Yeni Blog 2014
İş yeri icraçının icra edilən proseslərində əməyin mexanikləşdirilmə və avtomatlaşdırılması səviyyəsinə görə – iş yerləri üç qrupa: əl əməyinə əsaslana, mexanikləşdirilmiş və avtomatlaşdırılmış iş yerlərinə bölünür. Əl əməyinə əsaslanan iş yerlərində əmək prosesləri əllə, mexanikləşdirilmiş iş yerlərində – maşın və mexanizmlər ilə, avtomatlaşdırılmış iş yerlərində isə – avtomatlaşdırılmış mexanizmlərlə yerinə yetirilir.
Firmanın daxili və xarici mühitinin təhlili
Firmanın fəaliyyətinin makromühit amilləri dedikdə ölkə iqtisadiyyatının ümumi durumu, hüquqi tənzimləmə sahəsində vəziyyət, ölkədə baş verən siyasi proseslər, elmi-texniki və texnoloji inkişaf, sosial-mədəni mühit, istehsal infrastrukturunun durumu, təbii-coğrafi mühit və biznes infrastrukturunun durumu başa düşülür.
Firmanın fəaliyyətinin xarici mühitinin (makromühitin) təhlili və qiymətləndirilməsi zamanı PESTLE-analiz təhlil aləti tətbiq olunur.
Strateji planlaşdırma prosesində PESTLE analizfirmanın fəaliyyətinin xarici mühitinin (makromühitin) təhlili və qiymətləndirilməsi əsasında firmanın inkişafı üçün imkan və təhlükələrin aşkara çıxarılması üçün tətbiq edilir.
PESTLE akronimində:
P – siyasi mühiti (Political),
E – iqtisasi mühiti (Ecomomic),
S – sosial-mədəni mühiti (Sosial),
T – elmi-texniki və texnoloji mühit (Technological),
L – hüquqi mühiti (Legal),
E – ətraf (ekoloji) mühiti (Environmental) ifadə edir.
Firmanın fəaliyyətinin makromühitini müəyyən edən siyasi amillər: ölkədə prezident seşkiləri, parlament seçkiləri, beynəlxalq təşkilatlara üzvolma, regional inteqrasiya və qloballaşma prosesləri, iqtisadiyyatın dövlət tənzimlənməsi və s. Məsələn, siyasi situasuyadakı dəyişikliklər biznes üçün hansı imkan və təhlükələr yaradır? şirkətin fəaliyyətinə təsir göstərə biləcək başlıca siyasi meyllər hansılardır?
Firmanın fəaliyyətinin makromühitini müəyyən edən iqtisadi amillər: ÜDM-in dinamikası, inflyasiya, milli valyutanın məzənnəsi, Mərkəzi Bankın uçot dərəcəsi, məşğulluğun dinamikası, bazar tsiklləri və s. Məsələn, iqtisadiyyatda gözlənilən əsas hadisələr biznesin perspektivlərinə necə təsir göstərə bilər? əhalinin gəlirlərində və alıcılıq qabiliyyətində baş verən dəyişikliklər firmanın məhsulunun satışlarına necə təsir göstərə bilər?
Firmanın fəaliyyətinin makromühitini müəyyən edən hüquqi amillər: mülkiyyətin hüquqi qorunması, mülki, ticarət və investisiya qanunvericiliyində dəyişikliklər, vergi və gömrük rejimi, lisenziyalaşdırma sistemi, məhkəmə sistemi. Biznes üçün əlverişli hüquqi mühitə qarşı qoyulan tələblər: Hüququn üstünlüyü – bütün hadisə və proseslərin qanunla tənzimlənməsi; Qanun qarşısında hamının bərabərliyi; c) Mülkiyyət toxunulmazlığına zəmanət; d) Müstəqil və ədalətli məhkəmə sistemi.
Firmanın fəaliyyətinin makromühitini müəyyən edən texnoloji mühit amilləri: ETT-nin inkişaf meylləri, ETLKİ, innovasiyalar, yeni məhsullar, yeni patentlər və s.;
Firmanın fəaliyyət (xarici) mühitinə təsir göstərən sosial amillər: cəmiyyətin əsas (milli) dəyərləri, həyat tərzinin dəyişiklikləri, əməyə və istirahətə münasibət, demoqrafik dəyişikliklər, dini amillər, vətəndaş cəmiyyətinin təsirləri və s.
Firmanın fəaliyyətinə təsir göstərən ekoloji mühit amilləri: ölkədə yeni ekoloji tələblərin və standartların tətbiqi; ekoloji prosesləri tənzimləyən qanunvericilikdə baş verən dəyişikliklər; ölkənin beynəlxalq ekoloji konvensiyalara qoşulması; cəmiyyətin ekoloji proseslərə reaksiyası və s.
Firmanın (müəssisənin) daxili mühitinin strateji analizi
Daxili mühit faktorları
Təşkilatın daxili mühitinin mahiyyəti
Təşkilatın daxili mühiti – onun sərhədləri çərçivəsində olan hissəsidir. O təşkilatın funksional fəaliyyətinə birbaşa və daimi təsir göstərir. Təşkilatın daxili mühitin birneçə funksional fəaliyyəti var.Təşkilatın daxili mühitinin analizi çox zaman rəqabətdə olan təşkilatların daxili mühiti ilə müqayisənin həyata keçirilməsi üçün aparılır (təşkilatın konkret strateji istiqamətini aparmaq üçün).
Təşkilatın daxili mühitinin əsas faktorları
Təşkilatda rəhbərliyin diqqətini tələb edən bir sıra faktorlar var,bunlar məqsədlər,struktur,vəzifələr,texnologiya və insanlardır.
1. Məqsədlər: Təşkilat dedikdə məqsədləri bir olan ən azı 2 nəfərin fəaliyyəti başa düşülür. Biz təşkilat anlayışına məqsədlərə çatmaq vasitəsi kimi baxa bilərik,hansına ki,bir insanın yerinə yetirə bilməyəcəyi bir işi kollektiv olaraq yerinə yetirməyə imkan verir. Hər bir məqsəddə son və arzulanan nəticə vardır ki,kollektiv ona çatmaq üçün işləyir. Mütəxəssislər hesab edirlər ki,düzgün məqsəd və vəzifələrin qoyulması qərarın yerinə yetirilməsinin 50 % uğurla həyata keçirilməsinə gətirib çıxarır. Əksər təşkilatların fəaliyyətinin əsas məqsədi mənfəət əldə etməkdir. Mənfəət təşkilatın əsas göstəricisi hesab olunur. Kommersiya müəssisələrinin əsas məqsədi mənfəət əldə etməkdir.
Lakin mənfəətin əldə edilməsi bütün təşkilatların əsas məqsədi deyil. Belə təşkilatlar qeyri-kommersiya təşkilatları adlanır. Onlara misal olaraq,kilsələri,xeyriyyə fondlarını misal göstərmək olar. Lakin digər hallarda olduğu kimi təşkilat yalnız mənfəət göstərdiyi halda mövcud ola bilər.
İri təşkilatların çoxlu məqsədləri olduğu üçün bu göstəricilər çoxala bilər. Mənfəətin əldə olunması üçün,biznes məqsədləri müəyyən sferalarda həyata keçirilməlidir. Bunlara: bazarda mövqe,yeni məhsul istehsalı,xidmətlərin keyfiyyəti,rəhbərlərin hazırlanması və seçilməsi və ictimai məsuliyyəti misal göstərmək olar. Qeyri-kommersiya şirkətləri də müxtəlif məqsədlərə sahib olurlar,lakin böyük ehtimalla daha çox ictimai məsuliyyətə diqqət ayıracaqlar. Bölmələrdə,hətta bütov təşkilatda məqsədlərin qoyuluşu vacib addımdır.
- Struktur: Təşkilat formasız bir kütlə deyil,o nizamlı bir sistem sayılır. Bu nizamlı sistemi dəstəkləməyə təşkilatın strukturu kömək edir. Struktur- daxili sistemin güzgüsü sayılır. Təşkilati struktur təşkilata aşağıdakılara çatmağa kömək edir:
- Xaosun və qeyri-müəyyənliyin aradan qaldırılması – işçilər nə etməli olduqlarını,necə etməli olduqlarını və onların kimlə işləməli olduqlarını bilirlər. Rəhbər işçilər isə öz bölmələrinin digər bölmələr ilə hansı şəkildə qarşılıqlı fəaliyyət göstərdiklərini təsəvvür edirlər.
- ətraf mühit ilə effektiv qarşılıqlı əlaqə.
- əməkdaşların səylərini məqsədli və məhsuldar şəkildə istiqamətləndirmək,fərdi bölmələr arasında aydın əlaqələr qurmaq,məsuliyyət və hüquqları təyin etmək.
- Müştəri ehtiyaclarını qarşılamaq.
- Öz məqsədlərində effektiv nəaliyyətlərə nail olmaq.
Təşkilatın fəaliyyətinin başlanğıcından təşkilatın strukturunun və onun sənədlərinin əhəmiyyəti olduqca vacibdir. Təşkilatın strukturu ayrılmış bölmələrin,bölmələr arasındakı əlaqələrin və bu bölmələrin bir bütov kimi fəaliyyətini əks etdirir. Strukturun ən vacib konsepsiyalarından biri əməyin ixtisaslaşdırılmış bölgüsüdür. Əksər böyük firmalarda əməyin bölgüsü işin təsadüfən mövcud insanlar arasında bölgüsü demək deyil. Onun xarakterik xüsusiyyəti əməyin ixtisaslaşdırlmış bölgüsüdür,yəni,hər hansı bir işi təşkilatın düşüncəsi nöqteyi nəzərindən onu ən yaxşı yerinə yetirə bilən işçiyə verilməsidir. Misal üçün əməyin maliyyə,marketinq,istehsal sahələri ekspertləri arasında bölgüsünü göstərmək olar. Təşkilatın strukturuna gəldikdə isə,təşkilatın strukturunun bir neçə növü vardır. Xətti-funksional,matris,divizional struktur.
Xətti-Funksional struktur Şirkətin fəaliyyəti ayrı-ayrı funksional bölmələr tərəfindən həyata keçirilir,yəni,iş dar ixtisaslaşdırılmış bölmələrdən başlayıb,növbəti funksional bölməyə ötürülür.
Matris struktur Funksional bölmələri olan bu təşkilat layihələr zamanı həyata keçirilir. Əvvəlcə müvəqqəti işçi qrupları yaradılır,sonra fəaliyyəti konkret bir problemin həllinə yönələn,həmişə fəaliyyət göstərən qruplar formalaşdırılır. Axırıncı mərhələdə qrupların fəaliyyətinin nəticələrinə cavabdeh olan menecer təyin olunur
Divizional struktur Bu strukturda funksiyaların bir hissəsi və hətta bütün “qərərgah” funksiyaları istehsal vahidlərinə verilir. Bu onlara istehsal və məhsulların satışındakı məsuliyyətin bir hissəsini və ya bütöv məsuliyyəti öz üzərinə götürməyə imkan verir. Nəticədə təşkilatın rəhbərliyinin idarəetmə resursları strateji vəzifələrin həlli üçün istifadə edilir.
Şəbəkə strukturu Bu struktur eyni şirkət daxilində çox funksional qruplar arasında əməkdaşlığı nəzərdə tutur. Qruplar şəbəkə elementləri kimi fəaliyyət göstərirlər: müştəri-server.
Üfüqi struktur Bu strukturdan adətən istehsal prosesində istifadə olunur. Təchizatçılarla və malsatanlarla işgüzar əlaqələr qurulur,əməkdaşların ixtisaslarının artırılması aparılır,qrup şəklində fəaliyyət genişləndirilir.
Strategiyanın formalaşdırılması üçün təşkilatın strukturunu müəyyən etmək vacibdir. Struktur dəyişikliklər olunmuş strategiyaya uyğun olaraq reaksiya versə,bu təşkilatın güclü tərəfləri sayılacaq. 3. Tapşırıqlar:
Təşkilatda əmək bölgüsünün daha bir istiqaməti tapşırıqların müəyyənləşdirilməsidir. Tapşırıq – qabaqcadan müəyyən olunmuş üsulla və əvvəlcədən müəyyən olunmuş müddətlərdə yerinə yetiriləcək işlərdən ibarətdir. Texniki baxımdan tapşırıq işçiyə deyil,vəzifəyə verilir. Rəhbərliyin qərarı əsasında təşkilatın məqsədlərinə nail olmaq üçün hərbir vəzifəyə tapşırıqlar müəyyən olunur. Hesab olunur ki,əgər tapşırıqlar nəzərdə tutulmuş üsulla və müddətlərdə yerinə yetirilərsə təşkilat müvəffəqiyyətli fəaliyyət göstərəcəkdir. Təşkilatın tapşırıqları ənənəvi olaraq 3 kateqoriyaya bölünür: adamlarla,predmetlərlə və informasiya ilə iş. Məsələn,zavodda işçilər predmetlərlə,mühasibat isə informasiya ilə işləyir. Digər 2 vacib ann,tapşırığın təkrarlanma tezliyi və onun yerinə yetirilməsinə lazım olan vaxtdır. Bu baxımdan qeyd etmək olar ki,idarəetmə əməyi daha az monoton və təkrarlanmayan xarakteri daşıyır və aşağı idarəetmə səviyyəsindən yuxarı idarəetmə səviyyəsinə keçdikcə hər bir işin yerinə yetirilmə vaxtı artır. 4. Texnologiya:
Daxili mühit amili kimi texnologiya vacib amil hesab edilir. Çoxları texnologiyaları istehsal prosesində istifadə olunan alət,mexanizm kimi başa düşürlər. Təşkilatların fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən texnologiyaları öyrənmək və onların təsnifatını aparmaq lazımdır. Texnologiyaların təsnifatının bir neçə növə bölmək olar. Onlardan bəziləri,Tomson və Vudvorda görə təsnifatdır.
Texnologiyaların mövcud təsnifatları içərisində Yoan Vudvordun təsnifatı daha çox tanınmışdır. O istehsal firmalarını tədqiq edərək aşağıdakı təsnifatı vermişdir.
- Tək-tək kiçik seriyalı və ya fərdi istehsal. Eyni zamanda bir ədəd və kiçik seriya ilə məhsul istehsal olunur.
- Kütləvi və ya iri seriyalı istehsal. Eyni bir məhsulun və ya oxşar məhsulların çox sayda istehsalı.
- Kəsilməz istehsal. Avtomatlaşdırılmış avadanlıqdan istifadə etməklə bütün gün ərzində eyni xarakteristikalı məhsulların kəsilməz istehsalı.
Sosioloq Ceyms Tompson bu təsnifatdan fərqlənən lakin zidd olmayan aşağıdakı təsnifatı vermişdir.
- Çox mərhələli texnologiyalar. Ardıcıl yerinə yetirilən qarşılıqlı əlaqəli tapşırıqlar seriyası ilə xarakterizə olunur.
- Vasitəçilik texnologiyaları. Qarşılıqlı əlaqədə olmaq istəyən insanlar qrupu ilə xarakterizə olunur (mağaza,bank işi).
- İnstensiv texnologiyalar. İstehsala daxil olan konkret materialda müəyyən dəyişikliklərin aparılması üçün xüsusi üsulların,vərdişlərin və ya xidmətlərin tətbiqi ilə xarakterizə olunur.
- İnsanlar:Hər bir təşkilatın özəyini insanlar təşkil edir. İnsanlarsız təşkilat mövcud ola bilməz. Insan təşkilatda məhsul istehsal edir,təşkilatın mədəniyyətini formalaşdırır. Təşkilatın nəyə qadir olması insanlardan asılıdır. Təşkilatın menecerləri üçün insanlar 1 nömrəli predmet sayılırlar. Bir çox meyarlara görə təşkilatda fəaliyyət göstərən insanlar bir-birilərdindən fərqlənirlər: cins,yaş,təhsil,milliyət,ailə vəziyyəti,onların bacarıqları və s. Bu parametrlər işçilərin təşkilat daxilindəki fəaliyyətinə təsir göstərir. Bununla əlaqədar olaraq hər bir menecer,təşkilat daxilində hər bir işçinin fəaliyyəti ilə yaxından maraqlanmalı,şirkətin inkişafı üçün işçiləri düzgün yönləndirməli,neqativ halların qarşısını almalıdır. Texnologiyalardan fərqli olaraq insanların arzuları mövcuddur və hər hansısa bir istək onun iş fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Belə halda menecer fövqəladə çətin vəzifələrin öhtəsindən gəlməlidir,hansı ki,çox hallarda təşkilatın uğuruna gətirib çıxarır.
Firmanın daxili mühit amilləri dedikdə onun strukturu, məqsəd və vəzifələri, texnologiya, heyət, dəyərləri, təşkilati-idarəetmə üslubu və mədəniyyəti, maliyyə resursları və sistemi, informasiya sistemi, strategiya, heyətin bacarıqları, biznes-proseslər, imici və s. başa düşülür.
Firmanın daxili mühitinin strateji analizi aşağıdakılardan ibarətdir: firmanın resurslarının təhlili və qiymətləndirilməsi, firmanın həlledici kompetensiyalarının və rəqabət üstünlüklərinin təhlili, firmanın güclü və zəif tərəflərinin müəyyən edilməsi.
Firmanın resurslarının analizi və qiymətləndirilməsi aşağıdakılardan ibarətdir:
- resursların mövcudluğunun (kəmiyyət və keyfiyyət) təhlili,
- resursların istifadəsinin səmərəliliyinin və nəticəliliyinin təhlili.
Firmada resursların mövcudluğunun analizişirkətin malik olduğu bütün resurs növləri üzrə aparılır.
Firmanın daxili mühitinin analizində istifadə edilən amillər:
- firmanın korporativ (ümumi) siyasəti;
- firmanın konkret fəaliyyət (biznes) növləri üzrə biznes-strategiyaları;
- firmanın təşkilati strukturu;
- firmanın ümumi maliyyə durumu.
- firmanın xərclərinin strukturu;
- firmanın istehsal etdiyi məhsulun keyfiyyət xarakteristikası;
- firmanın məhsulunun satış şəbəkəsi;
- firmada informasiya texnologiyalarının tətbiqi səviyyəsi;
- firmada yeniliklərin tətbiqi vəziyyəti,
- firmada istehsalın təşkili səviyyəsi;
- firmanın marketinq fəaliyyətinin səviyyəsi;
- firmada menecmentin keyfiyyəti;
- firmanın işçi heyətinin keyfiyyəti,
- firmanın dövlət hakimiyyəti orqanları ilə münasibətləri;
- həmkarlar ittifaqı ilə firmanın münasibətləri;
- firmanın korporativ mədəniyyəti;
- strateji alyanslarla firmanın münasibətləri,
- firmada “satışdan sonra xidmət”in təşkili səviyyəsi,
- firmanın bazar reputasiyası (etibarı).
Firmanın təşkilati mədəniyyətinin analizi zamanı cavabı axtarılan suallar:
- firma ətraf mühitlə qarşılıqlı münasibətlərini necə qurur?
- firma öz müştərilərinə necə yanaşır?
- firma rəqabət mübarizəsini aparmaq üçün hansı üsullardan istifadə edir?
- firmada insanlar arasında münasibətlər necə qurulub?
Zəif təşkilati mədəniyyətinə malik firmalar, bir qayda olaraq, nəşrlərdə və çıxışlarda öz fəaliyyətinin formal təşkilati və keyfiyyət aspektlərindən danışmağa cəhdlər edirlər.
Firmanın təşkilati mədəniyyətinin formalaşmasın üçün idarəetmədə sosial-psixoloji üsullara üstünlük verilir.
Firmada istehsalın təşkilinin analizi:
- ehtiyatlara nəzarət sisteminin təşkili;
- istehsal miqyasından qənaət;
- istehsal güclərinin texniki effektivliyi və yüklənməsi;
- keyfiyyətə nəzarətin təşkili.
Firmanın başlıca kompetensiyaları (səriştələri) dedikdə digər şirkətlərlə (rəqiblərlə) müqayisədə şirkətə rəqabət üstünlükləri vərən imkan və resurslar başa düşülür. Firmanın həlledici kompetensiyalarının (səriştələrinin) xüsusiyyətləri:
- kompetensiyalar texnologiyadan yaxud onun hər hansı bir komponentindən daha geniş anlayışdır;
- kompetensiyalar, bir qayda olaraq, firmanın fəaliyyətinin müxtəlif tərəflərinin təcrübəsinin ümumiləşdirilməsi və müxtəlifliyin sinergizmi nəticəsi olaraq yaranır;
- firmaya rəqabət üstünlüyü verə biləcək imkanların başlıca kompetensiyalara çevrilməsi üçün rəqiblərlə müqayisədə daha böyük cəhdlər göstərilməlidir;
- unikal kompetensiyalar yalnız istehlakçılar tərəfindən hiss olunduqdan sonra bunlar rəqabət üstünlüyü üçün əsaslar yaradır.
Başlıca kompetensiyaların (səriştələrin) aşağıdakı kateqoriyaları fərqləndirilir:
- Çox işlənilmiş;
- Perspektivi olmayan;
- Sabit (davamlı);
Firmanın daxili mühitinin analizi aləti SNW-analiz hesab edilir. SNW analizfirmanın rəqiblərlə müqayisədə güclü, zəif və neytral tərəflərinin müəyyənləşdirilməsi üçün tətbiq olunur.
Firmanın “güclü tərəfləri” dedikdə firmanın rəqiblərini üstələyən fəaliyyətləri yaxud ona əlavə rəqabət üstünkləri təmin edən xüsusiyyətləri nə başa düşülür.
Aşağıdakılar firmanın “güclü tərəf”i sayıla bilər:
- təcrübə və bacarıqlar;
- dəyərli maddi aktivlər;
- ixtisaslı və peçəkar kadrlar;
- dəyərli təşkilati resurslar.
- ticarət markasının cəlbedici imici;
- şirkətin yaxşı reputasiyası (etibarlılığı);
- alıcıların (müştərilərin) firmaya bağlılığı;
- motivasiyalı və enerjili iş qüvvəsi.
Firmanın “zəif tərəfləri” dedikdə:
- a) rəqabət üçün əhəmiyyətli resursların yoxluğu;
- b) rəqabət üçün əhəmiyyətli resursların çatışmazlığı;
- c) firmanın rəqiblərindən geridə qaldığı fəaliyyətləri;
- d) firmanı əlverişsiz vəziyyətə qoyan şərtlər başa düşülür.
Firmanın “zəif tərəfləri”nin onun mövqeyini zəiflətməsi rəqabət mübarizəsində həmin tərəflərin əhəmiyyətindən və firmanın bunları başqa resurslarla kompensasiya etmək qabiliyyətindən asılıdır.
Firmanın “neytral tərəfləri”:
- bunlar rəqiblə müqayisədə firmaya rəqabət üstünlüyü təmin etmir, eyni zamanda həm də rəqabət mübarizəsində firmanın uduzmağına gətirib çıxarmır;
- bu tərəflər üzrə firmanın rəqabət gücü rəqib şirkətlərin güçünə təqribən bərabərdir;
- strategiyanın reallaşdırılması zamanı vəziyyətdən asılı olaraq bunlar firmanın güclü yaxud zəif tərəflərinə çevrilə bilər.
Frmanın sahə daxilində rəqabət mövqeyinin qiymətləndirilməsi, rəqib firmaların bazar davranışlarının və rəqabət üstünlüklərinin öyrənilməsi üçün bençmarkinq aləti tətbiq edilir.
Bençmarkinq firmanın başlıca uğur amillərinin rəqib firmaların müvafiq parametrləri ilə müqayisəli təhlilidir.
Bençmarkinq – qabaqcıl şirkətlərin (rəqiblərin) bazardakı fəaliyyətlərini öyrənməyə və yaxşı təcrübələrdən faydalanmağa xidmət edir; rəqib firmaların müvafiq parametrləri ilə müqayisəli təhlil əsasında firmanın mühüm uğur amillərini və zəif yerlərini müəyyənləşdirməyə imkan verir;
sahədəki başqa firmalara yalnız rəqib kimi yox, həm də qabağcıl və faydalı təcrübə mənbəyi kimi yanaşmağı tələb edir; həm bütövlükdə firmanın, həm də onun ayrı-ayrı fəaliyyət istiqamətlərinin və ya struktur bölmələrinin işinin effektivliyinin müqayisəli təhlili zamanı tətbiq edilə bilər.
Bençmarkinq aşağıdakı parametrlər üzrə aparılır:
- firmanın bazar payı,
- məhsulun maya dəyəri, qiyməti və rentabelliyi;
- istehsal texnologiyası,
- innovasiya potensialı,
- firmanın imici,
- məhsuldarlıq;
- məhsulun keyfiyyəti, çeşidi, satış həcmi və kanalları,
- satışdan sonrakı xidmət;
- işçilərin bilik və bacarıqları,
- menecerlər komandasının qabiliyyəti,
- müəssisədə sosial münasibətlərin xarakteri və s.
Yeni Blog 2014
1.Firmanın (müəssisənin) iqtisadiyyatı” fənninin predmeti
2. “Firmanın (müəssisənin) iqtisadiyyatı” fənninin tədqiqat obyekti.
3. “Firmanın (müəssisənin) iqtisadiyyatı” fənninin vəzifələri.
4. “Firmanın (müəssisənin) iqtisadiyyatı” fənninin məzmunu.
5. Kursun tədqiqat metodları.
6. Müəssisə və firmanın oxşar və fərqli cəhətləri.
7. İstehsal firmalarının təsnifatı.
8. İstehsal firmalarının quruluşu .
9. İstehsal firmalarının quruluşu və onu müəyyən edən amillər.
10. Firmanın təşkikati-hüquqi formaları.
11. Sahibkarlıq fəaliyyətinin təyinatına görə formaları.
12. Sahibkarlığın təşkilati-iqtisadi formaları
13. Firmanın təşkilati-hüquqi forması kimi Açıq Səhmdar Cəmiyəti.
14. Firmanın (müəssisənin) daxili və xarici mühiti.
15. Firmanın yaradılması və ləğvi qaydaları.
16. Müəssənin firmaya çevrilmısi.
17. Firmada (müəssisədə) istehsal prosesi və onun təşkili.
18. İstehsal prosesinin mahiyyəti.
19. İstehsal tsikili və onun tərkibi
20. Firmada (müəssisədə) istehsal prosesinin təşkili.
21. Firmada (müəssisədə) istehsalın təşkilinin formaları.
22. Firmanın (müəssisənin) əmək resursları və onun tərkibi.
23. Firmada (müəssisədə) kadrların idarəolunması xüsusiyyətləri.
24. Əmək məhsuldarlığının mahiyyəti.
25. Əmək məhsuldarlığının ölçülmə metodları.
26. Əmək məhsuldarlığının artırılması amilləri.
27. Əmək məhsuldarlığının artırılması ehtiyyatları.
28. Firmada (müəssisədə) əmək haqqı və onun mahiyyəti.
29. Firmada (müəssisədə) əməyin ödənilməsi forma və sistemləri.
30. Firmada (müəssisədə) əsas fondların iqtisadi mahiyyəti.
31. Firmada (müəssisədə) əsas fondların təsnifləşdirilməsi.
32. Firmada (müəssisədə) əsas fondların amartizasiysı.
33. Firmada (müəssisədə) əsas fondların qruplaşdırılması.
34. Firmada (müəssisədə) əsas fondların köhnəlmə zamanı təmiri formaları.
35. Firmada (müəssisədə) istehsal gücü.
36. Firmada (müəssisədə) dövriyyə fondlarının mahiyyəti.
37. Firmada (müəssisədə) tədavül fondlarının mahiyyəti.
38. Firmada (müəssisədə) dövrüyə vəsaitlərinin tərkibi və sturukturu.
39. Firmada (müəssisədə) dövrüyyə vəsaitlərinin normallaşdırıması.
40. Firmada (müəssisədə) tədavül fondlarının idarə olunması.
41. Firmada (müəssisədə) idarəetmə mexanizmi.
42. Firmada (müəssisədə) idarəetmənin mahiyyəti.
43. Firmada (müəssisədə) idarəetmənin prinsipləri.
44. Firmada (müəssisədə) idarəetmənin funksiyaları.
45. Firmada (müəssisədə) idarəetmənin metodları və tədbiqi istiqamətləri.
46. Firmada (müəssisədə) idarəetmə mexanizminin təşkilati quruluşu.
47. Firmada (müəssisədə) investitsiya fəaliyyəti.
48. Firmada (müəssisədə) investitsiya qoyuluşu tərkibi və onun quruluşu.
49. Firmada (müəssisədə) investitsiya lahiyələri və onlarin səmərəliliyinin qiymətləndirilməsi.
50. Firmada (müəssisədə) əsaslı vəsait qoyuluşu və onun mahiyyəti.
51. Firmada (müəssisədə) investitsiya fəaliyətinin obyekt və subyektləri.
52. Firmada (müəssisədə) innovativ fəaliyyət.
53. Firmada (müəssisədə) innovasiya anlayışı və mahiyyəti.
54. Firmada (müəssisədə) yeniliklər.
55. Firmada (müəssisədə) innovasiyalı idarəetmənin mahiyyəti
56. Firmada (müəssisədə) innovasiyalı idarəetmənin məqsədi
57. Firmada (müəssisədə) innovasiyalı idarəetmənin vəzifələri
58. Firmada (müəssisədə) yeni məhsul hazırlanması və innovasiyanın mərhələləri.
59. Firmada (müəssisədə) məhsulların keyfiyyəti.
60. Firmada (müəssisədə) keyfiyyət anlayışı.
61. Firmada (müəssisədə) keyfiyyət göstəricələri
62. Firmada (müəssisədə) keyfiyyətə nəzarətin təşkili.
63. Firmada (müəssisədə) keyfiyyətə nəzarət üsulu.
64. Firmada (müəssisədə) məhsulun keyfiyyətinin idarə edilməsi sistemi.
65. Firmada (müəssisədə) məhsulun standartlaşdırılması.
66. Firmada (müəssisədə) məhsulun sertfikatsiyası.
67. Firmanın (müəssisənin) marketinq fəaliyyəti.
68. Firma (müəssisə) üçün marketinqin mahiyyəti.
69. Firmada (müəssisədə) tədbiq olunan marketinq planı.
70. Marketinq planının hazırlanması qaydası.
71. Marketinq planlaşdırılmasının biznes-planla müqayisəsi.
72. Firmada (müəssisədə) innovasiyalı idarəetmənin funksiyaları.
73. Firmada (müəssisədə) maddi-texniki təchizat.
74. İstehsalın formalaşmasında təchizatın rolu.
75. Təchizatın ölçüsü.
76. Firmada (müəssisədə) istehsal xərcləri.
77. Firmada (müəssisədə) maya dəyərinin mahiyyəti.
78. Firmada (müəssisədə) istehsal xərclərinin təsnifləşdirilməsi.
79. Firmada (müəssisədə) kalkulyasiya xərcləri
80. Firmada (müəssisədə) istehsal xərclərinin iqtisadi təyinatına görə təsnifləşdirilməsi.
81. Firmada (müəssisədə) istehsal xərclərinin məhsul istehsalının həcmindən aslılılıq dərəcəsinə görə
təsnifləşdirilməsi.
82. Firmada (müəssisədə) məhsulun maya dəyərinin idarə edilməsi.
83. Firmada (müəssisədə) məhsulun maya dəyərinin aşağı salınması yolları.
84. Firmada (müəssisədə) maliyənin mahiyyəti.
85. Firmada (müəssisədə) maliyə resursları.
86. Firmada (müəssisədə) maliyənin təşkili.
87. Firmada (müəssisədə) maliyyənin planlaşdırılması.
88. Firmada (müəssisədə) maliyyə vəziyyiətini əks etdirən göstəricilər.
89. Firmanın (müəssisənin) gəlirləri.
90. Firmada (müəssisədə) vergi ödənişləri.
91. Firmada (müəssisədə) maliyyə planı.
92. Firmada (müəssisədə) qiymətin əmələ gəlməsinin mahiyyəti.
93. Firmada (müəssisədə) qiymətin əmələ gəlməsinin qanunauyğunluqları.
94. Firmada (müəssisədə) qiymətin funksiyaları.
95. Firmada (müəssisədə) qiymətin növləri.
96. Firmada (müəssisədə) qiymət siyasəti.
97. Firmada (müəssisədə) qiymət strategiyası.
98. Firmada (müəssisədə) qiymətqoyma metodları.
99. Firmanın (müəssisənin) xarici iqtisadi fəaliyyətinin mahiyyəti.
100.Firmanın (müəssisənin) xarici iqtisadi fəaliyyətinin növləri.
101.Firmanın (müəssisənin) xarici iqtisadi fəaliyyətinin formaları.
102.Firmanın (müəssisənin) ixrac əməliyyatları.
103.Firmanın (müəssisənin) idxal əməliyyatları.
104.Firmanın (müəssisənin) xarici iqtisadi fəaliyyətinin tənzimləmə vastələri.
105.Firmanın (müəssisənin) xarici iqtisadi fəaliyyətinin gömrük tənzimlənməsi
106.Firmada (müəssisədə) sahibkarlığın əlamətləri.
107.Firmanın (müəssisənin) təşkilati-hüquqi forması kimi Məhdud Məsuliyyətli Cəmiyyət
108.Firmada (müəssisədə) kadrların hazırlanmasının təşkili.
109.Firmada (müəssisədə) investitsiya mənbəələri.
110.Firmanın təşkilati-hüquqi forması kimi Açıq Səhmdar Cəmiyətlər.
Gönderen Unknown zaman: 09:00
Cavanşir Aziz Mahmud
Blog səhifəmə XOŞ GƏLMİSİNİZ. Tel: +99470 431 71 31 ( Şikayət və təkifləriniz üçün ) Təşəkkürlər.
31 Aralık 2014 Çarşamba
Müəssisənin iqtisadiyyatı
FƏSİL1 . FƏNNİN OBYEKTİ VƏ VƏZİFƏLƏRİ
1.1. Fənnin obyekti və predmeti
İnsan fəaliyyəti – istehsal amilləri əsasında həyata keçirilir. İnsan fəaliyyəti elmin inkişafı ilə təkmilləşir və elmin nailiyyətləri istifadə olunur, onun obyektiv nəzəri biliklərin işlənməsi və istifadəsi xüsusi yer tutur. Elm məhsuldar qüvvələrinin əsası kimi çıxış edir və əmək vasitələri, əmək predmeti və iş qüvvəsinin birgə ünsür statusunu qazanmışdır.
Elm – həqiqətlərin, hadisə və proseslərin praktiki cəhətdən dərk edilmə üsullarının ayrılmaz tərkib hissəsi olmaqla o, həm də biliklər istehsalçısı kimi insan fəaliyyətinin özünə məxsus formalarındandır.
Əgər maddi istehsalın həm miqyasca (kəmiyyətcə) genişləndirilməsində və həm də səmərəliliyinin (keyfiyyətcə) yüksəldilməsində biliklər bir vasitə kimi ifadə edilərsə, bunlara nail olmaq üçün mütərəqqi texnoloji proseslərin, maşın və avadanlıqların layihələndirilməsi, istehsalın mükəmməl təşkilini nəzəri cəhətdən əsaslandırılması isə elmin bilavasitə məqsədidir.
Elm bütövlükdə, şərti olaraq, üç böyük təbiət, ictimai və texniki qrupa bölünür.
Təbiət elmləri – insan və təbiət arasında prosesləri öyrənir, onun tədqiqat obyekti – maddi münasibətlərdir.
Texniki elmlər – istehsal prosesində istifadə edilən əmək cisimlərinin və əmək vasitələrini, hazırlanma texnologiyasını, onların istifadə üsullarını, əmək cisimlərinin fiziki və kimyəvi dəyişikliklərini, hazır məhsulun istehlak xassələrini və s. öyrənir.
İctimai elmlərin – mühüm sahəsi olan tədqiqat obyekti, iqtisadi hadisə və proseslərdir. Bu elm özünün ixtisaslaşmış sahələri ilə iqtisadiyyatın bütün səviyyələrində mövcud olan qanun və qanunauyğunluqları həm nəzəri və həm də tətbiqi baxımından təhlil və tədqiq etməklə alınan nəticələri ümumiləşdirilməklə məşğul olur.
İctimai elmlər istehsal münasibətlərini tədqiq edir. Ona görə də öyrənmə obyekti istehsal münasibətlərinin məhsuldar qüvvələrlə qarşılıqlı sıx əlaqəsidir.
Bu elmin obyekt və predmeti – sosial – iqtisadi, istehsal fəaliyyətidir. O, canlı orqanizmdir, yəni sosial – iqtisadi və istehsal münasibətləri ilə başqa digər münasibətlərlə qarşılıqlı bir sistem kimi özünü göstərir.
İqtisad elminin müstəqilləşmiş sahələrindən biri də–təbii ki, özünün tədqiqat obyekti və predmeti olan – “Müəssisənin iqtisadiyyatı” elmidir.
“Müəssisənin iqtisadiyyatı” fənninin vəzifəsi–bu sistemdə insanların sosial – iqtisadi və istehsal fəaliyyət formalarını sosial – iqtisadi və istehsal münasibətlərini seçib götürmək və araşdırmaqdır. “Müəssisənin iqtisadiyyatı” fənni elmi üsullarla öz obyektini, predmetini və funksiyalarını müəyyənləşdirir. Bu anlayışların açıqlandırılması üçün “Müəssisənin iqtisadiyyatı” fənninin obyekt və predmetini müəyyənləşdirməmişdən öncə müəssisə və iqtisadiyyat anlayışlarını nəzərdən keçirmək məqsədə uğun olar.
Bu fənnin əsasını müəssisə – xalq təsərrüfatının ilkin bölməsi təşkil edir, o, məhsul istehsalı prosesinin həyata keçirildiyi istehsal – texniki, sosial və iqtisadi sistemdən ibarətdir. “Müəssisələr haqqında” Azərbaycan Respublikasının qanununda [2] göstərilir ki, müəssisənin mülkiyyət formasından asılı olmayaraq, ictimai tələbatın ödənilməsi və mənfəət alması məqsədi ilə məhsul istehsal edən və xidmət göstərən müstəqil təsərrüfat subyektidir. Müəssisə ictimai tələbatın ödənilməsi və mənfəət alması məqsədilə istehsal amillərini birləşdirməklə məhsul istehsal edib – satan, işlər görüb, xidmətlər göstərən hüquqi şəxs olub təsərrüfat subyektidir.
“Müəssisənin iqtisadiyyatı” fənnin obyekti kimi müəssisə çıxış edir. Lakin son vaxtlar “müəssisə” və “firma” anlayışlarını çox vaxt eyni mənada istifadə edirlər, baxmayaraq ki, onların arasında mövcud fərq var.
Müəssisə – xalq təsərrüfatının ilkin bölməsidir, o, məhsul istehsalı prosesinin həyata keçirildiyi istehsal – texniki, sosial və iqtisadi sistemdən ibarətdir.
Müəssisə – istehsalla məşğul olur, hazır məhsulunu istehlakçılara çatdırır. Müəssisə – iqtisadiyyatın əsası olmaqla, mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən, iş görən və xidmət göstərən, texniki–texnoloji, təşkilatı və iqtisadi vəhdətə malik olan, hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir.
İstehsal firması – məqsədi mənfəət əldə etmək bir və ya bir neçə müəssisədən ibarət olan məhsul istehsal edən, sənaye xarakterli iş görən və xidmət göstərən, məhsulunun satışını özü həyata keçirən, innovasiya fəaliyyətini və qiymət siyasətini, bazarda rəqabət mübarizəsini özü aparan, mənfəətin bölgüsündə iştirak edən hüquqi şəxs statusu olan bazar iqtisadiyyatının ilkin təsərrüfat subyektidir.
Göstərilənlərdən aydın olur ki, müəssisə yalnız istehsalla məşğul olursa, firma istehsalla yanaşı, öz məhsulların satışı məqsədilə, həm də kommersiya fəaliyyəti ilə və bununla bağlı olan digər məsələlərlə də məşğul olur.
Bazar iqtisadiyyatının inkişaf etmiş ölkələrində müəssisələr öz məhsullarını iki kanalla realizə edə bilirlər, istehlakçılara çatdırırlar : dolayı və birbaşa.
Müəssisələr öz məhsullarını dolayı yolla realizə edərkən məhsulun hərəkətini iki istiqamətdə aparırlar:
a) “müəssisə – topdansatış” ticarət təşkilatı – pərakəndə satış ticarət təşkilatı – istehlakçılar;
b) “müəssisə – pərakəndə satış ticarəti –istehlakçılar”.
Birbaşa yolla məhsulun realizə olunmasında–öz özlüyündə nə topdansatış və nə də pərakəndə satış təşkilatları iştirak etmirlər, birbaşa məhsulun müəssisədən istehlakçıya hərəkəti sadələşir – bir qütbdə müəssisənin özü və digərində ilə bilavasitə onun məhsulunun istehlakçısı dayanır.
İqtisadi baxımdan məhsul satışının birbaşa forması sərfəlidir, çünki istehsalçı müəssisənin məhsulunun qiymətinə birinci istiqamətdə iki ticarət təşkilatının (topdansatış və pərakəndə satış), ikinci istiqamətdə işə topdan satış “ticarət əlavələri” əlavə olunmurlar. Lakin məhsul istehsal edən müəssisə hər iki ticarət təşkilatlarının xidmətindən istifadə etmir, əhəmiyyət kəsb edən cəhəti isə budur ki, müəssisənin öz əsas işindən “yayılmasının” qarşısı alınır.
Bazar iqtisadiyyatı şəraitində işləyən ölkələrin sənaye müəssisələri yuxarıda göstərilən satış kanallarının konkret şəraiti nəzərə alınmaqla hər üçündən eyni vaxtda, paralel olaraq istifadə edə bilirlər.
Öz məhsulunu dolayı yolla realizə edən müəssisə ilə birbaşa realizə edən müəssisə arasında fərq təkcə ondan ibarətdir ki, öz məhsulunu son istehlakçıya özü satır, özü həm istehsal və həm də kommersiya fəaliyyəti ilə məşğul olur. Bu müəssisələri həm müəssisə, həm də firma adlandırmaq olar. Ticarət təşkilatlarından istifadə etməklə məhsullarını istehlakçılara çatdıran müəssisələr yalnız müəssisədir. Deməli, bütün istehsal firmaları həm də müəssisədir, lakin bütün müəssisələr firma olmaya da bilərlər. Müəssisə yalnız bir fəaliyyət növü ilə – istehsalla məşğul olduğu halda, firma iki fəaliyyət növü ilə – istehsal və kommersiya ilə məşğul olur.
Beləliklə, müəssisə iqtisadiyyatın əsası olmaqla mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən, iş görən və xidmət göstərən, texniki–texnoloji, təşkilatı və iqtisadı vəhdətə malik olan, hüquqi şəxs statuslu istehsal vahididir.
İqtisadiyyat – maddi nemət və xidmətlərlə təmin edən xalq təsərrüfatı sahələrinin məcmusu, insanların başlıca fəaliyyət sahəsidir. Onun inkişaf dərəcəsi məhsuldar qüvvələrin və istehsal münasibətlərinin səviyyəsi və xarakteri ilə müəyyən edilir.
İlk dəfə “iqtisadiyyat” sözünü, anlayışını qədim yunan alimi Ksenofont (e.ə. 430 – 355) – ev təsərrüfatı, sonra Aristotel (e. ə. 384 – 322) tərəfindən “Oykonomiya” deyərək “oykos” (ev,təsərrüfat) və “nomos”(qayda, qanun) sözlərinin birləşmələrindən yaratmışdır [9].
İqtisadiyyatın öyrənməsi həm tədqiqi və həm də idarə olunması baxımdan dörd tərkib hissəsinə bölünür: mikro, mezo, makro və meqo (super) iqtisadiyyat.
“Müəssisənin iqtisadiyyatı” – sənaye müəssisələrini, onu təşkil edən bölmələrin fəaliyyətini, idarəetmə, planlaşdırma məsələlərini öyrənir və təhlil edir.
“Müəssisənin iqtisadiyyatı”-nın predmeti – iqtisadiyyatın məqsədəuyğunluq tələblərinə cavab verən, cəmiyyətin və əhalinin tələbatının dolğun ödənilməsinə xidmət etməsi, buraxılan məhsulun keyfiyyətini yaxşılaşdırmaq, əmək məhsuldarlığını yüksəltməkdir.
Fənnin obyekti isə iqtisadiyyatın ayrı – ayrı sahələrin, onların iqtisadi xüsusiyyətlərini öyrənməkdir: müəssisələrarası əlaqələr, onların istehlak dəyəri və digərləri. Bu isə konkret müəssisənin geniş təkrar istehsaldakı rolunu və yerini müəyyən edir, yəni onların inkişaf səviyyəsini və sürətini, istehsal olunan məhsulun həcmini, daxili strukturunu əsas tutur. Müəssisələr ayrı – ayrı bölmələr, sexlər, istehsal sahələr, briqadalar, iş yerləri və s. fənnin obyektlərini təşkil edir.
İqtisadiyyat bir tərəfdən insanların çox geniş miqyaslı fəaliyyət və onların maddi və sosial ehtiyaclarını təmin edən yeganə təsərrüfat sferasıdırsa, digər tərəfdən o həm də, elm sahələrindən biridir. “İqtisadiyyat” bir elm sahəsi kimi bazar strukturlarının və cəmiyyətin təsərrüfat subyektlərinin fəaliyyət mexanizminin, onların qarşılıqlı əlaqə, asılılıq və təsirlərini tədqiq edir, öyrənir.
Təsərrüfat və onun idarəetmə qanunları mənasını daşıyan bu anlayış sonralar mürəkkəb və geniş bir fəaliyyət dairəsini, bütövlükdə iqtisadiyyat mənasını ifadə etməyə başlamışdır. Müasir zamanda dünyanın əksər ölkələrində, müxtəlif dillərdə “Ekonomiks” geniş anlamlı bir kateqoriya kimi işlənir. Azərbaycanda və bir sıra islam ölkələri xalqlarının dilində “ekonomika” ərəb dilindən alınmış “iqtisadiyyat”, “iqtisad” kimi sözlərlə ifadə olunur. Lüğəti mənası da elə “ekonomika anlayışının bildirdiyi mənaya uyğundur”.
Mikroiqtisadiyyat – elmi iqtisadiyyatın müxtəlif müəssisə və ya istehsal firmaları, əmtəə və maliyyə bazarları, bankları, ev təsərrüfatı kimi iqtisadi strukturları və onların ünsürlərinin fəaliyyətini tədqiq edir.
Mezoiqtisadiyyat – bir – biri ilə təsərrüfat əlaqələri üzrə bağlı olan sahə komplekslərinin iqtisadiyyatıdır. Məsələn, aqrar–sənaye kompleksi, aqrar–biznes, hərbi – sənaye kompleksi.
Makroiqtisadiyyat – məcmu təklif və tələbin formalaşması, milli gəlirin və ümumi milli məhsulun istehsalı dinamikasındakı dəyişiklikləri tədqiq etməklə, hökumətin büdcə və Mərkəzi Bankın pul siyasətinin iqtisadi artıma, inflyasiyaya, işsizlik problemlərinə, beynəlxalq ticarətin inkişafı və qiymətin səviyyəsinə təsirlərini öyrənməklə məşğul olur.
Meqoiqtisadiyyat – bütövlükdə dünya iqtisadiyyatı, beynəlxalq iqtisadiyyat deməkdir. Dünya ölkələrinin iqtisadi inteqrasiyası genişləndikcə, azad iqtisadi zonalar sayca çoxaldıqca və xüsusilə qloballaşma dərinləşdikcə meqoiqtisadiyyatın tədqiqat obyekti də əhatə baxımından miqyasca artacaqdır.
Müasir müəssisələrdəki iqtisadi – təsərrüfat fəaliyyətinin mürəkkəbliyi müəssisə iqtisadiyyatını müstəqil elmi fənn kimi ayırmağın zəruriliyini müəyyən etmişdir. Bu fənn müəssisənin fəaliyyətinə təsərrüfat rəhbərliyinin kompleks məsələlərinin, istehsal prosesi ünsürlərindən daha yaxşı istifadə etmək məqsədilə bütün ünsürlərin səmərəli əlaqələndirilməsi metodlarının öyrənilməsini qarşısına məqsəd qoyur.
1.2. Fənnin məzmunu və vəzifələri
“Müəssisənin iqtisadiyyatı” fənni nəzəri və praktiki baxımından öz mahiyyətindən asılı olaraq, iqtisadi elmin tərkib hissəsi olaraq, həm konkret iqtisadiyyata, həm də sahə iqtisadiyyatına aiddir. “Müəssisənin iqtisadiyyatı” fənn iqtisadiyyatın bütün ixtisaslarında iqtisadçı bakalavr təhsil səviyyəsi üzrə iqtisadçı kadr hazırlığı prosesində tədris olunan əsas fənlərin tərkibində mühüm yer tutur (çünki, cəmiyyətdə maddi nemətlər istehsalı, əsasən, müəssisələr vasitəsilə həyata keçirilir). “Müəssisənin iqtisadiyyatı” fənni xüsusi iqtisadi elmlərə konkret iqtisadiyyata və sahə iqtisadiyyatına aiddir. Fənnin əsas vəzifələrindən biri cəmiyyətin tələbatını ödəməsi məqsədilə onun mövcud olan bütün resurslarını səfərbər etmək və tələb olunan məhsulların istehsalına və xidmət göstərilməsinə yönəldilməkdir. Bunun üçün istehsalın təşkili, idarə edilməsi, müasir şəraitə uyğun olan iqtisadi və hüquqi islahatlardan gələn vəzifələrlə əlaqədar olaraq, iqtisadiyyat sahəsində, onun təsərrüfat subyektlərində idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlətin müəssisə iqtisadiyyatına tənzimləmə tədbirləri, təşkilati prosesləri, onun gələcək inkişafını və s. kimi məsələləri öyrənməkdir.
“Müəssisənin iqtisadiyyatı” fənnin tədrisində məqsəd tələbələri müasir zamana uyğun iqtisadiyyatın ümumi qanunauyğunluqlarının müəssisələrdə formalaşan xüsusiyyətləri və onun fəaliyyətinə təsiri formaları təsərrüfat tədbirlərinin həyata keçirilməsinin dəqiq yolları, istiqamətləri, texniki, texnoloji və iqtisadi siyasətin planlaşdırılması, istehsalın iqtisadi səmərəliliyinin qiymətləndirilməsi metodologiyası, bundan əlavə idarəetmə qərarlarının əsaslandırılması metodları tətbiqində təcrübədə öz yerini və səmərəsini tapmış biliklərlə silahlandırmaqdadır.
Yuxarıda qeyd olunan kimi, “Müəssisənin iqtisadiyyatı” fənnin tələbələrə bakalavr səviyyəsinə tədrisin əsas məqsədi müasir tələblərə uyğun olaraq müəssisələrin iqtisadiyyatının bütün qarşıda duran məsələləri haqqında zəruri bilikləri verməkdir.
Bu fənnin dərs vəsaitində izah olunan məzmunu və mövzular üzrə quruluşu müəssisənin iqtisadiyyatı ilə sıx bağlı olan proseslərin qarşılıqlı əlaqə və asılılığı nəzərə alınmaqla məntiqi ardıcıllıqla qurulmuşdur.
Müəssisəni tələblərə cavab verən fəaliyyətinin öyrənilməsi və mənimsəməsi məqsədilə fənnin materialı mövzular əsasında qurulub və onların arasında ardıcıl və əlaqəli problemlərin (məsələlərin) həlli izah olunur.
Dərs vəsaitinin sayca birinci mövzusunda fənnin obyekti, predmeti, əsas vəzifələri və öyrənilməsi metodologiyasından, bazar iqtisadiyyatının mahiyyətindən və onun xarakterik cəhətlərindən, bazar iqtisadiyyatı şəraitində müəssisənin məqsəd və funksiyasından, istehsalın mahiyyətindən və resurslarından, istehsal prosesinin müxtəlifliyindən və təsnifatından, bazar iqtisadiyyatı şəraitində müəssisələrin iqtisadi məzmunu, əlamətləri və vəzifələrindən, onların təşkilinin hüquqi – təşkilati formalarından və təsnifatından, yaradılması və ləğvi qaydalarından, mövcud müəssisələri təkmilləşdirərək bazar iqtisadiyyatı müəssisələrinə çevrilməsinin zəruriliyindən və xarakterik cəhətlərindən bəhs edilir.
Müəssisənin əsasını onun quruluşu, tərkibində olan struktur bölmələri, sex, istehsal sahələri, onların quruluşu prinsipləri, bundan başqa briqadaları, onların növlər üzrə təşkili, fəaliyyəti və nəhayət, icraçıların iş yerləri, onların təsnifatı haqda əsas məsələlər açıqlanır və izah olunur.
Müasir zamanda bazar iqtisadiyyatının hərtərəfli inkişafında sahibkarlığın təşkili, inkişaf mərhələləri, sahibkarlığın əhatə etdiyi sahələri, onun fəaliyyət növləri, formaları, sahibkarlığın və milli inkişafında özəlləşdirmənin roluna geniş yer ayrılır və ətraflı göstərilir.
Hər bir fəaliyyətinin nəticəsi onun səmərəlilik göstəricisi ilə ölçülür və qiymətləndirilir. Bu səbəbdən tədqiq olunan materiallardan iqtisadi səmərəliliyinin mahiyyəti və meyarı, onun ümumi (mütləq) və müqayisəli (nisbi) göstəriciləri açıqlanır, onların hesablanması və yüksəldilməsi yolları izah olunub. Dərs vəsaitinin sonrakı mövzusunda idarəetmə mexanizmi və onun ünsürlərindən, idarəetmə prosesi və sistemlərindən, idarəetmənin funksiyalarından və onların təsnifatından, idarəetmə strukturundan və onun formalaşdırılmasından, müəssisələrdə institutsional islahatlardan, idarəetmənin informasiya və sənədlərlə təminatından, idarəetmə qərarları və onların optimallaşdırılmasından danışılır.
Müəssisənin mövcud istehsal resurslarının səmərəli istifadəsində planlaşdırmanın əhəmiyyəti, onun düzgün təşkil olunmasından asılıdır. Planlaşdırmaya aid olan onun mahiyyətindən, prinsiplərindən, metodlardan ibarət olan material izah olunub. Burada strateji planlaşdırma və onun mərhələləri geniş açıqlanıb və bu da müəssisənin planlaşdırmada proqnozlaşdırmanın rolunu göstərir. Tələblərə uyğun olaraq, müəssisə biznes – planı əsasında öz proqramını tutur və burada biznes – planının bölmələrinin əsaslandırılması, onun göstəriciləri əks etdirilmiş, müəyyən açıqlamalar verilir.
Müəssisələrin sərbəst fəaliyyətinin təşkili onların inteqrasiya prosesində geniş iştirakı xarici-iqtisadi fəaliyyətini beynəlxalq əmək bölgüsü əsasında təşkilin daha da əsaslandırılması, amillərin formaları və hüquqi tənzimlənməsinə aid böyük və əsaslı tövsiyələr təklif olunur. Müəssisənin xarici–iqtisadi fəaliyyətin nəticələrin alınması, iqtisadi səmərəliliyin hesablanması və müsbət nəticələrin əldə edilməsi yolları açıqlanıb. Belə ki, elmi-texniki tərəqqinin mahiyyəti və istehsalın səmərəliliyinin yüksəldilməsində, onun rolundan, elmi-texniki tərəqqinin əsas istiqamətlərindən, elmi-texniki tərəqqi üzrə tədbirlərin həyata keçirilməsi nəticəsində əldə ediləcək iqtisadi səmərənin hesablanma metodikasından, elmi-texniki potensial, onun mahiyyəti, tərkibi və səviyyə göstəricilərindən və ölçülməsi üsullarından, məhsulun keyfiyyətinin yüksəldilməsi yollarından və bu sahədə standartların, texniki şərtlərin, sertifikatların və fabrik-zavod normativlərinin rolundan danışılır.
Kitabda növbə ilə gələn mövzularda sənaye müəssisəsinin kadrlarının tərkibi, quruluşu və təsnifatından, müəssisə kadrlarının idarə edilməsindən, əmək məhsuldarlığı və onun yüksəldilməsi yollarından, əməyin ödənilməsinin forma və sistemlərindən, əməyin ödənilməsi fondundan, müəssisənin əsas və dövriyyə istehsal fondlarından, həmçinin dövriyə vəsaitlərindən və onlardan səmərəli istifadənin qiymətləndirilməsindən, istifadənin yaxşılaşdırılması yollarından, sənaye müəssisələrində tikinti-quraşdırma işlərinin təşkili və planlaşdırılmasından, istehsal xərcləri və məhsulun maya dəyərindən və onların aşağı salınmasının xalq təsərrüfatı əhəmiyyətindən, müəssisənin maliyyəsinin mahiyyətindən, funksiyalarından, maliyyə resurslarının yaranma mənbələrindən və onlardan istifadə istiqamətlərindən, mənfəət və onun artırılmasının əhəmiyyətindən, istehsalın rentabelliyi yollarından, müəssisələrindən geniş şərh edilir.
Fikrimizcə, dərs vəsaitinin təklif edilən məzmunda və quruluşda tədrisi bakalavr səviyyəsində hazırlanan iqtisadçılara müəssisələrin iqtisadiyyatı haqqında zəruri biliklərin mənimsənilməsinə imkan verəcəkdir. “Müəssisənin iqtisadiyyatı” fənninin tədris olunması tələbələri aşağıdakı keyfiyyətlərlə silahlandırmağı nəzərdə tutur:
a) milli iqtisadiyyatın formalaşmasında və Azərbaycan Respublikasının dünya iqtisadi inteqrasiyasına qovuşmasında sənaye müəssisələrinin yeri və rolunu müəyyənləşdirmək;
b) bazar iqtisadiyyat şəraitində sənaye müəssisələrinin müasir inkişaf meyllərini və inkişafının qanunauyğunluqlarını aşkara çıxarmaq və onlardan səmərəli istifadə etmək təcrübəsini öyrətmək;
c) sənaye istehsalının ayrı–ayrı istiqamətlərdə inkişaf perspektivlərini müəyyənləşdirmək və onların həyata keçirilməsi üçün zəruri təşkilati-texniki və iqtisadi–sosial tədbirləri işləyib hazırlamaq bacarığını öyrətmək;
d) sənaye müəssisələrinin idarəetmə strukturlarının yenidən qurulması xüsusiyyətlərini, idarəetmə sistemləri, metodları və funksiyalarını, idarəetmə qərarlarının işlənib hazırlanması, qəbul edilməsi və icra olunması texnologiyasını mənimsəmək və ondan istifadə etmək;
e) istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi ehtiyatlarını aşkara çıxarmaq məqsədilə analitik təhlil aparmağı bacarmaq və s., çünki hər hansı bir hadisənin, prosesin təhlili və araşdırılması müəyyən qayda və metodlara əsaslanır.
1.3. Fənnin öyrənilməsi metodologiyası
Sənaye müəssisələrin baş verən hadisə və proseslərin düzgün qiymətləndirilməsində, elmi cəhətdən əsaslandırılmış idarəetmə qərarlarının işlənib hazırlanmasında, istehsalın inkişafının məqsəd və strategiyasının müəyyənləşdirilməsində “Müəssisənin iqtisadiyyatı” fənnini öyrənilməsi metodologiyasının düzgün seçilməsi mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Çünki hər hansı bir prosesin (əməliyyatın) və ya hadisənin tədqiqi və təhlili müəyyən qayda və metodlara əsaslanır.
Metod özü də müəyyən metodologiyaya, elmi dünya görüşünə əsaslanır. Deməli, metodologiya intellektual bir vasitədir. Müəyyən metodlar sisteminə əsaslanmadan müəssisə miqyasında baş verən sosial-iqtisadi proseslər haqqında elmi fikir irəli sürmək olmaz, olsa da müsbət nəticə əldə edilməz. Başqa elmlərdə olduğu kimi “Müəssisənin iqtisadiyyatı” fənninin də istifadə etdiyi, əsaslandığı metodlar müxtəlif və çoxcəhətlidir. Lakin bununla yanaşı, istehsal-təsərrüfat sahəsində istifadə edilən bütün metodları aşağıdakı iki qrupa ayırmaq olar:
a) ümumi metodlar – müəssisənin istehsal – təsərrüfat fəaliyyətini əhatə edir və onların tədqiqində istifadə olunur. Ümumi metodlara misal olaraq, hadisələrə, proseslərə kompleks halında yanaşma metodunu, optimallaşdırma metodunu, müşahidə, təhlil, ümumiləşdirmə, tarixi yanaşma, deduksiya (deduksiya – latın dilindən alınan və “hasiletmə” mənasını daşıyan bir sözdür. Bu metod vasitəsilə toplanan faktlar əsasında nəzəri nəticələr, ümumiqtisadi prinsiplər və əməli fəaliyyət üçün tövsiyələr hazırlanır. Beləliklə, bu üsulla nəzəriyyədən həyatın faktlarına, bu faktlardan isə nəzəri ümumiləşdirmə və nəticələrə gəlmək mümkün olur. Bu, həm deduksiya, həm də induksiya metodlarının birlikdə tətbiq edilməsi deməkdir) və induksiya (induksiya – latınca “yönəltmə” mənasını ifadə edən bir anlayışdır. Bu metod vasitəsilə əvvəlcə iqtisadi problemlərə dair faktlar toplanır, seçilib sistemləşdirilir. Bu iş hələ “iqtisadi qanun”, “prinsip” və modellər çıxarmaq üçün kifayət deyildir. Bundan sonra bu metodun vəzifəsi toplanmış faktları ümumiləşdirmək və izahını verməkdir), mücərrəd təfəkkür metodunu göstərmək olar.
Yuxarıda qeyd olunanlarla bərabər, bütün elmlər (fənnlər) kimi “Müəssisənin iqtisadiyyatı” fənnin də özünəməxsus tədqiqat metodları vardır.
“Müəssisənin iqtisadiyyatı” fənnin tətbiqi mahiyyət daşıması onun araşdırma metodlarının da məzmunca empirik səciyyəli tədqiqat metodlarından istifadəsini daha önəmli edir.
Müəssisənin iqtisadi məsələlərinin öyrənilməsində statistik müşahidə və müqayisəli təhlil metodları böyük əhəmiyyət kəsb edir. Onlar xüsusi və ümumiləşdirici iqtisadi göstəriciləri toplamağa, müəssisənin iqtisadi və sosial inkişaf dinamikasını təhlil və onun fəaliyyətinin nəticələrini digər təsərrüfat subyektləri ilə müqayisə etməyə imkan verir.
Müxtəlif ehtimal və proqnozlaşdırma metodları müəssisənin təsərrüfat strategiyasının hazırlanmasında və bunun köməyi ilə bazarın gələcək konyukturasına uyğunlaşmağa nail olmaqda və sahibkarlıq qərarlarının qəbulunda istifadə edilir.
Müəssisə iqtisadiyyatının nəzəri və tətbiqi məsələlərinin təhlilində riyazi metodlar, təsviri qrafika metodlarından da geniş istifadə olunur. Bu metodlar – konkret iqtisadi situasiyadan asılı olaraq, ayrı-ayrı iqtisadi göstəricilərin təsir və əks təsir əlaqələrinin düzgün və obyektiv qiymətləndirilməsinə imkan yaradır.
b) xüsusi metodlar – müəssisənin istehsal – təsərrüfat fəaliyyətinin hər hansı bir sahəsini (məsələn, istehsalı, satışı, maddi-texniki təchizatı, xarici iqtisadi fəaliyyəti və s.) öyrəndikdə və tədqiq etdikdə istifadə olunur. Xüsusi metodlara misal olaraq, informasiyanın toplanması və işlənməsi metodunu, modelləşdir metodunu, sorğu – anket metodunu göstərmək olar.
Ümumi və xüsusi metodlara sistemli yanaşma, dərketmə, bunların köməyi ilə cəmiyyətin, təbiətin və idrakı inkişaf qanunauyğunluqlarını və bu inkişafdakı əlaqələri konkretləşdirir.
İqtisadi proses və hadisələrin düzgün və ətraflı dərk olunması konkret iqtisad elmləri üçün əsas elmi metod vasitəsilə mümkündür, çünki bu metod hadisə və proseslərin fasiləsiz, mütəhərrik vəziyyətdə ətrafla sıx və qarışmaz ümumi əlaqə qarşılıqlı asılılıq və qarşılıqlı təsir vəziyyətində öyrənilir.
Dialektik metodun köməyi ilə iqtisadi hadisə və proseslərin real inkişafını – kəmiyyət və keyfiyyət dəyişikliklərini və buna səbəb olan daxili ziddiyyətlərin (əskikliklərin vəhdəti və mübarizəsi) mahiyyətini dərk etmək və yeni inkişaf səviyyəsinə qalxmaq naminə onların həll edilmə qaydalarını müəyyənləşdirmək olur. Bütün bunlara görə də tədqiqat və təhlil işində dialektik metod ən mükəmməl elmi metod hesab edilir.
Bütün iqtisadi elmlərdə olduğu kimi, “Müəssisənin iqtisadiyyatı” fənninin də öyrənilməsinin əsasını dialektik metod təşkil edir və ona görə də müəssisələrdə baş verən prosesləri, hadisələri hər şeydən əvvəl, dialektikada, hərəkətdə öyrənmək lazımdır.
Müəssisələrdə və onların ayrı-ayrı bölmələrində elmi – texniki tərəqqi və ictimai əmək bölgüsü əsasında məhsuldar qüvvələrin tərkibi, maddi – texniki baza müxtəlif olur və xalq təsərrüfatının və əhalinin tələbatından irəli gələn yeni-yeni istehsal sahələri yaradılır və inkişaf etdirilir. Belə bir hal bütövlükdə iqtisadiyyata və onun müəssisələrinin özünəməxsusluğuna və deməli, təsərrüfatçılığın yaradılması formalarına və onların inkişafına, iqtisadi metodlardan istifadəyə, istehsal-təsərrüfat fəaliyyətinin planlaşdırılmasına və idarə edilməsinə təsir edir. Buna görə də istehsalın konkret şəraitindən asılı olaraq müxtəlif təsərrüfatçılıq formalarının fəaliyyətinin öyrənilməsi zəruriliyi meydana çıxır. Belə bir zərurətdən “Müəssisənin iqtisadiyyatı” fənni yaranmışdır.
Məlumdur ki, müəssisələrdə baş verən hər hansı bir proses, hadisə müxtəlif dövrlərdə keyfiyyət və kəmiyyətcə müxtəlif formada təsadüf edir. Buradan belə bir nəticəyə gəlmək olar ki, müəssisələrin ayrı – ayrı prosesləri, hadisələri yalnız onların inkişafında, həmin dövrün konkret xüsusiyyətlərini hərtərəfli nəzərə almaqla, tarixən öyrənmək olar. Hadisə və proseslərə tarixi yanaşma xalq təsərrüfatı istehsalının və onun ayrı – ayrı cəhətlərinin inkişaf perspektivlərinin müəyyən edilməsinin zəruriliyini, gələcəkdə texnika və ictimai istehsalın iqtisadiyyatında baş verə biləcək dəyişikliklərin real qiymətləndirilməsinə əsaslanan elmi proqnozlaşdırmanı nəzərdə tutur. Bunsuz elmi-texniki tərəqqini, əsaslı tikintini, istehsalın təşkili formalarını düzgün planlaşdırmaq və müəyyənləşdirmək, müəssisələri respublikamızın ərazisində səmərəli yerləşdirmək, sahə quruluşunda və sahələrin müxtəlif müəssisələrinin inkişaf sürətlərindəki dəyişiklikləri proqnozlaşdırmaq və planlaşdırmaq mümkün deyildir.
Dielektrik metod tələb edir ki:
a) müəssisə miqyasında baş verən hadisə və proseslərə təklikdə deyil, bir – birilə qarşılıqlı əlaqədə, hərəkətsiz yox, daima inkişafda, bir kəmiyyətdən digər kəmiyyətə keçməkdə baxmaq lazımdır. Bu, həmin hadisə və prosesləri düzgün qiymətləndirməyə imkan verir və real vəziyyətin müəyyənləşdirməsini təmin edir;
b) istehsalın idarə edilməsi ilə əlaqədar olan bütün məsələlər qabaqcıl müəssisə və təsərrüfatların təcrübəsinin öyrənilməsinə, faktiki materialların hərtərəfli təhlilinə əsaslansın və elmi-texniki tərəqqinin yeni nailiyyətlərini özündə əks etdirsin. Bu, elm ilə istehsalın əlaqəsini, nəzəriyyə ilə təcrübənin vəhdətliyini təmin edir;
c) müəssisə miqyasında baş verən proses və hadisələrə tarixi yanaşılsın, yəni hər bir proses və hadisə konkret istehsal şəraitini nəzərə alınmaqla öyrənilməlidir. Belə olduqda mövcud maddi – enerji, əmək və maliyyə resurslarından səmərəli istifadə etmək üçün geniş imkanlar yaranır. Əks halda, elmi – texniki tərəqqini, əsaslı tikintini, investisiya qoyuluşunu və s. planlaşdırmaq xeyli çətinləşər, istehsalın perspektiv inkişafını müəyyənləşdirmək qeyri-mümkün olar;
d) müəssisə miqyasında bu və ya digər proses və hadisəni öyrənərkən onlara kompleks halında yanaşılsın. Bu, həmin proses və hadisələri dəqiq öyrənməklə yanaşı, onları düzgün qiymətləndirməyə imkan verir, müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin müsbət və mənfi hallarının hansı amillər hesabına baş verdiyini aydınlaşdırmaq mümkün olur. Əgər belə olarsa, onda müsbət amillərin təsir dairəsini daha da genişləndirmək və mənfi amillərin təsirinin qarşısını almaq üçün zəruri təşkilat-texniki tədbirləri işləyib hazırlamaq xeyli asanlaşır.
e) “Müəssisənin iqtisadiyyatı” fənni ictimai istehsalın ayrı-ayrı funksiyalarını öyrənən bir çox ümumi və xüsusi iqtisad elmləri ilə, məsələn, “İqtisadi nəzəriyyə”, “Sənayenin iqtisadiyyatı”, “Əməyin iqtisadiyyatı və sosiologiyası”, “İstehsalın təşkili”, “Maliyə, uçot və statistika”, “İqtisadi kibernetika” və s. əlaqədardır. Ona görə də göstərilən elmlərin inkişafı ilə əlaqədar olaraq, “Müəssisənin iqtisadiyyatı” fənni də inkişaf edir və təkmilləşir.
“Müəssisənin iqtisadiyyatı” fənni texniki fənlərlə də əlaqədardır. Bu əlaqə texnikanın və iqtisadiyyatın qarşılıqlı əlaqəsi ilə, ictimai istehsalın məhsuldar qüvvələri və istehsal münasibətləri ilə şərtlənir. Odur ki, sənaye müəssisələrinin texnika və texnologiyası onların iqtisadiyyatının bütün tərəflərinə böyük təsir göstərir. Bununla yanaşı, iqtisadiyyat da öz növbəsində texniki tərəqqinin istiqamətlərini müəyyən edir, ən yeni texnikanı və mütərəqqi texnologiyanı ictimai əmək məhsuldarlığını yüksəltmək baxımından qiymətləndirir.
FƏSİL 2. MÜƏSSİSƏNİN QURULUŞU VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ YOLLARI
2.1. Müəssisənin quruluşu və onu müəyyən edən amillər
Elmi-texniki tərəqqinin yüksək surəti və geniş ictimai əmək bölgüsü şəraitində sənaye müəssisələrinin inkişaf səviyyəsi, onun istehsal quruluşu, ictimai istehsalın artımının sürətləndirilməsi və iqtisadi səmərəliliyinin yüksəldilməsi üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Məlumdur ki, müəssisə bir-biri ilə qarşılıqlı surətdə bağlı olan müxtəlif vəsilələrdən: sexlərdən, istehsal sahələrindən, briqadalardan və ayrı-ayrı iş yerlərindən ibarətdir. Müəssisənin quruluşu onun tərkibinə daxil olan vəsilələr arasındakı kəmiyyət nisbətini ifadə edir. Ümumiyyətlə, müəssisənin iki növ quruluşunu: ümumi və istehsal quruluşunu fərqləndirirlər.
Müəssisənin ümumi quruluşu dedikdə – onun tərkibinə daxil olan həm istehsal, həm də qeyri – istehsal sahələri arasındakı kəmiyyət nisbətləri nəzərdə tutulur. Müəssisənin istehsal quruluşu dedikdə isə yalnız istehsal bölmələri arasındakı kəmiyyət nisbəti başa düşülür. Müəssisənin quruluşu onun tabe olduğu yuxarı dövlət orqanı tərəfindən (əgər özəl müəssisədirsə, onda həmin müəssisənin quruluşu təsisçilər tərəfindən), müəssisədaxili bölmələrin (məsələn, sexlərin) quruluşu isə müəssisənin özü tərəfindən müəyyən edilir. Müəssisənin istehsal quruluşu ictimai əmək bölgüsünün, əsas istehsalların diferensiallaşdırılması və ixtisaslaşdırılmasının dərəcəsini əks etdirir. O, istehsal bölmələri arasındakı nisbətlər və qarşılıqlı əlaqələr, sexlər və istehsal sahələri arasında ictimai əmək bölgüsü, müəssisənin məhsul buraxmasında onların rolu haqqında mühakimə yürütməyə imkan verir.
Müəssisənin istehsal quruluşunun və onun dəyişməsinin xarakteristikası üçün aşağıdakı göstəricilərdən istifadə olunur: müəssisənin ümumi məhsul buraxılışı həcmində ayrı-ayrı istehsal bölmələrinin (o cümlədən əsas sexlərin), məhsul buraxılışının xüsusi çəkisi; müəssisədə çalışan işçilərin tərkibində bu və ya digər istehsal bölməsində, o cümlədən əsas sexində çalışan işçilərin payı; müəssisəni əsas istehsal fondlarının ümumi dəyərində ayrı-ayrı istehsal bölmələrinin, o cümlədən əsas sexin əsas istehsal fondlarının xüsusi çəkisi. Məhsul buraxılışı göstəricisi müəssisənin istehsal quruluşunu daha dəqiq xarakterizə edir. Çünki işçilərin sayının və əsas fondların həcminin artırılması hələ məhsul buraxılışının çoxaldılması demək deyildir. Müəssisənin məhsul buraxma qabiliyyətinin artırılmasında istehsal bölmələrinin həqiqi rolu təkcə mövcud işçilərin sayından və əsas fondların dəyərindən deyil, eyni zamanda onlardan istifadə səviyyəsindən də xeyli dərəcədə asılıdır. Beləliklə, göstəricilər sistemindən istifadə edilməsi müəssisənin istehsal quruluşunda baş verən dəyişiklikləri müxtəlif cəhətlərdən qiymətləndirməyə imkan verir.
Müəssisənin istehsal quruluşunun formalaşması mürəkkəb prosesdir və o, çoxsaylı iqtisadi, təşkilati və texniki amillərin təsiri altında baş verir. Müəssisənin istehsal quruluşuna təsir edən mühüm amillər aşağıdakılardır :
a) istehsalın həcmi artdıqca müəssisənin tərkibindəki həm əsas istehsal, həm qeyri-istehsal bölmələrin sayı, tərkibi, ölçüsü və onlarda çalışan işçilərin miqdarı da artır ki, bütün bunlar da mürəkkəb istehsal quruluşunun olmasını tələb edir. Məsələn, maşınqayırma zavodlarında istehsalın həcminin artması əlavə hazırlıq, emaletmə və yığma sex və istehsalat sahələrinin yaradılmasını tələb edir;
b) istehsalın ixtisaslaşdırılması və kooperativləşdirilməsi dərəcəsi. Məlumdur ki, yüksək ixtisaslaşdırılmış və kooperativləşdirilmiş müəssisələrdə istehsal quruluşu universal müəssisələrdə olduğundan çox sadə olur. Bu onunla izah edilir ki, ixtisaslaşdırılmış müəssisələrdə bir çox hissə və qovşaqlar, həmçinin yarımfabrikatlar və komplektləşdirici məmulatlar kənardan – xüsusi ixtisaslaşdırılmış zavodlardan alındığına görə onların müəssisədə hazırlanmasına ehtiyac qalmır və bu da müəssisənin bölmələrinin sayını azaltmağa imkan verir.
c) məhsulun nomenklaturu az olduqda müəssisənin istehsal quruluşu sadə, çox olduqda isə mürəkkəb olur. Belə ki, məhsulun nomenklaturu çox olduqda əlavə sex və istehsal sahələrinin yaradılması zərurəti meydana çıxır;
d) istehlak olunan xammal və materialın növü, çeşidi müəssisənin istehsal quruluşuna dolayı yolla təsir edir. Məsələn, xammal və materialın ölçüsü və forması anbar təsərrüfatının sayına və tərkibinə, nəqliyyat vasitələrinin növlərinə təsir göstərir;
e) maşın və avadanlıqların sayı, tərkibi və yaşı. Təcrübə göstərir ki, müəssisənin avadanlıq parkında iş maşın və avadanlıqların xüsusi çəkisi artdıqca təmir işlərinin sayının artmasına, deməli müəssisənin ümumi quruluşunun mürəkkəbləşməsinə səbəb olur;
f) istehsala texniki xidmətin təşkili səviyyəsi yüksək olarsa, yəni istehsala texniki xidmət ixtisaslaşdırılmış müəssisələr, sexlər və briqadalar tərəfindən həyata keçirilərsə, onda müəssisədə köməkçi və xidmətedici sex və təsərrüfatların sayı azalır;
ə) məhsulun xarakteri və onun hazırlanması texnologiyası nə qədər mürəkkəb olarsa və onun hazırlanması çətin olarsa, onda müəssisədə əlavə bölmələrin yaradılması zərurəti yaranır.
Müəssisənin istehsal quruluşu, qeyd etdiyimiz kimi, müxtəlif amillərin təsiri altında formalaşır. Odur ki, çalışmaq lazımdır ki, müəssisənin istehsal quruluşu imkan daxilində optimal, səmərəli olsun. Müəssisənin istehsal quruluşu o halda səmərəli və optimal hesab edilir ki, onun bölmələri arasında düzgün mütənasiblik yaradılsın və bu, ən az xərclə daha yüksək son nəticələr əldə edilməsini təmin etsin. İstehsalın son nəticələri – onun səmərəliliyini, ictimai tələblərə və ehtiyatlara uyğun gəlməsini ifadə edir. Adətən, xalq təsərrüfatı, iqtisadi rayon, sahə və müəssisə səviyyələrində istehsalın son nəticələri fərqləndirilir.
2.2. Sex və istehsal sahələri, onların növləri, quruluşu, prinsipləri
Müəssisədaxili quruluşunda əsas məhsul istehsaledici bölmə sexdir. Sexin müəssisədə rolu böyükdür, o, əsas istehsal – inzibati vahididir. Adətən, sexdə eynicinsli və təyinatlı məhsullar istehsal edilir və ona görə də bir qayda olaraq, sexlər texnoloji proseslərin vəhdətliyi, ərazi bütövlüyü və ixtisaslaşdırılması ilə xarakterizə olunur. Sənaye müəssisələrində müxtəlif təyinatlı və xarakterli sexlər yaradılır. Məhsulun hazırlanmasındakı iştirakına görə müəssisənin tərkibinə daxil olan sexlər aşağıdakı dörd qrupa bölünürlər: a) əsas sexlər – bilavasitə maddi nemətlər istehsalı ilə məşğul olurlar. Odur ki, müəssisənin tərkibində əsas sexlərin xüsusi çəkisi nə qədər çox olarsa, bir o qədər də həmin müəssisənin məhsul buraxma qabiliyyəti yüksək olar. Əsas sexlərə misal olaraq, maşınqayırma zavodlarında hazırlıq, emaletmə və yığma sexlərini; metallurgiya kombinatlarında – domna, marten, prokat və koks sexlərini; toxuculuq fabriklərində – əyirici, toxucu və bəzəkvurma sexlərini göstərmək olar; b) köməkçi sexlər – bilavasitə məhsul istehsalı ilə məşğul olmur, lakin onlar əsas sexlərin normal fəaliyyət göstərmələri üçün bütün zəruri şəraiti yaradırlar. Köməkçi sexlərə misal olaraq, alət, təmir, model və qeyri-standart avadanlıqlar hazırlayan sexləri göstərmək olar; c)xidmətedici sexlər – də köməkçi sexlər kimi bilavasitə məhsulun hazırlanmasında iştirak etmir, lakin onlar həm əsas, həm də köməkçi sex və təsərrüfatların normal fəaliyyət göstərmələri üçün bütün zəruri şəraiti yaradırlar. Xidmətedici sex və təsərrüfatlara misal olaraq, nəqliyyat və enerji sexlərini, anbar təsərrüfatını, eksperimental sexləri, su təchizatını və s. göstərmək olar; d) əlaltı sexlər – əsas sexlərin istehsal tullantılarından təkrarən istifadə edilməsi məqsədilə yaradılır və onlar müəssisədə hazırlanan məhsulların maya dəyərinin aşağı salınmasında mühüm rol oynayırlar. Belə sex təsərrüfatlara misal olaraq, tara hazırlayan sexləri, karxanaları, işlənmiş yağların regenerasiyası ilə məşğul olan sexləri göstərmək olar.
Elmi-texniki tərəqqinin təsiri altında müəssisə miqyasında əmək bölgüsü daha da dərinləşir ki, bu da öz əksini sexlərin quruluşunun təkmilləşdirilməsində və onların qurulması prinsiplərində tapır. Əsas istehsalın ixtisaslaşdırılması səviyyəsindən asılı olaraq, müəssisənin sexləri aşağıdakı üç prinsip üzrə qurulur:
Texnoloji prinsip üzrə qurulmuş sexlər əsasən, fərdi və kiçik seriyalı istehsal şəraitində geniş tətbiq edilir, çünki bu zaman hazırlanan məhsulların nomenklaturu çox geniş olur və onlar əksər hallarda təkrarlanmır. Texnoloji prinsip üzrə qurulmuş sexlərin bir sıra üstün cəhətləri vardır: istehsalın ixtisaslaşdırılmasının daha da dərinləşdirilməsi üçün geniş imkanlar yaranır; istehsala rəhbərlik və texnoloji proseslərin gedişatına operativ nəzarət asanlaşır (sadələşir); mövcud maşın və avadanlıqlardan, texnoloji alət və tərtibatlardan, həmçinin maddi-enerji və əmək ehtiyatlarından səmərəli istifadə olunur; texnoloji istehsal tullantılarının həcmi minimuma endirilir; boşdayanma halları aradan qaldırılır və s.
Bununla belə, texnoloji prinsip üzrə qurulmuş sexlərin bəzi qüsur cəhətləri də vardır: hər bir sexdə müxtəlif nomenklaturalı və çeşidli məhsullar istehsal edildiyindən maşın və avadanlıqları tez-tez yenidən sazlamaq lazım gəlir ki, bu da çoxlu vaxt itkisinə səbəb olur; sexlərdə maşın və avadanlıqlar məhsulların hazırlanmasının texnoloji ardıcıllığı üzrə yerləşdirildiyindən (quraşdırıldığından) müxtəlif növ məhsullar istehsal edildiyi hallarda əməliyyatların tərkibi və ardıcıllığının dəyişdirilməsi zərurəti meydana çıxır ki, bu da sexdaxili yükdaşımaların həcmini çoxaldır, istehsal tsiklinin uzunluğunu artırır və vaxt itkisinə yol verir. Hər bir sex yalnız özünün icra etdiyi əməliyyata (işə, xidmətə) cavabdeh olduğu üçün həmin sexin işçilərinin məsuliyyətini azaldır və texnoloji intizama riayət edilməsi pozulur və s.
Əşya prinsipi üzrə qurulmuş sexlər – bütöv bir məmulatın hər hansı bir hissəsini, məsələn, avtomobilin mühərrikini, porşenini və s. hazırlamaq məqsədilə yaradılır. Bu, sexin işçilərinin konkret məmulat növünün hazırlanmasında məsuliyyətini artırır.
Qarışıq prinsip üzrə qurulmuş sexlər – əsasən, kütləvi və iri seriyalı istehsal şəraitində daha geniş tətbiq edilir, çünki bu zaman çoxlu sayda eynicinsli məhsullar istehsal edilir və onların hazırlanması daima təkrarlanır.
Müəssisənin sexləri ayrı-ayrı istehsalat sahələrindən ibarətdir. İstehsal sahəsi – texnoloji cəhətdən eynicinsli əməliyyatlar (işlər, xidmətlər) yerinə yetirən və ya məhsulun hər hansı bir hissəsini hazırlayan iş yerlərinin məcmusundan ibarətdir.
Məhsulun hazırlanmasında iştirakına görə istehsalat sahələri üç qrupa: əsas, köməkçi və xidmətedici sahələrə bölünürlər. Əsas, köməkçi və xidmətedici istehsalat sahələrinin iqtisadi məzmunu əsas, köməkçi və xidmətedici sexlərdə olduğu kimidir. İstehsalat sahələri iki prinsip: əşya və texnoloji prinsiplər üzrə qurulur. Bu zaman həmin bölmələrin ixtisaslaşdırılması səviyyəsi nəzərə alınır. İxtisaslaşdırılması səviyyəsinə görə bütün istehsalat sahələri üç qrupa bölünür: kütləvi və ya xüsusi istehsalat sahələri; iri seriyalı və ya ixtisaslaşdırılmış istehsalat sahələri; kiçik seriyalı və ya fərdi istehsalat sahələri.
Müəssisənin səmərəli fəaliyyətinin təşkili iş göstəricilərinin düzgün müəyyənləşdirilməsini tələb edir, həmin göstəricilərə əsasən istehsalat bölmələri üçün plan tapşırığı müəyyən edilir və bu göstəricilərin uçotu vasitəsilə onların fəaliyyət nəticələri aşkara çıxarılır. Bu göstəricilər istehsal bölmələrdən (sex, şöbə, sahə, briqada), texnoloji prosesin təşkili və məzmunundan və həmin bölmələrin müəssisənin başqa hissələri ilə əlaqəsinin xüsusiyyətindən asılıdır.
Bir çox sənaye müəssisələrinin ümumiləşdirilmiş təcrübəsi həmin göstəriciləri iqtisadi məzmunlarına və müəssisələrin ayrı-ayrı istehsal bölmələrə görə sistemləşdirməyə imkan verir. Sənayenin bütün sahələrinin müəssisələri üçün ən ümumi və xarakter göstəricilər sexlərin istehsal-təsərrüfat fəaliyyətini müəyyənləşdirən aşağıdakı plan və uçot göstəricilərdir: a) məhsul istehsalı (natura ifadəsində, pul ifadəsində, norma – saatlarla); b) avadanlıqdan istər vaxta görə (təqvim, plan və faktiki vaxta görə),istərsə də işin intensivliyinə görə (gücdən istifadə əmsalı) istifadə edilməsi; c) natura və pul ifadəsində material, xammal, yanacaq, elektrik enerjiyası və alət məsrəfləri (həm məhsul vahidi, həm də bütün məhsul buraxılışı üçün); d) fəhlələrin (əsas, köməkçi, xidmətedici fəhlələr), mühəndis – texniki işçilərin, qulluqçuların və xidmətçi heyətin sayı; onların ümumi əmək haqqı fondu, bir işçiyə düşən orta əmək haqqı, əmək məhsuldarlığının yüksəldilməsi üzrə tapşırıq; e) ayrı-ayrı maddələr üzrə sex istifadəsində pul xərcləri; f) pul istifadəsində brak nəticəsində əmələ gələn itki; g)məhsul vahidinin və bütün məhsul buraxılışının maya dəyəri; h) təşkilat-texniki tədbirlər və onların tətbiq edilməsi nəticələri.
Bu göstəricilərdən hər biri müəssisələrdə konkret şəraitdən asılı olaraq tətbiq edilir. Maşınqayırma zavodunun əsas sexlərində məhsul istehsalının həcmi, məsələn, hazırlıq sexlərində – pula çevirməklə pəstahın növü və çəkisinin miqdarı ilə ölçülür; emal sexlərində – müəyyən vahidlər və uyğunluqla məmulatların, detalların, maşın bağlamalarının komplektinin miqdarı ilə ölçülür; yığma sexlərində – yığılmış və satışa hazır maşınların ədəd hesabı ilə və pul istifadəsində miqdarı ilə ölçülür. Metallurgiya zavodları üçün xarakter göstərici çuqun, polad və prokat istehsalının marka və ölçüləri üzrə çəki ifadəsində və pul qiymətində verilmiş göstəricidən ibarətdir. Toxuculuq fabriklərində istehsalın həcmi müəyyən növ və sort üzrə buraxılan parçanın natura və ya pul ifadəsində miqdarı ilə xarakterizə olunur.
Köməkçi sexlər üzrə məhsul istehsalının həcmi, habelə onların fəaliyyəti xarakterindən asılı olaraq, hesablanır. Məsələn, istehsalın həcmi alət qayıran sexlərdə alət komplektlərinin, yaxud növlərinin miqdarı ilə və onların təmir mürəkkəbliyi ilə hesablanır.
Müəssisənin sexlərdə istehsalın plan və faktiki həcmi natura və pul göstəricilərdən başqa, qiymət göstəriciləri ilə də müəyyən olunur. Son hazır məhsul buraxan sexlərdə məhsulun həcmi müəssisə topdansatış qiymətləri üzrə də müəyyən edilə bilər. Bir sıra sexlər (hazırlıq və köməkçi sexləri) üçün uçot qiymətləri adlanan qiymətlər tətbiq edilir; bu qiymətlər təsərrüfat hesabına keçirilmiş bu və ya digər sexin işini pulla ölçmək üçün müəssisənin özü tərəfindən müəyyən edilir.
Müəssisələrdə ümumiləşdirilmiş pul göstəricisindən başqa istehsal həcminin müəyyən etmək üçün, bir çox hallarda, daha bir cəmləşdirici göstərici tətbiq edilir; bu göstərici məmulatların və işin norma-saat hesabı ilə əmək tutumluğunu ifadə edir. Düzgün müəyyən edilmiş normalar şəraitində istehsal həcminin norma-saatlar üzrə hesablanması, sexlərin buraxdığı bütün məmulata sərf olunan əməyi daha düzgün təyin etməyə imkan verir.
Sənayenin bir sıra sahələrində (qara və əlvan metallurgiya, kimya sənaye və digər sənaye sahələri müəssisələrinin tökmə sexləri) məhsul buraxılışının həcmi ilə birlikdə avadanlıqdan istifadə edilməsinə dair göstəricilər də tətbiq edilir, bu göstəricilər plan tapşırıqlarında və sexlərin işini uçota aldıqda natura və pul ifadəsində hesablanır.
Sexlərin sərbəst işlərinin məsuliyyətini qoruması rejiminə keçirilməsi xeyli dərəcədə istehsal olunan məhsulu üçün xammal, material, yarımfabrikat, yanacaq, ştamp, alət və elektrik enerjisi məsrəflərinin planlaşdirilmasına və uçotuna əsaslanır. Məlum olduğu kimi maddi vəsait məsrəflərinin miqdarı bir çox cəhətdən sexlərin hazırladığı məhsulun maya dəyərinin səviyyəsini müəyyən edir.
Sexlərdə maddi vəsaitə qənaət edilməsi onların fəaliyyətinin mühüm keyfiyyət göstəricisi, təsərrüfat hesabı nəticələri göstəricisidir. Hər bir sex üçün həmin sexin öz istehsal fəaliyyətində istifadə etdiyi maddi vəsait üzrə məsrəf normaları müəyyən edilir. Hazırlanan məmulatın vahidinə və ümumi miqdarına görə sexin xammal, material və başqa vəsaitə planda nəzərdə tutulmuş ümumi ehtiyacı məsrəf normasına əsasən hesablanır ki, bu da sexin öz istehsal proqramını təmin etməsi üçün anbardan alacağı müəyyən növlü maddi vəsait limitinin göstəricisidir.
Təsərrüfat hesabına keçirilən sexlərin istehsal–təsərrüfat fəaliyyətini xarakterizə etmək üçün əmək və əmək haqqı üzrə göstəricilərin böyük əhəmiyyəti vardır. Sexlərdə bu göstəricilərin planlaşdırılması və uçotu konkret şəraitindən asılı olaraq həyata keçirilir; lakin bir qayda olaraq, burada hər fəhlə başına istehsal edilən məhsul, fəhlələrin miqdarı, onların əmək haqqı fondu və hər bir fəhlənin orta əmək haqqı hesablanır.
İstehsal prosesinə xidmət edilməsi əsas fondların saxlanılması və təmiri üzrə sexlərin məsrəfləri və digər xərclər sex xərclərinin tərkibində ayrı-ayrı maddələr üzrə planlaşdırılır və uçota alınır.
Təsərrüfat hesabına keçirilən sexlərin məsrəf və xərclərinin pul ifadəsində xarakterizə edən göstəricilərdən başqa (maddi vəsait sərfi, fəhlələrin əmək haqqı və sex xərcləri) iri sexlərdə bütün məhsulun maya dəyəri, məmulat vahidinin maya dəyəri yaxud işlərin norma-saat hesabı ilə miqdarı kimi müəssisənin işinin keyfiyyətini göstərən ümumiləşdirilmiş göstəricilər də tətbiq edilir.
İstehsal sexlərin fəaliyyətin tənzimlənməsi qaydası kimi də istehsal sahələrində daha məhdud dairədə göstəricilər müəyyənləşdirilməsi ilə xarakterizə olunur.
Təcrübədə, təsərrüfat hesabına keçirilən istehsal sahələri fəaliyyətinin plan və uçot göstəriciləri aşağıdakılardan ibarət olur: həm natura və həm də pul ifadəsində məhsul istehsalı; material, yanacaq, alət məsrəfləri; fəhlələrin sayı; bir fəhləyə düşən orta illik və orta aylıq istehsal; fəhlələrin əmək haqqı fondu və fəhlənin orta hesabla qazandığı əmək haqqı. Bundan əlavə ustanın mükafat fondu da ayrılır.
Bütün bu növdə plan və faktiki göstəricilərin əsasında sexlər və istehsal sahələri tərəfindən tətbiqi buraxılan məhsulun daha da səmərəsinin yüksəldilməsinə imkan yaradır.
2.3. İstehsalat briqadaları və onların təsnifatı
İstehsalat briqadası – işin nəticələrinə görə ümumi maraq və məsuliyyət əsasında birgə əməklə məşğul olmaq, istehsal tapşırıqlarını (sifarişləri, müqavilələri) yerinə yetirmək üçün işçiləri birləşdirir. İstehsalat briqadası müəssisə, sex və ya başqa struktur bölmələri rəhbərlərinin əmrinə (sərəncamına) əsasən yaradılır. İstehsalat briqadalarının sayı və tərkibi istehsal prosesinin məzmun və mürəkkəbliyinə, işin (xidmətin) əmək tutumuna, əməyin və istehsalın elmi təşkili tələblərinə, tətbiq olunan texniki və təşkilati vasitələrə əsaslanmaqla müəyyənləşdirilir. İstehsalat briqadaları ixtisaslaşdırılmış və kompleks ola bilər . İxtisaslaşdırılmış briqada bir qayda olaraq, oxşar texnoloji proseslərdə məşğul olan eyni peşə işçilərini birləşdirir.
Kompleks briqada isə müxtəlif peşələrin işçilərini, həmçinin məhsul istehsalının tam tsiklini və ya onun başa çatdırılmış hissəsini əhatə edən, texnoloji cəhətdən müxtəlif, lakin qarşılıqlı əlaqəli işlər kompleksini yerinə yetirən mühəndis-texniki işçiləri birləşdirir. İstehsalat briqadalarının bütün işçiləri bir növbədə işləyərsə – bu, əlaqədar briqada və ya briqadada bütün növbələrin işçiləri işləyibsə – bu, hərtərəfli briqada olur. Müasir şəraitdə yeni tipli briqadalar – son nəticələrə görə vahid naryad üzrə əmək haqqı verən və kollektiv qazancı əməkdə iştirak əmsalına əsasən bölüşdürən briqadalar yaradılır. Bu növ briqadalar istehsalın, onun elmi təşkilinin müasir tələblərinə, əmək kollektivlərinin artan mədəni səviyyəsinə cavab verən kollektiv əməyin mütərəqqi təşkili forması olmaqla, istehsalın intensivləşdirilməsinə, əmək məhsuldarlığının artırılmasına, iş vaxtından və texnoloji maşın və avadanlıqlardan istifadənin yaxşılaşdırılmasına şərait yaradır; əmək, material və yanacaq – enerji ehtiyatlarının qənaətli sərfinə imkan verir. Bundan başqa, bu növ briqadaların yaradılması əmək intizamının möhkəmləndirilməsinə, konkret iş üçün məsuliyyətin artırılmasına, kadr axıcılığının azalmasına geniş imkanlar açır.
Briqada formasında əməyin təşkilinin ən geniş yayılmış formalarından biri briqada podratıdır. Briqada podratı tikintidə, sənayedə, nəqliyyatda və xalq təsərrüfatının digər sahələrində geniş tətbiq edilir. Briqada podratı briqada ilə müəssisə müdiriyyəti arasında bağlanmış müqavilə əsasında fəaliyyət göstərir. Həmin müqavilədə işin təşkili üçün tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Müdiriyyət briqadanı istehsal sənədləri, texniki vasitələr və materiallarla vaxtında təchiz etməyi, mütərəqqi texnologiyanı və istehsalın təşkilini həyata keçirməyi, əmək mühafizəsini və təhlükəsizlik texnikasını təmin etməyi öhdəsinə götürür. Briqada isə texnoloji və istehsal intizamını gözləmək, maşın və avadanlıqlardan, alət və tərtibatlardan səmərəli istifadə etmək, material və enerjini qənaətlə sərf etməklə naryad – tapşırıqda nəzərdə tutulmuş işləri vaxtında və keyfiyyətlə yerinə yetirmək barədə öhdəlik qəbul edir.
Briqada aylıq, rüblük və illik tapşırıqlar əsasında fəaliyyət göstərir. Ona işi icra etmək üçün naryad–tapşırıq verilir: həmin naryad – tapşırıqda məhsulun ümumi həcmi və nomenklaturu, keyfiyyətinə olan tələblər, məhsulun hesablaşma maya dəyəri (briqadadan asılı olan məsrəflər), əmək haqqı fondu müəyyən edilir. Briqadanın işinə baş usta, yaxud briqadir rəhbərlik edir. Briqada podratı sayəsində istehsalda bilavasitə demokratiya genişlənir və dərinləşir, hüquqlu sahiblik hissi yaranır. Briqada podratı tapşırıqların, sifarişlərin, müqavilələrin yerinə yetirilməsinə, maddi – enerji ehtiyatlarının qənaətli sərfinə, hər bir briqada üzvünün işin son nəticələri üçün məsuliyyətinin güclənməsinə, briqadalar arasında rəqabətin yaranmasına və inkişafına səbəb olur. Təcrübə göstərir ki, podrat briqadalarda əmək məhsuldarlığı tez artır, əmək intizamı möhkəmlənir, briqada üzvləri daha qısa müddətdə əlaqədar peşələrə yiyələnmək, öz ixtisaslarını artırmaq imkanına malik olurlar.
İri sənaye müəssisələrində briqadalarda təsərrüfat hesabı fəaliyyətini tətbiq edirlər. Briqadaların işinin təsərrüfat hesabına keçirilməsi sex təsərrüfat hesabının möhkəmləndirilməsinə kömək edir. Briqadalar üçün təsərrüfat hesabı sexlərə nisbətən, onlara daha məhdud dairədə göstəricilərin müəyyənləşdirilməsi ilə xarakterizə olunur. Sexdə və sahədə əmək briqada sistemi əsasında təşkil edildikdə təsərrüfat hesabı prinsipləri briqadalara da aid edilir. Belə hallarda təsərrüfat hesabına keçirilən briqadaların fəaliyyəti üzrə müvafiq plan və uçot göstəriciləri tətbiq edilir. Məsələn, briqadalar üçün plan tapşırığında istehsal olunacaq məhsul yaxud görüləcək iş, əmək haqqı fondu, avadanlıqdan istifadə və maddi vəsaitin məsrəfləri kimi göstəricilər nəzərdə tutulur və bu göstəricilər üzrə uçot aparılır. Məsələn, nəqliyyat şöbənin fəaliyyətindəki ən mühüm iş göstəriciləri: ton və ton-kilometr hesabı ilə işin həcmindən, işin bütün həcminə və hər bir ton-kilometrə çəkilən xərcdən və iş nəticələri, yəni plan tapşırığına nisbətən qənaət yaxud artıq xərcdən ibarət olur.
Briqadanın işi müəyyən edilmiş göstəricilər üzrə planın yerinə yetirilməsinə dair faktiki məlumata əsasən qiymətləndirilir və iş nəticəsində əmələ gələn qənaət və artıq xərclər meydana çıxarılır.
Sahə və briqadalar istehsal tapşırıqları iş yerinə və məhsulu konkret olaraq istehsal edənlərə çatdırılır. İşin əsas, yaxud köməkçi materiallar, yanacaq və alətlərin sərf edilməsi ilə əlaqədar olduğu yerlərdə, məmulat vahidi üçün maddi vəsait sərfi norması, iş üzrə maşın-dəzgah-saat miqdarı, yaxud norma-saat miqdarı fəhləyə xəbər verilir. Ayın axırında (dekadanın axırında və bəzən məsələn, dərzi briqadaları üçün növbənin axırında) faktiki xərclər müəyyən edilir və normalardan kənara çıxılması halları müəyyənləşdirilir.
2.4. İş yerləri, onların səciyyəsi və təsnifatı
Maddi nemətlər istehsalı bilavasitə iş yerlərində həyata keçirilir. Ona görə də müəssisə miqyasında əldə edilən müvəffəqiyyətlər nəticə etibarı ilə iş yerlərində əməyin təşkilindən, onun səmərəli təchizatından, planirovkasından, iş yerlərinə mütərəqqi xidmət sistemindən, iş yerlərində əmək şəraitindən və s. asılıdır. Belə ki, yaxşı təşkil edilmiş iş yerləri nəinki az əmək sərf etməklə daha çox məhsul hazırlamağa imkan verir. Həmçinin işçilərin sağlamlığının mühafizə olunmasına da səbəb olur.
İş yeri – əmək normalarına və fəaliyyətdə olan digər normativ aktlara əsasən müəyyən olunmuş əməyin tətbiqi zonası olub, bir icraçının əmək fəaliyyəti üçün olan vasitələrlə təhciz edilir. Beləliklə, müəyyən əməliyyatı (işi, xidməti) icra etmək üçün aqreqat, dəzgah, maşın və materiallarla, alət və tərtibatlarla təchiz edilmiş istehsal meydançasının hüdudlanmış hissəsinə – fəhlənin əmək fəaliyyəti zonasına – iş yeri deyilir. İş yerinin tipi ilk növbədə onun texnoloji təyinatı ilə müəyyən edilir. İş yerinin düzgün təşkili, hər bir iş yerində elə istehsal şəraitinin yaradılmasını tələb edir ki, bu zaman fəhlənin əmək fəndləri və hərəkətləri ən məhsuldar və ən az yorucu olsun. Bu tələblərin yerinə yetirilməsi nəticəsində əmək məhsuldarlığı yüksəlir, işin (xidmətin) keyfiyyəti yaxşılaşır, iş yerlərinin düzgün təşkili üçün şərait yaranır. İş yerinin düzgün təşkil edilməsi – onun əsas avadanlıqlarla, alətlərlə, texniki sənədlərlə, intervallarla təchiz edilməsi, işləyənlərə əlverişli əmək şəraiti yaratmaq deməkdir. İş yerlərinin təşkili xüsusiyyətləri bir çox amillərdən, məsələn, yerinə yetiriləcək işin (xidmətin) həcmindən, iş yerinə təhkim olunmuş əməliyyatların sayı və tərkibindən, iş yerinə xidmət sistemindən, əməyin mexanikləşdirilməsi və avtomatlaşdırılması dərəcəsindən asılıdır.
Fəhlələrin sayına görə – iş yerləri fərdi, yəni yalnız bir fəhlə tərəfindən xidmət olunan və kollektiv, yəni bir qrup tərəfindən xidmət olunan iş yerinə ayrılır. Fərdi iş yerlərinə əməyin təşkilinin fərdi formaları uyğun gəlir. Lakin istehsal şəraiti əməyin təşkilinin fərdi formasının tətbiqinə həmişə imkan vermir. Bəzi işlərdə, məsələn, yığma, tikinti – quraşdırma, neft – qaz quyularının qazılmasında və s. işlərdə yetirilməsi zərurəti yaranır. Belə hallarda əməyin təşkilinin kollektiv (briqada) forması tətbiq olunur və ona görə də həmin iş yerləri kollektiv iş yerləri adlanır.
İş yerlərinin tipi orada mövcud olan avadanlıqların miqdarına görə – iş yerləri dəzgahsız, birdəzgahlı və çoxdəzgahlı iş yerlərinə bölünür. Adətən, birdəzgahlı iş yerləri fərdi istehsal şəraitində daha çox tətbiq edilir. İstehsal prosesinin təşkili xarakterinə görə çoxdəzgahlı iş yerinin əsas avadanlığı işin ümumi ahəngi ilə əlaqədar olur ki, bu da kütləvi və iri seriyalı istehsal sahələri üçün xarakterikdir. Çoxdəzgahlı iş yeri iki yerə: eyni cinsli avadanlıqla təchiz olunan iş yerlərinə və müxtəlif cinsli avadanlıqlarla təchiz olunan iş yerlərinə ayrılır.
İş yeri icraçının icra edilən proseslərində əməyin mexanikləşdirilmə və avtomatlaşdırılması səviyyəsinə görə – iş yerləri üç qrupa: əl əməyinə əsaslana, mexanikləşdirilmiş və avtomatlaşdırılmış iş yerlərinə bölünür. Əl əməyinə əsaslanan iş yerlərində əmək prosesləri əllə, mexanikləşdirilmiş iş yerlərində – maşın və mexanizmlər ilə, avtomatlaşdırılmış iş yerlərində isə – avtomatlaşdırılmış mexanizmlərlə yerinə yetirilir.
İxtisaslaşdırılma dərəcəsinə görə – iş yerləri universal, ixtisaslaşdırılmış və xüsusi iş yerlərinə ayrılır. Kiçik seriyalı və fərdi istehsal şəraitində universal iş yerləri, iri seriyalı istehsal şəraitində – ixtisaslaşdırılmış iş yerləri və kütləvi istehsal şəraitində isə xüsusi iş yerləri uyğun gəlir. İş yerlərinin ixtisaslaşdırılması dedikdə, onların hər birinin bu və ya digər ümumi əlamətlərinə görə birləşən müəyyən qrup əməliyyatların və ya işçilərin təhkim olunması nəzərdə tutulur. Belə əlamətlərə emal edilən hissələrin gorunüşü (konfiqurasiyası), emalın texnoloji yekcinsliyi, mürəkkəbliyi və dəqiqliyi, tətbiq olunan alətlərin oxşarlığı və s. aid edilə bilər.
Yerinə yetirilən işlərin xarakterinə görə – iki növ iş yerlərini: stasionar (sabit, dəyişməz) və dəyişən iş yerlərini fərqləndirirlər. Stasionar iş yerləri məntəqənin və onun təchizinin daimliyi ilə, dəyişən iş yerləri isə növbə ərzində iş məntəqəsinin dəyişməsi ilə xarakterizə olunur. Dəyişən iş yerlərinə misal olaraq, maşınqayırma zavodlarında növbətçi təmirçi–çilingərlərin, elektrik montyorlarının, sazlayıcıların iş yerlərini göstərmək olar.
Yerinə yetirilən funksiyalara görə – iş yerləri əsas, köməkçi və xidmətedici iş yerlərinə ayrılır. Bu fərq əsas, köməkçi və xidmətedici işlərdə icra edilən funksiyaların məzmunundan və xidmət zonasından asılıdır. Köməkçi və xidmətedici fəhlələrin fəaliyyət dairəsi əsas fəhlələrə nisbətən daha geniş olur.
İş yerlərində fəhlənin əməyinin məhsuldarlığı xeyli dərəcədə onların səmərəli təchizatından asılıdır. İş yerlərinin təchizatı dedikdə, onun məntəqəsində olan əsas texnoloji və köməkçi avadanlıqların, texnoloji və təşkilati ləvazimatların, siqnallaşdırma və texniki təhlükəsizlik vasitələrinin məcmusu nəzərdə tutulur. İş yerlərinin təchizatı yalnız o halda daha səmərəli ola bilər ki, o, istehsal prosesinin məzmununa nəinki miqdarca, eyni zamanda keyfiyyətcə uyğun olsun, yəni müxtəlif əməliyyatların yerinə yetirilməsində canlı əmək sərfi minimumu olmaqla ən yüksək əmək məhsuldarlığını təmin etsin. İş yerlərinin təchizatının səmərəliliyi istehsal – texniki, bioloji və psixi –fizioloji amillərlə xarakterizə olunur. İstehsal – texniki amillərlə istehsalın təşkili tipi, iş yerinin texnoloji təyinatı, fəhlənin yerinə yetirdiyi əmək funksiyalarının xarakteri, ixtisaslaşma dərəcəsi və s. aiddir. Bioloji və psixi – fizioloji amillər qrupuna isə antropometrik (insan bədənin müxtəlif hissələrini ölçməkdən ibarətdir), biomexaniki (insan hərəkət fəaliyyətini öyrənmək), psixo – fizioloji, estetik, sanitar – gigiyena amilləri, həmçinin işin texniki təhlükəsizliyi məsələlərinin kompleks həll olunmasının xarakterizə edən amillər daxil edilir.
Fəhlələrə normal və fasiləsiz iş şəraitinin yaradılması üçün iş yerlərinə müntəzəm xidmət olunmalıdır. Belə ki, iş yerlərinə vaxtlı–vaxtında və dəqiq xidmət olunmasının təşkili fəhlələrdən və avadanlıqlardan səmərəli istifadə edilməsi, əmək məhsuldarlığının yüksəldilməsi və maddi –enerji ehtiyatlarından qənaətlə istifadə olunması üçün zəruri şərtdir. İş yerlərinə xidmətin əsas vəzifəsi – istehsalat prosesində mümkün fasilələrin və mexanizmlərin işindəki çatışmazlıqların vaxtında qarşısının alınmasından ibarətdir.
İş yerlərinə xidmət fəhlənin özü tərəfindən və ya xüsusi xidmətedici heyət tərəfindən həyata keçirilə bilər. Bütün hallarda, iş yerlərinə xidmətin təşkili aşağıdakı prinsiplərin gözlənilməsini nəzərdə tutur: xidmət prosesi planlı xarakter daşımalıdır; xidmət fəal – xəbərdaredici olmalıdır; xidmət kompleks xarakter daşımalıdır; xidmət yüksək keyfiyyətdə həyata keçirilməlidir; xidmət qənaətli olmalıdır.
Müəssisədə xidmətin aşağıdakı funksiyaları vardır: istehsalın hazırlanması, nəqliyyat, alət, sazlaşdırma, təmir, enerji, nəzarət, tikinti – quraşdırma, təsərrüfat xidmətləri. Göstərilən funksiyaların yerinə yetirilməsi üçün müəssisələrdə müvafiq sex və təsərrüfatlar yaradılır. Belə sex və təsərrüfatlara misal olaraq təmir, energetika, alət, nəqliyyat, tikinti – quraşdırma sexlərini, anbar təsərrüfatını və dispetçer şöbəsini göstərmək olar.
2.5. Müəssisənin istehsal quruluşunun təkmilləşdirilməsi yolları
Qeyd etdiyimiz kimi, müəssisənin istehsal quruluşu müxtəlif amillərin təsiri altında formalaşır və ona görə də, daima dəyişilir, təkmilləşir. Müəssisənin istehsal quruluşu o halda mütərəqqi və optimal hesab edilir ki, onun bölmələri arasında düzgün münasiblik yaradılsın və ən az xərclə daha yüksək nəticələr əldə edilmiş olsun. Buna istehsal quruluşunu daima təkmilləşdirməklə nail olmaq olar. Hazırda istehsal quruluşunun təkmilləşdirilməsinin əsas istiqamətləri aşağıdakılardan ibarətdir:
a) istehsal bölmələrinin səmərəli ölçüsünün müəyyən edilməsi. İstehsalın ölçüsü – müəyyən avadanlıq komplektinin istehsal gücüdür. O, buraxılan məhsulun miqdarı ilə səciyyələnir. Onun mütərəqqiliyi istənilən dərəcədə maşın və avadanlıq komplektinin tam yüklənməsini təmin etməlidir. Çünki ayrı-ayrı avadanlıq növləri müxtəlif məhsuldarlığına (məhsul buraxma qabiliyyətinə) görə fərqlənirlər, bu halda orta hesabla bütün istehsal avadanlıqlarının tam yüklənməsi üçün tələb edilən səviyyə istehsalın istənilən ölçüsündə əldə edilə bilməz. İstehsalın yolverilən minimal və optimal ölçülərini fərqləndirirlər. İstehsalın minimal yolverilən ölçüsü müasir avadanlığı lazımi qədər yükləməklə ondan istifadə etməyə imkan verir. Müəyyən məhsulun hazırlanmasında tətbiq edilən texnikanın səviyyəsi dəyişdikdə istehsalın minimal yolverilən ölçüləri də dəyişir. Məsələn, elektron texnikasının və proqramlı idarəetmənin inkişafı və geniş tətbiqi onları azaltmağa imkan verir. Əgər əvvəllər avtomat xətt şəklindəki avadanlıq komplektindən yalnız məhsul buraxılışının həcmi böyük olduqda istifadə edilirdisə, hazırda proqramla idarə olunan maşınların tətbiqi ilə istehsal sahələri təşkil edildikdə eynicinsli məhsulun minimal yolverilən buraxılışı iki – üç dəfə az ola bilər. İstehsalın ölçüsünün minimal yolverilən ölçüsündən çox artırılması minimal avadanlıq komplektini ikiqat artırmaqla əldə edilir. Lakin istehsalın maksimal yolverilən ölçüdə artırılması zamanı nəinki texniki, həm də iqtisadi hesablamalara əsaslanmaq lazımdır. İstehsalın ölçüsünün ən məqsədəuyğun qaydada artırılması əsaslı vəsait qoyuluşları və məhsulun maya dəyəri üzrə hesablamalar əsasında müəyyənləşdirilməlidir. Məhsul vahidinin istehsalı üçün minimal gətirilmiş məsrəfləri təmin edən istehsal ölçüsü optimal ölçü hesab olunur. İstehsalın ölçüsünə istehsaldaxili texniki-təşkilati amillər çox böyük təsir göstərir.
İstehsalın ölçüsü müəssisənin və onun vəsilələrinin ölçüsünü müəyyənləşdirmək üçün əsas götürülür. Müəssisənin və onun vəsilələrinin ölçüsü onlarda cəmləşdirilmiş canlı və maddiləşdirilmiş əməyin miqdarını səciyyələndirir. O, nəinki istehsaldaxili texniki-təşkilatı amillərdən, eyni zamanda kənar amillərdən də asılıdır. Müəssisənin və onun vəsilələrinin məqsədəuyğun ölçüsünün müəyyənləşdirilməsinə, əsasən, aşağıdakı texniki-təşkilati amillər təsir göstərir: buraxılan məhsulların xalq təsərrüfatı əhəmiyyəti, xarakteri və həcmi, istehsalın texniki və təşkilati səviyyəsi, xammal mənbələrinin və hazır məhsul istehlakçılarının yerləşdirilməsi, müəssisənin və onun əsas vəsilələrinin istehsal güclərinin inşası və mənimsənilməsi müddətləri, ölkənin müdafiə qabiliyyəti və s. Elmi-texniki tərəqqi aqreqatların iriləşdirilməsinə, çəkisinin və gücünün bir vahid hesabı ilə onların məhsuldarlığının artırılmasına, texnoloji proseslərin intensivləşdirilməsinə imkan verir. Bununla əlaqədar olaraq müəssisə və onun vəsilələrinin ən məqsədəuyğun ölçülərinə mütəmadi olaraq baxılmalıdır. Müəssisə və onun səmərəli ölçüsü xammalın, materialların və hazır məhsulların istehsalçı məntəqədən istehlakçı məntəqələrinə daşınması, saxlanılması və istehlakçı şərtləri, idarəetmənin mürəkkəbliyi, həmin vəsilələrin kollektivlərinin işlədikləri sosial şərait nəzərə alınmaqla müəyyən edilir.
Müəssisənin istehsal quruluşunun təkmilləşdirilməsinin əsas imkanları bunlardır:
a) kiçik istehsalların birləşdirilməsi – idarəetmə aparatında çalışan işçilərinin sayını xeyli azaltmağa, yüksək məhsuldarlı maşın və avadanlıqların tətbiqinə, istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması səviyyəsinin yüksəldilməsinə şərait yaradır ki, bu da istehsalın həcminin artırılmasının zəruri şərtlərindəndir;
b) sexsiz istehsal quruluşunun tətbiqi nəticəsində sex xərcləri tamamilə aradan qaldırılır və bu məhsulun maya dəyərinin aşağı salınmasına imkan verir. Sexsiz istehsal quruluşu, əsasən, fərdi və kiçik seriyalı istehsal şəraitində və neft-qazçıxarma idarələrində daha geniş tətbiq edilir;
c) əsas, köməkçi və xidmətedici sex və təsərrüfatlar arasında səmərəli nisbətlərin təmin olunması, yəni imkan dairəsində çalışmaq lazımdır ki, müəssisənin sexlərinin sayı çox olsun. Çünki bu, müəssisənin məhsul buraxma qabiliyyətini artırır;
d) istehsalın idarə edilməsində avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi – idarəetmə aparatında çalışan işçilərin sayını azaldır. Çünki burada idarə olunan obyektin vəziyyəti haqqında məlumatların verilməsi, saxlanılması və yenidən işlənilməsi iqtisadi – riyazi metodların və modellərin, elektron – hesablama texnikasının köməyi ilə avtomatik yerinə yetirilir;
e) iş yerlərinin attestasiyası – hər bir iş yerinin mütərəqqi texniki, texnoloji, təşkilati nəticələrə, əməyin mühafizəsi tələblərinə, qabaqcıl təcrübəyə, normativ və standartlara uyğunluğunun və təkmilləşdirilməsi məqsədilə kompleks qiymətləndirilməsinə imkan verir. İş yerlərinin attestasiyasının əsas vəzifəsi – iş yerləri sayının işləyənlərin sayı ilə tarazlaşdırılmasından, istehsalın səmərəliliyinin yüksəldilməsindən, əmək məhsuldarlığının artırılmasından, əsas fondlardan və əsaslı vəsait qoyuluşundan effektli istifadə edilməsindən ibarətdir. Limitsiz iş yerlərinin ləğv edilməsinə, mütərəqqi iş yerlərinin aşkar edilməsinə, iş yerlərinin səmərələşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasına və həyata keçirilməsinə və s. imkan verir. İş yerlərinin attestasiyasını həyata keçirmək üçün müəssisənin rəhbəri həmkarlar ittifaqı komitələri ilə birlikdə fəhlələrin, mütəxəssislərin və qulluqçuların, səmərələşdiricilərin geniş iştirakı ilə attestasiya komissiyaları (müəssisə miqyasında həyata keçirilən işlərin xarakterindən asılı olaraq) yaradır.
FƏSİL 3. SAHİBKARLIQ FƏALİYYƏTİNİN FORMALARI VƏ NÖVLƏRİ
3.1. Sahibkarlıq fəaliyyəti və onun inkişaf mərhələləri
Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin formalaşması və inkişafında “Sahibkarlıq haqqında” Azərbaycan Respublikasının qanunu [4] mühüm rol oynamışdır. Qanunda Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin prinsiplərini, hüquq və vəzifələrini, onun dövlət tərəfindən müdafiə və təqdim olunmasının forma və üsulları, dövlət və digər təşkilatlarla münasibətlərini müəyyənləşdirmişdir. Qanunda göstərilir ki, sahibkarlıq fəaliyyəti ilə Azərbaycan Respublikasının hər bir vətəndaşı, hüquqi, fiziki şəxslər, xarici ölkələrin vətəndaşları məşğul ola bilər. Lakin milli və xarici dövlət orqanlarının vəzifəli şəxsləri – məmurları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. “Sahibkarlıq haqqında” qanunda sahibkarların hüquq və vəzifələrinin şərhinə geniş yer verilmişdir.
Sahibkarların aşağıdakı hüquqları vardır:
– istənilən müəssisələri yaratmaq və onların idarəetmə orqanlarında iştirak etmək;
– dövlət və digər mülkiyyət formalarına əsaslanan müəssisələrin əmlakını tamamilə və ya qismən mənimsəmək;
– başqa müəssisələrin fəaliyyətində payçı kimi iştirak etmək;
– işçiləri işə qəbul etmək və onların əməyinin ödənilməsinin forma və sistemlərini müəyyənləşdirmək;
– təsərrüfat və maliyyə fəaliyyətini müstəqil həyata keçirmək;
– məhsul göndərmələri və istehsal olunan məhsulun iştirakçılarını seçmək və öz məhsulları üçün qiymətlər müəyyənləşdirmək;
– sahibkarlıq fəaliyyətindən əldə etdiyi mənfəətdən (təsərrüfat hesablı gəlirdən) müvafiq qaydada gəlir vergisi verdikdən sonra qalan mənfəətdən (gəlirdən) sərbəst istifadə etmək;
– xarici-iqtisadi münasibətlərdə iştirak etmək və s.
“Sahibkarlıq haqqında” Azərbaycan Respublikasının qanununa, əsasən, sahibkarın aşağıdakı vəzifələri vardır:
– işə qəbul edilən vətəndaşlarla müqavilə bağlamaq;
– işçilərin ictimai və siyasi partiyalarda birləşməsinə mane olmamaq;
– işçilərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş əmək haqqının minimum məbləğindən az olmayan səviyyədə əmək haqqı vermək;
– dövlət sığorta fonduna müəyyən olunmuş qaydada və məbləğdə ayırmalar ödəmək;
– qanunvericilikdə müəyyən olunmuş həcmdə vergilər ödəmək;
– işçilərə bağlanmış müqavilələrə müvafiq iş şəraiti yaratmaq və onu daima yaxşılaşdırmaq və s.
Sahibkarlar təsis təşkilatı formasından asılı olaraq, tam və ya məhdud şəkildə əmlak məsuliyyəti daşıyırlar. Öz fəaliyyətini bağlaşma əsasında həyata keçirən sahibkar rəhbərlik etdiyi müəssisənin öhdəlikləri üçün bağlaşmada müəyyən edilmiş həcmdə məsuliyyət daşıyır. Bununla bərabər, sahibkarlıq fəaliyyətinin inkişafına köməklik göstərmək məqsədilə dövlət müəyyən təminatlar verir, sahibkarın hüquq və qanuni mənafeyini müdafiə edir.
“Sahibkarlıq haqqında” Azərbaycan Respublikasının qanununda sahibkarlıq fəaliyyətinin dayandırılması və ona xitam verilməsi qaydalarından da danışılır. Bu qanunda göstərilir ki, sahibkarlıq fəaliyyətinin dayandırılması haqqında qərarı sahibkarın özü qəbul edə bilər. Lakin bəzi səlahiyyətli orqanlar sahibkarlıq fəaliyyətinin dayandırılması barəsində təqdimat vermək hüququna malikdir. Sahibkarlıq fəaliyyətinə xitam verilməsi haqqında qərarı da sahibkar özü və ya müvafiq rayonun məhkəməsi qəbul edə bilər. Sahibkar vəfat etdikdə onun əmlakı varisinə keçir. Bağlaşma əsasında həyata keçirilən sahibkarlıq fəaliyyətinə aşağıdakı hallarda xitam verilir: a) bağlaşmanın müddəti başa çatdıqda; b) tərəflərin razılığı olduqda; c) məhkəmənin qərarı çıxarıldıqda; d) bağlanmada nəzərdə tutulmuş digər hallarda.
Ümumiyyətlə, “sahibkar” və “sahibkarlıq fəaliyyəti” haqqında müxtəlif fikirlər və anlayışlar mövcuddur. “Sahibkar” ifadəsi iki sözün birləşməsindən –“sahib” və “kar” sözlərindən əmələ gəlmişdir. “Sahib” sözü ərəb dilində olub “yiyə”, “mülkiyyətçi” deməkdir. “Kar” ifadəsi isə fransız sözü olub, “fəaliyyət”, “iş” mənasını daşıyır. “Sahibkar” ifadəsini ilk dəfə olaraq, Qərb iqtisadiyyatında fransız iqtisadçısı R.Kantilyon (1680-1734) tərəfindən işlədilmişdir. O, mənfəət götürmək məqsədilə məhsulu digərlərindən müəyyən qiymətə alaraq, bazarda özünə xeyirli qiymətə satmağa çalışan adamları “sahibkar” adlandırmışdır. Onun fikrincə, sahibkarlıq fəaliyyəti müxtəlif növ əmtəələr və tələblə təklif arasında münasibət yaratmağa xidmət edir.
Sahibkarlıq fəaliyyəti haqqında fikirlər A.Smitin (1723-1790) iqtisadi nəzəriyyəsində də öz əksini tapmışdır. Belə ki, o, sahibkarı öz istehsalını planlaşdıran və təşkil edən, onun nəticələri üçün risk edən mülkiyyətçi kimi nəzərdə tutur. Daha sonralar sahibkarlıq fəaliyyətinin geniş anlayışı fransız iqtisadçısı J.B.Sey (1767-1832) tərəfindən verilmişdir. O, sahibkarı risk etməsinə baxmayaraq, mənfəət götürmək məqsədilə hər hansı bir məhsul istehsal edən və satan şəxs kimi qələmə verirdi. Lakin o, özündən əvvəlki iqtisadçılardan fərqli olaraq, sahibkarlıq fəaliyyətinin klassik nəzəriyyəsini yaratmış və həmin nəzəriyyə bu gün də öz əhəmiyyətini itirməmişdir.
Sahibkarlıq haqqında böyük həcmdə və istiqamətdə iqtisadçı alimlər fikirlər söyləmiş, onlar, əsasən, inkişaf mərhələsinə görə dörd qrupa ayrılır:
– kommersiya ideyasını həyata keçirmək və mənfəət götürmək məqsədilə iqtisadi risk edən mülkiyyətçilərin fəaliyyətləri;
– yeni ideya yaranması və mənimsənməsini keyfiyyətcə yeni növ məhsulların işlənib, hazırlanmasını, istehsalın inkişafının perspektiv amillərinin əldə edilməsini, istehsalçılar tərəfindən xidmətin yeni üsullarının və yeni investisiya tətbiqinin yeni sahələrinin tapılması üzrə axtarışların aparılması və onları həyata keçirənlərin fəaliyyətini;
– sahibkarlıq subyektin bazar iqtisadiyyatı şəraitində qanunvericiliyə uyğun şəkildə həyata keçirilib, mənfəət əldə edilməsinə yönəldilmiş fəaliyyəti;
– öz fikirlərini reallaşdırmaq və sosial-iqtisadi səmərəyə nail olmaq üçün yeni kombinasiyaları həyata keçirən təsərrüfatçılıq subyektlərinin risklə əlaqədar olan təşəbbüskarlıq fəaliyyətini aid edirlər.
3.2. Sahibkarlıq fəaliyyətinin sahələri
Sahibkarlıq maddi nemət və xidmət tələbatlarını ödəmək üçün ixtisaslaşan məqsədyönlü əmək fəaliyyəti dairəsidir. Müasir şəraitdə sahibkarlıq fəaliyyəti bazar iqtisadiyyatı əsasında qurulur. Sahibkarlıq fəaliyyətinin təşkili sahələrinin düzgün müəyyənləşdirilməsindən ibarətdir. Bunun üçün sahibkarlıq fəaliyyətinin subyekti elə olmalıdır ki, o, mövcud ehtiyatlardan daha səmərəli istifadə etməklə istehsalın yüksək son mərhələsinə nail olmasını təmin edə bilsin. İstehsalın konkret şəraitindən asılı olaraq, sahibkarlıq fəaliyyətinin formalaşdırılmasında əməyin elmi təşkilinin tələbləri, fiziologiya, psixologiya və gigiyena tövsiyələri, mühəndis texnologiyası və texniki estetikanın tələbləri nəzərə alınmalıdır.
Müasir tələblərə cavab verərək, dünya ölkələrinin təcrübəsi göstərir ki, sahibkarlıq fəaliyyətinin subyekti sahələri kimi məhsul istehsalı, onların satışı və ya müxtəlif növ xidmətlər göstərilməsi formasında həyata keçirilən iqtisadi fəaliyyət növləri çıxış edə bilər. Bazar iqtisadiyyatı şəraitində hər kəs özünə peşə seçməkdə tam azadlığa malik olduğu üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda tam azaddır, lakin hər bir adam – sahibkar müəyyən məbləğdə kapitala, əmlaka malik olmalıdır. Bununla belə, “sahibkarlıq” fəaliyyətinin adi “təsərrüfatçılıq”, ”biznes” və “kommersiya” fəaliyyətindən fərqlənir.
Təsərrüfatçılıq fəaliyyəti istehsal ehtiyatlarının əvvəl texnika və texnologiyasının mövcud səviyyəsində olduğu kimi, yəni heç bir yenilik risk etmədən həyata keçirilir, halbuki, sahibkarlıq fəaliyyətinin məzmununu təşəbbüskarlıq və yenilikçilik təşkil edir və müəyyən risk ilə əlaqədardır. Risk sahibkarlıq fəaliyyətində əsas rol oynayır. Riskin bütün cəhətlərini dərindən öyrənmədən və onu lazımınca qiymətləndirmədən sahibkarlıq, həmçinin təsərrüfatçılıq fəaliyyətinin taktika və strategiyasını düzgün müəyyənləşdirmək olmaz. Risklərin aşağıdakı növlərini fərqləndirirlər: a) məhsulların nəql edilməsi və istehlakçılar tərəfindən alınması riski; b) istehlakçıların tədiyyə qabiliyyətli tələbləri və onların ödənişi həyata keçirməməyi nailiyyətləri ilə əlaqədar olan risk; c) xarici mühitin təsiri, o cümlədən valyuta kursunun və valyuta dönərliyinin tərəddüd etməsi ilə bağlı olan risk; d) bazarın konyukturunun formalaşmasında xüsusi əhəmiyyəti olan pul vəsaitlərinin köçürülməsinə, ixrac-idxal əməliyyatlarına və bir çox başqa tədbirlərə yönəldilən məhdudiyyətlər və qadağalarla əlaqədar olan risk.
Biznes fəaliyyəti, əsasən, qısamüddətli bir prosesdir, o, birdəfəlik akt olub, hər hansı bir konkret işin, əməliyyatın yerinə yetirilməsi, sövdələşmənin reallaşması ilə əlaqədardır. Bundan fərqli olaraq, sahibkarlıq fəaliyyəti daimi bir prosesdir, biznes fəaliyyətinə nisbətən daha geniş dairəni əhatə edir: birincisi, sahibkarlıq bazar iqtisadiyyatını daha dolğun əks etdirdiyinə görə, onu biznes iqtisadiyyatı deyil, sahibkarlıq iqtisadiyyatı adlandırırlar; ikincisi, təkcə yenilikçilik qabiliyyətinin deyil, eyni zamanda tədqiqatçılıq və müstəqil qərar qəbul etmə və onları həyata keçirmə bacarığının məcmusudur.
Biznesin müxtəlif subyektləri mövcuddur, onlardan ilk əvvəl müəyyən işin yerinə yetirilməsidir. Adi həyatda işlə məşğul olanları “işgüzar”, “iş adamı”, “işlə məşğul olan adam”, “bizneslə məşğul olan adam”, “biznesmen” adlandırırlar. Real bazar iqtisadiyyatı şəraitində işgüzar adamlar digər məqsədyönlü işlərlə yanaşı, sahibkarlıq fəaliyyətini də həyata keçirirlər. Bu baxımdan, sahibkarlıq biznesin subyektlərindən biridir.
Biznesin ikinci subyekti məhsul, iş və xidmət istehlakçılarıdır. Bu subyektlərə, həm fərdi, həm də kollektiv istehlakçılar, həmçinin istehlakçı ittifaqlarından (məsələn: kollektiv, səhmdar cəmiyyəti, birliklər və s.) aiddir. Bu, biznesin xüsusi formasıdır; ona görə ki, istehlak biznesi işgüzar münasibətlər sistemində bütün adamların iştirakını əhatə etdirir. Digər tərəfdən, istehlakçı biznesi istehsalın, ticarətin və xidmətin son mərhələsində adamların marağını əks etdirir. İkincisi, istehlakçı biznesi eyni zamanda sahibkarlıq biznesini stimullaşdırır, onun hərəkətə gətirilməsi və tarazlaşdırılması qüvvəsi kimi çıxış edir. Nəhayət, istehlakçı biznesmenində yalnız fərdlər deyil, habelə, yenidən emal etmək, satmaq və xidmət göstərmək məqsədilə digər müəssisələrin məhsulunu satın alan sahibkarlar da iştirak edirlər.
Biznesin üçüncü subyekti bağladıqları müqavilələr əsasında muzdla işləyən əmək kollektividir. İstehlakçı biznes subyekti kimi əmək kollektivləri əmək sərfində öz maraqlarını əsas tutaraq, sahibkarla bağladıqları sazişdən faydalanmaq məqsədilə spesifik xarakterinə malik əmək biznesinə qoşulurlar.
Biznes subyektlərindən biri də işgüzar təklifləri və fəaliyyəti ilə bazar münasibətlərinə cəlb edilən dövlət orqanlarıdır. Belə dövlət orqanlarına misal olaraq, sertifikatlar, veksellər, qiymətli kağızlar, valyuta satan idarə və təşkilatları göstərmək olar. Qiymətli kağızların, valyutanın bir qismi dövlət orqanları tərəfindən, digər qismi isə sahibkarlar tərəfindən sərbəst surətdə satılıb-alınır. Dövlət biznesinin əsasını dövlət mülkiyyəti, sahibkarlıq biznesinin əsasını isə sahibkar əmlakı təşkil edir.
Kommersiya fəaliyyəti biznes fəaliyyətinin tərkib hissəsi olub, insanların iqtisadi fəaliyyətinin yalnız bir sahəsini, yəni bilavasitə istehsal edilmiş məhsulların reallaşdırılması ilə əlaqədar olan ticarət sahəsini, sferasını–alqı və satqı münasibətlərini əks etdirir. Müasir zamanda kommersiya fəaliyyəti yalnız bir ticarət sferası kimi əlavə onun rolu və əhəmiyyəti daha yüksəkdir, baxmayaraq ki, kommersiya fəaliyyətinin konkret obyekti alqı-satqı prosesi olsa da, bir çox ölkələrin qanunvericiliyində alqı-satqı ilə bağlı münasibətlər sırf ticarət sferasından kənara çıxır. Buna görə də hazırda kommersiya fəaliyyətinə əmtəələrin alqı-satqısı ilə yanaşı, həm də onların istehsalı, eləcə də bank, nəqliyyat, kənd təsərrüfatı, sığorta və s. sahələrlə əlaqədar fəaliyyət formaları da daxil edilir.
Kommersiya münasibətləri sferası olduqca genişdir. Buna istehsal olunan məhsullar, pul və qiymətli kağızlar, o cümlədən səhmlər, veksellər və s. xidmətlər, ixtiralar, firmanın markası, “nou-xau” (“nou-xau”- beynəlxalq sazişləin obyekti olan elmi-texniki biliklərin, istehsalatın xüsusi bacarıq və sirlərinin məcmusudur və patent müdafiəsi ilə təmin edilmiş ixtiraların həyata keçirilməsidir) və bu kimi maddi və qeyri-maddi nemətlər aiddir.
Kommersiya fəaliyyətinin ən mühüm xüsusiyyətlərindən biri sağlam kommersiya münasibətlərinin yaradılmasından ibarətdir. Bunun üçün kommersiya münasibətləri müqabil tərəfləri (partnyorları) müstəqil seçmək, realizə prosesində bütün şərtləri, yəni məhsulun həcmini, çeşidini, keyfiyyətini, qiymətini, müqavilə öhdəliklərini mütləq yerinə yetirilməsini, qarşılıqlı məsuliyyətliliyini və s. prinsiplərini nəzərə almaqla formalaşmalıdır.
Kommersiya fəaliyyəti güzəştsiz ola bilməz, yeni kommersiya fəaliyyəti kompromis xarakter daşıyan bir fəaliyyət növüdür. Burada sahibkarın tapşırığı ilə sövdələşmə işinə mütəxəssis müqavilə bağlamaq üçün danışıqlar apararkən tərəf-müqabil qarşısında əvvəllər qoyduğu güzəştli şərtlərdən onun razılığı ilə öz fikrindən, tələbindən dönməyi bacarmalıdır.
Real bazar iqtisadiyyatı kommersiya qarşısında ciddi tələblər qoyur. Kommersiya fəaliyyətində tərəf-müqabillər bağladıqları müqavilələrin bütün şərtlərini lazımınca yerinə yetirməli, qənaətçilik prinsiplərini tutmalı və hər iki tərəf üçün səmərəli olmalıdır . Tərəf-müqabillər arasında təmizlik, düzgünlük, doğruluq, işgüzar etika qaydalarına mütləq əməl etmək mühüm əhəmiyyət kəsb edir. Bu tələbləri pozan sahibkar-kommersant sivilizasiyalı işgüzar dairələr tərəfindən yaxşı qarşılanmır və gec-tez həmin sahibkar müflisləşməyə düçar olur.
Kommersiya fəaliyyətinin nailiyyətləri xeyli dərəcədə kommersiya sirri ilə bağlıdır. Kommersiya sirri iki əsas cəhəti: istehsal və sirrin idarə olunmasını əks etdirir. Kommersiya sirrinin istehsal cəhəti elmi-tədqiqat, elmi-texniki, layihə – konstruktor, texnoloji-tədqiqat işlərinin nəticələrinin və istehsal prosesində baş verən yardımçı aralıq vəzifələri, funksiyaları əhatə edir. Kommersiya sirrinin mühafizəsini xüsusi dövlət orqanları təşkil edir.
Kommersiya fəaliyyətinin təşkilində kommersiya sövdələşmələri mühüm rol oynayır. Sövdələşmə prosesində tərəflər bir-birinin məqsədlərini aşkara çıxarmaqla bu prosesin predmetinin kommersiya həllinin yollarını, üsullarını, məqsədyönlüyünü və əldə ediləcək nəticələrin faydalılıq dərəcəsini götür-qoy edirlər. Bazar münasibətləri baxımından kommersiya sövdələşməsi dedikdə, tərəf-müqabillər arasında alqı-satqı məsələləri, iş, yaxud xidmətlər üzrə razılaşmaların nəticələrinə uyğun surətdə razılığa gəlmə nəzərdə tutulur.
Vasitəçilər – əmtəələrin satılmasında və müştərilər arasında yayılmasında şirkətə, müəssisəyə yardım göstərən firmalar, yaxud fərdi adamlardır. Onlara ticarət vasitəçiləri, əmtəənin irəlilədilməsinin təşkili üzrə mütəxəssislər, marketinq xidmətləri göstərilməsi üzrə agentlər və kredit-maliyyə idarələri aiddir. Vasitəçilərin iştirakı ilə kommersiya sövdələşmələri funksional baxımdan iki qrupa: ticarət-vasitəçilik sövdələşmə və ticarət vasitəçiləri qrupuna ayrılır.
Ticarət vasitəçilik sövdələşməsi dedikdə, satıcılardan və alıcılardan asılı olmayan, lakin onların sifarişləri ilə malların, işlərin və xidmətlərin alqı-satqı əməliyyatlarının müstəqil vasitəçilərinin iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulur. Ticarət vasitəçisinə gəldikdə isə o, müstəqil kommersiya müəssisəsi sifətində çıxış edən satıcı və alıcı arasında hüquqi şəxs statusu olan vasitəçilərdir. Onun mənfəəti həmin satıcı, yaxud alıcı tərəfindən satınalma və satış qiymətləri arasındakı fərq, yaxud komisyon mükafatı hesabına təmin edilir.
Kommersiya sövdələşməsinin aşağıdakı mərhələlərini fərqləndirirlər:
a) kontragentin axtarılıb, tapılması və seçilməsi mərhələsi;
b) sövdələşmə üzrə sazişin bağlanmasına hazırlıq mərhələsi;
c) alqı-satqı müqaviləsinin bağlanmasına hazırlıq mərhələsi;
d) bağlanmış müqavilələrin imzalanması mərhələsi.
3.3. Sahibkarlıq fəaliyyətinin növləri və təsnifatı
Sahibkarlıq fəaliyyətinin müxtəlif cür növləri mövcuddur. Hər hansı biznes fəaliyyəti bu və ya digər dərəcədə məhsul və xidmətlər istehsalı, mübadiləsi, məhsulun bölgüsü və istehlakı ilə sıx bağlıdır. Sahibkarlıq fəaliyyətinin aşağıdakı növləri: istehsal sahibkarlığı, kommersiya və maliyyə sahibkarlığı fərqləndirilir. Sahibkarlığın adı çəkilən növləri bir neçə yarımnövlərə bölünür. Sahibkarlığın mövcud olan növ və yarımnövlərini aşağıdakı sxemdə göstərmək olar.
Sxem 1. Sahibkarlıq fəaliyyətinin növləri
Sxem 1. Sahibkarlıq fəaliyyətinin növləri
İstehsal sahibkarlığı fəaliyyətinin ən aparıcı növü hesab edilir. Burada məhsul, əmtəə istehsalı həyata keçirilir, xidmətlər göstərilir, müəyyən mənada dəyər yaradılır. Lakin bazar iqtisadiyyatına keçid şəraitində bu sferanın fəaliyyəti müəyyən uğursuzluğa məruz qalmışdır. Belə ki, təsərrüfat əlaqələri pozulmuş, maddi-texniki təchizat sistemi zəifləmiş, məhsul satışı kəskin surətdə aşağı düşmüş, müəssisənin maliyyə vəziyyəti pisləşmişdir.
Bazar iqtisadiyyatına keçidin ilk dövrlərində kommersiya sahibkarlığı daha geniş inkişaf etmişdir. Kommersiya sahibkarlığı alqı-satqı əməliyyatını əhatə edir. Sahibkarlığın bu növündə fəaliyyətin nəticəsi daha tez əldə edilir. Bu sfera son zamanlar fərdi və xüsusi sahibkarlığın inkişafı ilə əlaqədar genişlənmişdir. Burada daha çox təşəbbüskar insanlar fəaliyyət göstərirlər. Əgər istehsal sahibkarlığında müəssisənin rentabelliyi 10-12 % həcmindədirsə, kommersiya firmasında bu göstərici 20-30% və daha çoxdur.
Kommersiya sahibkarlığı daha səmərəli bir növdür. Kommersiya sahibkarlığının ən geniş yayılmış formaları kimi əmtəə birjaları və ticarət təşkilatları fərqləndirilir. Birjanın alver meydanında alqı-satqı ilə yanaşı, həm də sığorta edilməsi, veksellərin alınıb-satılması və s. bu kimi məsələlər həll edilir. Dünya ticarət birjasının çiçəklənməsi dövrü London birjası başda olmaqla, XIX əsrə düşür. Bu gün ən etibarlı və nüfuzlu birja Nyu–Yorkun Yoll-Strit küçəsində yerləşən məşhur ticarət birjasıdır.
Sahibkarlıq fəaliyyətinin növlərindən biri də maliyyə sahibkarlığıdır (maliyyə-kredit). Bu fəaliyyət sferasına tədavül və mübadilə daxildir. Maliyyə sahibkarlığı istehsal və kommersiya sahələrində formalaşır. Sahibkarlıq fəaliyyətinin göstərilən növlərindən fərqli olaraq, maliyyə sahibkarlığı yüksək rentabellik normalarına malik olmur, onun səviyyəsi 5-10% həddində dəyişir.
Ölkədə pul dövriyyəsi ilə sıx əlaqədə olan maliyyə sahibkarlığı əsas yer tutur.
Maliyyə sahibkarlığının fəaliyyətinin əsas sahələrini kommersiya bankları və fond birjaları təşkil edir. Adı çəkilən bu iqtisadi strukturlar həm də bazar münasibətlərinin ən mühüm atributlarındandır.
Kommersiya bankları səhmdar tipli maliyyə-kredit idarəsi olub, kommersiya təşkilatlarının haqqı ödənilməklə kreditləşdirir, pul əmanətlərinin (depozit) qəbulunu həyata keçirir və müştərilərin tapşırığı ilə digər əməliyyatlar aparır. Kommersiya banklarının gəlirlərinin əsas mənbəyi depozitlərin faiz dərəcələri, cəlb edilmiş vəsaitlər ilə ssuda vasitələri arasındakı fərqdən ibarətdir.
Kommersiya banklarının əməliyyatları əsas etibarı ilə 3 qrupa ayrılır: passiv (vəsaitlərin cəlb edilməsi); aktiv (vasitələrin yerləşdirilməsi); komissiyon vasitəçilik (müştərilərin tapşırığı ilə müxtəlif əməliyyatlar).
Kommersiya banklarının fəaliyyətlərinin əsas xüsusiyyətləri müəssisələrin vəsaitlərinin cəlb edilməsindən ibarətdir. Bu banklar kommersiya xarakteri daşıyaraq kreditorlara pulları müəyyən müddətə və müəyyən faiz dərəcələri ilə verirlər. Kommersiya banklarının verdikləri kreditlər bu və ya digər səbəbdən vaxtında qaytarılmalıdır.
Bazar münasibətlərinin bir sturukturu və maliyyə sahibkarlığının ən mühüm elementlərindən biri fond birjalarıdır. Fond birja təşkilati cəhətdən qeydiyyatdan keçmiş, müntəzəm olaraq fəaliyyət göstərən qiymətli kağızlar bazarı nəzərdə tutulur. Bunlar ilk növbədə kapitalın mobilliyinin yüksəldilməsinə və aktivlərin real dəyərinin müəyyənləşdirilməsinə xidmət edir. Fond birjalarının formalaşma prinsipi tələb və təklifin operativ tənzimlənməsinə əsaslanır.
Sahibkarlığın perspektiv formalarından olan konsultativ (məsləhət) sahibkarlıq son illər daha geniş inkişaf etmişdir. O, çoxsaylı istiqamətlərə malikdir. Respublikamızı və digər keçmiş İttifaq Respublikalarını inkişaf etmiş ölkələrlə müqayisə etsək, konsultativ sahibkarlığın yaxın gələcəkdə inkişaf edəcəyi gözlənilir.
Xüsusi sektoruna məxsus olan ziyalı əhali son illərdə öz əksini tapmışdır. “Konsultant” sözünün latın dilində hərfi mənası məsləhətçi deməkdir. İqtisadi və siyasi leksikonda mahiyyət etibarı ilə bu kateqoriya mütəxəssislərin müəyyən sahədə öz ixtisasına uyğun məsələlər üzrə məsləhətlər verməsidir. Xarici ölkələrin praktikasında haqqı ödənilməklə verilən məsləhətlər idarəetmənin müəyyən sahəsi olub konsaltinq adını daşıyır. İqtisadiyyat və idarəetmə üzrə konsaltinqin Avropa Federativ Assosiasiyasının tədqiqatında göstərilir ki, menecment konsaltinq idarəetməsinin müəyyən məsələləri üzrə məsləhətlər verən və konkret köməkliklər göstərən mütəxəssisi hesab edilir.
Sənayecə inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində konsultativ xidmətlər formasında intellektual kapitalın cəlb edilməsi yeni avadanlıq və intensiv texnologiyanın cəlb edilməsindən daha səmərəli hesab edilir. Lakin müasir şəraitdə ölkədə konsultanta bu cür müsbət münasibət müşahidə edilmir. Bu sahədə paradoksal mənzərə müşahidə edilir. Belə ki, müəssisələrin əksəriyyəti təşkilati idarəetmə xarakterli səbəbdən ağır iqtisadi vəziyyətdə olduğundan bazar münasibətləri şəraitinə uyğunlaşa bilmir və ona görə də bu sahədə mövcud intellektual potensialdan istifadə edə bilmirlər. Rəhbərlik də öz növbəsində konsultantın köməyinə müraciət edir, onların maliyyə-təsərrüfat təhlilinin sağlamlaşdırma proqramının, investisiyaların hazırlanması, aktiv marketinq və maliyyə siyasətinin iqtisadi səmərəsini hiss edirlər.
Konsultativ xidmətlər birdəfəlik şifahi məsləhətlər formasında həyata keçirilir. Lakin onlar konsultativ layihələr formasında da verilə bilər.
Sahibkarlıq fəaliyyətinin növləri bir-birini tamamlayır. Sahibkarlıq fəaliyyətinin növləri içərisində istehsal sahibkarlığı ən prioritet sahələrindən olub, daha çox mürəkkəbliyi ilə xarakterizə olunur.
Sxemdən göründüyü kimi, istehsal sahibkarlığına innovasiya, elmi-texniki fəaliyyət, əmtəə və xidmətlər istehsalı, istehlak məhsulların istehsalı və həmçinin informasiya fəaliyyəti aiddir. İstehsal fəaliyyəti ilə məşğul olan hər hansı sahələr hər şeydən əvvəl konkret olaraq, hansı məhsul istehsal edəcəyini, hansı xidmətlər göstərəcəyini əvvəlcədən planlaşdırır. Sahibkar sonra marketinq fəaliyyəti ilə məşğul olur. Əmtəə və xidmətlərə olan tələbatı və ehtiyatları öyrənmək məqsədilə sahibkar potensial istehsalçılarla, əmtəənin alıcıları, topdansatış və pərakəndə ticarət təşkilatları ilə əlaqə yaradırlar. Danışıqların yekunu sahibkar və əmtəənin gələcək alıcıları arasında bağlanacaq müqavilələrə xidmət edir. Bu cür kontraktlar sahibkarlıq fəaliyyəti ilə bağlı yaranacaq risklərin minimuma endirilməsinə imkan verir. Bazar münasibətlərinin inkişaf etdiyi Qərb ölkələrində şifahi danışıqlar kontraktların bağlanması üçün zəruri olub, onun reallaşması üçün etibarlı təminat formalaşdırır. Bazar münasibətlərinin o qədər də inkişaf etmədiyi Şərqi Avropa və keçmiş İttifaq Respublikalarında isə şifahi danışıqlar o qədər də etibarlı deyildir. Sahibkarlıq riski həmin ölkələrdə əhəmiyyətli dərəcədə böyükdür.
Sahibkarlığın istehsal fəaliyyətinin nəticələri alıcılara və istehlakçılara məhsul satışı və xidmətlər göstərilməsi, həmin proseslərdən əldə edilən pul gəlirləri hesab edilir. Satışdan və xidmətlər göstərilməsindən əldə edilən pul gəlirləri ilə istehsal xərcləri arasındakı fərq müəssisənin mənfəətini formalaşdırır. Sahibkarlıq fəaliyyətində ümumi və xalis gəlir fərqləndirilir. Ümumi gəlir verginin ödənilməsi də daxil olmaqla, məhsul istehsalına və satışına çəkilən maddi xərclər çıxıldıqdan sonra sahibkarlarda qalan gəlirin məbləğini əks etdirir. Xalis gəlir isə ümumi gəlirdən verilir. Müxtəlif ödəmələr, cərimələr və gömrük rüsumları çıxıldıqdan sonra qalan məbləği əks etdirməklə sahibkarlıq fəaliyyətinin son nəticəsi hesab edilir.
Rentabellik göstəricisi sahibkarlıq fəaliyyətinin maliyyə nəticəsinin yekun göstəricisi hesab edilir. Rentabellik səviyyəsi mənfəətin tam maya dəyərinə olan nisbətinin faizlə ifadəsidir.
Vençur biznesi – innovasiya sahibkarlığını xarakterizə edir. Son illər vençur biznesi geniş inkişaf etmişdir. Vençur biznesi iqtisadiyyatda ən çox risk tələb edən biznes fəaliyyətinin növüdür. Onun ən geniş yayılmış formalarından biri mütərəqqi texnologiyanın tətbiqidir. Vençur biznesi daha çox elmi-tədqiqat işlərinin nəticələrinin kommersiyalaşdırılması ilə xarakterizə olunur. Səmərəliliyin alınmasına təminat verildiyindən burada riskin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlir. Bu formanın mahiyyəti, adətən, elmi-texniki kommersiya firmalarının yaradılması ilə bağlıdır.
Kiçik müəssisələr innovasiya sahibkarlığının inkişafında mühüm rol oynayır. Vençur biznesi ilk növbədə yüksək çevikliyi və dinamizmi ilə fərqlənir. Vençur sahibkarlığı riskin bölüşdürülməsi prinsiplərinə əsaslandığından elmi ideyanın müəllifləri kifayət qədər xüsusi vəsaitə malik olmadan belə onu reallaşdırırlar.
Son illərdə vençur sahibkarlığı inkişaf edir. Bizim iqtisadiyyatda vençur, vençur kapitalı, vençur işgüzarlığı kimi anlayışlar yeni məfhumlardır. Onların məzmunu ilə çox az adam tanışdır. Lakin ABŞ, Kanada, İngiltərə, Fransa və digər demokratiya və bazar münasibətləri inkişaf etmiş ölkələrdə bu anlayışlar iqtisadiyyatın inkişafının yeni formaları, o cümlədən yeni təsərrüfatçılıq formaları, bazar, sahibkarlıq, şəxsi təşəbbüs və işgüzarlıq, konversiya səylərinin dövlət tərəfindən həvəsləndirilməsi və s. ilə əlaqədardır. Bu həmin ölkələrə imkan verir ki, onlar müvəffəqiyyətlə inkişaf etsinlər və bu əsrdə iqtisadi lider mövqeyini əldə saxlamağa nail olsunlar. Bütün bunlar isə vençur sahibkarlığının öyrənilməsini və inkişafını obyektiv zərurətə çevirir.
Qeyd etmək lazımdır ki, vençur işgüzarlığı cəmiyyətin tərəqqisi üçün birinci dərəcəli sosial-iqtisadi vasitədir. Vençur işgüzarlığının inkişafı üçün ilk növbədə zəruri şərait yaradılmalıdır. Onun köməyi ilə bir sıra yığılıb qalmış problemlərin həllinə nail olmaq mümkündür.
Sahibkarlıq müəssisəsinin təşkilati-hüquqi formalarından biri də istehsal kooperatividir. İstehsal kooperativi və artellər dedikdə, birgə istehsal və ya digər təsərrüfat fəaliyyətini həyata keçirmək üçün şəxsi əməyə və digər iştirak növünə əsaslanan vətəndaşların könüllü birliyi nəzərdə tutulur.
İstehsal kooperativləri kooperativ üzvlərinin əmlakından pay haqları toplanması yolu ilə yaradılır. Bu kooperativin fəaliyyət sferaları istehsalla yanaşı, emal, sənaye, kənd təsərrüfatı və digər məhsulların satışı, məişət xidmət və digər xidmət göstərənlərdən də ibarət ola bilər. İstehsal kooperativinin təsis sənədlərinə onun üzvlərinin ümumi yığıncağında təsdiq olunan nizamnaməsi daxildir. İstehsal kooperativinin ən mühüm xüsusiyyəti onların səhmlər buraxmaq hüququndan məhrum olması və ümumi yığıncaqda qərarların qəbul edilməsində kooperativlərin hər bir üzvünün bir səsə malik olmasıdır.
Sahibkarlıq (kommersiya) müəssisəsinin təşkilati-hüquqi formaları içərisində dövlət və bələdiyyə quruluşlu unitar müəssisələr mühüm yer tutur. Unitar müəssisələr dedikdə, mülkiyyətçiyə təhkim olunmuş əmlaka görə xüsusi mülkiyyət hüquqi olmayan kommersiya təşkilatı nəzərdə tutulur. Unitar müəssisəsinin əmlakı bölünməzdir. Əmlak müəssisəsinin işçiləri, eləcə də digər şəxslər arasında bölüşdürülə bilməz.
Unitar formalı müəssisələr yalnız dövlət və bələdiyyə müəssisələri ola bilərlər. Unitar müəssisələrin əmlakı dövlət və ya bələdiyyə mülkiyyətində olub, operativ idarəetmə əsasında fəaliyyət göstərirlər.
3.4. Sahibkarlıq fəaliyyətinin formaları
Müasir bazar iqtisadiyyatının formalaşması, elmi-texniki tərəqqinin və iqtisadi münasibətlərin beynəlxalq hüquqi aspektlər fonunda inkişafı sahibkarlıq, təsərrüfatçılıq fəaliyyətində yeni təşkilati-hüquqi formalarının meydana gəlməsinə səbəb olmuşdur. Bu baxımdan sahibkarlıq fəaliyyətinin aşağıdakı müasir formalarını fərqləndirmək zəruridir: təsərrüfat yoldaşlığı cəmiyyəti, istehsal kooperativləri, dövlət və bələdiyyə formaları, unitar müəssisələr.
İqtisadi ədəbiyyatda təsərrüfat yoldaşlığının tam yoldaşlıq və kommandid yoldaşlıq formaları fərqləndirilir. Tam yoldaşlıq əsasında fəaliyyət göstərən müəssisədə müəyyən təsərrüfat fəaliyyətini birgə həyata keçirmək üçün iştirakçılar öz aralarında müqavilə bağlayırlar. Tam yoldaşlıq zamanı əmlakın formalaşma mənbələri əsas etibarı ilə iştirakçıların əmanətlərindən ibarət olur.
Tam yoldaşlığa əsaslanan müəssisənin yaradılması zamanı nizamnamə tələb olunmur. O, təsis müqaviləsi əsasında yaradılır və fəaliyyət göstərir. Təsis müqaviləsini təsərrüfat yoldaşlığının bütün iştirakçıları imzalayırlar. Təsis müqaviləsində yoldaşlıq müəssisəsinin adı, onun yerləşdiyi ərazi, fəaliyyətin idarə olunması qaydası, yoldaşlıq müəssisəsində yığıma yönəldilən kapitalın həcmi və tərkibi, hər bir iştirakçının pul əmanətinin həcmi göstərilir. Burada həmçinin tam yoldaşlıq müəssisəsinə təqdim olunan əmanətlər üzrə öhdəliklərin yerinə yetirilmədiyi hallarda iştirakçıların məsuliyyəti ilə bağlı məsələlərə də toxunulur.
Tam yoldaşlıq müəssisələrində mənfəət və zərər onun iştirakçıları arasında yığıma yönəldilən kapitalda xüsusi çəkiyə görə proporsional qaydada bölüşdürülür. Hər bir iştirakçıya görə verginin məbləğini müəyyən etmək üçün onun malik olduğu gəlirin üzərinə ümumi mənfəətdən xüsusi çəkidə əlavə edilir və bu məbləğdən vergi hesablanır. Tam yoldaşlığa əsaslanan sahibkarlıq müəssisənin iştirakçıları öz əmlakları üzərində tam məsuliyyət daşıyırlar.
İqtisadi ədəbiyyatda və sahibkarlıq praktikasında kommandid yoldaşlığını çox hallarda qarışıq yoldaşlıq forması da adlandırırlar. Qarışıq yoldaşlıq formasının mahiyyəti sahibkarlıq fəaliyyətini həyata keçirən və öz əmlakına görə məsuliyyət daşıyan iştirakçılarla yanaşı bir və ya bir neçə iştirakçı da olur ki, bunları da komandidçilər adlandırırlar. Komandidçilər yoldaşlıq müəssisəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində iştirak etmirlər.
İstər tam yoldaşlıq və istərsə də qarışıq yoldaşlıq formalarına əsaslanan sahibkarlıq qurumları heç bir nizamnaməyə malik olmur. Onlar bütün iştirakçıların imzaladıqları təsis müqaviləsi əsasında yaradılır və fəaliyyət göstərir.
Sahibkarlıq fəaliyyətinin müasir təşkilat formasından biri də təsərrüfat cəmiyyətləridir. Təsərrüfat cəmiyyətlərinin aşağıdakı növləri fərqləndirilir: məhdud məsuliyyətli cəmiyyətlər, əlavə məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətləri, asılı cəmiyyətlər.
Keçmiş İttifaq respublikalarında bazar münasibətlərinə keçidin ilkin dövrlərində məhdud məsuliyyətli yoldaşlıq müəssisəsinin yaradılması geniş yayılmışdır. Bu cür cəmiyyətlər bir və ya bir neçə şəxs tərəfindən təsis edilir. Bu cəmiyyətin nizamnamə kapitalı hər bir təsisçinin kapitalının xüsusi çəkisi əsasında formalaşır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəliklərinə cavabdehlik daşımır və qoyduqları əmanətin dəyəri çərçivəsində cəmiyyətin fəaliyyəti ilə bağlı zərərlilik öz üzərinə götürülür.
Məhdud məsuliyyətli cəmiyyətdən fərqli olaraq əlavə məsuliyyətli cəmiyyətin iştirakçıları cəmiyyətin təsis sənədləri əsasında müəyyən edilmiş əmanətin dəyəri çərçivəsində istər öz əmanətləri üzrə öhdəliklərə və istərsə də cəmiyyətin bütün fəaliyyətinə birgə məsuliyyət daşıyır. İştirakçılardan birinin müflisləşdiyi şəraitdə onun öhdəlikləri qalan iştirakçılar arasında əmanətlərə uyğun proporsional qaydada bölüşdürülür.
Sahibkarlıq fəaliyyətinin müasir təşkilat formasından biri də təsərrüfat cəmiyyətləridir. Təsərrüfat cəmiyyətlərinin aşağıdakı növləri fərqləndirilir: məhdud məsuliyyətli cəmiyyətlər, əlavə məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətləri, asılı cəmiyyətlər.
Müasir şəraitdə sahibkarlığın ən geniş yayılmış formalarından biri səhmdar cəmiyyətidir. Səhmdar cəmiyyətlərinin əksəriyyəti dövlət və bələdiyyə mülkiyyətinə əsaslanan müəssisələrin özəlləşdirilməsi yolu ilə yaradılır. Səhmdar cəmiyyəti təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və ya hüquqi şəxslərin könüllü saziş əsasında yaradılan müəssisədir.
Səhmdar cəmiyyəti qapalı, yaxud açıq tipli səhmdar cəmiyyəti formasında yaradılır. Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və təsisçilərin əksəriyyətinin razılığı ilə özgəninkiləşdirilən cəmiyyət qapalı tipli səhmdar cəmiyyəti hesab edilir. Səhmləri müstəqil surətdə özgəninkiləşdirilə bilən cəmiyyət açıq tipli səhmdar cəmiyyəti hesab edilir.
Dövlət əmlakına sərəncam vermək hüququna malik olan idarəetmə orqanlarının təsis etdikləri səhmdar cəmiyyəti istisna olmaqla, səhmdar cəmiyyəti azı üç fiziki və ya hüquqi şəxs tərəfindən təsis edilir. Dövlət əmlakına sərəncam etmək səlahiyyətinə malik olan idarəetmə orqanlarının təsis etdikləri səhmdar cəmiyyətinin təsisçilərinin sayı məhdudlaşdırılmır. Onlar təklikdə (təkbaşına) səhmdar cəmiyyətinin təsisçiləri ola bilərlər.
Cəmiyyətin təsisçilərinin ümumi yığıncağında qəbul edilən nizamnamədə aşağıdakılar göstərilməlidir cəmiyyətin adı, tipi, hüquqi ünvanı, fəaliyyət növü, təsisçi və ya təsisçilər tərəfindən alınan səhmlərin kateqoriyası, növü, nominal dəyəri, təsisçi və ya təsisçilər tərəfindən alınan səhmlərin miqdarı səhmdarlar öz öhdəliklərini yerinə yetirmədikdə görülən tədbirlər; idarəetmə, nəzarət və maliyyə-təftiş orqanlarının tərkibi və səlahiyyətləri, fondların siyahısı və onların formalaşdırılması qaydası.
Səhmdar cəmiyyətinin formalaşdırılmasında dövlət müəssisəsi iştirak etdikdə Maliyyə Nazirliyinin rəyi olmalıdır.
Səhmdar cəmiyyəti dövlət müəssisəsinin çevrilməsi əsasında da yaradıla bilər. Bu halda dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi əsaslarını parlament müəyyənləşdirir.
Cəmiyyətin nizamnamə fondunun ümumi həcmi açıq tipli cəmiyyətlər üçün 10 milyon manat, qapalı tipli cəmiyyətlər üçün isə 5 milyon manat məbləğində müəyyən edilir. Elan olunmuş nizamnamə fondunun məbləği bir il ərzində formalaşmalıdır və cəmiyyət səhmlərini dövlət qeydiyyatından keçirməlidir.
Cəmiyyət nizamnamə fondunu dövlət üçün o vaxt artıra bilər ki, buraxılmış bütün səhmlər nominal dəyərdən az olmamaq şərtilə ödənilmiş olsun. Nizamnamə fondu yeni səhmlərin buraxılması, istiqraz vərəqələrinin səhmlərə dəyişdirilməsi və səhmlərin nominal dəyərinin artırılması yolu ilə artırılır.
Açıq tipli səhmdar cəmiyyəti Maliyyə Nazirliyinin müəyyənləşdirdiyi formada hər il öz fəaliyyəti barəsində kütləvi informasiya vasitələrində məlumat dərc etdirməlidir. Dərc olunmuş məlumatın düzgünlüyünə səhmdar cəmiyyəti və onun məsul işçiləri məsuliyyət daşıyırlar.
Səhm bölünməzdir. Bir səhm bir neçə şəxsə məxsus olduqda səhmdarların hamısı cəmiyyət qarşısında bir şəxs kimi çıxış edirlər.
Səhmlər yalnız onların dəyəri tam ödənildikdə verilir. Fiziki şəxslər ancaq adlı səhmlərin sahibi ola bilirlər.
Cəmiyyət həmçinin imtiyazlı səhm buraxa bilər. Onların ümumi məbləği cəmiyyətin nizamnamə fondunun 10 faizindən çox ola bilməz. Cəmiyyətin nizamnaməsində başqa hallar nəzərdə tutulmadıqda imtiyazlı səhm sahibləri səsvermə hüququna malik olmurlar. Cəmiyyətdə nizamnamədə nəzərdə tutulmuş həcmdə ehtiyat fondu yaradılır. Ehtiyat fondunun minimum həcmi nizamnamə fondunun 15 faizindən az, maksimum həddi isə 25 faizindən çox olmamalıdır. Ehtiyat fondu cəmiyyətin balans mənfəətindən ayırmalar hesabına yaradılır. Ayırmaların həcmi nizamnamədə mənfəətin 5-10 faizi həcmində nəzərdə tutulmalıdır. Cəmiyyət səhmdarların ona verdiyi əmlakın təsərrüfat fəaliyyəti nəticəsində istehsal olunmuş məhsulun, qazanılmış gəlirin, həmçinin qanunvericilikdə yol verilən əsaslarla əldə edilmiş əmlakın sahibidir.
Səhmdarlar cəmiyyətin nizamnamə fonduna öz paylarını bina, avadanlıq, qiymətli əşyalar, qiymətli kağızlar, torpaqdan, sudan və başqa təbii ehtiyatlardan istifadə hüquqları, pul vəsaiti, o cümlədən xarici valyuta şəklində verə bilərlər.
Cəmiyyətin adi idarəetmə orqanı səhmdarların ümumi yığıncağıdır.
Ümumi yığıncaq səsvermə hüququna malik olan səhmdarların azı 60 faizi iştirak etdikdə səlahiyyətli sayılır.
3.5. Sahibkarlığın və milli iqtisadiyyatın inkişafında özəlləşdirmənin rolu
Sahibkarlıq fəaliyyətinin və milli iqtisadiyyatın inkişafında özəlləşdirmə mühüm rol oynayır. Özəlləşdirmə–bazar iqtisadiyyatına keçidlə əlaqədar həyata keçirilən iqtisadi islahatların əsas tərkib hissəsi və iqtisadi sistemin transformasiyasının mühüm vasitəsidir. Bazar iqtisadiyyatının tələblərindən irəli gələn qanunauyğun, obyektiv tarixi zərurət sayılan özəlləşdirmə dövlət mülkiyyəti üzərində mülkiyyətçinin dəyişməsi, müəssisələrin və onların əmlaklarının vətəndaşlara, fiziki şəxslərə satılması deməkdir.
Azərbaycan Respublikasında həyata keçirilən özəlləşdirmənin əsas məqsədi xüsusi mülkiyyət və azad rəqabət prinsipləri əsasında öz özünü tənzimləyən bazar iqtisadiyyatı mühiti yaratmaq, bazar iqtisadiyyatının tələblərinə müvafiq struktur dəyişikliklərini həyata keçirmək, iqtisadiyyata investisiya cəlb etmək, milli iqtisadiyyatı dirçəltmək və sağlamlaşdırmaq, əhalinin həyat səviyyəsini yüksəltməkdən ibarətdir. Deməli, özəlləşdirmə prosesinin həyata keçirilməsi müəssisə və təşkilatların dövlət tərəfindən bilavasitə idarəetmə funksiyasının aradan qaldırılmasına imkan verir.
Dövlət mülkiyyətində olan müəssisə və təşkilatların özəlləşdirilməsi xüsusi sahibkarlığın inkişafında əsas rol oynayır. Çünki özəlləşdirmə rəqabət aparmağa, səmərəli təsərrüfatçılığa, təşəbbüskarlığa və işgüzarlığa səbəb ola bilən əlverişli şəraitin, mühitin formalaşmasının zəruri şərtidir.
Azərbaycan Respublikasında özəlləşdirməni səmərəli həyata keçirmək məqsədilə 1993-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” qanun qəbul edilmişdir. Lakin bu qanunun icra mexanizmi olmadığından özəlləşdirmə prosesinin həyata keçirilməsi xeyli gecikdirilmişdir. Bu qanun Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsini nəzərdə tuturdu və özəlləşdirmənin birinci mərhələsi hesab edilirdi.
Ulu Öndər Heydər Əliyev tərəfindən 1995-ci ilin 29 sentyabrında imzalanmış “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə” dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”–da dövlət müəssisə və təşkilatlarının özəlləşdirilməsinin iki forması nəzərdə tutulmuşdur: a) kiçik müəssisə və təşkilatların özəlləşdirilməsi; b) orta və iri müəssisə və təşkilatların özəlləşdirilməsi.
1995-1998-ci illərdə kiçik müəssisə və təşkilatların özəlləşdirilməsi hərraclar və müsabiqələr əsasında satış yolu ilə həyata keçirilmişdir. Lakin Respublikada başa çatmış kiçik özəlləşdirmə zamanı dövlət müəssisə və təşkilatlarının heç birini konkret sahibkar ala bilməmiş və onların hamısı bir növ əmək kollektivlərinin adına yenidən rəsmiləşdirilməsidir. Belə bir vəziyyətin yaranmasının əsas səbəblərindən biri Dövlət proqramının əmək kollektivlərinə məcburi güzəştlərin verilməsi ilə izah edilir. Çünki əmək kollektivlərinin vəkil etdiyi şəxslər hər vasitə ilə kənar investorların hərracda iştirakına maneçilik törətmişlər. Faktiki materialların təhlili göstərir ki, kiçik özəlləşdirmə dövlət üçün lazımi səmərə verməmişdir, yəni 1996-cı ildə 44,8 milyard manat dəyərində qiymətləndirilmiş və satılmış kiçik müəssisə və təşkilatların əmlakından dövlət büdcəsinə cəmisi 14,5 milyard manat vəsait daxil olmuşdur. 08.01.1999-cu il tarixə Dövlət Əmlak Komitəsi tərəfindən özəlləşdirilmiş kiçik müəssisə və obyektlər haqqında məlumatlar göstərilmişdir ki, Respublika üzrə 19840 kiçik dövlət müəssisə və obyektləri özəlləşdirmişdir ki, onlardan da 13198–i (66,3%) 1998-ci ilə qədər, 6642 – si (ya da 33,5%) isə 1998-ci ildə olmuşdur. Özəlləşdirilən müəssisə və obyektlər içərisində məişət xidməti və avadanlıqlar, 9046 (ya da 45,6%), ticarət və ictimai iaşə obyektləri 2011 (ya da 10,1%), nəqliyyat vasitələri 5303 (və ya 26,7%), icarəyə verilmiş qeyri-yaşayış obyektləri 1100 (və ya 5,5%), təşkil etmişdir. Kiçik özəlləşdirmədən dövlət büdcəsinə 124,1 milyard manat vəsait daxil olmuşdur.
Məlumat üçün qeyd edək ki, 2000-ci ilin avqust ayında Azərbaycanın iqtisadi həyatında son dərəcədə böyük əhəmiyyət kəsb edən iki sənəd – “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunu və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ikinci Dövlət Proqramı” Azərbaycan Respublikasının Prezidenti H. Əliyev cənabları tərəfindən imzalanmışdır. Bu sənədlərdə ölkəmizdə aparılacaq özəlləşdirmənin ikinci mərhələsinin yeni istiqamətləri müəyyən edilmişdir. Özəlləşdirməyə dair yeni qanunvericilik aktlarının təməl prinsipləri özəlləşdirmə prosesinin iqtisadi səmərə və sosial yönümlülük əsasında aparılmasını göstərilmişdir.
1995-1998-ci illərdə aparılmış özəlləşdirmə təcrübəsinin təhlili belə bir qənaətə gəlməyə əsas vermişdir ki, özəlləşdirmənin birinci mərhələsinin həyata keçirilməsi nəticəsində çoxlu saylı kiçik müəssisə və obyektlərin mülkiyyət formasının dəyişməsinə baxmayaraq, yeni yaradılan müəssisə və obyektlər əksər hallar sahibkarlıq, biznes fəaliyyətini səmərəli qura bilməmişlər. Bu da özəlləşdirmənin ən başlıca məqsədinin – müəssisələrin təsərrüfat fəaliyyətinin dirçəldilməsinə nail olmaqla ciddi problemlər yaratmışdır.
Yeni qəbul olunmuş qanun və Dövlət Proqramı birinci mərhələdə həyata keçirilmiş özəlləşdirmə təcrübəsinin yaradıcı şəkildə öyrənilməsi əsasında ortaya çıxmışdır. Təsadüfi deyildir ki, yeni qanun və Dövlət Proqramında özəlləşdirmənin yeni üsulları müəyyən edilərkən bilavasitə investorun bu prosesə cəlb edilməsi imkanlarının reallaşdırılması nəzərdə tutulmuşdur. Özəlləşdirmə prosesində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərin satışı mexanizminin təkmilləşdirilməsi də məhz bu məqsədə xidmət edir.
Bundan başqa, yeni qanun və Dövlət Proqramında orta və iri müəssisələrin özəlləşdirilməsində əhalinin və əmək kollektivlərinin mənafelərinin təmin olunması məqsədilə onlara edilən güzəştlər daha ünvanlı və birbaşa xarakter daşıyır. İstər kiçik müəssisələrin, istərsə də orta və iri müəssisələrin özəlləşdirilməsi zamanı əmlakın güzəştli satışı və özəlləşdirmə çeklərinin geniş miqyasda istifadəsi nəzərdə tutulurdu. Bununla yanaşı, özəlləşdirmədən daxil olan vasitələrin bir hissəsinin mövcud dövlət müəssisələrinin və özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin sağlamlaşdırılması istiqamətində ayrılması hazırkı mərhələdə aparılan siyasətin düşünülmüş və məqsədli xarakter daşıdığına dəlalət edir.
Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış “Azəralüminium” səhmdar cəmiyyətinin təsis sənədlərinin hazırlanması işi başa çatdırılmışdır. Bu səhmdar cəmiyyəti üç böyük müəssisənin – Gəncə “Gil–Torpaq” İstehsalat Birliyinin, “Sumqayıtəlvanmetal” İstehsalat Birliyinin və “Zəylik – Alunit” mədən idarəsinin bazasında yaradılmışdır və artıq fəaliyyət göstərir. “Azəralüminium” səhmdar cəmiyyəti çox böyük istehsal potensialına malikdir və heç bir şübhə yoxdur ki, o, tezliklə Azərbaycan iqtisadiyyatında ən mühüm obyektlərdən birinə çevriləcək.
Deyilənlərdən əlavə, milli iqtisadiyyatımızın inkişafında çox mühüm əhəmiyyət kəsb edən elektroenergetika sahəsində fəaliyyət göstərən “Bakı-elektrik-şəbəkə”, “Gəncə-elektrik-şəbəkə” və “Sumqayıt-elektrik-şəbəkə” səhmdar cəmiyyətləri yaradılmışdır. Ümumiyyətlə, 2001-ci ilin əvvəlinədək dövlət müəssisələrinin bazasında 50-dən çox səhmdar cəmiyyətləri yaradılmış və hərraca çıxarılmışdır.
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununu və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ikinci Dövlət Proqramı”-nın qəbulu obyektiv zərurətdən irəli gəlmişdir. Birincisi, ona görə ki, köhnə qanun 1993-cü ildə qəbul edilmişdir, həmin dövrdəki Dövlət Proqramı isə konkret müddətlər (1995-1998-ci illər) üçün nəzərdə tutulmuşdur; ikincisi, həmin proqram müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilənədək qüvvəyə minmişdir ki, bu da sözsüz ki, Konstitusiyada əksini tapmış mülkiyyət hüquqlarından irəli gələn bir sıra tələblərə cavab vermirdi. 2000-ci ildə qəbul edilmiş yeni qanun və Dövlət Proqramı deyilən qüsurları aradan qaldırmaqla daha sosial yönümlüdür. Onun sosial yönümlülüyü ondan irəli gəlir ki, özəlləşdirmə prosesində əmək kollektivlərinin və ayrı-ayrı fiziki şəxslərin hüquqlarının qorunması rəhbər tutulur. Başqa sözlə, istər yeni qanunda, istərsə də Dövlət Proqramında özəlləşdirmənin həyata keçirilməsinin hər hansı üsulundan asılı olmayaraq, müəssisələrin əmək kollektivinin üzvlərinə və onlara bərabər tutulan şəxslərə 15 faiz güzəştli satışı nəzərdə tutub.
Əmək kollektivinin üzvlərinə bərabər tutulan şəxslər dedikdə, bilavasitə müəssisədə çalışanlar, əvvəlki iş yerlərinə qayıtmaq hüququna malik olanlar 1995-ci ilin bir yanvar tarixindən sonra müəssisədə aparılan struktur dəyişiklikləri və ştat cədvəlinin ixtisarları nəticəsində işdən azad olmuş və işsiz statusu almış şəxslər və son yeddi il ərzində həmin müəssisədə işləyib, oradan təqaüdə çıxan şəxslər nəzərdə tutuldu.
Yeni qanunda və Dövlət Proqramında ilk dəfə olaraq özəlləşdiriləcək müəssisə və obyektlərin tam təsnifatı verilib və özəlləşdirilməsi qadağan olunan müəssisə və obyektlərin siyahısı göstərilib. Qanunda özəlləşdirmənin ikinci mərhələsində yeddi üsulu göstərilir ki, hansı ki onlardan üçü birinci Dövlət Proqramını həyata keçirdikdə istifadə olunmayıb. Bunlar fərdi layihələr üzrə müəssisələrin özəlləşdirilməsi, ixtisaslaşdırılmış pul hərracları vasitəsilə dövlət əmlakının satışı və dövlət müəssisələrinin müflis elan olunması yolu ilə əmlakın satılması üsullarıdır. Digər dörd üsul əvvəllər də tətbiq edilmişdir.
Bundan başqa, yeni qanunda və Dövlət Proqramında kiçik müəssisələrin özəlləşdirilməsinin əvvəlki illərdən fərqi göstərilmişdir. Əvvəla, yeni qəbul edilmiş qanun və Dövlət Proqramı mövcud iqtisadi reallığı daha dolğun əks etdirməklə respublikamızda həyata keçirilən islahatlarla vəhdət təşkil edir; ikincisi, yeni qanun və Dövlət Proqramında kiçik müəssisələrin ölçü meyarı dəyişdirilmişdir. Məsələn, sənayedə, tikintidə, nəqliyyatda və rabitədə işçilərin sayı 50 nəfərədək olduqda, ticarət və xidmət sahələrində isə 25 nəfərədək olduqda həmin müəssisələr kiçik müəssisələr hesab edilirlər; üçüncüsü, yeni qanun və Dövlət Proqramında kiçik müəssisələrin özəlləşdirilməsi qaydalarında bir sıra yeniliklər vardır. Belə ki, hazırda Nizamnamə kapitalının 15 faizinin əmək kollektivinə güzəştli satışı nəzərdə tutulmuşdur, daha doğrusu özəlləşdirmə paylarına (çeklərinə) dəyişdirilib. Nizamnamə kapitalının qalan 85 faizi isə, əmək kollektivi hərracın qalibi olarsa, aşağıdakı qaydada satılır: a) 30 faizi hərrac keçirildikdən sonra 5 bank günü ərzində ödənilir; b) 30 faizi əmək kollektivinə bağışlanılır; c) yerdə qalan 40 faizi isə iki il müddətində bağlanan alqı-satqı müqavilələrinin şərtləri çərçivəsində ödənilir.
Deyilənlərdən aydın olur ki, yeni qanun və Dövlət Proqramında əvvəlki Dövlət Proqramına nisbətən əsas fərq çeklərin güzəştli satışdadır. Belə ki, əvvəlki Dövlət Proqramında əmək kollektivi üçün nəzərdə tutulmuş Nizamnamə kapitalının 15 faizinin çeklərə dəyişdirilməsinin mexanizmi başqa idi, yəni həmin çeklərin sayı özəlləşdirmə payının bazar qiyməti əsasında müəyyənləşdirilirdi. Bu da, əvvəla, güzəştli satışın keçirildiyi dövrdə çeklərin qiymətlərinin artıb-azalması ilə bağlı müəyyən çətinliklər yaradırdı; ikincisi, çeklərin bazar qiymətləri əsasında müəyyənləşdirilməsi bir növ respublikamızda qiymətli kağızlar bazarı tam formalaşmadığı üçün süni istifadə hallarına müəyyən qədər imkan yaradırdı. Bu baxımdan, yeni qanun və Dövlət Proqramında daha təkmil mexanizm öz əksini tapıb, yəni əmək kollektivinin hər bir üzvü bir pay təqdim edir və həmin payı təqdim etməklə kollektivin üzvlərinin əldə edəcəyi nizamnamə kapitalının 15 faiz hissəsinin proporsional payına yiyələnmiş olur. Təbii ki, əmək kollektivinin hər hansı üzvü həmin güzəştli satışda iştirak etmirsə, onda bu hissə digər satış forması ilə özəlləşdirilir.
Yeni qanun və Dövlət Proqramı ilə əvvəlki Dövlət Proqramı arasındakı əsas fərqlərdən biri hərracların keçirilməsi mexanizmidir. Məlum olduğu kimi, respublikamızda əmlakın, müəssisələrin qiymətləndirilməsi metodikası vardır, lakin onlar dünya təcrübəsində olduğundan bir qədər fərqlənirdi, yəni köhnə sovet mühasibat sisteminə əsaslanırdı və ona görə də həmin sistemin təkmilləşdirilməsinə zərurət var idi. O qayda ilə əmlak qiymətləndirildikdə, əsasən, mülkün dəyəri bəzən mövcud reallığa, bazar konyukturuna uyğun gəlmirdi. Başqa sözlə, həddindən çox yüksək olurdu. Düzdür, bizdə daşınmaz əmlakın bazarı mövcud deyil, amma qeyri-rəsmi olaraq belə bir bazar var və orada tələb və təklifdən asılı olaraq müəyyən qiymət həddi müəyyənləşdirilir. Belə olan halda, Dövlət Əmlak Nazirliyi hər hansı bir obyekti satışa çıxaranda alıcılar ilk növbədə onun qiymətini bazar qiyməti ilə müqayisə edirlər və müəyyən nəticəyə gəlirlər. Bu da bir çox hallarda keçmiş Dövlət Proqramında kifayət qədər çevik mexanizmin olmadığı üçün bir sıra obyektlərin satılmamış qalmasına səbəb olurdu.
İlkin hesablamalara görə, kiçik özəlləşdirmədə təqribən 6000-dən çox kiçik müəssisələr özəlləşdirilməmişdir, yəni satın alınmamışdır. Bunun əsas səbəblərdən biri, qeyd etdiyimiz kimi, obyektlərin qiymətlərinin mövcud bazar konyukturundan fərqlənməsi idi. Yəni Dövlət Proqramı işlənib hazırlanarkən göstərilən qüsurlar nəzərə alınmışdır. Belə ki, indi müəssisə qiymətləndirildikdən sonra hərraca çıxarılır, əgər ilk iki hərracda həmin müəssisə satılmırsa, növbəti hərraclarda onun qiyməti aşağı salınır.
Məsələn, hazırda hərraca çıxarılmış müəssisənin qiyməti üçüncü hərracda 10 faiz, dördüncü hərracda 25 faiz və beşinci hərracda isə 50 faiz aşağı salınır. Nəticə etibarı ilə bu, obyektə alıcı marağının yaradılmasına şərait yaradır. Əgər müəssisə göstərilən qaydada satmazsa, onda həmin müəssisə müflis elan olunur. Bu halda dünya təcrübəsində qəbul edilmiş başqa bir satış forması tətbiq edilir ki, bu da müəssisələrin müflis elan olunması yolu ilə satılmasıdır.
Comments are closed, but trackbacks and pingbacks are open.