Fiziki tərbiyənin inkişafı haqqında
Valideyinlər yığımcağında “idman sağlamlığın rəhnidir” mövzüsunda müzahirə oxumaq.
Tərbiyənin mahiyyəti və məzmunu
Tərbiyə prosesini elmi əsasda qurmaq üçün onun mahiyyətini düzgün başa düşmək lazımdır.
Pedaqogika tarixində tərbiyəyə müxtəlif baxışlar olmuşdur. Orta əsrlərdə tərbiyəyə insanı idarə etmək vasitəsi kimi baxılırdı: uşaq qoyulmuş qaydalara, böyüklərin tələblərinə tabe olmalı idi. Belə tərbiyə avtoritar tərbiyə adlanırdı. Onun əsas vasitələri nəzarət, cəza, tələb, əmr, qadağan idi.
Kapitalizmin inkişafı ilə əlaqədar tərbiyəyə yeni baxışlar meydana çıxdı. Tərbiyə insanın təbii qüvvələrini inkişaf etdirən, onun sərbəst inkişafını təmin edən vasitə kimi başa düşülürdü. Bu əsasda azad tərbiyə ideyası irəli sürüldü (C.C.Russo).
XX əsrin əvvəllərində tərbiyə insana birtərəfli təsir vasitəsi kimi izah edilməyə başlandı: uşağa tərbiyənin sadəcə obyekti kimi baxılırdı, onun şəxsi fəallığı qiymətləndirilmirdi (P.Blonski, A.Pinkeviç və b.).
Sonrakı dövrdə tərbiyəyə birtərəfli baxış tənqid edilməyə başladı; tərbiyə insanın daim yeniləşməsi, mənəvi cəhətdən zənginləşməsi prosesi kimi, subyekt və obyektin qarşılıqlı təsiri, bir-birini qarşılıqlı zənginləşdirməsi prosesi kimi xarakterizə edildi (V.A.Suxomlinski).
Tərbiyəyə müasir baxış həm avtoritar, həm də azad tərbiyəni inkar edir: birinci halda tərbiyə insan şəxsiyyətini boğur, fəallığını məhdudlaşdırırsa, ikinci halda kortəbiiliyə, ifrat sərbəstliyə gətirib çıxarır. Tərbiyə insana müəyyən sərbəstlik verməklə ağıllı pedaqoji rəhbərliyi uzlaşdırmağa əsaslanmalıdır.
Müasir pedaqogika tərbiyəyə şəxsiyyətin ahəngdar formalaşması və inkişafı prosesi kimi baxır. Tərbiyəçi və tərbiyə olunan ümumi məqsəd üçün birgə qüvvə ilə çalışan fəal tərəflər kimi qəbul olunur. Tərbiyə uşağa birtərəfli təsir kimi yox, pedaqoji əməkdaşlıq kimi başa düşülür.
Tərbiyə prosesinin dialektikası və hərəkətverici qüvvələri. Tərbiyə prosesi dialektik səciyyə daşıyır. Bu, bir neçə cəhətdə özünü göstərir: a) tərbiyə daim inkişaf edən prosesdir; b) tərbiyədə subyekt və obyekt qarşılıqlı vəhdət təşkil edir; c) ziddiyyətlər tərbiyənin hərəkətverici qüvvəsi kimi çıxış edir; ç) tərbiyə, özünütərbiyə və yenidəntərbiyə dialektik vəhdətdədir.
İnsan ətraf aləmlə çoxcəhətli əlaqə və asılılıqdadır. Bu, real tərbiyə prosesinin çevikliyini, dinamikliyini, dəyişkənliyini şərtləndirir: heç bir tərbiyə sistemi dəyişməz deyildir, heç bir tərbiyə metodu bütün hallar üçün yararlı ola bilməz.
Tərbiyənin dialektik xarakteri bu prosesdə subyekt və obyektin qarşılıqlı vəhdəti ilə də bağlıdır: tərbiyə olunan bu prosesdə təkcə obyekt kimi yox, həm də bir çox halda subyekt kimi çıxış edir. O, özünə və yoldaşlarına təsir göstərir, kollektivdə müəyyən mövqe tutur, onun ümumi xəttinin formalaşmasında iştirak edir.
Tərbiyə prosesinin dialektikası onun ziddiyyətli olmasında özünü göstərir. Ziddiyyətlər tərbiyə prosesinin əsas hərəkətverici qüvvəsi kimi çıxış edir. Ziddiyyətlər xarici və daxili olmaqla iki qrupa bölünür.
Xarici ziddiyyətlər cəmiyyətin tələbləri ilə şəxsiyyətin imkanları və tərbiyə səviyyəsi arasındakı ziddiyyətlərlə bağlıdır. İnsan cəmiyyətin (məktəbin, ailənin) tələblərini ödəmək üçün öz imkanlarını (biliyini, bacarığını, psixi qüvvələrini) işə salır. Nəticədə müəyyən müddətdən sonra cəmiyyətin tələblərinə uyğun hərəkət etməyi öyrənir. Beləliklə, öz inkişafında bir addım irəli gedir, yeni keyfiyyətlərə yiyələnir.
Daxili ziddiyyətlər tərbiyə prosesinə daxilən xas olan ziddiyyətlərdir, onun komponentləri arasındakı uyğunsuzluqlardır. Əsas daxili ziddiyyət insanın tələbatları ilə onları ödəmək imkanı arasındakı ziddiyyətdir. İnsan öz tələbatını ödəmək üçün yeni yollar axtarır; yeni vasitələrə, üsullara, əməliyyatlara, biliyə və bacarığa yiyələnir. Beləliklə, öz tələbatını ödəyir: tələbatla imkan arasında ziddiyyət aradan qalxır. Lakin təmin olunmuş tələbat zəminində yeni tələbatlar və deməli, yeni ziddiyyətlər yaranır. Proses ardıcıl surətdə davam etdikcə hər dəfə şəxsiyyətin inkişafında yeni cəhətlər, yeni xüsusiyyətlər və xassələr əmələ gəlir. Bu zəmində insan tədricən həyatı, başqa adamları, özünü dərk edir, yeni-yeni təsəvvürlərə yiyələnir. Onun motivləri, münasibətlər sistemi formalaşır, əxlaqi keyfiyyətləri, mənlik şüuru inkişaf edir.
Tərbiyədə digər daxili ziddiyyətlər də özünü göstərir: tərbiyənin məqsədi ilə məzmunu və vasitələri arasında ziddiyyət; müəllimin məqsədi ilə uşağın məqsədi arasında ziddiyyət; məktəbin planlı təsiri ilə mühitin kortəbii təsiri arasında ziddiyyət; məktəblə ailənin təsiri arasında ziddiyyət; kollektivlə fərd arasında ziddiyyət və s.
Bu ziddiyyətlərin həlli tərbiyə prosesinin səmərə və keyfiyyətini yüksəltməyə, şəxsiyyətin inkişafı üçün əlverişli şərait yaratmağa imkan verir.
2. Tərbiyənin xüsusiyyətləri
Tərbiyə işi özünəməxsus xüsusiyyətlərə malikdir. Onun düzgün idarə olunması və yüksək səmərə verməsi üçün həmin xüsusiyyətləri yaxşı bilmək və tərbiyə işində nəzərə almaq lazımdır. Bu xüsusiyyətlər aşağıdakılardan ibarətdir:
1. Tərbiyə çoxamilli prosesdir. Bu o deməkdir ki, uşaq şəxsiyyətinin formalaşması çox müxtəlif amillərin təsiri ilə baş verir: məktəb, ailə, ictimaiyyət, geniş sosial mühit, məhəllə və yoldaşlıq mühiti, yaşlı adamlar, kino, televiziya, bədii əsərlər və s. tərbiyədə mühüm rol oynayır. A.S.Makarenkonun sözləri ilə desək, uşağı hər şey – adamlar, əşyalar, hadisələr, ilk növbədə isə valideyn və müəllimlər tərbiyə edir.
2. Tərbiyə uzun sürən və fasiləsiz prosesdir. O, insanın doğulduğu gündən başlayıb, bütün ömrü boyu davam edir. Tərbiyədə fasilə yoxdur: o, hər gün, hər an, hətta tərbiyəçi (valideyn) bilavasitə olmadığı dövrdə də davam edir. Tərbiyənin nəticəsi tez gözə görünmür. Buna görə də burada tələsik müsbət nəticə almaq mümkün deyildir; uşaqla gündəlik, səbirlə tərbiyə işi aparmaq lazımdır. Tərbiyəçi (valideyn) apardığı işin müsbət nəticəsini dərhal görmürsə, ruhdan düşməməlidir.
3. Tərbiyə çoxcəhətli, eyni zamanda bütöv prosesdir. Şəxsiyyətin keyfiyyətləri bir-birindən ayrı olmayıb, sıx vəhdət təşkil edir. Tərbiyə prosesində uşağın şəxsiyyəti hissə-hissə yox, bütöv proses kimi, kompleks halda formalaşır. Buna görə də, bütün tərbiyə sahələrini əlaqəli şəkildə aparmaq lazımdır.
4. Tərbiyədə xırda məsələ yoxdur; hər bir “xırda” məsələ şəxsiyyətə müəyyən təsir göstərir. Əslində, tərbiyə işi gündəlik xırda təsirlərdən ibarətdir. Səliqəlilik haqqında uşaqlarla söhbət keçirən müəllim axırda çirkli cib dəsmalı ilə əlini silirsə, bu, onun bütün söhbətinin təsirini aşağı salır.
5. Tərbiyə özünütərbiyə və yenidəntərbiyə ilə dialektik vəhdət təşkil edir. Tərbiyə məqsədyönlü, mütəşəkkil prosesdir. Tərbiyəçinin cəmi uşağın şəxsi səyi ilə birləşdikdə daha yaxşı nəticə əldə etmək olur. Buna görə də kiçik yaşlardan tərbiyə ilə özünütərbiyəni əlaqələndirmək lazımdır.
Özünütərbiyə insanın özünü təkmilləşdirmək üçün öz üzərində şüurlu, məqsədyönlü işləməsi prosesidir. Özünütərbiyənin əsas vasitələrinə özünümüşahidə, özünütəhlil, özünütərbiyə planı və ya proqramının müəyyən edilməsi, özünüinandırma (özünətəlqin), özünənəzarət, özünəhesabat, özünütərif, özünütənqid, özünüqiymətləndirmə daxildir. Yeniyetmə və gəncləri özünütərbiyə vasitələri ilə tanış etmək, bu işə həvəsləndirmək lazımdır.
Tərbiyə prosesi, bir qayda olaraq, yenidəntərbiyə ilə müşayiət olunur. Əgər kiçik yaşlardan insana düzgün tərbiyə verilərsə, sonradan yenidəntərbiyəyə ehtiyac qalmaz. Həm də nəzərə almaq lazımdır ki, yenidəntərbiyə tərbiyəyə nisbətən çətindir; o, çox vaxt və qüvvə tələb edir. Yenidəntərbiyə insanın xarakterində, rəftar və davranışında özünü göstərən mənfi keyfiyyətlərin, mənfi halların aradan qaldırılması prosesidir. Yenidəntərbiyənin əsas şərtləri mənfi keyfiyyətləri doğuran səbəbləri aradan qaldırmaqdan, insanın münasibətlər sistemini dəyişməkdən, kollektivin tərbiyəvi rolunu gücləndirməkdən, insanda özünə inam yaratmaqdan, stimullaşdırıcı tərbiyə metodlarına istinad etməkdən, insanı özünütərbiyə işinə qoşmaqdan ibarətdir. Yenidəntərbiyənin ən böyük ustası A.S.Makarenko olmuşdur; o, 3 mindən artıq nəzarətsiz, qanunpozan uşağı düzgün həyata qaytarmışdır.
Tərbiyə prosesinin əsas mərhələləri. Tərbiyə prosesi müəyyən mərhələlərdən ibarətdir. Bu mərhələləri bilmək və onlara əməl etmək tərbiyə işini düzgün idarə etməyə, şəxsiyyətin inkişafını düzgün istiqamətləndirməyə imkan verir. Tərbiyə prosesi aşağıdakı mərhələlərdə qurulur:
– düzgün davranış normaları və tələbləri ilə tanışlıq;
– həmin norma və tələblərə münasibətin formalaşdırılması: düzgün davranış motivlərinin və arzusunun aşılanması;
– ictimai davranış normalarına baxış və əqidənin formalaşdırılması;
– düzgün davranış təcrübəsinin, adətlərinin yaradılması;
– tərbiyənin özünütərbiyəyə keçməsi, insanda özünütərbiyə tələbatının yaranması.
Tərbiyə prosesi bu mərhələlərlə qurulduqda şəxsiyyətin formalaşması və inkişafını planlı və mütəşəkkil qaydada həyata keçirmək mümkündür.
3. Tərbiyənin məzmunu
Tərbiyənin məzmunu gənc nəslə aşılanacaq tərbiyə keyfiyyətlərinin məcmusudur. O, ahəngdar şəxsiyyət tərbiyəsinin bütün tərkib hissələrini özündə birləşdirir. Buraya əqli tərbiyə, elmi dünyagörüşü tərbiyəsi, ideya-siyasi tərbiyə, əxlaq tərbiyəsi, estetik tərbiyə, əmək tərbiyəsi, fiziki tərbiyə, hüquq, iqtisadi və ekoloji tərbiyə daxildir. Bu tərbiyə sahələri tərbiyənin ümumi məqsədinin həyata keçirilməsində – ahəngdar şəxsiyyətin formalaşmasında mühüm rol oynayır.
Əqli tərbiyə gənc nəsli biliklər sistemi ilə, elmi dünyagörüşü, ideya-mənəvi keyfiyyətlərlə silahlandırmağa, zehni qüvvələri, təfəkkürü inkişaf etdirməyə kömək göstərir.
İdeya-siyasi tərbiyə şəxsiyyətin istiqamətini təşkil edən ideyalar, siyasi baxış və əqidə yaratmağa xidmət edir.
Əxlaq tərbiyəsi insanda əxlaqi şüuru, müsbət davranış adətləri formalaşdırmağa istiqamətlənir.
Əmək tərbiyəsi əməksevərlik, əməyə məhəbbət, əmək bacarıq və vərdişləri tərbiyə edir, gənc nəsli psixoloji və əməli cəhətdən əməyə, peşə seçmə işinə hazırlayır.
Estetik tərbiyə böyüyən nəsli gözəllik ruhunda tərbiyə edir, onda estetik hisslər, zövq, bədii-estetik bacarıqları formalaşdırır
Fiziki tərbiyə şəxsiyyətin vacib keyfiyyətlərini – sağlamlığı, gümrahlığı möhkəmlədir, gənc nəsli əməyə, Vətən müdafiəsinə hazırlayır.
Hüquq, iqtisadi və ekoloji tərbiyə böyüyən nəsli hüquqi, iqtisadi və ekoloji mədəniyyət ruhunda tərbiyə etməklə, cəmiyyətdə yaşayıb fəaliyyət göstərməyə hazırlayır, vətəndaş kimi öz hüquq və vəzifələrini dərk etməyə kömək göstərir.
Tərbiyənin məzmunu onun məqsədi ilə, cəmiyyətin tələbatı ilə müəyyən olunur. Tərbiyənin başlıca məqsədi ahəngdar şəxsiyyət yetişdirməkdən ibarət olduğu üçün tərbiyə işinin məzmunu – bütün sahələri əlaqəli şəkildə həyata keçirilməli, ümumi məqsədə xidmət etməlidir.
Məktəbdə tərbiyə işlərinin məzmunu xüsusi proqramda öz əksini tapmışdır. Bu proqram “Məktəblilərin tərbiyə edilməsinin nümunəvi məzmunu” adlanır. Proqram dörd hissədən ibarətdir. I hissədə ümumtəhsil məktəbində tərbiyə fəaliyyətinin ümumi vəzifələri öz əksini tapmışdır. II hissədə müxtəlif yaş dövrlərində (I-IV, V-IX, X-XI siniflər) tərbiyə işinin xüsusiyyətləri ilə bağlı vəzifələr konkretləşdirilir. III hissədə ümumməktəb kollektivinin təxmini fəaliyyət növləri, IV hissədə isə məktəb, ailə və ictimaiyyətin birgə fəaliyyətinin məzmunu və formaları nəzərdən keçirilir.
Məktəb kollektivləri, sinif rəhbərləri öz işlərini planlaşdırarkən “Məktəblilərin tərbiyə edilməsinin nümunəvi məzmunu” proqramından faydalana bilərlər.
Fiziki tərbiyənin inkişafı haqqında
Hazırda şagirdlərin fiziki cəhətdən sağlamlığının inkişafı məsələsi bütün ictimaiyyəti düşündürən ciddi məsələlərdən birinə çevrilmişdir. Belə ki, müasir dövrdə baş verən bir sıra maddi və mənəvi gərginliklər, yeni tədris proqramında qarşıya çıxan bir sıra zehni çətinliklər şagirdlərin sağlamlığına və onların fiziki inkişafına təsirsiz qalmır. Bəs necə etməli ki, uşaq birinci sinifdən başlayaraq təlimdə qarşıya çıxan bütün zehni gərginliklərə davam gətirməklə təhsilini başa vura bilsin və fiziki.
Раздел | Физкультура |
Класс | – |
Тип | Презентации |
Автор | Hesenova S.Y. |
Дата | 18.03.2015 |
Формат | doc |
Изображения | Нет |
Поделитесь с коллегами:
Qarayeri qəsəbə 1saylı məktəb-liseyin
fiziki tərbiyə fənni üzrə 2014-2015-citədris ili
Bölmə məşğələlərinin cədvəlini tərtib etmək
V-VIIIvə IX-XI siniflər arasında futbol birinciliyi keçirmək
Sinif fiziki tərbiyə təşkilatı
Fiziki tərbiyə müəllimi
Məktəbin y/a üzrə birincilyi keçirmək.
a)V-VIII siniflər 30-60m qaçış
b)IX-XI siniflər 60m qaçış,uzunluğu
Sinif fiziki tərbiyə iştirakçılarının bölmə borusu
Turist yürüş təşkil etmək (istirahət günü)
Fiziki tərbiyə müəllimi
V-VIII və IX-XI siniflər arasında voleybol birinciliyi keçirmək
Fiziki tərbiyə müəllimi.
Yuxarı sinif şagirdləri arasında basketbol üzrə
məktəb birinciliyi keçirmək
Fiziki tərbiyə müəllimi
Qonşu məktəblə voleybol,futbol üzrə yoldaşlıq görüşünü keçimək
“İdmançı” divar qəzeti buraxmaq
VMH kompleksi normaları üzrə kütləvi yarışlar keçirmək
Məktəbin rekord cədvəlini hazırlamaq
Dama üzrə məktəb birinciliyi keçirmək
Fiziki tərbiyə şurası
Yaz idman mövsümünün açılışına həsir edilmiş estafet qaçışını təşkil etmək.V-VIII siniflər 15x300m.IX-XI siniflər 15x500m.
Valideyinlər yığımcağında “idman sağlamlığın rəhnidir” mövzüsunda müzahirə oxumaq.
Fiziki tərbiyə müəllimi və həkim
Qarayeri qəsəbə 1saylı -məktəb liseyindirektoru:
Qarayeri qəsəbə 1saylı məktəb -liseyin təşkilatçı müavini:
Qarayeri qəsəbə 1saylı -məktəb liseyin fiziki tərbiyə müəllimi:
üçün ilkin təqvim planı
Fiziki tərbiyə fənni üzrə ümumi təlim nəticələri
• fərdi və ya komanda tərkibində fəaliyyət zamanı təşkilatçılıq, psixoloji dayanıqlılıq, dözümlülük, ümumi mənafeyə xidmət etmək keyfiyyətlərini nümayiş etdirir.
- Məzmunn xətləri üzrə təlim nəticələri
İnformasiya təminatı və nəzəri biliklər
• şəxsi gigiyena qaydalarını və orqanizmin təbii vasitələrlə möhkəmləşdirilməsi üsulları haqqında məlumatları gündəlik həyatında tətbiq edir;
• tanıdığı müxtəlif təyinatlı oyunların fərqli cəhətlərini izah edir;
• müxtəlif idman növlərinin xüsusiyyətlərini fərqləndirir;
• hərəki komandaları dəqiq icra edir;
• hərəki fəaliyyət zamanı özünümühafizə və mühafizə qaydalarını bildiyini nümayiş etdirir;
- Siniflər üzrə təlim nəticələri və məzmun standartları
• hərəki qabiliyyətlərin inkişafı metodlarından və bərpaedici vasitələrdən istifadəni izah edir;
• orqanizmin funksional vəziyyətinə nəzarət və ilk tibbi yardım bacarığı nümayiş etdirir;
• hərəki qabiliyyətlərin inkişafı və qamətin korreksiyası üçün hərəkətlərdən və vasitələrdən müstəqil istifadə edir;
• müxtəlif idman növlərinə aid hərəkətləri əlverişli üsullarla yerinə yetirir;
• hərəki fəaliyyət zamanı səmərəli əməkdaşlıq qurur.
- İnformasiya təminatı və nəzəri biliklər
- Hərəkətlərin sağlamlaşdırıcı və inkişafetdirici təsiri haqqında biliklər nümayiş etdirir.
- Orqanizmin ayrı-ayrı funksional sistemləri və orqanların işinə təsir göstərən hərəkətləri izah edir.
- Hərəkərlərin icrasından sonra istifadə olunacaq bərpaedici vasitələr və hərəkətlərdə müstəqil istifadə haqqında məlumat verir.
- Hərəkətləri yerinə yetirərkən icra üsullarının təkmilləşdirilməsi variantlarını sadalayır.
- Komandalı fəaliyyətin təkmilləşdirilməsi haqqında məlumat verir.
- Müxtəlif təyinatlı hərəkətlərin və oyunların icrası üsullarını və rejimlərini əsaslandırır.
- Müxtəlif özünümüdafiə üsullarından istifadə haqqında informasiya verir.
- Müxtəlif təyinatlı sıra hərəkətlərini izah edir.
- Əşya və alətlərdən istifadə etməklə müxtəlif təyinatlı ümuminkişaf hərəkətləri haqqında məlumat verir.
- Hərəki qabiliyyətlərin inkişafı metodları haqqında məlumat verir.
- Bərpaedici hərəkətlərdən və vasitələrdən müstəqil istifadə qaydalarını izah edir.
- İlk tibbi yardım və zədə alanın daşınması haqqında informasiya verir.
- Ümumbəşəri, milli dəyərlər haqqında məlumat verir.
- İdmanın millətlər və dövlətlərarası əlaqələrin qurulmasında rolu haqqında məlumat verir.
- Hərəki fəaliyyətlə əlaqədar şagird bacarıq və vərdişləri nümayiş etdirir.
- Orqanizmin ayrı-ayrı funksiyalarının işinə təsir göstərən hərəkətləri icra edir;
- Müxtəlif təyinatlı hərəkətlərin icrasından sonra bərpaedici vasitələrdən və hərəkətlərdən müstəqil istifadə edir.
- İsman növlərinə aid olan hərəkətləri səmərəli üsullarla yerinə yetirir.
- Komandalı fəaliyyət, oyunları və estafetləri texniki tələblərə uyğun olan icra üsulu ilə yerinə yetirir.
- Müxtəlif təyinatlı hərəkətlərin icrası zamanı əlverişli üsullar və rejimlər tətbiq edir.
- Müxtəlif özünümüdafiə üsullarını tətbiq edir.
- Sıra hərəkətlərini təyinatına görə müstəqil icra edir.
- Ümuminkişaf və hazırlayıcı hərəkətləri əşya və alətlərdən istifadə etməklə yerinə yetirir.
- Hərəki qabiliyyətlərin inkişafı üçün istifadə edilən fiziki yükün həcmini və intensivliyini müəyyən edir.
- Bərpaedici və relaksiyaedici hərəkətlərdən fiziki yükün xüsusiyyətinə müvafiq istifadə edir.
- Zədələnmələr və funksional pozuntular zamanı ilk tibbi yardım göstərir.
- Hərəki qabiliyyətlər
- Hərəki qabiliyyətlər nümayiş etdirir.
- Dəyişən şəraitin tələblərinə müvafiq normativlərə uyğun çeviklik nümayiş etdirir.
- Sərbəst və geniş amplitudalı icra zamanı normativlərə müvafiq mütəhərriklik və əzələlərin elastikliyini nümayiş etdirir.
- İcrası maksimum tezlik tələb edən hərəkətləri yerinə yetirərkən normativlərə müvafiq sürət nümayiş etdirir.
- Məhdud vaxt intervalında maksimum qüvvə sərfi tələb edən hərəkətlərin icrası zamanı normativlərə müvafiq sürət-güc nümayiş etdirir.
- Müxtəlif xarici müqaviməti dəf edərkən normativlərə uyğun qüvvə nümayiş etdirir.
- Təkrar və davamlı icra prosesində normativlərə uyğun dözümlülük nümayiş etdirir.
- Şəxsiyyətin mənəvi iradi xüsusiyyətinin formalaşması
- Hərəki fəaliyyət zamanı məqbul davranış yerinə yetirir.
- Birgə fəaliyyət zamanı əməkdaşlıq nümayiş etdirir.
- Ekstremal şəraitlərdə təmkinlik nümayiş etdirir.
- Təhlil əsasında özünün hərəki fəaliyyətində korreksiyalar aparır.
XI sinifin sonunda şagird:
• orqanizmin möhkəmləndirilməsi hərəki qabiliyyətlərin müstəqil inkişafı metodlarının tətbiqini izah edir;
• müxtəlif şəraitlərdə ilk tibbi yardımın göstərilməsi və bərpaedici vasitələrin tətbiqini izah edir;
• hərəki fəaliyyət zamanı əlverişli icra üsulları tətbiq edir;
• yaş qrupuna müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir;
• etik, hüquqi, mənəvi normaları dəyərləndirir.
- İnformasiya təminatı və nəzəri biliklər
- Hərəkətlərin sağlamlaşdırıcı və inkişafetdirici təsiri haqqında biliklərini nümayiş etdirir.
- Orqanizmin funksional sistemlərinin iş qabiliyyətini artırmaq üçün hərəkətlərin tətbiqi qaydalarını izah edir.
- Hərəkətlərin icrasından sonra bərpaedici vasitələrdən və hərəkətlərdən müstəqil istifadəni izah edir.
- Hərəkətləri yerinə yetirərkən icra üsullarının təkmilləşdirilməsini izah edir.
- Komandalı fəaliyyətin təkmilləşdirilməsini əsaslandırır.
- Müxtəlif təyinatlı hərəkətlərin və oyunların icrası üsullarını və rejimlərini əsaslandırır.
- Fiziki hazırlığına uyğun özünü müdafiə üsullarının seçilməsini izah edir.
- Müxtəlif təyinatlı sıra hərəkətlərini izah edir.
- Əşya və alətlərdən istifadə etməklə ümuminkişaf hərəkətlərinin təyinatını əsaslandırır.
- Hərəki qabiliyyətlərin inkişafı metodları haqqında məlumat verir.
- Bərpaedici hərəkətlərdən və vasitələrdən müstəqil istifadə qaydalarını izah edir.
- İlk tibbi yardım və zədə alanın daşınması haqqında informasiya verir.
- Ümumbəşəri, milli dəyərləri izah edir.
- İdmanın millətlər və dövlətlərarası əlaqələrin qurulmasında rolunu izah edir.
- Hərəki bacarıqlar və vərdişlər
- Şagird mənimsədiyi bacarıq və vərdişləri nümayiş etdirir.
- Orqanizmin funksional sistemlərinin və orqanlarının iş qabiliyyətinə təsir göstərən hərəkətləri icra edir.
- Müxtəlif təyinatlı hərəkətlərin icrasından sonra bərpaedici vasitələrdən və hərəkətlərdən müstəqil istifadə edir.
- İdman növlərinə aid olan hərəkətləri təkmilləşmiş üsullarla yerinə yetirir.
- Komandalı fəaliyyət zamanı əlverişli texniki və taktiki variantları icra edir.
- Müxtəlif təyinatlı hərəkətlərin icrası zamanı əlverişli üsullar və rejimlər tətbiq edir.
- Fiziki hazırlığına və şəraitə müvafiq özünümüdafiə üsullarını tətbiq edir.
- Sıra hərəkətlərini təyinatına görə müstəqil icra edir.
- Ümuminkişaf və hazırlayıcı hərəkətləri qamətin korreksiyası və fərdi hazırlıq məqsədi ilə icra edir.
- Hərəki qabiliyyətlərin inkişafı üçün istifadə edilən fiziki yükün həcmini və intensivliyini müəyyən edir.
- Bərpaedici və reaksiyaedici hərəkətlərdən fiziki yükün xüsusiyyətinə müvafiq istifadə edir.
- Zədələnmələr və funksional pozuntular zamanı ilk tibbi yardım göstərir.
- Hərəki qabiliyyətlər
- Hərəki qabiliyyətlər nümayiş etdirir.
- Hərəki fəaliyyətini dəyişən şəraitin tələblərinə müvafiq qurulması zamanı normativlərə uyğun çeviklik nümayiş etdirir.
- Sərbəst və geniş amplitudalı icra zamanı mütəhərriklik və əzələlərin elastikliyini nümayiş etdirir.
- İcrası maksimum tezlik tələb edən hərəkətləri yerinə yetirərəkən normativlərə müvafiq sürət nümayiş etdirir.
- Məqsədli olaraq seçilmiş və kombinə edilmiş hərəkət komplekslərinin icrası zamanı normativlərə müvafiq sürət-güc nümayiş etdirir.
- Hərəki fəaliyyət zamanı zəruri olan müxtəlif qüvvə növlərini normativlərə uyğun nümayiş etdirir.
- Yarış və mübarizə şəraitində normativlərə uyğun ümumi və xüsusi dözümlülük nümayiş etdirir.
- Şəxsiyyətin mənəvi iradi xüsusiyyətinin formalaşması
- Hərəki fəaliyyət zamanı təqfiredici ünsiyyət nümayiş etdirir.
- Hərəki fəaliyyət zamanı təqdiredici ünsiyyət nümayiş etdirir.
- Çətin və ekstremal şəraitdə psixoloji dayanıqlılıq nümayiş etdirir.
- Təhlil əsasında özünün hərəki dəaliyyətində korreksiyalar aparır.
- Hərəki fəaliyyət zamanı təqfiredici ünsiyyət nümayiş etdirir.
Comments are closed, but trackbacks and pingbacks are open.