Firuz mustafa su pərisi
Svetlana Qromina
“Mənim bu günkü axşamım məhz Sizin sayənizdə qeyri-adi dərəcədə gözəl keçdi. Mən bu əsəri oxuduqca sifətimdə göz yaşları gilələnirdi. Yox, mən qətiyyən sadəlövh bir qiz deyiləm, kifayət qədər təcrübəli insanam. Firuz Mustafa, Sizin qəlbinizdə nə qədər xeyirxahlıq, ülvilik, işıq vardır. Siz Həqiqətə necə də yaxinsız. Çoxdan, lap çoxdan mən belə işıq və həyəcanla dolu əsər oxuyub sevinməmişdim; orada sıralanmış sətirləri oxuduqca özümü məbəddəki kimi hiss edirdim- ürəyimə bir yüngüllük və işıq axırdı.
Çağdaş ədəbiyyatımızın görkəmli siması – Firuz Mustafa-70 – Bədirxan ƏHMƏDLİ
Firuz Mustafanın yetmişi gəldi; bilmirəm tezmi gəldi, gecmi? Bir onu bilirəm ki, yetmişinə bir yazıçı, dramaturq və bir sənət adamı kimi fenomenal yaradıcılıqla gəlib. Elə bir yaradıcılıqla ki, əsərləri ədəbiyyat tariximizin daimi sakini kimi həmişəlik yaşamaq haqqı qazanıb. Lakin bu bir yubiley yazısı deyil, burada səssiz kezən yubileyindən yox, ədəbiyyat tariximizdəki profilindən yazmaq istədim.
Altmışıncılardan sonra ədəbiyyata gələn yeni nəsilin ən məhsuldar və görkəmli nümayəndələrindən biri Firuz Mustafa bədii nəsr, dramaturgiya, poeziya, esse, tərcümə və elm sahələrində zəngin bir yaradıcılıq yolu keçib. 80-ci illərdə ədəbiyyata gəlməsinə rəğmən, yaradıcılığının ən zəngin dövrü müstəqillik illərinə düşür. Onlarca dram əsəri Azərbaycanın, Türkiyənin, Rusiyanın və başqa ölkələrin teatrlarında tamaşaya qoyulub. O, həm də filosof kimi fəlsəfə elminin problemlərini öyrənib, bir çox elmi məqalələr və tədqiqat əsərləri yazıb.
F.Mustafa bədii yaradıcılığa 80-ci illərin əvvəllərində başlamışdır. Müstəqillik illərinə qədər onun iki – “Güyəm kolları” (1985), “Dğnyanın rəngi” (1989) hekayələr kitabları nəşr edilmişdi. Elə ilk hekayələrindən başlayaraq yazıçı yeni qəhrəmanları, süjet xətləri, təhkiyəsi ilə “kiçik janrda” böyük mətləbləri ifadə etməyə çalışdı. “Haray”, “İşıq”, “Ağır yük”, “Qeyri-kafi”, “Yay sazağı”, “Küçə nəğməsi”, “Göyəm kolları. Çisək” hekayələrində yazıçı gerçəkliyə eləcə də həyat, insan və zamana olan münasibətini özünəməxsus şəkildə ifadə edirdi. V.Şukşinin xatirəsinə həsr etdiyi “Qeyri-kafi” hekayəsində müharibə iştirakçısının illər sonra əlli yaşında tələbə olmaq üçün instituta imtahan verdiyini, burada gənc abituriyentlərin istehzası və gənc müəllimin onun müharibə haqqında danışdıqlarına ümumi mülahizələr, yaxud nağıl hesab edərək “qeyri-kafi” yazmasını real cizgilərlə təsvir edir.
İlk kitabında dərc edilən “Göyəm kolları. Çisək” hekayəsi də təsvir orijinallığına və bədii bitkinliyinə görə ən yaxşı hekayələrdən biri idi. Hekayədə gənc Qaranın – lal və danışa bilməyən oğlanın daxili aləmi açılır. O, lal olsa da, ətrafında baş verən haqsızlıqlara biganə qala bilmirdi, buna görə də otlar, çiçəklər, kollar kimi lal qalmaq istəyirdi. Kənddə yaşayan Qaranın şəhərdən gələn, dodaqları çiyələyə bənzəyən qızla bağlı düşüncələrini olduqca orijinal verilirdi: “Qara belə hesab eləyirdi ki, qızın dodaqları nə qədər qızarsa da, ömründə çiyələk kimi şirin ola bilməzdi. Çünki o, çiyələyin necə qızardığını, əzəlki rənginin get-gedə necə yox olduğunu, dadının necə şirinləşdiyini öz gözləri ilə görər, dili ilə yoxlaya bilərdi; elə çiçəklər də çiyələklər kimi onun gözü qabağındaca yavaş-yavaş böyüyər, rəngdən-rəngə düşərdi; yağış, şeh nə də çiçəklərin rəngini soluxdurmazdı; damcıların altında rənglər daha da əlvanlaşardı”.
F.Mustafanın “Dünyanın rəngi” kitabında dərc edilən “Bəyaz rəqs”, “Marsdan telefon zəngi”, “Alın yazısı”, “Dərman şüşəsi”, “Nəmişlik”, “Bu yol hara gedir” və s. hekayələrində də cəmiyyət hadisələri, insanların mənəvi-daxili aləmi bütün ziddiyyətləri, təzadları ilə göstərilir. Bu hekayələrdə süjetlərin struktur sadəliyi, obrazların psixologiyasının detallarla çatdırılması, təhkiyə orijinallığı, dil zənginliyi və s. yazıçının yeni bir mərhələyə daxil olduğunu göstərirdi. Ən əsası isə onun hekayələrində dərin bir həyat müşahidəsi var idi.
F.Mustafanın “At günü” hekayə-triptixi isə klassik və çağdaş hekayəçiliyimizin ən yaxşı nümunələrindəndir. Təsadüfi deyil ki, hekayə azərbaycanca və rusca çap olunduqdan (“Ulduz”, 2004, №1, “Literaturnıy Azerbaydjan”, 2008, №11) sonra oxucuların, yazıçı və tənqidçilərin böyük marağına səbəb olub, haqqında məqalələr yazılıb və təhlillər aparılıb. Yazıçının bir çox nəsr əsəri kimi, bu hekayənin də orijinal strukturu ideyanın təsvirində mühüm rol oynayıb. Hekayə-triptix üç hissəyə – “Qaçış”, “İntihar” və “Son” bölümlərinə ayrılıb. Özünəməxsus təhkiyə orijinallığı və zənginliyi, simvollaşdırma, insanla-təbiətin harmoniyası və s. bu əsərin də başlıca xüsusiyyəti olaraq səciyyələnir.
“At günü” hekayə-triptixində yazıçı ləyaqətsiz insanlarla canlıların (konkret olaraq dayçanın) mənəviyyatını qarşı-qarşıya qoyaraq atın sahibini və qonşunu ittiham hədəfi edir. Yazıçı “tamaşa”nı ətrafdan seyr edən cəmiyyətin bu hadisəyə münasibətinə, laqeydliyini də ittiham aktına çevirir. Onların dayçanın intiharına susqunluğu, səsini çıxarmaması, yalnız müşahidə etmələri, əslində cəmiyyətin susqunluğuna işarə kimi mənalanır. Xüsusilə dayça sahibinin qonşunun ağlına gələn fikrə qarşı müqavimət göstərməməsi, insanların bu hadisəni sakitcə seyr etməsi cəmiyyətin müqavimətsizliyini göstərir. Dayçanın və onun anasının həyata, mühitə baxışında insana xas əlamətlərin olması canlılar arasında sədləri aradan götürür. Dayçanın baş verən hadisəyə intiharla cavab verməsi isə dərketmənin insanlarla heyvanlar arasındakı fərqliliyini göstərir. Bu hadisənin təsviri fonunda yazıçı həm də dayça sahibinin ana atla dayçanı birləşdirmək istəyinə “yox” deyə bilmədiyi qonşusunun vaxtilə sevdiyi qızı da əlindən alması süjet xəttini də qoyur. Belə bir qənaət hasil olur ki, əgər dayça sahibi vaxtında ona “yox” desəydi, sevdiyinə qovuşar, sonrakı hadisələr də olmazdı.
F.Mustafanın bir çox hekayələrində (“Gözü yaşlı ağaclar”, “Matəm musiqisi”, “Kiçik” və s.) satirik istiqamət başlıca yer tutur. Yazıçı bu hekayələrində cəmiyyəti içindən qurd kimi yeyən mənəvi-əxlaqi problemlərə psixoloji deyil, satirik mövqedən yanaşaraq cəmiyyət üçün böyük təhlükə törədən yaltaqlıq, rüşvət, yalançılıq kimi keyfiyyətləri özünəməxsus satirik dil və ifadə vasitələri ilə təsvir edir. Yazıçının satirik olmayan hekayələrində də satirik, komik ifadə vasitələri, yumoristik dialoqlar obrazın daxili aləmini açmaq üçün işlətdiyi vasitələrdəndir. Bu istiqamət getdikcə genişlənərək onun dramaturgiyasında komediya, fars, məzhəkə, monokomediya formalarında özünü daha qabarıq şəkildə göstərməyə başlayır.
F.Mustafanın “Dəniz küzğ” (2006), “. Qapı. ” (2008), “13 hekayə” (2008), “Monohekayələr” (2009), “Hekayələr” (2009), “At günü” (2009), “Monopyeslər” (2010), “Ölü dildə sevgi məktubları” (2014), “Hekayələr” (2015) və s. kitablarında nəsr yaradıcılığı çağdaş nəsrimizin real faktına və hadisəsinə çevrilir. Yazıçının “Dəniz köçü” povest-pritçası, “. Qapı. ” romanında bədii düşüncə sərhədləri genişlənir. Yaradıcılığının bu mərhələsində yazıçı təbiət və cəmiyyət hadisələrinin fəlsəfi dərkinə çalışır və yaratdığı obrazlar insan-təbiət harmoniyasını əks etdirir. “Dəniz köçü” povestində insanla təbiətin harmoniyası və birliyi bədii-fəlsəfi cəhətdən təsvir edilir. Əsəri həm də bədii-fəlsəfi, poetik pritça adlandırmaq mümkündür. Povestin dili, struktur və süjet sadəliyi, poetik obrazlar zənginliyi, mətnaltı fəlsəfi dəriniyi çağdaş oxucunu sehrləyir və öz təsiri altına alır. Yazıçı C.Əlibəyov əsəri E.Hemenqueyin “Qoca və dəniz” əsəri ilə müqayisə etməkdə tamamilə haqlıdır. Bunu yalnız C.Əlibəyov yox, yazıçının çoxsaylı oxucuları da müşahidə etmişlər. Buna səbəb hadisələrin yalnız dənizdə baş verməsi deyil, həm də insanın təbiətlə harmoniyasının, vəhdətinin əks etdirilməsindədir. Povestdə yaşlı balıqçı ilə balıq ovuna gedən Tuğayın bir gün ərzində başına gələn hadisələr təsvir edilir; dənizdə qopan fırtına nəticəsində yaşlı balıqçı və avarın biri dənizə düşür ki, bu da gənc Tuğayın işini çətinləşdirir, hətta bir müddət ümidsizliyə də qapılır. Bir azdan dəniz sakitləşdikdən sonra dəniz canavarı akula Tuğayın qayığına hücum edir. Akula ilə Tuğayın mübarizəsi və balıq, qartal və alabaşın Tuğaya kömək etməsi olduqca realist cizgilərlə göstərilir. Bu mübarizədən Tuğay və onun dostları (balıq (Yaqut), qartal (Ayqut), alabaş (Qayut) qalib çıxır. Beləliklə, əsərdə Tuğayın həyatı fonunda insanla təbiətin vəhdəti verilir. Su-torpaq-səma-insanın vəhdəti həm də planetin vəhdətini yaratmış olur. Yazıçı bununla oxucuya yeni bir dünya təqdim edir. Yeganə oğlunun geri qayıtması üçün ananın “Tuğay, oğlum hardasan?” nidası əsərin leytmotivini təşkil edir. Ananın yeganə əlacı dənizə dua etmək olur və bununla insanın xeyirxahlığa olan bütün inamını özünə qaytarır. Ana dənizə canlı kimi müraciət edir, ona “sən də anasan dəniz. Sənin də balaların var. Mənə yazığın gəlsin, dəniz, qıyma mənim Tuğayıma”, – deyə fəryadını anladır.
Yazıçı demək istəyir ki, bütün canlıların həyatı bir-birinə oxşayır, yer üzündə yaşayan hər bir canlı üçün yaxşılıq etmək lazımdır. Belə bir nəticə çıxır ki, sən yaxşılıq et, nə zamansa tale o yaxşılığı sənin qarşına çıxaracaqdır. Tuğay da etdiyi xoş əməllər sayəsində sağ qalır, xeyirxahlıqları onun öz qarşısına çıxır. Dostları Yaqut (balıq), Ayqut (qartal) və Qayuta (alabaş) etdiyi yaxşılıqların əvəzini görür. Tuğayın sağ qalmasında, sağalmasında onlar da əsas rol oynayır. Yazıçı zülmətlə işığı (Xeyirlə Şəri) üz-üzə gətirərək qələbəni işığa verməkdə tamamilə haqlı idi.
F.Mustafanın “. Qapı. ” romanı 30-cu illər repressiyasına fərqli və yeni bədii baxışdır. Əsərdə repressiya sunamisi, diktatura rejimi və bütün siyasi hakimiyyətlərdə cildini dəyişən insanların obrazı orijinallıqla yaradılır. Əsər 80-ci illərin sonlarında yazılsa da, o zaman yenidənqurma və demokratiya şəraitində belə onu çap etdirmək mümkün olmamışdı. Hətta 90-cı illərin sonlarında belə roman “Azərbaycan” jurnalında “rəndələnmiş” halda işıq üzü görüb. 2009-cu ildə isə “. Qapı. ” roman-kantatası (B., “Araz”, 2009) bütöv şəkildə dərc olundu. Halbuki romanın yazıldığı dövrdən xeyli əvvəl bu mövzuda rus yazıçıları Bulqakov, Platonov və Rıbakovun əsərləri oxuculara təqdim olunmuşdu. Azərbaycan ədəbiyyatında isə bir qədər əvvəl Y.Səmədoğlunun “Qətl günü”, Elçinin “Ölüm hökmü” əsərləri dərc edilmişdi. Bütün bunlardan sonra yazıçının “. Qapı. ” romanında hadisələrin özünəməxsus təsviri, kütləvi terror hadisəsinə fərqli baxışı olduqca maraq doğururdu. Roman strukturu (proloq, başlanğıc, xor, reçitativ, ariozo, birinci görüş (dindirmə), məktub, kavatina və s.) və fabulası ilə də son dərəcə orijinaldır. Hadisələr həqiqət içində nağıl, nağıl içində həqiqət formasında çatdırılır; həqiqətlə nağıl iç-içə təsvir olunur. Əslində o illərdə baş verən hadisələrin özü məhz bu mahiyyətdə idi və buna görə də yazıçının bu üslubu hadisələri təsvir etməkdə ən yaxşı vasitə olur. Romanda fantaziya, ironiya və simvollardan istifadə olunmasının əsas nədənlərdən biri də məhz buradan irəli gəlirdi. Yazıçı əsərdə kimisə hərəkətlərinə görəsə ittiham etmək yolunu tutmur, bütövlükdə repressiyanın anatomiyasını yaratmağa çalışır. Təsvir olunan mühitdə yalan, qorxu, şübhə, satqınçılıq hakimdir. Təsadüfi deyil ki, əsərdə cəllada yazıçı ad belə verməmiş, “O” kimi qələmə verməklə onu Sistemin, Diktaturanın bir vintciyi olaraq göstərmək istəyir: “O, güllələdiyi adamların sayını çoxdan yaddan çıxarmışdı. Əvvəllər sayardı: bir, iki, üç, on, əlli. Deyəsən, yüzü keçəndən sonra hesabı unutdu. O, işə gələndən bir az əvvələcən adamları dəstə-dəstə, sallaqxanadakı qoyun sürüsü kimi qırıb-çatır, güllələyirmişlər. Onda atəş də sürəkli olurdu. Amma bu qanun sonra, nədənsə, ləğv olundu. Mədən adlanan yerdə gəmirilmiş adam kəllələrinə, qol-qıçlarına tez-tez təsadüf olunurdu”.
Yazıçı bu əsərində 30-cu illərdə baş verən hadisələrin təsvirindən daha çox, bu dövrün psixoloji məqamlarına nəzər yetirir. Zülmətə, ölümə açılan Qapı obrazı da məhz bunu ifadə edir. Zülmətə açılan Qapının həmin anlarda Tanrının göz yaşları ilə islanmış qurbanları qəbul etməkdən yorulması ideyası əsərin başlıca motivi kimi səslənir. Əsərdə “Mədən” kmi təsvir olunan yerdə (Gədəbəydə) baş verən hadisələr əsas götürülür. Vaxtilə almanların qızıl çıxardığı bu “Mədən”in sovet dövründə boş qalmış quyularına, eləcə də buradakı kahalara, mağaralara repressiya illərində minlərlə günahsız insanlar basdırılmış, güllələnərək buraya atılmışdır. Burada yazıçının özünün müəyyən tərcümeyi-hal materialları da vardır və bir çox hadisə və epizodlar, adlar olduğu kimi saxlanılır. Qohumlarının bir qisminin, o cümlədən babası Mehrəli Mustafa oğlunun “sinfi düşmən” kimi güllələnib “Mədən”ə atılması yazıçının tərcümeyi-hal faktlarıdır. Lakin əsər sırf bədii təxəyyülün məhsuludur. Yazıçı bu dövrü təsvir etməklə qalmır, həm də qlobal faciələrin zaman-zaman lokal formalarına da diqqət çəkir. Yazıçı əsərində müharibələrdən daha dəhşətli laqeydlik, etinasızlıq məsələsinə də diqqət çəkir və yalnız fərdlərin deyil, bütöv xalqların belə laqeydliyin, yaddaşsızlığın qurbanına çevrildiyini göstərir. Yazıçı mətn boyu onu deməyə çalışır ki, insan təkcə zaman daxilində yaşamır, həm də özündə zamanı yaşadır.
F.Mustafanın zəngin və polifonik dramaturgiya yaradıcılığı janr, struktur və məzmun baxımından milli dramaturgiyanı zənginləşdirir. “Ağıllı Adam” , “Qəfəs”, “Tabut”, “Vida marşı”, “Qara qutu”, “Su pərisi”, “Mğqəvva”, “Ağıllı Adam”, “Musiqili məktublar”, “İlğım”, “Sevməsən ülərəm”, “İfritə”, “Əqrəb bğrcğ”, “Ayı təbəssümü”, “Dəhliz”, “Adsız”, “Sənə sözüm var”, “Qarışqa tələsi”, “Neytral zona”, “Tələ”, “Tıxac”, “Pələng ili” və s. əsərləri dramaturgiyanı yalnız mövzu, problematika, obrazlar baxımından deyil, həm də janrın struktur zənginliyi, yeni forma, dialoq və monoloq cəhətindən inkişaf etdirmiş, zənginləşdirmişdir. “Zəhrayı tunel” (1999), “Teatr meydanı” (2001), “Adsız” (2001), “Sifət” (2002), “Komediyalar” (2004), “Qara qutu” (2006), “Müqəvva” (2009), “Monopyeslər” (2010), “Ölü dildə sevgi məktubları” (2014) və s. kitabları dramaturji mətnlər teatr hadisəsi olmaqdan çıxaraq geniş oxucu kütləsinin estetik idealını formalaşdırır. Əsərləri Azərbaycan Dövlət Gənclər, Naxçıvan Dövlət Musiqili Komediya, Şuşa Dövlət Musiqili Komediya, Lənkəran Dövlət Dram, Ağdaş Dövlət Dram, “Yuğ” Dövlət, Tədris, Mingəçevir, Qazax və s. rayonların Dövlət Dram teatrlarında tamaşaya qoyularaq geniş tamaşaçı kütləsi toplamışdır.
F.Mustafanın məhsuldar, çoxşaxəli, çoxformalı və janrlı dramaturji yaradıcılığını ədəbi növün inkişafında yeni mərhələ hesab etmək olar. Onun dramaturgiyası Elçin yaradıcılığı ilə birlikdə, demək olar, milli teatrı tənəzzüldən çıxarmış və dövrün ədəbi faktına çevrilmişdir. Bu dövrdə yazdığı dram, faciə, komediya, məzhəkə, fars, pyes, monopyes, komik faciə, qrotesk, dramatik-absurd komediya, antikomediya, mənzum komediyaları, monodramları və s. janrı struktur cəhətdən daha da zənginləşdirir. Bu əsərlər yalnız forma cəhətdən deyil, məzmun, ideya, struktur, personajları ilə də dramaturgiyanı yeniləyir. Bu yenilik bir çox cəhətdən özünü göstərir. Hər şeydən əvvəl personajların təqdimatı zamanı dramaturq onlar haqqında xarakteristika (onların kimliyi, yaşı, görünüşü və s.) məlumat vermir. Əvəzində dramaturq remarkaya çox böyük üstünlük verir; özü də bu remarkalar pərdə əvvəlində verilməklə yanaşı, səhnə daxili mizanlarda da böyük rol oynayır. Remarkaların həcmi də klassik dramaturgiyada olduğu kimi, səhnə təsviri ilə məhdudlaşmır, fabuladaxili prosesləri tənzimləyir. Bəzi əsərlərdə bu remarkalar bir səhifə boyu davam edir, bəzən isə hadisələrin zamanı və məkanı dəyişir. Onun dramaturgiyası fərqli model əsasında qurulur; burada dövrün reallıqları “oyun içində oyun”, “səhnə içində səhnə”, obrazın ikiləşməsi kimi vasitələrdən istifadə edir.
Əslində, F.Mustafa yaradıcılığı ədəbi-tənqiddə yetərincə araşdırılmasa da (tənqid heç də həmişə ədəbi prosesdə baş verən hadisələri vaxtında görmür və onun bu səhvini düzəltmək missiyası zaman-zaman ədəbiyyatşünaslığın boynuna düşür), dramaturgiya və teatr aləminin ən böyük hadisəsi və faktı hesab etmək olar. F.Mustafanın dramaturgiya yaradıcılığını janr baxımından üç hissəyə bölmək olar: dramlar (“Adsız”, “Alın yazısı”, “Su pərisi”, “Əqrəb bürcü”, “Dəhliz”, “Ayı təbəssümü”, “İlğım”, “Tıxac” və s.); komediyalar (“Sevməsən ölərəm”, “Vida marşı” və s.); monodramlar (“Musiqili məktublar”, “Müqəvva”, “Sifət”, “Məruzə”, “İfritə” və s.). Ancaq bu şərtidir, ona görə ki, bu bölgü içində milli dramaturgiyamızda ilk dəfə işlənən müxtəlif formalı dramaturji mətnlər var; mənzum komediya, fars, antikomediya və s.
F.Mustafanın “Müqəvva” monodramı ictimai məzmunu, rəmz zənginliyi, ideyası və problemin dramaturji həlli ilə diqqət çəkir. Əsərdə bir iştirakçı olmasına rəğmən, dramaturq bütün cəmiyyət hadisələrini fabulanın əsasına qoyur. Əsərin əsas qəhrəmanı kişi müqəvvasıdır. Özünəməxsus həyat fəlsəfəsi olan qadın evinə kişi müqəvvası gətirərək ona “ərə gedib”. Cəmiyyət hadisələri də məhz bu kontekstdə açılır; hərənin bir şey istədiyi (iş, pul, çörək və s.) bu cəmiyyətin özünü müqəvvaya oxşadır. Hamı onun gözlərində müqəvvadır. Onun müqəvva ilə dialoqundan və evinin pəncərəsindən baxdığı cəmiyyət hadisələri təhlil edilir. Pəncərədən baxaraq toplaşmış insanları müqəvvaya, manikenə oxşadır. Onlar azadlıq istəyirlər. Lakin “azadlıq haradan başlayır?” sualını verir və onun öz nəfsimizdən, daxilimizdən və xaricimizdən başlandığını bildirir. Onun fikrincə, əvvəlcə ürəyimizi, sonra ruhumuzu, daha sonra isə bütün bədənimizi azad etməliyik. O, müqəvvanı da buna inandırır, onun və özünün tam azad, xoşbəxt olduğunu təlqin edir. Sona çatan son dərəcə dramatik kulminasiyada qadın müqəvvaya (qadın müqəvva), müqəvva isə canlıya (canlı kişi) çevrilir və beləliklə rollar dəyişir. Bu dəyişiklik oxucu-tamaşaçını müəyyən dilemma qarşısında qoyur və “azadlıq”, “sərbəstlik” haqqında düşünməyə vadar edir.
Dram F.Mustafa yaradıcılığının əsas və aparıcı janrlarındandır. O, ikipərdəli “Adsız” dramında bütün zamanlar üçün mövcud problemləri – ailə, həyat, əxlaq, yaşayış uğrunda mübarizə və s. yeni formada təsvir edir. Dramda cəmi 5 obraz – (Adsız Qadın, Qız, İbil və Tərxan) iştirak edir. Müəllif qadınla qıza ad qoymamaqla obrazı daha da ümumiləşdirmək istəyib. Adsız (lal) obrazı müəllifin tamaşaçılara çatdırmaq istədiyi əsas ideyaların daşıyıcısıdır. O, lal və kar olmasına baxmayaraq, hadisələri diqqətlə müşahidə edir, onu daha düzgün qiymətləndirir. O, çox həssasdır, tərbiyəlidir, hiylə və riyanın nə olduğunu bilmir, hər şeyi dərk edir, İbilin qıza qarşı süniliyini, onu ələ keçirmək üçün dəridən-qabıqdan çıxdığını da görür. Lakin o, istəmir ki, bu cür saf, təmiz qız İbilə qismət olsun. İbilin isə Adsızdan xoşu gəlmir, oğlanın (lalın) hər şeyi çox həssaslıqla gördüyünü anlayır. Buna görə də onunla yaxşı rəftar etmir, qızın bu etirazına isə “təbiət özü kiminlə necə rəftar etməyi bizdən yaxşı bilir”, – deyə təbiətin ondan (laldan) əsirgədiklərinə haqq qazandırır. Dramaturq bu obrazla demək istəyir ki, nə qədər cəmiyyətdə İbil kimiləri var, həmişə haqsızlıqlar, ədalətsizliklər də olacaq.
“Əqrəb bürcü” dramında F.Mustafa cəmiyyətə başqa bir prizmadan baxır. Cəmiyyətdə əksər insanların ikrahla baxdığı, peşəsinin adını insanların dilə gətirə bilmədiyi, qalanların həyat tərzini və onun cəmiyyətdəki yerini təsvir etməyə çalışır. Müəllifin yaradıcılığına xas olan mücərrədlik bu əsərdə də özünü göstərir. Öz obrazlarının (qadın, kişi, qonşu qadın, qonşu kişisi, polis, oğlan) heç birinə xüsusi olaraq ad verməməklə, cəmiyyət üçün ümumiləşdirməyə çalışır. Əsərdəki yazıçı obrazı əsərin ideyasını açmağa xidmət edən əsas komponentlərdəndir. Yazıçı qadınlar haqqında kitab yazır; burada ayrı-ayrı adamların ehtiraslarına qurban gedən, təhqirlərinə məruz qalan, söyülən, döyülən qadınların taleyi əks olunmalardır. O öz çörəyini namusunu, bədənini satmaqla çıxaran peşə sahiblərinə də xüsusi yer ayırır.
Cəmiyyətdəki mənəvi aşınmanın təsviri F.Mustafanın “İlğım”, “Ayı təbəssümü”, “Tıxac” dramlarında da davam etdirilir. F.Mustafanın monopyesləri müasir dramaturgiyamız zənginləşdirən əsərlərdəndir. Dramaturqun əsəsləri həm məzmun, həm də forma, janr baxımından tamamilə yenidir, hətta burada eksperimentçilik də axtarmaq olar, hər bir eksperimentçilikdə isə yaddan çıxarmaq olmaz ki, yaradıcılıq axtarışları əsas yer tutur. Dramaturq F.Mustafa “Musiqili məktublar”, “Müqəvva”, “Sifət”, “Məruzə”, “İfritə” monopyeslərində yaşadığımız, şahidi olduğumuz mənəvi-əxlaqi, siyasi-ictimai problemlərə müasir forma və məzmun baxımından nəzər salır. Ümumiyyətlə, cəmiyyət və həyat hadisələrinə fəlsəfi baxış onun bütün əsərlərini birləşdirən amillərdəndir.
F.Mustafanın dramaturgiya yaradıcılığında komediyaları (eləcə də mənzum komediya, antikomediya və s.) başlıca yer tutur. Gülüş, komizm, satira və yumor tarixin müxtəlif mərhələlərində ədəbi-bədii fikrin janr və növlərində dominant (bəzən az, bəzən çox) rolunda çıxış etmişdir. Ancaq “komediyanın atası” Aristofandan tutmuş bu günümüzə qədər çox az-az hallarda faciə ilə komediya, gülüşlə ciddiyyət bir sənətkarın bədii təfəkküründə müxtəlif janr və formalarda ifadə olunmuşdur. Əlbəttə, komik, tragik süjetləri ilə dünyanı dolaşan, həm faciə, həm də komediyalar müəllifi V.Şekspir yaradıcılığı istisna olmaqla! Onun “Kral Lir” faciəsinin gülüşlə, komizmlə başlaması isə bütün dövrlərin tədqiqatçılarının diqqətini çəkmişdir.
Tragizm və komizmin sintezi F.Mustafa yaradıcılığında uğurla həll olunur. Komedioqrafın yaradıcılığı bizim diqqətimizi yalnız bu keyfiyyətinə görə cəlb etmir, onun oxuculara on komediya təqdim etməsi bu janrda uğurlarının yalnız statistik göstəricisidir. Müəllifin komediyaları həm də janr, struktur, ideya-məzmun, dünya ədəbi prosesi ilə uzlaşma baxımından ədəbiyyatımızın ciddi faktlarından biridir. Əlbəttə, komedioqrafın janr yenilikçiliyi ilə bağlı daha bir neçə sanballı faktorları da bura daxil etmək mümkündür. Təkcə bunu demək kifayətdir ki, müəllifin komediyalarından (“Qəfəs”, “Ağıllı adam”, “Qarışqa tələsi”, “Safari”, “Kişiləri qoruyun”, “Oxşarlar”, “Senatda toy”, “Vida marşı”, “Lampa məsələsi”, “Küsənlər barışanda”) heç biri mövzu, problem, janr və struktur baxımından bir-birini təkrarlamır.
F.Mustafanın komediya arenasında avanqardçılığı bununla da məhdudlaşmır: bədii materialı daim ictimai məzmunun müşayiət etməsi, bədii təfəkkürü və düşüncə tərzinin orijinal özünüifadə formalarının zənginliyi onun komediya yaradıcılığına özünəməxsusluq gətirir. Antikomediya, komik faciə, qrotesk, absurd komediya, fars, ekzotik komediya, mənzum komediya, mini-fars və s. janr və formalar yalnız müəllifin deyil, eləcə də Azərbaycan komediya amalının ilk daimi sakinləri hüququnu məhz F.Mustafa yaradıcılığında qazanmışdır. Bütün bu keyfiyyətlər komedioqrafın komizm, gülüş üsullarının çoxçalarlılığı, ifadə vasitələrinin orijinallığı ilə paralellik təşkil edir. Ən əsası isə bu komediyalarda boy verən sənətkarlıq, yenilikçilik gülüşün bu formada yeni mərhələdə olduğunu deməyə əsas verir.
Gülüş, komizm, satira, hər şeydən əvvəl, həyata, cəmiyyətə baxış olmaqla yanaşı, idrak və mənəviyyat problemlərilə bağlıdır. Bu cəhətdən F.Mustafa komediyalarında cəmiyyət hadisələrinin ən dərin qatlarına nüfuz edilir, gülüşündə mənəviyyat problemləri, idrak, mühakimə, fəlsəfi düşüncə tərzi başlıca yer tutur. Onun komediyalarında hadisələrin cərəyanında məkan və zaman koordinatları dəyişə bilir, peşəkarlıqla verilmiş müəllif dekorasiyaları, mizanlar xüsusi status qazanır, remarkalar isə ideyanın açılmasında xüsusi rol oynayır. Müasir həyat hadisələrindəki ictimai, siyasi, mənəvi, əxlaqi ziddiyyətlər komik mübarizənin əsasını təşkil edir. Burada ənənəvi komik mübarizə üsulları, istehlakçılıq, qondarma süjet xətti, obrazların bir-birinə qarşı zahiri cəbhə təşkil etməsi və s. yoxdur. Müsbət-mənfi qütblərinə də rast gəlmək çətindir, bunun müqabilində müasir həyat və “əxlaq qanunlarının təntənəsi”ni (V.Q.Belinski) seyr etmək mümkündür. “Qəfəs” komik faciəsi və “Ağıllı adam” qroteskində bu təntənə daha qabarıq hiss olunur. Birinci komediyada insanla heyvanın təbiətən yaxınlaşması prosesi simvolika ilə çatdırılırsa, ikinci komediyada qroteskin gücü ilə cəmiyyət hadisələrinin dərinliklərinə nüfuz edilir.
Ağıllılıq və dəlilik cəmiyyətin ən aktual problemi olaraq daim ədəbiyyatın tədqiqat obyekti olmuşdur. Ağılın insani cəmiyyətdə problemlər girdabına sürüklənməsi, ağıllılıqla dəliliyin sərhədlərinin qarışdığı məqamların təsviri F.Mustafanın “Ağıllı adam” komediyasının məğzini təşkil edir. Dramaturq klassik dünya dramaturgiyasının əsas mövzularından biri “dəlilik-ağıllılıq” psixologiyasını əsas mövzuya çevirib. C.Məmmədquluzadənin “Dəli yığıncağı” tragikomediyasında da eyni problem səhnələşdirilib. Dramaturq yeni dövrün “ağıllılıq-dəlilik” problemini və cəmiyyətdəki xəstəliyi orijinal şəkildə dramaturji fabulanın əsasına qoyur. Hadisələr xəstəxanada cərəyan edir; belə ki, buraya gələn jurnalist kimin ağıllı, kimin dəli olmasını müəyyənləşdirə bilmir. Məsələ burasındadır ki, bu “xəstə”lərin çoxu əslində burda olmamalı idi. Lakin nazirliyin xəstəxanadan tələb etdiyi hesabatında son zamanlar xəstələrin azalması ilə bağlı irad bildirilmişdi. Belə çıxır ki, nazirlik xəstəxanada xəstələrin (“dəli”lərin) olmasında maraqlıdır. Jurnalist, həkim, müstəntiq məsələnin kökünə endikcə cəmiyyətdəki problemin mənəvi-əxlaqi, ictimai-siyasi tərəflərini ortaya çıxarırlar. “Xəstələr” içində müxtəlif adamlar var; hakimiyyətdə olanlar, “qırmızı generallar”, həqiqət aşiqləri, namuslu adamlar və b. əsərdəki kəskin qrotesk dövrün, cəmiyyətin reallıqlarını üzə çıxarır. Müəllif psixoloji təsvir və detallarla müasir cəmiyyətdə ən ağıllı adamın belə potensial olaraq fırıldaqçı psixiatrların pasienti ola biləcəyi ehtimalını komizm obyekti edir. Jurnalist, həkim, müstəntiq obrazları ilə müasir cəmiyyətin reallıqlarının tragizmi sənətkarlıqla ifadə olunur.
“Kişiləri qoruyun”, “Qarışqa tələsi”, “Safari” komediyalarında yeni ictimai-siyasi, mənəvi-əxlaqi münasibətlər sistemi komik, satirik araşdırma mənbəyi kimi diqqəti çəkir. “Oxşarlar”, “Vida marşı” komediyalarını da milli dramaturgiyamızın ən yaxşı nümunələrindən biri hesab etmək olar. Şübhəsiz, bu komediyalar içərisində “Senatla toy” əsərini xüsusi fərqləndirmək lazım gəlir. Həcminə görə kifayət qədər böyük olan bu komediya Azərbaycan ədəbiyyatında ilk mənzum komediya olmasına görə də maraq doğurur.
F.Mustafanın dramaturgiya yaradıcılığında diqqəti cəlb edən səciyyəvi xüsusiyyətlərdən biri də onun gülüşünün, komizmin ictimai məzmunu, sosial dərinliyi, habelə həyatı ziddiyyətlərin, komik vəziyyətlərin reallığı oldu. Bu komediyalarda həyat həqiqətləri ilə yanaşı, bədii həqiqətlər də mövcuddur. Ola bilsin ki, baş verən hadisələr müasir həyat həqiqətlərinə uyğun gəlməsin, ancaq məkanından, zamanında asılı olmayaraq hər hansı bir cəmiyyətin, həyat hadisələrinin bir parçası olsun. F.Mustafa az bir zaman içərisində ədəbi prosesdə “komediya bumu” yaratmaqla gülüş, komizm arenasında yeni bir mərhələnin əsasını qoymuş olur.
F.Mustafa orijinal düşüncə tərzinə və hadisələrin özünəməxsus fəlsəfi, magik, sürrealist, romantik, postmodernist yozum çalarlarına malik bir dramaturq, yazıçı, şair və esseistdir. Firuz Mustafa yaradıcılığının sirrini, əsasən, onun əsərlərinin orijinallığında, qəhrəmanlarının müasirliyində və obrazlarının intellektual təfəkküründə axtarmaq lazım gəlir. Bütün bu amillər Firuz Mustafanı çağdaş ədəbiyyat tariximizin görkəmli simasına çevirən və onun ədəbiyyat tarixindəki profilini müəyyənləşdirən ciddi faktorlardandır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Firuz mustafa su pərisi
Modern.az saytı Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, iki dəfə Cəfər Cаbbаrlı mükafatı laureatı və “Humay” mükafatı laureatı, AYB-nin Dramaturgiya bölməsinin rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru, “Teatr” jurnalının təsisçisi, Azərbaycan Kinematoqrafçılar İttifаqının, Fəlsəfə Cəmiyyətinin, Jurnalistlər Birliyinin və Qafqaz Yazıçılar Klubunun üzvü, yazıçı-filosof Firuz Muatafa ilə müsahibəni təqdim edir.
– Firuz müəllim, işləriniz necədir?
– Mənim işim yazmaq və mütaliə etməkdir. Təbii ki, bu işlərin arasında müşahidə, müsahibə, mübahisə, özünütəhlil, özünüittiham, özünütənqid, “özümləiclas” da olur. Məişət qayğıları da ki, öz yerində.
– Məişət demişkən. Doğrusu, mən yaradıcı adamlarla apardığım söhbətdə bir çox hallarda yaradıclığıla yanaşı onların həyat-məişət şəraiti ilə bağlı daha çox suallara üstünlük verirəm. İstərdim ki, bu müsahibədə də sizin həyatınızın “görünməyən tərəfinə” bir az işıq tutaq.
– Hmm. Bu, bir az çətin sualdır. Daha doğrusu, bu və buna bənzər suallara cavab vermək çətindir.
– Birbaşa konkret suala keçirəm: eviniz varmı? Başqa sözlə, indiyəcən, dövlət sizə ev veribmi?
– Mən də konkret cavab verirəm: indiyəcən, yəni nə sovet, nə də müstəqillik dönəmində dövlətdən ev almışam.
– Səbəb nədir?
– Ən başlıca səbəb. Mən üç dəfə gənc mütəxəssis kimi ev ala bilərdim: zavodda çalışanda, ali məktəbi bitirəndə, aspiranturanı başa vuranda.
– Bəs niyə almamısınız?
– Mən uzun illər orta və ali məktəblərdə, habelə aspiranturada dərs demişəm. Özümə söz vermişəm ki, tələbənin cibinə girməyim, yəni rüşvət almayım. Və heç kəsə də rüşvət verməyim. Sözün qısası, əvvəllər “əlaqədar idarə və şəxslərə” qəti şəkildə “şirinlik” verməkdən imtina etdiyimə və ya “hörmət” etmədiyimə görə mənzil məsələm həll olunmadı. Sonra ortaya “Qarabağ məsələsi” düşdü. Qaçqınlar, köçkünlər, evsiz- eşiksizlər. O vaxtkı biz gənclərin mübarizəsi. Düzü, ev üçün kiməsə müraciət etməyi özümə rəva bilmədim. Ayıbdır, camaatın çoxu çöldə-bayırda yatır, sənsə ev davası döymək istəyirsən- belə düşünürdüm.
– İndi ki, evsiz qaçqın-köçkünlərin çoxunun bu problem həll olunub.
– Şükür, həll olunub, bəli. Sevinirəm. Bildiyiniz kimi mən uzun illər ədəbi fəaliyyətlə yanaşı elmi, pedaqoji, publisistik və bədii yaradıcılıqla da məşğul olmuşam .
– Deməli, Sizi Təhsil Nazirliyi də, Elmlər Akademiyası da, Mətbuat Şurası da, Yazıçılar Birliyi də mənzillə təmin edə bilərdi. Bildiyimə görə, üstəlik Kinematoqrfçılar və Jurnalistlər Birliyinin da üzvüsüz.
– Elə isə mənzillə təmin olunmamağınızda təqsir daha çox kimdədir?
– Belə görünür ki, özümdə.
– Görünür, gərək vaxtında “şirinliklərini” verib məsələni yoluna qoyaydım. İndi dildə belə deyirəm, amma bilirəm ki, ürəkdən demirəm. Çünki əməli cəhətdən mən bacaran iş deyil bu.
– Bəs indiyəcən kimin evində yaşamısız?
– Mən tələbə ikən valideynlərimin aldığı “gecəqonduda”, sonralar isə qardaşımgildə yaşamışam. Uşaqlar böyüdü, təhsil aldı. Hazırda qızımla kürəkənim indi xaricdə təhsillərini davam etdirirlər, mənsə öz ailəmlə onların evində yaşayıram.
– Axı Siz həm də ölkədə tanınmış jurnalist, publisistsiz. Jurnalistlərə ev tikib verdilər.
-Bilirəm. Düz deyirsiz, mənim fəaliyyətimin mühüm bir hissəsi də mətbuatla bağlı olub. İndi sizə təqdim etdiyim kitabların siyahısına baxıb görürəm ki, 40-cildliyimin iki cildindən çoxunu publisistik yazılarım təşkil edir. Uzun illər AzTV-də populyar verilişlər (“İlğım”, “İdrak”, “Gənclik” və sair) aparmışam, “Azərbaycan gəncləri” qəzetinin xüsusi müxbiri olmuşam, “Maarifçi”, “Mədəniyyət” və “Tac” qəzetlərinin baş redaktoru olmuşam, hazırda “Teatr” jurnalının təsisçisiyəm. Düzü, həmişə elə bilirdim ki, məni bir gün çağırıb heç bir “əmmasız”, təmənnasız ev verəcəklər. Amma dostlarım dedilər ki, ərizəsiz mənzil verilmir. Sənədləri toplayıb ərizə ilə birgə “evverənlərə”, yəni Əli Həsənov cənablarının “kurasiyasında” olan quruma təqdim etdim.
– Xeyr. Əlbəttə, ev bölgüsü zamanı bir neçə layiqli jurnalist mənzil aldı, bunu inkar etmək olmaz. Amma bu, çox cüzi bir hissəni təşkil edirdi. Çünki daha çox, o “evverənlər” (!) adları müxtəlif “sarı mətbuatda” qeyd edilmiş qohumlarına, yerlilərinə, məşuqələrinə, katibələrinə, sürücülərinə, ev qulluqçularına, uşaqlarının əskisini yuyanlara, arvadlarının “podruqalarına”, xülasə, öz qulbeçələrinə mənzil paylaşdırdılar. Bu tiplər arasında “evverənlərə” mirzəlik edənlər, onlara “əsərlər” yazanlar, onların “yazdığını” tərifləyənlər, bir sözlə, Əliyə-Vəliyə zurnaçılıq üdənlə və züytutanlar də yox deyildi. Deyə bilərsiz ki, mən bunları haradan bilirəm. Əvvəla, mətbuatda bu barədə kifayət qədər yazılıb. İkincisi də, tikilən mənzillə bağlı qaldırlan cinayət işi, həbs olunan “mətbuat fədailəri” buna yaxşı misaldır.
– Yaxşı, bunu bildik. Siz həm də tanınmış yazıçı və dramaturqsuz. Bildilyimizə görə, yazıçılar üçün də bir neçə dəfə mənzillər tikilib.
– Dogrusu, artıq dediyim kimi, indiyəcən sadəlövhcəsinə düşünmüşəm ki, nə vaxtsa çağırıb mənə də mənzil təklif edəcəklər. Amma görünür səhv etmişəm. Bəli, yazıçılara mənzillər tikilir. Bu günlərdə hörmətli sədrimiz Anara ərizə ilə müraciət etmişəm. Orada da qeyd etmişəm ki, mən Sovet dönəmində və müstəqillik vaxtı dövlətdən mənzil almamışam.
– Sizcə kimlərə məzil verilməlidir?
– Belə hesab edirəm ki, yaradıcı təşkilatlarda, o cümlədən AYB-də kiməsə hər hansı etimad göstərərkən, mükafata təqdim edərkən, o cümlədən, mənzil verərkən bir MEYAR (kriteriya) əsas götürülməlidir. Bu meyarsa yalnız yaradıcılıqla bağlı ola bilər. Bu mənada, yaradıcılıq fəaliyyətinə başlayandan sonra kimin əsərlərinin daha çox nəşr edilməsi, xarici dillərə tərcümə olunması, pyeslərinin ölkə və xarici teatrların səhnəsində daha çox oynanılması məhz həmin meyara aid ola bilər. İndi bu dar macalda mən öz yaradıcılıq fəaliyyətim barədə geniş söhbət açmaq istəmirəm. Təkcə onu deyə bilərəm ki, 40-dan artıq pyesim ölkə daxilində və bir çox xarici teatrlarda tamaşaya qoyulub. Keyfiyyətini qoyuram hələ bir kənara, hesab edirəm ki, bizdə kəmiyyətcə bu qədər pyesi olan müəllif çox azdır. Və hər halda bu pyeslərin müəyyən bədii məziyyəti olub ki, belə çətin bir vaxtda tamaşaya qoyulub.
– Siyahıya nəzər salıram, təkcə son 5 ildə Türkiyə, Rusiya, İran, Özbəkistan və digər bir sıra ölkələrdə kitablarınız nəşr olunub, həmin məmləkətlərin teatrlarda pyesləriniz tamaşaya qoyulub. AYB-də dramaturgiya bölməsinin rəhbəri kimi əlinizdən gələni əsirgəməmisiniz. Sonuncu qurultayda müvafiq sahə ilə bağlı məruzə də Sizə məxsusdur.
– Əlbəttə, deyə bilmərəm ki, mən ən yaxşıların yaxşısıyam. Amma onu deyə bilərəm ki, zəhmətim-mənim Allahımdır. Təbii ki, bizim xalqımızın istedadlı yaradıcı övladları çoxdur.
– Sizin kitablarınızın sayı bəlkə də 100-dən çoxdur. Bəs bunların nəşri barədə nə deyə bilərsiz?
– Bildiyiniz kimi, əvvəllər, xüsusən Sovet dönəmində kitablar böyük tirajla nəşr edilirdi. Üstəlik, qonorar da verirdilər. Sonrakı illərdə də bir müddət kitab “aclığı” davam etdi. Mənim nəsr və dram əsərlərimin bir qismi Prezidentin sərəncamı ilə nəşr edilən çoxcildliklərə daxil edilib. Amma son illər kitaba maraq azalab. Bunun da obyektiv və subyektiv səbəbləri var. .. O ki qaldı mənim çoxcildliyimə -azərbaycanca 40 cild (üstəgəl on cild) və rusca altıcildlik əsərlərimə, onlar əsasən elektron formatdadır. Yalnız kitabxanalar üçün bir neçə kitab nəşr etdirmişəm. Açığı, kütləvi sayda kitab buraxdırmaq imkanım yoxdur. Düzü, indi qaldığım darısqal mənzildə də kitablarıma yer yoxdur. Buna görə kitabların çoxunu kisələrə yıımışam.
– Ailənizdə Sizin yaradıcılığınıza necə yanaşırlar?
– Normal. Ailəmizdə AYB-nin iki üzvü var. Oğlum Aqşin Mustafa Avropa və Asiya dillərindən (alman, ingilis, rus və türk) tərcümə ilə məşğul olur, ölkədə ən böyük ədəbiyyat portalının -“yazyarat.com”un yaradıcısıdır. Mənimlə birgə yaşayır. İndi səhhətində bir az problem var. Özüm ikinci qrup əliləm. Bildiyiniz kimi, yaradıcılığım bir çox rəsmi dövlət və ədəbi mükafatlara layıq görülüb. Madam ki, söhbət məişətdən düşdü. Mənim artıq 70 yaşım var. Əgər bu illər ərzində mənzil ala bilməmişəmsə, təbii ki, bundan sonra belə bir şansın olacağına ümidim azdır.
– Bəlkə kimlərləsə konfliktiniz olub?
– Ədəbi mühitdə mənim indiyəcən heç vaxt heç bir kəslə şəxsi ixtilafım olmayıb. Amma AYB-ni və Anarı müdafiə etdiyim üçün dəfələrlə tənqidə və hətta təhqirə məruz qalmışam. Bu tipli adamlara cavablarımın bir qismi dövri mətbuatda və hörmətli Anar müəllimə təqdim etdiyim bəzi kitablarda (xüsusən, “Əlahəzrət söz” məcmuəmdə) yer alıb.
– Sizin cari ildə 70 yaşınız tamam oldu. Bununla bağlı nəsə bir tədbir, bir törən keçirildimi?
– Xeyr. Gərək bununla bağlı kimlərəsə “saqqal tərpədəsən”. Etiraf edim ki, mən indiyəcən yubileylərimlə bağlı kimsəyə müraciət etməmişəm. Bunu heç xoşlamıram da. Ümumiyyətlə, bu tipli təntənələrin əleyhinəyəm. İndiyəcən yüzlərlə, minlərlə şagird, tələbə və aspiranta dərs demişəm. Onların hamsına ağız açsam haqqımda yazarlar. Amma mən heç vaxt kiməsə haqqımda yazmaq barədə eyham belə vurmamışam. Amma bununla belə barəmdə yazanlar yazanlar çox olub. Rus mətbuatında, habelə sosial şəbəkələrdə yazılanları isə iki kitabda toplamışam.
70 illiyimlə görkəmli ədəbiyyatşünas Bədirxan Əhmədov irihəcmli bir məqalə yazmışdı. Etiraz etdim. Amma buna rəğmən həmin yazını “Ədəbiyyat qəzeti”ndə çap etdirdi. Gərək ki, ikisəhifəlik yazı idi. Nə deyə bilərəm.? Sağ olsun. Öz istəyi, öz ürəyinin hökmü ilə yazıb. Təbii ki, üz vursaydım daha “iri ranqlılar” yazardı.
– Nə üçün belə yazılara etiraz edirsiniz?
– Nə üçün? Onunçün ki, hələ sağam, nə istəsəm yazdıra bilərəm. Bəs günlərin bir günü mən bu dünyada olmayanda o əsərlər haqda kimsə nəsə yazacaqmı? Ədəbiyyat həm də əbədiyyət deməkdir. Gərək o, müəllifin iradəsindən asılı olmayaraq öz “ömrünü” yaşasın. Bizdə nə qədər əsərlər var ki, müəllifi sağ olanda şedevr kimi təqdim edilib. Amma indi o əsərlərin çoxu heç maklaturaya və ya yumurta bükməyə də yaramır.
– Yenə qayıdaq mənzil-məişət məsələsinə. Sizcə, dövlət yazıçıya daim kömək etməlidir?
– Mən həmişə demişəm və arzulamışam ki, yazıçının əsərləri satılmalı, o, öz əməyinin dəyəri ilə (qonorarla) yaşamalıdır. Amma təəssüf ki, bizdə kitab bazarı hələ ölgün vəziyyətdədir. Dövlətimizin rəhbərliyi yaradıcı adamları, yeri gəldikcə mükafat və mənzillə təmin edir. Düşünürəm ki, belə olan halda layıq olan (və olmayan) adamlar mənzil alırsa, mən niyə almayım? Üstəlik, yoxlayan olsa, bu adamların əksəriyyətinin bir neçə mənzili var və ortada düz-əməlli bir əsəri yoxdur. Halal xoşları olsun. Sonra, demək olar ki, dünyanın bütün ölkələrində yazıçı (və ya yaradıcılıq) təşkilatları (sindikatlar, birliklər, idarələr) qətiyyən yaradıcı adamlara ağıl və ya istedad “paylamaqla” məşğul olmur. Onların demək olar ki, əksəriyyətinin vəzifəsi yaradıcı adamların məişət şəraitinin yaxşılaşmasına diqqət yetirməkdir. Mən bununla bağlı havadan danışmıram, onlarla ölkənin müvafiq nizamnamələrini oxuyandan sonra fikir söyləyirəm.
– Deyirlər ki, bizdə 2500 yazıçı var, mənzil üçünsə 250 ərizə verilib. Cəmi 25 yazıçıya mənzil verilməsi nəzərdə tutulur. Buna münasibətiniz necədir?
– Münasibətim çox əladır. Əgər dogrudan da bizdə çox demirəm 25 nəfər fasiləsiz, məhsuldar, sistemli yaradıcılıqla məşğul olan normal yazıçı tapılsa, onların hərəsinə iki mənzil vermək lazımdır: biri onların ailəsi, digəri özü üçün. İndi məcburam öz yaradıcılığımın, daha doğrusu, əsərlərimin natamam siyahısını təqdim edim. Kimin fəaliyyəti nəyə layiqsə, qoy o da öz obyektiv qiymətini alsın.
Sözün qısası, nəşr olunmuş və tamaşaya qoyulmuş əsərlərimin natamam siyahısını bu müsahibəyə əlavə edirəm.
Kim istəsə buyurub tanış olar, fikir yürüdər. Hətta, tənqidi mülahizələr də söyləyə bilərlər.
Kitabların və oynanılmış pyeslərin siyahısını bir az da uzatmaq olar. Amma zənnimcə buna ehtiyac yoxdur.
– Müsahibəyə və əsərlərinizin təqdimatına görə sağ olun.
-Sizə də təşəkkür edirəm.
Söhbətləşdi: Sədaqət Kamal
Bədii əsərləri:
“Göyəm коllаrı” (“Gənclik” nəşriyyatı, 1985)
“Dünyаnın rəngi” (“Gənclik” nəşriyyatı, 1989)
“Кəhrəbа” (“Elm fondu”nun nəşri, 1997)
“Bəhruz-Vətənə sipər оğul” (“Azərbaycan” nəş., 1997)
“Çəhrаyı tunеl” (“Şur” nəşriyyatı, 1999)
“Теаtr mеydаnı” (“Çaşıoğlu”, 2001)
“Аdsız” (“Adiloğlu” nəşriyyatı, 2001
“Sifət” (“Araz” nəşriyyatı, 2002)
“Buz üstə sətirlər” (“Araz” nəşriyyatı, 2003)
“Коmеdiyаlаr” (“Araz” nəşriyyatı, 2004)
“Qаrа qutu” (“Araz” nəşriyyatı, 2006)
“Dəniz köçü” (“Araz” nəşriyyatı, 2006)
“Onluqlar” (“Araz” nəşriyyatı, 2008)
“. Qapı. ” (“MBM” nəşriyyatı, 2008)
“13 hekayə” (“MBM” nəşriyyatı, 2008)
“Müqəvva” (“MBM” nəşriyyatı, 2009)
“Monohekayələr” (“MBM” nəşriyyatı, 2009)
“Qapı” (“Araz” nəşriyyatı, 2009)
“Dəniz köçü” (9 nəşr) (“Nurlan”və “Araz” nəşriyyatı, 2009-10)
“Hekayələr” (“MBM” nəşriyyatı, 2009)
“At günü” (“MBM” nəşriyyatı, 2009)
“Monopyeslər” (“Araz” nəşriyyatı, 2010)
“Çardaqda zirzəmi” (“MBM” nəşriyyatı, 2011)
“Sklerozlar üçün yaddaş” (Araz” nəşriyyatı, 2011)
“Daş üstə yazılmış sətirlər”(dördlüklər) (“MTR group” nəşriyyatı, 2014)
“Ölü dildə sevgi məktubları” (“Zero”nəşriyyatı, 2014)
“Hekayələr” (“MBM” nəşriyyatı, 2015)
“Poetik səsləşmələr” (“Teatr” jurnalına əlavə, 2017)
“Seçilmiş əsərləri” (1-ci cild) (“MBM” nəşriyyatı, 2016)
“Seçilmiş əsərləri” (2-ci cild) (“MBM” nəşriyyatı, 2017)
“Kəhrəba”, (“MBM” nəşriyyatı, 2018)
“Qum saatı”, (“MBM” nəşriyyatı, 2018)
“NƏSR” (roman və povestlər) (“Renessans-A” nəşriyyarı, 2019)
“Ədəbiyyat və əbədiyyət” (“Renessans-A” nəşriyyarı, 2019)
“Əlahəzrət söz” (“Renessans-A” nəşriyyarı, 2019)
“Çardaqda zirzəmi” (“Renessans-A” nəşriyyarı, 2019)
“Bir filosofun deyimləri” (“Renessans-A” nəşriyyarı, 2019)
“Fəlsəfə işığında” (“Renessans-A” nəşriyyarı, 2019)
“Sehrbaz” (“Renessans-A” nəşriyyarı, 2019)
“Hekayələr” (“Renessans-A” nəşriyyarı, 2019)
“Mini.Mono.Makro. Hekayələr” (GreenPrint House” , 2021)
“Durna ovu” (Pyeslər). (GreenPrint House” , 2021)
“TriO” (Nəsr.roman.povest.hekayə) (GreenPrint House”, 2021)
“Kişiləri qotuyun”. (“Renessans-A” nəşriyyarı, 2021)
“Su pərisi”. (“Renessans-A” nəşriyyarı, 2021)
“On pyes”. (GreenPrint House” , 2021)
“AntiPoeziya” (“Renessans-A” nəşriyyarı, 2019)
“Sütun” (“Renessans-A” nəşriyyarı, 2021)
“Vernisaj” (“Renessans-A” nəşriyyarı, 2021)
“Poetik tərcümələr” (“Renessans-A” nəşriyyarı, 2021)
“Gündəliklər” (“Renessans-A” nəşriyyarı, 2022)
“Mono” (“Renessans-A” nəşriyyarı, 2022)
“Cənnət çiçəyi” (“Renessans-A” nəşriyyarı, 2022)
*Firuz Mustafanın yaradıcılığı haqqında yazılmış monoqrafiya, tədqiqat, məqalə, qeyd, esse və ona ithaf olunmuş poetik parçalar (4 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)
«Мир без граnиц» (“Diplomat” nəşriyyatı, 1999)
«Морское кочевье» (“Araz” nəşriyyatı, 2008, 164 s.)
«Пьесы» (“Nurlan” nəşriyyatı, 2008, 560 s.)
«…Дверь» (“Nurlan” nəşriyyatı, 2008, 384 s. )
«Фируз Мустафа в переводе Шахло Касумовой» («МВМ» nəşriyyatı , 2011, 120 s.)
«Манекен» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
«День лошади» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
«Подвал на крыше» (“MBM” nəşriyyatı nəşriyyatı, 2011)
«Поэтические ассоциации» (“Teatr” jurnalına əlavə, 2017)
«Парадоксальные пьесы» (Приложение к журналу «Театр», 2019)
«ПРОЗА» (романы. повести. hассказы) (“Renessans-A”.2019)
«Чародей» (пьесы) (“Renessans-A”.2019)
«ТриО» (Проза: роман.повесть.рассказ) (GreenPrint House” , 2021)
«Обо мне» (“Renessans-A”.2021)
*Фируз МУСТАФА “ ИЗБРАННОЕ”. (Избранное в 6-ти томаx) (“Renessans-A”.2020)
İngiliscə kitabları:
“A sea nomad” – (“Araz” nəşriyyatı, 2010)
“The Amber, a true friend”- (“Elm fondu”nun nəşri, 1997)
Tərcüмə etdiyi kitablar:
“Putin. Birinci şəxsdən” (“Diplomat” nəşриyyatı, 2000)
“Poeziya nümunələri” (Teatr jurnalına əlavə, 2012)
“Poetik tərcümələr” (“Renessans-A” nəşriyyarı, 2022)
Tərtib etdiyi kitablar:
«Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)
“Yaşamaq sənəti. Təbiətin resepti” (“Renessans-A” nəşriyyarı, 2019)
Rusiyada şap olunmuş kitabları:
“ Райский цветок ” (“Cənnət çiçəyi”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
« Подвал на крыше » (“Çardaqda zirzəmi”), Rusiya Federasiyası, Yekaterinburg., 2018
“Мир без границ” (“Sərhədsiz dünya”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
“Морское кочевье” (“Dəniz köçü”-rusca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
“Nomade Maritime” (“Dəniz köçü”-fransızca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
“A Sea Nomad” ((“Dəniz köçü”-ingiliscə), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
“ Дверь ” (“Qapı”), Rusiya Federasiyası, Yekaterinburq,. 2018
Türkiyədə nəşr olunmuş kitabları:
“Deniz kervanı” (“Asmaaltı Yayınevi”.,2022)
“Tarafsız bölge” ( “Anatolya kitab”., 2022)
“Savaş fasli” (“Renessans-A”., 2022)
İranda çap olunmuş kitabları:
“QAPI” romanı (Tehran., 2000)
“Çardaqda zirzəmi” (farsca) İran İR, Tehran, 2017
“Marian çökəkliyi” (farsca) İran İR, Tehran, 2017
“Dəniz köçü” (İran.Tehran. Ərəb əlifbası ilə Azərbaycan dilində)
Özbəkistanda nəşr olunan kitabı:
“Dengiz kochmanchıları” (“Dəniz köçü”-özbəkcə) Özbəkistan Respublikası, Dashkənd.,”İstiqlol nuri”, 2018
F.Mustafaya həsr olunmuş kitablar:
«Посвящается тебе, Фируз Мустафа» (toplu) (2012)
“Sənə həsr olunur, Firuz Mustafa” (toplu) (2012)
Sabir Bəşirov “Firuz Mustafa: idrakla hissin vəhdəti”. (Ədəbi portret-monoqrafiya) (2012)
Babək Qurbanov “Firuz Mustafanın yaradıcılığına baxış (Dörd bucaq)” (2012)
“Mənəvi tələbаtın inкişаf diаlеktiкаsı” (“Elm” nəşrиyyatı, 1985)
“Yеnidənqurmа və demоkrаtiyа şərаitində tələbə və şаgirdlərin hüquqi və mənəvi tərbiyəsinin fоrmаlаşmаsı” (“APİ-nin nəşriyyatı”, 1987)
“Sərhədsiz dünyа” (“Diplomat” nəşriyyatı, 1999)
“Мədəniyyəт və fəlsəfə”(“Araz” nəşriyyatı, 2005)
“Orta təhsil islahatları proqramlarının məzmun baxımından təhlili və qiymətləndirilməsi” (“MBM” nəşriyyatı, 2011)
“Qloballaşma və mədəniyyət”(“Araz” nəşriyyatı, 2011)
“Fəlsəfə işığında” (“RENESSANS-A” nəşriyyarı, 2019)
“Mənəvi tələbat və bədii mədəniyyət” (Doktorluq dissertasiyası) (“Renessans-A” nəşriyyarı, 2019)
*Seçilmiş əsərləri (40 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020-2022)
40 cildliyə daxil edilmiş əsərlərin siyahısı:
1-ci cild: Pyeslər
Monopyeslər; 2-ci cild: Pyeslər; 3-cü cild: Pyeslər; 4-cü cild: Pyeslər; 5-ci cild: Pyeslər; 6-cı cild: Pyeslər; 7-ci cild: Pyeslər; 8-ci cild: Pyeslər; 9-cu cild: Pyeslər; 10-cu cild: Pyeslər; 11-ci cild: Pyeslər; 12-ci cild: Pyeslər; 13-cü cild:
15-ci cild: Nəsr; Povest və hekayələr; 16-cı cild: Nəsr Hekayələr 17-cı cild: Nəsr
Hekayələr; 18-cı cild: Nəsr. Detektiv povestlər 19-cu cild: Nəsr Detektiv roman
20-ci cild: Nəsr Detektiv roman
21-ci cild: Poeziya: Dördlülər və onluqlar 22-ci cild: Poeziya Köhnədəbli şeirlər
23-cü cild: Fəlsəfə. Monoqrafiya 24-cü cild: Fəlsəfə Essse ve məqalələr. 25-ci cild: Fəlsəfə Dissertasiya
26-cı cild: Ədəbiyyatşünaslıq Məqalə və esselər 27-cı cild: Ədəbiyyatşünaslıq Məqalə və esselər 28-cı cild: Ədəbiyyat və incəsənət. Məqalə və esselər
29-cu cild: İncəsənət. Məqalələr
30-cu cild: Ədəbiyyat. Müsahibələr
31-ci cild: Ədəbiyyat. Dialoqlar və müsahibələr
32-ci cild: Sənət. Söhbət və müsahibələr
33-cü cild: Publisistika. Məqalələr
34-cü cild: Publisistika. Məqalələr
35-ci cild: Tərcümələr. Poeziya
36-ci cild: Deyimlər. Buz üstə yazılmış sətirlər
37-ci cild: Deyimlər. Fikirforlar
38-ci cild: Deyimlər. Etüdlər
39-cü cild: Gündəm. Xatirə, gündəlik, etüd
40-cı cild: Qeydlər. Etüdlər, eskizlər
Избранное в 6-ти томах
Том I Романы. Том II Повесть и рассказы. Tом III Пьесы.
Tом IV Пьесы. Том V Пьесы Том YI Философия.Поэзия.Афорзмы.
“Marsdan telefon zəngi” (bədii film) “Tədris-film”kinostudiyası, 2016
Teatrlarda tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri):
“Аğıllı Аdаm” – Аzərbаycаn Dövlət Gənclər Теаtrı
“Qəfəs” – Аzərbаycаn Dövlət Gənclər Теаtrı
“Таbut” – Аzərbаycаn Dövlət Gənclər Теаtrı
“Vidа mаrşı” – Аzərbаycаn Dövlət Gənclər Теаtrı
“Qаrа qutu” – Аzərbаycаn Dövlət Gənclər Теаtrı
“Su pərisi” – Аzərbаycаn Dövlət Gənclər Теаtrı
“Мüqəvvа” – Nахçıvаn Dövlət Мusiqili Коmеdiyа Теаtrı
“Аğıllı Аdаm” – Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
“Мusiqili məкtublаr”- Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
“Qadın həsrəti” (“Musiqili məktublar” pyesi əsasında) Şuşа Dövlət МKT
“İlğım”- Lənkərаn Dövlət Drаm Tеаtrı
“Sеvməsən ölərəm”- Аğdаm Dövlət Drаm Tеаtrı
“Мüqəvvа”- «Yuğ» Dövlət Tеаtrı”
“Мüqəvvа”- Tədris Teatrı
“Musiqili məktublar”- Tədris Teatrı
“Ifritə”- Tədris Teatrı
“Əqrəb bürcü”- Tədris Teatrı
”Аyı təbəssümü”- Füzuli Dövlət Drаm Tеаtrı
“Dəhliz” – Мingəçеvir Dövlət Drаm Tеаtrı
“Adsız”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
“Vida marşı”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
“Sənə sözüm vаr”- Qаzах Dövlət Drаm Tеаtrı
“Qаrışqа tələsi “- Qаzах Dövlət Drаm Tеаtrı
“Neytral zona” – Qаzах Dövlət Drаm Tеаtrı
“Аdsız”- İrəvаn Dövlət Drаm Tеаtrı
“Əqrəb bürcü”- Sumqаyıt Dövlət Drаm Tеаtrı
“Tələ” – Sumqаyıt Dövlət Drаm Tеаtrı
“Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
“Аdsız”- Gənc Tаmаşаçılаr Tеаtrı
“Qadın həsrəti” (“Musiqili məktublar” pyesi əsasında)- GTT
”Аyı təbəssümü”- Qusar Ləzgi Dövlət Dram teatrı
“Vidа mаrşı” – Gəncə Dövlət Drаm Tеаtrı
“Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
“Pələng ili”- Gənc Tаmаşаçılаr Tеаtrı
“Sehrbaz” –Bakı Bələdiyyə Teatrı
“Maniken” (Müqəvva)- Rus Dövlət dram teatrı (Azərbaycanvə S-t Pet))
Xarci ölkələrdə tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri)
“Мüqəvvа”- «Oda» Tеаtrı (Türkiyə Respublikası)
“Neytral zona” – Dərbənd Azərbaycan Dövlət Dram teatrı (Rusiya Fedreasiyası)
“Sahibsiz adam” –KrımTatar Akademik Dövlət Musiqili Dram Teatrı
“Ağıllı Adam” – Dərbənd Azərbaycan Dövlət Dram teatrı (Rusiya Fedreasiyası).
Povest-pritça firuz Mustafa Tebriz-Turuz-2012
Tuqay yenə əyilib Şəhlanın üzünə baxdı: qız hələ də yuxuda gülümsəyirdi. Şəhla bu anlarda bir neçə gün əvvəlki qəribə, yarımçıq yuxusunun davamını görürdü; görürdü ki, lacivərd sulara səpələnmiş rəngbərəng güllər indi Tuqayın qayığının arxasınca üzüb gedir. Və bu qəribə yuxuda Şəhla başını Tuqayın çiyninə qoyub nədənsə ağlayırdı. Sanki qızın gözlərindən leysan axırdı; bu, bəlkə də sevincin gətirdiyi göz yaşları idi. Hə, bir də kı, adətən, yuxularda çox şey tərsinə olur.
Göyün sinəsinə sancılmış qızılı Ay, bu anlarda özünün dənizdə yuyunan əksinə baхıb хumarlanırdı.
Indi bu ucsuz-bucaqsız su səltənəti nəhəng bir səhranı хatırladırdı. Qayıq bu səhrada karvandan aralı düşmüş yоrğun dəvə kimi ağır-ağır irəliləyirdi. Arabir qayığın sinəsini öpüb kеçən kiçik dalğalarsa bоmbоz qum səhrasında qıvrılan qum ləpələrinə bənzəyirdi.
Еlə bil ki, balaca bir köç uzun, ağır bir səfərdən gеri dönürdü. Bu, müqəddəs ziyarətdən qayıdan zəvvar köçünə də bənzəyirdi.
Bu köç, dəniz köçü idi.
Bir azdan Günəş dоğacaqdı.
Dəniz köçü qızaran dan yеrinə dоğru üzürdü.
Artıq dəniz də mürgüləyirdi.
Mənim sizə söyləmək istədiyim bu qеyri-adi əhvalat baх buradaca başa çatır.
Dоğrusu, bu hadisəni mənə başqa adam- qоca bir balıqçı danışıb. Biz оnunla dəniz sahilində balıq tutarkən tanış оlmuşduq. Nədənsə, onda mənə еlə gəldi ki, bu əhvalat nə vaxtsa elə оnun öz başına gəlib. Çünki. Mən хudahafizləşib qоcadan ayrılanda, о, avar kürəyi kimi iri, möhkəm əlini irəli uzadıb astadan öz adını dеdi:
Mən qоcadan ayrıldım.
Həmin vaхtdan bəri, о dəniz köçü, görünməz rəssam əlinin çəkdiyi füsunkar bir tablо kimi mənim gözlərimin önündən asılıb.
Bəli, dünyada dəniz köçü də оlurmuş.
nasir, dramaturq, filosof , esseist
Müxtəlif dillərdə nəşr olunmuş 40-dan çox kitabın müəllifidir. Teatrlarda onun onlarla pyesinə quruluş verilmişdir.
“Dəniz koçü” əsəri insan və təbiət arasındakı qarşılıqlı harmoniyadan və həssas daterminist əlaqədən bəhs edir.
Gərgin süjet xəttinə malik olan povest-pritçada baş verən gözlənilməz hadisələr sürətli kino kadrları kimi bir-birini əvəz edir.
Əminik ki, geniş oxucu auditoriyasına ünvanlanmış “Dəniz köçü” əsərini yaşından asılı olmayaraq, 7-dən 77-yə qədər, bütün kitabsevərlər maraqla oxuyacaqlar.
Firuz Mustafanın povestinin əks-sədası
Firuz Mustafa 40-dan çox bədii və elmi kitabın müəllifidir. Müxtəlif dövlət teatrlarında onun onlarla pyesinə quruluş verilmişdir.
“Dəniz köçü” adlı povest-pritçası yazıçının yaradıcılığında xüsusi yer tutur.
2005-ci ildə “Ulduz” jurnalının 12-ci sayında nəşr edilən bu əsər, bir il sonra (2006-cı ildə) İ. İsmayılova və D. Gərəkməzlinin tərcüməsində rus dilində “Zerkalo” qəzetində nəşr olunub. Sonrakı illərdə dillərində bir neçə dəfə “Araz”, “Nurlan”, “BMB” nəşriyyatlarında kitab şəklində nəşr olunub.
Müəllif həmin əsərə görə 2009-cu ildə “Humay” mükafatına layiq görülmüşdür.
“Dəniz köçü” nəşr olunduğu ilk vaxtdan ədəbi tənqidin diqqətini cəlb etmişdir. Bir sıra görkəmla Azərbaycan yazıçı və ədəbiyyatşünasları (C.Əlibəyov, İ.Tapdıq, İ.Abbasov, H.Hüseynova vəs.) povest-pritça ilə bağlı mətbuatda təqdiredici yazılarla çıxış etmişlər.
2009-cu ildə Rusiyanın məşhur “proza.ru” ədəbi saytında yerləşdirilən həmin əsər tezliklə özünün “yeni həyatını” yaşamağa başlamışdır. Əsər alman, fransız, ingilis və s. dillərə tərcüqmə olunmuşdur.
“Dəniz köçü” ilə bağlı yazıçının ünvanına dünyanın müxtəlif ölkələrindən çoxlu sayda məktublar gəlməkdədır.
Biz əsərlə bağlı rəylərin bir qismini oxucularımıza təqdim edirik.
***
“Mən Firuz Mustafanın yaradıcılığı timsalında Azərbaycan ədəbiyyatına və xarakterinə bir daha vuruldum və qərara aldım ki, onun əsərlərini orijinaldan oxuyum. Və buna nail oldum. Azərbaycan dili necə şirin, zəngin və əsrarəngizdir! İndi bu dildən tərcümələr edirəm. Mən Firuz Mustafanın “Mustəqil İnformasiya Agentliyi”nin saytında yetləşdirilən bütün yazılarını rus və özbək dillərinə çevirdim. Bu yazılar mənə çox doğmadır.”
Şahlo Kasumova
“Hörmətli Firuz Mustafa, Siz parlaq bir pritça yazmısınız. Təbiətlə insanın əlaqəsi qarşılıqlı xeyirxahlığa əsaslanmalıdır. Nə yaxşı ki, Siz bu humanist ideyanı insanlara çatdırmaq istəyirsiniz. Əsərinizi maraqla oxudum, Sizin bütün qəhrəmanlarınızın əvəzinə həyəcanlı hisslər keçirdim. Sizə təbiətin özü kimi sadə və səmimi olan bu maraqlı əsərə görə təşəkkür edirəm.”
İrina Qrisuk-Qalitskaya
(nasir)
“Olduqca gözəl fəlsəfi pritçadır. Əsərdə gözəl dil, mətnaltı dərinlik, poetik obrazlar var. Pritçanın zirvəsi- yeganə oğlunun geri qayitması üçün ananın dənizə dua etməsidir. Misilsiz bir yazıdır. Akula ilə qartalın döyüş səhnəsinin elə bir dərin fəlsəfi vəhdəti var ki, onu “Qoca və dəniz”dəki qoca və balıqla müqayisə etmək olar. Əsərdən doğan məna belədir: sər həmişə cəzalandırılacaq, doğru yol sahibi isə öz doğma evinə dönəcək. Əsərin tərcüməsi də çox gözəldir.”
Yulya Molçanova
“Mən sarsılmışam. İnsanın xeyirxahlığa olan bütün inamını özünə hopdurmuş bu ciddi və gözəl pritça-hekayəni daxilən yaşadım. Sanki bu hadisəni mənə canına və yaddaşına dənizin, balığın qoxusu hopmuş, sifətini qırışlar doğrayan qoca dənizçi danışdı.
Çox sağ olun, batano Firuz.”
Nino Sakvareladze
(gürcü yazıçısı və riyaziyyatçısı)
“Yer üzündə yaşayan hər bir canlı üçün yaxşılıq et , o, etdiklərinin əvəzini sənə qaytaracaq. Bu, böyük ürəyi və xeyirxah qəlbi olan müdrik bir insanın yazdığı olduqca müdrik bir pritçadır.”
Lyubov Lyubov
“Sizin bu əsəriniz olduqca fəlsəfi bir mahiyyət kəsb edir və istər-istəməz adamı başqa əsərlərinizi də oxumağa sövq edir.”
Viktor Xajilov
“ Heyrətamiz dərəcədə gözəl əsərdir. Heminqueylə müqayisə etmək olar.”
F. Passo
“Olduqca gözəl və insanidir.”
L. İşbulatova
“Sizin əsəriniz insanı heyrətə gətirir.”
Taisiya İrs
“. Bütün canlıların həyatı bir-birinə oxşayır.
. Kainatda zərrədən külləcən hər şey təbiətin vahid qanunları ilə yaşayır.
. Şərdən şər, xeyirdən xeyir doğur.
Mənə elə gəlir ki, Sizin bu fikirləriniz əsərin açarıdır.
Siz tamamilə haqlısınız: həqiqətən, insanlar hələ bir çox mətləblərin mahiyyətini öyrənə bilməyiblər.”
Lena Sever
“Qeyri-adi dərəcədə gözəldir; çoxdandır ki, bu cür əsər oxumurdum.
Mən istərdim ki, Sizin bu əsəriniz uşaq və gənclər üçün ixtisaslaşmış çox mötəbər nəşriyyatlardan birində sap olnaydı.”
Vladimir Taşpetov
“Çox poetik bir pritçadır.
“Tuqay, oğlum, haradasan?”-nidası bir nəqərat kimi adamın qulağında səslənir.
Dəniz köçü- qeyri-adi, fəlsəfi mahiyyət daşıyan gözəl bir dildə qələmə alınmış əsərdir.
P.S. İntəhasız dərəcədə gözəl bir əsərdir. Dilinin zənginliyi adamı heyrətə gətirir.”
Yelena Çernışeva
“Olduqca gözəl əsərdir, olduqca.
Alyona Dançenko
“. məzmununa görə qeyri-adidir, ilk dəfədir ki, belə bir süjetlə tanış oluram. Olduqca gözəl, romantik əsərdir. Bu cür dostları olan insan xoşbəxtdir. Ana və qız obrazı sadəcə olaraq klassikadır. Düzdür, bəzi yerləri təzədən işləmək olar. Məsələn, həddindən artıq müasir sözlərə rast gəlirik ki, bu da qədim dövrün üslubu ilə harmoniya yaratmır. Maraqla oxudum. Çox sağ olun. Qeydlərə görəsə inciməyin. Bu, mənim şəxsi qeydlərimdir.”
Anna Yerşova
“Misilsiz dərəcədə gözəl əsərdir. Bu, tərcümədirmi? Çox xoşuma gəldi.
Sağ olun. Ehtiramla.”
Aleksandra Ploxova
“Dostluq və məhəbbət haqqında adamı titrədən bir odadır. Əsl dostluq, sədaqət, ana məhəbbəti, sevimli qadına məhəbbət möcüzələr yaratmağa qadirdir. Eşq olsun Sizə!”
Saule Karabayeva
“Hörmətli Firuz Mustafa, bu gözəl pritçani böyük bir həvəslə oxudum. Etiraf edim ki, mən bu əsəri oxumağa başlayarkən düşünürdüm ki, o, həcmcə böyükdür; hətta, qorxuya düşdüm. Amma sanki əsəri oxumağa başlamağımla başa çatdırmağım bir göz qırpımında oldu. Bunu da etiraf edim ki, oxuduqca, hətta, mənim sifətimə göz yaşları ilə birgə təbəssüm də yayılırdı. Mən bu əsəri oxumaqdan böyük ləzzət aldım. Çoxdan idi ki, bu cür ağıllı-düşündürücü əsər oxumamışdım. Deyim ki, az qala mən Sizin bütün fikirlərinizlə şərikəm.(. ) Mən də belə bir qənaətdəyəm ki, bir vaxt gələcək- insanlar təbiəti və canlı aləmi öyrənərək onlarla vəhdətdə yaşayacaqlar. İndinin özündə elə adamlar var ki, onlar ağacların necə ağladığını eşidir, bitkilərlə söhbət edirlər. Mən inanmaq istərdim ki, məhəbbət və dostluğun hər şeydən yüksək olduğu bir zaman gələndə zəka-ağıl iddiaların (ambisiyaların) üzərində qələbə çalacaq. Yalnız məhəbbətə və dostluğa sədaqətinə görədir ki, əsərinizin baş qəhrəmanı sonacan çətinliklərə sinə gərir, düşmən üzərində qələbə çalır.”
Yevgeniya Şendrika
“Gözəl poetik pritça- “Dəniz köçü” mənim hədsiz dərəcədə xoşuma gəldi. Bu dünyada hər bir canlının öz səsi var. Hətta, kədərin və sevincin də öz səsi var. Sizin bu fikirləriniz isə məni olduqca məmnun etdi.
Əsərin qəhrəmanı Tuqay çox xeyirxah bir insandır və elədikləri xoş əməllərin əvəzində xeyirxahlıqla üzləşir.
P.S. Sizin pritçada mənim daha çox bəyənib təqdir etdiyim məsələ, qəhrəmanların bir-birini anlayıb dərk etməsidir. Əsərin qəhrəmanları isə insanlar və digər canlılardır. Amma bəzən həyatda insanlar belə, bir-birini başa düşmürlər. Bu, çox kədərli haldır.”
Yelena Kazyanina
“. necə də əsrarəngiz bir əhvalatdır.
Çox maraqla, məmnunluq hissi ilə oxudum.
Kaş ki, hər kəsin həyatda Tuqayın “dostları” kimi sədaqətli dostlar olaydı.
Hədsiz dərəcədə bəyəndim.
Valentina Mixaylova
“Maraqlı və parlaq bir əsərdir!
Qoy yaradıclılğınız daim çiçəklənsin.”
Svetlana Şimanskaya
“Olduqca təsirli və gözəl bir əsərdir. Qoy sizin ədəbi yaradıcılığınıza səadət gülümsəsin. ”
Lüçana Azarova
“ Sizin əsəriniz hədsiz dərəcədə xoşuma gəldi və məni çox təsirləndirdi.”
S. Tan
“Dəniz köçü”nü çox böyük bir maraq hissi ilə oxudum. Sağ olun.
Svetlana Qromina
“Mənim bu günkü axşamım məhz Sizin sayənizdə qeyri-adi dərəcədə gözəl keçdi. Mən bu əsəri oxuduqca sifətimdə göz yaşları gilələnirdi. Yox, mən qətiyyən sadəlövh bir qiz deyiləm, kifayət qədər təcrübəli insanam. Firuz Mustafa, Sizin qəlbinizdə nə qədər xeyirxahlıq, ülvilik, işıq vardır. Siz Həqiqətə necə də yaxinsız. Çoxdan, lap çoxdan mən belə işıq və həyəcanla dolu əsər oxuyub sevinməmişdim; orada sıralanmış sətirləri oxuduqca özümü məbəddəki kimi hiss edirdim- ürəyimə bir yüngüllük və işıq axırdı.
Allah Sizin canınızı sağ və sağlam etsin- sağlamlığın çoxluğundan heç kəsə ziyan gəlməz; qalan şeylər isə elə öz qədərində olsa bəsdir.”
Lyudmila Kurışeva
“ Hekayət xeyirxahlıq üzərində köklənib. Onun başlıca məğzi ondan ibarətdir ki, su, torpaq və səmanın vəhdəti – bizim planetimizin başlıca mahiyyətidir.”
Artem Qriqorens
(Rusiya)
“Olduqca əsrarəngiz bir əhvalatdır. Çox böyük bir ləzzətlə oxudum və hətta, bu povesti bir bir kino əsəri- triler kimi təsəvvür etdim. Əsərdəki fikirlər mənim dünya haqqındakı təsəvvürlərimlə üst-üstə düşür. Hətta, bəzən maşın işə düşməyəndə mən tam ciddiyyətlə ona dil tökürəm ki, belə etməsin, hərəkətə gəlsin.
Prodüser axtarın! Mən bu sözləri Sizə tamamilə ciddi bir şəkildə deyirəm.
P.S. Bu dünyada Sizin qələmə aldığınız səviyyədə müdrik və xeyirxahlıq dolu hekayətlər yoxdur. Ən başlıcası da odur ki, çox ustalıqla yazırsınız.
Sizə yeni uğurlar arzulayıram.”
Marina Xovanskaya
“Mən indi Sizin əsərinizdən daha çox , mənim özümün dərk etdiyim bir şəkildə, Sizin daxili aləminizdən söz açmaq istəyirəm. Çünki hər bir əsərdə hər bir yaradıcı adam öz daxili aləmini bu və ya digər şəkildə açır, onu narahat edən, ilgiləndirən cari və gələcək məsələlrdən danışır.
Mən əsərinizi oxuyarkən şəxsən Sizin özünüzün xeyirin şər qüvvələr üzərindəki təntənəli qələbəsinə olan təmiz və işıqlı inamınızı çox aydın hiss etdim. Bu, çox sevindirici bir haldır ki, bu qəliz zəmanədə işıq şüası zülməti yarır.
Mən Sizə yaradıcılıq uğurları, həmişə belə işıqlı fikirlər arzu edirəm.
Valentina Karpova
(Rusiya)
Mən bütün qəlbimlə sənə, belə gözəl bir əsər yaratdiğina ğörə sağ ol deyirəm. Mən onu oxuyarkən bütün varlığım Gözəllik, Təmizlik, Harmoniya və Məhəbbət şəfəqlərində yuyundu.
Natalya Kolopenyuk
Bu əsər müasir Azərbaycan ədəbiyyatı haqqinda təsəvvür yaradır… O ədəbiyyata eşq olsun!
Hal-hazırda filmlər animatorlar tərəfindən fərdi qaydada çəkilir. Qoy oxucular arasında multfilm çəkməyi bacaranlar varsa bu əsərəmüraciət etsinlər.
P.S. …canlı aləmə bələd olanların qeydləri: dəqiq bilinir ki, böyük quşların əksəriyyəti (və itlər) tibbi müayinədən keçirilərkən əllərini insanlara uzadırlar. Balıqlar həqiqətən digər canlılarla ünsiyyətəgirir, öz adları ilə çağırıldıqlarını anlayır və drassirovka olunurlar. Vəhşilərin dilini anlamaq asandır, bu, onların digər mürəkkəb və təhlükəli canlılarla -məsələn, insanlarla – ünsiyyət yaratmasında bir mərhələdir. Buna görə də uşaqlar təbii olaraq heyvanlarla dostluq etməyə can arırlar, çünku bu, asandır və onların inkişaf səviyyəsinə uyğundur.
“Vek İskusstva”
“Mən Sizin əsərlərinizi oxuyarkən onlarda həmişə dərin fikirlər tapıram.Biz adətən bizi kimlərin əhatə etdiyi və onların bizi nə üçün dərk etdikləri barədə düşünmürük.
Mən Sizin yaradıcılığınıza mütləq yenidən qayıdacağam.
Sağ olun, ehtiramla…”
Taliya Abitova
“Firuz Mustafanın “Dəniz köçü” əsəri dostluq və məhəbbətin hər şeyə qadir olduğunu göstərən bir hekayətdir. Əsərin qəhrəmanı Tuqay, Ananın fəxr etdiyi gözəl oğul, habelə öz dostlarının (Yaqut Ayqut və Qayutun) güvəndiyi sədaqətli dostdur. Mənim xoşuma xüsusilə ananın oğula olan sonsuz məhəbbəti və o məhəbbəti ifadə edən dualar oldu; Tuqayın dənizdən sağ-salamat qayıtması uçun oxunan həmin dualar zənn edirəm ki, bir çox anaların ürəyində əks-səda verib. Bu əsəri oxuyarkən istər-istəməz Heminqueyi və onun “Dəniz və qoca” əsərini xatırlamalı olursan. Canlıların personajı, onların qorxu və Tuqayın sağqalacağına olan inamı çox ekspressiv və xüsusi bir məharətlə qələmə alınmışdır.
Madina Ibadova
“Gözəl və ibrətamiz bir pritçadır. Bu əsərdə çoxlu simvol və metoforalar vardır.”
“. inanılmaz dəcədə gözəl əsərdir.
. mən böyü həyəcan və heyrət içindəyəm.
. nə yaxşı ki, bu əsəri oxudum.”
Mariya Maqdalina Kostadinova.
(Bolqaristan)
“Nice story. Glad to see you here, cos i’m too from Azerbaijan. Do you live there now? or actually was born there?
P.S.
Sevil Əzizbəyova
“Olduqca həyəcan doğuran və insanı düşündürən bir hekayətdir”.
Kifayət Zeynalova
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Comments are closed, but trackbacks and pingbacks are open.