Press "Enter" to skip to content

Fəlsəfə fənni üzrə doktorantura

Xarici dil imtahanında keçid balını toplayan şəxslər Fəlsəfə fənnindən imtahana buraxılırlar. Fəlsəfə fənnindən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd verənlərin sayı azalıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarına və elmi tədqiqat müəssisələrinə sənəd verənlərin sayı açıqlanıb.

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarına və elmi tədqiqat müəssisələrinə sənəd verənlərin sayı açıqlanıb.

AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru, professor Əminağa Sadıqov Trend-ə bildirib ki, bu il fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 93 plan yerinə 97 nəfər, fəlsəfə doktoru proqramı üzrə dissertanturaya 136 yerə 195 nəfər, elmlər doktoru proqramı üzrə doktoranturaya 41 yerə 32 nəfər, elmlər doktoru proqramı üzrə dissertanturaya isə 76 plan yerinə 95 nəfər sənəd verib.

Ə.Sadıqov deyib ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd verənlərin sayı əvvəlki illərlə müqayisədə azalıb: “Bəzi ixtisaslar üzrə sənəd verənlərin sayında azalmanın olması hiss edilmir. Elə ixtisaslar var ki, 1 yerə 3-4 nəfər sənəd verib. Bütövlükdə, həm ixtisas, həm fəlsəfə fənni, həm də ingilis dili üzrə tələbi yüksəltmişik. Bu, əvvəlcədən elan olunub. Hiss olunur ki, iddiaçılar bunu nəzərə alıblar və cari ildə daha çox özünə güvənənlər sənəd veriblər. Bu, yaxşı haldır. Bizim də məqsədimiz o idi ki, həqiqətən hazırlığı olanlar sənəd versinlər”.

Onun sözlərinə görə, fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul üçün yüksək müsabiqə vəziyyəti yaranacaq.

Fəlsəfə fənni üzrə doktorantura

2019-01-02 15:12:00

Doktoranturaya qəbul qaydaları

Azərbaycanda yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə həyata keçirilir və müvafiq elmi dərəcələrin verilməsi ilə başa çatır. AzEdu.az doktoranturaya qəbul qaydalarını təqdim edir: Doktoranturada təhsil fəlsəfə və elmlər doktoru proqramları üzrə əyani və ya qiyabi formada həyata keçirilir. Dövlət hesabına və ya ödənişli əsaslarla təhsil mümkündür. Fəlsəfə doktoru proqramı üzrə əyani təhsil müddəti 3, qiyabi 4, dissertantlıq yolu ilə isə 4 ildir. Elmlər doktoru proqramı üzrə isə əyani təhsil müddəti 4, qiyabi və dissertantlıq yolu ilə 5 ildir. Müstəsna hallarda təhsil müddəti uzadıla bilər. Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənni, xarici dil (rus dili istisnadır) və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində imtahan verməlidirlər. Doktorant təhsil müddətində müstəqil elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməli, fərdi iş planını tam yerinə yetirməli, ixtisas fənnindən, informatikadan və xarici dildən doktorluq imtahanlarını verməli, elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli, aprobasiya etdirməli, elmi tədqiqat işini bitirməlidir. O cümlədən fərdi iş planının yerinə yetirilməsi barədə vaxtaşırı şöbə, bölmə, kafedra, laboratoriya iclaslarında hesabat verməlidir. Fərdi iş planını yerinə yetirən və elmi tədqiqat işini bitirən şəxslər «Fəlsəfə doktoru» elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar. Dövlət hesabına əyani təhsil alan doktorantlara təqaüd ödənilir və hər il məzuniyyət verilir. Doktorant məzunlara təhsil aldıqları müəssisənin müvafiq arayışı və imtahanların verilməsi haqqında vəsiqə verilir. Elmlər doktoru dərəcəsinə isə “Fəlsəfə doktoru” elmi dərəcəsi olan Azərbaycan vətəndaşları qəbul edilirlər.

Lamiyə Süleymanlı

Bu bölməyə aid digər xəbərlər

“Seysmologiya” ixtisası üzrə doktorantura yaradıla bilər

2023-02-15 11:11:00

“Doktorant və Gənc Tədqiqatçıların XXV Respublika Elmi Konfransı” gözəl bir nümunə oldu

2022-12-01 11:46:00

Komitə sədri: “Doktorantların bir çox ciddi problemləri var”

2022-10-19 10:36:00

Təhsil İnstitutunda doktorantura təhsili almaq istəyən iddiaçıların sayı artıb

2022-10-01 10:00:00

Tələbələrimiz doktorantura üçün ən çox bu ölkəni seçirlər -Arzuolunmaz ixtisas

2022-09-09 10:37:00

Doktorantların və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək

2022-07-29 13:22:00

Doktorantura və dissertanturaya xarici dildən qəbul imtahanı keçiriləcək

2022-06-10 09:00:00

Doktoranturaya sənəd qəbulu başa çatıb

2022-05-11 09:30:00

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu aparılır

2022-05-09 10:16:00

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu aparılır

Fəlsəfə və elmlər doktoru olmaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2021-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

Akademiyadan Oxu.Az-a verilən məlumata görə, sənədlər 5 iyul-20 avqust 2021-ci il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA-nın müvafiq elmi müəssisələrində qəbul ediləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər (20-21 iyun 2021-ci il tarixlərində keçirilib).

Xarici dil imtahanında keçid balını toplayan şəxslər Fəlsəfə fənnindən imtahana buraxılırlar. Fəlsəfə fənnindən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.

Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul üçün sənədlər AMEA-nın müvafiq elmi müəssisələrinə (elmi müəssisələrin ünvanını AMEA-nın www.science.gov.az saytından əldə etmək olar) təqdim olunmalıdır.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, dissertant kimi təhkim olunmaq istəyən şəxslər azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

Dissertantlıq və doktorantura yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq hüququna fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdir.

Comments are closed, but trackbacks and pingbacks are open.