Press "Enter" to skip to content

Fizuli əzimov kitabı

1994-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan оlmasının 500 illik yubileyi münasibətilə dövlət komissiyası yaradılmışdır.

Məhəmməd Füzuli

Məhəmməd Füzuli ibn Süleyman — (əsl adı: Məhəmməd ibn (oğlu) Süleyman, d. 1494, Kərbala, İraq, Ağqoyunlu dövləti — ö. 1556, Kərbala, İraq, Osmanlı imperiyası) — Orta əsr azərbaycan türk şairi, mütəfəkkir və filosof. Azərbaycan və türk ədəbiyyatı tarixində divan janrının ən məşhur və görkəmli nümayəndələrindən biri kimi tanınmaqdadır. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Mənbələrdə digər adı Molla Məhəmməd Bağdadidir. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu məlumdur.

Məhəmməd Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Bəzi mənbələrə görə, Məhəmmədin atası Süleyman İraqa, Azərbaycanın Ərəş mahalındanköçmüşdür. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın qohumlarının yanında yaşayıb. O, burada özünün alimliyi ilə geniş şöhrət tapıb. Füzulinin özü də kamil təhsil görmüşdü. Elə bunu nəzərə alan tədqiqatçılar belə hesab edirlər ki, şairin atası kifayət qədər varlı adam olmuşdur. Eləcə də onun ziyarətgah sayılan Hillə və Kərbəla kimi şəhərlərdə yaşaması Süleymanın ruhani olduğuna dəlalət edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası Hillə şəhərinin müftisi olmuşdur.

XI əsrdə İraqın Səlcuqlar, daha sonralar isə Monqollar və Teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artırdı. Bu durum sonralar da davam edir. 1508-ci ildə şah İsmayıl təntənəli şəkildə Bağdada girərək, İraqı Azərbaycana birləşdirir, sonra isə 1534-cü ildə bu şəhər uzun bir müddətə Osmanlı İmperiyasının tərkibinə daxil olur. Beləliklə, Füzulinin həyat və yaradıcılığının ilk dövrləri İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür. Dahi Məhəmməd Füzuli 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmişdir. Şairin qəbri də məhz Kərbəladadır.

Yaradıcılığı

Məhəmməd Füzuli ilk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır.Onun müəllimi Vəli Məmmədzadə olmuşdur. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyaziyyat və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir.

“Bəngü Badə” (“Tiryək və Şərab”) əsərini Şah İsmayıl Xətaiə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir.

Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli Sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, “Leyli və Məcnun” (1537) əsərini də “Rum zərifləri” adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır.

Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, “Yeddi cam”, “Ənisül-qəlb”, “Səhhət və Mərəz” əsərləri qocalıq dövrünün məhzullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir.

Yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyata gətirdiyi “Leyli və Məcnun” mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.

Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı “Mətləül-etiqad” əsərində əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən təsirlənmişdir. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir.

“Məni candan usandırdı”

Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan.
Neçin qılmaz mənə dərman, məni bimari sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
Desəm, o bivəfa bilməm, inanarmı, inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

Güli-rüsxarinə qarşı gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?

Qəzəl məcnuni-dilpəzirindir

Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni! Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
Az eyləmə inayətini əhli-dərddən, Yəni ki, çox bəlalara qıl mübtəla məni!

Olduqca mən götürmə bəladan iradətim, Mən istərəm bəlanı, çün istər bəla məni!
Təmkinimi bəlayi-məhəbbətdə qılma süst, Ta dust tən edib deməyə bivəfa məni!

Getdikcə hüsnün eylə ziyadə nigarımın, Gəldikcə dərdinə bətər et mübtəla məni!
Mən qandanü mülaziməti-etibarü cah, Qıl qalibi-səadəti-fəqrü fəna məni!

Öylə zəif qıl tənimi firqətində kim, Vəslinə mümkün ola yetirmək səba məni!
Nəxvət qılıb nəsib Füzuli kimi mənə, Ya rəb, müqəyyəd eyləmə mütləq mana məni!

“Leyli və Məcnun”, Fizuli

Füzuli öz seirlərində, XVI əsrə qədər azərbaycan türkcəsində yazan şairlərin bütün yaxşı təcrübələrini hesaba almış, onu böyük cürət və məharətlə inkişaf etdirmişdir. Lirikanın ən qiymətli nümunələrini verməklə Azərbaycan və eləcə də türk ədəbiyyat tarixində yeni, çox böyük və gözəl bir məktəb açmışdır. Füzuli ədəbi məktəbi, özünün məna, məzmun zənginliyi, bədii yüksəkliyi ilə insan hiss və fikirlərinin bədii ensiklopediyasını təşkil edir. Bu məktəb şeirimizin bədii

keyfiyyətini son dərəcə yüksək bir pilləyə qaldırmaqla qalmamışdır. O, azərbaycan türkcəsinin bütün gözəlliklərini, imkan və qüdrətini parlaq surətdə nümayiş etdirmişdir. Bu məktəb klassik ədəbiyyatdakı köhnəlmiş qayda və normaları qırmaqda, inkişafa mane olan klassisizm ənənələrinə cəsur, azad və hünərli yanaşmaqda böyük tarixi xidmət göstərmişdir.

Füzuli Nəsimidən sonra ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yeni yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərmiş, ədəbi məktəb yaratmışdır. Onun əsərləri Təbrizdə, Bakıda, İstanbulda, Ankarada, Qahirədə, Daşkənddə, Buxarada, Aşqabadda dəfələrlə nəşr edilmiş, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.

Məhəmməd Füzuli qəməri tarixlə 963-cü, miladi təqvimlə 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmiş, orada da dəfn olunmuşdur.

Şairin ölümünün 400 illiyi dünya miqyasında qeyd edilmişdir. Əsərləri toplanaraq ən qədim nüsxələr əsasında Azərbaycanda beş cilddə nəşr olunmuşdur.

Leyli və Məcnun

Leyli və Məcnun əfsanəsi haqqında çox poemalar yazılmışdır. Lakin Füzulinin «Leyli və Məcnun» poeması özünəməxsusluğu ilə seçilir. Müəllif о dövrün patriarxal mədəniyyətini, onun ab-havasını olduqca hərtərəfli və aydın şəkildə izahını vermişdir.

Leyli və Məcnun timsalında insana, həyata və sevgiyə yeni münasibət ifadə olunmuşdur. Leyli və Məcnun yeni insan idealının, insan haqqındakı yeni baxışların köhnə baxışlar və ziddiyyətlə toqquşmasını əks etdirir. Bu toqquşma göstərir ki, köhnə baxışların, görüşlərin tarix səhnəsindən çıxmaq vaxtı yaxınlaşmışdır. Lakin bu köhnə baxışlar hələ şüurlardan silinməmişdir. Ona qarşı hər bir çixış, hər bir hərəkət dəlilik, ağılsızlıq, məcnunluq sayılır. İstər qız olsun, istər oğlan övladın kimisə seçməsi, kiməsə rəğbət göstərməsi hələ də ata hüququna müdaxilə etmək, dövrün adət-ənənələrinə zidd getmək kimi qarşılanır.

Əsərlə yaxından tanış olanlar bilir ki, Leyli və Məcnun məhəbbəti məktəbdən başlayır. Bu heç də təsadüfi deyildir. Yəni kamillik, sosial münasibətlər sisteminin inkişafı qadın və kişi münasibətlərinin tənzimlənməsi üçün elm və təhsil zəruri şərtlərindən biridir. Onlar bir-birini yalnız məktəbdə görür və bu məhəbbətə, qarşılıqlı münasibətə burada daha da yaxınlaşırlar. Məcnunun iztirabı, həsrəti Leylinin məktəbdən getməsi ilə başlayır. Təbii ki, Füzulinin kamil insan, şəxsiyyət timsalında yaratdığı insan obrazı, Leyli və Məcnun münasibətlərində qoyduğu konsepsiyasını və onun gender münasibətlərinin əsasını təşkil edir. Həm Məcnun, həm də Leyli eyni sosial statusa malikdirlər. Yəni hər ikisi qəbilə başçılarınının yeganə övladıdır, var-dövlət cəhətdən də eyni zənginliyə malikdirlər. Amma Leylinin atası qızını belə bir imkanlı ailənin oğluna vermək istəmir. Sözsüz ki, burada əsas məsələ Qeysin insani münasibətlərə, məhəbbətə, ailə qurulmasına dair özünəməxsus keyfiyyətlərə malik olmasıdır. Onu başa düşmədikləri yə qəbul etmədikləri üçün Qeys Məcnuna çevrildi. Bu «məcnunluq» insan sevgisindən, insanın insana olan münasibətindən irəli gəlirdir. Elə buna görədə o, özünü səhrada, heyvanlar arasında daha yaxşı hiss edirdi.

Məcnuna göndərdiyi bir məktubda Leyli öz hüquqsuzluğunu, qul, əşya kimi alınıb satıldığını bildirərək yazır:

Мən gövhərəm, özgələr xiridar,
Məndə degil ixtiyari-bazar,
Dövran ki, məni məzada saldı,
Bilməm Kim idi satan Kim aldı,
Olsaydı mənim öz ixtiyarım,
Olmaz idi səndən özgə yarım.

“Leyli və Məcnun”, Fizuli

Burada qadının azad seçim hüququnun əlindən alındığı aşkar olur. Füzuli bununla İslam Dininin qadına verdiyi seçim hüququnu tələb edir və bunun üçün insanları ilahi həqiqətə əməl etməyə çağırır. Dünyada hakim adət-ənənə və düşüncə tərzi qadına mənəvi sərbəstlik verilir, qadın qəlbinin səsini eşitmək istəmirdi.

Əsər patriaxal mədəniyyətin bazis nümunəsi kimi də dəyərləndirilə bilər. Burada qadınlar hər bir hərəkətlərində çox ehtiyatla davranırlar. Elə Leylinin Məcnuna olan məhəbbətini eşidən ana da bu həyəcan və qorxu dəhşətini yaşayır. Və o, bunu Leyliyə etdiyi nəsihətlərdə açıq bildirir:

Məzmundan qadının hüquqsuzluğu, öz taleyinin sahibi olmadığı görünür. Fizuli əsərdə qadına seçim hüququnun tanınmasına çağırır. Bu baxımdan əsər patrarxal mədəniyyətin bariz nümunəsi kimi qiymətlidir. Bu dövrdə qadınlar hər bir hərəkətlərində ehtiyatlı davranmağa məcburdurlar. Bütün bunlar Leylinin anasının onun Məcnuna olan sevdasından xəbər tutduqdan sonra verdiyi nəsihətlərdən də görünməkdədir:

Keyşux, nədir bu göftugulər?
Qılmaq sənə tənə eybculər?
Nəycün özünə ziyan edirsən?
Yaxşı adını yama edirsən?
Nəyçün sənə tənə edə bədyu?
Namusuna laiq işmidir bu?

“Leyli və Məcnun”, Fizuli

Qadın azadlığı həya, abır, namus, ismət cilovları ilə buxovlanmış olur. Əsərdə qadının öz istədiyini dilinə gətirməsi, sərbəst ailə qurmaq arzusu ilə yaşaması belə ədəb-ərkandan kənar sayılır. Əsas faciə ondadır ki, Leyli öz hüququ uğrunda qismən də olsa mübarizə aparsa da ətrafında özünə həmdəm tapılmaması üzündən nəticə əldə olunmur. O, ətrafdakılar tərəfindən anlanılmadığına görə dərdini şamla, pərvanə ilə, ayla, buludla, dəvə ilə bölüşməli olur. Leyli özünü cilovu başqasının əlində olan dəvəyə oxşadır:

Mən kimi yox əldə İxtiyarin,
Bir özgə əlindədir Məharin

“Leyli və Məcnun”, Fizuli

Füzulinin qələmə aldığı sevgi dastanında baş qəhrəmanların – Leyli ilə Məcnunun kamil surəti ilə yanaşı epizodik surətlər də verilmişdir. Gənclərin valideynindən başqa Nofəl, İbn Səlam, Zeyd kimi bitkin surətlər, bu və ya başqa dərəcədə hadisəyə qarışan Saqi, Gərdun, Ahu, Kəbutər, Şərn, Ay və sair alleqorik surətlər verilmişdir. Bütün bu surətlərin xarakterində başlıca cəhət, əsas keyfiyyət saf məhəbbət, sevgiyə sədaqət məsələsidir. Bütün başqa məsələlər ikinci, üçüncü dərəcədə qalır.

Şair epizodik surətlərdən də sevginin ecazkar qüdrətini, hər şeydən üstün olduğunu, ən yüksək məna kəsb etdiyini göstərir. Hətta Məcnuna rəqib olan İbn Səlam surətini işlərkən şair onun mənliyindəki müsbət keyfiyyətləri, onun ali idrakını, xoş xasiyyətini, cazibəli hüsnünü qeyd edir. O, mötəbər adamdır, kübar içində məşhurdur, bəxtiyardır, zəngindir, mərifət əhlidir. Şair onu baş qəhrəmanı Məcnun ilə müqayisə edir. İbn Səlam Leylini ova gedəndə görür, məftun olur və dərhal evinə qayıdır. Leyli üçün elçi getməyə ən ağıllı, münasib bir adam tapır.

Təsvirdə, baş qəhrəmana-Məcnuna rəqib çıxan bir adamın təsvirində gözləmək olardı ki, şair rəqibin mənfi cəhətlərini qabardıb göstərsin. Lakin elə olmur, şair hətta Məcnunun rəqibində də çirkin xüsusiyyətlər görmür. Daha doğrusu, belə bir adam ilə “ən yüksək xilqət” olan Leylini üz-üzə gətirmək istəyir. Leyli İbn Səlamı sevməsə də, ondan kənar olmaq istəsə də, İbn Səlam nəcibliyində qalır. Leyli toy gecəsində öz dərdini ona danışandan sonra qızın bütün iztirablarına inanır, alicənablıq edir, fıkrini tamam dəyisir, ona yaxınlıq etmir, “vəsldən” əl çəkib hicranı özünə ruzi edir.

Keyşux, nədir bu göftugulər?
Qılmaq sənə tənə eybculər?
Nəycün özünə ziyan edirsən?
Yaxşı adını yama edirsən?
Nəyçün sənə tənə edə bədyu?
Namusuna laiq işmidir bu?

“Leyli və Məcnun”, Fizuli

Qadın azadlığı həya, abır, namus, ismət cilovları ilə buxovlanmış olur. Əsərdə qadının öz istəyini dilinə gətirməsi, sərbəst ailə qurmaq arzusu ilə yaşaması belə ədəb-ərkandan kənar sayılır. Əsas faciə ondadır ki, Leyli öz hüququ uğrunda qismən də olsa mübarizə aparsa da, ətrafında özünə həmdəm tapılmaması üzündən nəticə əldə olunmur. O, ətrafdakılar tərəfindən anlanılmadığına görə dərdini şamla, pərvanə ilə, ayla, buludla, dəvə ilə bölüşməli olur. Leyli özünü cilovu başqasının əlində olan dəvəyə oxşadır:

Meyl etmədi mütləq ol nigarə,

Hərgiz ona qılmadı nəzarə!

“Leyli və Məcnun”, Fizuli

Poemanın axırlarına yaxın Leyli və Məcnunun üz-üzə gəldiyi yerdə gözlənilməyən bir hadisə baş verir, Bir az əvvəl səhrada karvanı itirən, azıb sərgərdan gəzən Leyli, Məcnuna rast gələndə onu tanımamışdı. İndi İsə Məcnun Leylini tanımır və ya tanımaq istəmir. Leyli özünün hər bir qeyd və şərtdən uzaq olduğunu, Məcnunun ağuşuna girməyə hazır olduğunu deyəndə Məcnun kənara çəkilir, belə bir vüsala taqətsiz olduğunu iddia edir:

Yaqmağa1 məni yetər xəyalın,
Yoxdur mənə taqəti-visalın!
Ol gün ki, gözümdə var idi nur,
Gözdən üzünü qaçırdın, ey hur.
Eşq etdi binayi-vəsli mohkəm,
Mənidə məni sənınlə həmdəm.
Məndə olan aşikar sənsən,
Mən xud yoxam, olki, var sənsən.

“Leyli və Məcnun”, Fizuli

Ömrünü məşuqəsinin yolunda qoyan, fani gün üçün də “rüsvayi-xəlayiq” olan bir adamın öz arzusuna çatdığı yerdə birdən-birə üz döndərməsi təbii, şüurlu hərəkət sayılmaz. Bu, doğrudan da “cünunçuluq” əlamətidir. Ancaq böyük şair bunu da səthi, adi bir hərəkət saymır, aşiqin iztirablarla dolu, yaralı qəlbi ilə və qəlbin mürəkkəb həyatı ilə izah edir. Məcnun indi uğursuz bir eşqin mücəssəməsi olaraq qalmaq, Leylinin bakir xəyalı ilə yaşamaq və ölmək istəyir:

Mən eşq gazərgəhində xakəm,
Elcümlə bilirməniki, pakəm.

“Leyli və Məcnun”, Fizuli

Əsərləri

  • Fars və Azərbaycan dilində divan
  • “Qəsidələr divanı”– Azərbaycan, fars və ərəb dilində yazılmış divan
  • “Mətləül-etiqad”– ərəbcə fəlsəfi traktat

Farsca əsərləri:

  • “Həft cam” (Yeddi cam) və ya “Saqinamə” – alleqorik poema
  • “Səhhət və Mərəz” – farsca və nəsrlə yazılmış alleqorik əsər.
  • “Rindü Zahid” – nəsrlə yazılmış iki baxışın dialoqu.

Türkcə (azərbaycanca) əsərləri:

  • “Bəngü Badə” (Tiryək və Şərab) – poema
  • “Söhbətül-əsmar” (Meyvələrin söhbəti) – poema
  • “Leyli və Məcnun” – poema (alleqoriya olmayan yeganə poeması)
  • “Hədiqətüs-Süəda” (Xoşbəxtlik bağçası) – şairin həcmcə ən böyük əsəri, ənənəvi-müştərək mövzuda yazılıb.
  • “Şikayətnamə” və ya “Nişançı Paşaya məktub” – nəsr əsəri(Azərbaycan dilində ilk nəsr)
  • “Hədisi-Ərbəin”(Qırx hədis) – Əbdürrrəhman Caminin eyniadlı əsərindən tərcümə(fars dilindən)

Çap olunan kitabları

“Leyli və Məcnun” Bakı, Uşaqgəncnəşr, 1958

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Azərbaycan” nəşriyyatı, 1996.

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005, 400 səh. Mətn

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. II cild

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. III cild

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. IV cild

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. V cild

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. VI cild

Poemaları

  • Leyli və Məcnun
  • Bəngü-Badə
  • Yeddi cam
  • Meyvələrin söhbəti

Azərbaycan dilində

Qəzəlləri

    • Aftabi-tələtin tutduqca övci-irtifa
    • Ah eylədiyim sərvi-xuramanın üçündür
    • Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz
    • Arizin görsə fələk, mehr buraxmaz ayə
    • Aşiq oldum yenə bir tazə güli-rənayə
    • Aşiyani-mürği-dil zülfi-pərişanındadır
    • Bağə gir bülbülə ərzi-güli-rüxsar eylə
    • Bağə girdim, səri-kuyin anıb əfğan etdim
    • Bari-möhnətdən nihali-qamətin xəm olmasın
    • Batalı qanə oxun dideyi-giryan içrə
    • Bəs ki, zəfi-ruzədən hər gün bulur təğyiri-hal
    • Bəhri-eşqə düşdün, ey dil, zövqi-dünyani unut
    • Bəzmi-eşq içrə şərabımdır sirişki-laləgun
    • Bilməz idim, bilmək ağzın sirrini düşvar imiş
    • Bir qul oğılani könül mülkünə sultan etdim
    • Bu gün tiğin çəkib, çıxmışdır ol namehriban sərxoş
    • Budur fərqi, könül, məhşər gününün ruzi-hicrandan‎
    • Bülbüli-dil gülşəni-rüxsarın eylər arizu‎
    • Buraxdı xakə hüsnün afitabi-aləmarayi‎
    • Büti-növrəsim nəmazə şəbü ruz rağib olmuş‎
    • Can çıxır təndən könül zikri-ləbi-yar eyləgəc
    • Canə basdım qönçəvəş peykanını, ey tazə gül
    • Canlar verib, sənin kimi cananə yetmişəm
    • Can verir rayiheyi-türbəti-pakin, ey tak
    • Can vermə qəmi-eşqə ki, eşq afəti-candır
    • Canı kim cananı üçün sevsə cananın sevər
    • Canımın cövhəri ol ləli-gühərbarə fəda
    • Cəhan içrə hər fitnə kim, olsa hadis
    • Cilveyi-əksi-rüxün ayinədə, ey rəşki-hur
    • Cismimi yandırma, rəhm et yaşimə, ey bağrı daş
    • Çeşmi-surətbazimə müjgan səfi həngamədir
    • Çərx hər ay başına salmış qaşından bir xəyal
    • Degilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım
    • Demiş hər qönçəyə aşiqligim razın səba derlər
    • Dəhənin dərdimə dərman dedilər cananın
    • Dəhənin şövqünü cansuz güman etməz idim
    • Demiş hər qönçəyə aşiqliyim razın səba derlər
    • Dərdi-eşqim dəfinə zəhmət çəkər daim təbib
    • Dil ki, sərmənzili ol zülfi-pərişan olmuş
    • Dil uzadır bəhs ilə ol arizi-xəndanə şəm
    • Dostum, aləm səninçin gər olur düşmən mana
    • Dün könül dildarə şərhi-qəmi-pünhan etdi
    • Dürcdür ləli-rəvanbəxşin, düri-şəhvar ləfz
    • Dürdvəş sərgəşteyi-camü xərabi-badəyəm
    • Dust bipərva, fələk birəhm, dövran bisükun
    • Eşigin daşini qan ilə yudu çeşmi-tərim
    • Eşq ətvarın müsəlləm eylədi gərdun mana
    • Eşqdən canımda bir pünhan mərəz var, ey həkim!
    • Ey bivəfa ki, adət olubdur cəfa sana
    • Ey əsiri-dami-qəm, bir guşeyi-meyxanə tut!
    • Ey fəraqi-ləbi-canan, ciyərim xun etdin
    • Ey geyib gülgün, dəmadəm əzmi-cövlan eyləyən
    • Ey göz, ol nərgisi-xunxarə nigah etmə dəxi
    • Ey gül, nə əcəb silsileyi-mişki-tərin var‎
    • Ey kəmanəbru, şəhidi-navəki-müjganinəm
    • Ey könül, çox seyr qılma, günbədi-dəvvar tək
    • Ey könül, yarı istə, candan keç
    • Ey könül, ol xəncəri-müjganə eylərsən həvəs
    • Ey qübari-qədəmin ərşi-bərin başinə tac
    • Ey məh, mənimlə dustlərim düşmən eylədin
    • Ey mələksima ki, səndən özgə heyrandır sana
    • Ey məzaqi-cana cövrin şəhdü şəkkər tək ləziz
    • Ey müsəvvir, yar timsalinə surət vermədin
    • Ey navəki-şövqin sipəri-sineyi-əhbab
    • Ey olub merac bürhani-ülüvvi-şan sana
    • Ey saçın fikri qamu sevdalərin sərmayəsi
    • Ey təğafül birlə hər saət qılan şeyda məni
    • Ey xədəngi-qəminə sineyi-əhbab hədəf
    • Ey xoş ol günlər ki, rüxsarın mənə mənzur idi
    • Ey xoş ol məst ki, bilməz qəmi-aləm nə imiş
    • Ey, hər təkəllümüm xəti-səbzin hekayəti!
    • Eylə müstəsna gözəlsən kim, sənə yoxdur bədəl
    • Eyş üçün bir türfə mənzildir bahar əyyamı bağ
    • Əgər çıxsaydı dərdin cismdən, derdim ki, candır bu
    • Əgərçi iynə tək keçdim cahanın cümlə varından
    • Əgər murad isə vermək səfayi-cövhəri-ruh
    • Əşrəqət min fələkil-behcəti şəmsün və biha
    • Əksi-rüxsarın ilə oldu müzəyyin mirat
    • Ələ alır gəzicək ol güli-rəna ətəgin
    • Əql yar olsaydı,tərki-eşqi-yar etməzmidim?
    • Əzbər olmuşdur dilimdə şanlı namın, ya Əli!
    • Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar
    • Faş qıldın qəmim, ey dideyi-xunbar, mənim
    • Fəğan kim, bağrımın ol lalərüx qan olduğun bilməz
    • Gah gözdə, gəh könüldə xədəngin məkan tutar
    • Gecələr ta halimə gərdun təmaşa etmədi
    • Gəl, ey rahət sanan əsbab cəmin, qılma nadanlıq
    • Gəlir ol sərvi-səhi, ey gülü lalə, açılın
    • Gər deyil bir mah mehrilən mənim tək zar sübh
    • Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana
    • Gərdi-rəhin, ey əşk, yudun çeşmi-tərimdən
    • Gərmdir şamü səhər mehrinlə çərxi-lacivərd
    • Getdi əldən sənəmin sünbüli-mişkəfşani
    • Girib meyxanəyə, müğ məşrəbilə kim ki, xu eylər
    • Giryədir hər dəm açan qəmdən tutulmuş könlümü
    • Gör sirişkim şəbi-hicran, demə kim, qandır bu
    • Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı
    • Görməsəm hər göz açanda ol güli-rəna üzün‎
    • Görüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanın
    • Göz xətindən mərdümin məhv etmədən bulmaz murad
    • Hiç sünbül sünbüli-zülfün kimi mişkin degil
    • Heyrət ey büt
    • Hər hübabi-əşkimə bir əks salmış peykərim
    • Həzər qıl ah odundan, cövrünü üşşaqə az eylə
    • Hübabi-əşki-xunin cismimi eldən nihan etmiş
    • Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur
    • Xaki-rəh etdi aşiqi-miskini ol həvəs
    • Xəlqə ağızın sirrini hər dəm qılır izhar söz
    • Xəlqə xublardan vüsali-rahətəfzadır qərəz
    • Xəm açıldıqca zülfündən bəlavü möhnətim artar
    • Xəm qədilə ağılaram ol türreyi-tərrarsız
    • Xətti-rüxsarın edər lütfdə reyhan ilə bəhs
    • Xoş ol zaman ki, hərimi-vüsalə məhrəm idim
    • Xoşam kim, dəmbədəm giryan gözüm ol xaki-padəndir
    • Kargər düşməz xədəngi-tə’neyi-düşmən mana
    • Kəmali-hüsn veribdir şərabi-nab sana
    • Kərəm qıl, kəsmə, saqi, iltifatın binəvalərdən
    • Kimsədə rüxsarına taqəti-nəzzarə yox
    • Könlüm açılır zülfi-pərişanını görgəc
    • Könül, səccadəyə basma ayaq, təsbihə əl urma
    • Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi
    • Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz
    • Kuhikən künd eyləmiş min tişəni bir dağilən
    • Kuhkən Şirinə öz nəqşin çəkib vermiş firib
    • Kuhkəndən gözükür kuhdə asar hənuz
    • Ləbin rəşki mizacın təlx qıldı badeyi-nabın
    • Ləbin əksi gözüm yaşini mey tək laləgun etdi
    • Ləblərin tək ləlü ləfzin tək düri-şəhvar yox
    • Ləhzə-ləhzə ləbin anıb edicək əfğanlar
    • Məgər xab içrə gördün, ey könül, ol çeşmi-şəhlayi
    • Mehri könlümdə nihan olduğun ol mah bilir
    • Məhşər günü görüm derəm, ol sərvqaməti
    • Məndə Məcnundan füzun aşiqlik istedadı var
    • Mənə badi-səba ol sərvi-gülrüxdən xəbər verməz
    • Məni candan usandırdı, cəfadan yar usanmazmı?
    • Məni zikr etməz el, əfsaneyi-Məcnunə mayildir
    • Mənim kim bir ləbi-xəndan üçün giryanlığım vardır
    • Mənim tək hiç kim zarü pərişan olmasın, ya rəb!
    • Mərhəm qoyub önərmə sinəmdə qanlı dağı
    • Məskən, ey bülbül, sənə gəh şaxi-güldür, gəh qəfəs
    • Möhnəti-eşq, ey dil, asandır deyib, çox urma laf
    • Müjəm sərçeşmələr mənzil qılan aşüftə məcnundur
    • Mülki-hüsnün böylə zalim padişahi olmağıl
    • Mürdə cismim iltifatından bulur hər dəm həyat
    • Müshəf demək xətadır od səfheyi-cəmalə
    • Münhərifdir, saqiya, ənduhi-dünyadən mizac
    • Müxalif dövrdən, gülgyn şərabı qanə dəgşirdim
    • Müqəvvəs qaşların kim, vəsmə birlə rəng tutmuşlar
    • Nalədəndir ney kimi avazeyi-eşqim bülənd
    • Nə görər əhli-cəfa məndə vəfadən qeyri
    • Nə xoşdur arizin dövründə zülfi-ənbər əfşanın
    • Nəmi-əşkim mükəddər xatirimdən dəfi-qəm qılmaz
    • Ney kimi, hər dəm ki, bəzmi-vəslini yad eylərəm
    • Nihali-sərvdir qəddin, qaşın nun ol nihal üzrə
    • Nola gər qucsa miyanın kəməri-zər küstax
    • Nola gər rəşki-rüxsarinlə bağrı xubların qandır
    • Nola zahid bilsə küfri-zülfün iman olduğun
    • Nurini mah mehri-rüxündən alır müdam
    • Ol mah vüsalilə xoş et bir gecə halim
    • Ol mişkbu qəzalə ixlasım eylə vazeh
    • Ol ki, hər saət gülərdi çeşmi-giryanım görüb
    • Ol pərivəş kim, məlahət mülkünün sultanıdır
    • Olsaydı məndəki ğəm Fərhadi-mübtəladə
    • Olmaz oldu görüb əhvalımı el xublara aşiq
    • Olur qəddim düta eşqin yolunda, hər bəla görgəc
    • Olur rüxsarına gün, ləlinə gülbərgi-tər aşiq
    • Öylə rənadır, gülüm, sərvi-xuramanın sənin
    • Payibənd oldum səri-zülfi-pərişanın görüb
    • Pənbeyi-daği-cünun içrə nihandır bədənim
    • Pərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndir‎
    • Qaçan kim, qamətindən ayrı seyri-busitan etdim‎
    • Qamətin xidmətinə sərvin əyilməz başı‎
    • Qaliba bir əhli-dil toprağidir dürdi-şərab
    • Qansı gülşən gülbüni sərvi-xuramanınca var
    • Qansı mahin bilməzəm mehrilə olmuş zar sübh‎
    • Qəbrim daşına kim, qəm odundan zəbanədir
    • Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda
    • Qəmdən öldüm, demədim hali-dili-zar sana
    • Qəmindən başə dün həsrət əlilə ol qədər vurdum‎
    • Qəmzə peykanın gözün mən mübtəladən saxlamaz
    • Qeyrə eylər bisəbəb min iltifat ol nuşləb
    • Qıl, səba, könlüm pərişan olduğun cananə ərz‎
    • Qıldı ol sərv səhər, nazilə həmmamə xüram‎
    • Qıldı zülfün tək pərişan halimi xalin sənin‎
    • Qılsa vəslin şamımı sübhə bərabər, yox əcəb‎
    • Qıymadın sakini-kuyin olana peykanın‎
    • Qübari-səcdeyi-rahin xəti-lövhi-cəbinimdir‎
    • Qurutmuş qaliba şövq odu Fərhadın közü yaşın
    • Razi-eşqin saxlaram eldən nihan, ey sərvinaz
    • Rəhm et, ey şəh, məni-dərviş çəkən ahlərə
    • Rəhrövi-irfanə bəsdir sağərü saqi dəlil
    • Rəngi-ruyindən dəm urmuş sağəri-səhbayə bax!
    • Rəvacın nəqdi-peykanınla bulmuş hüsn bazarı
    • Riştədir cismim ki, dövri-çərx vermiş tab ona
    • Ruzigarım buldu dövrani-fələkdən inqilab
    • Saçın əndişəsi təhriki-zənciri-cünunumdur
    • Saqiya, cam tut ol aşiqə kim, qayğuludur
    • Saqiya, mey sun ki, dami-qəmdürür huşyarlıq
    • Səba, əğyardan pünhan, qəmim dildarə izhar et
    • Səba, lütf etdin, əhli-dərdə dərmandan xəbər verdin
    • Səbadən gül üzündə sünbüli-pürpiçü tab oynar
    • Səbuh üçün mənə dürdi-meyi-şəbanə yetər
    • Səbrim alıb fələk, mənə yüz min bəla verər
    • Səcdədir hər qanda bir büt görsəm, ayinim mənim
    • Səgridir cilvəyə ol sərv səməndin yenəməz
    • Sən üzündən aləmi rövşən qılıb saldın niqab
    • Sərvi-azad qədinilə mana yeksan görünür
    • Sevmişəm
    • Seyr qıl, gör kim, gülüstanın nə abü tabı var
    • Söz
    • Sübh salıb mah rüxündən niqab
    • Sübh çəkmiş çərxə, çalmış daşə tiğin afitab
    • Süluki-fəqr ətvarım, məzaqi-eşq halımdır
    • Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor
    • Şəmi-ruyin afitabi-aləmaradır sənin
    • Üzünü güzgüyə qeybətdə oxşadan qafil
    • Ta ki, taği-zərnigarın çərx viran eyləmiş
    • Tənimdə zəxmi-tiğin çeşmi-xunəfşanə bənzətdim
    • Təriqi-fəqr tutsam təb tabe, nəfs ram olmaz
    • Təşneyi-cami-vüsalın abi-heyvan istəməz
    • Tərəşşüh qəbrimin daşından etmiş çeşmimin yaşi
    • Tökdükcə qanımı oxun, ol asitan içər
    • Tutuşdu qəm oduna şad gördüyün könlüm
    • Var ümidim ki, görüb cövlanını olsam həlak
    • Vəh nə qamət, nə qiyamət, bu nə şaxi-güli-tərdir‎
    • Yanan eşq atəşinə atəşi-duzəxdən eyməndir
    • Yürü, yetir mənə, ey simi-əşk, bidad et
    • Zəhi, cəvahiri-ehsani-amə mədəni-xas
    • Zəhi, zatın nihanü ol nihandan masiva peyda

    Qəsidələri

    • Bir gün ki, dey əlamətin etmişdi aşikar
    • Mən kiməm ? – bir fəqiri-bisərü pa
    • Saçma, ey göz, əşkdən könlümdəki odlarə su
    • Səvadi-büqeyi Bağdad çeşmi-həft kişvərdir
    • Vəh nədir ol tairi-fərxəndəbalü tiz pər
    • Çəkər birəhmlər yanında hər saət zəban xəncər
    • Çıxdı yaşıl pərdədən ərz eylədi rüxsar gül

    Qitələri

    Mürəbbeləri

    Əsərləri

    Səsləndirilmiş şeirlər

    • “Hədiqətüs Süəda” – səsləndirən: Ənvər Vəliyev
    • “Şəbi hicran yanar canım” – səsləndirən: Elşən Rüstəmov
    • “Ey həkim” – səsləndirən: Şahrux Nəxai
    • “Ey təbib”

    Şeirlərinə yazılmış musiqi əsərləri

    • Leyli və Məcnun – musiqi: Üzeyir Hacıbəyov
    • “Füzuli” vokal-simfonik poema (1993) – musiqi: Ramiz Mustafayev
    • “Füzuli” simfonik poema – musiqi: Arif Məlikov
    • «Şəbi-hicran» lirik poema – xor və böyük simfonik orkestr üçün – musiqi: Məmməd Quliyev
    • Şövkət Ələkbərova – “Füzuli kantatası” (Məni candan usandırdı) – musiqi: Cahangir Cahangirov
    • Gülağa Məmmədov – “Vətənimdir” – musiqi: Süleyman Ələsgərov
    • Ramil Qasımov – “Suların aynası” – musiqi: Rəşid Şəfəq
    • Ramil Qasımov – “Yad eylərəm” (fortepiano ilə oxumaq üçün)- musiqi: Oqtay Zülfüqarov
    • Əbülfət Əliyev – Təsnif “Məni candan usandırdı”
    • Əlibaba Məmmədov – Müxalif təsnifi “Şəbi hicran”
    • Gülüstan Əliyeva – Təsnif “Ey kaman-ebru şəhidi naveki müjganunam
    • Heyrət, ey büt
    • Bülbül – Füzuli təsnifləri

    Filmoqrafiya

    1. Məhəmməd Füzuli (film, 1958)
    2. Leyli və Məcnun (film, 1961)
    3. Məhəmməd Füzuli (film, 1989)
    4. Şəbi-hicran (film, 1993)
    5. Söhbətül-əsmar (film, 1994)

    Xatirəsi

    1994-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan оlmasının 500 illik yubileyi münasibətilə dövlət komissiyası yaradılmışdır.

    13 sentyabr 1996-cı ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 300 illik yubileyi münasibətilə «Füzuli ensiklopediyası»nın hazırlanması və nəşr edilməsini təmin etmək məqsədi ilə «Füzuli ensiklopediyası redaksiyası» yaradılması haqqında qərar qəbul edilmişdir.

    Məhəmməd Füzulinin həyatı və yaradıcılığı

    Məhəmməd Süleyman oğlu Bağdad yaxınlığındakı Kərbəlada dünyaya göz açmışdır. Qaynaqlarda onun mükəmməl təhsil alması, dövrün elmlərini dərindən öyrənməsi barədə məlumat verilmişdir. Şairin “mövlana” adlandırılması da bununla bağlıdır.

    O, yaradıcılığa erkən yaşlarında başlamış, özünə “Füzuli” təxəllüsünü seçmişdir. Füzuli yalnız şairliklə məşğul olmamış, dini ocaqlarda xidmət etmişdir. Bu işinə görə aldığı maaşla sadə, qənaətcil həyat yaşamışdır. İstər Səfəvi dövləti, istərsə də Osmanlı hökmdarları tərəfindən yaxşı tanınan və yüksək dəyərləndirilən şair saraylara üz tutmamış, sadə ömür sürməyə üstünlük vermişdir. O dövrün mühüm mənbələrindən sayılan təzkirələrdə şairin həyatı haqqında ətraflı məlumat əks olunmamışdır. Onu şəxsən tanıyan, onunla həmsöhbət olan Əhdi Bağdadi “Gülşəni-şüəra” adlı təzkirəsində Füzulini bilik və mərifətdə kamil, dərinmənalı, yeni məzmunlu fikir söyləməkdə misilsiz bir sənətkar kimi təqdim etmişdir. Təzkirəçi, həmçinin Füzulinin xoşxasiyyət, şirinsöhbət bir insan, böyük hörmət sahibi və alim kimi tanındığını da qeyd etmişdir.

    Şairin yeganə övladı Fəzli dərin elmi biliyi ilə seçilən ziyalı olmuşdur. Onun zərif şeirlər yazması barədə mənbələrdə məlumat vardır.

    Doğulub-yaşadığı İraqdan heç vaxt ayrılmayan Füzuli 1556-cı ildə Kərbəlada vəfat etmiş və İmam Hüseyn məqbərəsinin astanasında dəfn edilmişdir.

    Şairdən bizə qalan zəngin bədii irs aşağıdakılardan ibarətdir: Azərbaycan türkcəsində divan, fars dilində divan, ana dilində, farsca və ərəbcə yazılmış qəsidələrdən ibarət divan — qəsidələr divanı. Azərbaycan dilində yazılmış poemalar: “Leyli və Məcnun”, “Bəngü badə”, “Söhbətül-əsmar”. Fars dilində poema: “Həft cam”. Azərbaycan türkcəsində nəsr əsərləri: “Hədiqətüs-süəda”, nəsrlə məktublar. Fars dilində nəsr əsərləri: “Rindü Zahid”, “Səhhət və Mərəz”. Ərəb dilində elmi-fəlsəfi əsər: “Mətləül-etiqad”. Fars dilindən tərcümə: “Hədisi- ərbəin”.

    Daha çox lirik şair kimi tanınan və sevilən Füzuli klassik şeirin qəzəl, qəsidə, mürəbbe, müxəmməs, müsəddəs, təxmis, qitə, rübai və s. janrlarına müraciət etmiş və hər birində böyük uğur qazanmışdır.

    Şairin yaradıcılığında mühüm yer tutan qəzəllər müxtəlif mövzularda qələmə alınıb. Bunların sırasında məhəbbət mövzusunda yazılanlar, gözəlin və gözəlliyin tərənnümünə həsr edilənlər, dini və ictimai motivdə olanlar önəmli yer tutur.

    Füzulinin qəzəllərində təsvir olunan məhəbbətin izahı xüsusi diqqət tələb edir. Onun tərənnüm etdiyi məhəbbət, çox hallarda həm gerçək insani duyğuları, həm də sufizmin həyata, insana fəlsəfi baxışını ifadə edir. Şairin bir çox qəzəllərində bu ikiliyi bir-birindən ayırmaq, yaxud fərqləndirmək mümkün olmur. Lakin bütün hallarda lirik qəhrəman mənəvi saflığı, möhkəm iradəsi, sədaqətli və əzəmətli olması ilə diqqəti çəkir.

    Şairin ictimai motivli qəzəllərində zəmanəyə, insanlara, şəxsi həyatına və s. münasibəti əks olunmuşdur.

    Füzuli qəsidələrini daha çox ana dilində yazmışdır. Onun bu janrda yazdığı əsərlər islam dininin böyük şəxsiyyətlərinə, zəmanə hökmdarlarına, tarixi hadisələrə həsr edilmişdir.

    Şairin poemaları yaradıcılığında xüsusi yer tutur. “Leyli və Məcnun” (1537) çıxılmaqla, qalan üç poema alleqorik səciyyəlidir. Bu üç poema müxtəlif mövzularda yazılsa da, ideyalarında oxşarlıqlar da var. Onlarda təkəbbürlü hökmdarların mənasız müharibələr törətməklə insanları qırğına verməsi (“Bəngü Badə” ), şöhrətpərəstlik, mənəmlik (“Söhbətül-əsmar”), cəmiyyətdə, ictimai quruluşda müşahidə edilən eyiblər (“Həft cam”) kəskin tənqid edilmişdir.

    Füzuli klassik nəsrin böyük ustadı sayılır. Onun “Şikayətnamə” adı ilə tanınan məktubu ictimai məzmunu və bədii dəyəri ilə daha qiymətlidir. Ana dilində olan “Hədiqətüs-süəda” (tərcümə olduğunu iddia edənlər də var) əsərində məşhur din xadimlərinin həyatı, fəaliyyəti, məhrumiyyətləri əks olunmuşdur.

    Farsca yazılmış “Rindü Zahid”in əsasında insan, həyat haqqında fərqli baxışların qarşılaşması, mübahisəsi dayanır. Fars dilində nəsrlə yazılmış “Səhhət və Mərəz” alleqorik əsərində isə müəllifin elmi, dini-fəlsəfi və sufi-panteist görüşləri vəhdət şəklində ifadəsini tapmışdır.

    Füzuli ədəbiyyat tarixində mahir tərcüməçi kimi də tanınmışdır. Tərcümələri arasında “Hədisi-ərbəin” (“Qırx hədis”) önəmli yer tutur. Fars-tacik şairi Əbdürrəhman Caminin eyniadlı əsərini ana dilinə tərcümə etməklə şair türkdilli oxucuların bu məşhur əsərdən faydalanmaları, zövq almaları məqsədini güdmüşdür.

    «Султан поэтов»: Великий азербайджанский поэт Физули

    Мухаммед Физули является одним из величайших азербайджанских тюркских поэтов в истории мировой культуры . Хотя и точная дата рождения и смерти не установлены , но предполагается, что жил великий поэт между 1494-1556 годами . Свое образование Физули получил в Багдаде и Кербеле, в то время входивших в состав могущественного азербайджанского государства Сефевидов . Поэтому неслучайно, что один из своих произведений под названием «Бенгю-Баде» («Гашиши и вино») поэт посвятил к Шах Исмаилу Хатаи .

    Физули как ученый

    Несмотря на то, что Физули в основном известен как гениальный поэт , тем не менее в узких кругах знают и о его ученой деятельности . В частности, великий азербайджанский мыслитель серьезно изучал философию, точные науки и теологию . Весть о научной деятельности Физули даже дошла до самой Англии , где его венцевали в качестве «восходящего солнца Востока» .
    В произведениях Физули хоть и в основном предпочитал родной азербайджанский тюркский , тем не менее употреблял и арабский, и персидский языки , становясь тем самым не только жемчужиной азербайджанской, но и мировой поэзии. Творчество Физули также ознаменует собой открытие целой плеяды тюркских литературных школ . Он был известен как «султан поэтов» .
    Физули требовал особого внимания к образованию . Он считал, что на этапе начального обучения ученики должны научиться грамотному письму , овладеть культурой речи и соответствующими навыками. По мнению Физули, путь науки терзителен, и для его освоения тоже нужно приложить немало усилий . Наука не должна попадать в руки невежественных людей. Его результаты должны быть использованы всеми .
    В своем труде «Здоровье и болезнь» Физули рассматривает заботу о здоровье как защиту, обережение мира и спокойствия . Описывая борьбу здоровья с болезнью , поэт рассматривает победу здоровья над болезнью как победу добра, человечества над злом жизни . Ведь одним из главных условий здоровья человека является его доброта .

    Встреча Физули с Султан Сулейманом
    Встреча Физули с Султан Сулейманом

    Физули и Султан Сулейман

    Физули посвятил свои стихи отдельным правителям, полководцам . В этих произведениях поэт призывал их быть справедливыми, честными , смотреть на события открытыми глазами. Негативные обстоятельства он связывал с характером правителей того времени. Физули жил мечтой «справедливого правителя» .
    Когда османский Султан Сулейман Великолепный захватил Багдад во время своих походов на восток, он настиг здесь Физули. Во время встречи, поэт представил Султану поэму “Лейли и Меджнун” . Пораженный красотой поэмы, Султан Сулейман, один из великих правителей того времени, назначил поэту содержание в 9 ахче (серебряных деньгах) каждый месяц . Но по вине чиновников получить эту сумму не удалось .
    В своей поэме «Шикаетнаме» («Жалоба») , написанной по этому поводу , Физули отмечал: «он поздоровался, но не ответил, потому что это не было взяткой» . Так он раскритиковал взяточничество и нечестность чиновников.
    В поэме «Разговор плодов» Физули воспевает высокомерие и гордыню чиновников , их раздоры, приведшие к распаду государств . В своих произведениях Физули также выражает ценные мысли о воспитании и образовании: «Нельзя быть счастливым, нельзя быть невежественным. Ученый, образованный человек может принести большую пользу обществу» .

    Памятник Физули в Баку
    Памятник Физули в Баку

    Влияние творчества Физули на азербайджанскую культуру

    Мухаммед Физули – великий азербайджанский тюркский поэт, прославивший свою Родину и народ. Он оказал сильное влияние на развитие отечественной и мировой литературы . Произведения Физули также оказали большое влияние и на развитие азербайджанской музыки . Его газели дали мощный толчок развитию искусства мугама . Известные композиторы писали музыку к произведениям поэта.
    Великий поэт похоронен в Ираке, в городе Кербела. В центре Баку установлен величественный памятник Физули. 500-летие поэта было отмечено на мировом уровне с большой торжественностью. В 1996 году 500-летний юбилей великого Физули был проведен не только в Азербайджане, но и во многих тюркских государствах.

Comments are closed, but trackbacks and pingbacks are open.