Press "Enter" to skip to content

Fikrət Əmirovun anadan olmasının 94 illiyi qeyd olunub (FOTO)

Balet / Ballet :

Fikrət Əmirov (1922-1984)

Fikrət Məşədi Cəmil oğlu Əmirov (22.11.1922, Gəncə – 20.02.1984, Bakı) – Azərbaycan bəstəkarı / Azerbaijani composer.

İnstrumental :

  1. Aşıqsayağı – fleyta (qoboy, klarnet) üçün
  2. Bulaq başı
  3. Gürcüstan – xor ilə simfonik orkestr üçün
  4. Xatirə
  5. 12 miniatür – fortepiano üçün
  6. Romantik sonata – fortepiano üçün
  7. Uşaq lövhələri – fortepiano üçün
  8. Cəngi (1945) – xalq çalğı orkestri üçün, Zülfüqar Hacıbəyovla birgə

Simfonik əsərləri və Baletləri:

  1. Nizami anısına simfonik poema (1942)
  2. Böyük Vətən Müharibəsi qəhrəmanları anısına simfonik poema (1943)
  3. Simfonik muğam
  4. Simfonik muğam Bayatı-Şiraz
  5. Smfonik poema “Qış yolu”
  6. Simfonik rəqslər
  7. Simfoniya

Balet / Ballet :

  1. Şur (1968)
  2. Nəsimi
  3. Min bir gecə / 1001 nights (1979)
  4. Xəzəri fəth edənlər (1975) vokal-xoreoqrafik poema
  5. Nizami (1984)

Opera:

Operettaları / Musicals :

  1. Ürəkçalanlar (1943)
  2. Xoş xəbər (1945)
  3. Gözün aydın (1946)

Mahnıları / Songs:

  1. Aman, ey yar. (söz. Tələt Əyyubov)
  2. Ay gülüm
  3. Azərbaycan elləri
  4. Baharımsan (söz. S. Vurğun)
  5. Bizim həyət
  6. Dan ulduzu / “Ulduz” romansı (romans, M. Lermontovun sözlərinə)
  7. Gecə keçdi (söz. T. Elçin)
  8. Göygöl (söz. T. Elçin) ★★★★★
  9. Gülərəm, gülsən (söz. M. S. Ordubadi) ★★★★★
  10. Gülüm (söz. N. Gəncəvi, tərc. Cəfər Xəndan) ★★★★★
  11. Gülür ellər (söz. T. Elçin) ★★★★★
  12. Kolxozçu qızlar mahnısı
  13. Kor ərəbin mahnısı (söz. Hüseyn Cavid) ★★★★★
  14. Kövsər bacım
  15. Qatar gəlir uzaqdan
  16. Laylay (söz. N. Xəzri)
  17. Mavi nəğmə (söz. Cahangir Məmmədov)
  18. Mən səni araram (söz. Tələt Əyyubov) ★★★★★
  19. Pambıqçı qızlar (söz. T. Elçin)
  20. Reyhan (söz. Tələt Əyyubov) ★★★★★
  21. Saqinin mahnısı (söz. Tələt Əyyubov) ★★★★
  22. Sevdiyim yardır mənim (söz. Azərbaycan xalq bayatıları)
  23. Üzümçü (söz. T. Elçin)
  24. Yar üçün / Bir gül seçdim (söz. T. Elçin) ★★★★★

Ayrıca bax / See also :

  1. Azərbaycan musiqisi / Azerbaijani music
  2. Azərbaycan bəstəkarları / Azerbaijani composers
  3. Azərbaycan romansları / Azerbaijani romances
  4. Azərbaycan uşaq mahnıları / Azerbaijani child (kids) songs
  5. Dünya bəstəkarları / World composers

Fikrət Əmirovun anadan olmasının 94 illiyi qeyd olunub (FOTO)

Fikrət Əmirovun adını daşıyan 6 nömrəli onbirillik Uşaq İncəsənət Məktəbində bəstəkarın anadan olmasının 94 illiyi münasibətilə tədbir keçirilib.

Trend-i buradan izləyin

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı, Fikrət Əmirovun adını daşıyan 6 nömrəli onbirillik Uşaq İncəsənət Məktəbində bəstəkarın anadan olmasının 94 illiyi münasibətilə tədbir təşkil keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, öncə məktəbin nəzdində Fikrət Əmirov adına muzeyin açılışı olub. Burada bəstəkarın kitabları, elmi məqalələri, musiqi əsərləri yer alıb. Bu da məktəbdə davamlı olaraq təhsil alan şagirdlərə F.Əmirovun yaradıcılığı ilə yaxından tanış olmağa imkan yaradacaq. Sonra qonaqlar məktəb şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Sonra məktəbin akt zalında “Fikrət Əmirovun musiqisini ifa və təhlil edirik” adlı elmi ifaçılıq konfransı öz işinə başlayıb. Fikrət Əmirovun “1001 gecə” baletindən “Şəhrizadın rəqsi”, “Uşaq lövhələri”, “Skertso”, “Elegiya”, “Sevilin ariyası”, “Lirik rəqs” və digər əsərləri səsləndirilib.

Konfransda Fikrət Əmirov adına 6 nömrəli onbirillik Uşaq İncəsənət Məktəbin direktoru, Əməkdar Müəllim Ədilə Yusifova çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova və Azərbaycan Milli Konservatoriyasının prorektoru, dosent Lalə Hüseynova Fikrət Əmirovun həyat və yaradıcılığından söz açaraq, unudulmaz bəstəkarın Azərbaycan musiqi tarixində müstəsna xidmətlərə malik olduğunu öz çıxışlarında qeyd ediblər. Onun yazdığı “Nizaminin xatirəsinə” simfoniyası, “Şur” və “Kürd ovşarı” simfonik muğamları və “Sevil” operası sənətkara böyük şöhrət qazandırıb.

Vurğulanıb ki, Fikrət Əmirov müxtəlif janrlarda biri-birindən əsrarəngiz musiqi əsərləri yaratdığını bildirən Ə.Yusifova deyib ki, bəstəkarın “Azərbaycan kapriççiosu”, “Gülüstan-Bayatı-Şiraz”, “Nəsimi əfsanəsi” kimi simfonik əsərləri ona populyarlıq qazandırıb.
Bəstəkarın oğlu Cəmil Əmirov ailəsi adından tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirərək məktəbə xatirə hədiyyələri təqdim edib. Tədbir “Min bir gecə” baletinin musiqisi əsasında rəqs ifaçılığı ilə yekunlaşıb.

Fikrət əmirovun azərbaycan körpüsü sözləri

Bu gün Azərbaycan xalqının dahi bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyidir. Fikrət Məşhədi Cəmil oğu Əmirov 1922-ci ildə Gəncə şəhərində anadan olub. Atası Məşhədi Cəmil Əmirov Şuşanın məşhur muğam ustası və tarzəni olub. Fikrət Əmirov ilk musiqi təhsilini Kirovabad (indiki Gəncə) Musiqi Məktəbində alıb. Həmin məktəbi bitirdikdən sonra, o, Bakıya köçərək, orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfində təhsil alıb. 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasına, professor B.İ.Zeydmanın bəstəkarlıq sinfinə daxil olub. Fikrət Əmirov Dövlət Konservatoriyasında təhsil aldığı illərdə bir sıra operettalara musiqi bəstələmiş, fortepiano əsərləri, variasiyalar yazıb. Böyük Vətən müharibəsi Fikrət Əmirovun təhsilini yarımçıq qoyur və bir çox incəsənət xadimləri kimi o da müharibəyə gedir. 1944–cü ildə Bakıya qayıdan Əmirov təhsilini davam etdirir.

Azərbaycanda ilk dəfə simfonik muğam 1948-ci ildə Fikrət Əmirov tərəfindən yazılıb. Yaşadığı illərdə Fikrət Əmirov bir çox mükafatlara və fəxri adlara layiq görülüb. Bəstəkar SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, SSR Elmlər Akademiyasının müxbir üzvü olub. O, SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqları İdarə Heyətinin katibi, SSRİ Ali Sovetinin deputatı vəzifəsinə layiq görülüb. Fikrət Əmirov bir neçə il Azərbaycan opera və Balet teatrına rəhbərlik edib. Milli musiqi sənəti qarşısındakı böyük xidmətlərə görə, Lenin ordeni ilə təltif edilib.

Fikrət Əmirov demək olar ki, musiqinin bütüb janrlarında uğur qazanıb. O, “Ulduz” və “Sevil” operaları, “Şur”, “Kürd-Ovşarı” simfonik muğamları, “Nəsimi dastanı”, “Xəzəri fəth edənlər”, “Min bir gecə” və “Nizami” baletləri, “Ürək çalanlar”, “Xoş xəbər”, “Gözün aydın” musiqili komediyalarının müəllifidir.

Milli bəstəkarlıq sənətinin parlaq siması olan Fikrət Əmirov 20 fevral 1984-cü ildə Bakıda vəfat edib.

Dahi bəstəkarın yubileyi münasibəti ilə Fikrət Əmirova aid muzeyin Sənədli mənbələr fondunda qorunan üç fotoşəkili təqdim edirik. 1974-cü ildə Moskvada keçirilmiş SSRİ Bəstəkarlar İttifaqı qurultayında çəkilmiş fotoda Azərbaycan nümayəndələri arasında bəstəkarlar- Vasif Adıgözəlov, Tofiq Bakıxanov, soldan 2-ci Fikrət Əmirovu, 1978-ci ildə çəkilmiş digər fotoşəkildə isə Azərbaycan klassik musiqi sənətinin iki korifeyi – Qara Qarayev (sağdan 2-ci) və Fikrət Əmirovu (soldan 2-ci) görmək olar. Ötən yüzilliyin 70-ci illərinə aid sonuncu fotoşəkildə bəstəkar Fikrət Əmirovun yaradıcılıq düşüncələrinə daldığı təsvir olunmuşdur.

Comments are closed, but trackbacks and pingbacks are open.