Press "Enter" to skip to content

Fəal dərsin forma və üsulları

Hər bir dərs müəllimin pedaqoji-metodik simasını ifadə edir; müəllimə, əsasən, keçdiyi dərslərə görə qiymət verilir. Odur ki, müəllim hər bir dərsə böyük məsuliyyətlə yanaşmalı, onu yüksək səviyyədə qurmağı bacarmalıdır. Bunun üçün dərsə verilən müasir tələbləri yaxşı bilmək və onları düzgün tətbiq etmək lazımdır.

Təhsil İnformatika

Hər bir tədqiqat problemi müəyyənləşdirməklə başlayır.Problem həmişə çoxsaylı fərziyyələr , ehtimallar doğurur və bunları yoxlamaq üçün ilk növbədə tədqiqat sualının formalaşdırılması lazım gəlir.Çünki tədqiqat sualı yeni biliklərin formalaşdırılmasında bələdçi kimi çıxış edir .

Bu mərhələ şagirdləri düşünməyə , idraki fəallığa söq etdiyindən həm də motivasiya adlandırılır.Bu prosesdə uşaq öz fikrini “ Zənnimcə “ “ Mənə belə gəlir ki “ , “ Mən belə hesab edirəm ki “ sözlərindən istifadə etməklə ifadə edir.

Motivasiyanın uğurlu alınması üçün aşağıdakı şərtlərə əməl olunması tövsiyyə edilir:
1. Motivasiya sualı qeyri-adi , maraqlı olmalı ;
2. Fərziyyələri söyləmək , tədqiqat sualını müəyyənləşdirmək üçün imkan verməli ;

3. Müəllim şagirdlərə yönəldici suallar verməli , fərziyyələri irəli sürərkən onları həvəsləndirməli ;

4. Təlimin məzmununa uyğun müəyyənləşdirməli və dərsin məqsədinə yönəldilməldir .
II mərhələ : tədqiqatın aparılması

Dərsin məqsədinə və tədqiqat sualına uyğun iş üsulları seçilir . Tədqiqat sualına kömək edəcək faktları tamaq üçün məqsədyönlü iş aparılır . Şagirdlərə müxtəlif çalışmalar verilir . Beləliklə, tədqiqat sualına cavab tapmaq üçün zəmin yaranır .Toplanmış faktlar əsasında təqdimatlar hazırlanır .

Tədqiqat müxtəlif formalarda : böyük qrupda , kiçik qruplarda , cütlük şəklində və fədi qaydada aparılır.

III mərhələ : informasiya mübadiləsi

Təqqiqat üçün ayrılmış vaxt bitdikdən sonra müəllim tapşırığın icrasının başa çatdığını bildirir . Bundan sonra şagirdlər informasiyanın təqdimatına başlayır , əldə etdikləri yeni informasiyaları digər iştirakçılarla bölüşürlər . Həmin təqdimatların əks olunduğu iş vərəqləri lövhədən asılır .

IV mərhələ : informasiyanın müzakirəsi və təşkili

Mövcud mərhələnin məqsədi yeni əldə edilmiş informasiyanı sistemləşdirmək və qrupların hazırladıqları təqdimatlar arasındakı əlaqəni üzə çıxarmaqdır .Bu mərhələdə müəllim köməkçi suallardan istifadə etməklə əldə olunmuş faktların məqsədyönlü müzakirəsini təşkil edir. Müzakirə prosesində müəllim öz fikrini şagirdlərə zorla qəbul etdirməməlidir.

V mərhələ : nəticə və ümumiləşdirmə

Nəticəyə gəlmək üçün müəllim şagirdlərin köməyi ilə əldə olunan bilgiləri ümumiləşdiririr , əldə edilmiş ideyanı tədqiqat sualı ilə ( o bu suala cavab verirmi ? ) və şagirdlərin ilkin fərziyyələri ilə ( bunların arasında düzgün olanları varmı ? )müqayisəsini təşkil edir .

VI mərhələ : yaradıcı tətbiqetmə

Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, praktiki əhəmiyyətini artırır. Bu məqsədlə şagirdlərə praktik tapşırıqlar verilir.Əgər yaradıcı tətbiqetməni dərhal icra etmək mümkün olmursa, o sonrakı dərslərdə həyata keçirilir.

VII mərhələ:Dərsdə alınmış bilik , bacarıq və vərdişlərin möhkəmləndirilməsi üçün ən geniş yayılmış sərbəst iş forması ev tapşırıqlarıdır.Fəal təlim prosesində belə tapşırıqlardan istifadə olunur .Onların daha çox tədqiqat və yaradıcılıq elementləri ilə zəngin olmasına diqqət yetirilir.

Qiymətləndirmə

Qiymətləndirmə şagirdlərin təlimdəki fəaliyyətlərin izlənməsi prosesidir. Qiymətləndirmə konkret meyarlar üzərində aparılmalıdır.Müəllim şagirdləri əvvəlcədən bu meyarlarla tanış etməlidir.

Refleksiya

Refleksiya – təlim prosesinin bütün mərhələlərini təhlil etməyə və onu dərindən başa düşməyə imkan verir.

Şagidlərə dərs zamanı təlim fəaliyyətini izləməyə kömək edə biləcək bir neçə sual verməklə onların fikirlərini sistemləşdirmək olur . Nəticədə şagird öz tədqiqat fəaliyyətinin əsas mərhələlərini nəzərdən keçirilir.

Fəal dərsin forma və üsulları

COĞRAFİYA FƏNNİNİN TƏDRİSİNDƏ İSTİFADƏ OLUNAN

FƏAL TƏLİM FORMALARI VƏ ÜSULLARI

Təlim formaları (kollektivlə iş, qruplarla iş, cütlərlə iş və fərdi iş) dərsin məqsədinə uyğun olaraq seçilir və şagirdlərin fəaliyyəti bu forma üzərində qurulur. Bir dərsdə bir neçə təlim formasından istifadə etmək mümkündür.

Kollektivlə iş zamanı kollektiv fəaliyyətə alışmaq bacarığının bünövrəsi qoyulur.

Qruplarla iş. Şagirdlər müəyyən problemi həll etmək üçün qrupda birləşirlər. Bu zaman şagirdlərin müzakirə etmək, fikir mübadiləsi aparmaq, mühakimə yürütmək və əməkdaşlıq bacarıqları inkişaf etdirilir.

Cütlərlə iş. Bu təlim forması şagirdlərə daha yaxından əməkdaşlıq etməyə və ünsiyyət qurmağa, məsuliyyəti bölüşməyə imkan yaradır.

Fərdi iş şagirdin fəaliyyətini izləmək və inkişaf etdirmək məqsədi daşıyır. Bu təlim forması zamanı şagirdin sərbəst düşünmə imkanı yaranır və müəllim şagirdin fəaliyyətini obyektiv qiymətləndirə bilir.

Təlim formaları ilə yanaşı təlim üsulları da vardır. Coğrafiya fənninin tədrisində klaster, beyin həmləsi, BİBÖ, Anlayışın çıxarılması, Venn diaqramı, cədvəllərlə iş və s. kimi təlim üsullarından geniş istifadə etmək olar.

Beyin həmləsi

Bu üsul “əqli hücum” da adlandırılır. Şagirdlərdə yeni mövzuya maraq oyatmaq, habelə onların nəyi yaxşı və ya pis bildiklərini aydınlaşdırmaq məqsədilə istifadə olunur. Hazırlanmış sual lövhədə yazılır və ya şifahi şəkildə şagirdlərin diqqətinə çatdırılır. Şagirdlər suallara əsasən fikirlərini bildirirlər. Bütün ideyalar şərhsiz və müzakirəsiz qeydə alınır. Yalnız bundan sonra qeydə alınmış ideyaların müzakirəsi və şərhi başlayır. Aparıcı ideyalar yekunlaşdırılır, şagirdlər söylənmiş fikirləri təhlil edir, qiymətləndirir. Bu üsuldan böyük və kiçik qruplarla iş zamanı və fəal dərsin motivasiya və ümumiləşdirmə mərhələlərində istifadə oluna bilər.

BİBÖ aşağıdakı mərhələlər üzrə aparılır.

  1. Problem müəllim tərəfindən elan edilir;
  2. Şagirdləri cüt-cüt (fərdi, kiçik qruplar) bölərək mövzu barəsində əvvəlki biliklərinə dair siyahı tərtib edilir;
  3. Şagirdlər siyahı üzərində işləyərkən müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri qeyd edir;

Dərs təlimin əsas təşkili forması kimi

Dərs təlim prosesində mühüm yer tutur. Bilik, bacarıq və vərdişlər əsasən dərsdə verilir, şəxsiyyətin ahəngdar tərbiyəsinin də əsası (zehni, ideya-mənəvi, estetik, əmək, fiziki və b.) dərslərdə qoyulur. Buna görə də dərs təlimin və tərbiyənin əsas təşkili forması sayılır. Pedaqoji ədəbiyyatda belə bir haqlı müqayisə aparılır ki, günəş bir damla suda əks olunduğu kimi, təlimin bütün cəhətləri də dərsdə əks olunur. Buna görə də müəllim dərsin nəzəriyyəsi və təcrübəsinə yaxşı yiyələnməli, onu müasir tələblər əsasında qurmağa çalışmalıdır.

Dərs sinif şəraitində sabit tərkibdə müəyyən rejimlə cərəyan edən, müəllim və şagirdlərin bilavasitə qarşılıqlı fəaliyyətinə əsaslanan təlimin məqsədyönlü kollektiv təşkili formasıdır.

Dərs təlimin digər formaları üçün bünövrə təşkil edir: dərsdə material nə qədər yaxşı mənimsənilərsə, digər formaların (ev tapşırıqları, seminar məşğələləri, əlavə məşğələlər və s.) da səmərəsi yüksək olar.

Dərsi lazımi səviyyədə qurmaq üçün onun tiplərini bilmək və düzgün təşkil etmək lazımdır. Dərsin tipləri dərsdə yerinə yetirilən əsas didaktik məqsədə görə müəyyən olunur. Hazırda dərsin dörd tipi fərqləndirilir:

– Yeni bilik verən dərs

– Tətbiqetmə (və ya çalışma) dərsi

Pedaqoji ədəbiyyatda bəzən mürəkkəb (kombinəedilmiş və ya birləşmiş) dərs tipi də irəli sürülür. Bu dərs tipində bir neçə məqsəd olsa da, əsas məqsəd yeni bilik verməkdir. Buna görə də onu birinci tipə aid etmək daha düzgün olardı.

Hər bir dərs tipinin özünəməxsus quruluşu vardır. Məsələn, yeni bilik verən dərs tipinin təxmini quruluşu belədir:

1. Ev tapşırığının yoxlanması, qiymətləndirmə

2. Yeni mövzu ilə bağlı müstəqil iş

3. Mövzunun həyati əhəmiyyətinin izahı (motivləşdirmə)

4. Yeni mövzunun mənimsədilməsi

5. Yeni materialın möhkəmləndirilməsi

6. Dərsə yekun vurulması və ev tapşırığının izahı

Dərsin quruluşu, mərhələlərin miqdarı və ardıcıllığı təxminidir. Fənn, mövzu və sinifdən, dərsin məqsədindən, şagirdlərin səviyyəsindən asılı olaraq dərslər müxtəlif variantlarda qurula bilər. Canlı və yaradıcı proses olan dərsi heç bir universal, standart quruluşla məhdudlaşdırmaq olmaz.

Hər bir dərs müəllimin pedaqoji-metodik simasını ifadə edir; müəllimə, əsasən, keçdiyi dərslərə görə qiymət verilir. Odur ki, müəllim hər bir dərsə böyük məsuliyyətlə yanaşmalı, onu yüksək səviyyədə qurmağı bacarmalıdır. Bunun üçün dərsə verilən müasir tələbləri yaxşı bilmək və onları düzgün tətbiq etmək lazımdır.

Dərsə verilən müasir tələblər. Dərsə verilən tələblər çoxdur. Onları iki qrupa bölmək olar: ümumi və xüsusi tələblər. Dərsə verilən ümumi tələblər təlim prinsiplərində ifadə olunmuşdur. Dərsdə didaktik prinsiplər (həyatla əlaqə, elmilik, sistematiklik, şüurluluq və fəallıq, əyanilik, müvafiqlik, fərdi yanaşma və s.) kompleks şəkildə həyata keçirilməlidir.

Xüsusi tələblər isə bilavasitə dərslə bağlı tələblərdir. Onları aşağıdakı əsas qruplara bölmək olar:

1. Dərsdə yüksək təhsil, inkişaf və tərbiyə səmərəsi əldə edilməlidir. Hər bir fəaliyyət nəticə ilə ölçülür. Dərsdə təhsil, tərbiyə və inkişaf vəzifələri vəhdətdə həyata keçirilməli, real nəticələr əldə edilməlidir. Proqram materialı dərsdə mənimsənilibsə, şagirdlər müəyyən ideya-mənəvi keyfiyyətlərə və zehni qabiliyyətə yiyələnibsə, belə dərsi yaxşı dərs hesab etmək olar.

2. Dərsdə təlim materialının optimal məzmunu müəyyən edilməlidir. Müəllim dərsin qarşısında duran məqsəd və vəzifələrdən, şagirdlərin hazırlıq səviyyəsindən çıxış edərək öyrənilən materialın həcmini, çətinlik dərəcəsini, başlıca məsələlərini, fənlərarası əlaqə imkanlarını müəyyənləşdirməli, dərs zamanı məzmunun mənimsənilməsinə nail olmalıdır.

3. Dərsdə səmərəli metodik variant seçilib tətbiq edilməlidir. Dərsin məqsəd və məzmununa, şagirdlərin dərketmə imkanlarına uyğun olaraq müvafiq metod və vasitələr kompleksi müəyyənləşdirilir. Dərs o zaman səmərəli olur ki, müəllim biliyi hazır şəkildə şərh etməsin, şagirdləri fəal axtarışlara cəlb etsin, onların müstəqil fikrini oyatsın. Bu məqsədlə dərsdə problem vəziyyət yaratmaq, evristik müsahibə və diskussiyalar aparmaq, kitab üzərində yaradıcı iş təşkil etmək, təfəkkürə qida verən məntiqi metodlara (müqayisə, təhlil-tərkib, ümumiləşdirmə və s.) istinad etmək yaxşı nəticə verir. İki paralel sinifdə eyni mövzuda, eyni metodik variantda keçilən dərs müxtəlif nəticə verir: bir sinifdə müəllimin dərsi alınır, digərində yox.

4. Dərs təşkilati cəhətdən mütəşəkkil və çevik olmalıdır. Dərs təşkilati mütəşəkkilliyi ilə seçilməlidir: vaxtında başlanmalı, yüksək intizama əsaslanmalı, optimal tempdə olmalı, intensiv qurulmalıdır (yəni az vaxtda yüksək nəticə əldə edilməlidir).

Dərs həm də çevik qurulmalı, şablon və sxematizmdən uzaq olmalıdır. Dərs zamanı vəziyyətdən asılı olaraq, müəllim dərsin məzmununda, quruluşunda, vaxt bölgüsündə çevik dəyişikliklər aparmalıdır.

Yaxşı dərs məntiqi və psixoloji cəhətdən tam olmalıdır, yəni dərsdə müəyyən bir məntiqi hissə öyrədilməli (məntiqi tamlıq), şagirdlər nəyi isə tam öyrəndiklərini hiss etməli, onlarda yarımçılıq hissi qalmamalıdır (psixoloji tamlıq).

Dərsdə əks əlaqə yaradılmalıdır; müəllim şagirdlərin hissi aləmi, təlimə münasibəti, marağı, mənimsəmə səviyyəsi haqqında vaxtında informasiya əldə etməlidir.

5. Dərsdə əlverişli psixoloji iqlim, müsbət emosional vəziyyət yaradılmalıdır. Dərsin səmərəsi onun emosional mühiti ilə sıx bağlıdır: mənfi emosiyalar (qorxu, inamsızlıq, kədər və s.) şəraitində keçən dərs cansıxıcı, yorucu və səmərəsiz olur. Dərsdə müəllim və şagirdlər arasında qarşılıqlı hörmət, inam, pedaqoji əməkdaşlıq, xoş əhval-ruhiyyə, müsbət zehni hisslər (şadlıq, təlim sevinci, inam, təəccüb və s.) hakim olmalıdır.

Göstərilən tələblərə cavab verən dərs yaxşı dərs hesab olunur; belə dərsdə yüksək səmərə, müsbət təlim-tərbiyə nəticələri əldə edilir.

Comments are closed, but trackbacks and pingbacks are open.