Press "Enter" to skip to content

Azərbaycan dilinin fonetikası

Tələffüz zamanı sözün asanlıqla bölünən hissələrinə heca deyilir.Məsələn: və-tən, a-zad-lıq, dil-çi-lik və s. Hecanın əsasında saitlər dayanır. Sözdə neçə sait səs varsa, o qədər də heca olur. Heca bir saitdən də ibarət olur. Məsələn: a-na, ü-rək, ma-a-rif və s. Sözü sətirdən sətrə keçirərkən bir hərfdən ibarət olan hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz.

Fonetika

Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.
Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini tələffüz edir və eşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a]
Danışıq səsləri fərqli xüsusiyyətlərinə görə iki növə bölünür: saitlər, samitlər.
Saitlər ağız boşluğunda sərbəst və maneəsiztələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazlasəslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir.
Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur.

Saitlərin bölgüsü

Dilimizdə 9 sait səs var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var.
1. Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqü vəziyyətinə) görə:
Qalın saitlər: [a], [ı], [o], [u]
İncə saitlər: [e], [i], [ə], [ö], [ü]
2. Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin şaquli vəziyyətinə) görə:
Qapalı saitlər: [ı], [i], [u], [ü]
Açıq saitlər: [a], [e], [ə], [o], [ö]
Qapalı saitlərin tələffüzündə alt çənə yuxarıya doğru qalxır və ağız boşluğu daralır. (Buna görə də onlara dar saitlər də deyilir). Bu saitləri asan yadda saxlamaq üçün dilimizdəki dörd cür yazılan şəkilçiləri (-çi, -çi, -çu, çü,-lıq,-lik,-luq, -lük və s) yadda saxlamaq lazımdır. belə şəkilçilərin tərkibində qapalı saitlər iştirak edir. Açıq saitlərin tələffüzündə isə alt çənə aşağı düşür və ağız boşluğu genəlir. (Buna görə də onlara gen saitlər də deyilir).
3. Dodaqların vəziyyətinə görə:
Dodaqlanan saitlər [o], [ö], [u], [ü]
Dodaqlanmayansaitlər: [a], [e], [ə], [ı], [i].
Dodaqlanan saitlərin tələffüzündə dodaqlar bir qədər irəliyə gəlir və dairəvi şəkil alır. Dodaqlanmayan saitlərin tələffüzündə isə bu hal baş vermir.
Sait səslərin növlərini aşağıdakı cədvəldə daha aydın şəkildə görmək olar:

Cədvəldən göründüyü kimi, hər bir saitin üç növü var. Məsələn: [a] saiti qalın, açıq, dodaqlanmayan; [ü] saiti incə, qapalı, dodaqlanandır.
Bəzi saitlərin uzun tələffüzü
Dilimizdə, əsasən, ərəb mənşəli bir sıra sözlər var ki, onlarda bəzi saitlər bir qədər uzun tələffüz olunur.
Məsələn: Arif, alim, Sabir, şikayət, əfsanə sözlərindəki [a:] səsi; Etibar, elan, nemət sözlərindəki [e:] səsi; möcüzə,, şölə, mötəbər sözlərindəki [ö:] səsi; məna, bəzi, tətil sözlərindəki [ə:] səsi uzun tələffüz olunur. Goründüyü kimi, [e], [e], [ö] saitlərinin uzun tələffüz edildiyini bildirmək üçün yazıda çox vaxt bu saitlərdən sonra apostrof(çixarılıb) isarəsi qoyulur.
Bezi sözlərdə [i], [u] və [o] saitləri də uzun tələffüz olunur. Məsələn: vəsiqə, həqiqət, zinət sözlərində [i] saiti; Füzuli, musiqi, xüsusi sözlərində [u] saiti uzun tələffüz olunur. Dovşan, sonra, dovğa, lovğa və s. kimi sözlərdə [o] saiti uzun tələffüz olunur. belə sözlərdə o hərfindən sonra gələn v samiti (bəzən də n samiti) tələffüzdə düşür [do:vşan], [so:ra], [lo:ğa] Eyni hal tövbə, lövbər, bənövşə və s. kimi sözlərin tələffüzündə də baş verir: [tö:bə], [l:.bər], [bə:növşə].
Dilimizdəki [1] və [ü] saitləri isə uzun tələffüz olunmur.
Qoşasaitli sözlərin yazılışı və tələffüzü
Dilimizdə bəzi sözlər var ki, onlarda iki sait səsi ifadə edən hərflər yanaşı gəlir. Belə sözlər qoşasaitli sözlər adlanır. Qoşasaitli sözlərin çoxunun yazılışı və tələffüzü fərqlənir. Bu aşağıdakı qaydada olur
1. Eynicinsli qoşa saitləri ifadə edən iki hərf bir uzun sait kimi tələffüz olunur. Məsələn: saat — [sa:t], maaş- [ma:ş], camaat — [cama:t], təəssüf — [tə:ssüf], mətbəə — [mətbə:], bədii- [bədi:], təbii — [təbi:] və s.
2. Tərkibində ai, ei, ie, (bəzən də io, ia, eə, ea) hərf birləşmələri olan sözlər bu saitlər arasına y samiti əlavə olunmaqla tələffüz edilir. Məsələn: ailə [ayilə], daima — [dayima], zəif — [zəyif], Səidə — [Səyidə], təbiət — [təbiyət], müdafiə — [müdafiyə], radio — [radiyo], dialoq — [diyaloq], iaşə — [iyaşə], maneə — [maniyə].
3. Tərkibində əa, üa, üə hərf birləşmələri olan sözlərdə birinci sait dəyişilir, ikincisi isə bir qədər uzun tələffüz edilir. Məsələn: səadət — [saadət], fəaliyyat — [fa:liyət], müavin [mavi], müalicə — [malicə], müəyyən — [məyyən], müəllim — [məllim] və s.
Qeyd 1: Əliağa, əmioğlu əliaçıq, bacıoğlu, dayıoğlu, xalaoğlu, başıaçıq və s. kimi qoşasaitli mürəkkəb sözlərin tələffüzündə də yanaşı gələn saitlərdən birincisi deyilmir, lakin ikincisi uzun tələffüz olunmur:Əliağa — [Əlağa, əmioğlu — [əmoğlu], əliaçıq — [əlaçıx], bacioğlu — [bacioğlu], xalaoğlu — [xaloğlu]s.
Qeyd 2: Şüar, şücaət, məcmuə, sual, mətbuat, seans, bəraət, şüəra, riayət və s. kimi qoşasaitli sözlərdə bunlarin heç biri baş vermir.

Ahəng qanunu

Ahəng qanunu dilimizin əsas fonetik qanunudur. Sözdə qalın və incə saitlərin ahənginə, bir-birini izləməsinə ahəng qanunu deyilir.
Ahəng qanununa görə söz qalın saitli heca ilə başlayırsa, sonrakı hecalar da qalın saitli olur. Məsələn: ya+zı+çı+lar. Eyni hal incə saitlə başlanan sözlərə də aiddir. Məsələn: ə-kin-çi-lə-ri-miz. Əsl Azərbaycan sözləri ahəng qanununa tabe olur(İşıq, ilan, ilğım, inam, iraq, ilxi, ildırım, ilıq, işartı və s. kimi bir neçə söz istisnadır). Bir çox alınma sözlərdə isə ahəng qanunu pozulur. Məsələn: alim, vəfa, kitab, dünya, büro və s.
Ahəng qanunu kök və şəkilçi arasında daha möhkəm və sabit (dəyişməz) olur. Belə ki, hər hansı bir sözə öz dilimizə məxsus şəkilçi artırsaq, o, hökmən sözün son hecasının ahənginə uyuşmalıdır. Məsələn: ki-tab+da, təy-ya-rə+çi+lər və s.
Qeyd: Əsl Azərbaycan sözlərindən ibarət olan bəzi mürəkkəb sözlərdə də ahəng qanunu pozulur. Məsələn:dəvəqusu, quşüzümü, günəbaxan, Günay, Aybəniz və s.

Heca

Tələffüz zamanı sözün asanlıqla bölünən hissələrinə heca deyilir.Məsələn: və-tən, a-zad-lıq, dil-çi-lik və s. Hecanın əsasında saitlər dayanır. Sözdə neçə sait səs varsa, o qədər də heca olur. Heca bir saitdən də ibarət olur. Məsələn: a-na, ü-rək, ma-a-rif və s. Sözü sətirdən sətrə keçirərkən bir hərfdən ibarət olan hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz.

Vurğu

Sözdə hecalardan birinin o birinə nisbətən daha qüvvətli deyilməsi vurğu adlanır. Üzərinə vurğu düşən heca vurğulu heca adlanır. Dilimizdəki sözlərin çoxunda vurğu son hecadakı sait səsin üzərinə düşür. Məsələn: Azərbaycan, azadlıq, istiqlaliyyət və s. Bayaq, dünən, bildir, niyə, necə, sa`nki, ancaq və s. kimi əsl Azərbaycan sözlərində, elecə də üstünlük dərəcəsində olan sifətlərdə: (gömgöy, sapsarı, qupquru və s.) vurğunun ilk hecanın üzərinə düşməsi istisnadır.
Bəzi sözlərdə vurğunun yerini dəyişməsi ilə məna da fərqlənir. Məsələn: alın (isim — bədən üzvü) – alın (fel), güldür (çiçəkdir) –güldür (fel), dimdik (isim) — dimdik (sifət) və s.
Sözdə vurğunun yerini müəyyən etmək üçün sözü hecaya ayırmadan vurğunu əvvəl birinci hecanın, sonra ikinci, daha sonra isə üçüncü hecanın üzərində demək lazımdır. Məsələn: qə`rənfil, qərə`nfil, qərənfi`l Aydındır ki, bu sözdə vurğu sonuncu hecanın üzərinə düşür.
Qeyd: Yuxarıda qeyd olunduğu kimi dilimizdəki bəzi sözlərdə uzun tələffüz olunan saitlər vardır. Məsələn: Adil, Sabir, laqeyd,həkim, memar, məna, şölə və s. Bu sözlərin hamısında vurğu sonuncu hecaya düşür. Deməli, saitin uzun tələffüz olunması heç də o demək deyil, həmin heca vurğulu olmalıdır. Nadir hallarda isə uzun saitli heca ilə vurğulu heca üst-üstə düşür. Məsələn:sonra — [so:ra], bəzi- [bə:zi] və s.
Sözlərin düzgün deyiliş qaydalarını orfoepiya, düzgün yazılış qaydalarını isə orfoqrafiya öyrənir. Orfoepiya lüğətində sözlərin düzgün tələffüz şəkilləri, orfoqrafiya lüğətində isə düzgün yazılış formaları verilir.

Mənbə Möhsün Nağısoylunun Azərbaycan dili kitabı

  • Teqlər:
  • fonetika
  • , saitlər
  • , samitlər
  • , ahəng qanunu
  • , heca
  • , vurğu
  • , Azərbaycan dilinin fonetikası
  • , Azərbaycan dili
  • , fonetik təhlil

Azərbaycan dilinin fonetikası

Azərbaycan dilində 9 sait və 23 samit fonem (26 samit səs) var. Saitlər qalın və incə, dodaqlanan və dodaqlanmayan, qapalı və açıq, dilönü, dilarxası və dilortası deyə qruplara bölünür. Kəmiyyətə görə isə adi, uzun və qısa deyə üç qrupa ayrılır:

1) qalın saitlər: – a, u, o, ı
2) incə saitlər – ə, e, ö, ü, i
3) dodaqlanan saitlər – o, u, ö, ü
4) dodaqlanmayan saitlər – a, e, ə, i, ı
5) dilönü saitlər – ə, i, e, ü
6) dilortası sait – e
7) dilarxası saitlər– a, i, o, u
8) qapalı saitlər – u, ü, ı, i, e
9) açıq saitlər – o, ö, a, ə
Azərbaycan dilində oğuz qrupuna daxil olan türk və qaqauz dillərində, əksər türk dillərində olmayan ə saiti geniş yayılmışdır.
Azərbaycan dilində ı saiti söz əvvəlində müşahidə olunmur.
Azərbaycan dilində samitlər də iki yerə bölünür: kar və cingiltili samitlər. Cingiltili və kar samitlərin çoxu cütlük təşkil edir:
Cingiltili samitlər: [b] [c] [d] [g] [ğ] – [j] [q] [l] [m] [n] [r] [v] [y] [z]
Kar samitlər: [p] [ç] [t] [k] [x] [h] [ş] [k`] – – – – [f] [x`] [s]
Azərbaycan dilində heç bir türk dilində olmayan kipləşən dilortası, kar (k) və cingiltili (g) samitləri vardır. Eyni zamanda söz önündə h samitinin mühafizəsi də spesifik əlamət kimi qeyd olunmalıdır.
Y samiti söz əvvəlində dialekt və şivələrdə geniş yayılsa da, ədəbi dildə düşə də bilir: üzük-yüzük, ürək-yürək, üz-yüz və s.
Azərbaycan dilində ğ samiti söz əvvəlində işlənmir. Bundan başqa, Azərbaycan dili samitlərinin söz ortasında qoşalaşması (geminat) hadisəsi də (saqqal, addım, səkkiz və s.) spesifik xüsusiyyət kimi qeyd edilməlidir.
Bütün türk dilləri üçün səciyyəvi olan ahəng qanunu Azərbaycan dilində də mühafizə olunur. Bu qanun daha çox damaq ahəngində qorunur. Başqa sözlə, incə və qalın saitlər bir qayda olaraq bir-birini izləyir.
Digər türk dillərində olduğu kimi, vurğu Azərbaycan dilində də dinamik səciyyə daşıyır. Bununla belə, bu dillərdə, eləcə də Azərbaycan dilində vurğu, əsasən sözün son hecası üzərinə düşür. Azərbaycan dilində bir qrup şəkilçi (inkar, sual, şərt, feli bağlama şəkilçiləri və s.) vurğu qəbul etmir.

Azərbaycan dilindən Fonetika bölməsinə aid – Qısa konspekt

1.Yazlı və şifahi nitq hansı Vahidlərdən ibarətdir?
Səslər,hərflər,sözlər,cümlələr.

2.Dilin ən kiçik vahididir…
Səs və hərf

3.Fonetika nəyi öyrənir?
Danışıq səslərin

4.Fonetkanın mövzuları Hansılardır?
Ahəng qanunu,heca,Vurğu,səs artımı,Səs düşmü.

5.Fonetika nə deməkdir?
Fone(səs) tika elm.

6.Danışıq zamanı tələfüz etdiymiz səslər nə adlanır?
Danışıq səsləri

7.Danşıq üzvələri hansılardır.?Neçə yerə bölnür?
2 yerə bölnür.fəal və qeyri fəal danışıq üzvləri.

8.Fəal danışıq üzvləri hansılardır?
Dil ,dodaqlar,səs telləri.

9.Qeyri -fəal danışıq üzvləri hansılardır?
Ağız boşluğu,qırtlaq,nəfəs borusu,Ağ ciyərlər.dişlər,burun boşluğu,Alt çənə.

11.Ən fəal danışıq üzvi hansıdır?
Dil

12.Səsləri hərfdən fərqləndirmək üçün nədən istifadə olunur…
Transkribsiyadan

13.Danışıq səslər hansılardır?və nəyə görə təsnif olunur?
.Saitlər
1.Ağız boşluğunda sərbəst və mənasız tələfüz olunur
2.Avazlı olur
3.Heca yaradır
4.Bir sıra hallarda uzun tələfüz olunur
5.Musiqili səslərdir.
.Samitlər
1Agız boşluğunda maneyəyə rast gelir hemin maneyeni def ederek yaranır.
2Küylü bəzən də,avazlı olur
3Heca əmələ gətirmir ,hecanı formalaşdırır
4Uzun tələfüz olunur

14.Danışıq Səslıri əmələ gəlmə yerinə görə neçə yerə bölnür hansılardır.?
1Agız səsləri
2Burun səsləri

15.Burun səsləri hansılardır?
MN

16.Ağız səslər?
MN dan başqa yerdə qalan bütün səslər.

17.Hərf nədir?
Hərf danışıq səsinin yazıdakı şərti işarəsidir.Hərf yazılır və görülür,Səs isə deyilir və eşidilir.

18.Saitlər əmələgılmə yernə görə necə yerə bölnür hansılardır?
3 yerə bölnür.
1Dilin arxa və ön hissəsində yaranmasına görə(dilin üfiqi vəziyətinə görə)
Qalın[a,ı,o,u,]
İncə[ə,e,i,ö,ü]
2Alt çənənin açılma dərəcəsinə və dilin üst damağa doğru qalxıb enməsinə görə
Açıq[a,ə,e,o,ö,]
Qapalı [ı,i,u,ü]
3Dodaqların vəziyətinə görə
Dodaqlanan[o,u,ö,ü]
Dodaqlanmayan[a,ə,e,ı,i,]

19.Eycinsli saitlər necə tələfüz olunur?
Səsin biri düşür ,Biri uzanır
Məsələn:aa[a:]- Saat [Sa:t]
Əə[ə:]-mətbəə [mətbə:]
ii [i:]-bədii [bədi:]

20.Müxtəlif cinslilər necə tələfüz olunur?
Əvəlki səs düşür ikinci səs uzanır.Məsələn:
əa[a:]-Səadət[Sa:dət]
Üə[ə:]-Müəllim[Mə:llim]
Üa[a:]-Müavin [Ma:vin]
ov [o:]-dovşan [do:şan]
öv[ö:]-bənövşə [bənö:şə]

21.Düşmə və uzanma olmayan sözlər hansılardır?
zövq,sövq,şövq,mövsüm,dövran,plov,bülov.və.s

22.Hansı sözlərdirki y əlavə olunur?
Müxtəlif saitin yanaşı gəldiyi bəzi sözlər.
Məs:Ailə[Ayilə],Nailə[Nayilə],Səidə[Səyidə]

23.Hansı sözlərdə dəyşilik baş vermir?

Aktual,Sauna,sual,fauna,bəraət,sücaət,xaos,Məcmuə,mətbuat

24.Hansı sözlər o ilə yazlır a kimi tələfüz edilir,?
Rus Avropa mənşəli sözlər.proqram[praqram],motor[motor],orjinal[orjinal],Moskva [Maskva].
Sonu a,ə,saitlərlə bitən çoxhecalı sözlərə y ilə başlayan şəkilçi qoşulduqda tələfüz zamanı həmin saitlər qapalı saitə kecir.Məsələn:
Ana+ya,Başla+yır, və s.

25.Sözə isimin hansı halının şəkilcisin artırdıqdça söz fərqli tələfüz olunur?
Yönlük hal.Məsələ:Dolcaya [dolcuya]

26.Ea səs birləşməsi necə tələfüz olunur.?
Ea -iya kimi Məsələn.Teatr [Tiyatr] okean [okiyan].

27.Samit səs nədir?
Ağız və boğaz boşluğunda maneyəyə rast gələrək tələfüz edilən ,küyün iştirakı ilə əmələ gələn səslərlərə samit səslər deylir.

28.Səs tellərinin iştirakına görə samitlər necə yerə bölnür və hansılardır?
2 yerə bölnür
1cingiltili 2 kar

29.Cingilitili samitlər hansılardır?
[B],[c],[d],[g],[ğ],[j],[q],[l],[m],[r],[v],[y],[z].

30.Kar samİtlər hansılardır?
[ç],[f],[h],[x],[x],[k],[k],[p],[s],[ş],[t].

31.Sonor nədir?
Qarşılığı olmayan

32.Hansı cingiltili samitlər sonordur?
[L,M,N,R,]

33.Hansı kar samit sonordur?
[H]

34.Samitlərin tələfüzü zamanı hansı hadisələr baş verir?
Qq da Birinci qalanlarında ikinci səs öz qarşılığı ilə əvəz olunur
Məsələn:
Qq[kq]-doqquz[dok’quz]
tt[td] hətta [hətda]
Pp[pb]tappıltı [tapbıltı]
Kk[kg] səkkiz -[səkgiz]
Yy[y] vəziyyət [vəziyət]

35.Hansı sözlər Yy ilə yazlır və Yy ilədə tələfüz edilir?
Niyyət ,Qəyyum, səyyarə və.s

36.K,q samitlə olan sözlərdə K-y q-ğ əvəzlənməsin nədən bilmək olar ?
Saitlə başlayan söz və şəkilci əlavə edildikdə.məs:çörək+ə-çörəyə,tuyuq+un-tuyuğun.

37.Sonu X və ğ tələfüz edilən sözlər necə yazlır?
Q hərifilə

Məsələn:qoruq-[qorux],tuyuq-tuyuğ və s.

38.Hansı sözlər NB-[Mb]kimi tələfüz olunur?

Mənbə[məmbə],minbər[mimbər].Şənbə [şəmbə],zanbaq [zambax].

39.Mb ilə yazlıb və Mb ilə də tələfüz edilənlər hansılardır?
Kömbə,kombinat,pambıq,

40.Sonu [n,M] ilə bitən sözlər hansı halda [nan] kimi tələfüz edilir?
Çıxışlıq
İnsan-dan[insannan]

41.Hansı qoşa islənə samitlərdə dəyşilik baş vermir ?
ll,dd,şş,ss,ff,cc.
Məsələn :güllə,addım,təəssüf,yeddi,təəcüb,meşşan,tənəffüs,şəffaf vəs.

42.Sonu ç olan sözlər özündən sonra samit gəldikdə necə tələfüz edilir ?
Ş kimi məsələn üç+dür[üşdü] və.s

43.Sözə saitlə başlayan söz və şəkilci artırdıqda söz sonundakı samit neçə olur?(Yada saxla)
Cingiltiləşir.məsələn dörd[d] adam..Dör[t] dəftər.

44.Tək hecalı sözlərə sonunda qoşa samitlərin hər ikisi yazlır?
Bəli

45.Tək hecalı sözlərə samitlə başlayan şəkilci olduqda neçə olur?
Samitin biri düşür,məsələn:sirr+lər,hissiz-his+siz,fənn+lər-fənlər.

46.Heca nədir?
Sözün asanlıqla bölünən hissəsi

47.Heca nəyə əsaslanır?
Sait səslərə

48.Yaranmasında hansı səs işturak edir?
Samit səs

49.Hecanın necə növü var hansılardır?
2 acıq və qapalı

50.Acıq heca nədir?
Saitlə bitən

51.Qapalı heca nədir?
Samitlə bitən

52.Heca nəyə əsaslanır?
Sözlərin yazlış qaydasına

53.Ahəng qanunu nədir?
Qalın və incə saitlərin bir-bir ni izləməsinə

54.Saitlərin ahəngi necə yerə bölnür?
2 yerə.incə və qalın saitlərin ahəngi

55.Damaq ahəngi nədir?
Sözdə ya qalın,ya da ki,incə saitlərin bir birni izləməsi.məsələn Baba .və.s

56.Dodaq ahəngi nədir?
Dodaqlanan saitlərin bir-birini izləməsi

57.Türk dillərində bu qanun necə adlanır?
Türk dillərinin Dəmir qanunu.

58.Ahəng qanununa tabe olmayan sözlər hamsı alınmadır?
Xeyir istisnalar var, məsələn,ilğım,işıq,ilan,ilxı,inam,inanc,inanmaq,ildırım,ilıq,işartı,iraq ,işıldamaq,quzey və.s

59.Vurğunun neçə növü var?
3

60.hansılardır?
1.Heca 2.Məntiqi 3.söz

61.Heca vurğusu nədir?
Sözdə hecaların birinin digərinə nisbətən qüvvətli deyilməsidir.

62.Vurğu qəbul etmiyən şəkilcilər hansılardır?
İsimləri şəxs səkilçisi(am,san,dır,ık,sınız,dır,lar)
İdi,imiş,isə.felin zaman şəkilciləri,ilə qoşması,felin inkar ma şəkilçisi ca qoşması.Feli bağlama şəkilcisi madan,arkən,soyad düzəldən şəkilcilər ov,yev,ova,yeva,.Felin şəxs -kəmiyət şəkilcisi.Zərf düzəldən Casına.dək,can qoşma,mı ədatı,

63.Vurğu qəbul edən şəkilcilər?
Dır -icbar növ
İn-mənsubiyyət,yiyəlik,leksik şəkilci kimi
Sa -şərt şəkilciso kimi.
La şəkilçisi.
Ma -feldən isim düzəldən kimi.
Və.s

64.Əlifba nəyə deyilir?
Həriflərin sıra ilə düzluşünə

65.Əlifbamızda necə səs,neçə hərf var?
32 hərf,34 səs.

66.Fonetik təhlil hansı qaydalara əsaslanır?
Sözün səs və hərf tərkibi göstərməlidir
Sait səslər növlərinə görə təhlil edilir
Samit səslər növlərinə görə təhlil edilir
Sözün heca və vurğusu gözlənilir
Sözdə ahəng qanunu gözlənib,gözləmədiyi göstərilir.

67.Fonetik təhlil zamanı nələr yazıya (orfiqrafik normaya)görə aparılır?
Ahəng qanunu,heca,Vurğu.

68.Fonetik təhlil zamannı nələr bəs təlləfüz orfoepiay normasına əsasən aparılır?
Səslər,sait və samit səslərin növləri,sözün səs tərkibi .

Hazırladı :Ayəddin Ələskərli
Abituryent Miq və DQ hazırlığı.
Əlaqə nömrəsi: O70 874 32 38

Comments are closed, but trackbacks and pingbacks are open.