Press "Enter" to skip to content

Cografiya tarixi

9 Xarici keçidlər

Coğrafiya tarixi

Coğrafiya sözünün mənası(yunan dilində) “Yerin təsviri«dir. Bu sözü ilk dəfə(e.ə.III əsr) yunan alimi Eratosfen işlətmişdir.Coğrafiya Yerin təbiəti, əhalisi və onun təsərrüfat fəaliyyəti haqqında elmdir.
Coğrafi proqnozların (müşahidələrə və tədqiqatlara əsasən baş verəcək coğrafi hadisə və proseslər haqqında qabaqcadan fikir yürüdülməsi) verilməsi coğrafiya elminin əsas vəzifəsidir.

Coğrafiya elmi iki əsas sahəyə bölünür:
Fiziki coğrafiya (geomorfologiya, iqlimşünaslıq, hidrologiya ,torpaqşünaslıq, landşaftşünaslıq və s.) -Yerin təbiətini öyrənir.
İqtisadi və sosial coğrafiya (demoqrafiya, nəqliyyat coğrafiyası, sənaye coğrafiyası və s)- əhalini və onun məşğuliyyətini öyrənir.
Coğrafi məlumatları dəqiq öyrənmək üçün kartoqrafik təsvirlərdən (plan,xəritə və qlobus) geniş istifadə olunur.

Ilk dünya səyahəti

  • Coğrafiya tarixi
  • 29 yanvar 2012, 11:03

XVI əsrin əvvəllərindən Cənubi Amerikanın sahil xətlərinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb etməyə başladı. Magellana qədər materik haqqında kifayət qədər məlumat toplanmışdır. 1515-ci ildə Şenerin düzəltdiyi qlobusda cənubda boğazın olması öz əksini tapır. Görünür kəşf olunmuş ərazilərin dövlətlər tərəfindən gizli saxlanma prinsipi burada da saxlanmışdır. «Fernand Magellanın həyatı» əsərinin (1890) müəllifi doktor Hillemarda görə Magellana qədər okeanlar arasında keçidin olması məlum idi. Lakin xüsusilə tacirlər tərəfindən gizli saxlınırdı.

Şimali Amerikanın tədqiqi

  • Coğrafiya tarixi
  • 9 sentyabr 2011, 09:18

Kolumbun sonuncu ekspedisiyası belə Asiyaya qərb istiqamətdə dəniz yolunun açılması problemini həll edə bilməsə də, kəşf olunmuş torpaqlara avropalıların axınının başlanğıcını qoydu. Zəngin sərvətlərə malik olmaq üçün ispanlar, ingilislər və fransızlar arasında kəskin mübarizə başlandı.
Ispanlar qərb istiqamətdə hər hansı bir keçid, yaxud boğazın olması fikrini əsas tutmaqla Meksika körfəzində geniş tədqiqat işləri aparmağa başladılar və qısa bir müddətdə bütün körfəzin sahil zolağını öyrənməyə müvəffəq oldular.

Ameriqo Vespuççi (1451-1512) və onun davamçıları

  • Coğrafiya tarixi
  • 22 avqust 2011, 21:03

Xristofor Kolumbun «Hindistan»ı kəşf etməsi portuqalları ciddi narahat etməyə başladı. Verdikləri «hədiyyəni» geri qaytarmaq bir nömrəli problemə çevrilmişdi. Lakin ispanlar Amerika qitəsini şimallı-cənublu öyrənməkdə davam edirdilər. Yeni Dünyanın tədqiq edilməsində artıq Ameriqo Vespuççi görkəmli şəxsiyyət sayılırdı. Yazılarına əsaslansaq o, 4 dəfə — 1497, 1499, 1501, 1503-cü illərdə Amerikada olmuşdur. Ancaq bu gün də Ameriqo Vespuççinin Yeni Dünyaya səyahətini şübhə altına alanlar vardır. Bir sıra tədqiqatçılar 1497-ci ildə Oxedlə birlikdə etdiyi səyahəti dəqiq sayırlar. Buna baxmayaraq coğrafiya tarixində ən görkəmli yer tutan səyyahlardan biri Ameriqo Vespuççi sayılmaqdadır.
1499-cu ildə ispan ekspedisiyası tərkibində «Hindistan»a səfərə çıxan Vespuççi Amazon çayının şimal hissəsinə yaxınlaşır. Daha sonra Karib dənizində sahil boyu üzməklə böyük bir ölkə ətrafında hərəkət etdiklərini anlayırlar. Yeni Dünyaya səyahətdən qayıtdıqdan sonra Vespuççi daha əlverişli saydığı Portuqaliya donanmasına keçir.
Davamı →

Dünya haqqında təsəvvürlərin formalaşması

  • Coğrafiya tarixi
  • 24 iyul 2011, 19:57

İstər tarixi, istərsə də coğrafi baxımdan dünya haqqında insanların ilk təsəvvürlərini öyrənmək mühüm əhəmiyyət kəsb edir. Çünki təsəvvürlər min illər boyu tədricən təkmilləşərək müasir elm formasını almışdır. Yer haqqında bəsit təsəvvürlər tədricən elmi xarakter aldıqca insanlar yaşama arealının genişləndirmiş, yeni torpaqlar kəşf etmək üçün müxtəlif istiqamətlərdə ekspedisiyalar təşkil etmişlər. Beləliklə insanlar min illər boyu elmi biliklərini artırmaqla inkişafının növbəti pilləsinə qalxmışdır. Əvvəllər əsasən səyyahların məlumatlarına istinad edən coğrafiya sonralar öyrəndiyi obyektlərə görə müxtəlif sahələrə ayrıldı. Coğrafıyanın təsirinə nəzər salmaqla onun hansı təsəvvürlər əsasında tədricən inkişaf edərək bu günki səviyyəyə çatmasını təsəvvür etmək çətin deyil.

Antarktidanın kəşi və öyrənilməsi

  • Coğrafiya tarixi
  • 14 aprel 2013, 18:16

1768-ci ildə Ceyms Kuk Şimali Amerikada Müqəddəs Lavrentiya çayının, həmçinin Nyufaundlendin sahil xətlərinin xəritələrinin çəkilməsi ilə məşğul idi. Həmin ildə o, Veneranın hərəkətini müşahidə etmək adı altında təşkil olunmuş ekspedisiyaya komandir təyin olunur. Kuk Veneranın hərəkətini müşahidə etməklə yanaşı, daha cənuba üzməklə burada mövcud ola biləcək kontinenti axtarmaq tapşırığı almışdır. Cənubda materik kəşf olunmadığı halda Kuka Abel Tasmanın aşkar etdiyi və hazırda Yeni Zelandiya adlanan torpağı tapmaq və onun koordinatlarını müəyyən etmək tapşırığı verilmişdir. Beləliklə, əsas məqsəd Veneranın hərəkətini müşahidə etmək pərdəsi altında əsas məqsəd cənub materikini aşkar etmək və onu Britaniya imperiyasına birləşdirmək olmuşdur.

Yeni dövrün səyyahları

  • Coğrafiya tarixi
  • 22 yanvar 2013, 00:15

Qriqori Ivanoviç Şelixov (1747-1795)

Rus tədqiqatçılarının Şimali Amerikanın Alyaska sahillərində ilk dəfə olmaları XVIII əsrin əvvəllərinə təsadüf edir. Bu zamandan etibarən ruslar Şimali Amerikanın qərbində məskunlaşmaqla tədricən cənuba doğru irəliləməklə müasir San-Fransisko (Frensisi Dreykin adını daşıyır) şəhərinə qədər çatmışlar. Beləliklə, Alyaska uzun müddət rus hakimiyyətinin təsir dairəsinə çevrilmişdir. Alyaskanın mənimsənilməsində mühüm rol oynayan tədqiqatçılardan biri Qriqori Ivanoviç Şelixov olmuşdur.

Amerikanın kəşfi

  • Coğrafiya tarixi
  • 18 avqust 2011, 13:00

XV əsrin sonunda Amerika kəşf olunmaqla dünya xəritəsində öz əksini tapır. Bu mərhələ Amerikanın əslinldə kimlər tərəfindən aşkar olunmasının mübahisəli dövrüdür. Əslində həllini tapmamış bu məsələ hələ də qaranlıq qalmaqdadır. Amerikanın skandinaviyalılar, ispanlar, portuqallar, irlandlar, italyanlar, yaponlar tərəfindən aşkar olunması haqqında müxtəlif versiyalar vardır. Yaponlar Ekvador sahillərində qədim yapon keramikasının tapılmasına əsaslanaraq materikin kəşfinə iddialıdırlar. Əgər deyilənlər doğru olsa belə, bu kəşflər kiçik əraziləri əhatə etdiyindən və dəqiqləşdirilməmiş məlumatlar olduğundan coğrafiya tarixində materikin kəşf olunması X.Kolumbun adı ilə bağlanılır.
Amerikanın kəşf olunmasının X.Kolumbun adı ilə bağlanması, tədris müəssisələrində ona üstünlük verərək gənclərə aşılanması düzgündürmü? Hər halda, Amerikanın 985-ci ildə normann dənizçisi Byarnı tərəfindən kəşf olunması haqqında dəqiqləşdirilmiş məlumatlar var. Byarnı 985-ci ildə Qrenlandiyaya üzərkən duman və qüvvətli küləklərin təsirindən götürdüyü istiqamətdən kənara çıxaraq, ilk dəfə Nyufaundlend sahillərinə çatır. O, Amerikanın kəşfində hətta Leyf Eriksonu 18 il qabaqlamışdır.
Davamı →

Sakit okeana şimal-qərb keçidin axtarılma tarixi

  • Coğrafiya tarixi
  • 25 sentyabr 2011, 14:10

XVI əsrin əvvəllərində ispanlar Amerikanın sahil zonalarında geniş tədqiqat işləri aparmaqda Panama bərzəxinin şərq sahillərinə gəlib çatmışdılar. Burada yaşayan hindilərin üzərində qızıldan olan bəzək şeyləri yaxın zamanlarda ispanların zəngin sərvət sahibi olacaqlarından xəbər verirdi. Ispanlar Amerikanın bu hissəsini «Qızıl Kastiliya» adlandırdılar. Qızılları əllərindən alınmış hindilər qısa müddətdə qullara çevrildilər. Hindilərlə məskunlaşmış bu bərzəxin qərbə doğru nə qədər uzanması heç kimə məlum deyildi.

Türk dünyasının görkəmli səyyah və coğrafiyaşünasları

  • Coğrafiya tarixi
  • 7 avqust 2011, 22:54

Dünya elm və mədəniyyətində türk xalqlarının rolu olduqca böyükdür. Avrasiyada təqribən 10 mln kv.km ərazidə məskunlaşmış türk xalqları riyaziyyat, həndəsə, kimya, geologiya, astronomiya, coğrafiya və bir sıra başqa elm sahələri üzrə dünya elm xəzinəsinə əvəzsiz tövhələr bəxş etmişlər. Türklər tarixini öz əməlləri ilə yaradan xalqlardan biri olmuşlar. Dediklərimizin Sakit və Atlantik okean suları arasında qalan böyük bir ərazidə türk mənşəli adlar bir daha təsdiq edir. E.ə. V əsrdə Asiyada Hun, III-V əsrlərdə Avropada Hun, IV-X əsrlərdə uyğur, XI-XV əsrlərdə Qaraqoyunlu, Ağqoyunlu dövlətlərini yaradan türk xalqları çox təəssüf ki, bu gün bir hissəsini itirməkdədir.

Cografiya tarixi

Coğrafiya (yun. γεωγραφία, yerin təsviri, γεια — Yer, torpaq və γραφειν — yazmaq, təsvir etmək) — təbii və istehsal ərazi komplekslərini və onların komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və ictimai coğrafiya elmlərinin vahid sistem şəklindəki birliyi.

İlk əvvəl coğrafiya Yer haqqında ensiklopedik elm olmuşdur. Diferensasiya prosesində birinci növbədə iki əsas qola ayrıldı: fiziki coğrafiya və iqtisadi coğrafiya. Bunun səbəbi həmin elimlərin öyrəndiyi obyektlərin müxtəlifliyi idi. Fiziki coğrafiya təbiət elmlərinin kəşf etdikləri qanunları rəhbər tutur, iqtisadi coğrafiya isə ictimai elmdir. İqtisadi coğrafiya ictimai istehsalat-sənayeni, kənd təsərrüfatını, həmçinin əhalini, onların yerləşməsini və istehsalat-ərazi komplekslərini öyrənir. İqtisadi coğrafiya da fiziki coğrafiya kimi ümumi və regional hissələrə ayrılır.

Coğrafiya elmləri sisteminə həmçinin kartoqrafiya daxildir. Bu elm texniki elmdir, lakin o, coğrafiyanın inkişafına səbəb olmuş, hətta bəzən onu qabaqlamışdır. Onun əsas məqsədi təbiət obyektlərinin, hadisələrinin və cəmiyyətin məkanca yerləşməsini, uyğunlaşmasını, qarşılıqlı əlaqəsini, dəyişməsini əks və tədqiq etməkdən ibarətdir.

1 Coğrafiyanin Tarixi

1.1.1 Şumerdə və Babilistanda coğrafi biliklərin toplanması

1.1.2 Qədim Misirdə coğrafi biliklər

1.1.3 Qədim İranda ətraf ərazilər haqqında məlumatlar

1.1.4 Finikiyada coğrafi biliklər

1.1.5 Qədim Hindistanda coğrafi biliklərin yaranması

1.1.6 Qədim Çində coğrafiyanın inkişafı

1.1.7 Antik coğrafiya

1.1.7.1 Yunanıstanda “Coğrafiya” elmi

1.1.7.2 Qədim Roma imperiyasında “Coğrafiya” elmi

1.2 Orta əsrlər dövrü(V-XIV əsrlər).

1.2.1 Şərq ölkələrində “Coğrafiya”nın inkişafı

1.3 Böyük coğrafi kəşflər dövrü(XV-XVII əsrlər) (15-17 əsrlər)

1.4 Müasir coğrafi tədqiqatlar dövrü

2 Elmi ekspedisiyalar və coğrafi nəzəriyyələr

3 Azərbaycanda coğrafiyanın inkişafı

4 Coğrafiyanın vəzifələri və strukturu

5 Coğrafiyanın tədqiqat metodları

6 Coğrafiyanın başqa elimlərlə əlaqəsi

9 Xarici keçidlər

Əsas məqalə: Coğrafiya tarixi

Coğrafi biliklərin inkişafı və Yer kürəsinin öyrənilməsi 4 əsas dövrə bölünür.

Orta əsrlər dövrü (V-XIV əsrlər).

Böyük coğrafi kəşflər dövrü (XV-XVII əsrlər).

Müasir coğrafi tədqiqatlar dövrü.

Qədim dövr[redaktə | əsas redaktə]

İnsanlar qədim dövürlərdən başlayaraq ətraf əraziləri, onların təbii-coğrafi şəraitini, təbiətdə baş verən hadisələri öyrənməyə cəhd etmişlər. Eyni zamanda yaxın ərazilərdə yaşayan tayfa və xalqaları tanımaq, onların yaşadığı əraziləri bilmək insanlara daha çox qida toplaması yerlərini müəyyən etmək və tayfalararası toqquşmalardan uzaq olmaq üçün lazım idi. İnsanların sayının artaması, müxtəlif ərazilərdə yaşayan tayfaların birliklərinin yaranması dövlətlərin formalaşması ilə nəticələndi. Şumer, Misir, Yunanıstan, Roma, Çin və Hindistanda dövlətlərin yaranması daha uzaq ərazilərin öyrənməyə maraq artırdı.

Şumerdə və Babilistanda coğrafi biliklərin toplanması

Şumerdə tapılan ən qədim topoqrafik xəritə

Babilistanda çəkilmiş ən qədim xəritə

Mesopotamiya ilkin coğrafi təsəvvürlərin və biliklərin yarandığı ərazilərdən biridir. Dəclə və Fərat çayları arasında məskunlaşan, şumerlər adlanan xalqlar tarix boyu bir neçə dövlət qurmuşdur. Şumerlərin e.ə XXV əsrə aid gil lövhələr uzərində olan yazıları dövrümüzə qədər gəlib çatmışdır. Bu lövhələrdə balıq pulcuqlarına oxşar simvollarla Livan dağları, mərkəzdə paralel xətlərlə şumerlər üçün mühüm cəhət təyini obyekti olan Fərat çayının orta axarı, Zaqros dağları çəkilir. Dört cəhətin olması fikri şumerlərə məxsusdur.[3] Qədim Babilistana aid olunan (E.ə V əsr), hazırda Britaniya muzeyində saxlanılan xəritələrin birində şəhərlərin təsvirindən görünür ki, Dünya dairəvi və yastı formadadır. Fərat çayı dağlardan başlayaraq ölkədən keçir və okeana tökülür. Xəritənin mərkəzində Babilistan, həmçinin kənarda Assuriya və Urartu dövlətlərinin adları yazılmış.

Qədim Misirdə coğrafi biliklər[redaktə | əsas redaktə]

Qədim Misirlilərin öyrəndiyə ərazilər

Uzaq ərazilərə ilk səyahətlər qədim misirlilərə məxsusdur. Müxtəlif tikililərdə, daşlar, fil sümüyü və ya papirus üzərində olan və bizə gəlib çatan yazılarda onların hərbi yerləri haqqında məlumatlar vardır. Bu məlumatlarda göstərilir ki, onlar e.ə XXIX əsrdə Suveyş körfəzinə çatmış və Sinay yarımadasına keşmişlır. I Tutmos Suriyanı keçərək Fərat çayının yuxarı axarına, Xatşepşut dəniz səyahəti zamanı Punt ölkəsinə (indiki Somali yarımadası və Yəmən) çatmışdır.

E.ə VII əsrin sonunda firon Nexo Misir-Finikiya donanmasında Qırmızı dəniz boyu cənuba üzərək üç il ərzində Afrikanın ətrafında dolanaraq geri qayıtmışlar. Bu səyahət barədə qədim yunan alimi Herodot da məlumat vermişdir.

Qədim İranda ətraf ərazilər haqqında məlumatlar

İndiki İran ərazisində qədim dövrlərdə mövcud olmuş Əhəmənilər imperiyası böyük gücə malik idi. Böyük II Kirin hakimiyyəti dövründə (e.ə 558-e.ə 530) İran, Midiya, Lidiya, Kiçik Asiyada olan yunan şəhərləri, Mesopotomiya, o cümlədən Babilistan, Mərkəzi Asiyanın çox hissəsi, Qafqaz onun tabeliyində olmuşdur. I Dara dövründə (e.ə 522-e.ə 486) farslar Pamir yaylası (qədim fars dilində Pa-i-maxr-Günəş allahı olan Mitra damı), Fərqanə vadisi, Amudərya çayının yuxarı axarı, Hind çayının sağ sahillərindəki əraziləri tanıyırdılar. I Daranın dövründə olan yürüşlər və zəfər qazandıqları ölkələr haqqında məşhur Bisutun yazıları qalmışdır. Farsların məlumatları əsasında Heradot yazır: “Xəzər daxili su hövzəsidir, heç bir dənizlə əlaqəli deyildir. Onun uzunluğu avarlı gəmidə 15 günlük, eni ən geniş yerdə 8 günlük yoldur”.

Finikiyada coğrafi biliklər

Finikiya dənizçiləri Aralıq dənizi sahillərini öyrənmiş,ilk dəfə Cəbəlüttariq boğazından Atlantik okeanına çıxmış,Avropa və Afrika sahilboyu ölkələrində olmuşlar.Bəzi məlumatlarda finikiyalıların Baltik dənizinə qədər getdiyini,buradan kəhraba apardığını sübut edir.Bundan başqa finikiyalı dənizçilər ilk dəfə ekvatoru kəsib keçmişlər və ilk dəfə günəşi şimalda görmüşlər.

Qədim Hindistanda coğrafi biliklərin yaranması[redaktə

Qədim hindlilərin coğrafi biliklərinin ilk ümumiləşmiş forması onların müqəddəs kitabələrində saxlanır. Hindlilərin ən qədim salnaməsi olan Riqveda kitabında (Himinlərin elmi) poetik formada Sindxu (Hind) çayı və onun qolları təsvir olunur. Müqəddəs himinlər toplusu olan Vedalar kitabında “Bxavana darza” (Dünyanın güzgüsü) adlı hissə dünyanın qurluşunun təsvirinə həsr edilmişdir. Mahabharataın altıncı kitabının “Coğrafiya” bölməsində olan 300 şeirdə okeanlar, dənizlər, dağlar və çayların adı var. Ramayana kitabında b.e.ə III əsrdə hindlilərə məlum olan Yer kürəsi təsvir olunur.

Qədim Çində coğrafiyanın inkişafı

Coğrafiya

kainat və Günəş sistemi / From Wikipedia, the free encyclopedia

Coğrafiya (yun. γεωγραφία , yerin təsviri, γεια — Yer, torpaq və γραφειν — yazmaq, təsvir etmək) — təbii və istehsal ərazi komplekslərini və onların komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və ictimai coğrafiya elmlərinin vahid sistem şəklindəki birliyi. [1]

Dünyanın müasir xəritəsi

İlk əvvəl coğrafiya Yer haqqında ensiklopedik elm olmuşdur. Diferensasiya prosesində birinci növbədə iki əsas qola ayrıldı: fiziki coğrafiya və iqtisadi coğrafiya.

Bunun səbəbi həmin elimlərin öyrəndiyi obyektlərin müxtəlifliyi idi. Fiziki coğrafiya təbiət elmlərinin kəşf etdikləri qanunları rəhbər tutur, iqtisadi coğrafiya isə ictimai elmdir. İqtisadi coğrafiya ictimai istehsalat-sənayeni, kənd təsərrüfatını, həmçinin əhalini, onların yerləşməsini və istehsalat-ərazi komplekslərini öyrənir. İqtisadi coğrafiya da fiziki coğrafiya kimi ümumi və regional hissələrə ayrılır.

Coğrafiya elmləri sisteminə həmçinin kartoqrafiya daxildir. Bu elm texniki elmdir. Lakin o, coğrafiyanın inkişafına səbəb olmuş, hətta bəzən onu qabaqlamışdır. Onun əsas məqsədi təbiət obyektlərinin, hadisələrinin və cəmiyyətin məkanca yerləşməsini, uyğunlaşmasını, qarşılıqlı əlaqəsini, dəyişməsini əks və tədqiq etməkdən ibarətdir. [2]

Comments are closed, but trackbacks and pingbacks are open.