolun.Az

Banklarda əmanət faizləri – SİYAHI

Bu günlərdə bir çox insanların pullarını investisiya kimi banklara yatırırlar. Yəni bank depozitlərinə yatırım edirlər. Bəs görəsən bu nə qədər sərfəlidir. Gəlin ilk öncə ölkədə fəaliyyət göstərən 30 bankın depozit faizləri və müddətləri ilə tanış olaq.

Accsessbank

Depozitə qoyulmalı olan minimal məbləğ 50 manatdır. Əmanətin müddəti əmanət növündən asılı olaraq 1-60 aydır. Manatda maksimal faiz dərəcəsi 11%-dir. Dollarda 1%, avroda isə 0.5%-dir. Əmanət faizlərinin ödənişi aylıq,rüblük,yarımillik,illik və ya müddətin sonunda olur.

AFB Bank

AFB Bankda manatda olan müddəti 6 ay olan əmanətlərə 4%, 12 ay müddətinə yatırılan manat əmanətinə isə 7% gəlirlik təklif olunur.

Dollar və avroda olan əmanətlərə görə 6 aydan 12-aya kimi 1% 12 ay və daha artıq olanda 1.5% təklif olunur.

AGB Bank

AGB Bankda manatda əmanət faizləri müddətindən asılı olaraq 11-13% arasında dəyişir. Valyutada əmanət faizləri isə 1-3% arasında dəyişir. Qeyd edək ki, yüksək faizli əmanətlər uzun müddətə yatırılanda və müddətin sonunda götürüləndə bu faizlər verilir müştərilərə. Minimal məbləğ isə 100 dollar və ya 100 manatdır.

Amrahbank

Amrahbankda minimal əmanət məbləği 50 manat və 50 dollardan az olmamalıdır. Manatda olan əmanətlərə görə maksimum 10% gəlirlik faizi verilir. 10% maksimum müddətə qoyulduqda əldə etmək mümkündür. Dollarda isə 1-2% gəlirlik mümkündür. Avroda isə faiz gəlirliyi 0.5-0.75% arasında dəyişir.

Ata Bank

Ata Bankda minimal məbləğ 500 manat,500 dollar və ya 500 avro olmalıdır. Dollarda bir illik əmanət 3%,avroda illik gəlir 2%, manatda 60 aylıq əmanət isə 13% təşkil edir.

Azərbaycan Beynəlxalq Bankı

Bankda əmanətlərin faizlərinə əsasən fərdi olaraq yanaşılır. Yatırılacaq əmanətin məbləği isə 500(manat,dollar,avrodan)aşağı olmamalıdır. Əmanətlər isə 3-6-12 aylıq müddətə yatırıla bilər.

Azərbaycan Sənaye Bankı

Azərbaycan Sənaye Bankı nda manatla əmanət faizləri müddətdən asılı olaraq 5-12% arasında dəyişir. Faizlər isə müddətin sonunda ödənilir. Dollarda isə yalnız bir illik yatırılan əmanətlərə 1% gəlirlilik hesablanır. Avroda da yalnız 12 aylıq əmanətlərə faiz verilir. Bu zaman isə gəlirlilik faiz 0.5% təşkil edir.

Azər Türk Bank

Azər Türk Bankın standart əmanəti isə olduqca aşağı əmanət faiz verən banklardandır. Belə ki, standart əmanət yatırımda manata illik 3% gəlirlilik mümkündür. Dollarda isə bu faiz göstəricisi illik 1%dir. Faizləri yalnız müddətin sonunda götürmək mümkündür. Qoyulacaq əmanət isə 500-dən aşağı olmamalıdır. Bundan başqa stadart əmanətçilərə kart verilir ki,bu zaman vaxtından əvvəl pozulan müqavilə zamanı, müştəri kartın pulunu ödəməli olur.

Bank Avrasiya

Bank Avrasiya əmanətçilərinə manatda aylıq 2% illik isə 10% gəlirlilik vəd edir. Dollarda bu göstəricilər aylıq 0.25% illik isə 2.25%-dir. Avroda yatırılan əmanətlərə isə ən tez 12 ayın sonunda faiz verilir ki, bu göstərici də 0.5% təşkil edir. Bu banka yatırılacaq minimal məbləğ isə min (manat,dollar,avro) olmalıdır. Qeyd edək ki,əmanətin faktiki müddəti 6 ay olduqda əmanətçiyə faiz verilmir. Həmçinin bu bankda qoyulan əmanətin məbləği də artırıla bilməz. Əmanətin faizi isə 6 aydan 12-aya kimi olduqda əmanət faizinin 50% ödənilir.

Bank BTB

Bu bankda 31-91gün ərzində nə manatda nə də avroda yatırılan əmanətlərə faiz verilmir. Bank BTB-də manatda müddətli əmanətlərə maksimum 8%, dollarda isə 1% gəlirlilik hesablanır. Məlumat üçün bildirək ki, 300 min dollarda və ya artıq məbləğdə əmanət yatırmaq istəyənlərin faiz dərəcəsinə fərdi baxılır.

Bank Respublika

Bank Respublika fiziki şəxslərə illik manatda yatırılan əmanətlərə aylıq 2%,6 aylıq əmanətin müddətində isə 3%- lik gəlirlik ödəyir. İllik manatda yatırılan əmanət aylıq faizi 7%,illik müddətin sonunda isə 8% təşkil edir. Dollarda isə bu rəqəmlər 0.5% təşkil edir. 500 min manatdan yuxarı məbləğdə əmanət yatırmaq istəyənlərin faiz göstəricilərinə fərdi baxılır.

Bank Silk Vay

Bu bankda əmanət yatırmaq istəsəz minumum ya 500 min manatınız, dollarınız və ya avronuz olmalıdır. Bu zaman manatda olan zəmanətlərə illik 2%,dollarda isə 1.5% gəlirlilik hesablanır. Avro ilə yatırılan əmanətlərin faizlilik gəlirliyi isə razılaşma yolu hesablanır.

Bank VTB Azərbaycan

Bank VTB-də manata maksimum illik faiz 10.5%dir. Aylıq faiz isə 2%-dir. Dollarda bu göstərici isə maksimum 1%-dir. Dollarda isə aylıq ödəniş maksimum faizi 0.9%-dir.

ExpressBankda klassik əmanət növündə 12 aylıq manat əmanətində hər ay 10% gəlirlilik,dollarda isə bir illik əmanət yatırımında hər ay 1% gəlirlilik əldə etmək mümkündür. Müddətin sonunda isə manat 10.4% manatda,1.5% isə dollarda mümkündür.

GunayBank

Gunaybanka pul əmanət etmək istəyənlərin ən azı ya 500 manatı,bu məbləğdə dolları, ya da ki, avrosu olmalıdır. Bir illik yatırılacaq manatla əmanətə bank müddətin sonunda 12%,dollarda illik əmanətə isə 3%gəlirlilik verir. Qeyd edək ki, əmanətçi əmanətini vaxtından qabaq götürərsə bu zaman toplanmış faizlər müştərilərə ödənmir. 6 aydan tez götürülən əmanətlər görə isə müştəri 10 manat cərimələnir.

Xalq Bank

Xalq Bankda müddətli əmanət növündə minumum yatıracağınız əmanətin məbləği min manat olmalıdır. 3 aya qədər olan manatda əmanətlərə faiz ödənilmir. Bu müddət üçün dollar əmanətinə faizdən isə danışmağa dəyməz. 3 yadan 6 aya qədər olan manat əmanətləri üçün 1.5% ödənilir. Dollarda isə bu müddət üçün əmanət faizi nəzərdə tutulmayıb. Xalq Bankın müddətli əmanət növündə 6-9 ay üçün manatda 3%, dollarda isə 0.5%-dir. 9-12 ay müddətinə isə manatda 4.5%,dollarda 0.75%, avroda isə 0.375% gəlir faiz təklif olunur. Ümumilikdə bank manatda maksimum 6%, dollarda 1%, avroda isə 0.5% gəlir təklif edir.

Kapital Bank

Kapital Bankda kapital depoziti bir illik manat əmanətlərinə aylıq 8%,18 aylıq manat əmanətlərinə aylıq 8.5% təklif edilir. Dollarda olan əmanətlərə bu müddətə aylıq faiz gəlirliyi təklif olunmur. Dollarda əmanətlərə yalnız 24 aylıq yatırıma aylıq 0.2%,36 aylıq yatırıma isə ayda 0.4% təklif olunur. Manatda göstərilən bu müddətlərə isə aylıq müvafiq olaraq 9% və 9.5% gəlirlilik təklif olunur. Kapital depoziti əmanət növündə 36 aya maksimum 10%, dollarda isə maksimum 0.5% verilir. Əmanətin azaldılması – vaxtından əvvəl çıxarılan əmanətlər üzrə faizlər milli valyutada (AZN) illik 1% ilə ödənilir. Xarici valyutada (USD) vaxtından əvvəl çıxarılan əmanətlər üzrə illik azaldılan hissə min. 100 AZN/USD, əmanət 100 AZN/USD qalanadək azaldıla bilər. Otuz (30) təqvim günündən tez çıxarılan milli valyutada yerləşdirilən əmanətlərə faiz ödənilmir. Əmanətin rəsmiləşmə tarixindən on beş (15) təqvim günü ərzində əmanət tam çıxarıldığı halda müştəridən 5 manat komissiya tutulur.

Bank Melli İran

Bu bankda əmanət yatırmaq istəyənlərin minumum 5 min manatı olmalıdır. Qeyd edək ki, bank digər valyutada əmanət qəbul etmir. Əmanət 6 və 12 ay müddətinə yerləşdirilə bilər . Manatda 6 aylıq müddətinə yerləşdirilən əmanətlərə ayda 5%, müddətin sonunda isə 6% gəlirlilik ödənilir. 12 aylıq manat əmanətində isə hər ayın sonu 8%,müddətin sonunda isə 10% gəlirlilik təklif olunur.

MuğanBank

MuğanBank minumum əmanət olunacaq məbləğ 500 manatdır. Manatda maksimum illik faiz 12.5% dollarda isə maksimum faiz gəlirliyi illik 3%-dir. Qeyd edək ki müqavilə vaxtından əvvəl pozularsa 6 aya qədər əmanətin 1% 6 aydan sonrakı müddətdə pozularsa məbləğin 2%-i gəliri verilir.

NaxçıvanBank

Əmanətin minumum həddi 100 manatdır. İllik gəlirliyi 2%dir. Həmçinin bir çox banklardan fərqli olaraq NaxçıvanBank hesaba əlavə vəsaitin qəbul olunmasını və ya əmanətlərin hissə dənilməsinə icazə verir. NaxçıvanBankda illik maksimum gəlirlik 4% dir.

NBC Bank

NBC bankda 12 aylıq əmanət olunan manata illik maksimum 13%, dollarda illik əmanətə isə maksimum 3% ödənilir. Qeyd edək ki bu göstəricilər bankın maksimum depozit əmanət növündə təklif olunur və bu zaman qoyulacaq əmanət minumum 200 manat olmalıdır.

Nikoil Bank

Bu bankda əmanət edəcəyiniz məbləğin minumum məbləği 100 manat olmalıdır. Mnatda əmanət olunan məbləğin illik faizi 10.5% aybaay götürüləcək fiaz isə 10% təşkil edir. Dollarda qoyulan əmanətə ay sonunda 1.5% gəlir, müddət sonunda isə 2% gəlir əldə etmək olar.

Paşa Bank

Məlumat üçün bildirək ki, Paşa Bankın müştərisi olmayanlar bu banka pul yatırmq üçün ən azı 100 min manatları olmalıdır. Bu zaman faiz göstəricilərinə fərdi yanaşılır. Paşa Bankın müştəriləri olanlar isə 20-30 min arası depozit yatırmalıdır. Bu zaman manatda ayabaay faiz gəlirliyi 8.10%, ilin sonunda isə 8.50% olacaq. Dollarda aybaay faiz gəlirliyi 0.35%, müddətin sonunda isə 0.40% təklif olunur.

RabitəBank

Rabitəbankda minimum qoyulacaq məbləğ 200 manatdır. Bankın 24 aylıq manatda qoyulan əmanətə illik faizi 10% dollarda isə 1.5% dir. Aybaay manat depozitlərinin maksimum 3%-dir. Dollarda isə aylıq faiz ödənişi 0.5%-dir.

Turanbank

Turanbankda minimum qoyulacaq əmanət 100 manatdır. Illik manatda olan əmanətlərə aylıq 11% müddətin sonunda isə 11.40% ödənilir. Dollarda olan əmanətlərə isə aybaay 2%, müddətin sonunda isə 2.5% ödənilir.

Unibank

Unibankda minumum yatırmalı olduğunuz əmanət məbləği 50 manat,dollar və ya avro olmalıdır. Manatda yatırılacaq əmanəti aybaay götürmək istəyənlər illik 10%,müddətin sonunda isə 11% qazanacaqlar. Dollarda əmanət yatıranlar aybaay faizlərini götürmək istəsələr illik 1.5% müddətin sonunda isə 2% qazanc əldə etmiş olacaqlar.

Yapı Kredi Bank

Yapı Kredi Bankda qoyulacaq minimum məbləğ 250 manat olmalıdır. Bank manatda 36 aya yerləşdirilən əmanətə müddətin sonunda 10.50%, dollarda 0.50%,avroda isə 0.25% gəlir təşkil edir.

Ziraat Bank

Ziraat Bankda yatırılmalı olan minumum məbləğ min manatdır. Manat əmanətçilərinə Aylıq, üç ayda bir və müddət sonunda 1%, dollarda əmanəti olanlara isə 0.1% gəlir təklif olunur.

Məlumat üçün bildirək ki, Bank of Baku və Pakistan Milli Bankı əmanət qəbul etmirlər.

Aparılan araşdırmadən belə bəlli olur ki, bank depozitləri manatda maksimum 13%, dollarda isə 3% gəlir təklif edə bilirlər. Onu da qeyd edək ki, bu maksimum göstəriclərdi. Lakin heyfislənməyə dəyməz belə ki, bank əmanətləri ilə müqayisədə daha sərfəli dövlət istiqrazları var. Belə ki, dövlət istiqrazları bank depozitləri ilə müqayisədə daha çox 8-15% lik gəlir təklif edir. Dövlət istiqrazlarının əldə edilməsi ilə bağlı sualları olanlar 012 310 33 30 telefon nömrələrilə əlaqə saxlamaqla AzFinance İnvestisiya şirkətindən ətraflı məlumat əldə edə bilərlər.

Comments are closed, but trackbacks and pingbacks are open.