Press "Enter" to skip to content

Fiziki tərbiyə müəllimə dəstək

“TOPs – təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində Sumqayıt şəhərinin ümumtəhsil məktəblərində təlimlər keçirilib.

Fiziki tərbiyə müəllimə dəstək

İdman sahəsində hər birinizin fəaliyyəti, gördüyünüz işlər və əldə etdiyiniz nailiyyətlər Azərbaycanda idmanın ad-sanını, şöhrətini yüksəldir. Qədim dövrlərdən indiyə qədər idman insanların həm fiziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir. İdmanla məşğul olan hər bir şəxs həm özünün fiziki sağlamlığını təmin edir, həm də ki, cəmiyyətdə idmanın, bədən tərbiyəsinin insan üçün nə qədər lazımlı olduğunu sübut edir.

Heydər Əliyev

Hər bir ölkə və xalqın dünya miqyasında tanınmasında idman və idmançıların da böyük əməyi var. İdmançılar əldə etdiyi qələbələrlə təmsil olunduğu dövləti başqa xalqlar arasında da tanıdır. Azərbaycan artıq çoxdandır idman ölkəsi olduğunu sübut edib. Ölkəmiz tanınmış idmançıları ilə fəxr edir. Çünki onlar dünya, Avropa miqyasında, Olimpiya Oyunlarında qazandıqları möhtəşəm uğurlarla üç rəngli Azərbaycan bayrağını layiqincə göylərə qaldırıblar.
Dəfələrlə beynəlxalq və regional əhəmiyyətli yarışlarda uğur əldə etməklə idmançılarımız həm də Azərbaycanı tərənnüm edib, onu tanıdıb. Son illər idman sahəsində ölkəmizin əldə etdiyi medallar buna əyani sübutdur. Bir il ərzində Azərbaycan idmançıları müxtəlif səpkili yarışlarda birinci, ikinci və üçüncü yerləri tutmaqla Vətənə 900-dən çox medalla qayıdıb.

Beynəlxalq yarışları keçirmək təcrübəsinə malik olan Azərbaycanda müasir idman qurğularının yaradılmasına da xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakı Atıcılıq Mərkəzinin yaranmasında böyük işlər görüblər. Mərkəz idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün nəzərdə tutulub. Bakı Atıcılıq Mərkəzinin istifadəyə verilməsi də görülən tədbirlərin mühüm tərkib hissəsidir. Onu da deyək ki, bu mərkəz Avropada ən böyük atıcılıq komplekslərindən biridir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda başlanılan bütün layihələr uğurla, həm də vaxtında icra olunur. Müasir idman qurğularının yalnız Bakıda deyil, eləcə də regionlarda inşası isə ölkəmizdə gənclərin idmana marağının artırılması və idmanın kütləviliyinin təmin edilməsi istiqamətində atılan addımların ardıcıl xarakter aldığını nümayiş etdirir. Bu cür layihələrin reallaşdırılması, eyni zamanda, gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişməsində də mühüm rol oynayır.
Olimpiya Oyunlarına atıcılığın iki növü, güllə atıcılığı və oxatma daxildir. Birinci növə pnevmatik, kiçik çaplı tapançadan və stenddən atıcılıq daxildir. Bu idman növü güllə və stend atıcılığında dəqiq nişan almaq yarışlarıdır.
Orta əsrlərdən ov tüfəngindən atəş açma yarışlarının keçirildiyi barədə məlumatlar mövcuddur. İlk odlu silah Çində 1132-ci ildə meydana gəlmişdir. Rəsmi olaraq, Avropada odlu silahların XIV əsrdə, texnologiyanın inkişafı barıt enerjisindən istifadə etməyə imkan verdiyi zaman meydana gəldiyinə inanılır. O vaxtlar ovçular uçan quşlara, ov heyvanlarına atəş açmaqla əylənər, eyni zamanda ovçuluq sənətinin sirlərini mənimsəyərdilər. Ətraf mühitə, canlı aləmə bağlı insanların etirazlarına baxmayaraq, “Göyərçin ovu” adı ilə bir çox ölkələrdə populyarlaşan bir idman növü meydana gəldi. İngiltərə, Fransa, Almaniya, İtaliya kimi bir çox Avropa ölkələrində artıq XVIII əsrin ortalarından ovçuluq idmanı üzrə ixtisaslaşmış klublar yaradıldı və onlar öz aralarında yarışlar keçirməyə başladılar. Beləliklə də atıcılıq idman növünün təməli qoyuldu. Barıtın ixtirasından sonra odlu silahlardan istifadə bu idman növünün bünövrəsini qoydu. Xeyli xərc tələb edə bu idman növü XIX əsrdə Şimali Avropada və İngiltərədə oynanmağa başladı. Atıcılıq üzrə ilk dünya çempionatı 1890-cı ildə keçirilirdi. 1896-cı ildə isə Olimpiya Oyunlarına daxil edildi. Azərbaycanda stend atıcılığı ilə 1920-ci ildən məşğul olmağa başlayıblar.
Güllə atıcılığı kiçik kalibrli və Amerika tüfəngləri ilə, tapançalarla və revolverlərlə keçirilir. Tüfənglərdən uzanaraq, dizi üstə və ayaq üstə 25 m-dən 300 m məsafəyə qədər atəş açırlar. Hər atəş üçün 3 dəqiqəyə qədər vaxt ayrılır. Bu “yavaş” atıcılıq adlanır. Lakin “sürətli” atıcılıq da var: məsələn, Amerika tüfəngindən 300 m məsafəyə 30 saniyə ərzində 5 dəfə atəş açmaq.
Çox zaman atəş hərəkətsiz hədəflərə açılır. Kağız və karton hədəf üzərində qara dairə və onun ətrafında zonalar cızan konsentrik çevrələr çəkilir. Mərkəzə vurmaq 10 xal, sonrakı zonaya 9 xal, axrıncı zonaya vurmaq 1 xal sayılır. Hərəkət edən hədəflərə atıcılıq müxtəlif cür olur: “qaçan maral”a 100 m məsafədən, “qaçan cüyür”ə 50m məsafədən atəş. Heyvanın natural böyüklükdə çəkilmiş profilində 5, 4, 3, 2 və 1 xalı göstərən dairələr çəkilir. Xüsusi qurğunun köməyi ilə “maral” 5,4 m/san., “cüyür” isə 4m/san. sürətlə hərəkət edir. Hədəfi ayaq üstə bir və ya iki güllə ilə vurmaq lazımdır.
Tapançalardan və revolverlərdən ayaq üstə 25 m və 50 m məsafədəki hərəkət və ya peyda olan hədəflərə atəş açırlar.

Güllə atıcılığının çoxlu müxtəlif terminləri var. Stend atıcılığı – ov tüfəngindən qırma ilə uçan hədəfləri (kiçik boşqabları) vurmaqdır. Bu boşqablar xüsusi maşınla 20 m/san. sürət ilə tullanılır. Stend atıcılığı üzrə dünya və Olimpiya birincilikləri keçirilir.
1896-cı ildə Afinada keçirilən ilk müasir Olimpiya Oyunlarında 9 idman növü arasında stend atıcılığı da yer alırdı. 1900-cü ildə Parisdə keçirilən Olimpiya oyunlarında hədəf olaraq canlı göyərçinlərdən istifadə olunurdu. Yarış qaydalarına əsasən göyərçinləri şlyapa altına və ya qutunun içinə otuzdurub sonra isə ipi dartaraq göyərçini buraxırdılar və onu uçan zaman göydə vurmalı idilər. Sonrakı yarışlarda canlı göyərçinlər hədəf olmaqdan çıxarıldı. Atıcılıq idman növünda hədəflərin nədən və necə hazırlanması atıcıları və idmançıları hələ XIX əsrin əvvəllərindən düşündürürdü. Həmin əsrin 30-cu illərinin axırlarında bostonlu atıcı Portlok tərəfindən şar formasında ölçüsü 6.5 sm olan süni hədəf və onu atmaq üçün aparat icad edilmişdi. Bir neçə zaman sonra onun həmyerlisi A.Boqardus hədəfləri 35 metr atan aparat icad edir. Yarışlarda hədəflərin vurulmasının daha effektli alınması üçün şarların içini rəngli tük və ya toz ilə doldururdular. Boşqab formasında hədəflər və onları atmaq üçün xüsusi aparatlar 1880-ci ildə Sinsinatili Liqovski tərəfindən icad olundu. Lakin yuxarıda qeyd olunduğu kimi, ilk iki müasir Olimpiya Oyunlarının proqramında yer alan atıcılıq idman növü üzrə yarışlarda hədəf olaraq canlı göyərçinlərdən istifadə olunmuşdu.XX əsrin əvəllərində stend atıcılığında yeni növlər yaranmağa başlayır. Bu günə qədər Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında stend atıcılığında üç növ “Səngər stendi” (Trap), “Dairəvi stend” (Skeet), “Qoşa səngər stend” (Double trap) mövcuddur. Azərbaycanda stend atıcılığı ilə 1920-ci ildən məşğul olmağa başlayıblar. Ölkənin stend atıcılarının Olimpiya Oyunlarında iştirakı 1988-ci ildə Seul olimpiadasından başlandı. Bu idman növündə ölkəni təmsil edən Valeri Timoxin Seul və Atlanta olimpiadalarının iştirakçısı olmuşdur. 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında isə Zemfira Meftaxetdinova dünyanın ən sərrast stend atıcısı kimi tarixə düşdü.(Zemfira Meftaxetdinova – 28 may 1963, Bakı şəhərində anadan olmuşdur, Azərbaycanın atıcı idmançısıdır (stend atıcılığı).
O, ADİA-nı (Azərbaycan Dövlət İdman Akademiyasını) məzunudur. Z. Meftaxetdinova 2000-ci ilin Olimpiya çempionu, 2004-cü il Olimpiya Oyunlarının bürünc mükafatçısı, 2008-ci il Olimpiya Oyunlarının iştirakçısı (15-ci yeri tutub), 1986, 1987 və 1988-ci illərin çempionu, 1986 və 1988-ci illərin gümüş mükafaçısı, 1987 və 1990-cı illərin bürünc mükafatçısı, 1986-cı ilin komanda şəklində dünya çempionatının gümüş mükafatçısıdır. 1986 cı il SSRi çempionatının bürünc mükafatçısıdır. Sidneydə keçirilən 2000-ci il Olimpiya Oyunlarında, 73- 25 nəticəsi ilə Azərbaycanın atıcılıq üzrə yığma komandasına birinci qızıl medalı qazandırdı. Afinada keçirilən 2004-cü il Olimpiya Oyunlarında 71-22 nəticəsi ilə atıcılıq üzrə üçüncü yerə layiq görülmüşdür. Zemfira həmçinin Pekində keçirilmiş 2008-ci il Olimpiya Oyunlarında da iştirak etmişdir, 63 hədəfi vuraraq 15-ci yeri tutmuşdur. O, 100 mümkün xaldan 98-ni toplayaraq, həm də dairəvi stend növündə Olimpiya rekordunu təzələdi.
İradə Süleyman qızı Aşumova (25 fevral 1958-ci ildə Azərbaycanda anadan olmuşdur) Azəbaycanın atıcı-idmançısıdır. Azərbaycan yığma komandasının məşqçisi (güllə atıcılığı üzrə) İradə Aşumova 2004-cü il Olimpiya Oyunlarının bürünc mükafatçısı, 1996 və 2000-ci illərdə keçirilən Olimpiya Oyunlarının iştrakçısıdır.
1985, 1998 və 2002-ci illərdə keçirilən dünya çempionatının gümüş mükafatçısıdır, 1986-cı il Dünya Kubokunun sahibidir. Bakıda, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında dərs deyir.

Qeyd edək ki, atıcılıqla məşğul olan qadın idmançılar ilk dəfə olaraq 1984 – cü ildə Los Ancelesdə keçirilən Olimpiya Oyunlarında yarışmışlar. “Dairəvi stend” (Skeet): Bu növdə idmançılar 10 metr uzaqlıqdan hədəfə atəş açırlar. Hədəflər sürətli və yavaş olmaqla ikiyə ayrılır. Hərəkətli hədəflərin hər birinə 30 atəş açılır. “Səngər stend” (Trap): Bu növdə hədəflər beş ayrı nöqtədən havaya fırladılır. İdmançılar hədəflərin olduğu yerdən 15 metr uzaqlıqda dayanırlar. Kişilər tərəfindən 125, qadınlar tərəfindən 75 hədəfə atəş açılır. İdmançı hədəfin hansı məntəqədən atılacağını əvvəlcədən bilmir. Hədəfi vurmaq üçün iki atəş imkanı verilir. Əksərən ikilüləli 12 kalibirli ov tüfəngindən istifadə olunur. “Qoşa səngər stend” (Double trap): Eyni anda havaya iki hədəf atılır. 8 hədəfatma nöqtəsi olur. Hər hədəfə yalnız bir dəfə atəş açıla bilər. İdmançı hədəf atılana qədər silahı çanaq səviyyəsində tutmalıdır. Hədəf havaya atılanda silah çiyin səviyyəsinə qaldırılır və atəş açılır. Stend atıcılığı sahəsində 5 atış meydançası inşa edilib. Bu meydançalarda səngər atış hərəkətləri üçün 75 hədəftullayıcı avadanlıq quraşdırılıb. Dairəvi atış hərəkətləri üçün inşa edilmiş 5 qüllədə isə 10 hədəftullayıcı avadanlıq var.
Respublikamızın qocaman ali təhsil ocaqlarından olan N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti 1921-ci ildə yaradılmışdır. Onun ilk buraxılışı 1923-1924-cü tədris ilində olmuşdur. ADPU indiyədək 100 mindən artıq ali təhsilli müəllim kadrları hazırlamışdır.
Fiziki tərbiyə və çağrışaqədər hazırlığın tədrisi texnologiyası kafedrası 1981-ci ildə yaradılmışdır. Fiziki tərbiyə və çağrışaqədər hazırlığın tədrisi texnologiyası kafedrasının inkişafında universitet rəhbərliyinin, fakültə dekanının və kafedra müdirinin səmərəli xidmətləri olmuşdur. Fiziki tərbiyə və gənclərin çağırışaqədər hazırlığı müəllimlərinin peşə hazırlığının təkmilləşdirilməsi məqsədi ilə 2018 – 2019-cu tədris ilindən etibarən kafedrada tir atıcılıq mərkəzi yaradılmışdır. Kafedrada tir atıcılıq mərkəzinin yaradılmasında məqsəd gənclərin fiziki tərbiyə və ibtidai hərbi hazırıq Əsasnaməsinə uyğun normativ hüquqi aktlara uyğun həyata keçirilməsidir. Vətənimizin suverenliyini, ərazi bütövlüyünün, toxunulmazlığının silahlı müdafiəsi, dövlətə silahlı hücumun qarşısının alınması, təcavüz olunarsa, onun dəf edilməsi sadiq hərbiçilərmizin Vətənimiz və dövlətçiliyimiz qarşısında borc olduğu “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilib. Dövlətmizin apardığı uğurlu iqtisadi siyasət nəticəsində ordumuz gündən – günə daha müasir silah və texnika ilə təhciz olunur və hərbi qulluqçuların rifahı daha da yüksəlir. Ona görə də hər bir gənc əvvəlcədən özünü hərbi xidmətə hazırlamalıdır.
Fiziki tərbiyə və çağrışaqədər hazırlığın tədrisi texnologiyası kafedrasında tir atıcılıq mərkəzi atıcılıq üzrə ümumi kurs fənninin tədrisi üçün nəzərdə tutulub. Kafedranın tir atıcılıq mərkəzində hər il Azərbaycan Respublikasının “Xocalı faciəsi xalqımızın qan yaddaşıdır”, “Bədən tərbiyəsi və idman” gününə həsr olunmuş atıcılıq üzrə yarışlar keçirilir. Tir-atıcılığı üzrə yarışının keçirilməsinin əsas məqsədi Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələriarasında hərbi-vətənpərvərlik ruhunun aşılanmasının təbliği və Vətənə, bayrağa olan sevgi ruhunu yüksəltməkdir.
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin “fiziki tərbiyə və çağrışaqədər hazırlığın tədrisi texnologiyası kafedrasında” təhsili sahəsində yüksək ixtisaslı mütəxəssisləri hazırlamaq üçün bütün imkanları yaradan müasir ali təhsil məktəbidir. ADPU-nun fiziki tərbiyə, idman və çağrışaqədər hazırlığın tədrisi təhsilini dünya standartlarına uyğunlaşdırmaq, təhsilin keyfiyyətini artırmaq və beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinə malik mütəxəssislər hazırlamaq kimi hədəfləri qarşısına qoymuşdur. Bu məqsədlərə nail olmaq üçün ADPU-da ardıcıl islahatlar aparılır, tam yeni infrastruktur yaradılır (elektron kitabxana, tədris laboratoriyaları, sürətli internet və s.), təhsil imkanları genişləndirilir (distant və onlayn təhsil imkanları, İKT-nin tətbiqi, tələbə və professor-müəllim heyətinin mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması və s.), beynəlxalq təcrübə öyrənilir və beynəlxalq əməkdaşlıqlar qurulur.

Fiziki tərbiyə müəllimə dəstək

2019-02-13 09:10:00

Fiziki tərbiyə müəllimləri üçün seminarlar keçirilib

Ümumi təhsil müəssisələrində fiziki tərbiyə müəllimləri üçün seminarlar keçirilib. AzEdu.az xəbər verir ki, Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunmuş seminarların əsas məqsədi fiziki tərbiyə müəllimlərinin bilik və bacarıqlarını inkişaf etdirmək, onlarla vəzifə öhdəlikləri ilə bağlı müzakirələr aparmaq və şagirdlərin idmana olan marağının artırılması üçün müəllimlərə metodiki dəstək verməkdən ibarətdir. Paytaxtın 12 inzibati rayonu üzrə təşkil olunmuş seminarlarda fənnin məzmunu, strategiyası, dərs planlaşdırması, dərs prosesinin daha yaxşı təşkili, qiymətləndirmədə müxtəlif üsul və vasitələrdən istifadə zamanı müəllimlərin qarşılaşdıqları problemlərin həlli yollarının müəyyənləşdirilməsi barədə söhbətlər aparılıb, müəllimlərə müvafiq tövsiyələr verilib. Seminarların sonunda mövzu ətrafında müəllimlərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara aydınlıq gətirilib.

Bu bölməyə aid digər xəbərlər

Elm Fondu 300 min manatlıq qrant müsabiqəsi ELAN ETDİ

2023-03-07 11:23:20

Bu bölgələrdə ibtidai sinif müəllimləri sertifikasiyaya cəlb olunacaq – RƏSMİ

2023-03-02 16:25:12

İmtahana hazırlaşan müəllimlərə TÖVSİYƏ

2023-02-28 14:33:50

Surqut şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

2023-02-26 13:29:00

Akademikin Vikipediya səhifəsi yenilənib

2023-02-24 17:10:00

“İlin Gənc Müəllimi-2022″də ilk “10-luq”da yer alan Ülviyyə Abdulova AzEdu.az-da – FOTO

2023-02-16 13:50:00

Təhsil İnstitutundan MİQ imtahanları və sertifikasiyaya hazırlaşanlara dəstək

2023-02-15 16:23:00

BDU dosentinin həmmüəllifi olduğu dərslik ABŞ və Böyük Britaniyada nəşr olunub

2023-02-15 10:55:00

Müəllimlər din xadimlərinin müdafiəsinə qalxıblar

2023-02-13 12:16:00

Kimya fənni üzrə kurikulum müzakirəsi təşkil edilib-ARTİ

Fiziki tərbiyə müəllimə dəstək

“TOPs – təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində Sumqayıt şəhərinin ümumtəhsil məktəblərində təlimlər keçirilib.

Modern.az xəbər verir ki, təlimlərə Sumqayıtda fəaliyyət göstərən 43 ümumtəhsil müəssisəsindən 170 nəfər fiziki tərbiyə müəllimi cəlb olunub. Ayrı-ayrı qruplarda TOPs metodologiyası üzrə təşkil olunan praktiki təlimlər zamanı fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılıb, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktiki məşğələlər keçirilib, dərslərin effektli tədris edilməsi üçün TOPs Oyun–metodiki tədris kartlarından istifadə qaydaları müəllimlərə izah edilib.

Təlimlər başa çatdıqdan sonra TOPs proqramı üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən müəllimlərin təlimöncəsi və təlimsonrası qiymətləndirilməsinin nəticəsi müqayisə edilib.

Qeyd edək ki, TOPs layihəsi Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə keçirilir.

Layihə ümumtəhsil məktəblərində təhsilalanların hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının inkişaf etdirilməsi, fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin TOPs metodologiyası vasitəsilə bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.

Comments are closed, but trackbacks and pingbacks are open.