Press "Enter" to skip to content

Fiziki tərbiyə fənnindən elektron dərs Bədənin əyilmə qabliyyəti

Kollektivlə iş, Qruplarla iş.

Fiziki tərbiyə dersliyi

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə) müəllimi – bu, təhsil müəssisələrində bədən tərbiyəsi, həmçinin çağırışaqədərki hərbi hazırlıq dərsi keçən pedaqoji işçidir.

Təhsil alan zaman tələbələr mühazirələrdə pedaqogika və hərbi sahədə zəruri biliklərə yiyələnir, fiziki tərbiyə tarixi və hərb tarixini öyrənir. Elmi seminarlarda tələbələr pedaqogika üzrə praktika keçir, həmçinin atəş açma, hərbi topoqrafiya, yüngül atletika və s. üzrə fiziki hazırlıq səviyyəsini artırırlar.
Hal-hazırda bu ixtisasa tələbat var və müxtəlif təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmağa imkan verir. Təhsil aldıqdan sonra tələbələr bu ixtisaslar üzrə işləyə bilər:
– çağırışaqədərki hazırlıq və həyat fəaliyyətinin təhlükəsizliyinin əsasları üzrə müəllim-təşkilatçı;
– idman üzrə təlimatçı;
– gənclərin çağırışaqədərki hazırlıq təlimatçısı;
– fiziki tərbiyə müəllimi;
– hərbi-vətənpərvər tərbiyəsi üzrə əlavə təhsil müəllimi;
– idmanın müxtəlif növləri üzrə dərnək işləri rəhbəri;
– məşqçi-müəllim və s.
Показать больше

Подробности

  • Форма обучения: Очное
  • Сектор: Азербайджан

Связанное

Университет 3

  1. Гянджинский Государственный Университет
  2. Азербайджанский Государственный Педагогический Университет
  3. Нахичеванский Государственный Университет

Fiziki tərbiyə fənnindən elektron dərs “Bədənin əyilmə qabliyyəti”

1.3.5 Hərəkətlərin icrasında müvafiq təhlükəsizlik və ilk tibbi yardım qayda- ları haqqında informasiya verir.

2.3.2 Ümuminkişaf hərəkətlərini nümünələrə müvafiq yerinə yetirir.

3.1.2 Hərəki fəaliyyət zamanı bədənin əyilmə qabiliyyətini nümayiş etdirir.

4.1.2 Hərəki fəaliyyətini əxlaqi və etik normalar çərçivəsində qurur.

Məqsəd:

Müxtəlif idman növlərinə aid hərəkətlərin səmərəli icra üsullarını izah edir .

İ lk tibbi yardım göstərir.

Hərəkətlərin icrası zamanı zəruri metodlar tədbiq edir .

Birgə fəaliyyət zamanı öz potensialından səmərəli istifadə edir .

Kollektivlə iş, Qruplarla iş.

Hərəki təfəkkürün formalaşdırılması, nümayiş etdirmə, izah, təkrar.

Şagirdlərə şəkillər nümayiş etdirirəm.

Bu hərəkətlər necə adanır?

Şagirdləri 4 qrupa bölürəm. Onları «Şahin», «Mübariz», «Qarabağ» və «Qələbə» adları ilə adlandırıram. Qruplara iş vərəqlərini paylayıram.

1. Şəkildə gördüyünüz hərəkətləri yerinə yetirin.

Bu hərəkətlər necə adlanır və bədənin hansı əzələlərini inkişaf etdirir?

1. Şəkildə gördüyünüz hərəkətləri yerinə yetirin.

Bu hərəkətlər necə adlanır və bədənin hansı əzələlərini inkişaf etdirir?

1. Şəkildə gördüyünüz hərəkətləri yerinə yetirin.

Bu hərəkətlər necə adlanır və bədənin hansı əzələlərini inkişaf etdirir?

1. Şəkildə gördüyünüz hərəkətləri yerinə yetirin.

Bu hərəkətlər necə adlanır və bədənin hansı əzələlərini inkişaf etdirir?

Q R U P L A R

M E Y A R L A R

Müxtəlif idman növlərinə aid hərəkətlərin səmərəli icra üsullarını izah edir .

İ lk tibbi yardım göstərir.

Hərəkətlərin icrası zamanı zəruri metodlar tədbiq edir .

Birgə fəaliyyət zamanı öz potensialından səmərəli istifadə edir .

Fiziki tərbiyə

sağlamlağını möhkəmləndirmək, fiziki hazırlığın inkişaf etdirmək üçün hərəkətlər kompleksi seçib icra edir, tibbi-gigiyena qaydalarına əməl edir;•müxtəlif idman növlərinə aid olan hərəkətlərin icra üsullarına yiyələnir;•ayrı-ayrı hərəki qabiliyyətləri inkişaf etdirmək üçün səmərəli və məqsədyönlü hərəkətlər kompleksi seçib yerinə yetirir;•fiziki tərbiyə prosesində müvafiq təhlükəsizlik, mühafizə, özünümühafizə qaydalarını icra edir;•kollektiv fəaliyyət zamanı öz yerini və rolunu dəqiq müəyyən et.

Раздел Физкультура
Класс 5 класс
Тип Презентации
Автор Hesenova S.Y.
Дата 27.03.2015
Формат doc
Изображения Нет

Поделитесь с коллегами:

Fiziki tərbiyə

Fiziki tərbiyə kurrikulumu və onun xarakterik cəhətləri. Ümumtəhsil məktəblərində fiziki tərbiyənin kurikulumu təhsil mərhələləri üzrə fənnin tədrisinin əsas xüsusiyyətlərini göstərməklə şagirdlərin hərəki bacarıq və vərdişlərinin, mənəvi-iradi xüsusiyyətlərinin formalaşmasını, hərəki qabiliyyətlərin inkişaf etdirilməsinin, sağlamlığın qorunması, reabilitasiyası və hərəki mədəniyyət üzrə zəruri informasiyaların verilməsi istiqamətində fəaliyyətləri özündə əks etdirən konseptual, rəsmi dövlət sənədidir.

Bu sənəd öz məzmununda fiziki tərbiyə üzrə ümumi təlim nəticələrini, siniflər üzrə məzmun standartlarını, fizki tərbiyə dərslərinin təlim formaları, metodları, təlim fəaliyyətinin planlaşdırılması nümunələrini özündə əks etdirən strategiyanı, şagird nailiyyətlərinin qiymətləndirilməsi formalarını, meyarlarını əhatə edir.

Fiziki tərbiyə kurrikulumu nəticəyönümlü xarakterə malikdir. Bu sənəddə məzmun materialları bacarıqlar və dəyərlər formasında ifadə edilmişdir. Bu zaman fiziki tərbiyənin təlimi prosesində şagirdlərin idraki, mənəvi-iradi, hərəki, psixomotor fəaliyyətləri diqqət mərkəzində saxlanılmışdır.

Kurrikulumun hazırlanmasında şagird nailiyyətlərinin dinamikliyi, bütün məzmun xətləri üzrə sinifdən sinifə, sinif daxili inkişaf əsas götürülmüşdür, bu zaman şagird şəxsiyyəti əsas sübyekt kimi diqqət mərkəzində saxlanılmışdır. Məzmun xətləri arasında üfiqi və şaquli əlaqə eləcədə fən daxili əlaqələr tədrisin dinamikliyinin təmin edilməsinə istiqamətlənmişdir.

Fiziki tərbiyənin əhəmiyyəti. Fiziki tərbiyə insanın harmonik fiziki inkişafını təmin etməklə və mənəvi-iradi dayanılılıgını formalaşdırmaqla cəmiyyətdə müstəsna əhəmiyyətə malikdir. Bu ilk növbədə fiziki tərbiyənin aşağıdakı xarakterik xüsusiyyətləri ilə əlaqədardır:

Fiziki tərbiyənin tərbiyəvi əhəmiyyəti. Ümumtəhsil məktəblərində tədris qarşısında qoyulan əsas məqsədlərdən ən əhəmiyyətlisi öz vətənini, xalqını, millətini sevən nümunəvi davranışa malik mübariz və tolerant insan tərbiyə etməkdir. Səmərəli qurulmuş fiziki tərbiyə prosesi qeyd olunan məqsədin həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasına imkan verir. Kiçik kollektivin, komandanın mənafeyiləri uğrunda mübarizə sonda vətənpərvərliyə; yoldaşları ilə əməkdaşlıq – ünsiyyətə; oyun qaydalarına riayət və rəqibə hörmət – tolerantlığa; rəqabət və qalib qəlmək etirası – mübarizlik xüsusiyyətinə kimi formalaşdırılır.

Fiziki tərbiyənin sağlamlaşdırıcı və inkişafetdirici əhəmiyyəti. Optimal hərəkət, fiziki yük insanın psixomotor fəaliyyətinin formalaşmasında mühüm rol oynayır. Adekvat fiziki yükün qan dövranını intensivləşdirməsi orqanizmin inkişafını təmin edən maddələr mübadiləsini və müxtəlif funksional sistemlərin işini xeyli yaxşılaşdırır. Bu cəhətdən də müntəzəm fiziki yük böyüyən orqanizmin sağlamlığı və inkişafı üçün olduğca zəruri əhəmiyyət daşıyır.

Fiziki tərbiyənin tətbiqi əhəmiyyəti. Cəmiyyətdə yüksək fiziki hazırlıq tələb edən peşə sahələri vardır. Orduda, ölkənin müdafiəsində, güc strukturlarında , fövqəladə hallarda xilasetmə xidməti və s. belə fəaliyyət sahələrinə aiddir. Qeyd olunan fiziki hazırlığın əsası isə insanın fiziki inkişafının daha intensiv dövrünə təsadüf edən ümumtəhsil müddətində, fiziki tərbiyə prosesində qoyulur. Ümumtəhsil məktəblərində şagirdlər fiziki tərbiyə prosesində zəruri, həyati bacarıq və vərdişlərə yiyələnməklə ekstremal şəraitlərdə özlərini uğurlu fəliyyətə hazırlayırlar.

Fiziki tərbiyənin reabilitasiya əhəmiyyəti. Ümumtəhsil məktəblərində şagirdlərin fiziki hazırlıq səviyyəsindən asılı olaraq hazırlıq və xüsusi qruplara aid olan şagirdlərdə və eləcə də müəyyən fiziki qüsuru və ya hansı zədələnmələrə məruz qalmış insanlarda dayaq-hərəkət aparatındakı problemlər, funksional sistemlərinin reabilitasiyası fiziki tərbiyə vasitəsi ilə aradan qaldırılır.

Yuxarıda qeyd olunanlar ümumtəhsil sistemində fiziki tərbiyənin rolunu göstərməklə yanaşı bu fənnin tədrisinin reabilitasiya xüsusiyyətini də əks etdirir.

Fiziki tərbiyənin tədrisinin məqsədi və vəzifələri. Fiziki tərbiyənin ümumtəhsil məktəblərində tədrisinin əsas məqsədi şagirdlərin fiziki cəhətdən harmonik inkişafını təmin etmək, onları vətənin müdafiəsinə, şəxsi həyat, professional peşə fəaliyyəti üçün hazırlıqlı və hərəki fəaliyyət mədəniyyəti tərbiyə etməkdir.

Sağlamlığı möhkəmləndirməklə, orqanizmin müqavimətin və ümumi iş qabiliyyətinin artırılması.

Hər bir yaş dövrü üçün zəruri olan hərəki qabiliyyətlərin optimal inkişaf həddinin təmin edilməsi.

Həyat fəaliyyəti üçün zəruri bacarıq və vərdişlərin formalaşdırılması və təkmilləşdirilməsi.

Bədən tərbiyəsi və idmana, fiziki hazırlıq və hərəki qabiliyyətləri inkişaf etdirmək üçün müstəqil məşğələlərə marağın formalaşdırılması.

Bədən quruluşundakı qüsurların aradan qaldırılması və düzgün qamətin formalaşdırılması.

Hərəki qabiliyyətlərin inkişafının ən sadə metodlarına dair nəzəri biliklərin mənimsənilməsi.

Azərbaycan Respublikasında ümumi təhsilin Milli Kurrikulumu çərçivə sənədində müəyyən edilmişdir ki, ümumi təhsil məktəblərində fiziki tərbiyənin tədrisi vasitəsilə:

Ümumi orta təhsil pilləsi fiziki tərbiyənin tədrisi hərəki qabiliyyətlərin planlı, harmonik inkişafını, mənəvi-iradi xüsusiyyətlərin, hərəki mədəniyyətin formalaşdırılmasını nəzərdə tutur. Bu təhsil mərhələsi şagirdin idraki, fiziki, mədəni, psixo-motor inkişafının həyata keçirilməsi baxımından çox mühüm dövrü əhatə edir. Bu mərhələdə fənnin tədrisinin səciyəvi xüsusiyyətləri aşağıdakılardır:

hərəki qabiliyyətlərin planlı inkişafının təmin edilməsi;

– müxtəlif idman növlərinin elementlərindən fiziki hazırlıq vasitəsi kimi istifadə edilməsi;

– ayrı-ayrı idman növlərinin texniki, taktiki xüsusiyyətlərinin öyrədilməsi, bu növlərdə zəruri fiziki hazırlığın təmin edilməsi;

– hərəki fəaliyyət mədəniyyətinin formalaşdırılması;

– mənəvi-iradi xüsusiyyətlərin formalaşdırılmasının tədris prosesinin əsas amilinin olması;

– şəxsi sağlamlıq, orqanizmin möhkəmləndirilməsi, mütənasib bədən quruluşunun formalaşmasında şəxsi məsuliyyət hissinin yaradılması;

– fərdi və kollektiv fəaliyyət zamanı rəqibə hörmət, öz hərəki fəaliyyətini mövcud qaydalar çərçivəsində qurmaqla mübarizlik hissinin aşlanması.

Fiziki tərbiyənin hərəki bacarıq və vərdişlərin formalaşması və hərəki qabiliyyətlərin inkişaf etdirilməsində, şəxsiyyətin formalaşmasında mühüm amil olduğunu, ümumi mədəniyyət səviyyəsinin əsas göstəricilərindən biri olması haqqında şagirdlərin bilikləri zənginləşdirilir, idman növləri, oyunlar hərəkət kompleksləri vasitəsi ilə hərəki qabiliyyətlərin dinamik inkişafını təmin etmək, ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafı üçün müvafiq hərəkətləri seçmək bacarığının formalaşdırılması, mövcud fiziki və potensial hərəki qabiliyyətinin fiziki tərbiyə vasitəsi ilə inkişaf etdirilməsi imkanlarının mövcudluğuna inam hissinin yaradılması, sağlamlığın möhkəmləndirilməsi üsullarına yiyələnmək, sağlam həyat tərzinin normaya çevrilməsi, fiziki hərəkətlər icra olunarkən təhlükəsizlik qaydalarına riayət edilməsinin təmin olunması, mübarizə şəraitində psixoloji dayanıqlıq, komandalı fəaliyyətdə məsuliyyət hissi, çətin anlarda fiziki imkanları səfərbər etmək və digərlərinə kömək göstərmək keyfiyyətləri, tibbi-gigiyenik vərdişləri, ilk tibbi yardım, mühafizə və özünümühafizə bacarıqları formalaşdırılır. Nümunəvi davranış, vətənə sevgi və vətənpərvərlik hissləri aşılanır.

Tam orta təhsil pilləsində

Fiziki hazərlığın təkmilləşdirilməsi və düzgün qamətin formalaşdırılması metodikasından istifadə bacarığının yaradılması;

Fiziki yükün icrası zamanı orqanizmin funksional vəziyyətinə nəzarət və sadə bərpa vasitələrindən istifadə etmək bacarığına yiyələnmək;

İlk tibbi yardım üsullarındanistifadənin təkmilləşdirilməsi;

Komandalı fəaliyyət zamanı səmərəli əməkdaşlıq formasından istifadə bacarığı;

Hərəki mədəniyyət fəaliyyətinin təkmilləşdirilməsi;

Hərəki bacarıq və vərdişlər təkmilləşdirilir, hərəki qabiliyyətlərin dinamik inkişafı təmin edilir, hərəkətlərin təyinatı və məqsədyönlü istifadəsi haqqında biliklər mənimsənilir, bu və ya digər idman növünə uyğunluq, meyl və maraq müəyyənləşdirilir, şagirdlərin potensial imkanlarının reallaşdırılması üçün lazımi şərait yaradılır, onların peşə seçiminə istiqamətləndirilməsi, seçmə və idman orientasiyası təmin edilir, mübarizlik ruhu, mənəvi-iradi keyfiyyətlər, şəraiti təhlil etmək və çevik qərar qəbul etmək bacarığı, kollektiv fəaliyyət zamanı məsuliyyət hissi, rəqibə hörmət, vətənə sevgi və məhəbbət hissləri tərbiyə olunur.

I. Fiziki tərbiyə təliminin məzmunu

1.1 Ümumi təlim nəticələri

Sağlamlığını möhkəmləndirmək, fiziki hazırlığın inkişaf etdirmək üçün tibbi-gigiyena qaydalarına əməl edir, səmərəli hərəkətlər kompleksi seçib icra edir;

Müxtəlif idman növlərinə aid olan hərəkətlərin icra üsullarını dəqiq və səlist yerinə yetirir;

Ayrı-ayrı hərəki qabiliyyətləri inkişaf etdirmək üçün səmərəli və məqsədyönlü hərəkətlər kompleksi seçib yerinə yetirir;

Fiziki tərbiyə prosesində müvafiq təhlükəsizlik, mühafizə, özünümühafizə qaydalarına riayət edir;

Fiziki tərbiyə prosesinin təşkili ilə bağlı nəzəri məlumatları izah edir və bu məlumatlardan praktik fəaliyyətin qurulmasında məqsədyönlü istifadə edir;

Hərəkətləri yerinə yetirərkən əlverişli icra üsulu tətbiq edir, seçdiyi idman növünün xüsusiyyətərinə uüğun hərəkətlər kompleksi müəyyənləşdirərək icra edir;

Ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafı metodlarını bilir və özünün hazırlığını artırmaq üçün onları tətbiq edir;

Hərəkətlərin icrası zamanı müvafiq təhlükəsizlik qaydalarına riayət edir, ilk tibbi yardım göstərir;

1.2 Məzmun xətləri

İnformasiya təminatı və nəzəri biliklər.

Hərəki bacarıqlar və vərdişlər.

Göstərilən məzmun xətləri bütün ümumi təhsil dövründə dəyişməz qalır. Lakin təhsil mərhələlərində onların məzmunu dəyişir.

İnformasiya təminatı və nəzəri biliklər

İnformasiya təminatı şagird tərəfindən icrası həyata keçiriləcək hərəki fəaliyyət haqqında dəqiq təsəvvür yaratmağa, onun şüurlu və fəal icrasını təmin etməyə yönəlmiş məlumatları əhatə edir. Nəzəri biliklər isə bilavasitə hərəkətin icra metodikasına, ayrı-ayrı növlərin hərəkət quruluşuna, hərəki qabiliyyətlərin inkişafına aid məlumatlardan ibarət olur.

İnformasiya təminatı və nəzəri biliklər hərəki bacarıq və vərdişlərin formalaşdırılması prossesində ilkin mərhələdə hərəki təsəvvürün yaranmasını təmin edir. Bu zaman şagird hərəki fəaliyyətin quruluşu haqqında məlumatlar alır, hərəki fəaliyyət üçün proqramı müəyyənləşdirir. Hərəkətin icrasının ümumi əhəmiyyətini, onun uğurlu icrasını şərtləndirən amilləri dərk edir, hərəkətin quruluş fazaları, elementləri, icra ardıcıllığı haqqında təsəvvürləri qazanır, müxtəlif fənlər üzrə əldə edilmiş biliklərdən fiziki tərbiyə prosesində istifadə etmək bacarıqlarını mənimsəyir.

İnformasiya təminatı həmçinin gün rejiminin əhəmiyyəti və tərtibi, davranış və ünsiyyət formaları, mənəvi iradi keyfiyyətlərin formalaşmasına yönəlmiş məlumatları əhatə edir, həyati fəaliyyətin düzgün təşkilinə xidmət edir.

1.3 Təhsil pillələri üzrə təlim nəticələri

Əsas təhsil pilləsi üzrə təlim nəticələri

1. İnformasiya təminatı və nəzəri biliklər

hərəkətlərin və sağlamlaşdırıcı vasitələrin orqanizmə təsirini əsaslandırır;

2. Hərəki bacarıqlar və vərdişlər

Comments are closed, but trackbacks and pingbacks are open.