Press "Enter" to skip to content

Qanunsuz Yazar

Mudriklik qədim dünyanın ən şərəfli peşələrindən sayılıb. Antik Yunanıstanda natiqliyi, siyasəti, idarəçiliyi, riyaziyyati və s. kamil bilən, onları başqalarına oyrədən müəllimlərə sofistlər (sofos – müdrik ) deyilirdi. Sofistlərə görə, hikməti sevmək, kəmilliyə canatmaq insan xasiyyətinə daxilən xas olan əlamətdir. Bu səbəbdən də onlar diqqəti təbiətdən, kosmosdan insana doğru yönəltmiş, insanı «hər şeyin me’yarı» hesab etmiş, onun həyatını, əməli və idraki fəaliyyətini öyrənməyi üstün tutmuşlar. Azərbaycanın ilk müdrikləri – qədim mağlar da bu cəhətdən fərqləniblər.

Fəlsəfə

Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.

“Mütəfəkkir”, Roden

Fəlsəfə (q.yun. φιλοσοφία ) — varlığın (yəni təbiət və cəmiyyətin), insan təfəkkürünün və idrak prosesinin tabe olduğu ən ümumi qanuna uyğunluqlar haqqında elm.

Fəlsəfə ictimai şüurun qədim və özünəməxsus formasıdır [1] , nəticə etibarı ilə cəmiyyətin iqtisadi münasibətləri ilə müəyyən edilir.

Mündəricat

  • 1 Fəlsəfə sözü
    • 1.1 Fəlsəfənin predmeti

    Fəlsəfə sözü [ redaktə | mənbəni redaktə et ]

    “Filo”“sofiya” yunan sözləridir. “Sofiya” hikmət, “filo” isə sevmək deməkdir.“Filosofiya” — “hikməti sevmək” mənasını verir. “Fəlsəfə” isə orta əsr şərq alimlərinin bu yunan sözünü ərəb dilinə uyğun demələrindən yaranıb.

    İlk dəfə Pifaqor özünü “filosof” adlandırıb və deyib:

    Mən öz yerimi bilirəm. Bilirəm ki, hikmət yalnız Tanrı biliyidir və məndə ola bilməz. Mən ancaq hikməti sevə bilərəm

    Fəlsəfənin predmeti [ redaktə | mənbəni redaktə et ]

    Fəlsəfə termininininə ilk dəfə Pifaqorda təsadüf edilir. Xüsusi elm kimi onu ilk dəfə Platon fərqləndirmişdir. Fəlsəfə formalaşmış bir elm kimi quldarlıq cəmiyyətində meydana gəlmişdir. İlkin fəlsəfi görüşlərin şərqə məxsus olmasına baxmayaraq, fəlsəfə sistemli bir elm kimi ilk dəfə Yunanıstanda öyrənilmişdir.

    Fəlsəfədə varlıq problemi [ redaktə | mənbəni redaktə et ]

    Müxtəlif fəlsəfə məktəbləri və cərəyanlarının kateqoriya aparatı sistemində varlıq kateqoriyası mərkəz yeri tutur. Varlıq sözü müxtəlif dünya dillərində təxminən “var olmaq”, “mövcud olmaq”, “üzə çıxmaq”, “reallıq” mənalarını verir. Müasir fəlsəfə ədəbiyyatında varlıq anlayışı iki mənada işlədilir:

    1. Dar mənada — şüurdan asılı olmadan mövcud olan obyektiv reallıq;
    2. Geniş mənada materiya, şüur, ideyalar, hisslər, insanların fantaziyaları. Varlığın anlaşılmasını Platon xeyli genişləndirmışdir. O, fəlsəfə tarixində ilk dəfə göstərmişdir ki, yalnız maddi şeylər deyil, həm də ideal olanlar varlığa malikdirlər.

    Orta əsrlərin xristian fəlsəfəsində Allahın varlığından ibarət olan “həqiqi” varlıq “qeyri-həqiqi” varlığa qarşı qoyulur və göstərilir ki, bütün qeyri-həqiqi varlıqları Allah yaratmışdır. Burada varlıq yaradanın və yaradılanın varlığı olmaqla iki növə ayrılır.

    Varlığın müxtəlif formaları içərisindən bu formalardan ən ümumi və açıq-aşkar üzə çıxan spesifik mövcudluq üsullarına malık olanlarını seçıb ayırmağa imkan verir. Onlardan birinci qrupuna canlı və cansız varlıqların spesifikliyi; ikinci qrupuna canlılar içərisində özünəməxsus yer tutan, şüura, düşüncəyə malik olan, ideal obrazlarla iş görən, yəni abstrakt düşünən insanın varlığı daxildir. Varlığın ümumi mənzərəsini yaradarkən özünəməxsus piramida əmələ gəlir, onun əsasında cansız təbiət, onun üzərində canlı təbiət və ondan yuxarıda isə ruhun, canlı və cansız təbiətin vəhdətindən ibarət olan insan durur. Cansız təbiətin şey və proseslərinin varlığı bütün təbii və süni aləmdir, habelə təbiətin bütün halları və hadisələridir (ulduzlar, planetlər, torpaq, su və s.). Canlı təbiətin varlığı isə özündə iki səviyyəni ehtiva edir. Birinci səviyyə canlı, lakin ruhu, şüuru olmayan, ətraf mühitlə maddələr mübadiləsini həyata keçirən, çoxalmaq qabiliyyətinə malik olan bütün biosferadan, flora və faunadan ibarətdir. İkinci səviyyə isə konkret adamların varlığında, sosial varlıqdan və ideal varlıqdan ibarət olan insan və onun şüurunun varlığından ibarətdir.

    Fəlsəfi kateqoriyalar [ redaktə | mənbəni redaktə et ]

    Fəlsəfə insanın dünyaya münasibətinin ən ümumi anlayışlarla dərk edilməsi fəlsəfi kateqoriyaların sayəsində baş verir. Kateqoriyalar təbiətin, cəmiyyətin və təfəkkürün ən umumi və vacib xüsusiyyətlərini özündə əks etdirir. Fəlsəfi kateqoriyalar fəlsəfənin zamanca inkişaf səviyyəsinə görə dəyişir.

    Materialist dialektikada “materiya” ilk kateqoriya hesab olunurdu və onun tərifi də özünəməxsus səciyyəvi xüsusiyyətlərinə görə fərqlənirdi. Materialist fəlsəfədə Təsadüf kateqoriyası idealist fəlsəfədə təkzib olunur və yaxud tamamilə fərqli don geyindirilirdi.

    Fəlsəfəyə ilk kateqoriya anlayışını antik dövr yunan filosofu Aristotel gətirmişdir. İnsanın dünyanın dəyişdirilməsinə və dərk edilməsinə istiqamətlənmiş fəaliyyəti boyu təbii olaraq kateqoriyalar da dəyişir və formalaşır. Onların sayı çoxalır, məzmunu genişlənir. Fəlsəfədə əsas hesab olunan kateqoriyalar aşağıdakılardır:

    • Məkan
    • Zaman
    • Səbəb
    • Hərəkət
    • Kəmiyyət və keyfiyyət
    • Oxşarlıq və əkslik, ziddiyyət
    • Təkcə, xüsusi və ən ümumi
    • Mahiyyət və hadisə
    • Zərurət
    • Təsadüf
    • İmkan və gerçəklik
    • Məzmun və forma
    • Həqiqət

    Fəlsəfə tarixi [ redaktə | mənbəni redaktə et ]

    Əsas məqalə: Fəlsəfə tarixi

    Fəlsəfə tarixi antik dövrdən bu günə qədər fəlsəfənin inkişaf yolunu, strategiyasını, filosofların fəlsəfi nəzəriyyələrini, sistemlərini, baxışlarını öyrənir. Fəlsəfə tarixinin subyekti fəlsəfə tarixçisidir. Fəlsəfə tarixi tarixi inkişaf müddətində müəyyən mərhələlərdən keçmiş, çoxsaylı müstəqil düşüncələr, ideyalar, nəzəriyyələrlə zənginləşmişdir. Fəlsəfə tarixçisi tarixşünaslıq elminin də məsələyə yanaşma üslub və metodlarından, kriteriyalarından çıxış edərək Fəlsəfə tarixini öyrənir.

    Antik dövrdən bu yana Fəlsəfə tarixi fəlsəfəni dövrlərə və yerlərə bölərək mərhələli şəkildə tədqiq edir. İlk fəlsəfi fikirlərin yaranıb inkişaf etdiyi qədim Şərq dünyası olmuşdur. Bu baxımdan fəlsəfə tarixçisi Şərq düşüncələrinə dövr və məkan prizmalarından yanaşaraq mövzunu Qədim Şərq fəlsəfəsi adı altında tədqiq edir,

    lakin fəlsəfənin beşiyi hesab olunan Şərq dünyası ilə bərabər fəlsəfi düşüncələrin sistemləşdirilməsində və zənginləşdirilməsində əhəmiyyətli yerə və rola malik Antik fəlsəfənin (Qədim yunan — roma fəlsəfəsi)də adını çəkmək mümkündür. Qədim dövrdən etibarən fəlsəfə müəyyən dövrlərə və bölgələrə ayrılaraq araşdırılmış, tədqiq olunmuşdur.

    • Qədim dünya fəlsəfəsi
      • Qədim Şərq fəlsəfəsi
      • Yunan-roma fəlsəfəsi (Antik fəlsəfə)
      • Avropa fəlsəfəsi
      • Şərq fəlsəfəsi
      • Şərq fəlsəfi düşüncə tərzi
      • Qərb fəlsəfi düşüncə təzi
      • Yeni dünya (Amerika) fəlsəfi düşüncə tərzi

      Filosoflar, Rafael

      Fəlsəfənin əsas istiqamətləri [ redaktə | mənbəni redaktə et ]

      • Mifologiya
      • Ontologiya
      • Qneseologiya (idrak nəzəriyyəsi)
      • Epistemologiya
      • Məntiq
      • Etika
      • Estetika
      • Siyasət fəlsəfəsi
      • Din fəlsəfəsi
      • Dil fəlsəfəsi
      • Hüquq fəlsəfəsi
      • Tarix fəlsəfəsi
      • İnsan fəlsəfəsi
      • Elm fəlsəfəsi

      Fəlsəfi nəzəriyyələr [ redaktə | mənbəni redaktə et ]

      Fəlsəfənin beş bölməsi var:

      • Ontologiya — varlıq haqqında təlim
      • Qneseologiya — idrak haqqında təlim
      • Sosiologiya — cəmiyyət haqqında təlim
      • Praksiologiya — insanın əməli haqqında təlim
      • Aksiologiya — insanın gerçəklikdəki predmet və hadisələri qiymətləndirməsi haqqında təlim.

      Fəlsəfənin iki əsas metodu var:

      Xarici keçidlər [ redaktə | mənbəni redaktə et ]

      • Fridrix Hegel — Fəlsəfə ensiklopediyası. I cild. Bakı, 2005.Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine
      • Azərbaycanda nəşr olunmuş islam şərqi və Azərbaycan fəlsəfəsi tarixinə həsr edilmiş monoqrafik əsərlərin biblioqrafiyasıArxivləşdirilib 2016-03-05 at the Wayback Machine
      • Əsas fəlsəfi cərəyanlar
      • Dusuncelerin Kokenleri (2006) (PDF)
      • Fəlsəfə İnstitutu [ölü keçid]
      • “Şərq fəlsəfəsi problemləri” jurnalıArxivləşdirilib 2014-11-18 at the Wayback Machine
      • İslam bölgəsi fəlsəfə tarixinin tədqiqi və tədrisi perspektivləri. Zümrüd Quluzadə. BakıArxivləşdirilib 2013-09-03 at the Wayback Machine
      • İslam bölgəsi fəlsəfəsinin Orta əsrlər Qərbi Avropa fəlsəfəsinin təkamülündə yeri və rolu. Rahil Nəcəfov. BakıArxivləşdirilib 2013-09-03 at the Wayback Machine
      • Ümumvəhdət fəlsəfəsiArxivləşdirilib 2013-04-17 at the Wayback Machine
      • Fəlsəfə dünyası
      • Fəlsəfi Maarifçilik AssosiasiyasıArxivləşdirilib 2017-09-22 at the Wayback Machine
      • Azərbaycan Fəlsəfə tarixi (çoxcildik, rus və Azərbaycan dillərində. Məsul redaktor: Zümrüd Quluzadə)Arxivləşdirilib 2015-02-16 at the Wayback Machine
      • Azərbaycan fəlsəfə tarixinin konseptual məsələləri. Zümrüd Quluzadə. Bakı. 2009Arxivləşdirilib 2013-09-15 at the Wayback Machine

      Həmçinin bax [ redaktə | mənbəni redaktə et ]

      İstinadlar [ redaktə | mənbəni redaktə et ]

      1. Zeynəddin Hacıyev. “Fəlsəfə” (Ali məktəblər üçün dərslik), “Философия”, “Philosophy”. B., Adiloğlu, 2002, 488 səh.Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine

      Qanunsuz Yazar

      Elmlərin ən qədimlərindən biri, insan biliyinin ən mürəkkəb və çətin sahəsi olan fəlsəfə ən qədim sahələrindən biridir. Əvvələr o, « elmlər elmi » adlandırılmış, empirik və nəzəri biliyin müxtəlif sahələrini ehtiva etmişdir. Mükəmməl dünyagörüşü, dünyanın dərk etməyin xüsusi forması, varlığın ümumi prinsiplərinə dair baxışlar sistemi olan fəlsəfə, həm də ən yaxşı nəzəri təfəkkür məktəbidir. Dünyanın mahiyyətini, həyatın mə’nasını məntiqi cəhətdən səmərəli yolla anlamaq tələbatından doğan elm, təxminən iki min beş yüz il bundan əvvəl Qədim Şərqdə – Misirdə, Babilistanda, Çində, Hindistanda təşəkkül tapmış, e.ə. YII – YI əsrlərdə Antik Yunanıstanda klassik forma kəsb etmişdir.

      İlk dəfə “fəlsəfə” sözünü yunan mütəfəkkiri Pifaqor (e.ə.YI əsr) işlətmiş və özünü filosof adlandırmışdır. «Fəlsəfə» etimoloji baxımdan yunanca «phileo» – «sevirəm»«sopia» – «hikmət» sözlərinin birləşməsindən əmələ gəlib, mə’nası isə «hikməti sevmək» deməkdir.. Göründüyü kimi, hikmət sözü fəlsəfənin mə’nasını anlamağın açarını verir. Görkəmli Azərbaycan filosofu və alimi Nəsrəddin Tusi məşhur «Əxlaqi – Nasiri» əsərində hikmətin mə’nasını belə izah edir: «Mə’rifət sahibləri arasında hər şeyi olduğu kimi yerinə yetirməyə hikmət deyilir; bunun nəticəsində insanın mə’nəviyyatı mümkün qədər təkmilləşməli, arzu edilən səviyyəyə yüksəlməlidir».

      Hikməti sevən, onu bilən və təbliğ edən pirani şəxslər, adatən, müdrik adlandırılıblar. Fəlsəfənin təşəkkülü də elə bilavasitə müdrikliklə bağlıdır. Qədim yunanların müdriklik ilahəsi Afinanın əzəmətli təsviri zəhmli bayquş obrazı idi.

      Mudriklik qədim dünyanın ən şərəfli peşələrindən sayılıb. Antik Yunanıstanda natiqliyi, siyasəti, idarəçiliyi, riyaziyyati və s. kamil bilən, onları başqalarına oyrədən müəllimlərə sofistlər (sofos – müdrik ) deyilirdi. Sofistlərə görə, hikməti sevmək, kəmilliyə canatmaq insan xasiyyətinə daxilən xas olan əlamətdir. Bu səbəbdən də onlar diqqəti təbiətdən, kosmosdan insana doğru yönəltmiş, insanı «hər şeyin me’yarı» hesab etmiş, onun həyatını, əməli və idraki fəaliyyətini öyrənməyi üstün tutmuşlar. Azərbaycanın ilk müdrikləri – qədim mağlar da bu cəhətdən fərqləniblər.

      Qədim Şərqdə müdriklərə heç də yunanlar kimi filosof deyilmirdi. Məsələn, Çində fələsəfənin tarixi çox qədim olsa da, həmin istilahın özü burada XIX əsrdən geniş yayılmağa başlamışdır. Yaxud, «Avesta»da «filosof» yox, «müdrik adamlar», «müdrikliyə çatdıran» sözlərinə daha çox rast gəlmək olur.

      Ən qədim fəlsəfə tarixinin müəllifi Diogen Layırtli «Məşhur filosofların həyatı, tə’limləri və deyimləri haqqında» əsərində İran mağlarının insan, cəmiyyət, ədalət, xeyirxaxlıq haqqında fikirlərinin yunan filosflarına böyük tə’sir göstərdiyini qeyd etmişdir. Deyinlər belə bir nəticə gəlməyə əsas verir ki, fəlsəfənin mənşəyi indiyədək iddia edildiyi kimi Antik Yunanıstanda deyil, qədim Şərqlə bağlıdır. Ümüdünya tarixi prosesi idealizm mövqeyindən izah edən Hegel bildirmişdir ki, mütləq ruh Şərqdən Qərbə Doğru hərəkət etmiş, onun qədəm qoyduğu cəmiyyət çiçəklənmişdir.

      Fəlsəfənin təməlində müdriklik dursa da, ən’ənəvi müdriklə filosofluq eyni deyildir. Tarixən müdirlik qədimdir. İki min beş yüz illik fəlsəfə tarixində çoxlu məktəblərin, itsqamət və cərəyanların yaranması təsadüfi deyildir. Dünya fəlsəfi mədəniyyəti bu yolla formalaşıb inkişaf etmişdir. Beləliklə, müdriklik üzərində yüksələn fəlsəfə bəşər düşüncəsinin ən böyük nailiyyətlərindən birinə çevrilmişdir.

      Fəlsəfənin başlıca mə’nası əsasən dünyagörüşü məsələlərinin qoyuluşunda və onlara dayır cavabların axtarılmasındadır. Bunların nəzəri mənimsənilməsinin insanlar üçün həyatı əhəmiyyəti mühümdür. İstər təbiətdə, istərsə də cəmiyyətdə baş verən hadisələrin fəlsəfi anlamı tarix boyu vacib olmuşdur. Müasir zamanədə bu həmişəkindən daha böyük əhamiyyət kəsb edir. Bunun səbəbi müasir dünyanın elmi-texniki, sosial və siyasi tərəqqiyə nail olmasıdır. Fəlsəfə izah etməli olduğu məsələlərin birdəfəlik həllini təklif etmir. Onun əsl mahiyyəti həqiqəti dərk etməyin əbədi axtarışında olmasındadır. Təbiət elmləri – fizika, riyaziyyat, kimya və s. məsələnin son, həm də bitmiş həllini axtarıllar. Lakin varlığa, təfəkkürə, həyata, mə’nəvi dəyərlərə və s. aid məsələlərinin birdəfəlik və həmişəlik həllini vermək qeyri-mümkündur. Onlar daima geniş müzakirə və mübahisələr obyekti olmuş və olacaqdır. Belə sualların araşdırılması fəlsəfənin işidir. Fəlsəfə həm də «əbədi məsələlərin» dərk olunmasının prinsip və metodlarını işləyib hazırlayır. Bu cəhətdən müasir dünyaya üzünü tutan fəlsəfə xüsusi maraq doğurur.

      Dünya, kainat necə qurulub? Varlığın, təbiətin mahiyyətini təşkil edən nədir? Mə’nəvi və maddini, ideal və real olanın birbirinə münasibəti necədir? İnsanın dünyadakı yeri nədən ibarətdir? O, dünyanı dərk etməyə və dəyişdirməyə qadirdimi? Həqiqət nədir? Xeyir və şər, gözəllik və eybəcərlik nə deməkdir? İnsan zəkasını həmişə düşündürən bu kimi əbədi suallar insanın dünyadakı mövqeyini müəyyən etmək zərurətindən irəli gəlir. Yarandığı gündən indiyə kimi fəlsəfə bu cür başlıca dünyagörüşü mahiyyətli suallara cavab verməyə çalışıb. Bu baxımdan, istər fəlsəfə tarixindən, istərsə də müasir elmi-tədqiqat ədəbiyyatlarında fəlsəfənin müxtəlif tə’rifləri verilir. Onların hamısında, xüsusilə XIX-XX əsrlər dövründə fəlsəfəyə varlıq və idrakın ən ümumi qanunauyğunluqları, insanın dünyaya münasibətlərinin ən ümumi prinsipləri haqqında elm kimi tə’rif verilmişdir.

      Fəlsəfə

      Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.

      Fəlsəfə (q.yun. φιλοσοφία ) — varlığın (yəni təbiət və cəmiyyətin), insan təfəkkürünün və idrak prosesinin tabe olduğu ən ümumi qanuna uyğunluqlar haqqında elm.

      “Mütəfəkkir”, Roden

      Fəlsəfə ictimai şüurun qədim və özünəməxsus formasıdır [1] , nəticə etibarı ilə cəmiyyətin iqtisadi münasibətləri ilə müəyyən edilir.

      Mündəricat

      • 1 Fəlsəfə sözü
        • 1.1 Fəlsəfənin predmeti

        Fəlsəfə sözü Redaktə

        “Filo”“sofiya” yunan sözləridir. “Sofiya” hikmət, “filo” isə sevmək deməkdir.“Filosofiya” — “hikməti sevmək” mənasını verir. “Fəlsəfə” isə orta əsr şərq alimlərinin bu yunan sözünü ərəb dilinə uyğun demələrindən yaranıb.

        İlk dəfə Pifaqor özünü “filosof” adlandırıb və deyib:

        Mən öz yerimi bilirəm. Bilirəm ki, hikmət yalnız Tanrı biliyidir və məndə ola bilməz. Mən ancaq hikməti sevə bilərəm

        Fəlsəfənin predmeti Redaktə

        Fəlsəfə termininininə ilk dəfə Pifaqorda təsadüf edilir. Xüsusi elm kimi onu ilk dəfə Platon fərqləndirmişdir. Fəlsəfə formalaşmış bir elm kimi quldarlıq cəmiyyətində meydana gəlmişdir. İlkin fəlsəfi görüşlərin şərqə məxsus olmasına baxmayaraq, fəlsəfə sistemli bir elm kimi ilk dəfə Yunanıstanda öyrənilmişdir.

        Fəlsəfədə varlıq problemi Redaktə

        Müxtəlif fəlsəfə məktəbləri və cərəyanlarının kateqoriya aparatı sistemində varlıq kateqoriyası mərkəz yeri tutur. Varlıq sözü müxtəlif dünya dillərində təxminən “var olmaq”, “mövcud olmaq”, “üzə çıxmaq”, “reallıq” mənalarını verir. Müasir fəlsəfə ədəbiyyatında varlıq anlayışı iki mənada işlədilir:

        1. Dar mənada — şüurdan asılı olmadan mövcud olan obyektiv reallıq;
        2. Geniş mənada materiya, şüur, ideyalar, hisslər, insanların fantaziyaları. Varlığın anlaşılmasını Platon xeyli genişləndirmışdir. O, fəlsəfə tarixində ilk dəfə göstərmişdir ki, yalnız maddi şeylər deyil, həm də ideal olanlar varlığa malikdirlər.

        Orta əsrlərin xristian fəlsəfəsində Allahın varlığından ibarət olan “həqiqi” varlıq “qeyri-həqiqi” varlığa qarşı qoyulur və göstərilir ki, bütün qeyri-həqiqi varlıqları Allah yaratmışdır. Burada varlıq yaradanın və yaradılanın varlığı olmaqla iki növə ayrılır.

        Varlığın müxtəlif formaları içərisindən bu formalardan ən ümumi və açıq-aşkar üzə çıxan spesifik mövcudluq üsullarına malık olanlarını seçıb ayırmağa imkan verir. Onlardan birinci qrupuna canlı və cansız varlıqların spesifikliyi; ikinci qrupuna canlılar içərisində özünəməxsus yer tutan, şüura, düşüncəyə malik olan, ideal obrazlarla iş görən, yəni abstrakt düşünən insanın varlığı daxildir. Varlığın ümumi mənzərəsini yaradarkən özünəməxsus piramida əmələ gəlir, onun əsasında cansız təbiət, onun üzərində canlı təbiət və ondan yuxarıda isə ruhun, canlı və cansız təbiətin vəhdətindən ibarət olan insan durur. Cansız təbiətin şey və proseslərinin varlığı bütün təbii və süni aləmdir, habelə təbiətin bütün halları və hadisələridir (ulduzlar, planetlər, torpaq, su və s.). Canlı təbiətin varlığı isə özündə iki səviyyəni ehtiva edir. Birinci səviyyə canlı, lakin ruhu, şüuru olmayan, ətraf mühitlə maddələr mübadiləsini həyata keçirən, çoxalmaq qabiliyyətinə malik olan bütün biosferadan, flora və faunadan ibarətdir. İkinci səviyyə isə konkret adamların varlığında, sosial varlıqdan və ideal varlıqdan ibarət olan insan və onun şüurunun varlığından ibarətdir.

        Fəlsəfi kateqoriyalar Redaktə

        Fəlsəfə insanın dünyaya münasibətinin ən ümumi anlayışlarla dərk edilməsi fəlsəfi kateqoriyaların sayəsində baş verir. Kateqoriyalar təbiətin, cəmiyyətin və təfəkkürün ən umumi və vacib xüsusiyyətlərini özündə əks etdirir. Fəlsəfi kateqoriyalar fəlsəfənin zamanca inkişaf səviyyəsinə görə dəyişir.

        Materialist dialektikada “materiya” ilk kateqoriya hesab olunurdu və onun tərifi də özünəməxsus səciyyəvi xüsusiyyətlərinə görə fərqlənirdi. Materialist fəlsəfədə Təsadüf kateqoriyası idealist fəlsəfədə təkzib olunur və yaxud tamamilə fərqli don geyindirilirdi.

        Fəlsəfəyə ilk kateqoriya anlayışını antik dövr yunan filosofu Aristotel gətirmişdir. İnsanın dünyanın dəyişdirilməsinə və dərk edilməsinə istiqamətlənmiş fəaliyyəti boyu təbii olaraq kateqoriyalar da dəyişir və formalaşır. Onların sayı çoxalır, məzmunu genişlənir. Fəlsəfədə əsas hesab olunan kateqoriyalar aşağıdakılardır:

        • Məkan
        • Zaman
        • Səbəb
        • Hərəkət
        • Kəmiyyət və keyfiyyət
        • Oxşarlıq və əkslik, ziddiyyət
        • Təkcə, xüsusi və ən ümumi
        • Mahiyyət və hadisə
        • Zərurət
        • Təsadüf
        • İmkan və gerçəklik
        • Məzmun və forma
        • Həqiqət

        Fəlsəfə tarixi Redaktə

        Əsas məqalə: Fəlsəfə tarixi

        Fəlsəfə tarixi antik dövrdən bu günə qədər fəlsəfənin inkişaf yolunu, strategiyasını, filosofların fəlsəfi nəzəriyyələrini, sistemlərini, baxışlarını öyrənir. Fəlsəfə tarixinin subyekti fəlsəfə tarixçisidir. Fəlsəfə tarixi tarixi inkişaf müddətində müəyyən mərhələlərdən keçmiş, çoxsaylı müstəqil düşüncələr, ideyalar, nəzəriyyələrlə zənginləşmişdir. Fəlsəfə tarixçisi tarixşünaslıq elminin də məsələyə yanaşma üslub və metodlarından, kriteriyalarından çıxış edərək Fəlsəfə tarixini öyrənir.

        Antik dövrdən bu yana Fəlsəfə tarixi fəlsəfəni dövrlərə və yerlərə bölərək mərhələli şəkildə tədqiq edir. İlk fəlsəfi fikirlərin yaranıb inkişaf etdiyi qədim Şərq dünyası olmuşdur. Bu baxımdan fəlsəfə tarixçisi Şərq düşüncələrinə dövr və məkan prizmalarından yanaşaraq mövzunu Qədim Şərq fəlsəfəsi adı altında tədqiq edir,

        lakin fəlsəfənin beşiyi hesab olunan Şərq dünyası ilə bərabər fəlsəfi düşüncələrin sistemləşdirilməsində və zənginləşdirilməsində əhəmiyyətli yerə və rola malik Antik fəlsəfənin (Qədim yunan — roma fəlsəfəsi)də adını çəkmək mümkündür. Qədim dövrdən etibarən fəlsəfə müəyyən dövrlərə və bölgələrə ayrılaraq araşdırılmış, tədqiq olunmuşdur.

Comments are closed, but trackbacks and pingbacks are open.