Press "Enter" to skip to content

Müasir döVRÜn qlobal problemlərinin təSNİfati

3. Qlobal ekoloji problemlər.

Fizika Problemləri İnstitutunun 10 illik yubileyi qeyd olunub (FOTO)

Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri İnstitutunun yaranmasının 10-cu ildönümünə həsr olunmuş “Fizikanın müasir problemləri” adlı 9-cu beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Trend-i buradan izləyin

Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri İnstitutunun yaranmasının 10-cu ildönümünə həsr olunmuş “Fizikanın müasir problemləri” adlı 9-cu beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, konfransı açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov onun əhəmiyyətini qeyd edərək bildirib ki, konfrans elmin müxtəlif sahələrinin kəşisməsində aparılan tədqiqatların səmərəliliyinin artmasına öz töhfəsini verəcək.

Konfransa respublikanın bütün ali məktəblərindən, AMEA-nın institutlarından məqalələr daxil olduğunu deyən rektor onu da bildirib ki, konfransı 20-yə qədər xarici mütəxəssis onlayn müşahidə edəcək. O da məlum olub ki, konfransa Türkiyə, Rusiya, ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Pakistan, Monteneqro, Makedoniya və Polşanın aparıcı elmi müəssisələri və ali məktəblərindən 30-dək elmi məqalə göndərilib.

Müasir döVRÜn qlobal problemlərinin təSNİfati

1. Müasir dövrdə tarixin tərəqqisi bəşəriyyəti elə qlobal- sosial problemlər qarşı-sında qoymuşdur ki, onların həllinin keçikdirilməsi bütövlükdə bəşəriyyətin özünün mövcudluğunun təhlükə altına alınması, dünya sivilizasiyasının naliyyətlərinin məhv olması demək olardı. Müasir dünya mürəkkəbdir, bir-birilə mübarizə aparan meyillərlə aşılanmış, zidiyyətlərlə doludur. Dünyamız həyacanlar və ümidlər dünyasıdır. Yer kürəsi heç bir zaman bu cür siyasi və fiziki yük ağırlığına məruz qalmamışdır. İnsan heç vaxt təbiətdən bu qədər bac almamış, onu çıxılmaz fəlakətlərə dücar etməmiş və özü yaratdığı vasitələr qarşısında bu qədər aciz qalmamışdır.

Deməli, insanın təbiət və cəmiyyətdən daha çox mənfəət götürmək hərişliyi ol-duqca kəskin və mürəkkəb iqtisadi, sosial-mənəvi, siyasi, hərbi, müdafiə, əhali, təbiətin mühafizəsi və s. problemlər doğurmuşdur ki, onlar da qlobal problemlər adlanır. De-məli, müasir dövrdə bəşəriyyətin mövcudluğu üçün mühüm əhəmiyyət kəsb edən və ictimai tərəqqinin ondan asılı olduğu problemlərin məcmusu qlobal problemlər adlanır. Məs. dünya istilik nüvə müharibəsi təhlükəsinin qarşısını almaq və sülh şəraitinin təmin edilməsi; insanların həyat səviyyəsinin yüksəldilməsi və gəlir fərqlərinin silin-məsi , yer kürəsində işsizlik, aclıq, savadsızlıq və s. təhlükənin aradan qaldırılması, əhalinin sürətlə artması, onların tələbatının ödənilməsi, “demoqrafik partlayışın” tən-zim ediməsi, ətraf mühitin, havanın, suyun, atmosferin çirkləndirilməsinin qarşısının alınması, bəşəriyyətin ərzaq və sənaye məhsullarına, enerji mənbələrinə artan tələbatı-nın ödənilməsi, ETİ-in dağıdıcı, mənfi nəticələrinin aradan qaldırılması və s. müasir dövrün qlobal problemlərinə misal göstərmək olar. Həmin problemlər insanın təbiətdən tamahkarlıqla istifadə etməsinin, ETT –nin daha çox mənfəət götürmək məqsədinə tabe edilməsinin, təbiətin geoloji və bioloji qanunauyğunluqlarına məhəl qoyulmamasının, ictimai inkişafda kortəbiilik və təsərrüfat quruculuğunda pozğunluq və anarxiyanın olması, hərbiləşdirmənin və s. nəticəsidir. Başqa sözlə , müasir dövrün problemləri- XX əsrin 2-ci yarısındakı sosial-iqtisadi inkişafın və ETT-nin kortəbiiliyinin təbii-tarixi nəticəsidir.

Beləliklə, müasir dövr elə qlobal problemlər qarşısındadır ki, onların həll edilməsi bütün dövlət və millətlərin, yer kürəsinin bütün xalqlarının birləşməsini, onların birgə səyini tələb edir. Ümumbəşəri, qlobal problemləri bir dövlətin və ya dövlətlər qrupu-nun qüvvəsi ilə həll etmək olmaz. Burada ümumdünya miqyasında əməkdaşlıq, qarşı-lıqlı fəaliyyət zəruridir. Yaşadığımız dövrün tələbi belədir.

Deməli hazırda bəşəriyyətin mövcudluğu üçün qlobal təhlükə yaranmışdır ki, heç bir dövlət, heç bir millət ondan kənarda qala bilməz. Bu qlobal təhlükə bəşəriyyətin qlobal vəhdətini, qlobal siyasət yürüdülməsini, planetar birlik, birgə mübarizə tələb edir.

Hər cür geniş şəhatəli hadisələri “qlobal” adlandırmaq olmaz. Burada müxtəlif mövqelər mövcuddur. “Qlobal” problemlərin meyarı müxtəlif şəkildə təhlil olunur. Birinci mövqeyə görə “qlobal problemlər” aşağıdakı meyarlarla müəyyən olunur:

a) miqyası v\ə əhəmiyyətinə görə ən geniş , bütün dünya ölkələrini əhatə edən; b) bütün sahələri əhatə edən; v) ümumbəşəri, planetar səciyyə daşıyanş

İkinci mövqeyə görə “qlobal problemlər” üçün dörd cəhət əsas götürülməlidir: a) o hadisələr “qlobal” xarakter daşıyır ki, onlar ictimai tərəqqiyə mane olur və siviliza-siyanı məhv etmək təhlükəsi yaradırlar; b) onlar bütün xalqların, dövlətlərin və bütün bəşəriyyətin mənafeyinə toxunurlar; v) onlar özlərində ictimai və təbii prosesləri bir-ləşdirərək, sosial- təbii və biososial mahiyyət daşıyırlar; q) onların həll edilməsi bey-nəlxalq əməkdaşlıq tələb edir.

Müasir dövrdə qlobal problemləri belə qrublaşdırmaq olar: a) planetar, bəşəri, təhlükə doğuran ictimai-iqtisadi, sosial-siyasi qlobal problemlər: müharibə və sülh problemləri , hərbiləşmə, iqtisadi fəlakətlər: aclıq, işsizlik, mənzilsizlik, əhali təbəqələri arasında gəlir fərqlərinin kəskin sürətdə artması, siyasi idarəçilik və tənzimləmə zid-diyyətləri və s.; b) planetar təbii təhlükə doğuran qlobal problemlər: təbiətin mühafizə-si və ondan səmərəli istifadə edilməsində törədilmiş bəşəri problemlər: yer altı və yer-üstü sərvətlərin, dəniz və okenaların sərvətlərinin tükənməsi təhlükəsi, təbii yaşayış vasitələrinin: torpaq, su, hava, meşə, atmosfer və s. çirkləndirilib yararsız hala salın-ması, enerji mənbələrinin tükənmək təhlükəsi vəs. v) əhali artımı və mənəvi tənəzzüllə bağlı meydana çıxan demoqrafik- mənəvi qlobal problemlər: əhalinin sürətlə artması və yaşayış vasitələrinin isə zəif inkişaf etməsi, insanların ərzaq və zənaye malları ilə təmin olunmasındakı böhranlı vəziyyət, “demoqrafik partlayış”, elmi-texniki tərəqqinin doğurduğu neqativ sosial-mənəvi nəticələr , bəşəriyyətin gələcəyi üçün yaranmış ümidsizlik və mənəvi tənəzzül və s.

2. Qlobal müharibə və sülh problemləri.

Hazırda bəşəriyyət bütün Yer kürəsini məhv edəcək dünya raket-nüvə müharibəsi təhlükəsi doğurmuşdur. Hələ müəyyən dairələrdə həmin təhlükəni artırmağa, mühari-bələr vasitəsilə öz ərazilərini genişləndirməyə çalışanlar, “ulduz müharibələri” proq-ramları hazırlayanlar, kosmosdan müharibə məqsədilə istifadə etməyə çalışan qüvvələr az deyildir. Odur ki, bütün dünyanın sülhsevər qüvvələri birləşməli, sülhün və təhlükə-sizliyin təmin edilməsi uğrunda fəal mübarizəyə qoşulmalıdırlar.

Müharibə -dövlətlər və xalqlar arasında aparılan mütəşəkkil silahlı mübarizədir, siyasətin zor vasitəsilə silah gücünə həyata keçirilməsidir. İbtidai cəmiyyətdə qəbilə və tayfalar arasında da müəyyən müharibələrin olmasına baxmayaraq, müharibələr məna-feləri bir-birinə zidd olan dövlətlərin və siniflərin meydana çıxması nəticəsində siya-sətin silah gücünə həyata keçirilməsi vasitəsi kimi əmələ gəlmişdir. Müharibə vasitəsi kimi xüsusi mütəşəkkil qüvvə-ordu formalaşmışdır. Müharibə siyasətlə əlaqədar olsa da, müharibə yalnız siyasi hadisə deyildir, o həmçinin “siyasətin əsil silahıdır”, siyasi münasibətlərin həyata keçirilən davamıdır.

Deməli, müharibə- güc işlətməyin müəyyən formasıdır. Müharibələr siyasi güc göstərməyin, siyasətin xüsusi formada həyata keçirilməsidir, siyasətin davamıdır. Mü-haribələri iki qrupa ayırmaq olar: ədalətli və ədalətsiz , işgalçı və müdafiə müharibə-ləri. İşgalçılıq məqsədi daşımayan, öz ölkəsinin azadlığı və istiqlaliyyəti uğrunda hə-yata keçirilən müharibələr ədalətlidir. Başqa- dövlətlərin ərazisini qarət etmək, başqa xalq və millətləri əsarət altına almaq uğrunda aparılan müharibələr isə ədalətsiz müha-ribələrdir. Bəzən ədalətli müharibələr ədalətsiz müharibələrə çevirilə bilər. Məs. Napo-leonun apardığı müharibələr əvvəlcə Fransanın azadlığı uğrunda ədalətli müharibə idi, sonra isə o, Fransanın ərazilərindən kənara çıxmaqla başqa əraziləri zəbt etməklə ədalətsiz müharibəyə çevrildi.

Müharibələr bəşəriyyətə ölüm, fəlakət və dağıntı gətirdiyi üçün onun qarşısının alınması həmişə çox mühüm dünyagörüşü və fəlsəfi- qlobal problem olmuşdur. Qədim Yunan filosofu Heraklit ədalətsiz müharibələrə qarşı çıxaraq demişdir: “Müharibə, hər şeyin allahı və hər şeyin şahidir. O, birini qul, digərini isə ağa, azad insan edir”. İnti-bah dövrünün humanistləri, XVIII əsr fransız maarifçiləri, Kant və b. müharibələrə cid-dii etraz etmişlər , sülhü təmin etmək üçün konkret fikirlər söyləmişlər. Lakin onlar müharibələrin obyektiv sosial-siyasi əsaslarını düzgün göstərə bilməmişlər.

Müharibələr bəşəriyyətə həmişə fəlakət gətirmişdir.

Yer üzərində qədim dövrlərdən 1980-ci illərə qədər 14.550 böyük və kiçik miq-yaslı müharibələr olmuşdur. İki dünya müharibələri də buraya daxildir. Həmin müha-ribələrdə ölənlərin, aclıq və xəstəliklərdən məhv olanların sayı 3,6 milyard nəfərdir. İki dünya müharibəsi nəticəsində isə 130 milyondan çox insan tələf olmuşdur. Təkcə 2-ci dünya müharibəsində təqribən 82 milyon nəfərdən çox insan məhv edilmiş, minlərlə şəhər və yüz minlərlə yaşayış məntəqəsi tamamilə dağdılmışdır.

Müasir elmi-texniki naliyyətlərin hərbi məqsədlərə tabe edildiyi dövrdə mühari-bələr daha dağdıcı xarakter alır. Müasir səraitdə müharibələr üçün bir sıra obyektiv sosial-iqtisadi və siyasi səbəblər qalsa da, müharibənin qarşısını almaq da mümkündür. Bu məqsədlə hazırda ən dəhşətli istilik-nüvə müharibələrinin (bu zaman Yer üzərin-dəki bütün canlılar, bütün maddi aləmin məhv olması təhlükəsi vardır) qarşısını almaq üçün bütün mütərəqqi qüvvələri öz səylərini birləşdirməlidir. Dünyanın sülhsevər qüv-vələri birləşərək sülhü qoruyub saxlamaq və müharibənin qarşısını almaq imkanı yara-dır. Sülhün qorunub saxlanması üçün yeni siyasi təfəkkürün başlıca tələbləri bunlardır; istilik- nüvə müharibəsinin qarşısını almaq, kosmosdan dinc məqsədlər üçün istifadə etmək, müxtəlif sosial- iqtisadi quruluşlu ölkələrin dinc yanaşı yaşaması; sürətlə silah-lanmanın dayandırılması və tərksilah; beynəlxalq əməkdaşlıq prinsiplərinə əməl olun-ması; sülhün və xalqların təhlükəsizliyinin təmin olunması və s.

3. Qlobal ekoloji problemlər.

Müasir qlobal problemlərin müəyyən qismi təbiət-cəmiyyət, təbiət-insan qarşılıqlı münasibətlərindəki tarazılıq qanunauyğunluqlarının pozulması, təbiəti daha çox istis-mar etmək sahəsində daim artan insan fəaliyyəti nəticəsində baş vermişdir. Məhz bu-nun nəticəsidir ki, yer təkindəki sərvətlərin , təbii ehtiyatların tükənməsi təhlükəsi; ətraf mühitin, hava hövzəsi və okeanların çirklənməsi; əhalinin yaşayış vasitələri ilə təmin olunmasının getdikcə pisləşməsi, təbii mühitin mühafizəsinin pozulması və s. kəskin problemlər meydana gəlmişdir. Bunları “Ekoloji böhran” adlandırmaq olar: təbiət, su, torpaq sürətlə çirklənir, insan öz mövcudluğunu təhlükə altına alır.

Buna görə də təbiət-insan münasibətlərində yeni ekoloji təfəkkür, ekoloji dünya-görüşü formalaşdırmaq zərurəti meydana çıxmışdır. Ancaq bu yolla təbiətdən qanuna-uyğun və məqsədəuyğun istifadə etmək olar. Planetar səciyyə daşıyan və həll edilməsi zəruri olan həmin kəskin və mürəkkəb zidiyyətlərin məcmusu qlobal ekoloji problem-lər adlanır. Qlobal ekoloji problemlərlə xüsusi elm-ekologiya məşğul olur. Son dövr-lərdə bəşər cəmiyyəti ilə coğrafi- təbii mühitin qarşılıqlı münasibətini, ekoloji vəziyyə-tin insanın sağlamlığı və genefonduna təsiri xüsusiyyətlərini öyrənən xüsusi elm sahə-si-sosial ekologiya da meydana gəlmişdir. İnsanın təbiətlə qarşılıqlı münasibəti çox mühüm sosial-iqtisadi və mənəvi- psixoloji əhəmiyyət kəsb etmiş , qlobal problemə çe-virilmişdir. Geniş mənada təbiət öz forma müxtəlifliyi ilə insanı əhatə edən bütün dün-yadır, mövcuddur. Müəyyən mənada isə təbiət-təbiətşünaslıq elmlərinin öyrəndiyi tədqiqat obyektidir. Təbiət- bəşər cəmiyyətinin mövcudluğu və inkişafını şərtləndirən təbii şəraitin məcmusu, ilkin əsası kimi çıxış edir. Məhz bu baxımdan təbiət və cəmiy-yət qarşılıqlı vəhdətdə birləşir, təbiətə insanın münasibəti formalaşır, insan təbiəti öz məqsədlərinə uyğun istiqamətləndirməyə çalışır. Bu mənada təbiət anlayışına həm cəmiyyətin, mövcudluğu üçün, həm də insanın öz mövcudluğu üçün yaratdığı maddi şəraitin məcmusu kimi də baxılır.

Deməli, insanla təbiət arasındakı qarşılıqlı münasibət əbədi bir zərurətdir. Təbiət və cəmiyyət arasındakı qarşılıqlı əlaqə və münasibətin əsasında isə insan fəaliyyəti durur. Təbiət materialına əsaslanan insan fəaliyyəti sosial-sinfi mənafelərə tabe edil-dikdə, qeyri-hümanist məqsədlər daşıdığı zaman, dağdıcı qüvvəyə çevirilir.

F.Engels “Təbiətin dialektikası” əsərində qeyd edir ki, insanın böyüklüyü ondadır ki, o, təbiət qanunauyğunluqlarını öyrənir, “təbiəti öz məqsədlərinə tabe olmağa məc-bur edir”. İnsanın təbiətdən istifadəsi həmişə müəyyən şüurlu məqsədə tabe olmalı, ölçüdən çıxmamalıdır. Təbii-sosial sərvətlərdən vəhşicəsinə istifadə olunması fəlakət-lər doğurur.

Bəşər tarixində təbiət və cəmiyyət arasındakı qarşılıqlı münasibətləri, məhsuldar qüvvələri və istehsal münasibətlərinin inkişaf yetginliyi səviyyəsinə görə üç mərhələni qeyd etmək olar:

1- ci mərhələ , istehsalın, xüsusilə məhsuldar qüvvələrin aşağı inkişaf səviyyəsi ilə şərtlənən, əsasən təbiətin hazır məhsullarının mənimsənilməsi ilə səciyyələnir. Bu dövrün dünyagörüşü üçün təbiətdən asılılıq, onu sığınmaq vərdişləri xas idi.

2-ci mərhələ- əkinçilik və maldarlığın meydana çıxması ilə başlanır. İndi iqtisadi inkişaf anacaq təbiətdə mövcud olanı yığıb-toplamaq deyil, istehsal etməyə əsaslanır. Adətlər təkmil-ləşir, neolit inqilabi baş verir. İnsanın həyat tərzi dəyişir, sinfi cəmiy-yətə keçid dövrü başlanır, yeni-yeni istehsal vasitələri meydana çıxır, əkinçilik və hey-vandarlıq əsas istehsal növü olaraq qalır. Bu dövrdə təbiət və cəmiyyət arasında mü-vazilik getdikcə pozulur. Meşələrin qırılması, kanalların çəkilməsi, geniş tikinti işləri-nin aparılması, iri suvarma sistemlərinin yaradılması və s. ilə insanın təbiət üzərində ağalığı özünü möhkəmləndirir. Bunların nəticəsində təbii proseslər pozulur, münbit ərazilər quraqlıqla məhsulsuzlaşır, tədricən təbiət də insandan intiqam alır.

3-cü mərhələ – qüdrətli məhsuldar qüvvələrin yaradılmasına gətrib çıxaran sənaye çevrilişləri ilə başlanır. Bu dövrdə insanın təbiətə təsiri sənaye istehsalı vasitəsilə həya-ta keçirilir. Belə ki, ətraf mühit insanın mənafeyinə uyğun olaraq dəyişdirilməsinə baş-lanılır. Bu isə insanın təbiəti həddindən çox istismar etməsinə və ekoloji müvazinətin pozulmasına gətrib çıxarır. Bəşəriyyət bu məqsədlə texniki istehsal vasitələrinin yara-dılması, təkmilləşdirilməsi və tətbiqi ilə təbii ehtiyatlardan acgözlüklə istifadə edir, ət-raf mühiti çirkləndirmək və zəhərləndirməkdən çəkinmir. Müasir dövrü də əhatə edən bu 3-cü mərhələ insanın təbiət üzərində təkcə ağalığı ilə deyil, həm də yaranmış “eko-loji partlayış” qarşısında özünün də acizliyi ilə səciyyəvidir. Bu mərhələdə bəşəriyyət təbii mühitin , bütövlükdə yer kürəsinin yaşaya bilib bilməməsi məsələsi ilə üz-üzə dayanmışdır. Cəmiyyətdə təbii sərvətlərin hədsis istismar edilməsi, kortəbii istifadə edilməsi – “ekoloji böhranın” əsas səbəbidir. Istehsal obyektləri, müəssisə və idarələr zərərli tullantılarla atmosferi, çayları, gülləri, okeanları çirkləndirirlər. Bu proses güc-lənmiş, qarşısıallınmaz təhlükəyə çevirilmişdir. Bu təhkükəli vəziyyətin doğura bilə-cəyi nəticələri indi dünya ictimayyəti, alimlər, siyasi və ictimai xadimlər dərk edir, bu sahədə əhalidə səmərəli ekoloji şüur formalaşdırmağı tələb edirlər.

Üçüncü mərhələ üçün insanların dünyagörüşündə bir tərəfdən “ekoloji böhran” təhlükəsinin doğurduğu acizlik və ümidsizlik hissləri, digər tərəfdən isə texniki vasitə-ləri təkmilləşdirmək yolu ilə təbiəti daha çox “ram etmək”, ekoloji ziddiyyətləri aradan qaldırmağa inam hissələri səciyyəvidir.

XX əsrin ortalarından sonra xüsusilə ETİ-nin yaratdığı texniki vasitələrin mey-dana çıxması və onların vasitəsilə insanın təbiətə daha dağdıcı təsir etməsi imkanlarını təbiət-cəmiyyətin qarşılıqlı münasibətlərində 4-cü mərhələ hesab etmək olar.

Hazırda insan qüdrəti təbiət sərvətlərini o qədər mənimsəmişdir ki , onun tükən-məsi təhlükəsini yaratmışdır. XX əsr, ETİ sayəsində insanın təbiəti istismar etməsi çıxılmaz nöqtəyə çatmışdır. Bu vəziyyət isə insan- təbiət münasibətlərində planetar qlobal problemləri doğurmuşdur. Həmin problemlər sırasında enerji, maddi sərvətlər, materiallar ehtiyatının tələbatdan geri qalmasını; okeanların və atmosferin çirklənməsi; təbiətin istismarının olduqca güclənməsi və s. xüsusilə qeyd etmək olar. Həmin prob-lemlər həll etmədən işsizlik, aclıq, savadsızlıq, dilənçilik kimi sosial bəlaları aradan qaldırmaq mümkün deyildir.

Müasir sosial-siyasi və ekoloji şəraitdə həmin qlobal problemləri həll etmək mümkündür. Həmin problemlərin həll edilməsi bütün millət və dövlətlərin eyni dərə-cədə dərk edərək onların aradan qaldırılması uyğrunda birgə səy göstərməsindən, bey-nəlxalq qlobal idarəçilik təşkil edilməsindən, “hərtərəfli beynəlxalq təhlükəsizlik sis-temi yaradılmasından” ibarətdir.

Müasir dövrdə “ekoloji problemləri” həll etmək ətrafında bir çox ideoloji cərə-yanlar, konsepsiyalar və baxışlar mövcuddur. Hələ XIX əsrdə amerikan alimi D.P. Marş ətraf mühitin, təbiətin mühafizəsi haqqında proqram hazırlamışdı. XX əsrdə fran-sız və holland alimləri P.Blaş, Y.Bryun, E.Martoni və M.Sor “insan coğrafiyası” haq-qında konsepsiya yaradaraq planetdə baş verən hadisələrin , insanın coğrafi landşafta təsirinin səmərəli yollarını təhlil etmişlər. XX əsrin 20-30- cu illərində biosifera və onun neosferaya çevrilməsi haqqında B.İ.Vernadski təlimi meydana çıxdı. Burada insanın sosial fəaliyyətinin geoloji nəticələrinə dair yeni baxış irəli sürüldü. Çikaqo məktəbi nümayəndələri (R.Rarin, E.Berdjess, R.D.Makenzi) urbanizasiya prosesini, ekoloji vəziyyətini və s. öyrənmək sahəsində maraqlı fikirlər irəli sürmüşlər. Bu sahədə 1968-ci ildə təşkil olunmuş “Roma klubu” mühüm yer tutur. 30 ölkənin 100-dən artıq alimini, ictimai xadimi əhatə edən “Roma klubu”nun təşkil edilməsindən məqsəd müasir ETİ və ekoloji şəraitlə əlaqədar cəmiyyət inkişafını daha dərindən öyrənmək, mənfi ekoloji nəticələri aradan qaldırmaq, qlobal –sosial problemləri həll etmək üçün yollar axtarmaq, bu sahədə ayrı-ayrı dövlətlərə tövsiyələr verməkdir. “Roma klubu” nun ən görkəmli nümayəndələri D.Medous, C.Forrestyer (ABŞ), E.Pestel (AFR), Y. Tinbergen (Hollandiya), U.Kolombo (İtaliya), D.Qabara (İngiltərə) və b. 1968-1985- ci illərdə “Dünya dinaümikası”, “İnkişafın sərhədləri”, “Dönüş nöqtəsi” və s. kimi əsər-lərində dünya ölkələrinin “qlobal ekoloji fəlakət” dən xilas olmaq üçün təkliflər verir-lər.

Respublikamızda təbiətin mühafizəsinin qanun qüvvəsində olmasına baxmayaraq, bir sıra müəssisə və təsərrüfatlarda ekoloji mədəniyyət səviyyəsi çox aşağı düşmüşdür. Abşeron neft tullantıları min hektarlarla münbit torpağı yararsız hala salmışdır.

4. Demoqrafik partlayış və onun həll edilməsi.

Hər bir ədalətli cəmiyyətin ən ali məqsədi əhalinin daim artan maddi və mənəvi tələbatını daha tam ödəməkdən ibarətdir. Lakin cəmiyyət miqyasında əhalinin maddi və mənəvi tələbatının ödənilməsi nisbidir, mütləq təminatdan söhbət gedə bilməz. Çün-ki əhalinin daim artması, müharibələr, sosial-iqtisadi böhranlar, işsizlik, aclıq, xəstə-liklər və i.ax. əhalinin təlabatının ödənilməsi ilə əlaqədar olaraq cəmiyyətin qarşısında mürəkkəb problemlər qoyur. Həmin problemlər bəzən hətta “demoqrafik” partlayış səviyyəsinə yüksəlir.

Hazırda dünya əhalisinin sayı 5,5 milyardı ötüb keçmişdir. Həmin əhalinin yaşa-yış vasitələrinə tələbatının ödənilməsi çox ciddi problemlər , “demoqrafik partlayış” təhlükəsi doğurur. Həmin problemlər bunlardır: əhalinin sürətlə artmasının tənzimlən-məsi, əhalinin daha çox sənayeləşməsi və böyük şəhərlərdə mərkəzləşməsi, urbaniza-siya prosesi; əhalinin sürətlə artması ilə əlaqədar olaraq onun maddi və mənəvi sər-vətlərə olan təlabatının ödənilməsinin cətinlikləri; ET tərəqqinin doğurduğu sosial- mənəvi nəticələrin insanlarda düşgünlük inamsızlıq əhval- ruhiyyəsi; yeni-yeni maddi ehtiyatlar, ərzaq və enerji mənbələri axtarmaq zəruruiliyi; işsizlik, sağlamlıq, təhsil- tərbiyə , psixoloji pessimizm ziddiyyətləri, bütövlükdə mənəvi tənəzzül hallarının ara-dan qaldırılması məsələləri; Spid, xərcəng, ürək-damar və digər xəstəliklərin əhalinin yaşayış tərzinətəsri.

Müasir dünyada əhali sürətlə artır, onların yaşayış vasitələri, maddi nemətlərlə tə-min edilməsi məsələləri getdikcə daha çox kəskinliklə qarşıya çıxır.

Başlıca qlobal problemlərdən biri də insanın fiziki və mənəvi sağlamlığının təmin edilməsidir. Hədsiz kimyavi maddələrin, kübrələrin, dərmanların işlədilməsi, ağır informasiya axını, urbanizasiya prosesi, texnikləşmiş səhər həyatının həyacanları və s. insan sağlamlığına, psixikasına mənfi, dağdıcı təsir edir.

Müasir bürjua sosioloqlarından E.Pendel, V.Fokt “yaşayış təhlükədədir”, “əhali 2 dəfədən də çox azaldılmalıdır” ideyalarını təbliğ edərək qeyd edirlər ki , əhalinin ölüm faizinin aşağı düşməsi dəhşətli faciədir. Bu atom bombasından daha təhlükəlidir. Odur ki, onlar əhali artımının qarşısını almaq üçün kütləvi dölsüzləşdirməni, xəstəlikləri “ən demokratik üsullar” ağılandırırdılar.

Lakin XX əsr sosiologiyasında “torpağın münbitliyi azalıb”, “maddi ehtiyatlar tükənir” ideyalarına qarşı optimist mövqelər daha güclüdür. Brazilya iqtisadcı alimi Yozus de Kastro hesablamışdır ki, hazırda bəşəriyyət 6.5 milyard hektar torpaq sahəsi becərə bilər, halbuki indi cəmi 800 milyon hektardan bir qədər artıq torpaq sahələri becxərilir. Yəni ümumi imkandan 8 dəfə az. Sosioloq Cen Boyd Orr hesablamışdır ki, hazırda bəşəriyyətin sahib olduğu sərvətlər ədalətlə bölünərsə, 6 milyard əhalini maddi nemətlərlə tam təmin etmək mümkündür. Buraya dəniz və okeanların sərvətlərini də əlavə etsək onda 10-11 milyard əhalini yaşayış vasitələri ilə təmin etmək olar.

Deməli, əhalinin yaşayış vasitələri ilə təmin edilməsinə ümidsizliklə yanaşmağa əsas yoxdur.

Qlobal demoqrafik problemlərin həlli həm sosial-siyasi, həm mənəvi, həm də elmi- texniki amillərlə vəhdətdə zəruridir.

5. Gələcək cəmiyyət inkişafının proqnozlaşdırılması problemi.

İnsan həmişə xoşbəxt gələcək arzusu ilə yaşamışdır. İnsan bəzən “xoşbəxt gələ-cəyin” təminatını subyektiv amillə izah etmiş, onun insanın əməyi və yaradıcı fəaliy-yəti ilə qurulacağına inamı artmış və onu daim fəal mübarizəyə ruhlandırmışdır. Bu sahədə qabaqgörənlik ideyalarına əsaslanmışdır.

Qabaqgörənlik – hazırda mövcud olmayan, lakin inkişaf prosesində özünün po-tensial imkanlarını büruzə verən , obyektiv və subyektiv əsasları qərarlaşmaqda olan gələcək haqqındaq bilikdir. Gələcəyin obyektiv və subyektiv potensial imkanları özünü maddi-texniki və sosial iqtisadi şəraitdə, intellektual potensialda, insan fəaliyyətində qarşıya qoyulmuş məqsəd aydınlığında, sosial və siyasi qüvvələrin nisbətində və s. göstərməlidir. Qabaqgörənlik biliyi məhz qeyd etdiyimiz amillərin dərin elmi təhlili əsasında meydana çıxmalıdır. Qabaqgörənliyin qnoseoloji əsaslarını –ali əsəb sistemi-nin fəaliyyəti, xüsusilə onun bəzi formalarının kerçəkliyi qabaqlayaraq əks etdirməsi qabiliyəti təşkil edir. Bu əsasda insan fəaliyyəti ətraf gerçəkliyi həm nəzəri, həm də praktik olaraq daha dərindən dərk edir. İstehsal inkişafının zəruri inkişaf meylinin düz-gün dərk edilməsi insana 5-10 illik gələcəyi deyil, bütöv bir epoxanı müəyyənləşdir-məyə dair qabaqgörənlik biliyi verə bilər.

Lakin gələcək tarixi perspektivin müəyyən edilməsi çox vaxt ehtimal xarakteri daşıyır. Qabaqgörənliyin dəqiqliyində, gələcək haqında elmi proqnoz verilməsində “hansı gələcəkdən” bəhs olunması da mühüm rol oynayır: yaxın gələcək, uzaq və çox uzaq gələcək. Bunlar həm də gələcəyin dövrləridir.

Yaxın gələcək haqında artıq indi elmi məlumat və faktlar mövcuddur. Bu faktlara əsasən elm 20-30 il qabağı dəqiq görə bilir. Məs. demoqraflar 5 il bundan əvvəl müəy-yən etmişlər ki, XX əsrin sonunda dünya əhalisi 6 milyard, 2025-ci ildə isə 8 milyard olacaqdır.

Elmi qabaqgörənlik və sosial proqnozlaşdırmada çox saylı elmi və xüsusi metod-lardan , məntiqi və texniki vasitələrdən istifadə olunur: ekstrapolyasiya (müəyyən bir sahəyə aid olan hadisələrin, məfhumların, qanunauyğunluqların başqa sahəyə, dövrə də aid edilməsi); tarixi analogiya; kompyuter modelləşdirilməsi; gələcəyin ssenarisi; eks-periment qiymətləndirmə və s.

Elmi qabaqgörənlik və sosial proqnozlaşdırmanı məzmun və məqsədinə görə 4 əsas növə bölmək olar: axtarici; normativləşdirmə; analitik ; xəbərdaredici proqnozlar.

1) axtarici proqnozlar – bugünkü gerçəkliyin real faktik təhlili əsasında gələ-cəyi müəyyən etməkdir.

2) normativləşdirici proqnozlar – müəyyən naliyyətlərə istinadən gələcəyin haq-qında konkret inkişaf planı və proqqamları yaratmaq üçün tövsiyələr verməkdir;

3) analitik proqnozlar – gələcəyin müəyyən edilməsi üçün elmi cəhətdən istifadə olunan metod və vasitələrin idrakı əhəmiyyətini müəyyənləşdirməkdir;

4) xəbəredici proqnozlar – gələcək haqqında təqdim olunmuş müəyyən ideyanın kütlələrin şüur və əxlaqına təsirinin vaxtında qarşısının alınması məqsədilə xəbərdarlıq etməkdir.

Hazırda gələcək namionə futuroloji tədqiqatlarla elmlər kompleksi məşğuldur. Gələcəyin real perspektivlərinin müəyyənləşdirilməsində elmlərin inteqrasiyası, xüsu-silə hümanitar, təbii-elmi və texniki biliklərin vəhdəti yeganə qabaqgörənlik təminatı verə bilər.

əyləncəli FİZİKA kurikulumu

Müqəddəs Quranın elmi möcüzələri saymaqla bitməz. Şübhəsiz ki ,onların aşkarlanması üçün dərin fiziki biliklərə ehtiyac vardır.Kainatın yaradılışında riyaziyyat və fizikanın ahəngli şəkildə uyğunlaşmasından möhtəşəm şahəsər formalaşmışdır.

Geniş düşüncələrə dalsaq görəririk ki ,fizika materiya elmi deyil ,fizika Allahın kainat nizamı sistemidir.Müxtəlif kitabların incələnməsindən sonra təməl fizika qanunlarını dilə gətirən 4 ayəni nəzərinizə çatdırmaq istəyirəm.

Günümüzdə hər hansı fizika elm adamından soruşsaq :
-Kainat üçün ən mühüm müasir fiziki problemlər hansılardır ?
Yəqin ki ,bu cavabı verər:
1.Antizərrəcik həqiqəti
2.Gravitasiya qüvvəsi və mərkəzdənqaçma hərəkəti
3.Black holes-Qara dəliklər hadisəsi
4.Zaman anlayışı və Tachyon zərəciyi (işıqdan sürətli)

Beləliklə ,Quranın fizika möcüzələrindən bu 4 mühüm fiziki hadisələri aşkar edən 4 ayənin yorumunu verməyə cəhd edək.

1.Antizərrəcik həqiqəti üçün Surə.36 -Ayə.36
2.Gravitasiya qüvvəsi və mərkəzdənqaçma hərəkət üçün Surə.81-Ayə.15-16
3.Black holes-Qara dəliklər hadisəsi üçün Surə.56-Ayə.75
4.Zaman anlayışı və Tachyon zərəciyi (işıqdan sürətli) Surə.32-Ayə.5 və Surə.70 -Ayə.4
1.Anti zərrəcik həqiqəti və Quran

Müasir fizikanın təməl gerçəkliklərindən biri antizərrəciklərin mövcud olmasıdır.Bu qaydaya görə bütün varlıqlar əks cütlər şəkilində yaradılmışdır və bu bütün fizika hadisələrinin təməlində yatan bir həqiqətdir.Anti-əks zərrəcikləri gündəlik həyatımızda ,kobud misalla desək ,cərəyanın müsbət-mənfisində, maqnitin şimal və cənub qütblərinin olmasında aşkarlayırıq.Müasir fiziklər Karl David Andersonun pozitronu kəşf etməsini fizika həqiqətləri baxımından dönüş nöqtəsi hesab edirlər.Bunun sayəsində də ,günümüzün ən böyük 5 fizikindən biri sayılan Dirak Antizərrəciklər həqiqətini tapa bilmişdir.Dirak belə deyirdi :bir kvant ixtiyari istiqamətdə məkan tutaraq bir spin qədər hərəkət etmiş olarsa ,əks istiqamətdə eyni məqsədli baqa bir kvant doğular.Yəni hər varlıq əks ekizi ilə birlikdə meydana gəlir. Belə cütlərə ən yaxşı misallar,
Elektron antizərrəciyi – pozitron
Proton antizərrəciyi – antiproton
Neytron antizərrəciyi – antineytron
Neytrino anticərrəciyi – antineytrino
İndi isə bu təməl biliklərin işığı altında Yasin Surəsinin 36-cı ayəsini oxuyaq (Surə 36, Ayə36 )

“O Sübhan ki,
Her şeyi cüt yaratmıştır;
Ərzin bitirdiklərindən,
Və nəfslərinizdən,
Və daha neçə bilmədiklərinizdən…”

Ayəni biraz daha da açmağa cəhd etsək , ” O Alllah Sübhandır ( Hər cür qeyddən xəbərardır ).Hər varlığı isə cüt yaratmışdır. Bu cüt yaranma hadisəsinə ayə üç yerdə izah gətirir.

a)Ərzin bitirdiklərindən ,
b) Öz nəfslərinizdən ,
c) Daha neçə bilmədiklərinizdən cüt yaradılmışdır.

Cüt ( Ezvac ) sözü latınca parite (antizərrəcik ) mənasındadır.Belə ki ,ayənin ikinci maddəsi cüt anlayışına insanın özünü misal çəkməklə erkək-dişi əkc cinsləri olmasını vurğulayır.Ayə yalnız erkək-dişi mənasında əks cütləri əhatə etmir.Çünki ayənin əvvəli “Hər şeydən cüt yaratdıq” deyə başlayır və ” Neçə bilmədiklərinizdən cüt (əks cütlər ) yaradılmışdır ” deyə məna dərinləşdirilir.

Xüsusilə də ,”Ərzin bitirdiklərindən (gözlə gördüyümüz,tamamlanmış ) başqa daha neçə cütlər yaratdıq ” deyə buyurulması və deyilənlərin ” Neçə bilmədikləriniz ” ifadəsi ilə vurgulanması , çox açıq və dəqiqliklə anticərrəcik həqiqətini bəyan edir.

“Ərz (maddə )dən çıxanlar ,ərzdəki cütlərdən başqa bilmədiyiniz neçə cütlər yaratdıq ” deyə buyurulmsı antizərrəcik həqiqətinin bütün kainata aid olmasını bildirir;müasir fizikadakı antizərrəcik qavramıda bu istiqamətdə öyrənilir.

Ayədən aydın olur ki ,əks cüt-anti cərrəcik anlayışının bitkilərə aidiyyatı yoxdur.Olsa idi ,bunun üçün də ayrıca ifadə buyurulardı.Bu halda ayə anticərrəcik anlayışına tam emi izah verir. Belə ki ,biz ayədə əks cütlərin üç cür qruplaşmasını görürük.

a ) Nəfslərinizdəki cütlər – bu hökm canlılara aid olan əks cütlər mənasındadır (xeyir-şər , yaxşı -pis. )

b ) Ərzdəki gördüyünüz cütlər-bu hökm maddənin quruluşundakı bütün cütlər mənasındadır (ionlar , maqnitin əks qütbləri ..)

c ) Bilmədiyiniz və ərzə aid olmayan cütlər-bu hökm bəlkə də , bu gün üçün bildiyimiz qədəriylə
1-kvantın cüt istiqamətdə spin əlaqəsi ,
2-Enejinin sorulub-buraxılması ,yəni fəzanın ənginliklərində Quasar və Black holes hadisələri ,
3-Cazibə qüvvəsi və ona qarşı əks olan Jiroskopik dönmə qüvvəsi ola bilər.
Kərimə ayəsinin hikmətləri əlbəttdə ki ,yalnız bunlar deyidir.
2. Quranda Gravitasiya qüvvəsi və Mərkəzdənqaçma hərəkəti

Bildiyimiz kimi kainatdakı bütün maddi varlıqlar özlərinə məxsuscazibə hesabına “ayaqda ” durur.Əks halda kainatdakı bütün maddələr bir-birinə yapışar ,vahid cisim halına gələrdi.Maddi kainatın tarazılığı mərkəzdənqaçma hərəkətinin – itələmə gücünün hesabına təmin olunur.Məhz bu səbəbdən də bütün maddi varlıqlar sonu bilinməyən bir fırlanma-dönmə hərəkətini icra etməkdədirlər.

Elektron nüvənin ətrafında , Ay Yerin ətrafında ,Yer Günəşin ətrafında ,Günəş Süd Yolu ətrafında aramsız olaraq dönür,beləcə Cazibəyə qarşı çıxaraq mövcudluğunu davam etdirir.

Əgər cazibə olmasaydı hərəkətdə olan cisim kainatın dərinliklərinə ihərəkət edərək yox olardı.Mərkəzdənqaçma – dəf etmə gücü olmasaydı ,hərəkət edən cisim sonda bir başqa kütləyə yapışaraq yox olardı.

Günümüzə qədər Gravitasiya -cazibə heç də tam olaraq izah olunmamışdır.
Quran cazibə qüvvəsinə mərkəzdənqaçma – dəf etmə gücünü ziddi mənasına gələn bir baxış vermişdir.Bundan gözəl fiziki anlayış ola bilməz.

İndi isə bu təməl biliklərin işığı altında Təkvir Surəsinin 15-ci ayəsini oxuyaq (Surə 81, Ayə 15 )
” Fəla uksimu bi’l Hunnəs “
Daha nələr, Hunnəsdən də yaxşı işarə nümunə ola bilməz və ya Hunnəsdən önəmli misal ola bilməz .

Hunnəsin iki mənası var.Hərəkət mənasında-tərsinə hərəkət edərək içinə büzülmə (daxilinə yığılma )anlamını verir. Belə ki ,bu ayədən sonrakı ayə çox aşkar olaraq axıcı bir orbital hərəkətdən bəhs edir.

” Əl cəvrail Kunnəs “

Kunnəsin mənası bir hərəkətin məqsədi ,güzərgahı ,istiqaməti , yolu ,orbiti deməkdir.Ayə tam mənası ilə mərkəzdənqaçma qüvvəsinin gücünü özündə ehtiva edir.

Burada və Quranda tez-tez “Kasəm ” sözünə rast gəlinir. Başqa dillərdə bəzən tərcüməsi olmayan bu söz ərəb dilində and mənasındadır; ərəb ədəbiyyatında bu sözü xüsusilə şahid və dəlil mənasında işlədirlər (Allah şahid olsun ki . ) Allah bir əmri verərkən ulduzların , Günəşin nizamını dəlil göstərmək ,bu həqiqətləri vurğulamaq üçün kasəm sözüylə başlayır.

Bu ayədə də Allah ,surə içində qiyaməti anladarkən kainatdakı ən önəmli fizika qanununu misal olaraq şahid-dəlil göstərir. Yəni , məhşər necə ola bilər ki ? sualına təbii bir cavab olaraq maddi kainatın ən böyük fizika qanununu (Ümumdünya cazibə Qanunu ) misal göstərir:” Cazibəyə (qravitasiya ) və mərkəzdənqaçma hərəkətinin dəf etmə gücü həqiqətinə kasəm edrəm ” deyə buyurur.

“Fəla uksimu ” ilə sıx işlədilən Kasəm deyimləri çox böyük miqyaslı həqiqətlər üçün istifadə olunur. Ayənin belə başlaması göstərilən misalın kainatdakı ən mühüm hadisələrdən biri olduğunu göstərir. Günümüzdə Fizika elmi bu sirri eyni ilə qəbul edir.Bəli ,ayədə beş kəlmə içində bildirilən bu mühüm fizika qanununun incəliklərini elə bu beş kəlmənin içində tapmaq mümkündür :

a) Kainat tarazlığını təmin edən iki mühüm məqam-qravitasiya və mərkəzdənqaçma hərəkətidir;

b) Cazibə həqiqətini qavramaq mümkün deyildir.Ayədə öncə tamamilə bilinməz olan Hunnəsi zikr ederek ,sonra mərkəzdənqaçma hərəkətinin tərs qavramı olan qravitasiyaya önəm verməmizi söyləməkdədir;

c) Müasir dövrdə bütün fizika elmi laboratoriyaları qravitasiya sirrini aşkarlamaq niyyətindədir. Halbuki ,Quran bu sualın cavabını 15 əsr əvvəl vermişdir.

Hunnəs : öz içinə əks bir hərəkətlə dönən qüdrətdir.Beləcə , əziz oxucum ,Quranın ən önəmli möcüzəvi hikmətlərindən biri cildlərlə kitabların ifadə edə bilməyəcəyi həqiqətləri öz sistemi içində bir neçə kəlmə ilə izah edə bilməsidir. Quranın ilahi kitab olmasındakı hikmət beləcə aşkardır:

Surə 81 -ayə16-dakı Əl cəvrail kəməsi burada istinad nöqtəsidir.Belə ki ,Əl cəvrail mütləq şəkildə bəlli bir güzərgahla-trayektoriya ilə tıkrarlanan hərəkəti təmsil edir. Kunnəs isə bu hərəkəti aparicısı-idarə edənidir və konkret olaraq mərkəzdənqaçma hərəkətini təmsil edir.15-ci ayədəki Hunnəs kəlməsi Əl cəvrail kəlməsinə inadən hərəkətin tərsi ,öz içinə doğru tərsinə hərəkət deməkdir ki,bu da tam mənası ilə qravitasiyanı göstərir. Fəla uksimu bil Hunnəs ,Əlcəvrail Kunnəs – Ümumdünya Cazibə Qanununu tam anlamı ilə bu möhtəşəm iki kəlmədə gizlidir.

3.Black holes-Qara dəliklər hadisəsi və Quran

Maddə kainatın ən böyük sirridir deyərək , Əl Vaqiə surəsinin 75-ci ayəsini ( Surə.56-Ayə.75) oxuyaq.

” Fəla uksimu bi məvaki innucum “. ..Gördüyünüz kimi Allah yenə böyük bir kainat sirrini göstərməkdədir. Tərcümədə “Qeyb olmuş ,yox olmuş ulduzların mövqeyinə kasem (and ,şahid .dəlil ) edirəm ” və ayə çox qəribə-maraqlı bir cümlə ilə devam edir; “Və innəhu ləkasəmun ləv Ta ləmune azim ” Tərcümədə ” ah bir bilsəniz ! Bu kasəm ,necə əzim ,necə əzəmətli bir Kasəmdir ” Ayənin daxil olduğu surə ,müthiş,vahiməli hadisə mənasını verən Vaqiədır.
Ən adlı-sanlı fiziklərdən soruşsanız ki ,müasir fizikanın ən aktual problemləri nədir ? Veriləcək cavabların əvvəlində mütləq Qara dəlik-Black- holes (yəni qeyb olmuş ,yox olmuş ulduzların vəziyyəti ) cavabı olacaq.Qurandakı bu ağıl almaz möcüzəyi görə bilmirsiniz ?
İndi isə bir ulduzun ölüb ,qeyb oma probleminə fizika elminin ən yeni açılışlarının işığı altında baxmağa çalışaq. Bir ulduz necə ölər ? Günümüzdə fiziklər və astrofiziklər bir çox məsələlərin çözümünə çatmışdır.Bir ulduzun enerjisinn tükəndiyi vaxt ,əvvələ molekulları hərəkət halını itirir və üst-üstə yığılır ,eləcə ulduz büzülür ,kiçilir.Bir müddət sonra daelektonlar nüvənin mərkəzinə düşür.Beləcə ,ulduz atom nüvələrinin yığını vəziyyətinə gəlir.Belə ulduz milyonlarca dəfə kiçilmiş olsada cazibəsi dəyişmir.Elektonların nüvə mərkəzinə düşməsi səbəbindən nüvədən kvantlar ,işıq dalğaları şüalanır; bu şüalanma ritmikdir ,sanki nəbz kimi atır. Bu ölü ulduzların “qəlbindəki son döyüntülərdir” ki , 0.01-0.02 saniyəlik fasilələrlə buraxılan bu şüalar nəbz kimi görüntü verdiyindən bunlara pulsar deyirlər.Günəşimiz kimi olduqca kiçik sayılan bir ulduzun ölüm aqibəti budur.Əgər ulduz daha böyükdürsə büzüldüyü zaman meydana gələn neytron yığınındakı qravitasiya elə şiddətli olar ki ,bütün neytronlar qopar,şiddətli bir cazibə yığını təşkil edər.Bu anda maddi görüntü həm kvant olaraq , həm nüvə olaraq yox olmuş ,kainatda sanki bir dəlik (Black-holes ) qalır.Bu nöqtəyə rus elm adamları Ulduz yeri , amerikalı elm adamları Qara dəlik adını vermişlər.Bəs bu dəliyi necə müşahidə edilblər ? İlk dəfə bu dəliyin mövcudluğuna yanından keçən hər cismi yox edən ,hər şeyi udan xüsusiyyəti ilə müşahidə ediblər ;Boston Universitetinin professoru Reimeo Rovni müşahidə edib və Jon Viller də qara dəlik adını verib.Bu hadisə fiziki mənada bir qravitasiya şokudur (Gravitasyon kollaps ). Albert Eynşteynin tələbələrindən olan Auben Heimer və Şneyder kainatdakı tarazlıq iki qarşılıqlı hadisəyə bağlıdır:Termonuklear genişlənmə və Qara dəliklər. Qara dəliklərin yaxın əhatəsindən keçən hər maddi varlıq ,ulduz .şüa yox olmaqda .ağıl almaz cazibə tərəfindən udulmaqdadır.Bu nöqtə yaxınlığında zaman sürətlənir ,sonra cisim udulub yox olur.
Budur ,müthiş-vahiməli hadisə adını daşıyan Əl Vaqiə surəsi içində 75-ci ayə Qara dəlik həqiqətini misal göstərərək (kasəm edərək ) məhşər gününü-qiyaməti göstərmiş olur: “Yox olmuş ulduzların yerinə and verirəm. Ah bir bilsəniz nə əzəmətli bir anddır( bir şahiddir ).Quranın bu qədər aşkar möcüzəsi qarşısında hər kəsin bütün vəsvəsələrdən ayrılıb ona tapınması qaçınılmazdır.
Yox olmuş ulduzların yeri-qara dəliklər mövzusunda məhşur fiziklərin çox maraqlı təxminləri vardır.Bəzilərinin fikrinə görə “Bu dəliklər maddi varlıqları şiddətlə udaraq kainatın dərinliklərinə atır” ; Bir qisminin fikrinə görə isə “Bu dəliklərin hüzuruna gələn maddi varlıqlar başqa bir fəza .zaman .məkan ölçülərinə düşərək maddədə olmaqdan da əlavə xüsusiyyətlər qazanırlar “. Bu son fikir Quranda da əmr olaraq buyurulmuş bəzi aləmlər həqiqətinə yaxın fikirdir.
Əl Vaqiə surəsi içindəki 75-ci ayənin daşıdığı digər hikmətlərə nəzər salaq :
a)”Qiyamətdə sizi eyni ilə ulduz yerinin (Qara dəlik ) ağıl almaz sirri kimi bir məkana göndərəcəm” deyilir
b)”Ölüm fikirləşdiyiniz kimi bir yox olma deyil ;yox olmuş kimi görünən bir ulduz yerində (Qara dəlikdə ) belə hikmətlər dolu başqa bir həyat sirri var.Siz də öldüyünüzü fikirləşdiyinizdə daha güclü bir yaşayışa rast gələcəksiniz”
c)Xilqətin ,yaradılışın önəmli bir sirri hadisələrin başladığı nöqtədən geri dönmə hikmətidir.
Cənabi Haqq bu ayədə “Ah bir bilsəniz ,o nə böyük bir Kasəmdir (Şahiddir ) ” deyərkən ,məhz xilqətin bu böyük qanununa işarə etmişdir. Bəli ,bu ayə həqiqətən də kainatın ən bilinməz sirlərindən birini aşkar bir möcüzə sirri içində bəyan etmişdir. Məhşərdə məkanlardan məkanlara keçərkən ,bu ayənin sirrini hərkəs şəxsən yaşayaraq öyrənəcəkdir.

4.Zaman anlayışı , Tachyon zərrəciyi (işıqdan sürətli) və Quran

Albert Eynşteyn fizikaya zaman həqiqətini maraqlı olduğu qədər də qəribə olan nisbilik anlayışı ilə bərabər gətirdi:bununla da, elm adamlarının kainata sonsuz ölçülərdə baxış müstəvisini təmin etmiş oldu. Ancaq o .maddə quruluşu ilə məşğul olan elm adamlarının elmi tənqidlərindən yaxa qurtara bilmirdi .Qəribə fikirləri ilə o ,sürət və maddənin kütləsi arasında əlaqə axtarırdı.Əgər, Dirac və Heyzenberq kimi böyük fiziklərin müdaxiləsi olmasa idi ,işlər çətinə düşəcəkdi. Kütlə-sürət və zaman arasında bir əlaqə olmalıdır. Kütlə anlayışı olduqca bir cismi sürəti 299792458 m / san – dən çox ola bilməz .Bir şox hesablamalarda işıq sürətinin bu qiyməti keçərli olsa da ,kainat miqyslı ölçmələrdə bu cür yaxınlaşmada xətalar olurdu . Belə ki ,Kolombiyalı prof.Gerard Feinberq və Syrinxof kainatdan nümunələr verməyə çalışdı; sürətin bu qiymətinin bir neçə qatı qədər qiymətinə çatma imkanını fizikaya gətirdilər.Kosmik çalışmalar ,enerjisi tükənmiş kütlələr ,kütləsi bitib-enerjisi hesablanmış vəs hər uyğun hadisə qarşısında Syrinxof şüası və Tachyon ( işıqdan sürətli )adı verilmiş,sürəti 2-10c (c-işığın vakuumdakı sürətidir ) qədər olan şüaların mövcud olduğu qəbul edilir.Bu halda enerji asılılığının əsas şərti uyğun olaraq , çox sürətli cisimlər sürətini 2-10c yə qədər artırmış olduğu halda məhz bu şüalar ilə genişlənmiş olurlar .Bu halda 1000-50.000 TL( t- dünyamızda zamanın axma miqdarı )hesablanır.Xüsusilə də kosmik cisimlərin yaşama müddətinin araşdırılması göstərir ki , kainatın müxtəlif yerlərində zamanın axma sürəti fərqlidir.Bütün bulardan çıxan nəticə budur :

1) Kainatın müxtəlif yerlərində zamanın axma sürəti fərqlidir;
2) Sürəti işıq sürətindən böyük olan ( c ) şüalar görünmür və müşahidə olunmur (tachyon şüası ).

3 )Bir tachyon kütlə qazanarsa ,sürəti işıq sürətindən aşağı qiymətlərə düşər və görünən hala gələr ;

4 )Tachyonlar ətrafındakı zaman genişlənmiş,təsiri isə fərqlidir;

5 )Tachyonlar görülə bilən halı alarsa ,yəni sürəti azalarsa ,kiçik bir nöqtə halınan böyük məkan tutan bir vəziyyətə gələr;

6 )Tachyonlar və bənzər varlıqlar kainatın bir məkana keçidində sonsuz yaxınlaşmatəmin edir.Sanki ,zamanın təsiri altına düşür(zaman zaman genişlənmiş ,sürətləri minlərcə dəfə işıq sürətinə dəyişmişdir ).

Görəsən Quran Tachyonlar haqqında bizə nə bilgilər verir ? İndi isə bu təməl biliklərin işığı altında 32 -ci Surənin 5-ci ayəsini oxuyaq:

” Göydən yerə qədər hər işi O tədbir edər , sonrasizin saydığınız hesabla min il edən bir gündə yenə Ona yüksələr “

Növbəti 70-ci surənin 4-cü ayəsini oxuyaq :

“Mələklər və Ruh (oraya ) miqdarı (Yerdəki bir il qədər )əlli min il olan bir gündə yüsəlib çıxar”
Bu ayələr bizə hansı bilikləri verir ?
1 )Yerdən kənar ölçülərdə zaman genişlənir,yəni başqa məna ilə bizim məkanımızdakı şiddətli təsiri zəifləyir.
2) Xüsusilə ikinci oxuduğumuz ayədə: Mələk və ruhların qorxunc bir sürətə sahib olduqları ,bu varlıqların sürəti maddənin maksimum sürətindən CN = C X 18000000 2 ‘ qədər çoxdur.
3) Maddədən kənar varlıqlar .bu ağıl almaz sürətləri ilə maddi aləmə gələrlərsə (Cəbrayılın peyğəmbərimizə gəlişi ),ya çox böyük cisimli varlıq olar ,ya da başqa məkandan bizə bir şüalanma kimi gələr .
4)Kainatda elə fərqli məkanlar var ki ,burada qravitasiyanın təsiri zaman koordinatı ilə əlaqəli deyildir;sürət sonsuza yaxındır,maddə ilə maddə ölçülərindən kənar maddiyat arasındakı fərq həm də sürətlə əlaqəlidir.Sürətin Tachyonlarda olduğu kimi bəlli qiymət həddini keçdikdən sonra yavaş-yavaş zamandan asılılığı zəifləyir.Yuxarıda qeyd etdiyimiz kimi ,ayədə beləcə də deyilir : “sizin zaman miqdarınızla 50 min il ” şəklində buyurulur .Burada ayə açıq şəkildə məsafələrə qarşı sürətin böyük qiymətlərinə işarə edir ki ,bu tam olaraq bu günkü sürət və məkan anlayışına uyğun gəlir.
5 ) Əslində varlıqlar anlayışı geniş bir fiziki sistemdir.Bizim müşahidə etdiyimiz maddiyat isə sürətin müəyyən qiymət həddinin və zamanın təsirilə var olan xüsusi bir məkandır.
6 )İnsan ruh xüsusiyyətləri ilə sonsuz sürət halına keçid edə bilər .
7)Kainatdakı ixtiyari bir varlıq sürətini azaldaraq -itirərək maddi kainata keçid edə bilər.
Bəlli olur ki , 15 əsr əvvəl ,zaman və onun təsirləri mövzusunda heç bir elmi müzakirələrin olmadığı dövrdə bu iki ayə müasir fizikanın maddə və maddədən kənar mövzusunda bütün həqiqətləri dilə gətirmişdir.Xüsusilə , zamanla məkanın qarşılıqlı təsiri və sürət məsələsinə ayədə aydılıq gətirilir ki,müasir fizika da maddə qavramına bu şəkildə kompleks yanaşmaqdadır.Bu ayə bir çox insanlar üçün maraqlı sual olan ” Əzrailin eyni anda dünyanın müxtəlif yerlərinə keçid etmə ” məsələsini çox gözəl açıqlayır.Qara dəliklərdə maddənin yox olması-udulması da sürət dəyişmələrindən irəli gəlir.
Maddə ,bəlli bir enerjinin 3 ölçü fəza və zaman təsiri içində çox dar bir kanal seçməsindən irəli gəlir.Bu kvant kanallarında sürət Lorens düsturundakı 300.000 km / san limitini aşır.Qara dəliklər və ya bir başqa güclü Qravitasiya (Cazibə ) onları bu dar kanal asılılığından azad edir.Beləcə maddə ,fərqli məkanlarda (fəza ) fərqli sürətlər qazanmaqla yeni maddiyata dönə bilər .
Ruh və mələklərin sərhədsiz sürəti isə onlara başqa kainatlara sərbəst keçidi təmin edir.Elm adamları Syrinxof və Feinberqin axtardığı çılğın sürətli şüalar (işıqdan sürətli Tachyon şüaları ) bir anlamı ilə mələklərin xüsusiyyətidir. Quranın zamanın bu xüsusiyyətləri ilə əlaqəli ayəsi ,həm də zamanın təsirilə ağıl almaz sürətlərə malik mələklərdən söz etməsi ,aşkar şəkildə zaman-sürət və varlıqların sistemi arasındakı fiziki əlaqəni bəyan edir.
Müasir fizikanın ən gözlənilməz icadları və kəşfləri belə, qüsursuz və əskiksiz olaraq müqəddəs Quranda buyurulmuşdur.Təbii ki ,bizdən sonra da neçə-neçə hikmətlər aşkarlanaraq öyrəniləcəkdir.

Araşdırdı , topladı və tərcümə etdi : Aliyə Əhmədova
Xüsusi olaraq asanfizika.blogspot.com üçün

Comments are closed, but trackbacks and pingbacks are open.