Press "Enter" to skip to content

İbtidai Vəhşi

Emanasiya inancına görə, öncə vahid İşıq Toplusu, yəni, Tanrı mövcuddur, ondan mərtəbə-mərtəbə ağıl və ruh yaranır. Ruhdan dördüncü olaraq ilk maddə, beşinci olaraq təbiət, altıncı – cisimlər meydana çıxır. Ardınca yeddinci – fələklər, səkkizinci – elementlər və ondan da doqquzuncu olaraq mədənlər, bitkilər, heyvanlar meydana çıxır. Kainatı makrokosmos, insanı mikrokosmos kimi qəbul edən Saflıq ardıcıllarının fikrincə, “bədənimiz kainatın bir parçasıdır, ona görə də ruhumuz da Kosmik ruhun bir parçasıdır. Kosmik ruh varlıqları necə idarə edirsə, ruhumuz da bədənimizi o cür yönəltməkdədir.

Fəlsəfə

Stoisizm e.ə. IV əsrdə yaranan və 529-cu ildə Bizans imperatoru Yustinian tərəfindən bütün fəlsəfi məktəblərin bağlanması əmrini verməsinə qədər mövcud olan və hellinizm dövrünün ən məşhur fəlsəfi məktəblərindən biri olmuşdur.

Stoisizmin yaradıcısı Zenon (e.ə. 336-264) adında bir mütəfəkkir olmuşdu. O Kıbrıs (Kipr) adasında ana dan olmuşdur, sonra isə Afinada yaşamışdır. Orada o, bir sıra tanınmış filosofların tələbəsi olmuşdur və, təxminən e.ə. 300 ildə, öz fəlsəfi məktəbini yaratmışdı. O və onun tə ləbələri “stoa” adlanan binaların birinə bitişik olan sütu-nlu qalereyada yığılırdılar. Buna görə bu məktəbin ardıcıllarını “stoiklər” adlandırırdılar. Guman edilir ki, məhz Zenon, ilk dəfə olaraq, “təbiət qanunlarına uyğun həyat sürmək, yaxşı, məziyyətli, gövmərd həyat sürmək deməkdir” fikrini irəli sürmüşdü. Bununla o, stoisizm fəlsəfəsini etik problemlərin həllinə yönəltmişdi.
Ardı →

Gözəllik – estetik kateqoriya kimi

  • Fəlsəfə
  • 21 aprel 2013, 17:52

Dünya estetiklərinin əksəriyyəti belə bir doğru faktı etiraf edir ki ,gözəllik estetikanın ən ümumi ,ən universal kateqoriyası ,estetik qiymətləndirənin ən mühüm amilidir.O istisnasız olaraq obyektiv aləmin bütün təzahürlərini :təbiət və cəmiyyət hadisələrini ,əmək ,ictimai münasibətlər və incəsənət sahələrini əhatə edir.Ən əsası isə budur ki ,gözəllik insanın həyatında mühüm rol oynayır.O,insanlara sevinc bəxş edir ,fərəh gətirir ,həzz verir,onlarda həyat eşqi oyadır.Odur ki ,dünyanın dahi insanları hansı ölkədə və hansı dövrdə yaşamağından asılı olmayaraq, heç vaxt gözəlliyə biganə qalmamış ,ondan ilhamlanmış və onun şərəfinə təriflər söyləmişlər.Məsələn: F.M.Dostoyevski kimi dünya şöhrətli bir yazıçı insanlıq üçün nə dərəcədə vacib rol oynadığını göstərərək yazır:“Bilirsinizmi ,siz bilirsinizmi ki,bəşəriyyət ingilissiz də yaşaya bilər ,almansız da yaşaya bilər,russuz lap yaxşı yaşayar,elmsiz,çörəksiz yaşayar.Yalnız gözəlliksiz yaşaya bilməz,çünki onda həyatda heç nə etməyə lüzum qalmaz.! Bütün sirr bundadır!”
Ardı →

Modern insanın faciəsi

  • Fəlsəfə
  • 14 aprel 2013, 20:58

Bütün həqiqətin özündə olduğunu iddia edən və onu pornoqrafik şəkildə nümayiş etdirib mütləqləşdirən bir zehniyyət yaratdı modernizm. Bu zehniyyətin yetişdirdiyi modern insan Həqiqətin gözündə çox cılız görsəndi. Modernizmin insanlara gətirdiyi həqiqət ola bilməzdi. Bəs nə gətirdi bizə? -Heç nə. Bu heç nədi insanın ürəyini bulandıran, insanı özündən diksindirən, bezdirən, hər şeyi dəyərsiz və boş göstərən. Müasir dövrün faciəsidi bu. Bəli, artıq postmodern dövrün astanasındayıq. Boşluğun içində dəbələnirik. Bütün sirlər ifşa olunub. İndiana Jones gəldi və bütün sirləri ifşa etdi. İndiana Jones, şərqə çılpaqlıqla öz nifrətini, əsəbini qusdu… Artıq çılpaqlıq bir göstəriş olub.Yaxşı, bəs nə mənası var bu çılpaqlığın? Çılpaqlığın mənasıda bəlkə elə mənanın, batinin özünə olan kinidi? Dünyəvi zövqlər, həzzçilik, sekulyarizm, texnologiyaların bizə gətirdiyi rahatlıq və s. Modern insan dünyəvi illüziyaların əsarətindədi. Bəs bu dünyəviləşmə insana necə təsir edir?

Nitsşe «tanrı öldü» dedi. Və bu modernizmin, müasir qərb paradiqmasının yaranmasının da ilk xəbərçisi oldu. Tanrını öldürüb insanı, insan ağlını mütləqləşdirdilər. Kapitalizmin fonunda insan fövqəlinsana doğru yol aldı. Bu ən birinci özünü düşüncəmizdə və dolayısıyla dilimizdə göstərdi.

Əxlaqi fəaliyyət

  • Fəlsəfə
  • 29 mart 2013, 22:18

Əxlaq da ictimai şüurun digər formaları – siyasət, hüquq, elm, din və s. kimi yalnız şüur formasında deyil, həm də insanın davranışının, praktik fəaliyyətinin bir növü kimi mövcuddur.
İnsanın hər hansı fəaliyyəti onun tələbatları və maraqları ilə çox bağlıdır. Etika və psixologiya mütəxəssislərinin çoxu bu fikirdədir ki, insanın bütün motivlərinin əsasını onların şüurlu tələbat və maraqları təşkil edir. Məsələn, estetik fəaliyyətin əsasında estetik tələbat və maraqlar durur. Estetik şüur anlayışına insanın estetik tələbatları, estetik maraqları, estetik zövqü, estetik idealı, estetik hissləri, bədii emosiyaları, bədii qabiliyyətləri, bədii təfəkkürü, bədii təxəyyülü daxildir və onun zəminində həyata keçir. O cümlədən, əxlaqi fəaliyyəti əxlaqi şüur reallaşdırır. (Doğrudur, bəzən insan hər hansı bir işi istəmədən, məcburən və ya kiməsə xoş gəlməkdən ötrü görür, ya da öz borcunu, vəzifəsini yerinə yetirir.)
Ardı →

İdeologiya total düşüncə tərzi kimi

  • Fəlsəfə
  • 30 dekabr 2012, 13:03

İdeologiya varlığa münasibətin bir formasıdır. Hər bir ideologiya dünyaya öz pəncərəsindən baxır. Həyatın hər sahəsində ideologiyanın öz programı olur. İdeologiya həyatı bu program əsasında qiymətləndirir. Ən maraqlısı odur ki, hər bir ideologiya özünün həqiqət olduğunu iddia edir. Siyasətdən tutmuş, etik və estetik dəyərlərədək ideologiyanın öz baxışı olur. Hər bir ideologiya həm də metafizikadır. Onun substansiyası var və dünyanın bu sunbstansiya əsasında konstruksiya edir. (Əslində isə mən bunu dünyanın dekonstruksiyası kimi qiymətləndirirəm). Onun özünəməxsus fəlsəfi mənzərəsini yaradır. İdeologiyalar insanlara xoşbəxtlik bəxş edəcəyini vəd edir. İnsanların, cəmiyyətin gələcəyi ilə bağlı prognozu olmayan, bir utopiyaya sahib olmayan fikir idologiya hesab oluna bilməz. İdeologiyanın yaranmasına iki fərqli mövqedən baxmaq olar. Liberal baxışa görə insanlar yaşadıqları mühitlərlə razılaşmırlar və onu dəyişdirməyə çalışırlar, bunun üçündə ideologiya ətrafında birləşərək öz ideallarına çatmağa çalışırlar. Bu baxış ideologiyanın yaranmasını insanların öz istəklərinin nəticəsi hesab edir. Marksist baxış isə ideologiyanın bir sinfin, digəri üzərində ağalığını və istismarını təmin etmək üçün yaradıldığını iddia edir. Marksın mövqeyinə oxşar bir mövqe Nitsşedə də var. Doğrudur Nitsşe Marks kimi siniflər barədə danışmırdı, amma əxlaqın ağaların hakimiyyətini yıxmaq üçün kölələr tərəfindən yaradıldığını deyəndə təqribən Marksın fikirlərinə oxşar fikirlər yaranır.

İnsanda biolojilik və sosiallığın vəhdəti

  • Fəlsəfə
  • 23 dekabr 2012, 10:00

XX əsrdə, xüsusilə onun sonunda insan probleminə diqqət daha da artmışdır. Elmin, xüsusilə insan aləminin öyrənilməsinə təbii– elmi yanaşmanın tənqidi, bu cür yanaşmanın məhdudluğunun dərk edilməsi fəlsəfənin elmlə birlikdə bütövlükdə mədəniyyətə istiqamətinin dəyişməsinə gətirib çıxarmışdır.
Hazırda informasiya cəmiyyətində insan fəaliyyətinin rolunun artması, cəmiyyətin bütün sahələrinin inkişafında insanda yara­dıcılıq başlanğıcının əhəmiyyəti, industrial sivilizasiyanın transfor­masiyasında sivilizasion dönüş mühüm yer tutmağa başlayır.

Əxlaqi şüur

  • Fəlsəfə
  • 3 dekabr 2012, 20:44

Müasir tədqiqatçıların çoxu əxlaqda iki, nisbətən müstəqil sahə olduğunu söyləyir: 1) əxlaqi şüur və 2) əxlaqi fəaliyyət (praktika və ya təcrübə). Bəziləri əxlaqda 3-cü elementi də ayırır ki, bu da əxlaqi münasibətlərdir. Lakin əxlaqi münasibətlər əxlaqi fəaliyyətlə (praktika ilə) əlaqədar olduğu üçün əksər hallarda hər iki element vəhdətdə nəzərdən keçirilir.

Əxlaqi şüur ictimai şüurun spesifik forması olub, ictimai münasibətləri əks etdirən anlayış və təsəvvürlərin məcmusundan ibarətdir. Anlayışlar sistemi hər hansı bir təlimin – siyasi, dini, estetik və s. özünəməxsus «dilidir» və bunlarsız əsas ideyaları ifadə etmək mümkün deyil. Ən ümumi anlayışlar kateqoriyalar adlanır ki, bunlar vasitəsilə gerçəklik müxtəlif səviyyələrdə dərk edilir. Əxlaqi şüurun anlayışlarının spesifikliyi ondan ibarətdir ki, onlar cəmiyyətin və şəxsiyyətin mənəvi həyatını özünəməxsus şəkildəəks etdirir.
Ardı →

İnsanın mahiyyəti

  • Fəlsəfə
  • 24 noyabr 2012, 10:52

Müasir elmin nailiyyətinə əsaslanaraq təsdiq etmək olar ki, insan evolyusion inkişafın məhsuludur. Burada bioloji amillərlə ya­naşı sosial amillər də mühüm rol oynamışdır və yenə də oyna­maq­dadır. Bununla əlaqədar insanın yüksək səviyyədə inkişaf etmiş hey­vanlardan əsas fərqini, fakt və proseslərin elmi izahı ilə göstərmək vacibdir.
Homo Sapiens (ağıllı insan) evolyusion inkişafın müəyyən mərhələsində heyvanlar aləmindən ayrılmışdır. Bu proses nə qədər davam etmişdir, bu cür çevrilmənin mexanizmi necə olmuşdur– suallarına müasir elm tam dəqiqliklə cavab verə bilmir.

Əxlaq və ictimai şüurun digər formaları

  • Fəlsəfə
  • 14 noyabr 2012, 22:29

Əxlaq – ictimai şüurun qədim formalarından olub, insanlar arasındakı qarşılıqlı münasibətlərin xüsusiyyətlərini əks etdirir və tənzimləyir. Əxlaqi münasibətlərin rüşeymləri insan cəmiyyətinin formalaşmağa başladığı ilk çağlardan yaranıb. İbtidai dövrdə görülən bir çox işlər, məsələn, yem axtarma prosesi, bu zaman görüləcək işlərin planlaşdırılması və razılaşdırılması, əməyin bölünməsi, əmək alətlərinin hazırlanması təcrübəsinin yayılması zərurəti insanlar arasında olan qarşılıqlı münasibətlərin tənzimlənməsini tələb edirdi. Adətlər şəklində reallaşan bu cür tənzimlənmə ibtidai cəmiyyətin ilk əxlaq normalarına çevrilir. Adətlərin şüurlu surətdə nəsildənnəslə ötürülməsi və qorunması, mövcud quruluşa münasibətin formalaşması əxlaqın yaranmasına səbəb olur, əxlaqi təcrübəni praktik cəhətdən ümumiləşdirir və hamı üçün vacib edir.
Ardı →

İnsanın mənşəyi haqqında antik ideyalar

  • Fəlsəfə
  • 5 noyabr 2012, 21:03

Varlıq haqqında (ontologiya), idrak haqqında (qnoseologiya) təlimlərində insan problemi, xüsusilə onun mənşəyi, mahiyyəti, təbiətdə tutduğu yeri, cəmiyyətdə rolu məsələləri fundamental fəlsəfi problemlərdən biri kimi nəzərdən keçirilir. Fəlsəfə meydana gələndən bu günə qədər insan onun diqqət mərkəzində olmuşdur. Bu gün artıq digər elmlər də (psixologiya, təbabət, pedaqoqika və s.) insan fəaliyyətinin bu və ya digər cəhətini öyrənməkdədir.

İbtidai Vəhşi

X-XIV əsrlərdə Şərq və qədim yunan fəlsəfəsini öyrənmək əsasında ərəbdilli fəlsəfə özünün yüksək mərhələsinə çatır. Bu dövrdə İlahiyyata bağlı islam din fəlsəfəsi, vəhdəti-vücud təlimi, xüsusən sufizm (təsəvvüf), yunan filosoflarının, birinci növbədə Platon və Aristotelin fəlsəfəsi zəminində yaranan, sonralar orijinal təlimə çevrilən Şərq peripatetizmi daha geniş yayılmışdı.
Panteizm (yunanca “pan” – hər şey, “theos” – Allah, yəni hər şey Allahındır) Allahı təbiətdə yerləşdirir, dünya ilə eyniləşdirir. Vəhdəti-vücud və təsəvvüf fəlsəfəsinə görə isə, Allah təbiətə yerləşə bilməz, o məkana və zamana sığışa bilməz, bütün maddi dünya Allah atributlarının (ayrılmaz özəlliklərinin) təzahürüdür və Allahın hər bir əlaməti özünü ayrı-ayrı əşyalarda göstərir. Allah, vahid və mütləq Varlıq kimi bütün mövcudatın əsasıdır. İslam təliminə görə dünyanın mahiyyəti qətiyyən Allahın mahiyyətinə daxil edilə bilməz, əksinə onun mövcudluğu Allah sayəsində mümkündür.

“Saflıq qardaşları”nın təlimi

IX əsrin ikinci yarısında Bəsrə şəhərində “Saflıq qardaşları” (İxfan-əs-Səfa) adlı dini-fəlsəfi cəmiyyət yaranmışdı. Bu cəmiyyət 890-cı ildə din və müxtəlif bilik sahələrinə həsr edilmiş 52 trakatak çap olunandan sonra çox məşhurlaşmışdı.
Bu təlim sinkretik (yun. “synkretismos” – “qovuşma” – müxtəlif elementlər, fikirlər, təlimlərin birləşdirilməsi) xarakter daşıyırdı. Məntiq və fizikada “Saflıq qardaşları” əsasən Aristotelə, təbabət və psixologiyada Qalenə, ümumi fəlsəfi məsələlərdə isə sufizmə əsaslanaraq bu mövqedən çıxış edirdilər.
“Saflıq qardaşları” göstərirdilər ki, idrakın üç mərhələsi var: “hissi, rasional və intuitiv idrak”
Bu təlimin tərəfdarları hesab edirdilər ki, din və şəriət öz ilkin təmizliyini itirib. Odur ki, dini çirkabdan təmizləmək lazımdır. Cəmiyyət pis işlərlə dolub, əxlaq pozulub. Yalız fəlsəfə cəmiyyəti dağılmaqdan xilas edə bilər.

Təbrizdə “kafir iqamətgahı” adlandırılan, indi isə yalnız dağıntıları qalan bir tikili məhv edilmiş elm və hikmət haqqında ağı oxuyurdu. Bu icmanın ən son üzvlərindən olan gənc İsmayıl böyük qardaşlarını və müəllimlərini xatırladıqca dərd içində qovrulurdu. O zaman bu məkanda hamı qardaş sayılırdı. Hətta müəllimlər də tədrisə görə məvacib almağı özlərinə təhqir sayırdılar. “Saflıq qardaşları” sırasına qatılan şagirdə görə atalarından yazılı sənəd alınırdı. Bu sənədə əsasən şagird mütləq atasının himayəsindən çıxıb, müəlliminin mənəvi övladı olmalı idi. 15 yaşından aşağı olan kəs bu hikmət cəmiyyətinə qəbul edilmirdi. Təşkilatın üzvlərindən yaşlı nəsillə yox, müxtəlif elmlərə həvəsli olan, bu dünyanı və axirəti qəbul edən, qiyamət gününə, peyğəmbərin dediklərinə əməl edən, ehtiras və savaşlardan qaçan gənc nəsillə iş görmək tələb edilirdi.
Gənc İsmayıl onu da yaxşı xatırlayırdı ki, “Saflıq qardaşları” cəmiyyətinə qədəm qoyan hər şagirdə müəllimlər öncə bu sözləri deyirdi: “Bütün təbəqə və siniflərdən olan insanlarla təmas qurun. Səbirli olun və insanlara sevgi ilə yanaşın. Onlara yeməkdəki duz kimi qaynayıb-qarışın. Ağıllı bir loğman, həkim kimi davranın və mənəvi xəstələri sağaldın”.
Bu cümlələr “Saflıq qardaşları”nın özəyi sayılan Bəsrədə, təşkilatın yaradıcıları tərəfindən yazılmışdı və xilafət sərhədlərini aşaraq Qafqazda, Anadoluda bütün gizli ocaqlara yayılmışdı. İsmayıl da ilk olaraq bu sözləri əzbərləmiş, səhəri gün isə Evklid həndəsəsini öyrənməyə başlamışdı. Çünki bu gizli cəmiyyətin əsas qayəsi şəriət qanunlarından qurtularaq ilahiyə, Ədəbi Həqiqətə qovuşmanın hikmətinə vaqif olmaq idi. O səbəbdən də, məntiqi mühakimənin inkişafı üçün riyaziyyat elmləri ilə fəlsəfəni birinci növbədə tədris edirdilər.

HAŞİYƏ-1: Haqqında danışacağımız gizli elmi cəmiyyət bu gün az qala bütün dünyanın borclu olduğu “Saflıq qardaşları” birliyidir. Bəzi mənbələrdə “İxfan əs-Səfa” məktəbi kimi təqdim edilən gizli təşkilat, dövrün hakimi-mütləqlərindən xəbərsiz fəaliyyət göstərir, ən yaxşı alimləri öz sıralarına qatırdı. Məktəb X əsrdə qədim elm mərkəzi olan Bəsrədə yaranmışdı. Amma tezliklə Azərbaycan torpaqlarını da öz ziyasına bürüdü. Onlar hələ intibah dövründən əvvəl itib-batmaqda olan, misilsiz dəyərə malik antik yunan filosof və alimlərinin əsərlərini axtarıb tapır, onları qoruyur və ən əsası tərcümə edirdilər. Bununla da əsl elm və fəlsəfə mənbəyi olan yunan mətnlərinin hikmətini Şərq coğrafiyasında da yayırdılar. Şərqin “yeni platonçuları” adlandırılan “Saflıq qardaşları”nın təbirincə, Ali Səadətə qovuşmaq üçün insan ilk növbədə öz ruhunu saflaşdırmalı idi. Bunun da yeganə yolu elm və fəlsəfəyə yiyələnməkdəydi. Şəriət isə onları nə anlaya bilir, nə də qəbul edirdi. Şərq intibahının yaranmasında misilsiz xidmətləri olan “Saflıq qardaşları” “insanı kainatlaşdırmaq” düsturunu qədim yunan mətnlərindən qopararaq İslam dünyasına gətirmişdi. Onlar Aristotel və Platonun metafizik dünyagörüşünü, saf İslam etiqadı ilə sintez edərək “vəhdəti-vücud”un ilk müddəalarını yaratdılar. Tək elə buna görə, XII əsrdə özünün zirvə nöqtəsinə çatan və bir neçə əsr davam edən Şərq düşüncəsi, “Saflıq qardaşları”na çox minnətdar olacaqdı.

İsmayıl hələ tilmiz (gizli cəmiyyətin bütün məktəblərində bura yeni qədəm qoyan 15 yaşlı şagirdləri “tilmiz” adlandırırdılar) olan vaxtlarında birlikdəki nizamı qavramışdı. Bilirdi ki, burada ona öyrədilən bütün elmlərin əsas məqsədi insan ruhunun təmizlənməsini təmin etmək və onu əbədi səadətə qovuşdurmaqdır. Elm və hikmətin Ali Səadət qulluqçusuna çevrildiyi məkanda bütün şagirdlər arasında qardaşlıq münasibətləri var idi. Amma onlar da bilik və qavrama bacarıqlarına görə bir neçə qrupa bölünmüşdülər: Birinci qrupa 15-30 yaş arasındakı gənclər daxil idilər və onlar ancaq müəllimlərin buyruğu altında bilgi alırdılar. Fiziki təmizliyə önəm verən, fikirləşməyi və dərsləri mükəmməl qavramağı bacara bilən bu qrupun üzvləri “əl Əbrar-əl Ruhəma”, yəni, “dindar və mərhəmətli” adlanırdılar. İkinci qrupa 30-40 yaş arası insanlar daxil edilir və onlara fəlsəfi bilgilər verilirdi. Bu qrupun üzvləri “Əhyar-dindar” və ya “Fudala-bilgin” adlanır və ocaqlardakı şagirdlərə rəhbərliyi həyata keçirirdilər. Üçüncü qrup 40-50 yaş arası, fəlsəfi, elmi, şəriət biliklərinə malik olan insanlardan təşkil olunurdu. “Əl-Fudala-əl-Kiram” adlanan qrup üzvləri sultanlıq mövqeyində idilər. Nəhayət, sonuncu qrupa daxil olan insanlar 50 yaşdan yuxarı olanlardan ibarət idi ki, onlar fövqəlduyuma, uzaqgörənliyə sahib saflıq ardıcılları sayılırdılar və onları Məlaikə-mukarribin adlandırırdılar.

İsmayılın aid olduğu birinci qrup ikinci qrupdan yalnız nəvaziş görür, oradakıların mehribanlığına və qardaşlıq eşqinə tuş gəlirdi. Amma heç vaxt “ikinci mərtəbə”nin üzvləri ilə elmi müzakirələrə girişmirdilər. Həmçinin, ikinci qrupun üzvləri də üçüncü qrupun seçilmişləri ilə pərdə saxlayırdılar.
“Saflıq qardaşları” öz aralarında şəriəti “açıq din” adlandırırdılar. Yəni, burada hər şey hamının qavradığı, fərqinə vardığı və icra etdiyi rituallar sistemi idi. Amma batində qalan məna çox az insana çatırdı. “İxfan əs-Səfa” məktəblərində tədris olunan batini elmlərin əsas məqsədi ruhu arındırmaq, onu xoşbəxtlik mərtəbəsinə çatdırmaq idi. Bu ocaqlarda filosofları, batini elmlərə yiyələnərək, ilahi səadətə qovuşmaq üçün hazırlayırdılar.

Saflıq ardıcıllarının fəlsəfəsinin əsasını kainatın Tək ilahi qaynağının olması və ruhların bu qaynağa, yəni Tanrıya geri dönüşü inancı təşkil edirdi. Necə ki, sözlər ağızdan, işıq günəşdən yayılır, eləcə bütün kainat da Tanrıdan qaynaqlanır.

Bu fəlsəfəni biz daha sonra Azərbaycanın ən güclü filosoflarından biri Şihabəddin Sührəverdinin “işraqilik” təlimində görürük. Böyük Sührəverdinin bu “işıq fəlsəfəsi”ndə Küldən qopmuş işıq zərrələri yenidən ona doğru qayıdır. Şərqşünas alim Zakir Məmmədovun Sührəverdidən tərcümə etdiyi “İşıq heykəlləri” əsərində bu detal qabarıq əks olunub. Klassik fəlsəfədə isə buna “emanasiya” deyilir.

Emanasiya inancına görə, öncə vahid İşıq Toplusu, yəni, Tanrı mövcuddur, ondan mərtəbə-mərtəbə ağıl və ruh yaranır. Ruhdan dördüncü olaraq ilk maddə, beşinci olaraq təbiət, altıncı – cisimlər meydana çıxır. Ardınca yeddinci – fələklər, səkkizinci – elementlər və ondan da doqquzuncu olaraq mədənlər, bitkilər, heyvanlar meydana çıxır. Kainatı makrokosmos, insanı mikrokosmos kimi qəbul edən Saflıq ardıcıllarının fikrincə, “bədənimiz kainatın bir parçasıdır, ona görə də ruhumuz da Kosmik ruhun bir parçasıdır. Kosmik ruh varlıqları necə idarə edirsə, ruhumuz da bədənimizi o cür yönəltməkdədir.

İsmayıl və başqa tilmizlər bu fəlsəfənin mahiyyətini yavaş-yavaş qavradıqları zaman dövrün nadan hakimlərinin fitvası ilə Təbrizdəki gizli ocaq aşkarlandı. Dördüncü qrupun üzvləri olan əsas idarəçilər təhlükəsizlik naminə və xüsusən də tilmizləri qorumaq üçün onları bazar meydanlarına səpələdilər. Ətrafındakılardan fərqlənməyən şagirdlər fiziki baxımdan xilas olsalar da, iqamətgahın dağıdılması onları mənən öldürdü.

HAŞİYƏ-2: – ”Saflıq Qardaşları” cəmiyyətinə aid olan filosoflar qrupu əsasən üç işlə məşğul idi: tədris, tərcümə və yazı. Onlar şagirdləri öyrətməkdən də çox, qiymətli mətnlərin tərcüməsinə diqqət edirdilər. Bu cür tərcümələr bütün elm sahələrinə aid olmalı idi. Hətta musiqi fəlsəfəsinə aid tərcümələrə də yer ayırırdılar.

Onlar bu tərcümələr vasitəsilə musiqi, təbiət ünsürləri (hеyvanlar, bitkilər, minеrallar) və rənglər arasında uyğunluq haqqında təlim yaratdılar. Saflıq filosofları hеsab еdirdilər ki, müxtəlif alətlərdə çalınan musiqi insan şüuruna dərman bitkiləri və ətirli ədviyyələr kimi təsir еdir. Məsələn, tarda çalınan musiqi ətirli zəfəran kimi, nağara – mixək və jеnşеn, ud – pişikotu, nеy – badrəncbuyə, zurna – tünd qəhvə kimi təsir göstərir.

İxfan əs-Səfanın həm Qərb, həm də Şərq dünyagörüşlərini özündə birləşdirməsi xristian və islam dünyası arasındakı soyuqluğu aradan qaldırmaq gücünə malik idi. Belə ki, Saflıq qardaşlarının Fəsdə yerləşən təşkilatının səyi nəticəsində tezliklə onların ideyaları İspaniya ərazilərinə yayılaraq, oradan da digər Avropa ölkələrinə istiqamətləndi.

Dörd hissədən ibarət “Saflıq qardaşları və vəfa munisləri” ensiklopediyasındakı əlli iki traktatdan on dördü riyaziyyat, on yeddisi təbiət, onu metafizika və on biri ilahiyyat məsələlərinə həsr olunub. Riyaziyyata aid traktatlarda riyazi fənlərin idraki əhəmiyyəti yüksək qiymətləndirilib. Saya dair traktatda deyilir ki, sayların nəfslərdəki surətləri mövcudatın materiyadakı surətlərinə uyğundur. Həndəsəyə dair traktatda məqsəd hissi şeylərdən əqli şeylərə, cismani şeylərə, cismani şeylərdən ruhi şeylərə, konkret şeylərdən mücərrəd şeylərə keçməkdə nəfsin düzgün istiqamətləndirilməsidir. Digər traktatlarda isə beləcə, insan nəfsinin biliklərlə zənginləşdirilməsi, idraki qüvvələrə yiyələnməsi, nəhayət, kamilləşməsi, saflaşması qayəsi qarşıya qoyulur.

. İsmayıl gizli ocağın dağıdılmasından sonra öz ruhi inkişafını dondurmuş oldu. Bəzi mənbələrin dediyinə görə, “Saflıq qardaşları”nın Anadolu, Azərbaycan, hətta Avropa ərazisində dağıdılan iqamətgahlarının üzvləri sonradan bu birliyin mərkəzi olan şəhərə getmədilər. Çünki onlar üçün bir elm ocağının dağıdılması, ümumiyyətlə, elmin süqutu idi.
Haqqında danışdığımız İsmayıl da ocaqda yiyələndiyi bilgilərindən istifadə edib sonradan ortabab bir tacir oldu. Ömrünün sonunda isə müflisləşdi.

Məncə, bu gün bəzi islam ölkələrindəki duruma diqqət edəndə anlayırsan ki, bir vaxtlar Qərbə meydan oxuyan, indi isə ondan xeyli geridə qalmış Şərq də elə həmin o İsmayılın vəziyyətindədir – elmdən, ziyadan uzaqlaşıb qaranlığa qərq olan İsmayılın.
(red.- Elmin Nuri)

“Sufizm” (təsəvvüf)

VIII-IX əsrlərdə meydana gələn sufizm müsəlman Şərqində ən çox yayılmış dini-fəlsəfi, mistik dünyagörüşdür. Təsəvvüfün həm Şərq, hən də Qərb tədqiqatçılarının çoxu bu fikirdədir ki, bu təlim islam dini zəminində meydana gəlib və onun iki əsas mənbəyi var: Quran və sünnət. Başqa kənar təsirlərin o qədər də əhəmiyyəti yoxdur.
Sufizm təmsilçiləri hesab edirdilər ki, şəxsi ruhi-psixoloji təcrübə vasitəsilə insanın Allah ilə bilavasitə mənəvi ünsiyyəti, heç olmasa hələlik kənardan seyr etməsi, sonra isə tamamilə qovuşması mümkündür. Bu ünsiyyət ürəyində dərin ilahi məhəbbət olan insanın ehtiraslı vəcd (ekstaz) və mənəvi işıqlanma vasitəsilə yaranır. Orta əsrlərdə belə cərəyanlar nadir hadisə deyildi. Mistika bəşəriyyətdə mövcud olan bütün böyük dini sistemlərdə (buddizm, hinduizm, iduaizm, xristianlıqda) müəyyən yer tutur. Lakin təsəvvüf özəllikləri ilə onlardan kəskin surətdə fərqlənir. Amerika tədqiqatçısı Annemari Şimmel yazır: “Mistsizmə Mütləqə məhəbbət kimi tərif vermək olar, belə ki, əsl mistsizmi asketizmdən fərqləndirən qüvvə məhəbbətdir. İlahi məhəbbət sınaq və qəlbin təmizlənməsi üçün göndərilən çətinliklərə dözmək və hətta buna sevinmək qabiliyyətini axtaranlara güc verir”.

Sufilərə görə həqiqi bilik ilahi nurlanma yolu ilə, (red.- emanasiya) mistik məhəbbətlə, Allaha yaxınlaşmaq və nəhayət, Ona qovuşmaqla əldə edilir. Ona görə də sufilər intuitiv idrakı can atırlar. Onlar hesab edirlər ki, Allaha yeganə substansiyadır və dünya bu yeganə, bütöv substansiyanın təzahürləridir; bütün cisimlər, təbiət hadisələri müvəqqəti olaraq öz başlanğıcdan ayrılırlar, darıxırlar, qayıtmaq vəhdəti, insanın Allaha qovuşmasının yalnız bir yolu var – məhəbbət. Burada ağıl gücsüzdür.

Sufizmin üç mərhələdən keçdiyini daha çox qeyd edirlər: 1) şəriət – islamın bütün hüquq qaydalarının yerinə yetirilməsi; 2) təriqət – hörmətli, tanınmış şeyxin, pirin yanında şagirdlik (müridlik) dövrü; arası kəsilməyən dualar və gərgin düşüncələr, rəqslə müşayiət edilən dini ayinlər vasitəsilə şəxsi iradəni məhv etmək; 3) mərifət – Allahı ağılla yox, qəlblə dərk etmək; 4) həqiqət – mistik üsullarla mərifətlə həqiqəti Allahda tapmaq.

Yeni platonçuluq ilə təsəvvüf arasınakı əsas fərq ondan ibarətdir ki, təsəvvüf hər şeydən əvvəl dini mistsizmdir, yeni platonçuluq isə fəlsəfi mistsizmdir; yeni platonçuluğun əsasında ağıl, təsəvvüfün əsasında isə inam dayanır. Çünki ağıl nə qədər uca olsa da, Allaha çatdıra bilmir. Həqiqəti dərk etməyin əsas yolu İlahi eşqdir.

Böyük sufi-filosof əl-Ərəbinin fikrincə məhəbbətin müxtəlif növləri son nəticədə Yaradan ilə yaradılanlar arasında qarşılıqlı məhəbbətə müncər edilir və yalnız insanda məna kəsb edir. Əgər məhəbbət səmimidirsə, o, insan şəxsiyyətini inkar edir (fəna və ya fənafillah) və onu Allahın varlığında əridir (beka və ya bəqa). O, deyirdi: “Sevən insanın ağlını almayan və ona sevdiyindən başqa nəyinsə haqqında fikirləşmək imkanı verən hər hansı məhəbbət səmimi deyil. Bu yalnız özünü inandırmaqdır. Kimsə demişdi:

Ağılla idarə edilən məhəbbətdə
Yaxşı heç nə yoxdur”.

Sufizm aşağıdakı prinsiplərə inanmağı tələb edir: 1) günaha görə peşmançılıq; 2) sufinin yeganə qoruyucusu Allahdır; 3) Allah hər şeyi görür və ondan heç nəyi gizlətmək olmaz; 4) sufi yalnız Allahın köməyinə arxalanır; 5) sufi daim Allaha yaxınlaşır, onu ağıl ilə deyil, qəlb ilə görür, daim hiss edir, sevir və nəhayət, ona qovuşur. Bu çox uzun və məşəqqətli yoldur.
Sufilərin fikrincə, yalnız bir Mütləq Varlıq var. O təkdir, şəriksizdir, əbədidir, məkansızdır. Bu Allahdır. Bütün Kainat – canlı və cansız təbiət, tək-tək əşyalar, cəmiyyət, o cümlədən insanlar şərti olaraq “varlıq” adlandırılsa da, onlar fanidir, keçicidir, əvvəli və axırı var. Beləliklə, tək Varlıq və yoxluq var, mövcud olan hər şey sözün həqiqi mənasında varlıq deyil, yoxluqdur. Yoxluq Varlığa çevrilə bilər, bunun şərtləri var. Bu yalnız insana aiddir. Hər bir insan, artıq deyildiyi kimi, çalışmalıdır ki, öz mənliyini yox etsin, varlığını atsın, maddi dünyaya aludə olmasın, mənəvi cəhətdən saflaşsın, nəticədə İlahi məhəbbət yolu ilə özünü yox edərək Allaha qovuşsun, Mütləq Varlıqda əriyib əbədiyyətə çatsın, yəni əsl Varlığa çevrilsin. Məsələn, böyük Mövlana Cəlaləddin Rumi (1207-73) soruşur ki, insan öz varlığını harada axtarmalıdır və cavab verir ki, öz varlığını tərketmədə. Əks halda insan ölümsüzlüyə çata bilmir. “Varlıqdan imtina edənlərə və mənlik qorxusundan azad olanlara fələk də, günəş də, ay da xidmət və təzim edir”. Yəni insan öz varlığından imtina edərək, onu Allahın varlığına qovuşdura biləndə müqəddəsləşir və bütün Kainat ona baş əyir. Çünki, “dünya sənin nəzərində böyük və nəhayətsiz görünsə də, bil ki, qüdrəti – İlahiyyə qarşısında bir zərrə də deyil”.

Əl-Ərəbi fənanın yeddi mərhələsini göstərirdi: 1) Allaha zidd hərəkətlərdən imtina; 2) insan fəaliyyətinin xəyali sərbəstliyindən imtina və onun Allahdan gəldiyini başa düşmək; 3) yaradılanların bütün xassələrindən imtina və dünyaya Allahın gözü ilə baxmaq; 4) Allahın böyüklüyünü seyr edərək öz şəxsi mövcudluğundan imtina; 5) Allahı seyr edərək ətraf mühitdən imtina; 6) Allahdan başqa hər şeydən; hətta Onun maddi dünyadakı predmetlərdə gizlənən fəaliyyətinin təzahürlərindən təcrid olunma; 7) İlahi atributlardam təcrid olunma və dünya ilə heç bir əlaqə yaratmadan Allahı seyr etmək.

Hürufilik

Hürufilik fəlsəfəsinin əsasında islam mistsizmi – təsəvvüf dayanır. Hürifilik öyrədir ki, hərflərin sirrini, bu yolla dünyada təzahür edənlərin ad və mahiyyətinin sirrini öyrənərək insan Yaradanın sirlərini anlayır, onun təzahürlərini yaradılanlarda, ilk növbədə özündə tapır. Lakin Allah yalnız elə insanda özünü göstərir ki, o insan ən yüksək kamillik dərəcəsinə çatmış olsun, yəni öz varlığını Onun varlığında yox etməyin zəruriliyini dərk etsin.
Hürifizmin banisi Azərbaycan şairi və mütəfəkkiri Fəzlullah Nəimi (1339-94), ən böyük nümayəndəsi isə İmadəddin Nəsimidir (1369-1417). Nəsiminin dünyagörüşü hürifilik ilə məhdudlaşmır və bütövlükdə təsəvvüf fəlsəfəsini əhatə edir.
Onun dünyagörüşünə məşhur İlahi eşq şairi Mənsur əl-Həllacın (859-912) “Ənəlhaq” (Mən Həqiqətəm) təliminin həlledici təsiri olmuşdur. Nəsimi göstərdirdi ki, insan öz mənliyindən imtina edib Allahla birləşəndən sonra yalnız bir Mən – Allah qalır. Onun əsərlərində “Haqq” (Allah) ilə “cümlə aləm” arasındakı vəhdət üçün “İnsan” (Mən) anlayışı vasitə olur. İnsan ən geniş mənada Allah, həm də “cümlə aləm”dir. Lakin hər insan yox, ən kamil təmiz mənəviyyata nail olub ilahiyyata qovuşan insan belə çıxış edə bilər. Belə “Mən” “Haqq” (Allah) ilə eyniləşdirilir:

Mənsur ənəlhəq ayidər, yəniki, Həq mənəm Həq,
Surəti Rəhman buldum, surəti-Rəhman mənəm.

Mən həm də bütün dünyanı əhatə edir:

Mən mülki-cahan, cahan mənəm, mən!
Mən Həqqa məkan, məkan mənəm, mən!
Mən cümlə cahanü kainətəm,
Mən dövrü zaman, zaman mənəm, mən!

“Mən” (Allah) kainata yerləşmir, əksinə, bütün kainatı özündə yerləşdirir. “Sığmazam” rədifli qəzəl bu münasibətlə deyilmişdi:

Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhərü laməkan mənəm, kövnü məkanə sığmazam.

Əlbəttə “Gövhəri laməkan” (məkansız substansiya), yəni Allah öz yaratdığı iki dünyaya (bu dünya və o dünyaya) və “kövnü məkana” (var olan məkana) sığa bilməz.

İşrakilik

İşrakiyyə fəlsəfəsi müsəlman xalqlarının fəlsəfə tarixində xüsusi yer tutur. Bu təlimin yaradıcısı Azərbaycan filosofu Şihabəddin Sührəvərdi (1154-91) olmuşdur. Bu fəlsəfi təlim Qədim Şərq, Qədim Yunan fəlsəfəsi (xüsusən neoplatonizm) və təsəvvüf (sufizm) əsasında yaranmış və formalaşmışdır. “İşrak” (ərəbcə “əl-işrak” – aydınlaşdırma, işıqlandırma) sözü öz mənasına görə latın termini “emanasiya” sözünə uyğun gəlir. Burada işıq və zülmət haqqında zərdüştlüyün açıq təsiri görünür. İşrakizmə görə Günəş əşyaları işıqlandırdığı və görünən etdiyi kimi, mənəvi şüalanma və yaxud intuisiya da insana həqiqət yolunu göstərir. Burada əl-Qəzalinin də Sührəvərdiyə təsiri hiss olunur.
İşrakizm təliminə görə insan ruhu İlahi işıqdan törəyən işıqdır. İnsanın bütün fəaliyyəti onun daxilində mövcud olan İlahi işığın sayəsində mümkün olur. İdarə edən işıq ilə bədən arasındakı əlaqə müvəqqəti və keçicidir. Bədən ölüb yox olandan sonra bu işıq (ruh) yaşamaqda davam edir. Bədəndən azad olan ruh yüksək İlahi işığa qədər yüksəlir, işıqlar işığına (nur-əl-ənvərə) doğru hərəkət edir, lakin hələlik ona qovuşa bilmir, onun ali gözəlliyini seyr edə bilir və səadətə çatır.
Beləliklə, Sührəvərdi fəlsəfəsinin əsas məqsədi insan ruhunun öz əzəli başlanğıcına doğry gedən yolu göstərməkdir. Bu fəlsəfə islam fikir tarixində mistzism ilə rasional fəlsəfəni yaxınlaşdırmaq yolunda ilk ciddi təşəbbüsdür.

İstifadə olunmuş ədəbiyyat:

Yusif Rüstəmov “Fəlsəfə tarixində fəlsəfə” kitabı

Elmin Nuri “Gizli elm cəmiyyəti – Saflıq qardaşları təşkilatı” məqaləsi

ELM NƏDİR

Elm, təcrübəyə əsaslanan üsullar və həqiqətdən faydalanaraq nəticə çıxarmağa çalışan nizamlı məlumatdır. İçində yaşadığımız həyatı şərh etməyə çalışır. Varlığın necə olduğunu, niyə meydana gəldiyini araşdırır. Olaylar üzərində təsvir, açıqlama və fərziyyə etmək imkanı verir, təcrübələri tətbiqlərlə inkişaf etdirir, mövzuları yoxlamaq, mühakimə etmək imkanı yaradır.

Elm adına ilk səylər miladdan əvvəl IV minillikdə Mesopotamiyada ortaya çıxmışdır. Şümerli rahiblər ulduzları müşahidə edərək qeydlər etmişlər. Babil, Misir və Yunan sivilizasiyaları da sonrakı minilliklərdə müşahidələrini qeyd etmiş və bənzəri təsbitlər edərək inkişaf etdirmişlər. Yunanlı filosof Aristotelin (e.ə. 384-322) zamanında elm deyilə biləcək fəaliyyət fəlsəfə ilə əlaqəli olmuşdur. O zaman bugünkü mənada elmi fəaliyyət yox idi. Amma antik dövrdə filosoflar indiki elm adamlarının soruşduğu sualları soruşur və təbiəti şərhə etməyə çalışırdılar.

İsak Nyutonun (1642-1727) zamanında da elm fəlsəfənin bir sahəsi olaraq görülməkdə idi. “Təbiət fəlsəfəsi” fizika, kimya, biologiya kimi elmləri əhatə edən bir fəaliyyət idi. Daha sonra təbiət fəlsəfəsi olmaqdan çıxıb fərdi sahələr halına gələn fənn elmləri ilə müasir elm ortaya çıxdı. Biologiya canlıların həyatı, fizika dünyanın necə işlədiyi və enerji mübadiləsi, kimya kainatın atomlardan orqanizmlərə qədər necə bir araya gəldiyi ilə maraqlandı. Getdikcə artan ixtisaslaşma nəticəsində 600-dən çox elm sahəsi meydana gəldi.

Ətrafımızdakı hər şey elmin mövzusu ola bilər. Elmi fəaliyyət əvvəlcə müşahidə ilə başlayır. Müşahidə edildikdən sonra şüurlu bir təxmin, hipotez (fərziyyə) həyata keçirilir. Daha sonra, fərziyyəni təcrübə və müşahidə ilə sınaqdan keçirərək açıqlamaq lazımdır. Ümumi bir vəziyyət olduğunu dəstəkləmək “qayda” yaradılması adlanır. Bu qaydalar əks bir dəlil olmadığı müddətcə etibarlıdır. Elm tənqidi və məntiqi düşünməyə əhəmiyyət verir. Tənqid edilməyən məlumat elmi deyil. Bir şeyin elm ola bilməsi üçün sınanması və müşahidə olunması lazımdır.

TƏBİƏT FƏLSƏFƏSİNDƏN ELMƏ KEÇİD

Mesopotamiyadakı elmi inkişafların sistematik olmaması nəticəsində elmin başlanğıcının antik yunan filosofları olduğu qəbul edilir. Bunun səbəbi, Şərqdə mədəniyyətin davamlı olmamasındadır. Yunanın digər mədəniyyətlərdən ayrıldığı nöqtə mədəniyyətin transferi oldu. Fəlsəfənin də başlanğıcı buralara bağlıdır. Müdriklik, düşünmə intizamı hər mədəniyyətdə vardır, ancaq bunu sistem halına gətirən və tarix boyunca davamlılıq təmin edən yunanlılar.

Yunanlılar dövründə elm yerinə fəlsəfə ilə məşğul olurdular. Bütünə olan maraq, həyatın işləyişini axtarmaq və sistemi həll etmə istəyi filosoflardan başlamışdır. Təbiət fəlsəfəsi min il ərzində elmin keçmişini meydana gətirmişdir. İntibah ilə fərqli ixsisaslar ortaya çıxmış və filosofların sormadığı sualları elm adamları soruşmağa başlamışlar. Elmin fəlsəfədən ayrılması kapitalın himayəsi ilə gündəmə gəlmişdir. Qısacası, fəlsəfənin içinə pul girincə elm fəlsəfədən kənarlaşdırılmışdır. Müşahidə və təcrübə də pulun mümkün qıldığı labaratoriyalara sövq edilmişdir.

Nyutonun şah əsəri olan Philosophiae Naturalis Principia Mathematica adından da aydın olacağı üzrə “Natural fəlsəfənin riyazi başlanğıcı” adını daşıyır. XVIII əsrə qədər davam edən fəlsəfə aktuallığı XIX əsrdən etibarən itməyə başlamışdır. Günümüzə qədər də fəlsəfə elmdən ayrılmış, hətta günümüzdə elmə qarşı olan bir sistem olaraq qəbul edilmişdir. Fəlsəfənin atılmasının Sənaye inqilabı bərabər gəlməsi və günümüzün də çılğın bir istehlak mədəniyyətinə aid olması maraqlıdır. Fəlsəfə satıla bilən bir məhsul vermədiyi üçün elm qədər gündəmdə deyil. Burada elmin fəlsəfədən törəyib onu qınamasına diqqət çəkməliyik. Fəlsəfədən doğan elmin fəlsəfəni rədd etməsinə qədər gəlmiş vəziyyətdəyik.

Comments are closed, but trackbacks and pingbacks are open.