Press "Enter" to skip to content

Yerli Təqaüd Proqramları

Başqa kommersiya təşkilatının təqaüdünü almamalıdır.

Azrbaycan tarixi tdris proqramı

Cəmiyyətimizin bütün sahələrində yeniliklərin tətbiq olunduğu bir dövrdə təhsilimiz də bu yeniliklərdən kənarda qalmır. Respublikamız müstəqillik, qazandıqdan sonra dünya standartlarına cavab verən bir təhsil sisteminin qurulması bu yolda dünya təcrübəsinə əsaslanan yeniliklərin tətbiq olunması bu günkü təhsilimizin təməlini təşkil edir. Yeni təlim teexnologiyalarının məktəbə yol açması, fəal təlim metodlarının təlimdə yer alması şagirdlərin təfəkkürünü inkişaf etdirərək onlardakı passivliyi aradan qaldırır. Artıq şagirlərdə sərbəst fikir formalaşdıraraq mühakimə yürütmək bacarıqları xeyli inkişaf edib. Tarix dərslərinin tədrisi zamanı daha çox şifahi nitqin formalaşması baxımından faktların səlist ifadə olunması, analiz edilərək hadisələrin inkişafının qiymətləndirilməsi şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.

Bu günün müəllimi şagirdin marağını fənnin öyrənilməsinə yönəltmək üçün 5-11 siniflərdə prezentasiyalardan geniş istifadə etməlidir. Bu cür yanaşma dərslərin ənənəvi üsulla tədrisindən uzaqlaşmaqla yanaşı, şagirdlərdə fərdilik və yaradıcı yanaşmanı da inkişaf etdirir. Prezentasiyaların hazırlanması ciddi və yaradıcı prosesdir. Orada hər element düşünülərək şagirdin qavraya biləcəyi tərzdə təqdim olunmalıdır. PowerPoint proqramı dərslərdə xəritələrin, rəsmlərin, tarixi şəxslərin portretlərinin , videofraqmentlərin , dioqramların təqdim edilməsinə, internet isə bu və ya digər məlumatların tapılıb istifadə edilməsinə imkan yaradır.
Bu imkanlardan yararlanaraq milli kurikulumun tətbuq edilmədiyi 7 – 11-ci siniflərdə ənənəvi dərs prosesində İKT-dən və interaktiv təlim metodlarından istifadə şagirdlərin dərsə marağını artırmaq olar.
Bir ənənəvi dərs zamanı şagirdlərimdən biri əl qaldıraraq bir təklifi olduğunu söylədi. O, sərbəst şəkildə fikrini bildirərək dedi ki, “ . biz kitabdakı məlumatları elə özümüz də oxuyub öyrənə bilərik, yaxşısı budur ki, siz , kitabda olmayan məlumatları bizə deyin, ya da mənbə deyin, biz özümüz araşdırma – tətqiqat aparaq.” Sinifdə fikir ayrılığı yarandı, bəziləri onunla razılaşdı, bəziləri yox. Hər iki tərəfə fikrini əsaslandırma imkanı yaradıldı ,təbii ki mütərəqqi fikir üstünlük qazandı.
Ümumilikdə götürdükdə, tarix fənni sirrli maraqlı faktlarla doludur.Sadəcə bir qədər vaxt sərf edib dərsin mövzusunu əhatə edən faktları əldə e tmək, onları şagirdlərin diqqətinə çatdırmaq mövzunun mənimsənilməsinə müsbət təsir göstərir. Bu zaman şagirdlərin istəyini və hal-hazırki texnoloji inkişafın istənilən məlumatı əldə etmək imkanını nəzərə alsaq, ənənəvi dərsləri müasir tələblərə cavab verə biləcək səviyyədə quraraq təlimin ktyfiyyətini yüksəltmək olar.
Bütün fənnlərdə olduğu kimi tarix fənnində də hər bir mövzunun tədrisi özünəməxsus öyrətmə tərzi tələb edir. O cümlədən, İKT-dan istifadə etməklə və əlavə materiallar əsasında mövzunun tam mənimsənilməsinə və şagirdlərin yaddaşına həkk olunmasına nail olmaq mümkündür. Məsələn: dərslər ənəəvi üsulla tədris edilərkən 6-cı sinifdə Ümumi tarixi fənnindən proqrama “Əhəmənilər dövləti” mövzu yerləşdirilib. Mətnin sonunda dövlətin süqut olması yalnız bir cümlə ilə qeyd olunub. Burada Makedoniyalı İsgəndərin adı çəkilir və şagird televiziyada yayınlanan filmlərdə bu şəxsiyyət haqqında məlumatı olduğuna görə daha dəqiq məlumat istəyir. Orada göstərilirdi ki, “Əhəmənilər imperiyası III Daranın hakimiyyəti dövrünə Makedoniyalı İsgəndərin Şərqə yürüşü nəticəsində e.ə 330-cu ildə süqut etdi”. Niyə? Şagirdi bu sual düşündürür: Nə baş verdi? Hadisələrin inkişafı şagirdə maraqlıdır. Dərslikdə səbəb göstərilmir, deməli, səbəbi şagird özü axtarmalıdır. Sinifdə İKT-nin köməkliyi ilə axtarış verilir və şagirdlər cavabı müəyyən edirlər: ” . E.ə.331-ci ilin yazında İsgəndər yenidən Asiyada göründü. Yunan-Makedoniya qoşunları Fərat və Dəclə çaylarını keçib Arbela yaxınlığında Qavqamela kəndinin ətrafında düşərgə saldılar. E.ə. 331-ci il oktyabrın 1-də burada İsgəndər qoşunları ilə III Daranın qoşunları arasında üçüncü vuruşma oldu. Qavqamela vuruşması nəinki qədim dövrün ən iri vuruşmalarından biri, həm də makedoniyalı fatehin bütün vuruşmalarının ən çətini idi. III Daranın orduları darmadağın edildi. Şah bir neçə satrapla və kiçik bir qoşun dəstəsi ilə Madanın paytaxtı Ekbatanaya qaçdı… Əhəməni dövlətinin həyati əhəmiyyətə malik mərkəzlərinin hamısının yolu İsgəndərin üzünə açıldı. Persepoldakı şah sarayı yandırıldı.Lakin son dərəcə ağır tələfata baxmayaraq, III Dara hələ qisas almaq ümidində idi və Madada qoşun toplamağa başladı. III Dara İsgəndərlə mübarizəni məhz Madada davam etdirmək ümidində idi. O, Madada yeni qoşun toplamağa çalışırdı və bu işdə müəyyən uğurlar qazanmışdı. Lakin bir qədər sonra vəziyyət dəyişdi. Aydınlaşdı ki, kadusilər və skiflər III Daranın tərəfini saxlamırlar. Məhz buna görə III Dara Ekbatananı tərk edib monarxiyanın şərq əyalətlərinə qaçdı və tezliklə orada öz köməkçisi Bess tərəfindən öldürülü.” Dərsin gedişində İkt-dən istifadə etməklə qurulan dərsdə mövzuya aid əlavə faktların öyrənilməsi şagirdlərin yaddaşına həkk olunur: o dövrdə Əhəmənilər imperiyasının tərkibindəki xalqlar onlara edilən zülmün nəticəsində Əhəməni qoşununda vuruşmaqdan imtina edirlər.
Müasir dövrün inkişaf tempini nəzərə alaraq bu gün məktəbin qarşısında cəmiyyətə düşünən, yaradıcı tətbiqetməni bacaran, sərbəst fikir söyləməklə yanaşı onu əsaslandıran şəxsiyyərlər yetişdirmək vəzifəsi durur. Şagirdin 11 il ərzində əldə etdiyi bilik və bacarıqlar, yaddaşına həkk olunmuş faktlar gələcəkdə harada olmasından asılı olmayaraq onun baza biliklərini təşkil edir. Müasir üsulla təşkil edilən dərs prosesində müəllim-şagird baryeri aradan qaldırılır. Belə bir şəraitdə İKT tətbiq edən müəllimin şagirdlərlə münasibəti daha səmimi olur. Şagird belə müəllimi özünə daha yaxın bilir, onunla informasiya mübadiləsi edir, əlavə tədqiqat aparmaq üçün istiqamətin müəyyənləşdirməsini müzakirə edir, digərlərindən fərqlənmək və uğur qazanmaq üçün məsləhətlər alır. Belə işgüzar şərait onların bilik və bacarıqlarının inkişafı ilə yanaşı tədqiqat apararaq yeni faktları əldə edib, bunun üzərində fikir yürütmək bacarıqlarının yaranmasına da imkan verir. Müasir dərsin bu gün qarşımıza qoyduğu tələb şagirdə axtarış aparmaq, dərk etmək, tətbiq etmək və s. bacarıqları aşılamaqdır.
Yeni bilikləri şagirdlərə yalnız öyrətməklə kifayyətlənmək olmaz. Öyrəndiklərini yadda saxlamaları üçün onlara uyğun şərait yaratmaq, xüsusən də tarix dərslərində maraqlı strategiyalar tətbiq etməklə verilən bilikləri möhkəmləndirmək daha faydalı olar. Məsələn: 8-ci sinif Azərbaycan tarixi proqramında “Azərbaycan Çobani və Cəlairilərin hakimiyyəti altında” adlı mövzu vardır. Bu mövzuda Məlik Əşrəfin Qızıl Orda xanı Canı bəy tərəfindən taxtdan salmasından bəhs edilir. Dərslikdə Məlik Əşrəfin edam olunduğu yazılır. Amma hadisələrin necə cərəyan etməsi, təbii ki, açıqlanmır (əgər hər baş verən hadisənin açıqlaması və izahı salnamələrdə verildiyi kimi açıq şəkildə yazılsa, mövzu çox böyük alınar ki, bu da şagirdin qavraması üçün çətinlik törədər ). Bu mövzunu tədris tdərkən Vaqif Piriyevin “Azərbaycan XIII – XIVəsrlərdə” adlı kitabından bir mənbə kimi istifadə edərək, oradakı salnamələrdə əks olunmuş edam səhnəsini şagirdlərin nəzərinə çatdırmaq şagirdlərdə böyük maraq doğurar. Bu zaman şagirdlər dəqiq öyrənirlər ki, Məlik Əşrəf Canı bəy tərəfindən edam edilməyib. Çünki, mənbədə yazılır: ” . Canı bəy Məlik Əşrəfi öldürmək fikrində deyildi, onu öz ölkəsinə ( Qızıl Ordaya) aparmaq istəyirdi. Lakin, şirvanşah Kavus, Qazi Məhiyyəddin Bərdəyi və başqa yerli feodallar bildirirlər ki, Əşrəf öldürülməsə əhali mübarizədən əl çəkməz və iğtişaş baş verər. Canı bəy fikrindən dönür və Əşrəfi onların sərəncamına verir. Məlik Əşrəf edam olunmaq üçün meydana gətirilir. Yolda təbrizlilər onu cəlladın əlindən alır, atdan çəkib yerə atırlar, böyrünə xəncər sancırlar. Əşrəfin edam mərasimi təbrizlilərin şadlıq bayramına çevrilir. Əhali dəstə-dəstə Marağalılar məscidinə tərəf axışır və Əşrəfin asılmış başına lənətlər yağdırırdılar” (2, səh 156). Hadisələrin salnamələrdə əks olunmuş təsviri şagirdlərin yaddaşından silinməyəcək, Hülakülər dövlətinin süqutunu həmişə dəqiqliklə yadda saxlayacaqlar. Burada şagirdin diqqəti faktların dəqiqliyinə, yəni əslində Məlik Əşrəfin ölümü və bununla da Hülakülər dövlətinin süqutunun hansı şəraitdə baş verməsinə yönəldilir. Baxmayaraq ki, Məlik Əşrəf Hülakü nəslinin nümayəndəsi deyildi, amma onun ölümü ilə dövlətin də faktiki varlığına son qoyuldu. Bu fakt şagirdlərin diqqətinə çatdırılmaqla əqli nəticə əldə edilir.
Təcrübə göstərir ki, dərsdə müxtəlif təlim üsullarından istifadə etmək, İKT-dən əldə edilən məlumatlarla yanaşı müxtəlif ədəbiyyatlarla da işləmək təlimin keyfiyyətinin yüksəldilməsinə xidmət edir, şagirdlərin fəallığını artırır. Onların bu fəallığını daha da artırmaq məqsədilə növbəti dərslərin gedişində araşdırmanın aparılmasını şagirdlərin özlərinə həvalə etmək təlimin səmərəliliyini daha da artırır. Hər dəfə yeni məlumat müəllim tərəfindən təqdim edilərsə, şagirdlərin araşdırma aparmaq bacarığı inkişaf tdə bilməz. Odur kl, sinifə müraciət edərək ev tapşırığında “Keçilən mövzu ilə əlaqədar daha maraqlı, və fərqli məlumatlar əldə etməklə kim təqdimat hazırlaya bilər? “ – deyə müraciət etdikdə, şagirdlər arasında elmi rəqabət yaranır. Gələn dəfə üçün hər kəs elə bir təqdimat nümayiş etmək istəyir ki, fərqli və maraqlı olsun. Bununla da şagirdin fənnə olan marağı və istəyi daha da artmış olur. Yaradıcı yanaşmanı inkişaf etdirmək məqsədi ilə şagirdlərə prezentasiyaların hazırlanması, vebsaytların yaradılması, elektron testlərdə biliklərini sınamaq kimi metodlar təklif edilir. Bu zaman şagirdlər bir-birindən fərqli individual olaraq işlər təqdim etməyə çalışır, bu isə onlarda fənnə olan marağı daha da artırır.
Şagirdlər yarışmanı sevir, ona görə də onlara bir yarışma elan edib, təqdim edəcəkləri işəri də elə məhz özlərinin qiymətləndirməsini həvalə etməklə təlim prosesini bir qədər də canlandırmfq olar . Təqdimatları ya qruplar şəklində, ya da fərdi individual olaraq təqdim edə bilərlər. Əsas odur ki, dəqiq faktlara söykənən, ətraflı, fərqli bir iş olsun. İndiki nəsl kompyüterlə işləmək bacarığına görə özündən əvvəlki nəsilləri çox geridə qoyub. Bəs niyə onların bu bacarıqlarını təlimə yönəltməyək? Şagird kompyüter biliklərindən təlimin bir çox mərhələlərində istifadə tdə bilər:
1.Yeni materialların izah olunmasında,
2.Aldığı məlumatların möhkəmləndirilməsində,
3.Təkrar edərkən(onlayn testlər və s.)
4.Kiçik və böyük summativ qiymətləndirilmələrdə.
Bu vaxt şagird müxtəlif funksiyalar yerinə yetirmiş olur:
1.Kollektiv əməkdaşlıq,
2.Oyun şəklində dərsin mənimsənilməsi,
3. Bir-birini dinləmə bacarığına yiyələnmək,
4 .Qiymətləndirilmədə şəfaflığa alışmaq
Kompyüterdən istifadə etməklə şagird:
1.Müəllimin köməyi olmadan informasiya əldə edə bilir,
2.Multimediadan istifadə etməklə sərbəst iş yaradır,
3.Fərdi informasiya mühitinə sahib olur,
4.Biliyinin möhkəmləndirilməsi üçün məşq edir,
5.Özünü qiymətləndirməyi bacarır.
Məlumdur ki, kurikulumun tətbiqi bu dərs ilindən (2013/ 2014) 6-cı sinifləri əhatə edir. 7 – 11-ci siniflərdə oxuyan şagirdlərin kurikulum sistemində dərs keçmək kimi bir vərdişləri olmadığından, onlar üçün bir növ ənənəvi dərs və müasir dərsin vəhdətini təşkil edən dərs prosesinin təşkili məqsədəuyğundur. Doğrudur, onlarda müasir dərs vərdişi ibtidai siniflərdən formalaşmayıb, amma bugünki şagirdlərin kompyüter biliklərini nəzərə alaraq müasir dərs sistemini onlara da tətbiq etmək olar. Plutarx deyib: ”Şagird qab deyil ki, onu doldurasan, o məşəldir, onu yandırmaq lazımdır”. Müasir təlimə keçid dövründə bu şagirdləri kənara qoyub onlarla yalnız ənənəvi üsulda dərs keçməklə biz onları” itirmiş” olarıq. Amma əksinə müasir üsulları onlara da tətbiq etdikdə bəhrəsi qənaərbəxş olur. Bu cür dərs prosesində sinifdə passiv şagirdlər belə diskusiyada iştirak etməyə can atır, dəyərli fakt söyləyə bilməsi üçün araşdırma aparır. Bunu şagirdlərin dərsə münasibətində açıq aydın görmək mümkündür, irəliləyiş varsa inkişaf da vardır.

Məqalənin elmi yeniliyi ondan ibarətdir ki müəllif tarix dərslərində 7-11 ci sinif şagirdlərini tədqiqata cəlb etməklə UKT dən əlavə digər yazılı mənbələrdə istifadə etməklə şagirdlərin yaradıcılığı axtarış təfəkkur qabiliyyətlərinin inkişafına təkan verən üsulları şərh etmişdir.
Məqalənin praktik əhəmiyyəti və tətbiqi. Məqalədə irəli sürülən müddəalarda göstərilən təlim üsullarından yuxarı siniflərdə dərs deyən tarix və digər humanitar fənn müəllimləri faydalana bilər.
Nəticə etibarilə qeyd etməliyik ki istər kurikulum tətbiq edilən siniflərdə istərsə də 7-11-ci siniflərdə keçirilən ənənəvi dərslər zamanı İKT və yeni təlim metodlarından istifadə etməklə təlim keyfiyyətini artırmaq olar.


Istifadə edilmiş ədəbiyyat.

1.V.Əliyev, İ.Babayev,A.Məmmədova” Ümumi tarix”, Bakı,”Aspoliqraf”, 2013.
2. Piriyev Vaqif. Azərbaycan XIII-XIV əsrlərdə, Bakı, “Nurlan”, 2003.
3. Sadıqov F.B Pedaqogika, Biznes Universitetinin nəşri. Bakı, 2006.
4. Paşayev Ə.X. Rüstəmov F.A. Pedaqogika “Çaşıoğlu” Bakı 2002.


Gültəkin Rüstəmova
S.Bəhlulzadə adına Xarici
Dillər Təmayüllü Gimnaziyanın
tarix müəllimi
http://yeni-fikir.blogspot.com/2013/12/azrbaycan-tarixi-v-umumi-tarix-drslrind.html

Yerli Təqaüd Proqramları

Ölkəmizdə tələbələrə dəstək çərçivəsində bəzi şirkətlər tərəfindən təqaüd proqramları təşkil edilir. Bu təqaüdlərin məqsədi perspektivli və istedadlı gənclərə dəstək olmaqdır. Bu proqram daxilində tələbələr müəyyən şans və güzəştlər də əldə edirlər.

Azercell təqaüd proqramı 2022

Azercell şirkəti gənclərin inkişafına dəstək üçün Tələbə Təqaüdü və Təcrübə Proqramlarını uğurla bölüşür. Bu proqram 2009-cu ildən təşkil olunur. Proqram çərçivəsində əsasən informasiya texnologiyaları üzrə təhsil alan və yüksək göstəriciləri olan tələbələrə təqaüd ayrılır. Bu tələbələrə hər ay 200 manat məbləğində təqaüd verilir.

Bununla yanaşı şirkət tələbələrə karyera qurmasında yardım olmaq üçün təcrübə proqramlarıda təşkil edir. İndiyə kimi bu proqram çərçivəsində 231 tələbə təcrübədən keçib və onlardan 31-i işlə təmin olunub. Əlavə olaraq, proqram çərçivəsində müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansı əldə edə bilərsiniz.

Təqaüd proqramında göstəriciləri yüksək olan son iki kurs tələbələri iştirak edə bilər. Proqrama müraciət etmək üçün:

Müvafiq bölüm seçilir: Bakı, Sabah və Bölgə təqaüd proqramı

Elektron müraciət ərizəsi doldurulur.

Elektron müraciət ərizəsini, tələbə biletinin və qiymət kitabçasının skan versiyalarını [email protected] mail unvanına göndərmək lazımdır.

Proqram barədə əlavə məlumat əldə etmək və elektron müraciət ərizəsinə baxmaq üçün klik edin.

Məlumat üçün şirkətin Facebook səhifəsinə də daxil ola bilərsiniz.

Socar təqaüd proqramı

Socar təqaüdü Bakı Ali Neft Məktəbi istisna olmaqla Azərbaycan respublikasında fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrindəki tələbələrə müvafiq qaydalarda verilir. Bu proqramın təşkil olunmasında məqsəd tələbələrin bilik, təcrübə və təşəbbüskarlıqlarını artırmağa həvəsləndirməkdir.

Bu təqaüd müsabiqə keçirilən tədris ilinin sentyabr-iyun ayları ərzində verilir. Təqaüd tələbələrə plastik kart vasitəsilə verilir və bu bank kartının açılması Socarın hesabına təmin edilir. Təqaüdün aylıq məbləği 100 manatdır.

Bu proqramda iştirak etmək üçün qoyulan əsas tələblər bunlardır:

Proqramda iştirak etmək üçün Bakı Ali Neft Məktəbi istisna olmaqla digər ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr iştirak edə bilər. İxtisasların siyahısı üçün linkə keçid edin.

Əlavə olaraq Təqaüd almağa iddialı tələbə Azərbaycan Respublikası vətəndaşı olmalıdır.

Tələb olunan ixtisaslar üzrə 2-ci, 3-cü və ya 4-cü kursda əyani və magistratura pilləsinin əyani və qiyabı şöbələrində təhsil almalıdır.

Başqa kommersiya təşkilatının təqaüdünü almamalıdır.

Son 2 semestrdə “kafi” qiyməti olmamaq şərtilə, bütün təhsil müddətində 2-dən artıq “kafi” qiyməti olmamalı, qalan bütün qiymətləri “yaxşı” və ya “əla” olmalıdır

Təqaüd almaq istəyənlər elektron qeydiyyatdan keçməlidir.

Müsabiqənin keçirilmə qaydaları

Müsabiqə 2 turda – məntiq üzrə test imtahani (1-ci tur) və SOCAR-da müsahibə (2-ci tur) yolu ilə keçirilir.

1-ci turda tələb olunan balı toplayan namizədlər 2-ci tura- müsahibəyə buraxılır.

Müsahibəyə buraxılan iddiaçılar özləri ilə şəxsiyyət vəsiqəsi, tələbə bileti və trankriptin əslini götürməlidirlər.

2-ci turda namizədlər SOCAR-ın müsabiqə komissiyası tərəfindən müsahibə olunur.

Komissiya üzvləri iddiaçıların hazırlığını 5 (beş) ballıq sistemlə qiymətləndirirlər.

Qiymətləndirmə zamanı neft, neft-kimya, energetika, kompüter mühəndisliyi ixtisaslarından olan, KİV-də ixtisası ilə əlaqəli məlumatlarla maraqlanan, işgüzarlığı ilə seçilən, təcrübə rəhbəri tərəfindən yaxşı xarakterizə olunan, habelə ixtisası üzrə işləmək həvəsi olan, nizam-intizama riayət edən iddiaçılara üstünlük verilir. 1-ci turda toplanan ballar 2-ci turda nəzərə alınmır.

Komissiya tərəfindən seçilmiş Təqaüdçülərin siyahısı təsdiq edilmək üçün SOCAR-ın prezidentinə təqdim olunur.

Proqram barədə son məlumatlara baxmaq və şərtlərlə ətraflı tanış olmaq üçün klik edin.

Universitetlərdə təhsil alan tələbələrə, onların akademik göstəricilərinə əsasən təqaüdlər verilir. Burada məqsəd həm tələbələrə dəstək vermək, həm də onları təhsil istiqamətində həvəsləndirməkdir. Təqaüdlər belədir:

-Akademik göstəriciləri 91-100 bal olan tələbələrə 130 manat

-Akademik göstəriciləri 71-100 bal olan tələbələrə 110 manat

-Akademik göstəriciləri 51-100 bal olan tələbələrə 75 manat

-Akademik göstəriciləri 91-100 bal olan tələbələrə 145 manat

-Akademik göstəriciləri 71-100 bal olan tələbələrə 120 manat

-Akademik göstəriciləri 51-100 bal olan tələbələrə 80 manat

  • İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
  • IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
  • Rus dili öyrənməyin 6 qısa yolu
  • Sözləri şəkillər vasitəsilə öyrənin
  • Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
  • İngilis dilində mətnlər
  • Rus dili öyrənənlər üçün 3 Youtube kanalı
  • Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
  • İngiliscə lüğəti genişləndirmək
  • İngiliscə danışığı öyrənməyin 10 yolu
  • İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
  • İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
  • IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
  • İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
  • Rus dilini öyrənmək üçün sözlər və ifadələr
  • İngilis dilini niyə öyrənə bilmirik?
  • Rus dilində frazeoloji birləşmələr
  • İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
  • 5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
  • TOEFL nədir?
  • GMAT və GRE nədir?
  • Liderlik haqqında sitatlar (RUS-AZE)
  • SAT nədir?
  • İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
  • İngilis dilini evdə öyrən
  • Rus Dili Oyrenmek üçün 5 Effektiv yol
  • 3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
  • İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
  • İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
  • CV hazırlamaq
  • İş tapmaq üçün Xarici dil nə qədər vacibdir?
  • HR Nədir?
  • İmtahana hazırlaşmağın 4 effektiv yolu
  • HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film
  • Tələbə Krediti
  • IELTS nədir və nə üçün lazımdır?
  • İngilis dilində necə Esse yazmaq lazımdır?
  • Ən Yaxşı Təqaüd Veb saytları
  • ACCA nədir?
  • Yös nədir?
  • İngilis Dili Səviyyələri
  • Rus Dilində Mətnlər
  • İngilis dilinin tarixi

Comments are closed, but trackbacks and pingbacks are open.