Press "Enter" to skip to content

Feyzulla qasımzadə

Cəmil Quliyev , Ağamusa Axundov ,

улица Фейзуллы Гасымзаде Баку

улица Фейзуллы Гасымзаде — улица в Баку рядом с улицами: Академика Мирасадулла Миргасымова, Академика Мирасадулла Миргасымова, Насиббея Юсифбейли и Имрана Гасымова и проспектом Свободы.

Географические координаты

  • абсолютные в градусах, минутах и секундах:
    40° 23′ 46″ N • северной широты
    49° 50′ 20″ E • восточной долготы
  • в градусах с десятичными долями:
    40,396083°; 49,838891°

Протяжённость улицы с юга на север составляет 0,218 километра, с запада на восток — 0,741 км.

Одноимённые улицы и переулки ♊

улица Анвара Гасымзаде

Почтовый адрес на английском:

Feyzulla Qasimzade street, Baku, Azerbaijan

Перекрёстки для улицы Фейзуллы Гасымзаде не найдены.

Не нашли перекрёстка с нужной улицей — добавьте её, воспользовавшись этой формой.

Feyzulla qasımzadə

Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” adlı yenidən nəşr edilən kitabının təqdimatı keçirilib.

“Ölkə.Az” xəbər verir ki, professor Yeganə İsmayılovanın təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycanın elm xadimləri, mətbuat nümayəndələri və tələbələr iştirak edib.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb. O, akademik Feyzulla Qasımzadə barəsində geniş məlumat verib. Həbibbəyli qeyd edib ki, Qasımzadə 30 elmlər doktoru və 130 elmlər namizədi yetişdirib. 600-dən çox elmi məqalə və onlarla dərsliyin müəllifidir. Onun “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabı 50 il ərzində 20 dəfə nəşr edilib.

Dərsliyin yenidən işıq üzü görməsində böyük əmək sərf etmiş filologiya üzrə elmlər doktoru, kitabın yenidən nəşrini hazırlayan professor Yeganə İsmayılova öz çıxışında bu dərsliyin hansı zərurətdən çıxması haqqında məlumat verib. İsmayılova kitabda zəhməti keçən hər kəsə təşəkkür edib.
Tədbirdə akademikin qızı Nigar Qasımzadə də iştirak edib və o, ailə üzvləri adından atasının xatirəsinə göstərilən hörmətə görə təşəkkür edib.

Hikmət Həsənov
Ölkə.Az

Feyzulla qasımzadə

Fuad Feyzulla oğlu Qasımzadə

Azərbaycanın elmi və təhsil ictimaiyyətinə ağır itki üz vermişdir . Respublikamızın tanınmış alimi , fəlsəfə elmləri doktoru , Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü , əməkdar elm xadimi , Bakı Dövlət Universitetinin kafedra müdiri , professor Fuad Feyzulla oğlu Qasımzadə 2010-cu il avqustun 3-də ömrünün 81-ci ilində vəfat etmişdir .

Fuad Qasımzadə 1929-cu il oktyabr ayının 22-də Bakı şəhərində anadan olmuşdur . Orta məktəbi qızıl medalla bitirdikdən sonra o , 1947-1952-ci illərdə Azərbaycan Dövlət Universitetində tarix fakültəsinin fəlsəfə şöbəsində təhsil almışdır . Fuad Qasımzadə 1952-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq , həmin universitetin fəlsəfə ixtisası üzrə aspiranturasına daxil olmuşdur .

Əmək fəaliyyətinə 1953-cü ildə , hələ Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil alarkən başlayan Fuad Qasımzadə həyatını bu təhsil ocağı ilə bağlamışdır . O, 1955-1967-ci illərdə burada müəllim , baş müəllim , dosent və professor vəzifələrində çalışmış , 1966-cı ildən ömrünün sonunadək kafedra müdiri olmuşdur . Pedaqoji işlə yanaşı o , 1990-1992-ci illərdə Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifəsini tutmuşdur .

Fuad Qasımzadə 1958-ci ildə fəlsəfə elmləri namizədi , 1966-cı ildə fəlsəfə elmləri doktoru elmi dərəcələrini almışdır . O, 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü , 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir .

Azərbaycan elminin tanınmış nümayəndəsi kimi Fuad Qasımzadə uzun illər ərzində ictimai elmlərin aktual problemlərinin tədqiqi ilə ardıcıl surətdə məşğul olmuşdur . Alimin bədii-ictimai fikir tariximizin görkəmli nümayəndələrinin yaradıcılığının fəlsəfi-estetik aspektlərinə həsr olunmuş əsərləri elmi ictimaiyyətin rəğbətini qazanmışdır . Məhəmməd Füzuli , İmadəddin Nəsimi , Abbasqulu ağa Bakıxanov , Mirzə Fətəli Axundzadə kimi şəxsiyyətlərin irsinə dair araşdırmaları ilə o , fəlsəfi fikir tariximizə layiqli töhfələr vermişdir . Alimin mədəni irsimizin bir sıra abidələrinin , o cümlədən ” Kitabi-Dədə Qorqud ” un fəlsəfi xüsusiyyətləri ilə bağlı fikir və mülahizələri mütəxəssislər tərəfindən maraqla qarşılanmışdır .

Fuad Qasımzadənin elmi-pedaqoji fəaliyyəti monoqrafiyalar , dərsliklər və məqalələrdən ibarət 300-ə yaxın nəşrdə öz əksini tapmışdır . Onun rəhbərliyi altında çox sayda namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir .

Fuad Qasımzadə publisistika sahəsində də uğurla çalışmışdır . O, kütləvi informasiya vasitələrində milli adət-ənənələrimizin , mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanması mövzusunda məqalə və çıxışları ilə müasirlərinin yaddaşında qalmışdır .

Elmi yaradıcılığını tədris prosesi ilə daim uğurlu şəkildə birləşdirən Fuad Qasımzadə altmış ilə yaxın bir müddətdə ictimai elmlərin öyrənilməsi , bu sahədə yüksək ixtisaslı kadrların hazırlanması işində öz bilik və bacarığını əsirgəməmişdir .

Fuad Qasımzadə filosofların bir sıra beynəlxalq konqres və simpoziumlarındakı çıxışları ilə zəngin ənənələrə malik çoxəsrlik Azərbaycan fəlsəfi və elmi fikir tarixinin nailiyyətlərinin təbliğinə xidmət göstərmişdir . O, ölkəmizin elmi-mədəni həyatında daim yaxından iştirak etmiş , Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir .

Fuad Qasımzadənin çoxillik elmi və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir . O, Azərbaycan təhsili və elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan ” Şöhrət ” və ” İstiqlal ” ordenləri ilə təltif edilmişdir .

Görkəmli alim , tanınmış pedaqoq və səmimi insan Fuad Feyzulla oğlu Qasımzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır .

Allah rəhmət eləsin !

İlham Əliyev , Artur Rasizadə ,

Oqtay Əsədov , Ramiz Mehdiyev ,

Elçin Əfəndiyev , Hacıbala Abutalıbov ,

Fatma Abdullazadə , Mahmud Kərimov ,

Misir Mərdanov , Şəmsəddin Hacıyev ,

Abel Məhərrəmov , Nailə Vəlixanlı ,

Cəmil Quliyev , Ağamusa Axundov ,

Bəkir Nəbiyev , Vasim Məmmədəliyev

Mərhumun cənazəsi vidalaşmaq üçün 2010-cu il avqustun 4-də saat 14.00-dan 16.00-dək Bakı Dövlət Universitetinin binasında ( Zahid Xəlilov küçəsi , 23) qoyulacaqdır .

Səs.- 2010.- 4 avqust.- S. 2.

Comments are closed, but trackbacks and pingbacks are open.