Press "Enter" to skip to content

Firudin cəlilov morfonologiya

“Mən Rəhim Hüseynovun vaxtında Baş nazirin müavini işləyirdim. İnstitutlar, məktəblər mənim kurasiyamda idi. Mən də test imtahanlarını gətirmək istəyirdim, amma bu çox ağır bir məsələ idi. Sərəncam verdim, qəbul imtahanlarını dayandırdılar ki, testə keçək. Sərəncamımdan bir ay sonra Elçibəy hakimiyyətə gəldi. Ona dedim ki, bu, artıq mənim səlahiyyətimdə olan bir iş deyil. Prezident sənsən, ya “hə” de, ya “yox”. Razılıq vermədi. Orada bizim Elçibəylə möhkəm davamız oldu. Bu söhbətdə Pənah Hüseyn, İsa Qəmbər, Arif Hacılı, İxtiyar Şirin də iştirak edib. Amma 30 ildə birinin qeyrəti çatıb bu barədə danışmadı. Heç kim etiraf etmədi ki, test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib”.

Firudin Cəlilov danışdı: “. test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib”

Demokratik.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının ilk təhsil naziri Firudin Cəlilov ölkədə test üsulunun tarixçəsi ilə bağlı suala cavab verərkən bakupost.az-a deyib.

O, hələ keçmiş baş nazir Rəhim Hüseynovun müavini işlədiyi vaxtda bu haqda düşündüyünü bildirib:

“Mən Rəhim Hüseynovun vaxtında Baş nazirin müavini işləyirdim. İnstitutlar, məktəblər mənim kurasiyamda idi. Mən də test imtahanlarını gətirmək istəyirdim, amma bu çox ağır bir məsələ idi. Sərəncam verdim, qəbul imtahanlarını dayandırdılar ki, testə keçək. Sərəncamımdan bir ay sonra Elçibəy hakimiyyətə gəldi. Ona dedim ki, bu, artıq mənim səlahiyyətimdə olan bir iş deyil. Prezident sənsən, ya “hə” de, ya “yox”. Razılıq vermədi. Orada bizim Elçibəylə möhkəm davamız oldu. Bu söhbətdə Pənah Hüseyn, İsa Qəmbər, Arif Hacılı, İxtiyar Şirin də iştirak edib. Amma 30 ildə birinin qeyrəti çatıb bu barədə danışmadı. Heç kim etiraf etmədi ki, test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib”.

Firudin Cəlilov Əbülfəz Elçibəyin sonradan buna necə razılıq verdiyini danışıb:

“Sonra mən sınaq kimi 2000 tələbəni testdən keçirib göndərdim Türkiyəyə. Bu, xalqda yaxşı bir ovqat yaratdı. İnsanlar artıq inandılar ki, test daha ədalətli imtahan üsuldur. Yalnız ondan sonra Elçibəy Pənah Hüseynovu yanıma göndərdi ki, test üsulu təsdiqlənsin. Vurğun Əyyubla Misir Mərdanovu Türkiyəyə göndərdim ki, gedin o sənədlərin hazırlanma qaydasını öyrənin. Tələbə Qəbulu Komissiyasını yaratdım. Elçibəy dedi, ora kimi sədr qoyaq? Vurğunu dedim. Burda da mənimlə razılaşmadı ki, Vurğun olmasın, başqa adam olsun. Mən sözümün üstündə durdum, dedim, yalnız Vurğun ola bilər. Çünki o, çox prinsipial adam idi. Mənə də belə adam lazım idi ki, gördüyüm işin nəticəsini əldə edə bilim. Elçibəyi heç cür razı sala bilmədim, ona görə də qapını çırpıb çıxdım. Həmin dövrdə Elçibəylə küsülü qaldıq. 3-4 gün sonra yenə Pənahı yanıma göndərdi ki, yaxşı, o deyən olsun, Vurğunu sədr təyin edək. Və elə həmin gün Vurğunun əmri verildi. Heç Vurğunun özünün bu barədə xəbəri yox idi. Rəhmətlik özü də müsahibələrində deyir ki, əmrimlə bağlı xəbəri televizordan eşitdim. 1993-cü ildən 2005-2006-cı ilə qədər “Yeni Musavat” qəzeti həmişə yazırdı ki, Azərbaycana testi Vurğun gətirib. İndi o dünyasını dəyişib, Allah rəhmət eləsin. Üstünə də getmədim bu söhbətlərin o zaman. Amma indi hər şeyin əslini hamı bilməlidir. Vurğun on gün işə çıxmadı. Axırda çağırdım ki, Fərmanın verilib, gəl təhvil-təslim edək, işinə başla. Dedi, mən istəmirəm. On gün ərzində onun işini mən gördüm. Nəhayət ki, son illərdə Vurğun Əyyub da, Misir Mərdanov da müsahibələrində etiraf etdi ki, test imtahanı Firudinin ideyası idi”.

Xatırladaq ki, Azərbaycan Dövlət Tələbə Qəbulu Komissiyasının ilk sədri olmuş Vurğun Əyyub bu il sentyabrın 24-də dünyasını dəyişib.

Firudin cəlilov morfonologiya

F.A.Cəlilov 6 may 1947-ci ildə Vedibasarda doğulan F.A.Cəlilov orta məktəbi Bakıda (1966) bitirib, BDU-nun filologiya fakültəsinə daxil olmuş, 1972-1994-cü illərdə həmin fakültənin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim, dosent və professor vəzifələrində işləmişdir. O, pedaqoji fəaliyətlə yanaşı elmi araşdırmalarla da məşğul olmuş, mürəkkəb cümlə sintaksisindən namizədlik (1978) və dilçilik elminin ən çətin və mürəkkəb sahəsi sayılan morfonologiya mövzusunda doktorluq (1989) dissertasiyası müdafiə etmişdir. Onun türk dillərinin morfonologiyasına aid yazdığı monoqrafiya (1988) Türkologiyada hələ də ilk örnək sayılır və Azərbaycan və Türkiyə universitetlərində dərs vəsaiti kimi istifadə olunur.

F.Cəlilov türk dilləri ilə yanaşı, türk xalqlarının tarixi, mifologiyası və etnoqrafiyası haqqında 200-dən artıq elmi məqalə və 20 kitab yazmış, əsərlərinin bir hissəsi xarici ölkələrdə çap olunmuşdur. Onun «Azərbaycan dilinin morfonologiyası»(1988) kitabına bu sahədə təkcə Azərbaycan dilçiliyində deyil, türkologiyada ilk fundamental tədqiqat işi kimi Beynəlxalq Türkoloji qurultay (1996) adından ödül verilmişdir. Elmi-populyar məqalələrini çox vaxt Ağasıoğlu imzası ilə yazan F.Cəlilovun «Azərbaycan türklərinin islamaqədərki tarixi» mövzusundakı silsilə məqalələri elmi dairələr və ictimaiyət tərəfindən yüksək qiymətləndirilmişdir.

F.Cəlilov türkologiya sahəsindəki xidmətlərinə görə Atatürkün qurduğu Türk Dil Kurumunun müxbir üzvü (1996), sonra fəxri üzvü (2000) seçilmişdir. «Türk Ocağı» ona bilgə sanı vermişdir. O, təhsil sahəsində apardığı islahatlara görə akad. Yusif Məmmədəliyev adına ödül almışdır.

Quzey və Güney Azərbaycan türklərinin bu torpaqlarda avtoxton xalq kimi 4-5 minillik dövlətçilik tarixi olduğunu irəli sürən F.Cəlilov bu elmi konsepsiyanın tərəfdarları ilə birlikdə dəfələrlə elmi seminarlar təşkil etmiş, Vaşinqton, Nyuyork, Paris, Ankara, Istanbul, Qahirə və sair şəhərlərdə bu konsepsiya haqqında məruzələr etmişdir. Həmin məruzələrin və bu sahədə yazılan məqalələrin bir qismi onun «Azər xalqı» (2000) adlı kitabında yer almışdır. Türk etnosunun Mərkəzi və Orta Asiyada deyil, Azərbaycanı da içinə alan Ön Asiyada yaranıb, buradan müxtəlif istiqamətlərə miqrasiya etməsi və sonralar onlardan bir qisminin Azərbaycana qayıtması haqqında onun irəli sürdüyü yeni elmi nəzəriyə artıq bir sıra alimlərin dəstəyini qazanmışdır. Onun son 30 ildə bu sahədə apardığı elmi tədqiqat Azərbaycan xalqının Islamaqədərki tarixinə aid 9 cilddə yazdığı kitabların («Doqquz Bitik») əsasını təşkil edir.

F. Cəlilov elmi-pedaqoji fəaliyəti ilə yanaşı ictimai-siyasi fəaliyətlə də məşğul olmuşdur. Əbülfəz Elçibəy, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və digər ziyalılarla birlikdə 1986-dan gizli fəaliyət göstərən və 1988-ci il nümayişlərini təşkil edən «Varlıq» təşkilatının qurucusu, leqal fəaliyətdə olan «Cənlibel» təşkilatı tədbirlərinin iştirakçısı, «Dirçəliş günü» kimi tarixə düşən 17 noyabr- 4 dekabr (1988) mitinqində nümayiş komitəsinin sədri, «Qarabağa Xalq Yardımı komitəsi»nin qurucularından biri və respublikada ilk demokratik ruhlu «Azərbaycan» qəzetinin redaksiya heyətinin üzvü, «Dövlət Əlifba komissiyası»nın (1990) rəhbəri F.Cəlilov 1990-da millət vəkili və Milli Məclisdə «Elm, təhsil və mədəniyət komissiyası»nın sədri seçilmişdir. Onun rəhbərliyi ilə bu komissiyada hazırlanmış Təhsil qanunu (1993) kimi mütərəqqi qanunlar, o cümlədən dövlət atributlarından latın qrafikalı əlifbanın bərpası (1991), dövlət himni (1992) parlamentdə qəbul olunmuşdur. Azərbaycanın müstəqillik aktına (1991) imza atanlar sırasında olan F.Cəlilov Azərbaycan respublikasının SSRI tərkibindən çıxmasına səs verən 43 deputatdan biridir.
Türk xalqlarının etnogenezi ilə bağlı Altay nəzəriyyəsinə qarşı Urmiya nəzəriyyəsini irəli sürmüşdür. Bu nəzəriyyəyə görə türk etnosu və türk dili Orta Asiyada – Altaylarda yox, Ön Asiyada, o cümlədən Azərbaycanda formalaşmışdır.

9 cildlik (“Doqquz bitik”) “Azərbaycan türklərinin islamaqədər tarixi” əsərini yazmışdır. Bu əsərin ilk üç cildi 2014-cü ildə çap olunmuşdur.
Firudin bəyi təbrik edirik!
Nurəddin Xoca
Teref.az

Firudin Cəlilov

Firudin Ağası oğlu Cəlilov ( Firudin Dschelilov Aghasioglu ; born May 6, 1947 in Vedibazar ) is a philologist and was Azerbaijani Minister of Education from May 12 to September 2, 1993 .

Works

  • Azär halgy: (sečmä jazylar) . Baku 2000. (“The Azar People, Selected Scriptures”. Azerbaijani in Cyrillic.)
  • “Xalqları Yaxınlaşdıran Ortaq Dil”. In: Hasan Eren armağanı . Ankara 2000. pp. 60-65. (“The common language that brings the peoples together.” Festschrift Hasan Eren.)
  • Etruscan-turk bağı . Baku 2011. (“The Etruscan-Turkish Connection”. Azerbaijani with parallel text in Old Turkish runes.)

Individual evidence

  1. ^Dataset at the German National Library
  2. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlüyünə təyin olunmağa razılıq verilməsi haqqında”Azərbaycan Respublikası Milli Məclisinin 12 may 1993-cü il tarixli, 600 nömrəliQərarında.e-qanun.az ( Memento of the original dated December 3, 2013 in the Internet Archive ) Info:Thearchivelink was inserted automatically and has not yet been checked.Please check the original and archive link according to theinstructionsand then remove this notice. (Azerbaijani) @1@ 2Template: Webachiv / IABot / e-qanun.az
  3. “FA Cəlilovun Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili Naziri vəzifəsindən azad edilməsi haqqında”Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 1993 cue il tarixli, 748 nömrəliFərmanı ( Memento of the original December 3, 2013 Internet Archive ) Info:The archive link is automatically used and not yet tested.Please check the original and archive link according to theinstructionsand then remove this notice. (Azerbaijani) @1@ 2Template: Webachiv / IABot / e-qanun.az
    This page was last edited on 11 July 2019, at 21:23.

The text is available under the “Creative Commons Attribution / Share Alike” license ; Information on the authors and the license status of integrated media files (such as images or videos) can usually be called up by clicking on them. The content may be subject to additional conditions. By using this website you agree to the terms of use and the privacy policy.
Wikipedia® is a registered trademark of the Wikimedia Foundation Inc.

  • This page is based on the copyrighted Wikipedia article “Firudin_C%C9%99lilov” (Authors); it is used under the Creative Commons Attribution-ShareAlike 3.0 Unported License. You may redistribute it, verbatim or modified, providing that you comply with the terms of the CC-BY-SA.
  • Cookie-policy
  • To contact us: mail to admin@zxc.wiki
  • Change privacy settings

Comments are closed, but trackbacks and pingbacks are open.