Press "Enter" to skip to content

МЕТОД ФЛОБЕРА

Görünür Floberin həyat imtahanları hələ davam edəcəkmiş. 1872-ci ili onun həyatında ən acı il kimi saymaq olar.

Tənhalıqda olan yazıçı

İnsan xarakterləri haqqında çoxlu sayda elmi əsərlər, araşdırmalar, rəylər mövcudur.

Amma mən deyərdim ki, bunların sayı və sanbalı nə qədər olursa-olsun, insanın bütövlükdə kəşf olunması, öyrənilməsi üçün kifayət deyil.

Çünki ətrafımız insanlarla dolu olsa belə, biz yalnız gördüyümüz qədər onları bilirik, onların göründükləri qədər öyrənirik.

Əslində isə belə yaxın təmasda bulunmağımıza baxmayaraq insanlar kəşf olunmamış obyekt kimi qalmaqdadır.

Amma bununla belə, öyrənilib ki, ətraf mühit insanın xarakterində xüsusi rol oynayır. Əsasən də uşaqlıq yaşlarında, formalaşma getdiyi dövrlərdə.

Və bunun saysız-hesabsız örnəkləri mövcuddur.

Heç şübhəsiz, yuxarıda qeyd etdiyimiz kimi, insanın kəşf olunduğunu birmənalı demək mümkün deyil.

Elə bu üzdən də mən sosioloqların, mütəxəssislərin iddia etdiyi – hər bir insan mövcud olduğu cəmiyyətin, mühitin “əsəridir” mühakiməsi ilə tam yox, qismən razıyam.

Çünki mənə görə insanların xarakteri, psixologiyası ilə bağlı ehkam irəli sürmək doğru deyil. Adamlar çox fərqli də formalaşa bilirlər.

Hətta bunun məşhurlarla bağlı yetərincə örnəklərini sadalamaq mümkündür. Qustav

Qustav Flober gənclik illərində yoluxduğu zöhrəvi xəstəlikdən də həmişə bərk əziyyət çəkmişdir.

Səhhətindəki problemlərin kəskinləşməsi onsuz da insanlardan qaçan Floberin daha çox evə qapanmasına səbəb oldu.

Flober bəlkə də uşaqlıq yaşlarında gördüklərindən uzaq olsaydı tamam başqa xarakterli insan kimi yetişərdi.

Yaxud, fərqli yazıçı olardı, ya tənhalığa qapılmazdı. Bəlkə başqa birisi həmin mühitdə xəstə, yaxud yaradıcı birisi olmazdı. Nə bilmək olar.

QUSTAV

O, fransız idi. Çünki 1821-ci il dekabrın 12-də Fransanın Ruan şəhərində anadan olmuş, burada təhsil almışdı.

(Əslində bu yerlərin tarixi adı Normandiya idi).

Uzun səyahətlərdə olsa da, Fransada yaşamışdı, fransız mədəniyyətini, ədəbiyyatını, nəhayət həyatını incəliklərinə qədər öyrənə bilmişdi.

Amma onun istedadı, onun əsərləri Qustavı yalnız fransalı kimi qalmasına imkan vermədi.

Qustav Flober Avropanın, hətta dünyanın yazıçısı oldu.

Amma onun həyatının başlanğıcına nəzər salanda heç demək olmazdı ki, bu yeniyetmə nə vaxtsa çox məhşur bir yazıçıya çevriləcək.

Heç ailələri də yaradıcılığa yaxın deyildi.

Onun atası təhsil görmüş, tanınmış həkim idi və yerli xəstəxanalardan birinin baş həkimi işləyirdi, anası isə Normandiyanın tanınmış nəslindən idi.

Onlar belə düşünməmişdilər ki, bir gün gələcək övladları öz yazdıqları ilə Avropanı fəth edəcək.

Qustav elə atasının işlədiyi hospitalda doğuldu və 18 yaşınadək atasının oradakı mənzilində yaşadı.

Qustav hələ lap uşaq yaşlarında xəlvətcə hasarı aşaraq təşrih olunmaq üçün olan ölüləri seyr edər, onların yarılmasına baxardı.

Heç şübhəsiz ki, bunlar da Qustavın uşaqlıq düşüncələrinə təsirsiz ötmədi.

Floberin doğulduğu ev indi onun ev muzeyidir. Ruan

Bu üzdən də onun uşaqlıq xatirələrinin kədərli səhifələri bütün ömrü boyu onunla birgə yaşadı.

PARİS

1840-cı ildə Flober hüquq təhsili almaq üçün Parisə getdi. Amma nə təhsil alması, nə də paytaxtın qaynar həyatı onun xarakterindəki tənhalığı əridə bilmədi.

1843-cü ildə Qustav bərk xəstələndi. Köməyə gələn həkimlərin ciddi müayinəsindən sonra məlum oldu ki, onda əsəblə müşayiət olunan epilepsiya xəstəliyi var.

Bu ona çox pis təsir etdi, daha da çox özünə qapıldı.

Qustav dostlarının yanında olmaqdan xoşlanmır, tez-tez tənhalığa çəkilir, əvəzində bir sıra rəssamların, heykəltaraşların əsərlərini seyr etməyə maraq göstəirirdi.

Günlərin birində o, memar Pradyenin yanında Luiza Kole ilə tanış oldu və onlar dostlaşdılar.

Amma bu da uzun sürmədi. Bu dəfəki yaxınlığını atasının ölümü ilə bağlı evdən aldığı xəbər pozdu.

O hər şeyi yarımçıq buraxıb geriyə döndü.

Onda Qustav artıq beş il idi ki, Parisdə yaşayırdı. Amma həyat özünə qapılmış, tənhalığa çəkilmiş Flober üçün yeni bir kədərli sürpriz hazırlamışdı.

Atasının vəfatından çox keçməmiş çox sevdiyi bacısı Karolina vəfat etdi.

Yalqızlıq içərisində qalan anasının da psixoloji vəziyyəti pisləşdi.

Flober heç tərəddüd etmədən paytaxtdakı işlərini, təhsilini buraxdı və Ruan yaxınlığında Kruassedəki evdə yaşayan anasının yanında qaldı.

Onsuz da Qustavı hüquq məsələləri, təhsili özünə cəlb etmirdi.

Bir il sonra səyahət etmək fikrinə düşən Flober ən yaxın dostu Maksim Dyükanla Bretanın səyahətə çıxdı.

Və bir müddət sonra geri qayıtdı, özünə yeni maraqlar tapmaq məqsədi ilə qısa müddətə yenidən Parisə getdi.

Bu dövrlərdə Qustav daxilində yazmaq, içindəkiləri kağıza köçürmək istəklərinin yarandığını hiss edirdi.

Məhz bu üzdən də elə həmin il – 1846-cı ildən özünü ədəbiyyata, mütailəyə, yazı-pozuya həsr etdi.

Bu arada yaxın münasibətdə olduğu Luiza Kole ilə yazışmalarını sürdürür, paytaxt səfərlərində onunla daha sıx ünsiyyətdə bulunurdu.

Bu bəlkə də Floberin həyatında yeganə ciddi ilişgi idi ki, səkkiz il davam etdi.

ŞÖHRƏT GƏTİRƏN ƏSƏR.

1849-cu ildə Qustav Flober yenidən Fransadan uzaqlara getməyə qərar verdi.

Maksim Dyükanla birlikdə Şərqə üz tutdular, Misiri, Suriyanı, Fələstini, Yunanıstanı gəzib-dolaşdılar.

Qustav evə dönəndən sonra ciddi şəkildə yazmağa girişdi.

“Salambo” əsərinə illüstrasiya

Hər bir fikrin ifadəsində, hər bir cümlənin üzərində əsən, ölçüb-biçən Flober 1856-cı ildə böyük zəhmətdən sonra özünün ən məşhur romanını ərsəyə gətirdi.

Bu, çap olandan sonra demək olar ki, dünyanın bütün böyük dillərinə tərcümə edilən, müəllifinə inanılmaz şöhrət gətirən, uzun zaman ədəbiyyatşünasların müzakirə mövzusuna çevrilən məşhur “Madam Bovari”i idi.

Əslində bu əsəri fransız romançılığının yeni inkişaf mərhələsi adlandırmaq lazımdı.

Bu, o dövrlərdə dəbdə olan romantizmin realizmə çevirilməsi idi.

Yazıçı əsərdə illüziya ilə reallığın mübarizəsini, əsl həyatla xəyal edilən həyatın müqayisəsini ustalıqla verməyi bacarmış və mövzunu xeyirxah qəhramanın şəxsiyyəti, əməlləri ilə deyil, yazıq, həm də meşşan bir qadının bədiiləşmiş obrazı ilə açıb ortaya qoymuşdu.

Ümumiyyətlə, Floberin nəsri özündən sonra gələn yazıçıların – Gi de Mopassanın, Edmonda de Qonqotun, Alfons Dauetin, Emil Zolyanın. yaradıcılığına da güclü təsir etdi.

Amma romanın məşhurluğu təkcə sənətkarlıqla məhdudlaşmadı.

Əsərdə cəmiyyətin iç üzünü, mövcud problemlərini, baş verən haqsızlıqları. sənətkarlıqla ortaya qoyan müəllifə qarşı məmurlar ciddi əks-reaksiya verdilər.

Əsərdə ictimai dəyərlərin təhqir edildiyini bəhanə gətirərək Floberi məhkəməyə verdilər. Məsələni araşdıran hakim isə yazıçını günahkar hesab etmədi.

Elə bu da əsər ətrafında inanılmaz bir marağın yaranmasına səbəb oldu.

Ümumiyyətlə, böyük uğur qazanan roman Floberi yeni yaradıcılıq üçün həvəsləndirdi.

Yazıçının ikinci romanı xeyli sonra tamamlandı.

1862-ci ildə Qustav Floberin ikici romanı – tarixi əsəri “Salambo” işıq üzü gördü. Oxucular bu əsəri də maraqla qarşıladılar.

Floberin üçüncü romanı “Hisslərin tərbiyəsi” bu dəfə daha tez – 1969-cu ildə ərsəyə gəldi. Artıq tənqidçilər onu faransız ədəbiyyatının nəhəng realisti adlandırırdılar.

Hətta onun hədsiz səliqə ilə seçdiyi ifadələri, ideal səviyyədə ifadə seçimi tənqidçilərin hədəfinə çevrilirdi.

Amma yazıçının dostları, obyektiv adamlar onun əsərlərinə yüksək qiymət verirdilər.

Qeyd edim ki, Flober məşhur fransız yazıçısı Jorj Sand, Emil Zolya, İvan Turgenev, Edmond Qonkotla. dostluq edir, məktublaşırdı.

ONUN TALEYİNƏ DÜŞƏN İTKİLƏRİ

Əslində Qustav Flober qəribə bir həyat tərzinə malik idi. Kimliyindən asılı olmayaraq o insanlarla görüşməyə həvəs göstərmirdi.

Vaxtının çoxunu yaradıcılığına, mütaliəsinə və tənhalığa həsr edirdi.

Bəlkə də bu səbəbdən idi ki, o, ailə qurmadı, anası ilə birgə yaşadı. Amma təhqiqaçılar bildirirlər ki, Flober bəzən qadın tanışları ilə görüşər, bir sıra hallarda fahişələrin də yanına gedərmiş.

Lakin şairə Luiza Koledən başqa onun heç bir qadınla ciddi münasibətləri olmamışdı.

Onun tənha həyatı təxminən 1868-69-cu illərdən sonra daha da kölgələndi, yalqızlaşdı. Belə ki, 1868-ci ildən səhhətindəki problemlər bir qədər kəskinləşməyə başladı.

Qusrav Flober

Ümumiyyətlə, Qustav Flober gənclik illərində yoluxduğu zöhrəvi xəstəlikdən də həmişə bərk əziyyət çəkmişdir.

Səhhətindəki problemlərin kəskinləşməsi onsuz da insanlardan qaçan Floberin daha çox evə qapanmasına səbəb oldu.

Günlər keçdi, yazıçının yaxşılığa ümidləri puça çıxdı. Hətta ard-arda ona itkilər üz verdi. 1869-cu ildə ən yaxın dostu Buye öldü.

Bir il sonrasa o, həyatın daha bir sınağı ilə üz-üzə qaldı.

Belə ki, həmin illər Fransada gedən müharibə vaxtı fransız əsgərləri onun yaşadığı evi zəbt etdilər. Bir müddətdən sonra onlar çıxıb getsələr də bu hadisə də yazıçını çox üzdü.

Görünür Floberin həyat imtahanları hələ davam edəcəkmiş. 1872-ci ili onun həyatında ən acı il kimi saymaq olar.

Həmin ilədək anasından ayrı yaşamayan yazıçı yeganə dayağını itirdi.

Anası öldü. Bu mənəvi sarsıntı azmış kimi bundan sonra onun həyatında maddi çətinliklər özünü göstərməyə başladı. Məşhur yazıçı nə edəcəyini bilmədi.

Yeganə təsəllini yazmaqda tapdı. 1877-ci ildə “Üç povest” nəşr olundu. Bura Floberin yazdığı üç povesti daxil edilmişdi.

Xeyli müddət Floberdən əsər gözləyən oxucular povestləri də maraqla qarşıladılar.

BU DA SON

Bundan sonra Qustav Flober özünü çoxdan qələmə almaq istədiyi yeni bir romana həsr etdi. O ən gözəl əsərlərindən biri sayılan “Byüvar və Pekyuşe”ni yazmağa başladı.

Saatlarla əsərin üzərindən ayrılmayan Flober inanırdı ki, bu roman onun özünün təkrar təsdiqi olacaq.

O yazdı. Lakin əsəri – sonuncu bədii “övladını” ərsəyə gətirə bilmədi, roman yarımçıq qaldı.

Görünür həyatın onun haqqındakı istədikləri tamam başqa cür imiş. Qustav Flober 1880-çi il, may ayının 8- də Kruassedə, atasından ona qalan, tənha ömür sürdüyü evində insultdan, 58 yaşında dünyasını dəyişdi.

Onun tamamlaya bilmədiyi bu gözəl əsər yazıçının ölümündən bir il sonra – 1881-ci ildə nəşr edildi.

Və çox təəssüf ki, Flober tamamlaya bilmədiyi bu əsərinin də necə rəğbətlə qarşılandığını görə bilmədi.

Yazıçını Ruandakı qəbiristanlıqda, ailə üzvlərinin yanında dəfn etdilər.

Ondan bu dünyada Qustav Flober adı və həmin adı yaşadan gözəl, əvəzsiz əsərləri qaldı.

“Ədalət” qəzeti

МЕТОД ФЛОБЕРА

Флобер провел всю жизнь в мучительной погоне за совершенством слога. В своем стремлении к кристальности прозы он не мог остановиться, правка рукописей стала для него в некоторых случаях не дорогой к совершенствованию прозы, а самоцелью. Он терял способность оценки, уставал, приходил в отчаяние и явно сушил и мертвил свои вещи, или, как говорил Гоголь, “рисовал, рисовал, да и зарисовывался”. Флобер в высокой степени было выражено то свойство писателя, которое теоретики литературы называют “персонификацией”, а говоря проще – способностью перевоплощаться в своих героев с такой силой, что все происходящее с героем (по воле писателя) переживается самим писателем необыкновенно болезненно. Известно, что, описывая смерть Эммы Бовари от яда, Флобер почувствовал все признаки отравления и ему пришлось прибегнуть к помощи врача. Флобер был мучеником. Он писал так медленно, что с отчаянием говорил: “Стоит самому себе набить морду за такую работу”. Всю ночь в кабинете Флобера, заставленном экзотическими вещами, горела лампа с зеленым абажуром. Флобер работал но ночам. Лампа гасла только на рассвете, в темные ночи флоберовское окно стало служить маяком для рыбаков на Сене и даже для капитанов морских пароходов, подымавшихся по реке из Гавра в Руан. Капитаны знали, что на этом участке реки надо было, чтобы не сбиться с фарватера, “держать на окно господина Флобера”. Изредка они видели плотного человека в пестром восточном халате. Он подходил к окну, прижимался к нему лбом и смотрел на Сену. Это была поза уставшего вконец человека. Но вряд ли моряки знали, что за окном стоит великий писатель Франции, измученный борьбой за совершенство прозы, этой

“проклятой жидкости, которая никак не хочет принять необходимую форму”.

Жизнь писателя непохожа на жизнь простого смертного и очень часто бедна внешними событиями. Флобер на просьбу прислать свою автобиографию ответил: «У меня нет никакой биографии».

Патрон Флобера

В законе об оружии четко определены виды вооружения по способу применения поражающего элемента. Если заводить речь о короткоствольном и длинноствольном оружии, то в тривиальной классификации его можно поделить на три вида: газовое, пневматическое и огнестрельное. Значащим фактором в таком делении выступает источник энергии, под действием которой вылетает пуля.

Оригинальный патрон

Ни в одном из пунктов статьи закона, где приводятся все типы оружия, не значится револьвер или пистолет под патрон Флобера. В России этот тип патронов не приобрел такой популярности, как в странах Европы. Даже в Украине производят такие модели револьверов. Некоторые специалисты причисляют пистолет Флобера к промежуточным моделям между травматикой и пневматикой.

  • Во-первых, Флобер изобрел только патрон, так что пистолет не может быть назван его именем.
  • Во-вторых, принцип превращения энергии и передачи ее пуле совершенно не такой, как у травматического или пневматического оружия.

В некоторых англоязычных странах патрон Флобера известен под маркировкой .22 CB (.22 BB Cap Flobert).

Отличительной особенностью такого патрона является отсутствие порохового заряда. Капсюль содержит воспламеняющийся состав, но он не поджигает порох. При своем сгорании расширяющийся газ выталкивает пулю. Такая система названа кольцевым воспламенением.

Патроны кольцевого воспламенения – более обобщенное понятие. Впервые боеприпас без пороха был изобретен, а позднее запатентован в 1845 году. Идея принадлежит французскому мастеру-оружейнику Луи Флоберу. Пуля встроена в капсюль, который одновременно служит воспламенителем и гильзой.

Вначале подобные патроны выпускались только калибром 9 мм. Затем постепенно линейка размеров стала расширяться. Оружие под патрон Флобера, как и сам патрон, приобрело популярность во всем мире, оно отличалось от альтернативного по характеристикам вооружения надежностью, относительно недорогой стоимостью, а также низким уровнем шумности выстрела.

Патроны Флобера в России изначально продавались под другим названием. Известность они получили, как патроны «Монте Кристо». Сейчас самый распространенный патрон такой системы имеет калибр 5,6 мм. Разработан он был еще в 1888 году. Настоящий боевой патрон кольцевого типа воспламенения, имеющий в гильзе порох, создавался на основе патрона Флобера.

Пули патрона Флобера имеют сферическую или коническую форму. Оба вида пуль получили распространение, они выпускаются под калибр 5,6 мм, 4,5 мм и 4,2 мм. В патронах чешского производства пули калибра 4,2 мм содержат 0, 01 г пороха.

Пистолет Флобера – не самое лучшее средство самообороны. Его патроны приобретают относительно низкую начальную скорость. Показатель в 210 м/с характерен для обычной пневматики.

Но по энергетическим показателям данной оружие превосходит пневматическое за счет большей массы пули. В итоге энергия выстрела достигает 40-60 Дж. Но этой энергии недостаточно, чтобы обеспечить автоматическое передергивание затвора.

В связи с этим большинство моделей выполняются в виде револьверов или в виде пистолетов с ручным затвором.

ак как по своему назначению средняя пневматика может полностью заменить оружие Флобера, то применение последнего сводится всего лишь к развлекательной стрельбе и самозащите (отдельные модели разработаны специально для этого).

Благодаря практически полному отсутствию дульного пламени, характерного для настоящего огнестрельного боевого, да и травматического оружия, звук выстрела позволяет использовать пистолет в закрытом помещении (тире).

Оружие под описанные патроны часто применяют против грызунов.

Легальность оружия Флобера в России

Как таковой опасности оружие под патрон Флобера для жизни или здоровья человека не представляет. Малый калибр вкупе с относительно небольшой энергией не смогут причинить живой мишени (кроме мелких грызунов) существенного вреда. В странах бывшего СССР определено свободное обращение данного вида вооружения. Тем более, что оно не считается огнестрельным.

В России оружие и боеприпасы Флобера запрещены. Их законно не получится купить даже после лицензирования. Причина кроется в том, что в законе ничего не сказано про такое оружие, поэтому оно не имеет нужной сертификации.

При попытке покупки, хранения или продажи оружия Флобера гражданин будет привлечен к административной ответственности. Практика показывает, что бывали случаи привлечения к уголовной ответственности.

На этом пока все, спасибо за прочтение. )))

Comments are closed, but trackbacks and pingbacks are open.