Press "Enter" to skip to content

Fakultativ məşğələ planı

Bakıda tanınmış pedaqoqla görüş keçirilib

Rövşən Mehbalıyev adına Tava kənd tam orta məktəb

Vətənpərvərlik mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də hallanır. Burada vətəninin xarakterini və mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir.

Vətənpərvərliyin tarixi kökü min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümumimilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir.

Vətənpərvərlik anlayışı müxtəlif mənalarda işlənmişdir. Amerika və Fransa burjuaziya inqilabları zamanı XVIII əsrdə bu, inqilabi ideologiya ilə əlaqələndirilmiş və “millət” anlayışı ilə eyniləşdirilmşdir. Sonralar vətənpərvərlik yeni dövlətlərin, milli və milli-azadlıq hərəkətlərinin yaranması zamanı və müharibələr ərəfəsində daha da aktuallaşmışdır. Tarix boyu vətənpərvərlik mühüm rol oynamışdır. İnsaniyyətin əleyhinə olan dar düşüncəli qrup marağını ifadə edən mütləq vətənpərvərlik şovinizmə daha yaxındır.

Sən mənə anasan, anamdan əziz,
Sənə məhəbbətim dənizdir, dəniz.
Ömrümün bir anı keçməsin sənsiz,
Ey mənim varlığım, qəlbim, vicdanım,
Mən sənə qurbanam, Azərbaycanım!
De, nemət varmıdır səndə olmayan?
Sərvətdən, qüdrətdən yoğrulub mayan.
Sönməz bir məşəlsən, Şərqə nur yayan,
“Qara qızıl”ındır damarda qanım,
Eşqinlə dolanır, Azərbaycanım!
Vurulur bir dəfə hüsnünə baxan,
Göy Göllə, Kəpəzlə bəzənib yaxan.
Füzuli şerini oxuyanda Xan,
Dünyaya yayılır sözüm, dastanım,
Sən də ucalırsan, Azərbaycanım!

Vətən müqəddəs bir varlıqdır. əgər bu torpagın havasını uduruqsa ,təbiiəti ilə canlanırıqsa, daşını ,suyunu gözəl səfalı meşələrini ,cənətini hiss ediriksə bu bizim vətəndir. Vətənpərvərliyimizi onun qorunmasında, yaşanmasında, daima canlanmasında ,gələcəyimiz naminə övladlarımızın bu tipdə böyüməsinə şalışmalıyıq .

Vətni qoruyaq !!
Vətni sevək !!
Vətənpərvər olaq !! ..

SİNİF RƏHBƏRİNİN HANSI SƏNƏDLƏRİ OLMALIDIR

Əsas sənədlər:
1. Sinif rəhbərinin fəaliyyət planı (illik, aylıq və həftəlik)
2. Valideynlərlə görüş dəftəri
3. Sinif pasportu
4. Sinif divar qəzetinin nömrələri
5. Şagirdlərlə fərdi söhbət dəftəri
6. Zəif oxuyan şagirdlərlə işlərin planı və icra sənədləri
7. Sinif rəhbərinin müəllimlərlə əlaqə dəftəri
8. Şagirdlərin öyrənilməsi üçün müşahidə dəftəri
9. Sinif valideyn komitəsinin iş planı
10. Keçirilən tədbirlərin qeyd dəftəri (məruzə və çıxışlar)
11.Valideyn iclaslarının protokolları
12. Şagird yığıncaqlarının protokolları
13. Şagirdlər qarşısında edilən məruzələr
14. Valideynlər qarşısında edilən məruzələr
15. Şəxsi təhsil planı
16. Müvafiq yuxarı orqanların verdiyi qanun və göstərişlərin icra sənədləri
Məlumatlar:
1. Sinif rəhbəri haqqında məlumat
2. Sinfin təlim göstəriciləri haqqında məlumatlar
3. Az təminatlı və yetim uşaqlar haqqında məlumat
4. Abunəçilərin siyahısı
5. Şagirdlərə kitabxanalardan verilmiş kitabların siyahısı (kitabxana ilə əlaqə)
6. Olimpiadalarda, müsabiqələrdə və digər bilik yarışlarında uğur qazanan şagirdlər haqqında məlumat.
7. Müxtəlif sahələrdə xüsusi istedadı olan şagirdlər haqqında məlumat
8. Sinif fəalları haqqında məlumat

Fakultativ məşğələ planı

2018-10-20 15:49:00

Məktəblərdə itmiş ənənə – dərsdənkənar məşğələ və dərnəklər əslində necə təşkil olunmalıdır?

Tez-tez müəllim, direktorlar , ümumiyyətlə, təhsil işçilərindən dərnək , fakültativ məşğələ haqqında fikirlər eşidirik. “Yoxlama gəlmişdi , dərnəkləri , fakültativləri yoxladı”, kimi ifadələrə də rast gəlirik. Sirr deyil ki, əksər məktəblərdə dərnək və dərsdənkənar məşğələlərin təşkili formal xarakter daşıyır və direktorun istəyinə hansısa müəllimin daha çox dərs saatı ilə təmin olunmasına yönəldilir. Bəs, əslində necə olmalıdır? AzEdu.az bununla bağlı maraqlı məqam və diqqətə alınmayan məsələlərə toxunacaq: Təhsil naziri hər il cari tədris ili üçün yeni tədris planı təsdiq edir və əmr imzalayır . Əmrdə “tədris planına əlavələr” adlı bir hissə olur ki , burada tədris planında nəzərdə tutulan dərsdənkənar məşğələlərin zəruri təyinatı ilə bağlı göstərişlər verilir. Məsələn, 2018-2019- cu il üçün nəzərdə tutulan tədris planına nəzər salsaq, görərik ki, hər il olduğu kimi, bu il də dərsdənkənar məşğələ qrupları və dərnəklər üçün şagirdlərin sayı səkkiz nəfərdən az olmamaqla komplektləşdirilməsi nəzərdə tutulub. Hər hansı sinifdə şagirdlərin sayı dərsdənkənar məşğələ qrupu təşkil etmək üçün müəyyən edilən normadan az olduqda, şagirdlərin meyl və marağı nəzərə alınmaqla, həmin dərsdənkənar məşğələ qrupuna yaxın siniflərin (məsələn, V-VI, VI-VII, VII-VIII və s.) şagirdlərinin cəlbinə icazə verilməsi qeyd olunub. Bundan başqa, dərsdənkənar məşğələlərin zəruri təyinatına birinci sinifdə dərsdənkənar məşğələlərə ayrılan bir saat dərs cədvəlinə daxil edilməklə “Riyaziyyat” fənninin tədrisinə verilməsi , II-IV siniflərdə dərsdənkənar məşğələlərə ayrılan bir saat müəyyən edilmiş məktəblərdə dərs cədvəlinə daxil olunmaqla “Şahmat” fənninin tədrisinə, “Şahmat” fənni keçilməyən məktəblərdə isə yenə “Riyaziyyat” fənninin tədrisinə verilməsi , bütün azsaylı xalqların kompakt yaşadıqları ərazilərdəki ümumtəhsil məktəblərinin birinci sinfində, “Şahmat” fənni keçilməyən məktəblərin isə ikinci ,dördüncü siniflərində, habelə ləzgi dili tədris olunan məktəblərin V-IX siniflərində valideynlər və təhsilalanlar arzu etdikləri halda, dərsdənkənar məşğələlərə ayrılan bir saat dərs cədvəlinə daxil edilməklə onların ana dilinin tədrisinə verilməsi , Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Xocavənd, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər, Laçın, Cəbrayıl, Şuşa, Qubadlı, Xocalı, Zəngilan rayonlarının bütün ümumtəhsil məktəblərinin, habelə Naxçıvan MR-in Ermənistanla sərhəddə yerləşmiş ümumtəhsil məktəblərinin VI (altıncı) siniflərində dəsrdənkənar məşğələlərə ayrılmış vaxt hesabına həftədə bir saat olmaqla ikinci yarımildə “Mina təhlükəsinə dair maariflənmə” adlı fakültativ kurs tədris olunması, bütün ümumtəhsil məktəblərində səkkizinci sinifdə dərsdənkənar məşğələlərə ayrılan saatlardan bir saatı dərs cədvəlinə daxil edilməklə “Qarabağın tarixi” kursunun tədrisinə ayrılması tədris planına əlavə qeydlər bölməsində öz əksini tapıb. Yerdə qalan siniflərdə dərsdənkənar məşğələlərin verilməsi şagirdlərin meyl və bacarıqları nəzərə alınmaqla , onların ərizələri əsasında məktəb rəhbərliyinin əmrinə görə müəyyənləşdirilir. Dərsdənkənar məşğələlərdə şagirdlərin minimum sayı səkkiz , maksimum sayı isə 15 olur. Dərsdənkənar məşğələlər üçün təlim tərbiyə işləri üzrə direktor müavini tərəfindən ayrıca cədvəl hazırlanır və məktəb direktoru tərəfindən təsdiq olunur. Dərsdənkənar məşğələlər üçün ayrıca jurnal verilir. Həmin jurnalda şagirdlərin adlı siyahısı və keçilən mövzuları qeyd etmək üçün qrafalar olur və fənni tədris edən müəllim tərəfindən qeydiyyat aparılır. Dərsdən kənar məşğələlər dərsdən sonra tədris olunur və cədvələ salınmır. Cədvələ salınan dərsdənkənar məşğələrə görə isə qiymətləndirmə aparılmır. Dərnəklərin təşkili qaydası da fakültativ məşğələlərin təşkili qaydalarına bənzəyir. Belə ki , dərnəklərin təşkili zamanı da minimum səkkiz , maksimum 15 uşaq nəzərdə tutulub. Eyni zamanda, dərnəklər hәr hansı bir mәktәbdә dәrnәklәrə ayrılmış ştat vahidinә (stavkasına) uyğun yaradılır. Tәhsilalanların meyl vә marağı, habelә mәktәbdә müvafiq tәdris maddi bazanın, pedaqoji kadr tәminatının olması nәzәrә alınmaqla , bir qayda olaraq, fәnn vә incәsәnәt sahәlәri, bәdii vә texniki yaradıcılıq, idman növlәri üzrә yaradılır. Dәrnәklәrin tәşkilindә әsas mәqsәd tәhsilalanların mövcud potensiallarının inkişafı, mәlumatlılıq sәviyyәsinin artırılması üçün lazımi şәraitin yaradılması, tәdris proqramları әsasında qazandıqları bilik vә bacarıqların genişlәndirilmәsi, onlarda yaradıcılıq vә tәtbiqetmә bacarıqlarının formalaşdırılmasından ibarәtdir. Dәrnәklәr şagirdlәrin könüllülüyü әsasında tәşkil olunur. Bu vә digәr dәrnәk mәqsәd vә mәzmunundan asılı olaraq, bir, yaxud bir neçә dәrs ili әrzindә fәaliyyәt göstәrә bilәr. Dövlәt büdcәsi hesabına maliyyәlәşdirilәn dәrnәklәr ibtidai, ümumi orta vә tam orta tәhsil sәviyyәsindә tәhsil alan şagirdlәrdәn tәşkil edilir. Hәmin dәrnәklәr komplektlәşdirilәrkәn sinif sәviyyәsindәn asılı olmayaraq şagirdlәrin marağı, istedad vә intellekti nәzәrә alınır. Dәrnәk rәhbәri mәktәb direktorunun әmri ilә tәyin vә azad edilir. Hәr hansı bir dәrnәyә rәhbәr tәyin olunarkәn (müәllim, yaxud kәnardan dәvәt olunan mütәxәssis) onun dәrnәyin istiqamәtinә, mәzmun vә mahiyyәtinә uyğun sәriştә vә peşәkarlığa malik olmasını tәsdiq edәn sәnәdlәr (diplom, sertifikat vә s.) nәzәrә alınır. Dәrnәklәr dәrsdәnkәnar vaxtlarda vә direktor tәrәfindәn tәsdiq olunmuş cәdvәl üzrә aparılır. Dәrnәklәrin fәaliyyәti yerli tәhsili idarәetmә orqanlarının tәsdiq etdiyi illik plan әsasında tәşkil olunur. Dәrnәk mәşğәlәlәri vә şagirdlәrin davamiyyәti müvafiq jurnalda qeyd edilir. İdman istiqamәtli dәrnәklәrә cәlb edilmiş şagirdlәr üçün onların sağlamlığı barәdә tibbi arayış tәqdim olunmalıdır. Mәktәbin rәhbәrliyi tәşkil olunan dәrnәklәrin sәmәrәli fәaliyyәti üçün mәsuliyyәt daşıyır. Dәrnәklәrin işinә ümumi rәhbәrlik vә nәzarәt direktor müavinlәrindәn birinin vәzifә bölgüsünә daxil olunur. Dәrnәklәrin dәrs ili (illәri) әrzindәki fәaliyyәti şagirdlәrin cәlb olunduqları dәrnәklәrin tәyinatına uyğun tәdbirlәrdә (sәrgi, müsabiqә, yarış, konsert, olimpiada vә s.) iştirak sәviyyәsinә görә qiymәtlәndirilir. Eyni zamanda mәktәbdә büdcә vәsaiti hesabına maliyyәlәşdirilәn dәrnәklәrlә yanaşı, bu “Qayda”dan irәli gәlәn tәlәblәr nәzәrә alınmaqla ödәnişli vә ictimai әsaslarla da dәrnәklәr tәşkil oluna bilәr. Ödənişli dərnəklərin təşkili zamanı təhsil idarəsindən razılıq alınmalı və direktor , dərnək rəhbəri və təhsil idarəsi arasında birgə fəaliyyətlə bağlı üçtərəfli müqavilə bağlanılır və dərnəkdən gələn gəlir lazımi hesaba köçürülür. Dərnəklər məktəbdə ştat cədvəlinə sinif komplektlərinin sayına uyğun olaraq təşkil olunur . 1 stavka dərnək həftədə 12 saat olmaqla tədris olunur. Əgər dərnəklərin tədrisində və ya təşkilində hər hansı boşluğa yol verildiyi aşkarlanarsa onun dayandırılması ilə bağlı məktəb rəhbərliyi tərəfindən əmr verilə bilər.Sonda onu qeyd etmək istəyirəm ki , dərnək və fakultativ məşğələlərin məktəbdə qanun çərçivəsində təşkil olunması hər kəsin ürəyincə ola bilrər. Dərnək və fakultativlərin verilməsi zamanı qanundan kənar nəsə etymək və ya tələbdə bulunmaq yolverilməzdir. Elşən Ramizoğlu

Bu bölməyə aid digər xəbərlər

Məktəblərdə psixoloji xidmətin monitorinqi aparılır

2023-03-15 09:47:09

Bu məktəbdə kimya, fizika, biologiya, musiqi müəllimi yoxdur – PROBLEM

2023-03-14 12:40:00

FHN orta məktəbdə təlim keçirib – FOTO

2023-03-13 16:31:00

Məktəblərdə ağacəkmə kampaniyası davam edir

2023-03-13 15:27:00

Sinif müəllimi əməliyyatdan sonra vəfat etdi

2023-03-13 09:32:06

Məktəblərdə fövqəladə hallar zamanı necə davranmalı.

2023-03-11 15:59:00

Azərbaycanda repetitor yanından qayıdan məktəbli qız QAÇIRILDI

2023-03-10 13:27:10

Bakıda tanınmış pedaqoqla görüş keçirilib

2023-03-09 16:25:02

FHN Bərdədə orta məktəbdə təlim keçirib

Dərsdən çıxan bir uşaq. Çıxıb neyləsin? – ARAŞDIRMA

“Azərbaycanda uşaqlar üçün yaradıcılıq mərkəzləri, günüuzadılan qruplar, yay-qış düşərgələrinin yaradılması gözlənilir”. Milli Məclisin Sosial siyasət komitəsinin bu ilin payız sessiyasında hazırlayacağı qanun layihəsi ilə bağlı səslənən məlumat xüsusən valideynlərin sevincinə səbəb olub. “Məktəbdən sonra uşağı hara qoyum?” sualı ilə üzləşənlərin bir növ rahat nəfəs alacaqlarına ümidləri yaranıb.

Belə ki, millət vəkili Məlahət İbrahimqızının mətbuata verdiyi açıqlamaya görə, komitə bu ilin payız sessiyasında “Uşaqların asudə vaxtının təşkili haqqında” qanun layihəsini hazırlayacaq: “Bu, Azərbaycan dövlətinin gənclər siyasətinə yönələn sosial layihəsidir. Uşaqların həm mənəvi cəhətdən, həm vətənpərvərlik nöqteyi-nəzərindən tərbiyələndirilməsi üçün onların asudə vaxtının təşkili çox vacibdir. Bununla bağlı da artıq qanunvericilik əsasları yaradılmalıdır”. Uşaqların həm fiziki, həm də mənəvi kamilliyini şərtləndirən tədbirlərin görülməsinin olduqca vacib olduğunu bildirən millət vəkili böyüyən nəslin mənəvi zənginliyini düşünməyin vacib olduğunu vurğulayıb: “Uşaqlarımızı yalnız savadlı deyil, həm də mənəvi cəhətdən kamil böyütməliyik. İnsan çox savadlı, lakin robot kimi böyüyə bilər. Ona görə də onların mənəvi zənginliyini düşünməlıiyik”.

M.İbrahimqızı sovet vaxtı uşaqlar üçün günü uzadılmış qruplar, düşərgələrin təşkil olunduğunu, uşaqların asudə vaxtının boş keçməməsinə şərait yaradan tədbirlərin həyata keçirildiyini xatırlayıb: “Xüsusi qruplarda uşaqlar dərslərini oxuyardılar, dərsdənkənar oxu ilə, idmanla məşğul olardılar”.

Komitə üzvü “Uşaqların asudə vaxtının təşkili haqqında” qanun layihəsi qəbul olunduqdan sonra bununla bağlı xüsusi dövlət proqramının hazırlanmasının mümkünlüyünü qeyd edib. “Dövlət proqramının fəaliyyət planına Azərbaycanda Uşaq Yaradıcılıq mərkəzlərinin sayının artırılması, həmçinin məktəblilər üçün yay-qış istirahət mərkəzlərinin tikilməsi daxil edilə bilər”.

Təhsil Nazirliyinin təlimat məktubunda isə ümumtəhsil məktəblərində günü uzadılmış qrupların çox müstəsna hallarda, bufet və ya yeməkxana olduğu, şagirdlərə isti yemək verildiyi, onların gündüz yuxusu təmin edildiyi və məktəblərdə növbəliliyin artmasına təsir etmədiyi təqdirdə açıla biləcəyi bildirilir. Ekspertlər təlimat məktubunun tələblərinin bu cür qrupların açılmasına əngəl olduğunu bildirirlər. Onların fikrincə, günüuzadılan qrupların yaradılması, fakültativ məşğələlərin, əlavə dərslərin tətbiqi və dərnəklərin fəaliyyəti şagirdlərin hərtərəfli inkişafı üçün əhəmyyətlidir.

Fakultativ məşğələlərin məktəbdə olması

Əməkdar müəllim Almaz Həsrət bizimlə söhbətində məsələnin gündəmə gəlməsinin təqdirəlayiq olduğunu bildirdi: “Hər bir şeydə nəzəriyyəçiliklə yanaşı, praktiklik də olmalıdır. Yəni şagird nəyisə öyrənmək istəyirsə, onun praktiki xüsusiyyətlərini əlində yük kimi götürməli, onu yaşamalıdır. Belə ki, məktəblərdə hər bir fənnin profilinə uyğun dərnəklər fəaliyyət göstərməlidir”. A.Həsrətin fikrincə, bu cür dərnəklər sovet dövründə necə fəaliyyət göstəribsə, onları eynilə təkrarlamağın heç bir faydası yoxdur: “Nə yaranırsa, öz orijinallığında qalır, onun surəti isə öz xüsusiyyətini itirir. Bu baxımdan, biz daha yenisini yaratmalıyıq. Dərnək və ya fakultativ məşğələ yaranarsa belə, adı eyni olsa da, fəaliyyəti tam fərqli olmalıdır”. A.Həsrət hesab edir ki, xüsusən hazırki vaxtda bu cür dərnəklərin və ya əlavə məşğələlərin yaradılmasına ehtiyac daha çoxdur: “Bu, inkişafa təkandır. Öncə bu barədə proqram hazırlanmalıdır. Ənənəvi resurslarla yanaşı, bu gün daha müasir resurslar da yaranıb. İndi Youtube-da daha gözəl bloqlar, saytlar yer alıb ki, uşaqlar oradan istifadə edə bilərlər”.

A.Həsrət hesab edir ki, bu proqram təkcə paytaxt məktəblərini deyil, bölgələrdə yerləşən təhsil ocaqlarını da də əhatə etməlidir: “Ucqar yerlərdə yerləşən məktəblərdə şagirdlər praktik olaraq həyətyanı sahələrdə işləyə bilərlər. Uşaqlar dərslərdə keçdikləri drsləri praktik olaraq canlı müşahidə etməlidirlər. Bu baxımdan tədris proqramında dəyişiklik etməyə ehtiyac var. Bu cür əlavə saatların, fakultativ məşğələlərin məktəbdə olması gözəl haldır. Təcrübələr göstərir ki, bu, şagirdlər tərəfindən də çox bəyənilir”. Ekspertin fikrincə, yeni təlim proqramı hazırlananda əlavə dərs saatları və ya fakultativ məşğələlər nəzərdə tutulacaqsa, bu, layihələrin hazırlanmasına da köməklik göstərəcək: “Çünki dərs vaxtı əlavə məşğələləri şagirdə çatdırmaq olmur. Dərsdən sonra şagirdlərin layihə hazırlamağa, ixtiralar etməyə imkanları olur. Həmçinin distant təhsillə bağlı şagirdlər bu ölkədən başqa ölkəyə müəyyən videoproqramlar vasitəsilə konfranslar təşkil edə bilirlər”.

Günü uzadılan qrupların valideynlərin həyatında oynayacağı rola gəlincə, ekspert qeyd edib ki, bu, xüsusən işləyən valideynlər üçün çox əhəmiyyətlidir: “Valideyn işə gedir. Ancaq övladının dərsləri günorta qurtarırsa, valideyn onu məktəbdən götürməyə nə vaxt tapır, nə də onu nəzarətsiz qoymaq istəyir. Valideyn istəyir ki, övladı həm etibarlı, həm də səmərəli yerdə qalsın. O istəmir ki, övladı qonşularda otursun və ya evdə televizora baxsın. O bilsə ki, uşağı məktəbdədir və iş gününün sonuna yaxın gedib onu götürəcək, bu, onun üçün də rahatlıq yaradar. Həm də biləcək ki, övladı məktəbdə vaxtını boşuna keçirmir, əvəzində əlavə dərslər və sənətlər öyrənir”.

Həm şagirdlər, həm də valideynlər üçün sərfəli

Söhbətləşdiyimiz valideynlər də hesab edir ki, günü uzadılmış qrupların təşkili, əlavə dərslərin və dərnəklərin tətbiqi günün tələbidir və onların hər bir məktəbdə fəaliyyəti zəruridir. Belə ki, bu cür qruplar həm şagirdlərin dərsdən sonrakı asudə vaxtlarının səmərəli təşkilinə kömək edər, həm də valideynlər üçün uşaqlarının rahatlığında rol oynayar.

Övladları 5 və 6-cı sinifdə oxuyan Azər Nuriyev hesab edir ki, günüuzadılan qrupların fəaliyyəti valideynlərin işini xeyli asanlaşdıra bilər: “Mən də, həyat yoldaşım da işləyirik. Yoldaşım müəllimədir. Onun dərsləri axşamüstü bitir. Onun evə gəlişi ilə uşaqların dərslərinin bitmə vaxtı üst-üstə düşmür. Uşaq təbii ki, özü evə gələ bilməz. Buna həm evlə məktəb arasında olan məsafə, həm yolların təhlükəli olması imkan vermir. Həm də valideyn evdə olmadan azyaşlı uşağının evdə tək qalması da narahatlıq yaradır. Valideynin işdən çıxacağı müddətə qədər məktəblərdə müəyyən hazırlıq kurslarının fəaliyyət göstərməsi yaxşı olardı. Bu, həm şagirdlərin özləri üçün, həm də valideynlər üçün sərfəlidir”. Valideynin fikrincə, şagird əlavə dərs saatlarında, fakultativ məşğələlərdə müəyyən əmək dərsləri ilə məşğul ola bilər. Bu, onun həm dünyagörüşünü artırar, həm də onda əməyə məhəbbət aşılayar: “Həmçinin uşaqlar üçün əlavə idman dərslərinin – basketbol, voleybol, futbol yarışlarının təşkili onların fiziki sağlamlığına da kömək edər. Valideyn əmin olar ki, dərsdən sonra uşağın üzərində müəllimin nəzarəti var”.

Müzakirəyə çıxarılacaq qanun layihəsi hələlik valideynlərə ümidlər vəd edir. Ümidlərin gerçəkləşməsi üçünsə nə qədər vaxtın lazım olacağını hələlik heç kəs bilmir. Əlbəttə, əgər Təhsil Nazirliyinin təlimat məktubunda göstərilən şərtlər layihəyə maneçilik yaratmasa, valideynlərin arzuları tezliklə reallaşa bilər.

Kaspi.az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Comments are closed, but trackbacks and pingbacks are open.