Press "Enter" to skip to content

İqtisadi inkişaf və ekoloji amillər

Strateji planlaşdırma – qarşıya qoyulan strateji məqsədə nail olma üsul və vasitələrini əks etdirən müddətli planlaşdırmadır. Bu, qərarların seçilməsi prosesidir. Strateji planlaşdırma həm də istiqamətin (məqsədin) funksiyasıdır.

“Bu amil Azərbaycan iqtisadiyyatının daha artan xətlə inkişafına imkan verir”

“Postmüharibə dövründə Azərbaycan iqtisadiyyatının inkişafı nöqteyi nəzərdən şübhəsiz ki, ölkə üçün ən prioritet istiqamət kimi investisiya artımı bə investisiya artımı hesabına tarazlı iqtisadi inkişafın təmin edilməsi çıxış etməlidir”.

Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

İqtisadçı bildirib ki, işğaldan azad olunmuş ərazilərin inkişafı məhz bu bölgələrə sərmayə qoyuluşu nöqteyi nəzərdən təkan verəcək:

“Qeyd etmək lazımdır ki, ölkə Prezidentinin də hökümətin iqtisadi bloku, mərkəzi qarşısında qoyduğu əsas məsələ ölkə iqtisadiyyatının qabaqlayıcı inkişaf xəttinə çıxması ilə bağlıdır. Çünki ölkədə real təkrar istehsal imkanları şərait verir ki, bizim iqtisadiyyatımız 5%-dən artıq ÜDM (Ümumi Daxili Məhsul) artım tempi ilə inkişaf etsin. Bunun üçün həm demoqrafik vəziyyət münbitdir, həm istehsal güclərinin tam yüklənməməsi buna şərait yaratmalıdır, eyni zamanda intellektual potensial və təbii resurus bazası imkan verir ki, Azərbaycan iqtisadiyyatı daha artan xətlə inkişaf etsin. Eyni zamanda işğaldan azad olunmuş ərazilərin inkişafı məhz bu bölgələrə sərmayə qoyuluşu nöqteyi nəzərdən ölkə iqtisadiyyatının inkişafına bir “driver” təsiri göstərməlidir və faktiki olaraq həmin bölgəyə səmərəli şəkildə investisiyaların yatırılması, bölgədə işgüzar fəallığı kəskin şəkildə artmasına şərait yaratmalıdır. Bu, eyni zamanda ölkə iqtisadiyyatının inkişafına tarazlı məzmun verə bilər. Çünki son illər ərzində neft strategiyasının reallaşdırılması ilk növbədə Bakı, Abşeron yarımadasında iqtisadi və sosial inkişafı şərtləndirirdi. Amma indi söhbət yeni çağırışlar fonunda tarazlı iqtisadi inkişafın daha da prioritet məna daşımasından gedir. Və ona görə də regional iqtisadi inkişaf şübhəsiz ki, prioritetlərdən olmalıdır”.

E.Məmmədov onu da deyib ki, istehsal güclərinin ölkədə intensivləşməsi satış bazarlarının genişlənməsini diqtə edəcək:

“Bir məqama da toxunmaq lazımdır ki, bölgədə yaranmış yeni reallıqlar Azərbaycanın regional iqtisadi inteqrasiyaya nail olmasına müvafiq şərait yaradır. Bu da olduqca önəmlidir. Çünki ölkə iqtisadiyyatının potensialının reallaşdırılması, istehsal güclərinin ölkədə intensivləşməsi eyni zamanda satış bazarlarının genişlənməsini diqtə edəcək və bu nöqteyi nəzərdən şübhəsiz ki, regional iqtisadi inteqrasiya Azərbaycan istehsalının ixrac imkanlarının xeyli dərəcədə gücləndirilməsi üçün şərait yaradacaq. Ona görə də hesab edirəm ki, bölgədə formalaşmalı olan yeni inkişaf və əməkdaşlıq platformaları Azərbaycan iqtisadiyyatının inkişafına müvafiq şəkildə təkan verməlidir”.

Təhməz Əsədov
Milli.Az

İqtisadi inkişaf və ekoloji amillər

A pilot project was undertaken during kharif 2012 at Belaguthi village of Honnali taluk in Davanagere district, Karnataka state, India to study the spatial variability of nutrient in maize fields and to recommend nutrients for maize crop based on STCR approach. Georeferenced one hundred and forty two soil samples were drawn from fields of 88 farmers. Results of soil analysis revealed that the soils were acidic to neutral in reaction (5.13.-6.99), majority of soil samples (98 per cent) were low in available nitrogen, low to high (low: 13%, medium: 40%, high: 46% area) with respect to phosphorus and medium to high (medium: 75%, high: 23% area) in potassium status. Nutrient recommendation generated by adopting STCR approach revealedthat an addition of 50:30: 15 kg ofNPK ha-1 is required to match the crop need to achieve the target yield of 50 q/ha over state recommendation for maize crop (100:50:25 kg NPK ha-1). Maize fields receiving fertilizers in accordance with the site specificity have achieved largest yield (46.82 q/ha) followed by application of recommended fertilizers (39.72 q/ha).

Download Free PDF View PDF

Mövzu Firmanın (müəssisənin) inkişafı: məqsəd, mühit və təsir amilləri. Kursun predmeti və vəzifələri

Bazar iqtisadi sistemində firmalar (müəssisələr) istehsal funksiyasını yerinə yetirməklə cəmiyyətin ehtiyac duyduğu mal və xidmətləri istehsal edərək onlara catdırılması vəzifəsini yerinə yetirir.

  • Təktəsisçili (fərdi) müəssisələr
  • Ortaqlıqlar
  • Cəmiyyətlər

Sahibkarın təsisçilik (əmlak) məsuliyyəti:

  • Məhdud məsuliyyət
  • Tam məsuliyyət
  • Əlavə məsuliyyət (subsidiarlıq prinsipi)
  • Fiziki şəxs-sahibkar
  • Hüquqi şəxs

Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki,

  • mülkiyyətində ayrıca əmlakı vardır,
  • öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir,
  • öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq,
  • məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər.

Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri) qurumlar ola bilər.

Mövcud qanunvericiliyə görə Azərbaycan Respublikasında kommersiya hüquqi şəxsləri (müəssisələr) təsərrüfat ortaqlıqlarıtəsərrüfat cəmiyyətləri şəklində yaradıla bilər.

  • tam ortaqlıq
  • kommandit ortaqlığı
  • məhdud məsuliyyətli müəssisə
  • əlavə məsuliyyətli müəssisə
  • səhmdar cəmiyyəti (açıq tipli və qapalı tipli)
  1. Firmanın məqsəd və hədəfləri

1. firmanın bazar mövqeyi

2. dəyişən tələbatlara uygun yeniliklərin tətbiqi

3. firmanın maddi və maliyyə resursları

6. menecerlərin işi

7. işçilər və onların arasında olan münasibətlər

8. ictimaiyyət qarşısında meəsuliyyət

Firmanın idarə edilməsi davamlı olaraq qərarların qəbulunu və icrasını nəzərdə tutur. Qərar qəbul etmeək dedikdə qarşıya qoyulan məqsədə nail olmaq üçün konkret fəaliyyət planının və hərəkətlərin icrasına sərəncam vermək nəzərdə tutulur. Idarəetmə prosesində zaman müddəti baxımından qərarlar qısa müddətli, orta müddətli, uzun müddətli ola bilər. Planlaşdırma ierarxiyasə baxımından qərarlar operativ, cari və strateji ola bileər.

  1. Firmanın (müəssisənin) inkişafına təsir göstərən amillər

Firmaniın idarə edilməsi mürəkkəb bir prosesdir. Ona görə ki, idarəetmə baxımından firma ayrıca bir sistem olsa da onun özü də idarə olunan daha böyük sistemin tərkib elementi kimi çixiş edir. Firmanıin idarə edilməsi zamanı qarşıya qoyulan məqsədə nail olmaq üçün məqsədyönlü təsir firmani təşkil edən komponentlərə yönəlsə də, məqsədin muüəyyənləşdiril-məsi və müəyyən edilən təsirin forma və üsulları, bir qayda olaraq, firmadankənar amillərlə də bağlı olur.

Müəssisənin daxili mühiti dedikdə bir sistem olaraq onu əmələ gətirən komponentlər, bunların arasındakı qarşılıqlı münasibətlər və idarəetmə münasibətlərinin məcmusu başa düşülür. Buraya istehsal amillərinin kəmiyyət və keyfiyyəti, onlardan istifadənin səmərəliliyi, onların idarə edilməsi xüsusiyyətləri, işçilər arasında münasibətlərin təşkili, rəhbərliklə işçilər arasında münasibətlər, digər sosial münasibətlər, əmək şəraiti, əmək intizamı və məsuliyyət mexanizmləri və sair aiddir.

Müəssisənin fəaliyyətinin xarici mühiti daha dəyişkəndir və bu dəyişikliklər firmanın işinin səmərəliliyinə və nəticəliliyinə bi ­ la ­­ va ­ si ­ tə təsir göstərir . Xarici mühitə məhsulun istehlakçıları , eko ­ loji du ­ rum , cəmiyyətin sosial vəziyyəti , təchizatçılar , dövlət orqanları və onların qərarları, müəs ­ si ­ sə ­ nin yerləşdiyi ərazinin əhalisinin mədəni və dini xüsusiyyətləri, siyasi və sosial amillər, geosiyasi proseslər, dünya bazarlarının durumu, elmi-texniki tərəqqi və başqa amillər a id edilir .

Müasir dünya iqtisadiyyatı yüksək sürətlə dəyişir və inkişaf edir. Texnika və texnoloji istehsal üsullarında, cəmiyyətin rifahında və tələbatlarında baş verən tərəqqi və yeniliklər, habelə dünya iqtisadiyyatındakı qloballaşma prosesləri firmaların fəaliyyət mühitində davamlı olaraq keyfiyyət dəyişikliklərinə gətirib çıxarır.

Müəs­sisə özü­nün texniki-texnoloji və iqtisadi inkişafının ən va­cib və strateji məq­sədlərini işləyib hazırlayarkən, bu məqsəd­lərin xarici mühit tərəfindən necə qəbul olunacağını əvvəlcədən müəy­yən etməli, bu məsələdə xarici mühit amilləri mütləq nəzərə alın­malıdır.

  1. Biznesin inkişafı üçün dəyişikliklərin qaçılmazlığı

Firma fəaliyyət göstərdiyi mühit amillərindəki davamlı dəyişikliklər onun mövcud durumuna və gələcək inkişafına müəyyənedici təsir göstərir. Məlum məsələdir ki, firmanın fəaliyyət göstərdiyi mühit dəyişkəndir, davamlı olaraq dəyişiklərə məruz qalir, onda firmaniın da xarici mühitdə baş verən dəyişikliklərə uyğun olaraq davamli şəkildə dəyişməsi qaçılmazdir. Hər bir firma böyümək və inkişaf etmək istəyir və buna cəhd göstərir. Və belə inkişaf zamanı firmanin fəaliyyət göstərdiyi mühitdə baş verən və verəcək dəyişiklikləri nəzərə alaraq firmaların məqsədi və hədəfləri də dəyişiklərə məruz qalır.

Biznes daha uzun müddətli məqsəd və hədəflərin müyyən edildiyi şəraitdə daha yaxşı inkişaf edəe bilər. Xarici mühitdə baş verən dəyişiklərin nəzərə alınması şərti ilə firmanın inkişaf məqsədlərini müəyyən etməsi və buna nail olma yollarının planlaşdılması firmanın inkişafına strateji yanaşmanı vacib edir. Bele şəraitdə firmalar qərar qeəbuletmə problemi ilə üzləşir. Bu o deməkdir ki, xarici mühitin dəyişilən şəraitində qarşıya qoyulan məqsədə nail olmağın bir neçə müxtəlif alternativ variantı müvcuddur və firma bunların arasından ən səmərəlisini seçməlidir.

Beləliklə, dinamik dəyişikliklər və rəqabət şəraitində fəaliyyət göstərən firmaların (müəssisələrin) uzunmüddətli dövrdə işlərinin uğurlu nəticəsini və səmərəliliyini müəyyən edən başlıca amil onların düzgün inkişaf strategiyalarını işləyib tətbiq etmələridir.

Firmanın (müəssisənin) elmi cəhətdən əsaslandırılmış inkişaf strategiyalarının işlənilməsi və tətbiqi üçün başqa sənətlərlə yanaşı iqtisadçı mütəxəssislərin bu sahədə xüsusi bilik və bacarıqlara malik olmaları çox vacibdir. “Firmanın (müəssisənin) inkişaf strategiyası” kursu iqtisad profilli ixtisaslar üzrə təhsil alan tələbələrə belə bilik və bacarıqları aşılamaq üçün tədris olunur.

Kursun tədrisində məqsəd firmaların (müəssisələrin) inkişaf strategiyalarını işləyə bilmələri üçün tələbələrin (yəni gələcək iqtisadçı mütəxəssislərin) zəruri bilk və bacarıqlara yiyələnmələrinə, habelə peşəkar qabiliyyətlərə yiyələnmələrinə nail olmaqdır.

Kursun tədrisi qarşısında duran vəzifələr aşağıdakılardır:

  • xarici mühitin davamlı dəyişiklikləri şəraitində firmaların (müəssisələrin) üzləşdikləri problemlərin təsviri;
  • firmanın inkişaf strategiyalarının işlənilməsi sahəsində mövcud metodiki yanaşmaların təqdim edilməsi;
  • firmanın (müəssisənin) fəaliyyət mühitinin təhlili və qiymətləndirilməsi metodikalarının şərhi;
  • firmaların (müəssisələrin) rəqabət və davranış strategiyalarının növləri və tipləri barəsində tələbələri məlumatlandırmaq;
  • sahənin inkişaf perspektivlərinin, sahədə rəqabət mühitinin və firmanın məhsuluna gələcək tələbatın qiymətləndirilməsi üsulları, strateji planlaşdırma metodları haqqında müəyyən praktik yanaşmalar təklif etmək;
  • firmada (müəssisədə) inkişaf strategiyasının işlənilməsi, habelə davamlı strateji idarəetmənin tətbiqi metodlarını göstərmək.
  1. Kursun tədrisinə qarşı qoyulan tələblər
  • Streteji idarəetmənin mahiyyətini və metodoloji xüsusiyyətlərini;
  • Firmanın fəaliyyətinin xarici və daxili mühit amillərini və onların mümkün təsirlərini;
  • Strateji planlaşdırmanın məntiqi, təşkilati və metodiki əsaslarını;
  • Firmaların inkişaf strategiyalarının növlərini və tiplərini;
  • Biznesin baza strategiyalarını və bunların xüsusiyyətlərini;
  • Firmanın missiya və məqsədlərinin işlənilməsinə yanaşmaları;
  • Firmanın xarici mühitinin strateji amillərinin təhlili üsul və vasitələrini;
  • Firmanın fəaliyyət mühitinin kompleks qiymətləndirilməsi üsullarını;
  • Firmanın inkişaf strategiyasının işlənilməsi üsullarını;
  • Strateji alternativlərin seçilməsi üsullarını;
  • Strategiyanın reallaşdırılması şərtlərini;
  • Biznesin sosial məsuliyyətinin reallaşdırılması üsullarını.
  • Firmanın idarə edilməsinə strateji yanaşmanın tətbiqinə əsaslanan xarici təcrübələrdən faydalanmağı;
  • Firmanın xarici və daxili mühit amillərinin təhlilini aparmağı, onların başlıca ünsürlərini müəyyən etməyi və firmanın fəaliyyətinə təsirini qiymətləndirməyi;
  • Firmanın fəaliyyətinin kompleks təhlilini aparmağı;
  • Firmanın güclü və zəif tərəflərini müəyyənləşdirməyi, imkan və təhlükələri qiymətləndirməyi;
  • Firmanın inkişaf strategiyasını işləyib hazırlamağı;
  • Strateji alternativləri müəyyən etməyi və bunların səmərəliliyini qiymətləndirməyi;
  • Inkişaf strategiyasının reallaşdırılması şərtlərini qiymətləndirməyi.
  1. Strateji idarərtmənin mahiyyəti, zəruriliyi və məzmunu
  2. Strateji idarəetmənin mərhələləri və firmanın strateji idarə edilməsi xüsusiyyətləri
  3. Firmanın inkişaf strategiyasının mahiyyəti və məzmunu

1. Strateji idarərtmənin mahiyyəti, zəruriliyi və məzmunu

Inkişaf dedikdə sistemin bir keyfiyyət halından başqa bir keyfiyyət halına keçidi təmin edən məqsədyönlü və sistemli dəyişikliklər prosesi başa düşülür. Inkişaf zamanı sistem köhnə və ya aşağı inkişaf halından yeni və daha yüksək inkişaf halına keçilməsi baş verir. Sistemin bir keyfiyyət halından başqa bir keyfiyyət halına kecidi idarə olunan prosesdir. Qarşıya qoyulan məqsədlərə nail olunması baxımından firmanın bu dəyişikliklər prosesini əvvəlcədən planlaşdırması və həmin plana uyğun olaraq reallaşdırması vacibdir.

Strategiya – mövcud imkanlarla qarşıya qoyulmuş məqsədlərə nail olmaqdan ötrü firmaya zəruri olan uzunmüddətli hərəkətlərin ümumiləşdirici modelidir. İqtisadi təşkilata şamil edildikdə, bu, onun başlıca məqsədlərinin və bu məqsədlərə nail olmanın əsas üsullarının məcmusudur. Firma fəaliyyət strategiyasını işləyib hazırlayarkən, fəaliyyətinin ümumi istiqamətlərini müəyyən edir. «Strategiya» termini yunan dilindən tərcümədə «stratos» – ordu və «ado» aparıram sözlərini bildirir.

Strategiya heç də yalnız arzu olunan məqsədlərin sadalanması yaxud şərhi deyil. Arzu olunanı gerçək hesab etmək hələ strategiyanı işləyib hazırlamaq demək deyil. Strategiya arzulardan deyil, firmanın real imkanlarından doğmalıdır. Ona görə də, strategiya, hər şeydən əvvəl, firmanın öz fəaliyyətinin obyektiv xarici və daxili vəziyyətinə reaksiyasıdır. İnkişaf strategiyasının əsaslandırılması prosesi xarici və daxili təsərrüfatçılıq mühitinin nəticələrindən asılıdır, hər şeydən əvvəl, bazarın tələblərinin üzə çıxarılması və onların yerinə yetirilməsi üçün firmanın imkanlarının müəyyənləşdirilməsi ilə şərtləndirilir.

Firmanın inkişaf strategiyası gələcəkdə onun bazarda yaşamaq qabiliyyətini təmin edəcək yanaşmalar kompleksinin işlənib hazırlanmasını nəzərdə tutur. Yalnız inkişaf strategiyası və onun firmanın strateji planı formasında sənədlə təsdiqi qəbul edildikdən sonra həmin firma marketinq və istehsal sahəsində öz planlarını əsaslandırmağa başlayacaq, idarəetmənin təşkilati strukturunu quracaq, investisiyaların ölçüsünü müəyyənləşdirəcək, personalın əmək haqlarını müəyyən edəcək və s.
Strateji qərar qəbul etmək üçün firmanın rəhbərinin (sahibkarın) strateji düşünmək qabiliyyətinə malik olması zəruridir. Çünki hər bir strategiya strateji düşüncədən başlayır.

Strateji qərarlar aşağıdakı əlamətlərlə xarakterizə olunur:

1. təbiəti etibarı ilə innovasiondur;

2. təbiəti etibarı ilə qeyri-müəyyəndir;

3. təbiəti etibarı ilə subyekivdir.

  1. Strateji idarəetmənin mərhələləri və firmanın strateji idarə edilməsi xüsusiyyətləri

Strateji idarəetmə aşağıdakı mərhələlərdən ibarətdir:

  • strateji planlaşdırma,
  • strateji planının icrası
  • strateji nəzarət.

Aşağıdakılar strateji planlaşdırmanın səciyyəvi xüsusiyyəti hesab edilir:

a) firmanın inkişafı ilə bağlı qlobal ideyaların araşdırılmasına əsaslanır;

b) firma ilə bağlı istənilən digər növ planlaşdırmalar üçün baza rolunda çıxış edir;

c) qarşıya qoyulan məqsədə (nəticəyə) nail olmağın alternativ variantlarını nəzərdən keçirir;

d) firmanın fəaliyyətinin xarici və daxili mühitinin öyrənilməsini şərtləndirir.

Strateji planlaşdırma – qarşıya qoyulan strateji məqsədə nail olma üsul və vasitələrini əks etdirən müddətli planlaşdırmadır. Bu, qərarların seçilməsi prosesidir. Strateji planlaşdırma həm də istiqamətin (məqsədin) funksiyasıdır.

Aşağıdakı əlamətlər üzrə strateji plan digər növ planlardan fərqlənir:

  1. Strukturuna görə;
  2. Dəqiqlik dərəcəsinə görə;
  3. Əhatə dövrünə görə;
  4. Məzmununa görə;
  5. Məqsədinə görə.

a) xarici mühitdə baş verən dəyişikliklərə çevik reaksiyanın verilməsi;

b) şirkətdə vaxtlı-vaxtında zəruri təşkilati dəyişikliklərin edilməsi;

c) şirkətin perspektiv rəqabət qabiliyyətliliyinin təmin edilməsi;

  1. Firmanın inkişaf strategiyasının mahiyyəti və məzmunu

İnkişaf strategiyası dedikdə qarşıya qoyulan məqsədə nail olmaq üçün firmanın reallaşdırması zəruri olan müddətli və davamlı fəaliyyətlər modeli başa düşülür.

Firmanın inkişaf strategiyası qarşıya qoyulan məqsədə (nəticəyə) nail olmaq üçün firmanın başlıca fəaliyyət istiqamətini – dəyişikliklər vektorunu əks etdirir.

Firmanın inkişaf strategiyası aşağıdakı dəyişiklik istiqamətini əks etdirir:

Firmanın inkişaf strategiyasının işlənilməsini zəruri edən başlıca amil dinamik bazar dəyişiklikləridir. Firmanın inkişaf strategiyasının formalaşmasına təsir göstərən amillər xarici mühit amilləri və daxili mühit amilləri kimi qruplaşdırılır.

  • xarici mühit amilləri;
  • daxili mühit amilləri;
  • sahədə rəqabət amilləri;
  • bazar rəqabəti.
  • Hansı işi (biznesi) dayandırmalı?
  • Hansı işi (biznesi) davam etdirməli?
  • Hansı yeni işə (biznesə) keçməli?
  • firmanın məqsədi ilə bağlı problemlər – məqsədlərin, resursların və nəticələrin qarşılıqlı əlaqəsini təmin etmək yolu ilə firmanın fəaliyyətinin effektivliyinin yüksəldilməsinə və firmanın məqsədlərinə maneə yaradan problemlər;
  • təşkilati problemlər – qarşıya qoyulan məqsədə nail olmaq üçün zəruri olan, lakin hazırda təşkilatda olmayan yaxud kifayət qədər olmayan təşkilati elementlər;
  • xarici amillərlə bağlı problemlər.
  1. Firmanın inkişaf strategiyalarının təsnifləşdirilməsi xüsusiyyətləri
  2. Biznesin inkişaf tipi üzrə baza strategiyaları, onların fərqləndirici xüsusiyyətləri
  3. Artım strategiyaları, tipləri və xüsusiyyətləri
  4. İxtisaretmə strategiyaları, tipləri və xüsusiyyətləri
  1. Firmanın inkişaf strategiyalarının təsnifləşdirilməsi xüsusiyyətləri
  • başlıca (korporativ) strategiya,
  • biznes-vahidlərin strategiyaları,
  • funksional strategiyalar,
  • işçi qrupların (komanda, layihə və s.) strategiyaları.
  1. Biznesin inkişaf tipi üzrə baza strategiyaları, onların fərqləndirici xüsusiyyətləri
  1. Təmərküzləşdirici” artım strategiyaları
  2. İnteqrallaşdırılmış” artım strategiyaları
  3. Diversifikasiyalı” artım strategiyaları
  4. İxtisaretmə” strategiyaları
  1. Məhsul
  2. Texnologiya
  3. Bazar
  4. Sahədaxilində firmanın mövqeyi
  5. Sahə
  1. Artım strategiyaları, tipləri və xüsusiyyətləri
  1. Bazar mövqeyinin gücləndirilməsi” strategiyası – Bu strategiya müəssisənin marketinq mövqeyinin gücləndirilməsini nəzərdə tutur
  2. Bazarın inkişafı” strategiyası – Bu strategiya firmanın buraxdığı məhsula yeni bazarların tapılmasını nəzərdə tutur
  3. Məhsulun inkişafı və ya təkmilləşdirilməsi” strategiyası – Bu strategiya mövcud bazarlara mütəmadi olaraq təkmilləşdirilmiş və ya yeni məhsul çıxarılmasını nəzərdə tutur
  1. Əks-şaquli inteqrasiya” strategiyası – Bu halda firmalar tədarükçülərini özünə birləşdirir və yaxud onun üzərində nəzarət hüququ əldə edir.
  2. İrəli gedən şaquli inteqrasiya” strategiyası – Bu halda firma öz məhsulunun istehlakçısı ilə firmanın arasında vasitəçilik edən qurumları özünə birləşdirir,yaxud onların üzərində nəzarət hüququ əldə edir.
  1. Mərkəzləyicidiversifikasiyalı” artım strategiyası – Bu strategiya mövcud sahə daxilində yeni məhsul istehsalının əlavə imkanlarının tapılması və istifadəsinə əsaslanır.Bu strategiyada məhsul,texnologiya sahə daxilində firmanın mövqeyi dəyişir,digər elementlər toxunulmaz qalır.Bu strategiya avtomobil sənayesində və mehmanxana sektorunda geniş tətbiq edilir.
  2. Üfüqi diversifikasiyalı” artım strategiyası – Bu strategiyalar mövcud bazarda yeni texnologiyaya əsaslanan yeni məhsul istehsalı hesabına artım imkanlarının tapılmasını nəzərdə tutur.Bu strategiyada məhsultexnologiya dəyişir,digər elementlər toxunulmaz qalır.
  3. Kanqlomerant diversifikasiyalı” artım strategiyası – Bu strategiyanın tətbiqi hazırda istehsal edilən məhsulla texnoloji baxımdan bağlı olmayan,yeni məhsulların istehsalı hesabına firmanın genişləndirilməsini nəzərdə tutur.Belə məhsullar yeni bazarlarda reallaşdırılır.Bu halda,biznesin bütün elementləri dəyişir.

Comments are closed, but trackbacks and pingbacks are open.