Press "Enter" to skip to content

Атмосферный V12 на 650 л. с. при массе менее 1 тонны — это «самый лёгкий суперкар из когда-либо созданных». Стартовало производство Gordon Murray T50

Respublika ərazisində ehtimal olunan təbii səciyyəli Fövqəladə Hallar

Azərbaycan Respublikası ərazisində baş verə biləcək fövqəladə hallar

Azərbaycan Respublikasında yüksək dərəcədə texnogen təhlükələr mövcuddur ki, bunlar da, müxtəlif növ fövqəladə hadisələrin başlıca mənbələri hesab edilir. Fövqəladə hadisələrin bir növü isə təbii-texnogen xarakterli fövqəladə hadisələrdir. Bu təhlükə növü əsasən intensiv təsərrüfat fəaliyyəti aparılan ərazilərdə və iri şəhərlərin ərazisində yaranır. Onun meydana çıxması ətraf mühitə aktiv antropogen təsirin artması ilə əlaqədardır ki, bunun nəticəsində yeni təbii proseslər meydana çıxır.

Kimyəvi təhlükəli obyektlər

Azərbaycan iqtisadiyyatında fövqəladə təhlükəli kimyəvi maddələrlə işləyən 3,3 mindən çox obyekt fəaliyyət göstərir. Onlarıın 50%-dən çoxu ammonyak, təqribən 35%-i xlor, 5 %-i duz turşusu istifadə edir. Ayrıca, hər bir obyektdə eyni zamanda bir neçə min güclü təsirli zəhərli maddədən (GTZM) istifadə edilə bilər. Respublikda GTZM müəssisələrdə cəm miqdarı 10 min tona çatır. Bu müəssisələrin çoxu əhali sayı 10 mindən artıq olan iri şəhərlərdə və ya onların yaxınlığında yerləşir. Əsasən, bu müəssisələrə kimya, neft-kimya və neft emalı edən müəssisələr aiddir. Respublikanın iri şəhərlərində və həmçinin bir sı­ra kənd rayonlarında xeyli kimyəvi təhlükəli obyektlər yerləşir. Bunlar ammonyak işlədilən iri so­yu­ducu qurğulara malik ət-süd sənayesi obyektlərindən, ərzaq məhsulları ba­zar­la­rın­dan; xlordan istifadə olunan su təchizatı və təmizləyici qurğulardan; GTZM sis­tern­lə­ri tənzimlənən dəmir yolu stansiyalarından; kənd təsərrüfatı üçün kimyəvi pre­pa­rat­lar, dezinfeksiya maddələri ehtiyatları saxlanılan iri anbar və bazalardan ibarətdir. Bu­rada 20-dən artıq cürbəcür güclü kimyəvi maddələr olur.

Respublikamızda belə kimyəvi təhlükəli obyektlərin sayı 60-dan artıqdır və xüsusən Sumqayıt, Bakı şəhərlərindəki su təmizləmə obyektlərində kimyəvi mad­də­lə­rin saxlandığı bu cür qurğular olduqca təhlükəlidir.

Yanğın parlayış təhlükəli obyektlər

Bizim ölkəmizgə 8 mindən artın yanğın və partlayış təhlükəli obyekt vardır. Ən çox yanğın və partlayışlar kimya, neft-kimyası və neft emalı ilə məşğul olan sənaye müəssisələridir. Onlar adətən, sənaye və yaşayış binalarının dağılmasına, istehsalatda çalışan və yaxınlıqda yaşayan əhalinin zədələnməsinə, əhəmiyyətli dərəcədə maddi itkilərə səbəb olur. Respublikanın əra­zisində istehsalatla əlaqədar çox güclü yanğın və partlayış qorxusu törədən 850-dən çox obyekt yerləşir. Bunlarla yanaşı, zəlzələ nəticəsində və digər səbəblərdən, neft-qaz kəmərlərinin və tutumların dağılması üzündən müxtəlif miqyasda yanğın zo­naları yarana bilər.

Qaz neft boru kəmərləri

Hal-hazırda neft və qaz sənayesi müəssisələrində, geoloji kəşfiyyat təşkilatlarında 200 min km-dən artıq magistral neft boru kəməri, təqribən 350 min km-dən çox sənaye məqsədli boru kəmərləri, 800 kompressor və neft vuran nasos stansiyaları istismar olunur. Həmin yuxarıda sadalananların böyük hissəsi keçən əsrdən işə salınıb. Ona görə də neft boru kəmərələrinin 73%-i 20 ildən artıqdır ki, qalan hissə isə 30 ildən artıq müddətə istismar olunur. Bu deyilənlərdən çıxan nəticəyə görə, mövcud neft boru kəmərləri artıq istismar müddətini bitirib və ciddi yenidənqurma tələb olunur. Boru kəmərlərində qəzaların səbəblərinin 21%-i metalların yeraltı korroziyası, 21%-i tikinti-quraşdırma işlərindəki səhlənkarlıq, boru və avadanlığın defektləri (14%), mexaniki zədələnməmələrdir (19%).

Nəqliyyat

Ən təhlükəlisi avtomobil nəqliyyatıdır. Dəmiryol nəqliyyatında insan itkisi xeyli aşağıdır. Həmçinin, qeyd etmək lazımdır ki, nəqliyyat təkcə sərnişinlər üçün deyil, həm də, çoxlu miqdarda – asan alışan, kimyəvi, radioaktiv, partlayıcı və s. xarakterli yüklər daşınan magistral nəqliyyat yollarının yaxınlığında yaşayan əhalinin həyatı və sağlamlığı üçün böyük təhlükə daşıyır. Belə maddələrin yükdaşımada həcmi 12%-dən artıqdır. Res­pub­li­ka­mızın ərazisində 15 dəmir yol stansiyası fəaliyyət göstərir ki, burada da GTZM da­şı­nan dəmir yol nəqliyyat vasitələrinin toplanması mümkündür. Bu cəhətdən Sum­qa­yıt, Bakı dəmir yol yük stansiyaları, Biləcəri stansiyası xüsusən böyük təhlükəli zo­na hesab oluna bilər.

Hidrotexniki qurğular

Bu qurğular adətən, iri yaşayış məskənlərindən kənarda yerləşir və yüksək məhlükə riskli obyektlər sırasına daxildirlər. Onların dağılması, geniş ərazilərin, şəhərlərin, kəndlərin, iqtisadi əhəmiyyətli obyektlərin fəlakətli dərəcədə su altında qalması ilə nəticələnə bilər, uzun müddətə gəmiçilik, kənd təsərrüfatı və balıqçılıq təsərrüfatında iş fəaliyyəti pozulur.

Kommunal təsərrüfatı obyektləri

Kommunal təsərrüfatı obyektlərində hər il təqribən iri miqyaslı 120 qəza baş verir. Onların nəticəsində dəyən maddi zərər onlarla milyard manatla ölçülür. Son illərdə baş verən qəzaların hər ikisindən biri istilik sistemlərində və obyektlərində, hər beşidən biri su təchizatı və kanalizasiya sistemlərində rast gəlir.

Səhiyyə baxımından daha zərərli olan müəssisələr, partlayış və yanğın qorxusu olan müəssisələr sənaye rayonunun yaşayış zonasından uzaqda və digər müəssisələrə nisbətən külək tutmayan ərazidə yerləşdirilməlidir. Atmosferə zərərli maddələr ayıran sənaye kompleksləri və ayrı-ayrı müəssisələr elə yerləşdirilməlidir ki, hakim küləklər yaşayış zonasından sənaye komplekslərinə doğru yönəlsin.

Səth sularını çirkləndirən sənaye rayonları (istehsal zonası) müəssisələri ilə birlikdə çayın axın istiqamətində yaşayış ərazilərindən və səhiyyə-kurort yerlərindən aşağıda yerləşdirilməlidir.

Respublika ərazisində ehtimal olunan təbii səciyyəli Fövqəladə Hallar

Bunlara aşağıdakılar aiddir:

  • Təhlükəli geofiziki hadisələr (zəlzələlər, vulkanlar);
  • Təhlükəli geoloji hadisələr (torpaq sürüşməsi, sellər, ucqunlar);
  • Təhlükəli hidroloji hadisələr (daşqınlar, su basma hadisələri);
  • Təhlükəli təbii yanğınlar (meşə-çöl yanğınları və s.)- nəzarətdən çıxmış odun alovun kor təbii sürətlə yayılmasından ibarətdir. Meşə yanğınları ağac və kolları məhv edir, qiymətli fauna (heyvanat aləmi) zərər çəkir. Yaşayış məntəqələrinə yaxınlıqda yerləşən meşədə baş verən yanğınlar daha təhlükəlidir. Belə hallarda əhalinin evləri və digər əmlakı məhv olur. İnsanlarda müxtəlif dərəcəli yanıqlar, bəzən ölüm halları baş verir. Respublikanın kənd rayonlarında meşə yanğınları (meşələr ərazinin 11 fai­zi­ni təşkil edir), qış və yay otlaqlarında, yetişmiş arpa və buğda zəmilərində, pambıq sa­hələrində yanğınlar ola bilər;
  • Fəlakəttörədici güclü küləklər (surəti saniyədə 29 m-dən artıq) ölkənin müxtəlif rayonlarında demək olarki, hər il qeyd edilir.

Azərbaycanın coğrafi mövqeyi, relyefinin mürəkkəbliyi, Xəzər dənizinin sahilində yerləşməsi, bol günəş işığı və istiliyi ilə təmin olunması, müxtəlif növ hava kütləsinin təsirinə məruz qalması, burada çox mürəkkəb və özünəməxsus hidrometeoroloji şəraitin yaranmasına səbəb olmuşdur.

Planetimizdə müşahidə edilən 11 iqlim şəraitindən 9-u Azərbaycanda mövcuddur.

Həmçinin, respublika ərazisi 8-9 bal gücündə ehtimal olunan aktiv seysmik zonada yerləşir.

Geoloji iqlim və relyef şəraitinin müxtəlifliyi ilə fərqlənən Azərbaycanın əra­zisində 15-dən artiq növdə cürbəcür təhlükəli təbii hadisələr müşahidə edilir. Bun­lardan ən dagıdicı təsirə malik olanlar: subasma, daşqın, eroziya, zəlzələ, sü­rüş­mə, sel, daş uçqunları, marxal (qar uçqunları), qasırğa, fırtına, burulğan və s.-dir. Bu hadisələrin bəziləri gözlənilmədən baş verir və qisa müddətli olur (məs: zəl­zələ, sürüşmə, uçqun, çökmə, burulğan), lakin böyük maddi itkilər və insan tə­lə­fa­tı ilə nəticələnir. Digərləri, məsələn, daşqın, eroziya-uzun miüddət tədricən in­ki­şaf edir, nadir hallarda insan tələfatına səbəb olur, lakin çox ağır iqtisadi itkilər tö­rədir.

Respublikamızda il ərzində 15-30 kortəbii təhlükəli hadisə verir. Bütün kor­tə­bii təhliükələri aşağıdakı növlərə aid etmək mümkündur: geofiziki, hid­ro­metero­lo­ji, geoloji təhliükəli hadisələr, infeksion (yoluxucu) xəstəliklər və təbii yangınlar. Hidrometroloji hadisələrə ən əvvəl, daşqın, sel və s. aiddir.

Azərbaycan Respublikasnın 20-dən artıq şəhəri və bir neçə yüz digər yaşayış mən­təqələrində daşqın təhlükəsi mövcuddur. Belə təhlükənin əsas mənbəyi leysan ya­ğışları, qarın sürətlə əriməsi, bəndlərin, su sədlərinin dağilması, uçqun və sü­rüş­mə­lər­dir. Daşqınlar nəticəsində respublikaya dəyən illik orta statistik zərər 250-600 min ma­nat hüdudlarında dəyişir.

Azərbaycan Respublikasının ərazisində zəlzələ, sel, fəlakətli subasma (daşqın), sürüşmə və uçqunlar, təbii yanğınlar, epidemiyalar, epizotiyalar, marxal kimi təbii fəlakətlər daha tez-tez baş verə bilər.

Zəlzələ

Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Geologiya institutu tərəfindən tərtib edilmiş, respublikanın seysmik rayonlaşdırma xəritəsinə görə, bütün ərazisi 12 ballıq şkala üzrə, əsasən 8 (dağıdıcı) baladək, bəzi zonaları isə, 9 (viranedici) bal gücündə zəlzələ ehtimallı region hesab olunur. Bu da, zonalarla ərazinin 1/4-ni əhalinin isə, 20 %-ni təşkil edir.

Qeyd olunanları nəzərə alaraq, respublikamızın ərazisi aşağıdakı zonalarla müəyyən olunur:

  • Abşeron yarımadasında 100 ildə bir dəfə ehtimal edilən 8 bal güclü zəlzələ zonası;
  • Respublikanın şimal Xəzəryanı sahilində, Dərbənd seysmik zonasının davamı sayılan və 1000 ildə bir dəfə ehtimal edilən 9 bal güclü zəlzələ zonası. Bu sahənin dəniz akvatoriyasında 7-8 bal güclü zəlzələlər daha tez-tez baş verir, lakin bunlar sahilə 5-7 bal gücündə çatır;
  • Böyük Qafqazın cənub yamajlarında yerləşən 9 bal güclü Şamaxı, İsmayıllı- Balakən zəlzələ zonası. Burada belə zəlzələ 1000 ildən bir, zonanın mərkəzi hissəsində isə, 100 ildən bir baş verməsi ehtimal edilir;
  • Kiçik Qafqaz dağlarının 9 baladək gücü olan Gəncə-Göygöl zonası. Burada 8-9 bal gücündə zəlzələ 1000 ildən bir, onun mərkəzi hissəsində isə, hər 100 ildən bir ehtimal olunur;
  • Naxçıvan Muxtar Respublikasının bütün ərazisini, 9 bal ehtimallı zəlzələ zonası əhatə edir;
  • Talış zonası da, yüksək seysmik təhlükəli rayon hesab edilir.

Vulkan

Azərbaycan Respublikası ərazisində fəaliyyətdə olan maqmatik vulkanlar olmasa da, palçıq vulkanları geniş yayılmışdır. Yer kürəsində 26 ölkə ərazisində qeydə alınmış 850-yə yaxın palçıq vulkanının 300-dən çoxu ölkəmizin Orta və Aşağı Kür çökəkliyi, Şamaxı-Qobustan regionu, Abşeron yarımadası, Bakı arxipelağı, Xəzər dənizi akvatoriyası ərazilərində yerləşir. Quruda 190, Xəzərin Azərbaycan sektorunda 120 palçıq vulkanı və vulkan təzahürü öyrənilmişdir. Hündürlüyünə görə ən yüksək palçıq vulkanı Şamaxı-Qobustan vilayətinin cənub-şərqində Böyük Hərami silsiləsində Babiküm dağı ətrafında yerləşən vulkan təzahürləri və Torağay vulkanı sayılır.

SEL

Respublikanın ərazisini aşağıdakı sel təhlükəli rayonlara ayırmaq mümkündür:

  • Böyük Qafqaz dağlarının cənub və şimal-şərq yamacları;
  • Kiçik Qafqaz dağlarının şimal-şərq yamcları;
  • Naxçıvan Muxtar Respublikası;
  • Talış dağları.

Bunlardan, daha güclü sel mənbələri Balakənçay və Talaçay (Balakən rayonu Qaraçay (Zaqatala rayonu), Gürmükçay (Zaqatala rayonu), Kişçay və Şinçay (Şəki rayonu), Dəmiraparançay,Tikanlıçay (Qəbələ rayonu), Qayçay, Ağçay (Oğuz rayonu), Qilqilçay, Axınçay (Tovuz rayonu), Çəhriçay (Şəmkir rayonu), Gəncəçay (Xanlar rayonu), Gilyançay və Ordubadçaydır (Naxçıvan Muxtar Respublikası).

Böyük və Kiçik Qafqazın yamaclarından axan digər çaylarda, sel törədə bilər. Belə sel axınları respublikanın xalq təsərrüfatına xeyli ziyan vurur, bağları məhv edir, hidrotexniki qurğuları sıradan çıxarır, körpüləri rabitə və elektrik xətlərini, tikililəri və. s. dağıdır. Azərbaycan dünyanın selə ən çox məruz qalan ölkələrindən biridir; res­pub­li­ka əhalisinin beş faizindən çoxu sel qorxulu ərazilərdə yaşayır. Azərbaycan əhalisinin 1 milyon nəfəri daima sel təhlükəsi altında yaşayır. 18 inzibati rayonun ərazisində yerləşən 100-dən çox şəhər və kəndlər fasilələrlə və ya müntəzəm olaraq sellərə məruz qalır.

Sürüşmə və uçqunlar

Torpaq sahələrinin üzərindəki tikililərlə birlikdə, yamacın aşağı sürüşməsi Qafqaz dağ silsiləsinin şimal-şərq və cənub yamaclarında, xüsusən də, İsmayıllı (Girdmançay hövzəsində), Ağsu (Ataçay hövzəsi), Şamaxı (Qozluçay, Pirsaatçay ətraflarında) və Xızı rayonlarında daha tez-tez baş verir. Belə hallar həmçinin Şabran, Zaqatala, Qusar, Oğuz rayonlarında da müşahidə edilir. Talış dağları zonasında, o cümlədən Yardımlı çökəkliyində də güclü sürüşmələrə rast gəlinir. Sürüşmə və uçqun halları Şamaxı – Qobustan ərazisinin dağlıq hissəsini, Qobustan-Qaradağ və şərqi Abşeronun qismən düzənlik hissəsini də əhatə edir. Bir çox hallarda geniş sürüşmələrə sel və zəlzələlər də səbəb olur.

Məsələn, 1986-cı ildə İsmayıllı rayonunda sürüşmə məhz zəlzələ nəticəsində baş vermişdir.

Fəlakətli daşqınlar və subasmalar

Respublikanın ərazisində fəaliyyətdə olan əsas 4 su qovşağı (Mingəçevir, Araz, Şəmkir, Sərsəng) və 6 su hövzəsinin (Arpaçay, Ağstafaçay, Vayxir, Ceyranbatan, Yuxarı Xanbulaq, Xaçınçay) torpaq bəndləri zəlzələ nəticəsində, yaxud digər səbəblərdən yarılarsa və ya yuyularsa geniş sahələrdə fəlakətli daşqın və ya, subasma zonaları yarana bilər. Belə bir hadisə baş verərsə, respublika tabelikli şəhərlərin, rayon mərkəzlərinin, yaşayış məntəqələrinin əraziləri, dəmir yolu xətləri, avtomobil yolları, körpülər, rabitə və elektrik xətləri, buradakı bina və qurğular müxtəlif dərəcədə dağılar və ya su altında qalar.

Qeyd olunan su qovşağı və su hövzələrinin törədə biləcəyi fəlakətli subasma zonalarının ümumi sahəsi 20000 km 2 təşkil edir ki, nəticə etibarı ilə, orada 1125 min əhali evsiz-eşiksiz qalar, xalq təsərrüfatına isə, külli miqdarda ziyan dəyə bilər.

Respublika ərazisinin böyük bir hissəsi şimal sərhədlərindən başlayaraq Bakı, Sumqayıt kimi iri şəhərlər də daxil olmaqla cənub sərhədlərinədək, Xəzər dənizi sahilində yerləşir (800 km).

Xəzər Dənizinin səviyyəsinin 1,5 m-dən çox qalxması, Xəzər ətrafı zonalarda böyük problemlər yarada bilər.

Bakı və Sumqayıtda bir çox müəssisələrin, yaşayış məntəqələrinin suyun altında qalmaq təhlükəsi yaradar. Xəzər dəninizində suyun səviyyəsinin qalxması adamların həyatı üçün də, təhlükə yaradır.

Marxal

Respublikanın bütün yüksək dağlıq bölgələrində, dağ rayonlarında baş verir. Ən çox marxal təhlükəli sahələr Balakən, Oğuz Kəlbəcər, Ordubad rayonlarıdır. Bu rayonlarda, fəlakətli marxallar baş verərsə, geniş ərazidə sənaye və kənd təsərrüfatı obyektlərinə xeyli ziyan dəyər və insan tələfatına səbəb ola bilər. Bəzən güclü marxallar həcmi milyon kub metrə çatan qar uçqunu şəklində ge­niş ərazini əhatə edib çoxlu maddi zərərə, tələfatlara səbəb olur.

Epidemiyalar

Respublikanın ərazisində taun xəstəliyinin 3 təbii mənbəyi, habelə vəba xəstəliyi yayılan təhlükəli sahələr müəyyən edilmişdir.

Zaqafqaziyanın düzəngəh-dağətəyi, təbii taun mənbəyi olub, sahəsi 500 min hektardır. Bura, Qazax, Ağstafa, Tovuz, Xanlar, Şəmkir, Salyan, Goranboy, Yevlax, Ağdaş kənd rayonlarını, habelə Mingəçevir şəhərini, Bakının Qaradağ və Əzizbəyov rayonları aiddir.

Arazyanı təbii taun mənbəyinə aid edilən Naxçıvan şəhərinin, Ordubad, Culfa, Şərur və Babək rayonlarının ümumi sahəsi 260 min hektardır.

Zaqafqaziyanın yüksək dağlıq taun mənbəyinə isə, sahəsi 100 min hektar olanLaçın, Kəlbəcər, Şahbuz rayonları daxildir.

Tulyaremiya xəstəliyi ehtimallı zona – Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şəmkir, Goranboy, Culfa, Ordubad və Şahbuz rayonları daxildir.

Şirvan və Naxçıvan şəhərlərində, habelə cənub rayonlarında da vəba xəstəliyi ehtimalı mövcuddur.

Epizootiyalar

Respublikanın Ağcabədi, Cəlilabad, Beyləqan, Fizuli, Şəmkir rayonları, eləcə də, Naxçıvan şəhərində, Nehrəm və Xocavənd yaşayış məntəqələrində kənd təsərrüfatı heyvanlarının qara yara xəstəliyinə tutulması ehtimalı mümkündür.

Zaqatala, Beyləqan, Bərdə, İmişli, Ucar, Ağdaş, Abşeron, habelə, digər kənd yaşayış məntəqələrində heyvanlar arasında dabaq xəstəliyinin yayılma ehtimalı vardır.

Атмосферный V12 на 650 л.с. при массе менее 1 тонны — это «самый лёгкий суперкар из когда-либо созданных». Стартовало производство Gordon Murray T50

В производство запущен суперкар Gordon Murray T50, который создатели называют самым чистым и лёгким суперкаром из когда-либо созданных.

Если точнее, формулировка производителя звучит так: это «самый чистый, лёгкий и максимально ориентированный на водителя суперкар из когда-либо созданных». Не очень ясно, что подразумевается под чистотой, но вот масса действительно впечатляет. Машина весит менее тонны (986 кг). Такого результата удалось достичь в том числе благодаря использованию карбонового шасси, которое вместе со всеми панелями весит всего 150 кг. Другие компоненты также старались максимально облегчить, и даже гайки и болты якобы оценивались на предмет снижения массы. К примеру, водительское кресло весит 7 кг, а два пассажирских (машина трёхместная) вообще всего лишь по 3 кг каждое!

Учитывая, что мощность у машины 650 л.с., несложно подсчитать, что удельная мощность составляет 0,66 л.с. на каждый килограмм. Указанную мощность развивает атмосферный двигатель Cosworth V12 объёмом 4 литра.

Также можно отметить исключительно механическую коробку передач и 400-миллиметровый вентилятор в задней части авто, который призван создавать дополнительную прижимную силу, заменяя антикрыло.

Всего компания произведёт лишь 100 дорожных автомобилей стоимостью по 2,8 млн фунтов стерлингов каждый. Большинство из них уже раскуплены. Также будет произведено ещё 25 трековых версий, которые, судя по всему, передвигаться по дорогам общего пользования не смогут.

Русско-арабский онлайн-переводчик и словарь

Обновите, пожалуйста, страницу. Набранный текст и перевод не потеряются.

Обновить страницу

Не удалось открыть подборки

Переводчик не смог соединиться с базой данных браузера. Если ошибка повторяется из раза в раз, пожалуйста, напишите в поддержку. Обратите внимание, что подборки могут не работать в режиме инкогнито.

Чтобы подборки заработали, перезапустите браузер

Яндекс.Переводчик — мобильный и веб-сервис, который переводит с русского на арабский как слова, фразы и связные тексты, так и целые веб-страницы. Перевод сопровождается примерами использования и транскрипцией, есть возможность услышать произношение слов. В режиме сайта сервис переводит всё текстовое содержимое страницы, адрес которой вы укажете. Знает не только Русский и Арабский , но и ещё 100 языков.

  • Мобильная версия
  • Справка
  • Популярные переводы
  • Разработчикам
  • Участие в исследованиях
  • Пользовательское соглашение
  • Переводите в Яндекс Браузере

Comments are closed, but trackbacks and pingbacks are open.