Press "Enter" to skip to content

Həkim: “İstəyirsən, gündə 5 dəfə cinsi əlaqədə ol”

-Öncə onu vurğulayım ki, ən ağır cinsi xəstəlik belə, psixoloji durumu mükəmməl olan bir kişinin erkən boşalmasına təsir edə bilməz. Yəni bu prosesdə fiziki deyil, psixi, mənəvə tərəfi mühüm rol oynayır. Məsələnin fiziki tərəfinə gəlincə, kişilər yaşlandıqca, əksəriyyətində prostatit əmələ gəlir. Tibbdə prostata kişinin ikinci ürəyi deyilir. Prostatda olan hər hansı iltihabı proses – məsələn, orqanizmdə uzun müddət qalmış infeksiyalar, oturaq şərait, həddindən artıq piylənmə – bunlar birbaşa prostatın iltihabına yol açır. Yəni prostatiti olan kişilər birmənalı şəkildə tez boşalırlar. Burada istək azalmır. Amma bəzi adamlarda bu proses cinsi istəyə də öz təsirini göstərir. Onu da deyim ki, bir kişi cinsi əlaqə zamanı 15-20 dəqiqəyə, növbəti dəfə 2 dəqiqəyə boşalırsa, bu normaldır. Yəni kişi bir dəfə tez boşalırsa, bu problem demək deyil. Bu kişinin psixoloji durumuna bağlıdır, hansı ki, tibbə məlum deyil. Tez boşalma bütün vəziyyətlərdə, hər zaman baş verən haldadır. Tez boşalan kişilərdə isə proses bəzən 1-2 dəqiqə də çəkmir.

Cəmiyyətin sosial strukturu və Insanlarin etnik birlikləri

cəmiyyəti, onda gedən mürəkkəb prosesləri, adamlar arasındakı münasibətləri düzgün anlamaq üçün mühüm, hətta mən deyərdim fundamental vəzifələrdən biri kimi onun sosial strukturu və etnik birliklər məsələsini təhlil etmək lazımdır. Hazırda praktiki olaraq hər bir dövlət qurumu mürəkkəb sosial struktura malikdir. Və orada adamların müxtəlif etnik (milli) birlikləri mövcuddur.
Müasir fəlsəfədə cəmiyyətin sosial strukturunun mahiyyəti və təbiətinə dair baxışlar bir sıra konsepsiyalarda cəmləşmişdir. Bunlar­dan üçü üzərində bir az ətraflı dayanaq. Birinci konsepsiya siniflərin mövcudluğunu inkar edir və onların əvəzində qrup halında sosialqurumları qoyur və iddia edir ki, həmin qrupların köməyi ilə insan münasibətləri hərtərəfli nəzərdən keçirilə bilər. Bu konsepsiyanı Amerika sosioloqları T.Parsons (1902– 1979), P.Lazarsfeld (1901– 1976) və digər mütəfəkkirlər fəal surətdə təbliğ etmişlər. İkin­ci qrupa cəmiyyətdə siniflərin və sosial qrupların mövcudluğunu qəbul edən marksistləri göstərmək olar. Üçüncü konsepsiyanın nümayəndəsi kimi artıq dönə– dönə adını çəkdiyimiz M.Veberi qeyd edə bilərik.

a) Sosial stratifikasiya konsepsiyası

Sosial həyatın müxtəlif məsləkli sosioloqlarını məşğul edən başlıca problemlərindən biri müasir cəmiyyətin «stratifikasiyasıdır» (strata– geologiyadan götürülmüş termindir), onun ictimai təbəqələrinin və ya qruplarının müəyyən edilməsidir. Sosial qruplar nəzəriyyəsi amerikan sosiologiyasının patriarxı olan Eduard Ross ilə başlanır. O, həmin anlayışı əsrimizin əvvəllərində işə salmışdır. Rossun fikrincə, cəmiyyət sosial qrupların məcmusundan ibarətdir. Fərdin ictimai həyatı– onun qrupdakı həyatda və qruparası münasibətlərdə iştirakıdır. Lakin belə düşünmək yanlış olardı ki, guya həmin sosioloqlar sinifli cəmiyyətin əsas ictimai qruplarından– ictimai siniflərdən bəhs edir. Qruplar əraziyə, peşələrə, məşğələlərin bənzərliyinə və s. görə götürülür. Belə bir təsnifatda, məsələn, polad əridənlər sırasında həm polad kralları, həm də fəhlələr daxil edilir. Hələ 50– 60– cı illərdə Amerikada cəmiyyətin ictimai qruplarının belə bir təsnifatı verilmişdi: «İcma qrupları; ailə qrupları; tərbiyə qrupları; irq qrupları, mülki qruplar və siyasi təşkilatlarda birləşən qruplar» və s.
«Qruplardaxili» və «qruplararası» münasibətlər sosioloqlar tərəfindən araşdırılarkən «sosial nəzarət» öz üzvlərinin münasibətlərini tənzim etmək üçün qrupun müəyyən etdiyi «tənzimedici normalardır». Bu cür «nəzarət»anlayışına adətləri, dəbləri, ictimai fikrin təsirini daxil edirlər. Eyni zamanda zorakılıq kimi tətbiq edilən vasitələri də qeyd edirlər. Bəzi nəzəriyyəçilər göstərirlər ki, kapitalizm cəmiyyətində müxtəlif ictimai təbəqələrin tədriclə birləşib «vahid orta sinif» təşkil etməsi prosesi gedir. Həmin «vahid orta sinfin» bütün sinifləri əhatə etməsi baş verir. Qərb sosioloqları göstərir ki, kapitalizm cəmiyyətində adamların bir sinifdən başqa siniflərə keçməsi üçün hədsiz imkan yaranmışdır, «açıq siniflər», «açıq cəmiyyət» deyilənlər meydana gəlmişdir.
«Sosial çeviklik» kimi kateqoriyadan istifadə edən ideoloqlar deyirlər ki, kapitalizm cəmiyyətində siniflər «açıq» olmuşdur, keçmişdə isə onlar «qapalı» idi, «bağlı» idi.
Bir çox silk maneələri olan feodalizmə nisbətən kapitalizm, əlbəttə, böyük çeviklik verir.
Qərb sosiologiyasında «Elita» nəzəriyyəsi də müəyyən dərəcədə yayılmışdı. Bu nəzəriyyəyə görə, insanlar fitrətən qeyri– bərabərdir və guya insanların qeyri– bərabər istedadının bu psixoloji əsası üzərində cəmiyyətin yuxarı təbəqəsi, «elita» adlanan təbəqə yaranır, «seçmələr» təbəqəsi meydana gəlir. Psixik münasibətlər bütün ictimai münasibətlərin əsasının əsası elan edildiyinə görə sosioloqun belə bir iddiası üçün imkan yaranmış olur ki, öz istedadı ilə bir qədər fərqlənən ayrı– ayrı fərdləri psixik münasibətlər dairəsinin özü «yuxarıya» qaldırır.
«Elita» nəzəriyyəsinin tarixi kökləri «qəhrəman və camaat» nəzəriyyəsinə gedib çıxır. Həmin nəzəriyyəni Paris Kommunası dağıdıldıqdan sonra hələ Karleyl kimi subyektiv sosioloqlar, sonra isə fransız sosioloqu Qabriel Tard və b. təbliğ edirdilər. Bəzi sosioloqların fikrincə, müasir kapitalizmin «elitası»– direktorlar, müdirlər, mühəndislər və texniklər təbəqəsidir. Texnokratiya adlanan nəzəriyyənin tərəfdarları deyirlər ki, hakimiyyət həmişə həmin elitanın əlində olmuşdur.
Ümumiyyətlə, obyektiv yanaşma baxımından bu nəzəriyyənin həm qüsurları, həm də müsbət cəhətləri vardır. Bunu isə qətiyyən nəzərdən qaçırmaq olmaz.

b) K.Marks və cəmiyyətin sosial-sinfi strukturu

Bir çox tədqiqatçıların fikrincə, cəmiyyətin sosial– sinfi stru­k­turu hərtərəfli şəkildə marksizm klassikləri tərəfindən işlənmişdir.
Qeyd etmək lazımdır ki, siniflər və onların arasında mübari­zə­nin mövcudluğunu marksizmin kəşfi hesab etmək olmaz. Bu nəzə­riyyə fransız tarixçiləri. O cümlədən F.Gizo (1787–1874), J.N.O.Tyer­­ri (1795– 1884), F.Min (1796– 1884) və A.Tyerri (1797– 1877) tərəfindən kəşf edilmişdir. Onların əsərlərində sinfi məna­fe­lərin formalaşması prosesi və siniflərarası mübarizənin tarixi inki­şafı hərtərəfli təhlil edilmişdir. Haqqında söhbət gedən dövrün iqti­sadçıları isə siniflərin iqtisadi anatomiyasını verə bilmişlər. Həmin dövrdən başlayaraq ictimai həyatın sinfi təhlili ictimai elmlərdə mühüm yer tutur. K.Marks 5 mart 1852– ci ildə İosif Veydemeyerə məktubunda yazırdı: « …mənə gəldikdə nə müasir cəmiyyətdə si­nif­­lər mövcud olduğunu açmaq, nə də bunların arasında mübarizə get­di­yini kəşf etmək mənim xidmətim deyildir. Burjua tarixçiləri bu si­nif­lər mübarizəsinin tarixi inkişafını, burjua iqtisadçıları isə bu si­nif­lərin iqtisadi anatomiyasını məndən çox əvvəl şərh etmişlər. Mənim gördüyüm yeni iş bunu sübut etməkdən ibarət olmuşdur ki, 1) Si­nif­lərin mövcud olması ancaq istehsalın inkişafındakı müəyyən tarixi mərhələlərlə əlaqədardır, 2) Sinfi mübarizə hökmən prole­ta­riat diktaturasına doğru aparır, 3) Bu diktaturanın özü bütün si­nif­lə­rin məhv edilməsinə və sinifsiz cəmiyyətə doğru yalnız bir keçiddir» .
Marksizmə görə, siniflərin, ictimai təbəqələrin və qrupların məcmusu, onların qarşılıqlı münasibətləri sistemi cəmiyyətin sosial strukturunu təşkil edir.
Bir istehsal üsulunun yerini digəri tutduqda, sosial struktur dəyişilir, bir qisim siniflərin yerini başqaları tutur. Marksizm– leninizm banilərinin fikirlərini ümumiləşdirərək V.İ.Lenin siniflərin klassik tərifini vermişdir– «Sinif– tarixdə müəyyən ictimai istehsal sistemində tutuduqları mövqeyə görə, istehsal vasitələrinə olan öz münasibətələrinə (çox qismi qanunlarda möhkəmlədilib, rəsmləş­dirilən bu münasibətlərə) görə, ictimai əmək təşkilindəki rollarına görə, deməli, malik olduqları ictimai sərvətdən pay olmaq üsuluna və bu payın qədərinə görə fərqlənən böyük insan qruplarına deyilir. Siniflər elə insan qruplarıdır ki, müəyyən ictimai təsərrüfat ukladın­da tutduqları müxtəlif mövqeyə görə, bu qruplardan biri digərinin əməyini məniməsəyə bilir» (V.İ.Lenin).
cəmiyyətin sinfi bölgüsünün əsasını cəmiyyətin iqtisadi quruluşu təşkil edir, lakin bu bölgü cəmiyyətin siyasi quruluşunda da, mənəvi həyatında da inikas edir. Buna görə də marksizm baniləri sinfi ancaq iqtisadi bir kateqoriya deyil, habelə daha geniş bir ictimai kateqoriya kimi götürürdülər.
Sinfi cəmiyyətin tarixində üç əsas sinfi əsarət forması məlum­dur: köləlik, təhkimçilik, muzdlu əmək. Bu istismar üsullarından birinin yerini ardıcıl surətdə digərinin tutması iqtisadi asılılığın işçinin şəxsi asılılığının yerini tədriclə tutması demək idi.
Quldarlıq, habelə feodalizm şəraitində cəmiyyətin strukturu özünəməxsus bir libasda meydana çıxır. Şərqin bir sıra peşə birliyi ilə bağlı olan insanların qapalı qruplarından ibarət zümrələrə bölgü şəklini alırdı. Digər quldarlıq ölkələrində (Qədim Yunanıstanda, Ro­mada və b.), həmçinin feodalizm cəmiyyətində sinfi fərqlər döv­lət hakimiyyəti vasitəsilə əhalinin silk bölgüsündə hüquqi cəhətdən təsbit olunurdu. Hər silk üçün dövlətdə bu və ya digər mövqe, bu və ya digər hüquq və vəzifələr qanunla müəyyən edilmişdir. Sinfi bölgü zəminində meydana gələn hüquq bölgüsü eyni zamanda ona tamam uyğun gəlmirdi, oraya hakimiyyət və hüquqi imtiyazlar ieararxiyası ünsürü gətirirdi.
Kapitalist istehsal üsulu cəmiyyətin sinfi bölgüsünü sadələş­dirdi, silk imtiyazlarını aradan qaldırdı, hər halda prinsipcə ləğv etdi. Kapitalizmdə bilavasitə istehsalçılar– fəhlələr hüquqi cəhətdən azaddırlar. Lakin onlar istehsal vasitələri üzərində mülkiyyətdən mərhumdur və kapitalistlərdən iqtisadi cəhətdən asılıdır. Buna görə də K.Marks və F.Engels kapitalist istismar üsulunu muzdlu köləlik adlandırmışlar. Beləliklə, antaqonist istehsal münasibətlərinin xarak­terindən müxtəlif istismar üsulları, bununla da birlikdə cəmiy­yətin siniflərə müxtəlif bölgüsü irəli gəlir. İbtidai icmanın dağıldığı vaxtdan etibarən cəmiyyətin bütün tarixində siniflər arasındakı mübarizə özünü göstərir. K.Marks və F.Engels «Kommunist Par­tiya­sının Manifesti»ndə kapitalizmin meydana gəlməsinə qədər sinfi mübarizənin əsas formalarını belə səciyyələndirmişlər: «Azad insan­la qul, patrisi ilə plebey, mülkədarla təhkimli, usta ilə şagird, müx­tə­sər, zalımla məzlum arasında əbədi bir antaqonizm olmuş, onlar gah gizli, gah da açıq şəkildə daim bir– biri ilə mübarizə aparmışlar və bu mübarizə həmişə bütün cəmiyyət binasının inqilabi surətdə yenidən qurulması və ya mübarizə edən siniflərin hamısının məhv olması ilə nəticələnmişdir». Kapitalizm dövrü sinfi mübarizənin daha da kəskinləşməsinə səbəb olmuşdur.
Bəs siniflər arasında mübarizə nə üstündə gedir? Bu mübarizə tarixən labüddürmü? Qərb tarixçiləri və sosioloqları iddia edirlər ki, bu mübarizə siniflərin arasında «anlaşılmazlıq», «qarşılıqlı surətdə bir– birini başa düşməmək» nəticəsidir, cəmiyyətin yuxarı hakim tə­bə­qələrinin bacarıqsız siyasətinin, «bədxah ünsürlərin təhrikinin» və i.a. nəticəsidir. Onlardan bir çoxu ədavət edən sinifləri birləşdirə bi­ləcək sosial və mənəvi sərvətlər axtarıb tapmağa çağırırlar. Lakin ba­rışmaz antaqonist mənafeyi olan sinifləri «ən yaxşı ideyalar və ya mənəvi sərvətlər vasitəsilə birləşdirmək mümkün olması ümidini irə­li sürmək məsələyə yanlış, idealist mövqelərdən yanaşmaq deməkdir.
Sinfi mübarizə müxtəlif siniflərin cəmiyyətdəki mövqeyinin əksliyindən və onların mənafeyi arasındakı ziddiyyətdən irəli gəlir.
Sinfi mübarizə cəmiyyət həyatının müxtəlif dairələrində– iqti­sadiyyatda, sosial, siyasi və mənəvi sahələrdə baş verir, düşmən sinfi passiv müqavimətdən onun mövqeləri üzərinə fəal hücuma və ən kəs­kin sinfi toqquşmalara qədər müxtəlif kəskinlik dərəcəsinə çata bilər, bu mübarizə gizli və ya açıq, kor– təbii və ya şüurlu olur. Sinfi mü­barizənin müəyyən formalarının başqaları ilə əvəz edilməsi və­ziy­yətin dəyişilməsindən, müxtəlif siniflərin mənafeyi arasında zid­diy­yət­lərin kəskinləşməsi dərəcəsindən, hər bir sinfin inkişafın­dan asılıdır.
Sinfi mübarizə formaları sinfi təşkil formaları ilə bağlıdır. Bu­nu proletariatın sinfi mübarizəsi timsalında xüsusilə aydın görmək olar. Proletariat kapitalizmə qarşı öz mübarizəsini üç başlıca formada: iqtisadi, siyasi və ideoloji mübarizə formalarında aparır.
İqtisadi mübarizə proletariatın sinfi mübarizəsinin tarixən ilk formasıdır. Bütün ölkələrdə fəhlələrin mübarizəsi onların öz yaxın gündəlik iqtisadi mənafeyini müdafiə etməsindən başlanmışdır. Onlar əmək haqqının yüksəldilməsi iş gününün qısaldılması, əmək şəraitinin yaxşılaşdırılması və i.a. uğrunda mübarizə aparmışlar. Pro­letariatın ilk təşkilatları– proletariat üçün sinfi mübarizə mək­təbi olmuş. Həmkarlar ittifaqı da bu mübarizədə meydana gəlmişdir. İqtisadi mübarizə üçün ən mühüm vasitə tətillər, xüsusi və ümumi tətillərdir.
Gündəlik ehtiyaclar uğrunda iqtisadi mübarizənin fəhlə sinfi üçün çox böyük həyati əhəmiyyəti vardır. Lakin bu mübarizə fəhlə sinfini istismardan, təminatsızlıqdan xilas edə bilməz.
Siyasi mübarizə iqtisadi mübarizəyə böyük təsir göstərir bu mənada səciyyəvi hallardır ki, sosializmə qarşı mübarizə şəraitində kapitalistlər sinfi mübarizənin böyük kütləvi mübarizə halı almasın­dan qorxaraq, fəhlələrin tələblərinə bəzi güzəştlərə getməyə məcbur olur, zəhmətkeşlərin istismar edilməsində daha üstüörtülü formalar tətbiq etməyə can atırlar.
Siyasi mübarizə parlamentə, bələdiyyə idarələrinə və digər dövlət orqanlarına seçkilərdə iştirak etməkdən başlayaraq kütləvi nümayişlərə qədər, parlament tribunasından dini məqsədlərlə istifadə etməkdən hakimiyyət uğrunda inqilabi mübarizəyə qədər müxtəlif şəkillər alır.
Tarixən siyasi mübarizə intisadi mübarizənin ardınca inikşaf etmişdir, lakin öz əhəmiyyətinə görə o, birinci yer tutur, çünki o, sinfi mübarizənin daha yüksək formasıdır. Bu da aşağıdakılarla izah olunur.
1. İqtisadi mübarizədə fəhlə sinfinin ayrı– ayrı dəstələri (məsələn, ayrıca bir müəssisənin fəhlələri) öz istismarçılarına qarşı çıxa bilərlər, siyasi mübarizədə fəhlələr və kapitalistlər bir– birinə qarşı bütövlükdə siniflər kimi çıxırlar.
2. İqtisadi mübarizədə fəhlələr özlərinin ən yaxın, gündəlik mənafeyini, çox zaman fəhlə sinfinin ayrı– ayrı qruplarının məna­feyini, siyasi mübarizədə isə özlərinin ümdə, ümumsinfi mənafeynini müdafiə edirlər.
3. İqtisadi mübarizə siyasi mübarizədən ayrılıqda aparıldıqda iqtisadi mübarizədə fəhlələrdə yalnız treyd– yunion şüuru yaranır, yəni onlar özlərinin məhdud peşə mənafeyini anlayırlar; marksist partiyanın rəhbərliyi altında siyasi mübarizədə fəhlə sinfində həqi­qətən sinfi, proletar, sosialist şüuru yaranır, o, öz ümdə ümumsinfi mənafeyini, öz tarixi vəzifəsini, inqilabi vəzifələrini başa düşür.
4. İqtisadi mübarizə proletariatın həmkarlar ittifaqları halında təşkil olunmasını zəruri edir, siyasi mübarizə proletariatın sinfi təşkilinin ən yüksək forması olan marksist siyasi partiya yaranmasını tələb edir.
İqtisadi və siyasi mübarizə ilə yanaşı olaraq, proletariatın sinfi mübarizəsinin ən mühüm bir forması da ideoloji mübarizədir. Fəhlə sinfini geniş iqtisadi və xüsusilə siyasi mübarizəyə qaldırmaq üçün ona öz ümdə sinfi mənafeyini başa düşməkdə kömək etmək lazımdır. Fəhlə sinfi bunu marksizm– leninizm nəzəriyyəsi, elmi sosializm sayəsində başa düşür. Marksizm– leninizm nəzəriyyəsi ictimai inkişaf qanunlarını, kapitalizmin inkişafı qanunlarını kəşf edərək, fəhlə sinfinə istismardan azad olmaq uğrunda, sosializm uğrunda mübarizə yollarını və vasitələrini göstərmişdir. Fəhlə sinfinin, onun partiyalarının nəzəri, ideoloji mübarizəsi öz qarşısına fəhlələrin şüurunu burjua ideyalarından və mövhumatından azad etmək vəzifəsini qoyur. Kortəbii fəhlə hərəkatına marksist– sosialist ideologiyası gətirilməsi onu yüksək inkişaf pilləsinə qaldırır. Buna görə də sinfi mübarizənin digər formaları kimi, onun ideoloji forması da proletariatın qəti qələbəsi üçün eyni dərəcədə zəruridir.
Sinfi mübarizə inkişaf etmiş sinifli cəmiyyətlərin qanunauy­ğunluğu və hərəkətverici qüvvəsidir. Sinifli cəmiyyətlərin K.Marks və F.Engels tərəfindən kəşf edilən inkişaf qanunu ondan ibarətdir ki, «hər hansı bir tarixi mübarizə– istər siyasi, dini fəlsəfi, istərsə də hər hansı başqa ideoloji sahədə olsun,–əslində ictimai siniflər mü­ba­ri­zəsinin yalnız çox və ya az dərəcədə aydın ifadəsidir, bu siniflərin varlığı və bununla birlikdə onların bir– biri ilə toquşmaları isə on­la­rın iqtisadi vəziyyətinin inkişaf dərəcəsi ilə, istehsalın və bunun mü­əyyən etdiyi mübadilənin xarakteri və üsulu ilə bağlıdır». Engelsin sözləri ilə desək, enerjinin çevrilməsi qanunu təbiətşünaslıq üçün nə qədər əhəmiyyətlidirsə, həmin qanun tarix elmi üçün, sinifli cəmiyətin inkişafını başa düşmək üçün də eyni dərəcədə əhəmiyyətlidir.

c) M.Veber və cəmiyyətin sosial strukturu

Artıq bizə məlumdur ki, alman mütəfəkkiri Maks Veber (1864–1920) sosial fəlsəfənin inkişafında mühüm rol oynamışdır. Öz əsərlərində bir çox yeni kantçı ideyalarını inkişaf etdirmiş lakin onun baxışları bütövlükdə həmin ideyalara uyğun gəlməmişdir. Vebe­rin fəlsəfi– sosioloji baxışlarına müxtəlif cərəyanların nümayəndələrinin təsiri olmuşdur. Onların sırasında yeni kantçı H.Rikkert, dialektik materialist fəlsəfənin banisi K.Marks, sonra isə H.Ma­k­ia­velli, T.Hobbs, F.Nitşe və b. olmuşdur. Veber özü «Protestant eti­ka­sı və kapitalizm ruhu», «Təsərrüfat və cəmiyyət», «Sosial– elmi və sosial– siyasi idrakın obyektivliyi», «Mədəniyyət haqqında elmin məntiqi sahəsində tənqidi tədqiqatlar», «Əsas sosioloji anlayışlar» və s. əsərlərini yazmışdır. M.Veberin nəzəri sosiologiya kimi xarakterizə etdiyi sosial fəlsəfə, onun fikrincə, istər qrup, istərsə, də ayrıca götürülmüş şəxs olsun, adamların davranış və fəaliyyətini öyrənməlidir.
Ümumiyyətlə, cəmiyyət haqqında XX əsrdə siyasi və akademik dairələrdə Maks Veber kimi məşhur olan alimi barmaqla göstərmək olar. Maks Veber siniflərin və sinfi mübarizənin mövcudluğunu inkar etməyərək, eyni zamanda həm cəmiyyətin sosial strukturunda, həm də dövlət formalarında «start» və partiyaların roluna böyük diqqət yetirmişlər. Bunun üçün O, inandırıcı dəlillər gətirməsə də cəmiyyəti üç müstəqil qaydaya bölür. Onlar öz prinsipləri ilə iqtisadi, sosial və siyasi fəaliyyətinin özünəməxsus sistemi olmuşdur. Siniflər fəaliyyət göstərir və öz mahiyyətini iqtisadi nizamda təzahür etdirir. Stratlar özünü sosial nizamda ifadə etdirdiyi halda, partiyalar siyasi nizamda fəaliyyət göstərirlər.
Veberə görə, siniflər eyni sinfi situasiyada duran adamlar qrupudur. O, cəmi üç sinfi ayırır.
Birincisi, mülkiyyətçilər sinfidir. İkincisi, qazanc sinfidir. Buraya bank əməliyyatları ilə məşğul olanlar, ticarət və xidmət sahəsində çalışanlar da daxildir. Üçüncüsü, sosial sinifdir. Hər bir sinif də öz növbəsində adamların müxtəlif qruplarını əhatə edir ki, onların hesabına sinif formalaşır. Bu və ya digər sinfə mənsubiyyət istehsal vasitələrinə olan münasibətlərinə görə deyil, tamamilə sərbəst kriteriyalarla, xüsusilə tələbatın səviyyəsi ilə mülkiyyətə malik olmaq forması ilə müəyyən olunur.
Sinfi təbəqələşmə mülkiyyətin forma və ölçüsünü müəyyən dərəcədə daha çox həll edir. Bu cür sinif yaratmaq prinsipində səbəbkarlar aşağıdıkı kimi təcəssüm olunur: qul sahibləri, torpaq sahibləri, mədən sahibləri, iş alətləri və təchizat sahibləri, gəmi sahibləri. Qiymətli sərvətlər– zərgərlik və bədii dəyərlər sahibləri, maliyyə sələmçiləri. İkincisi, mülkiyyəti olmayan siniflərdir. Buraya: mülkiy­yət obyektləri, yaxud qullar, sinifləşdirilmiş adamlar, yaxud antik mənada proletarlar, boclular, «kasıblar» daxildir.
Üçüncü sinfə: kommersantlar, sənayeçilər, silah istehsalçıları, kənd təsərrüfatı sahibkarları, işbazlar, bankirlər, maliyyəçilər, azad ixtisas sahibləri (vəkillər, həkimlər, artistlər), başqa sözlə desək, yüksək təhsil görmüş qabiliyyətli adamlar daxildir. Minus işarəsi ilə qazanc sinfinə daxil olanlar sırasına istehsalın xüsusi keyfiyyətli sahələrində çalışanlar da aiddir. Burada yüksək ixtisaslı, yarımixtisaslı və ixtisassız fəhlələr təmsil olunur. Buraya eyni zamanda «orta sinifləri», müstəqil sənətkarları və kəndliləri də əlavə edirlər. Bundan əlavə, onlara qoşulanlar içərisində dövlət xidmətində olan və yaxud xüsusi bizneslə məşğul olanlar da vardır.
Sosial siniflərə bütövlükdə proletariat, xırda burjuaziya, ziyalılar, mülkiyyətə malik olmayan mühəndislər və ümumiyyətlə məmurlar daxildir. Məşğuliyyəti bilinməyən məmurlar və təhsil sistemində çalışan adamlar buraya əlavə olunur. Veberdə, nədənsə bu sinifdə minusla olan qruplar yoxdur. Bu siniflər qrupu arasında «orta sinif» də vardır ki, buraya öz mülkiyyəti hesab etdikləri ixtisası, təhsili hesabına mövcudluğunu təmin edən sosial qruplar da daxildir. Bir sinifdən digər sinifə keçmə o qədər də çətin deyildir. Çünki sinif yaradan əlamətlər çoxdan aradan qaldırılmışdır. Yəni siniflər arasında kəskin fərqlər qoymaq qeyri– mümkündür. Ola bilər elə buna görə də Veber sinfi mübarizənin mövcudluğunu etiraf etsə də, onu özünəməxsus şəkildə başa düşür. Çünki onun təlimində istismar edilən siniflər yoxdur. Qulları, proletarları, borcluları və «kasıbları» minus işarəsi ilə də olsa belə sahibkarlar sinfinə daxil edir. Veber sinif və strata arasında fərq qoyur. Bu fərq ondadır ki, siniflər istehsal və əmtəə münasibətlərinin inkişafı prosesində yarandığı halda, stratalar ictimai həyatın bütün sahələrində təlabat prinsiplərinin qoyulması dərəcəsində təzahür edir. Öz məqsədlərinə nail olmaqdan ötrü siniflər, stratalar və siyasi partiyalar cəmiyyətdə hakimiyyəti ələ almaq uğrunda mübarizə aparırlar. Qeyd etmək lazımdır ki, Veber siyasi partiyaları sosial bazasından ayırır, onlara asılı olmayan, müstəqil kimi baxır. Eyni zamanda bütün müasir tarix sübut edir ki, siyasi partiyalar yaranır və müəyyən sosial qüvvələrin mənafeyini müdafiə etmək məqsədi ilə fəaliyyət göstərirlər.

ç) Adamların etnik birlik formaları

Adamların sosial birliklərindən əvvəl etnik birliklər mövcud olmuşdur. Sosial fəlsəfədə etnik birliklərin öyrənilməsinə çox gec başlanmışdır. Lakin öz əhəmiyyətinə görə bu problem aparıcı yerlərdən birini tutur.
İbtidai inkişaf mərhələlərində insanların başlıca birlik forması qəbilə, tayfa olmuşdur. Qəbilə qan qohumluğu və müəyyən təsərrüfat əlaqələri ilə, ümumi mənafeyi müdafiə etməklə bağlı olan və təbiətin kor– təbii qüvvələrinə qarşı birlikdə çıxış edən insanların tarixi birlik formasıdır. Qəbiləni ən qədim cəmiyyətdə mənşə birliyinə, ümumi dilə,ümumi adətlərə, əqidələrə, məişət və mədəniyyət əlamətlərinə malik ilkin istehsal kollektivindən ibarət sosial və etnik kollektiv adlandırmaq olar. Qəbilənin ümumi məskənləri və ov yerləri olmuşdur.
Qəbilənin iqtisadi əsası ibtidai icma mülkiyəti idi. Qəbiləni təşkil edən insanlar kollektiv ictimai mülkiyyət və məhsulların bərabərçiliklə bölüşdürülməsi əsasında birgə təsərrüfatla məşğul olurdu. Təsərrüfat fəlaiyyətinin dəyişilməsi və inkişafı cəmiyyətin qəbilə təşkili formalarının dəyişilməsinə gətirib çıxarırdı.
Tayfa insanların qəbilədə böyük olan, adətən tərkibində bir neçə minə qədər (bəzən hətta on minlərlə) adam olan birliyidir. Hər bir tay­fa azı iki qəbilədən ibarət olurdu. Tayfa daxilində hər bir qəbilə müstəqil sosial– istehsal vahidi olaraq qalırdı. Lakin eyni zamanda tay­­fa ictimai mülkiyyətin yeni formasını, ictimai təşkilin yeni növü­nü də doğurmuşdu. Qəbilə mülkiyyəti ilə yanaşı, tayfa mülkiyyəti də olur– hər şeydən əvvəl, ərazi (qəbilələrin məskən saldığı yer, ov yeri, ümu­mi otlaqlar və digər istifadəli yerlər) olur. Bütün tayfanı idarə et­mək tələbatı meydana gəlir, bununla əlaqədar olaraq başçılar– ka­hinlər, sərkərdələr, döyüşçülərin və yaşlı tayfa üzvlərinin ümumi yı­ğın­cağı ilə yanaşı tayfa şurası kimi idarəetmə orqanları meydana gəlir.
Marksizmə görə, insanların tarixi birliyi olmaq etibariylə xalq ən çox quldarlıq və feodalizm cəmiyyətləri üçün xarakterikdir. Müəy­yən bir xalqa mənsub olan adamları bir– biri ilə birləşdirən əlaqə vasitəsi daha qohumluq əlaqəsi deyildi; bu adamlara xas olan ümumi cəhətlərin (dil, ərazi və mədəniyyət birliyinin) ictimai– tarixi mənşəyi vardır. Lakin xalq birliyi də hələ çox sabit birlik deyildir. Möhkəm ərazi birliyi və sabit mədəniyyət ümumiliyi üçün vacib şərt olan iqtisadi həyat birliyi quldarlıq və feodalizm quruluşu şəraitində ola bilməzdi. Yalnız feodalizm pərakəndəliyini aradan qaldıran və vahid milli bazar yaranmasına gətirib çıxaran kapitalizmin təşəkkül tapması dövründə xalqların millətə çevrilməsi üçün lazımi ilkin şərait əmələ gəlir.
Adamların milli birliyini (ümumiliyini) irq məfhumu ilə qarışdırmaq olmaz. İnsanların irqlərə bölünməsi onların bədən quruluşunun irsi əlamətlərinə görə olan bir bölgüdür. Bir sıra əlamətlərdən (dərinin rəngindən, qafa tasının formasından, saçından və s.) asılı olaraq alimlər insanları üç əsas irqə, zənci irqinə, yaxud qara irqə və monqol irqinə, yaxud da sarı irqə bölürlər. Milli birlikdən fərqli olaraq irqi əlamətlər bioloji xassəyə malik olub, insan orqanizminin müəyyən təbii şəraitə uzun müddət uyğunlaşması nəticəsində əmələ gəlmişdir. Eyni bir irqə müxtəlif millətlər mənsub ola bilərlər. Bəs millətin əsas əlamətləri hansılardır? Marksist ədəbiyyatda millət məfhumuna adətən verilən mənaya görə, millət– insanın tarixən əmələ gəlmiş sabit birliyidir ki, bu da dil, ərazi, iqtisadi həyat birliyi, mədəniyyət ümumiliyində təzəhür edən mənəviyyat birliyi zəminində meydana çıxmışdır. Milli birlik millətin daxilində sinfi fərqləri ləğv edə bilməz. Əksinə, bu fərqlər millətin bütün həyatında aydın təzahür olunur, onları mənafecə fərqli hissələrə parçalayır.
Marksizmə görə iqtisadi həyat birliyi olmadan millət yoxdur. Bir sözlə, biz yuxarıda adamların etnik birliyi haqqında marksizm konsepsiyasını nəzərdən keçirdik. İndi isə ikinci Veber konsepsiyasına diqqət yetirək. Biz yuxarıda gördük ki, adamların etnik birlik formaları tarixən keçici xarakter daşıyır.Bu onu göstərir ki, yeni iqtisadi münasibətlər yeni birliklər yaratmağa qadirdir.
Maks Veber öz həmfikirləri ilə birlikdə kapitalizmi ən mü­kəm­məl ictimai iqtisadi quruluş forması hesab etmişdir. Veber, mark­sizmdən fərqli olaraq, millətin yaranmasında iqtisadi şəraiti həlledici şərtlər sırasında saymamışdır. Ümumiyyətlə, Veber millətdən əvvəlki etnik birliklər haqqında susur. Onun fikrincə, millətə, onu səciyyələndirən empirik xassələrdən çıxış edərək tərif vermək olmaz. Veberə görə, müəyyən siyasi birliyə mənsub olub bir dövlətdə olan xalqla milləti eyniləşdirmək olmaz.O, etnik birliyin mövcud­luğundan çox cəmiyyətin sosial– iqtisadi birliklərinə daha böyük üs­tünlük verirdi. Ümumiyyətlə onun, nə mədəniyyət ümumiliyinə, nə dil birliyinə, xüsusi ilə millətə baxışları qərb sosiologiyasında mil­lə­tin ictimai həyatdakı münasibətdən demək olar ki,fərqlənmir. Bəzən milləti sosial qrupla eyniləşdirən və onları bir– birinə qarşı qoyan Veber millət və onun tarixi haqqında konkret olaraq heç nə demir.

Həkim: “İstəyirsən, gündə 5 dəfə cinsi əlaqədə ol”

BAKU.WS-in məlumatına əsasən, erkən boşalma yalnız tibbi deyil, həm də ictimai problemdir. Çünki onun mövcud olması kişilərdə özünə qiymətvermə və həyat keyfiyyətinin azalmasına səbəb olur. Həmçinin partnyora mənfi təsir göstərir və qarşılıqlı münasibətləti korlayır. Tibbdə sağlam kişilərdə cinsi aktın orta hesabla 7 dəqiqə 3 saniyəyədək davam etdiyi göstərilir.

“Lakin burada da bir məqam var, yəni söhbət sağlam kişidən gedirsə o, sekslə məşğul olan zaman, müxtəlif vaxtlarda 10, 15, hətta 20 dəqiqə, başqa vaxt isə 4 dəqiqəyə orqazm olar bilər. Yəni bu kişinin qeyri-sağlam olmasına dəlalət etmir. Kişi müxtəlif vaxtlarda, fərqli dəqiqə göstəriciləri ilə boşala bilər. Burada əsas məqam kişinin psixoloji vəziyyətidir”.

Bu sözləri androloq-həkim Fərid Məhərov BAKU.WS-ə müsahibəsində deyir:

-Mənə hətta digər xəstəliklərlə bağlı müraciət edən pasiyentlərə “erkən boşalma probleminiz varmı?” – sualını verəndə, 90 faizindən “hə” cavabı alıram. Ümumiyyətlə, kişilər cinsi əlaqə zamanı tələsirlər. Qadınlar isə seks öncəsi müəyyən bir həddə çatmalıdırlar ki, proses zamanı orqazm olsunlar. Buna dırnaqarası hazırlıq mərhələsi deyək. Kişilər bu mərhələyə daha tez hazır olduqlarına görə prosesə səbrsiz yanaşırlar. Bununla da kişi cinsi əlaqəyə girir və erkən boşalır. Belə olan halda isə qadın orqazma çatmır. Çünki qadının anatomiyasında orqazma çatması daha uzun müddət lazımdır.

-Kişilərdə cinsi akt normalda nə qədər müddət olmalıdır?

-Tibbdə deyirlər ki, 7,3 dəqiqədir. Bunlar hamısı sadəcə statistikadır. Əslində bu gülməlidir. Pasiyent yanıma gəlir, deyir ki, erkən boşalma problemim var. Ondan soruşanda ki, başqa bir seks partnyorun varmı? Cavab verir ki, bəli. Soruşanda ki, onunla seks münasibətlərində proses necədir? Pasiyent “Onunla pis deyil” – cavabını verir. Bu da o deməkdir ki, məsələdə partnyor çox önəm daşıyır. Bəzən deyirlər ki, bir qadını hədsiz arzuladım, ona görə tez boşaldım. Bu da düzgün deyil. Qətiyyən, bu tam əksidir. Çox acınacaqlı məqamdır, amma buna mütləq toxunmalıyam. Bizdə əksər hallarda həyat yoldaşı seçəndə, intim parametrlər düşünülmür. Həyat yoldaşı seçərkən ona gələcəkdə doğulacaq uşağın anası kimi baxılır. Belə olan halda kişinin xanımına seksual istəyi olmur. Yatağa gözükölgəli, sanki borcu imiş kimi girir. Kişi nə xanımının, nə də özünün təlabatını ödəyə bilmir. Bununla da həm qadını, həm də özünü bədbəxt edir. Kənarda sevdiyini tapır, bununla da tam sekslə məşğul olur. Yəni kişi tam həvəslə, ləzzətlə cinsi əlaqədə olarsa, onda seksual aktın müddəti nisbətən uzun olur.

-Bu proses beyinlə əlaqəli olduğu üçün bildiyim qədərilə, proesesi süni şəkildə uzatmaq mümkündür. Seksual aktı süni şəkildə uzatmağın hər hansı fəsadları varmı?

-Xeyr, heç bir fəsadı yoxdur. Əksinə, cinsiyyət orqanı nə qədər çox ereksiyada qalarsa, bu daha xeyirdir. Onu da deyim ki, seksual akt zamanı yarım saatı keçirsə, bunun özü də başqa bir problemdir.

-Nə kimi problem?

-Bəzən mənə nadir hallarda gec boşalmaya görə müraciət edirlər. Bu da çox nadir olur, 1-2 faiz. Yəni 100 kişidən birində bu hala rast gəlmək olar. Bu yaxınlarda mənə Türkiyə vətəndaşı müraciət etmişdi. Dedi ki, onda seksual akt 1 saat davam edir. Bu zaman xanımı bezir və yorulur. Burada daha bir məqama toxunmaq istəyirəm. Bəzən deyirlər ki, qadınlar gec orqazm olur. Seksdən tam anlayışı olan kişi qadınını hətta 2 dəqiqə ərzində orqazma çatdıra bilər. Bundan sonra tez boşalma onun üçün dərd ola bilməz.Və daha bir məqam, qadınla seksə başlayan zaman elə davranmaq, öncəsevişmə etmək olar ki o, hətta 2 saat da sekslə məşğul olsa da, “doymaz”. Yəni adətən, xanımlara “seksdən bezdim” cümləsi yaddır. Onu da deyim ki, erkən boşalmanı önləmək üçün müxtəlif pozalar da mühüm rol oynayır. Buna fərdi yanaşmaq lazımdır. Yəni sekslə məşğul olan zaman hər bir kişi özünü tanımalıdır. Kişi özü üçün hansı pozada gec boşaldığını müəyyən etməlidir. Əlavə edim ki, 50 faiz kişilər cinsi əlaqə zamanı görəndə ki, orqazma yaxınlaşırlar, prosesi yavaşladırlar. Bir az gözləmə edir, davam edir, sonra yenə gözləyirlər.

-Məsələnin fiziki tərəfləri – xəstəliklər haqqında nə deyə bilərsiniz?

-Öncə onu vurğulayım ki, ən ağır cinsi xəstəlik belə, psixoloji durumu mükəmməl olan bir kişinin erkən boşalmasına təsir edə bilməz. Yəni bu prosesdə fiziki deyil, psixi, mənəvə tərəfi mühüm rol oynayır. Məsələnin fiziki tərəfinə gəlincə, kişilər yaşlandıqca, əksəriyyətində prostatit əmələ gəlir. Tibbdə prostata kişinin ikinci ürəyi deyilir. Prostatda olan hər hansı iltihabı proses – məsələn, orqanizmdə uzun müddət qalmış infeksiyalar, oturaq şərait, həddindən artıq piylənmə – bunlar birbaşa prostatın iltihabına yol açır. Yəni prostatiti olan kişilər birmənalı şəkildə tez boşalırlar. Burada istək azalmır. Amma bəzi adamlarda bu proses cinsi istəyə də öz təsirini göstərir. Onu da deyim ki, bir kişi cinsi əlaqə zamanı 15-20 dəqiqəyə, növbəti dəfə 2 dəqiqəyə boşalırsa, bu normaldır. Yəni kişi bir dəfə tez boşalırsa, bu problem demək deyil. Bu kişinin psixoloji durumuna bağlıdır, hansı ki, tibbə məlum deyil. Tez boşalma bütün vəziyyətlərdə, hər zaman baş verən haldadır. Tez boşalan kişilərdə isə proses bəzən 1-2 dəqiqə də çəkmir.

-Maraqlıdır, bu problemin həlli zamanı müalicə paralel olaraq psixiatorla birgə aparılır?

-Əslində bunu sekspotoloq yürütməlidir. Əfsuslar olsun ki, Azərbaycan sekspotoloqdan kasıb bir ölkədir. Ümumiyyətlə, bizdə sekspotoloq sözünə gülürlər. Azərbaycanda Tibb Universitetini bitirən bir tələbə otağının qapısına sekspotoloq sözünün yazılmasını özünə şərəf bilməz. Halbuki, bir çox ölkələrə buna çox normal yanaşırlar. Ailələr sekspotoloqa birlikdə gedirlər. Sualınıza gəlincə, bizə müraciət edən pasiyentlərlə söhbət edirik. Suallarımızla xəstədə psixoloji və ya fiziki problemlərin hansının çox, hansının az olduğunu təyin edirik. Görürük ki, bu insanın prostatı və hormonları sağlam, bütün analizləri də təmizdir, amma tez boşalır. Danışığından da görürük ki, bunda psixoloji bir problem var. Burada daha bir məqama toxunumaq istəyirəm. Xaricdə necədir? Yataqda partnyorlar bir-birinə uyğun gəlmədikləri halda ayrılırlar, hər kəs öz yoluna. Bizdə bu məsələlərə başqa prizmadan yanaşırlar. Yəni uyğunsuzluq və ya sevgi olmasa da, boşanmırlar. Bu məsələdə daha çox qadınların haqqının tapdandığını düşünürəm. Burada mentalitet-filan da rol oynayır. Azərbaycan qadını hər hansı kişi ilə bir neçə il birgə seks həyatı yaşayıb, sonra evlənə bilməz. Bunu həm cəmiyyət qəbul etməz, həm də yaşadığı kişi.

Və sonda deyim ki, yetkinlik yaşına çatan insanlar ən azı həftədə 2 dəfə cinsi əlaqədə olmalıdırlar. İstəyirsən, gün ərzində 5 dəfə cinsi əlaqədə ol, bunun heç bir ziyanı yoxdur. Nə qadın, nə də kişi üçün heç bir ziyanı yoxdur.

İnformatika elmi, onun tərkib hissələri, predmeti. İnformasiya anlayışı. İnformasiyanın formaları və təsvir üsulları. İnformasiyanın alınması, saxlanması, ötürülməsi, çevrilməsi və emal olunması. İnformasiya miqdarının ölçü vahidləri

İnformatika (ingiliscə “informatics”) termini informasiya və avtomatika sözlərindən yaranmışdır. Bu termini ilk dəfə fransızlar (1960-cı il) avtomatlaşdırılmış informasiya emalı sahəsini adlandırmaq üçün istifadə etmişlər. Xaricdə bu termin “Kompyuter elmi” (“Computer science”) termini ilə uyğunlaşdırılır, yəni bu iki termin sinonim kimi işlədilir.

Hazırda “İnformatika” informasiya proseslərinin (informasiyanın toplanması, ötürülməsi, saxlanması və emalı) kompyuter texnikası vasitələri ilə avtomatlaşdırılmasından bəhs edən elm sahəsi kimi formalaşmışdır.

İnformatika elminin əsas tərkib hissələri

İnformatikanın əsasını aşağıdakı elm sahələri tutur:

Hardware (aparat) – hesablama texnikası, aparat vasitələrinin işlənməsi. EHM-lər, onların quruluşu, qurğuları, onlardan istifadə qaydaları və s. öyrənən sahədir.

Software (proqram) – proqram təminatının işlənməsi. EHM-də istifadə olunan bütün proqramlar, onların təyinatı, təsnifatı, tədqiq qaydaları, yaradılma qaydalarını öyrənən sahədir.

Brainware – alqoritmik dillər. Məsələnin EHM-də həlli üçün alqoritmləri öyrənən sahədir.

İnformatika elminin predmeti informasiyadır.

İnformasiya anlayışı, onun formaları və xassələri

İnformasiya termini mənşəcə latın sözü olub, izahetmə, şərhetmə, məlumatvermə mənalarını daşıyan “informatio” sözündən yaranmışdır. İnformatikada informasiya ilkin və təyin olunmamış anlayış kimi qəbul olunur.

İnformasiya ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir. Biliklər isə müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur.

İnformasiyanı yaratmaq, ötürmək, saxlamaq, emal etmək mümkündür. İnformasiyalar təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq və rəqəmli. İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompyuterlər isə rəqəmli informasiyaların köməyilə fəaliyyət göstərir.

Müxtəlif intensivliyə malik olan siqnallar müxtəlif informasiyaları daşıyır. Bu tipli informasiyanı analoq informasiya adlandırırlar. Analoq informasiya kəsilməzdir – biz təbiətdə heç bir vaxt iki eyni rəngli yarpaq və ya iki eyni formalı iki bulud görə bilmərik. Kompyuterdə informasiya başqa xüsusiyyətə malik verilənlər şəklində təsvir olunur. Şəkildə hər hansı rəng nə qədər parlaqdırsa, kompyuterin yaddaşında bu siqnal bir o qədər artıq olur. Bunları səs və başqa siqnallar haqqında da demək olar. Bu formada təsvir edilən informasiya rəqəmli informasiya adlanır. Rəqəmli informasiya diskretdir, belə ki, səs, rəng və formaların sonsuz müxtəlifliyinin təsviri üçün ədədlərin müəyyən və sonlu sayından istifadə edilir. Analoq informasiyanın rəqəmli şəkildə təsviri analoq-rəqəmli çevrilmə adlanır. Bu çevrilmədə istifadə edilən ədədlər nə qədər müxtəlif olarsa, rəqəmli informasiyanın diskretliyi, yəni onun dəqiqliyi də bir o qədər çox olar, başqa sözlə, rəqəmli informasiya analoqa bir o qədər yaxın olar. Başqa sözlə, analoq informasiya deyildiyi kimi təsvir edilir və insanın duyğu üzvləri ilə qəbul edilir. Rəqəmli informasiya isə kompyuterin emal etdiyi informasiyadır və kodlarla ifadə olunur.

İnformasiyanın 1) faydalılıq, 2) tamlıq, 3) həqiqilik, 4) qiymətlilik, 5) təzəlilik və s. kimi xassələri vardır.

İnformasiyalar yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər.

İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə ifadə olunur. “Verilənlər” (ing. data) texniki vasitələrlə (məsələn, kompyuterlə) saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir edilən (kodlaşdırılan) məlumatdır. “Verilən” termini latınca “datum” (fakt) sözündən yaranmışdır. Lakin verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə bilər. Verilənlər bəzən qeyri-dəqiq, həqiqətdə mövcud olmayan anlayışları ifadə etməyə bilər. Odur ki, verilən dedikdə öyrənilən obyektin, hadisənin və ya fikrin təsviri başa düşülür.

Verilən ümumi halda ad, qiymət, tip və struktur xarakteristikaları ilə təyin olunurlar.

  • hesabi (və ya rəqəm tipli);
  • mətn (və ya simvol tipli);
  • məntiqi tipli;
  • göstərici tipli.

İnformasiyanın təsvir üsulları

Kompyuterdə verilənlər ikilik say sisteminin rəqəmləri ilə təsvir olunur. Verilənlərin bu cür təsviri ikilik kod adlanır. İnformasiyanın ikilik rəqəmlərlə yazılması ikilik kodlaşdırma, ikilik rəqəmlərin özləri isə bit (ing. binary digit – ikilik rəqəm) adlanır. Bit – informasiyanın ən kiçik ölçü vahididir.

Bit çox kiçik vahid olduğundan, kompyuter texnikasında informasiya vahidi kimi 8 bitdən ibarət olan baytdan istifadə edilir. Baytda hər bir bit yalnız iki qiymət – 0 və 1 ala bilər.

İnformasiya prosesləri və onların avtomatlaşdırılması

İnformasiya proseslərinə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçiyə çatdırılması aiddir.

İnformasiyanın toplanması öyrənilən obyektin vəziyyəti haqqında məlumatın alınması məqsədi ilə aparılır. İnformasiyanın toplanması adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər tərəfindən yerinə yetirilir.

İnformasiyanın ötürülməsi. Toplanan informasiyanın emal edilməsi üçün o, emal vasitələrinə ötürülməlidir. Adi halda informasiyanın emalı insan tərəfindən, avtomatlaşdırılmış kompyuterlər vasitələrlə aparılır. İnformasiyanın ötürülməsi məsafədən asılı olaraq müxtəlif vasitələrlə yerinə yetirilə bilər. Yaxın məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə isə rabitə kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə edilir. Müasir kompyuterlərdə informasiyanın telefon kanalı vasitəsilə uzaq məsafəyə ötürülməsi üçün modem (modulyator – demodulyator) adlanan xüsusi qurğudan istifadə edilir.

İnformasiyanın saxlanması. İnformasiya emal edilməzdən əvvəl və sonra daşıyıcılarda saxlanır. İnformasiya daşıyıcısı kimi kağızdan, perfolentdən, perfokartdan, maqnit lentindən, müasir kompyuterlərdə isə maqnit və lazer disklərindən və kartlardan istifadə olunur.

İnformasiyanın axtarışı və emalı adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə kompyuter vasitəsilə aparılır. İnformasiyanın emalı başqa sözlə qarşıya qoyulan məsələnin həlli deməkdir. Bunun üçün əvvəldən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə olunur.

İnformasiyanın emalından alınan nəticələr tələb olunan formada istifadəçilərə çatdırılır. Avtomatlaşdırılmış üsulla (kompyuterlə) emal olunan informasiya istifadəçilərə adətən kompyuterin xaricetmə qurğuları ilə (monitor, printer, plotter və s.) mətn, cədvəl, qrafik və s. şəklində çatdırılır.

Son illərdə “Kompyuter texnologiyası” və “İnformasiya texnologiyası” terminlərindən də geniş istifadə olunur.

Texnologiya” yunan sözü olub (techne (bacarıq) + logos (öyrənmə)) məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusu deməkdir.

İnformasiya texnologiyası – informasiya ehtiyatlarından istifadə olunması proseslərini yüngülləşdirmək, onların etibarlılığını və operativliyini artırmaq məqsədilə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçilərə çatdırılmasını təmin edən və texnoloji zəncirdə birləşdirilən metodlar, istehsal prosesləri və texniki-proqram vasitələri toplusudur.

Bütün texnologiya növləri içərisində informasiya texnologiyası “insan amilinə” çox yüksək tələblər qoyur (peşəkarlıq səviyyəsi, zehni və fiziki iş qabiliyyəti və s.).

İnformasiya sistemləri – İnformasiya sistemi kompyuterlərdən, kompyuter şəbəkələrindən, proqram məhsullarından, verilənlər bazalarından, insanlardan, müxtəlif növ kommunikasiya vasitələrindən və s. ibarət olan mühitdir.

İnformasiyanın kodlaşdırılması

Yalnız rəqəmlərlə ifadə olunan informasiyaya kodlaşdırılmış informasiya deyilir. Bunun üçün istifadə olunan rəqəmlərə kodlar deyilir.

Kompyuterdə informasiya yalnız kodlaşdırılmış şəkildə emal olunur və kodlaşdırma üçün ikilik say sistemindən – binar koddan, ikilik koddan istifadə olunur. İkilik kod “0” və ya “1” rəqəmlərindən hansısa biri deməkdir.

1 Kbayt = 1024 bayt = 2 10 bayt

1 Mbayt = 1024 Kbayt = 2 10 Kbayt = 2 20 bayt

1 Gbayt = 1024 Mbayt = 2 10 Mbayt = 2 20 Kbayt = 2 30 bayt

1 Tbayt = 1024 Gbayt = 2 10 Gbayt = 2 20 Mbayt = 2 30 Kbayt = 2 40 bayt

1 Pbayt = 1024 Tbayt = 2 10 Tbayt = 2 20 Gbayt = 2 30 Mbayt = 2 40 Kbayt = 2 50 bayt

1 Ebayt = 1024 Pbayt = 2 10 Pbayt = 2 20 Tbayt = 2 30 Gbayt = 2 40 Mbayt = 2 50 Kbayt = 2 60 bayt

1 Zbayt = 1024 Ebayt = 2 10 Ebayt = 2 20 Pbayt = 2 30 Tbayt = 2 40 Gbayt = 2 50 Mbayt = 2 60 Kbayt = 2 70 bayt

Mətn tipli informasiyanın kodlaşdırılması

Mətn tipli informasiyanın baytlarla kodlaşdırılması bir neçə müxtəlif standarta əsaslanır, lakin əsas standart ABŞ-da ANSI Milli insitutunda işlənilmiş ASCII (American Standard Code or Information Interchange) standartı olmuşdur. Bütün tələblərin hər kəs tərəfindən ödənilməsinin təmin edilməsi üçün aşağıdakılar qəbul edilmişdir:

1. Hər biri bir bayt təşkil edən 256 koddan ilk 32-si (0-dan 31-ə qədər) kompyuter, printer və başqa qurğuların istehsalçılarına verilmişdir. Onlar bu kodları istədikləri əməliyyat üçün təyin edirlər. Lakin sonradan istehsalçılar tərəfindən bu kodlar üçün də standartlar işlənilmişdir, bu standartları qəbul etməyənlər isə sadəcə olaraq öz məhsullarını sata bilmədiklərinə görə bazardan çəkilmişlər. Məsələn, bütün kompyuter sistemlərində 13 kodu mətn daxil edilərkən abzasın bitməsi və yeni abzasın başlaması üçün istifadə edilir.

2. Qalan kodlar cədvəli iki hissəyə bölür: 32-dən 127-yə qədər olan kodlar dünyadakı bütün kompyuter sistemlərinin istifadə etdiyi simvolların kodlarını təşkil edir. 128-dən 255-ə qədər olan kodları isə hər bir ölkə özünə uyğun şəkildə yerləşdirə bilər.

Şəkil 1. ASCII cədvəli

ASCII cədvəlindən başqa digər kodlaşdırma sistemləri də mövcuddur. Bunlara misal olaraq Windows 1251, КОИ-8 və s. sistemlərini göstərmək olar. Bu sistemlərdə 1 simvolun kodlaşdırılması üçün 8 bit və ya 1 bayt istifadə edilir.

1991-ci ildə 16-bitlik Unicode (Yunikod) sistemi təklif edilmişdir. Bu sistemdə hər bir simvolun kodlaşdırılması üçün 2 bayt istifadə edilir: 1 bayt – simvolun kodlaşdırılması üçün, bir bayt isə əlamətinə görə ayrılır. Bununla yanaşı Unicod kodlaşdırma üsulunun ASCII standartı ilə informasiya uyğunluğu təmin edilir.

Unicode nə deməkdir? Yuxarıda qeyd etdiyimiz kimi, əvvəllər hər bir simvolun kodu yalnız bir baytdan ibarət idi, Unicode standartında isə hər bir simvol 2 bayt ilə kodlaşdırlır, bu da eyni zamanda 65536 simvolun işlədilməsinə yol açır. Bu ədəd isə dünyanın bütün əlifbalarını özündə saxlaya bilər. Bu 65536 kodun arasında “Ə”, “ə” hərfi üçün də (türk əlifbasında olduğundan dilimizin o biri “qeyri-standart” hərflərinin Unicode kodları əvvəldən məlum idi) yer tapıldı.

Nəhayət, 28 iyul 2001-ci ildə Azərbaycan dili üçün Unicode (2-baytlıq) və qeyri-Unicode (1 baytlıq) simvol kodlaşdırmaları və həmçinin klaviatura düzümü qəbul edildi. Əslində Unicode standartı çoxdan tətbiq olunurdu və bu sadəcə rəsmiləşdirildi.

Əlifba qaydası.

İstənilən dilin əsasını əlifba təşkil edir. Əlifba – istifadə edilən simvolların sonlu çoxluğudur. Əlifba qaydası hər hansı əlifbanın simvollarından təşkil olunmuş mətndə olan informasiyanın miqdarını hesablamağa imkan verir.

Əlifbada olan simvolların sayı əlifbanın qüvvəti adlanır. Məsələn, azərbaycan əlifbasında 32, ingilis əlifbasında 26, onluq say sistemində 10, ikilik say sistemində 2 simvol var.

Əlifbadakı hər bir simvol müəyyən informasiya daşıyır.

Əlifbanın bir simvolunun daşıdığı informasiyanın qiyməti – I aşağıdakı düsturla hesablanır:

Burada N – əlifbanın qüvvətidir və onu aşağıdakı düsturla hesablamaq olar:

Bildiyimiz kimi, kompyuter sistemində 256 simvolluq əlifbadan istifadə edilir. Yəni ASCII cədvəlində 256 simvol olduğundan, N=256, I = log2256=8, I = 8 bit = 1 bayt. Yəni hər bir simvol yaddaşda 8 bit və ya 1 bayt yer tutur.

Qrafiki informasiyanın kodlaşdırılması

Kompyuter qrafikası ilə işləmək üçün əsasən iki tip proqramdan – rastr və vektor tipli redaktorlardan istifadə edilir. Rastr tipli redaktorlarda şəkil nöqtələr çoxluğundan ibarət olur. Bu nöqtələr piksel adlanır. Piksel – rastr qrafikasında şəklin minimal ölçü vahididir.

Rastr tipli redaktorlara Paint, Photoshop, Photofinish və başqa proqramları misal göstərmək olar. Bu proqramlarda yaradılmış şəkillərin formatları: bmp, tiff, pcx, gif, jpeg və s.

Vektor tipli redaktorlarda isə xətlər və xətlərdən yaradılmış fiqurlardan istifadə edilir.

Vektor tipli redaktorlara isə misal olaraq CorelDraw, Adobe Illustrator, Macromedia Freehand və s. göstərə bilərik.

Comments are closed, but trackbacks and pingbacks are open.