Fəal Təlim Metodlar
кации педагогов М., «Аверсэв»,2004, 244 стр.
Ənənəvi və interaktiv təlim metodları
mənimsədilməsi istiqamətində tədqiqatlar genişlənmişdir.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil
sisteminin institutsional əsaslarının inkişaf etdirilməsi, innovativ təlim metodları və
texnologiyalarının tətbiqinin genişləndirilməsi yolu ilə səriştəyə əsaslanan şəxsiyyət və
nəticəyönümlü təhsil modelinin yaradılması strateji hədəf kimi qarşıya qoyulmuşdur.
Sinif-dərs sisteminin meydana gəldiyi XVII əsrdən sonrakı yüzilliklər ərzində əyani-
illüstrativ təlim, proqramlaşdırılmış təlim, problemli təlim, alqoritmləşdirilmiş təlim,
differensiallaşdırılmış təlim və s. kimi müxtəlif təlim tipləri meydana gəlsə də, onların heç biri
pedaqoji praktikada tam vətəndaşlıq hüququ qazana bilməmiş, bəziləri isə öz didaktik dəyərini
Milli təhsil sistemində həyata keçirilməkdə olan innovasiya prosesləri təlim-tərbiyənin
məqsədi, məzmunu və metodlarına, müəllimlə şagirdlərin birgə fəaliyyətinin təşkilinə yeni
yanaşmalarla müşayət olunur. Təhsilin məzmununda innovasiya prosesləri öz mahiyyəti etibarı
ilə müasir pedaqogikanın iki mühüm probleminin: a) qabaqcıl və mütərəqqi pedaqoji təcrübənin
öyrənilməsi, ümumiləşdirilməsi və genişləndirilməsi, b) pedaqogika-psixologiya elmlərinin
naliyyətlərinin pedaqoji praktikaya tətbiqi problemlərinin həllini nəzərdə tutur.
Əsrlər boyu cəmiyyətin sosial sifarişini yerinə yetirən məktəb təhsili çox geniş təkamül
yolu keçmiş, təlimin çoxsaylı ümumdidaktik metodları formalaşmışdır. 1930-cu illərdən sonra
təlimin illüstrativ-əyani, evristik, tədqiqatçılıq, reproduktiv, praktik, problemli axtarış, sözə
əsaslanan, müstəqil iş, məntiqi, şagirdlərin təlim-idrak fəaliyyətinin stimullaşdırılması və
motivləşdirilməsi, nəzarət və özünənəzarət və s. kimi onlarla metodlar sistemi yaradılmışdır.
Ənənəvi pedaqogikada 50-dən artıq təlim metodu və hər bir metoda aid çoxsaylı priyomlar
mövcuddur. Onların təsnifatında perspeptiv, idarəedici, məntiqi, qnostik və kibernetik olmaqla
beş əsas yanaşma və təsnifat meyarlarından istifadə olunur. Ənənəvi təlim metodlarının hər
birində şagirdlərin və müəllimlərin fəaliyyətinin xarakteri konkret olaraq müəyyənləşdirilmişdir.
Bu cəhətdən görkəmli rus didaktları İ.Y.Lerner və M.N.Skatkinin beş əsas qrupda
cəmləşdirdikləri (informativ-reseptiv, reproduktiv, problemli şərh, evristik, tədqiqatçılıq) təlim
metodları geniş yayılmışdır. Ənənəvi təlim daha çox özünün imperativ xarakteri-uşaqların
şəxsiyyət xüsisyyətlərinin, təlabatları nəzərə alınmadan həyata keçirilən pedaqoji təsirə əsaslanır.
Belə yanaşmada təlim motivlərinə və ya digər fəaliyyət növlərinə diqqət yetirilmir, uşağın özünə
işə dəyişdirilmə, müəllimin tələblərinə tabe edilmə obyekti kimi baxılır. (2, s.45)
Mövcud təlim metodlarının şagirdlərin idrak fəaliyyətinin motivləşməsinin təşkilində,
biliklərin, bacarıq və vərdişlərin mənimsənilməsi prosesində gücsüzlüyü ötən əsrin 60-cı
illərində ənənəvi təlim metodlarına yeni, dialektik yanaşmanın əsasını qoydu, və “inkişafetdirici
təlim” konsepsiyasının meydana gəlməsi ilə nəticələndi.
Təlimin nəticələri yalnız o halda səmərəli hesab edilə bilər ki, öyrətmə metodları
şagirdlərin təfəkkürünün, dərketmə imkanlarının genişlənməsini və biliklərin mənimsənilməsi
prosesinə fəal qoşulmasını təmin edə bilsin. Bu tələblər nəzərə alınmaqla dərsdə elə optimal
təlim metodlarına istinad edilməlidir ki, onlar öz-özlüyündə yeni biliklərin müstəqil
mənimsənilməsinə, produktiv və yaradıcı təfəkkürün fəallaşdırılmasına təminat yaratmış olsun.
Məhz fəal, interaktiv təlim metodları bu meyarlara tam uyğun gəlir. Fəal təlim metodları təlim
prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində öyrənənlərin idrak fəallığını təmin etmək
inkanları ilə səciyyələnir. “Fəal təlim metodları”na əksər hallarda sinonim olaraq “interaktiv
təlim” metodları da deyilir. “İnteraktivlik” termini dialoqu, qarşılıqlı təsiri özündə əks etdirir.
“Fəal təlim metodları” bir sıra ədəbiyyatlarda “problemli-dialoji”, “problemli”, “evristik”
metodlar kimi də səciyyələndirilir. Fəal təlim dedikdə şagirdlərin təlim-idrak fəaliyyətinin
təşkili və idarə olunması üsullarının məcmuyu nəzərdə tutulur.
Fəal təlimin xarakteristikasında özünü göstərən başlıca cəhətlər bunlardır:
fəal təlim müəllim tərəfindən idraki problemli situasiyanın yaradılması, problemin həlli
prosesində şagirdlərin fəal tədqiqatçılıq mövqeyinin stimullaşdırılması, müstəqil “kəşf”,
“ixtira” və şagirdlər üçün yeni olan biliklərin mənimsənilməsi şəraitinin yaradılmasını
fəal təlim metodları şagirdlərdə intellektual baxımdan gərgin situasiyanın yaradılmasını,
informasiyanın hazır deyil, ziddiyyətli və natamam şəkildə təqdim edilməsi ilə
fəal təlimdə təlim tapşırıqları, həll üçün təqdim edilən problem cəlbedici, maraqlı,
şagirdlərin dərketmə imkanlarına uyğun, müstəqil tədqiqatçılıq baxımından asan olması
fəal təlim şagirdlərin öz qabiliyyətlərini reallaşdırmağa imkan yaradır, dialoqa və birgə
fəaliyyətdə əməkdaşlığa əsaslanır.
fəal təlimdə yaradılan əməkdaşlıq mühiti və işgüzar müzakirələr alınmış informasiyanı
sintez etməyə kömək edir, dərketməni stimullaşdırır və təlimin nəticəyönümlüyünə
etibarlı təminat yaradır.
Müasir təlim texnologiyalar İnternet resuslarından məqsədyönlü istifadəyə geniş
meydan açır. İnternet resursları təlimin əyaniliyinə, rahatlığa, mobilliyə zəmanət verir, təlim
üçün zəruri olan əlavə informasiya mənbələrini seçməyə meydan açır. Aparılmış elmi
tədqiqatların nəticəsi sübut edir ki, qrup şəklində təlim fərdi təlimlə müqayisədə daha yüksək
nəticələr əldə etməyə imkan yaradır. Birgə iş şagirdlərin qabiliyyətlərinin inkişafına etibarlı
təminat verir. Fəal və interaktiv təlimdə təlim diskusiyalarının təşkili, səmərəli istiqamətləndirici,
təhrikedici suallar şagirdləri yeni bilikləri müstəqil fəaliyyət əsasında əldə etməyə yönəldir. Fəal
təlimdə fasilitativ yanaşma idraki və yaradıcılıq təlabatlarının tam təmin edilməsinə, şagirdlərin
özünü reallaşdırma imkanlarının genişlənməsinə yol açır. Müəllim tərəfindən şagirdlərin
fəaliyyətinin stimullaşdrılması, “yaxşı” və “pis” cavablandırma zamanı fərdi qiymətləndirmədən
imtina edilməsi onların öz qüvvələrinə inamını və çalışqanlıq əzmini artırir. Hər bir şagird təlim
prosesinin digər iştirakçıları ilə birgə fəal əməkdaşlığa qoşularaq daha səmərəli çalışmaqla
“kollektiv zəka” məhsulu olan həll yolunun tapılmasına öz töhfəsini vermək üçün səylərini
Fəal təlimdə şagird-tədqiqatçı, müəllim –fasilitator kimi çıxış etməli, şagirdlərin idrak
fəallığı tədqiqatçılıq xarakteri kəsb etməli, onların biliklərin mənimsənilməsi prosesində
bərabərhüquqlu subyekt rolunda iştirakı təmin olunmalıdır. Müəllim planlı və məqsədyönlü
şəkildə siniflə əməkdaşlıq edərək problemli situasiyaları təşkil etməli, şagirdlər qarşısında
tədqiqat xarakterli məsələlər qoymaqla, onların həllinə metodik kömək göstərməli, şagirdləri
biliklərin müstəqil əldə edilməsi yoluna istiqamətləndirməlidir.
fəal təlimdə müəllimin fasilitator kimi fəaliyyəti şagirdləri fəallaşdırmaq üçün təlim
diskusiyalarının, dialoji qarşılıqlı təsirdə açıq mübahisə və mühakimələrin, məntiqi
ümumiləşdirmələrin və yaradıcı təxəyyülün inkişafına stimul yaradır;
fəal təlimdə qeyri-standart, strukturlaşmamış dərs tiplərinə -dərs-işgüzar oyunlar,
yarış dərsləri, fantaziya dərsləri, dialoq dərlər, dərs-rollu oyunlar, dərs –konfranslar,
inteqral dərslər və s. kimi təşkilati-didaktik strukturlara geniş instinad imkanları
fəal və inteqrativ təlim məntiqi düşünmə, tənqidi təfəkkür, yaradıcı yanaşma və
yaradıcı tətbiqetmə kimi idrak fəaliyyəti əməliyyatlarıın inkişafının motivləşməsinə
Fəal təlimdə şagirdlərin fəal idrak mövqeyinin saxlanılması üçün psixoloji dəstək
göstərilməli, sinifdə hörmət və inam mühiti daim saxlanılmalı, müəllim tərəfindən şagirdlərin
stimullaşdırılması diqqət mərkəzində saxlanılmlıdır. Fəal əməkdaşlıq və birgə iş vərdişlərinin
inkişaf etdirilməsi yolu ilə sosial birgəfəaliyət və birgə yaşayış qaydalarının mənimsənilməsinə
təminat verilməlidir. Bizim fikrimizcə, interaktiv metodların psixoloji konsepsiyası sistemli
təhlil olunduqda, onun başlıca pradiqması –şəxsiyyət yönümlü təlim prinsipi olmalıdır. (3,
Ənənəvi təlimdə əsas sima olan təhsilverən (trener, müəllim) özündən təlim
informasiyanı buraxan “filtr”, interaktiv təlimdə isə köməkçi, informasiya mənbələrindən biri
rolunu oynayır. Ənənəvi təlimdə müəllimin başlıca vəzifəsi şagirdləri təlim prosesinə cəlb
etməkdən və təlim fəaliyyətinin təşkilinə kömək etməkdən ibarətdir. (6, s.169) Ənənəvi təlimlə
müqayisədə interaktiv təlimdə aparıcı ilə qarşılıqlı təsir dəyişir: onun fəallığı öz yerini şagirdlərə
güzəştə getməli olur, aparıcının əsas vəzifəsi şagirdlərin təşəbbüsü üçün şərait yaratmaqdan
ibarətdir. Fəallıq, təşəbbüskarlıq və birgə fəaliyyətdə əməkdaşlıq interaktiv təlim metodlarını
səciyyələndirən əsas cəhətdir. Burada şagirdlərin fəallığının fiziki (danışmaq, yazmaq, dinləmək,
rəsm etmək), idraki (müəllimin şərhinə əlavə və düzəlişlər etmək, problemin həllini müstəqil
tapmaq və s.) və sosial (sual vermək, suallara cavab vermək, fikir mübadiləsi və s.) formaları bir-
biri ilə sinxron şəkildə əlaqələnmiş olur.
Məşhur İsveçrə psixoloqu Jan Piaje qeyd edirdi ki, biz uşağı “düzgün cavablar” əsasında
təlim edərkən onun özünün axtarmaq və tapmaq imkanlarını məhdudlaşdırmış oluruq”.
Ənənəvi təlimin interaktiv təlimlə müqayisə eədərkən onların hər ikisinin müəyyən üstün
cəhətlərini və nöqsanlarını müəyyən edə bilərik.
Ənənəvi təlimin başlıca nöqsanları nəzəri təmayülün üstün olması, şagirdlərin
passivliyi, metodikaların yeknəsəkliyi, şagirdlərin dalğınlığı, həll yollarının əsasən hazır şəkildə
verilməsi, fərdiləşdirməyə şəraitin olmaması, vaxt bölgüsünün dəqiq reqlamentləşdirilməsindən
İnteraktiv təlimin başlıca nöqsanlarına isə vaxtın reqlamentləşdirilməsinin çətinliyini
müəllimdən dərsə hazırlıq üçün böyük əmək tələb olunmasını, dəqiq planlaşdırmanın
mürəkkəbliyini və s. aid etmək olar.
Məlumdur ki, ümumtəhsil məktəblərində vahid məqsədə- şagirdlərin bilik, bacarıq və
vərdişləri mənimsəmələrinə xidmət edən çoxsaylı təlim metodlarından və müxtəlif dərs
tiplərindən istifadə olunur. Müasir dövrdə yeniliklərin, yaxud dəbdə olduğu kimi deyilsə
innovasiyaların dərsin strukturuna daxil olması faktı reallığa çevrilmişdir.
Ümumiyyətlə, təlim modelləri passiv, aktiv və interaktiv olmaqla üç əsas qrupa ayrılır.
Passiv təlim və ya ekstraaktiv təlim modelinin əsas xüsusiyyəti öyrənənlərin deyil, öyrədici
mühitin fəallığının üstün olmasından ibarətdir. Bu, o deməkdir ki, şagirdlər təlim materiallarını
bir-biri ilə ünsiyyətdə olmadan, heç bir yaradıcı məsələni həll etmədən müəllimin nitqindən və
dərslikdəki mətnlərdən öyrənirlər. Belə modelə nümunə olaraq məktəb mühazirəsi şəklində
aparılan ənənəvi dərs formalarını misal göstərmək. Ənənəvi dərs modeli uzun illərdir ki, tətbiq
olunsa da, dərsə verilən ən yeni tələblər belə onun strukturunda uşaqların fəallığını təlim edə
bilməmişdir. Aktiv və ya interaktiv metodlar isə bundan fərqli olaraq şagirdlərin müstəqilliyini
və idrak fəallığını stimullaşdırmağa imkan yaradır. Bu təlim modeli adətən yaradıcı xarakterli
ev tapşırıqlarının yerinə yetirilməsi və şagird-müəllim münasibətləri sistemində ünsiyyətin
zəruriliyinin təmin olunması tələbi ilə şərtlənir. Bu modelin əsas çatışmazlığı ondan ibarətdir ki,
şagirdlər öyrənmə subyekti kimi yalnız özləri üçün çalışır, onlar müəllimdən başqa prosesin
digər iştirakçıları ilə heç bir qarşılıqlı təsirdə ola bilmirlər.
Beləliklə, qeyd etmək olar ki, bu metod özünün birtərəfli istiqaməti, xüsusən müstəqil
fəaliyyət, özünütəhsil, özünütərbiyə, özünü inkişaf texnologiyaları üçün yetərli olsa da, qrupda
təcrübə mübadiləsi və qarşılıqlı təsir bacarıqlarının inkişafını təmin edə bilmir.
İnteraktiv təlimdə qrupda iştirakçıların sayı artanda, bu və ya digər dərəcədə
kütləviləşəndə təlimin intensivliyi, hər bir iştirakçının faydalı iş əmsalı” aşağı düşür,
“Rengelman effekti” özünü göstərir. Kiçik qruplarda iş prosesində rəqabət mühiti hökm
sürdüyündən qrup üzvlərinin bir-birinə münasibətinin psixoloji məziyyələri də dəyişir, əlaçılarla
geridə qalan şagirdlərin münasibətlərində dəyişmələr yaranır. (3,s.275)
İnteraktiv təlimdə “qiymətləndirmə vahiməsi” iştirakçıları təqib edir, narahatçılıq hissləri
güclənir. İnteraktiv təlim modeli öz qarşısına bütün iştirakçıların bir-biri ilə fəal qarşılığı təsirdə
konfort öyrənmə şəraitinin yardılması məqsədini qoyur. Müəllimlərin dərslərdə məhz bu
modeldən istifadə etməsi təlimə innovativ məzmun gətirir. İnteraktiv təlimin təşkili həyat
situasiyalarının modelləşdirmək, rollu oyunlardan istifadə, stuasiyanın təhlili əsasında problemin
birlikdə, əməkdaşlıq şəraitində həllinin üstünlüyü ilə seçilir, informasiya axınının şüura təsiri
nəticəsində onun fəallığına artırılmasına təkan verir, problemin həlli “kollektiv zəka”nın məhsulu
Aydındır ki, interaktiv dərslər öz strukturu ilə ənənəvi dərslərdən xeyli fərqləndiyi üçün
onun təşkili müəllimdən peşəkarlıq və yaradıcı fəallıq tələb edir. Ona görə də, belə dərslərin
strukturuna onun qeyri-adi və maraqlı olması üçün yalnız interaktiv təlim modelinin elementləri-
interaktiv texnologiyalar, yəni konkret interaktiv metod və priyomlar daxil edilməlidir. İnteraktiv
təlim və onun əsasında duran interaktiv texnologiyalar öyrənmə subyekti olan şagirdin daim
öyrədici sistemin fəal avtonom elementi rolunda çıxış etməsini tələb edir.İnteraktiv təlim
informasiyanın passiv rejimində deyil, fəal, problemli stuasiya rejimində mənimsənilməsini
təmin edir ki, bu da interaktiv dioloji ünsiyyətə, əqli inkişafa yol açır.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. B., “Təhsil”
jurnalı, 2013, N-10, səh.4-16
Амонашвили Ш.А. В школу –с шести лет./ Педагогический поиск., М.,
«Педагогика», 1989, 560 стр.
Əlizadə Ə.Ə., Əlizadə H.Ə.Yeni pedaqoji təfəkkür: psixopedaqogiyaya giriş. B., ADPU,
Жук А.И., Кошель Н.Н.Активные методы обучения в системе повышения kвалифи-
кации педагогов М., «Аверсэв»,2004, 244 стр.
Григальчик Е.К., Губаревич Д.И.Обучаем иначе. Стратегия активного обучения.
Минск, 2003, 148 стр.
Педагогика. Педагогические теории, системы, технологии. (Под ред.
С.А.Смирнова. М., «Академия», 2003, 512 стр.
Щуркова Н.Е. Педагогическая технология. М., «Педагогическое общество
России», 2002, 224 стр.
Традиционные и интерактивные методы обучения: сравниния и параллели.
В статье на основе сравнения отмечаются превосходство и нехватка традиционного
и интерактивного метода обучения. Интерактивный метод обучения придаёт особое
значение в организации мотивации и управлении познавательной деятельности и
Traditional and interactive teaching methods: comparison and parallels.
The positive and negative sides of traditional and interactive methods of teaching wish
comparison are noted in this article. Interactive methods have a great role in development of
students’ mental activity and comprehension, organization of motivation
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Fəal Təlim Metodlar
Fəal təlim metodlar İnteraktiv İnnovativ Fəal təlim metodları Fəal təlim nə deməkdir? Fəal təlim də müəllim və şagird eyni dərəcədə tam hüquqludurlar. Hər ikisi eyni dərəcədə nəticənin müəllifidir və ona görə məsuliyyət daşıyırlar.Ona görə demokratik metod. Показать больше
Fəal təlim metodlar İnteraktiv İnnovativ Fəal təlim metodları Fəal təlim nə deməkdir? Fəal təlim də müəllim və şagird eyni dərəcədə tam hüquqludurlar. Hər ikisi eyni dərəcədə nəticənin müəllifidir və ona görə məsuliyyət daşıyırlar.Ona görə demokratik metod sayılır. Ənənəvi təlim üsulunda müəllim – informasiya ötürən, şagird isə informasiyanı qəbul edəndir. İnformasiya əsrində bu artıq qəbul edilməzdir.Buna ancaq fəal təlim cavab verir.Məhsuldar,yaradıcı təfəkkür,yeni biliklərə müstəqil yiyələnmə üsullarını özündə birləşdirən metodlara üstünlük vermək lazımdır. Fəal təlim metodları – şagirdin fəal idrak fəaliyyətinə əsaslanan təlimdir. Fəal təlim – idrak fəaliyyətinin təşkili və idarə olunması üsullarının məcmusudur. Səciyyəvi cəhətləri: müəllim tərəfindən idrakı problem sitiuasiyanın yaradılması, Problem: sitiuasiyanın həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyini həvəsləndirmək, Şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi əldə edilməsi və mənimsənilməsi. Yeni Спрятать
- Похожие публикации
- Поделиться
- Код вставки
- Добавить в избранное
- Комментарии
Fəal təlim metodları
Kurikulum proqramının özəlliklərindən biri dərs zamanı bütün şagirdlərin diqqət mərkəzində olmasıdır. Məhz bunun nəticəsində həm zəif, həm də istedadlı şagirdlər yaradıcı fəaliyyət göstərməyə başlayırlar. Eləcə də kurikulum sahəsində inteqrasiya prosesi fənlər arasında yüksək səviyyəyə çatır. Fəal təlim yaxud interaktiv iş üsulları adı ilə tanınan bu üsullar kurikulum proqramının və müasir dərs modelinin əsas özəyini təşkil edir. İnteraktiv sözünün mənası ingilis dilində qarşılıqlı əlaqə, fəaliyyət göstərmək kimi mənaları ifadə edir. Kublaşdırma – tədqiqat metodlarından biri olub mövzunun hərtərəfli öyrənilməsinə şərait yaradır. Kublaşdırma vasitəsilə şagird mövzunu təsvir və müqayisə etməyə, əlaqələndirməyə, təhlilə, tətbiq və mübahisəyə yönəldir. Bu zaman şagirdin tənqidi və məntiqi təfəkkürü inkişaf edir, mövzuya hərtərəfli baxışı, qiymətləndirmə bacarığı, əməkdaşlıq vərdişləri formalaşır.
Bu metod müəllimə mövzunu, vəziyyəti ətraflı tədqiq etməyə, şagirdlərin mürəkkəb və inteqrativ yanaşmalarına şərait yaratmağa imkan verir. Kublaşdırma metodu necə tətbiq edilir?
1.Kub düzəldilir.
2.Kubun hər üzünə verilən altı göstərişdən biri yazılır.
3.Müzakirə olunacaq mövzu müəyyən edilir.
4.Sinif 6 qrupa bölünür və hər qrupa mövzu üzrə bir göstəriş verilir.
5.Şagirdlər təlimatlandırılır.
6.Şagirdlər təsvir, müqayisə, əlaqələndirmə, təhlil, tətbiq, mübahisə edirlər.
7.Təqdimat
8.Nəticə çıxarılaraq ümumiləşdirmə aparırlar.
9.Yekun lövhədən asılır.
Ziqzaq – Nisbətən iri həcmli əsərlərin mətni üzərində aparılan işi ziqzaq üsulu ilə aparmaq vaxtdan səmərəli istifadəyə şərait yaradır, əməkdaşlıq vərdişlərini inkişaf etdirir. Ziqzad metodu necə tətbiq edilir?
İş, tədqiq olunacaq mətni hissələrə bölüb, nömrələməklə başlanır. Şagirdlər qrup şəklində 1-dən 4-ə qədər sayırlar. Qrupdakı şagirdlər (ekspertlər) müvafiq nömrələrlə işarələnir, sonra eyni nömrəli şagirdlər bir parta ətrafına toplanır, mətnin müvafiq hissəsini oxuyur, verilmiş tapşırıqları yerinə yetirirlər. İş başa çatdıqdan sonra ikinci mərhələ başlanır. Ekspertlər əvvəlki qrupa qayıdır, ekspert kimi əldə etdikləri informasiyanı bir-biri ilə bölüşür və mətn üzərində işi bütövləşdirirlər. Təqdimat – Fəal təlim metodları ilə aparılan dərslərin mühüm elementləeindən biri olan təqdimat şagirdin tədqiqat fəaliyyətinin göstəricisi sayılmalıdır. Bu metod şagirdlərə imkan verir ki, o, tədqiqatın nəticəsini müxtəlif yollarla təqdim edə bilsin, öz fikirlərinidəqiq ifadə etmək, mükəmməl nəticə çıxarmaq bacarığına yiyələnsin. Təqdimata hazırlaşan şagird qrup halında işləyəndə ünsiyyət mədəniyyətinə yiyələnir, fikir bölüşməyi bacarır. Belə olduqda isə onların hazırladıqları təqdimat dəqiq olur, ya xşı tərtibatı ilə diqqəti cəlb edir.
Beyin həmləsi – Dərsdə 5-10 dəqiqə ərzində şagirdlərin öyrənilən mövzu, problemin həlli yolları üzrə müxtəlif ideyaları irəli sürməsi vasitəsi kimi istifadə olunur. Ədəbiyyat dərslərində problemli vəziyyətin yardılması üçün gərək olan ilkin ideyanın formalaşmasında beyin həmləsi əvəzsiz rol oynayır. Beyin həmləsi şagirdlərin yeni bilikləri üzə çıxarmağa, müzakirə olunan məsələyə maraq oyadır. Bu metodun tətbiqi şagirdləri fəallaşdırır, verilən suala tez və düzgün cavab tapmağa, müxtəlif ideyalar irəli sürməyə həvəs yaradır. Əqli hücum tətbiq edilərkən müəllim həll olunmalı problemi elan edir. Sual lövhəyə yazılır və ya şifahi şəkildə verilir. Əqli hücum zamanı yeni mövzu ilə əlaqədar hər hansı bir fikrin, ifadənin tamamlanması üçün mümkün variantları müəyyənləşdirmək tapşırığı vermək də məqsədəuyğundar.
Müəllim mümkün qədər şagirdin fikir söyləməsinə nail olmalıdır. Şagirdlər vaxt itirmədən problemlə bağlı yığcam şəkildə müxtəlif ideyalar, təkliflər irəli sürürlər. Söylənilən bütün mülahizələr heç bir şərh verilmədən, tənqidi münasibət bildirilmədən lövhədə qeyd olunur. Sonra təhlil, müzakirə mərhələsi gəlir. Müxtəlif ideyalar qiymətləndirilir, lehinə və əleyhinə fikirlər söylənilir. Şagirdlər müzakirə olunan problemin həlli üçün faydalı hesab etdikləri ideyaları seçirlər. Qeyd edək ki, fəal təlimin qarşısında duran prinsiplər qədim vaxtlardan məlum olsa da, (Sokrat, Demokrit, Platon, Seneka, İbn Sina və s.) onun sistemli elmi – tədqiqatı, əsasən XX əsrin əvvəllərinə təsadüf edir. Fəal təlim anlayışına bəzən interaktiv təlim metodları da deyilir. İnteraktiv sözü qarşılıqlı fəaliyyətə əsaslandığından, bəzən problemli təlim termini də işlədilir. Problemli təlimin öyrənilməsinə A.Matyuşkin , T.Kudryavtsev, M.Maxmutov, C.Dyui və digər alimlər töhfə veriblər.
Comments are closed, but trackbacks and pingbacks are open.