Press "Enter" to skip to content

İtmiş iş nömrəsini necə bərpa etmək olar? DİM açıqladı

Milli.Az

Şirkət yaratmaq üçün nə etmək lazımdır?

Məqaləyə keçməzdən öncə bildirək ki, S.Yəhyayeva Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsinin məzunudur. O, hüquq sahəsi üzrə 15 ildən artıq iş təcrübəsinə malikdir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür.

Onun iş təcrübəsinə daxildir: müxtəlif sahələr üzrə fəaliyyət göstərən şirkətlərə (neft-qaz, tikinti, əczaçılıq, turizm, kənd təsərrüfatı və s.) korporativ məsələlər üzrə məsləhətlərin verilməsi (təsis, ləğv, yenidən təşkil, dəyişiklik və digər); iri qlobal şirkətlərin Azərbaycanda törəmə müəssisələrinin, nümayəndəliklərinin, filiallarının yaradılması üzrə hüquqi yardım, təsis, alqı-satqı müqavilələrinin tərtibi, bank hesablarının açılması və digər zəruri tədbirlər; qeyri-neft sektorunun inkişafı ilə bağlı müxtəlif fəaliyyət sahələrini əhatə edən İctimai Birliklərin təsis edilməsi və ümumilikdə, 800-dən çox kommersiya və qeyri-kommersiya qurumlarının (MMC, Səhmdar Cəmiyyət, Filial/Nümayəndəlik, QHT və s.) təsis edilməsi ilə bağlı hüquqi dəstəyin göstərilməsi.

E-huquq.az S.Yəhyayevanın məqaləsini təqdim edir:

Biz “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosu olaraq hüququn bir çox sahələri (korporativ, əmək, miqrasiya, vergi, ailə, mülki, tibb, idman, məhkəmə və s.) üzrə xidmətlər göstəririk və bizə müraciət edən müştəriləri onların biznesə başlaması üçün təsis mərhələsindən başlayaraq müşayiət edirik.

Bu səbəbdən Sizə, sadə dildə desək, “şirkət açmaq” barədə danışacam. Yəni Azərbaycanda biznesə başlamaq üçün ən əlverişli təşkilatı-hüquqi forma hansıdır, üstünlükləri, qeydiyyatı üçün lazımi proseduralar və s.

Bildiyiniz kimi, qanunvericilikdə şirkət qurmaq üçün bir neçə təşkilati-hüquqi forma mövcuddur. Lakin bu gün Sizə onların içərisində ən əlverişli, prosedur və qanunvericilik tələbləri baxımından ən sadə olan Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) barədə danışacam.

MMC-nin anlayışına toxunsaq: bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət MMC sayılır. Gördüyünüz kimi, qanunverici MMC-nin təsisçilərinin sayı barədə bir məhdudiyyət qoymur. Yəni, bu bir şəxs və ya bir neçə şəxs ola bilər və hətta əcnəbi vətəndaş da ola bilər. Qeyd etməliyəm ki, əcnəbi vətəndaş/lar olduğu təqdirdə, sənədləşmə və ya qanunvericilik tələbləri Azərbaycan vətəndaşı ilə eynidir, yəni heç bir əlavə və ya xüsusi tələb yoxdur.

MMC-nin digər üstünlüyü qanunvericilikdə onun nizamnamə kapitalı ilə bağlı hər hansı bir məhdudiyyətin olmamasıdır. Yəni, minimal və ya maksimal limit yoxdur, bu istənilən məbləğ ola bilər. Bu səbəbdən MMC təsis edilərkən nizamnamə kapıtalı daha çox 10-100 AZN arası formalaşır.

Həmçinin, MMC-nin qeydiyyat prosesinin çox sadə olduğunu qeyd etməliyəm və bu sahədə Dövlət Vergi Xidməti tərəfindən aparılan innovativ siyasəti vurğulamasam olmaz.

Bunu nəzərə alaraq, Sizə sözügedən innovativ və elektron qaydada hər hansı idarəyə getmədən edilə bilən MMC qeydiyyatını izah edəcəm. Prosedur çox sadədir və Siz 15-20 deqiqə sərf edərək özünüz MMC aça bilərsiniz. Qeyd etməliyəm ki, bu prosedur yalnız yerli MMC təsisi zamanı tətbiq olunur, yəni təsisçilər Azərbaycan vətəndaşı(ları) olduğu halda Siz bu qaydadan istifadə edə bilərsiniz. Əks təqdirdə, Siz qanunverciliklə tələb olunan sənədləri toplayaraq müvafiq Vergi orqanına müraciət edə bilərsiniz.

Deməli, elektron, yəni onlayn qaydada qeydiyyat üçün Siz sadəcə İnternet Vergi İdarəsi səhifəsinə daxil olaraq (https://login.e-taxes.gov.az/login/), ordan “Şəxsiyyət vəsiqəsi” bölməsini seçərək, şəxsiyyət vəsiqənizdə əks olunan FİN-i (Fərdi Eyniləşdirmə Nömrəsini), daha sonra isə mobil nomrənizi daxil etməlisiniz. Nömrə istənilən mobil operatora aid ola bilər, tək şərt onun Sizin adınıza qeydiyyatlı nömrə olmasıdır. Nəticədə Sizin adınıza olan elektron kabinetə daxil olmaq üçün telefonunuza təsdiq SMS-i gəlir. Bundan sonra Siz açılmış səhifədə “H/Ş (hüquqi şəxsin) elektron qeydiyyatı” bölməsini seçərək açılmış ərizə formasına tələb olunan məlumatları daxil etməlisiniz. Qeyd etmək lazımdır ki, Siz hüquqi şəxsin qeydiyyatı zamanı, həmçinin bank hesabı, ASAN imza sifariş verə bilər və işçi(lər) ilə əmək müqaviləsi bağlaya bilərsiniz.

Elektron qeydiyyatın digər üstünlüyü qeydiyyat üçün tələb olunan dövlət rüsumunun tətbiq edilməməsi (adi qaydada qeydiyyat üçün rüsum 15 AZN təşkil edir) və Sizə nizamnamə kapitalının ödənilməsi üçün 3 ay möhlət verilməsidir.

Beləliklə, Siz elektron qeydiyyat ərizənizi tamamladıqdan sonra 1 iş günü ərzində MMC-nin qeydiyyat sənədləri (Nizamnamə, reyestrdən çıxarış, VÖEN) Dövlət Vergi Xidməti tərəfindən Sizin elektron kabinetinizə göndəriləcək.

Vurğulamaq lazımdır ki, elektron qeydiyyat sənədləri Azərbaycan Respublikasındakı istənilən dövlət orqanı, banklar və digər qurumlar tərəfindən notarial qaydada təsdiq olunmadan qəbul olunur.
Əlbəttə ki, yuxarıda qeyd olunmuş qaydada Siz daha sadə və iştirakçıları yalnız Azərbaycan vətəndaşları olan MMC təsis edə bilərsiniz. Lakin əcnəbi və ya təsisçiləri hüquqi şəxs(lər) olan MMC-də təsisçilər arasında münasibətləri daha düzgün formalaşdırmaq, doğru biznes modelini seçmək, zərurət olduqda, hətta təsis müqaviləsi tərtib etmək məqsədi ilə hüquqşünasa müraciət etməyinizi tövsiyə edirəm. Qeyd etməliyəm ki, iri müəssisələrin iştirakı və ya böyük kapital qoyuluşu nəzərdə tutulan MMC-nin təsisi zamanı sonradan iştirakçılar arasında yarana biləcək problemlərin qarşısını almaq üçün münasibətləri öncədən, yəni təsis zamanı düzgün formalaşdırmaq zəruridir. Hər bir təsisçinin üzərinə düşən öhdəlik və hüquqlar, və ya təsisçilər arasında olan münasibətlərin tənzimlənməsi üçün doğru korporativ strukturun təşkili, ya da ki, fəaliyyət zamanı yarana biləcək mübahisələrin həll üsulları tərəflər arasında olan təsis müqaviləsi və (və ya) MMC-nin nizamnaməsində öz əksini tapması məqsədəmüvafiqdir. Halbuki, yuxarıda izah etdiyim qeydiyyat zamanı MMC-nin nizamnaməsi portal vasitəsi ilə tərtib edilir və çox sadə nizamnamə nümunəsidir.

Qeyd olunan məsələlərlə bağlı “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosu sahibkarın mövcud çətinliklərinin aradan qaldırılması və ya gələcəkdə onlarla rastlaşmaması üçün zəruri olan istənilən hüquqi dəstəyi göstərməyə hazırdır.

“Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosu – 31 nəfərlik peşəkar vəkil komandası olan bürodur. Bizim fərqimiz – büromuz öz fəaliyyətini müştərilərə fərdi yanaşma, yüksək professionallıq, etibarlı əməkdaşlıq prinsipləri üzərində qurmuşdur. Bu səbəbdən müştərilərimizin əsas ehtiyaclarını anlayaraq, onları biznes yönümlü, xüsusi və praktiki həllər ilə təmin etməyi bacarırıq.

Son olaraq qeyd edim ki, məqalə ilə bağlı hər hansı sualınız olduğu təqdirdə, bizlə əlaqə saxlaya bilərsiz. İstənilən hüquqi məsələ ilə bağlı köməklik etməyə şad olarıq. Növbəti mövzularadək, hələlik!

İtmiş iş nömrəsini necə bərpa etmək olar? – DİM açıqladı – ednews.net

You are using an outdated browser. Please upgrade your browser to improve your experience.

25 May, Cümə axşamı
Günün xəbərləri

Xəbər xətti

25.05.2023

24.05.2023

Ən çox oxunan xəbərlər

İtmiş iş nömrəsini necə bərpa etmək olar? – DİM açıqladı

06.11.2018 16:15 Фото: 9 Канал–> Cəmiyyət A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 28-də keçirilmiş sınaq imtahanının nəticələrini elan edib. Hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Nəticələrin elan olunmasına baxmayaraq bəzi abituriyentlər cavabları ilə tanış ola bilməyiblər. Səbəb isə iş nömrəsinin itirilməsidir. Bəs, abituriyent tərəfindən itirilmiş iş nömrəsini necə bərpa etmək olar? DİM-dən AzEdu.az-a verilən məlumata görə, sınaq imtahanına öz şəxsi kabinetinin məlumatlarından istifadə edərək qeydiyyatdan keçənlər şəxsi kabinetlərinə daxil olub iş nömrələrini əldə edə bilərlər. Bunun üçün “Hesab”-“Hesabdan istifadə” hissəsinə daxil olmaq lazımdır. Əlavə suallar yaranarsa, DİM-in çağrı mərkəziylə (1653) əlaqə saxlaya bilərsiniz. Xatırladaq ki, Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 6600 abituriyentdən 66 nəfəri imtahana gəlməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır. Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary

İstənilən nömrənin sahibini tapmaq mümkündür: Bu proqramı yükləmək kifayətdir – VİDEO

Proqrama daxil olub nömrəni yazırsan birbaşa sənə kimin nömrəsi olduğunu göstərir. Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu imkanı Android telefonları üçün pley-stor-da yer alan proqram verir.

Bəs sistem necə işləyir və dünyanın istənilən yerindən gələn zənglərin sahibini anında necə müəyyən edir?

Özü də sistem telefon sahibinin təsdiqi ilə telefona yüklənir. Bu təsdiq həm də telefonundakı nömrələrində sistemə daxil edilməsini qəbul olunmasıdır. Yəni həmin smartfonda email, yaxud da sosial şəbəkələr vasitəsi ilə düşmüş nömrələr digər istifadəçilərə də çatır. Bununla da heç kəs proqram sahibinə qarşı hüquqi iddia qaldıra bilməz. Beləliklə milyonlarla insanın qəbul edərək yükləməsi ilə hazırda həmin sistemdə 3 milyarda yaxın nömrə var.

Bənzər bir mobil tətbiq isə telefon istifadəçisinin yerini müəyyən edir. Bunun qarşısını telefonun tənzimləmələrindən bağlamaqla almaq mümkün olsa da bəzi proqramlar maneəni də keçir. İnformasiya-Kommunikasiya Texnologiyaları mütəxəsissisi Cahid İsmayıloğlu bildirir ki, bəzən pleystorə mobil tətbiq yüklənərkən şirkətlər bu məlumatlardan sui-istifadə ediləcəyini nəzərə almırlar.

Mobil telefon nömrələrinin asanlıqla əldə edilməsi, eləcə də telefon rəhbərində telefon kitabçasında olan şəxslərin yerlərinin asanlıqla müəyyən edilməsi bəzi şəxslərdə narahatlıq yaratsa da, qanunla bu məlumatların yayılmasına heç bir məhdudiyyət yoxdur. Hüquqşünas Xəyal Bəşirov mobil telefon məlumatlarının şəxsin ad, soyad və atasının adı ilə bağlı olan məlumatlar cərgəsinə aid olduğundan onların yayılmasında heç bir problemin olmadığını deyir.

Şəxsi məlumatların yayılmasını dəstəkləyən proqramlar artdığı üçün mütəxəssislər smartfon istifadəçilərinin təhlükəsizlik qaydalarına daha həssas yanaşmasının vacib olduğunu deyirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Comments are closed, but trackbacks and pingbacks are open.