Press "Enter" to skip to content

Güvən nəşriyyatı imtahan və testləri saytında

Abituriyentlərin sevimli nəşriyyatı olan Güvən nəşriyyatının testləri artıq “Oxuyan” platformasındadır. Nəşriyyat platforma üzərindən sizə bir-birindən keyfiyyətli, həm siniflər, həm də mövzular üzrə Güvən nəşriyyatı testləri Oxuyan.az saytında sınaq imtahanları təklif edir. İmtahanlar həm rus, həm Azərbaycan bölməsi olmaqla oxuyan.az saytında yayımlanır. Platformada Güvən nəşriyyatı yazaraq axtarış edərək rahatlıqla sizə təqdim olunmuş imtahanlardan faydalana bilərsiniz. Sınaqlar Güvən nəşrlərinin test kitabçalarına əsasən hazırlandığı üçün online sinaq və imtahanlardan istifadə həm cibinizə qənaət etməyinizə yardımçı olacaq, həm də ev şəraitində öyrənməyinizə şərait yaradacaq.

Abituriyentlər üçün vəsait

Hər bir abituriyentin sevimli kitabına çevrilən dərs vəsaitləri
Hörmətli Anar İsayev, Rəhim Məcnunov, Muxtar Abbasov, Natiq Quliyev və Samir Qasımov tərəfindən TARİX fənni üzrə yeni təhsil (KURİKULUM) proqramı ilə hazırlanmış Dərs və Test vəsaitləri bu gun şagirlərin, abituriyentin və müəllimlərin sevimli stolüstü vəsaitinə çevrilmişdir. Bu vəsaitlərin tərtib olunmasında təkcə müəlliflər deyil, bu sahədə tanınmış müəllim və repititorlarımız da yaxından iştirak etmişdir (onların adları kitablarda REDAKSİYA HEYƏTİNDƏ qeyd edilmişdir). Bu etimad sayəsində müəlliflərin bütün vəsaitləri birdaha təkmil formada nəşr olunmuşdur. Kurikulum əsasında İLK DƏFƏ hazırlanan “Terminlər və Xronologiya” vəsaiti isə tezliklə oxucuların ixtiyarında olacaqdır.

Sosial şəbəkədə də, böyük dəstək alan bu dərs vəsaitlərinin oxucularının “Müəllim Sizlərə təşəkkür edirik, dərs vəsaitləriniz müxtəlif hazırlıq kurslarının və Dövlət İmtahan Mərkəzinin sınaqlarını tam əhatə etdi” deməyi, vəsaitlərin nə qədər dəyərli olduğunu birdaha sübut etdi. Müəlliflər isə bundan sonra da bunun belə olacağını qürurla və əminliklə qeyd etmişdilər.

DƏRS VƏSAİTLƏRİNİN ƏSAS ÜSTÜN CƏHƏTLƏRİ BUNLARDIR:

Təhsil Nazirliyi və AMEA tərəfindən Tarix fənni üzrə yeganə tədris vəsaiti kimi təsdiq edilmişdir;
Son nəşr olunan 6-11 sinflər üzrə orta məktəb dərslikləri və Dövlət İmtahan Mərkəzinin yeni tədris proqramı (kurikulum) ilə tərtib etdiyi testlərin cavablarını əhatə edir;
Vəsait sadə, daha oxunaqlı üslubda tərtib edilmiş, sxem və cədvəllərlə zənginləşdirilmiş, oxşar və fərqli cəhətlər xüsusi qeyd edilmişdir;
Bütün terminlər və mənbələr hər mövzunun qarşısında verilmişdir;
Vəsaitlərin sonunda maraqlı və mühüm sistemləşdirilmiş tarixi məlumatlar qeyd edilmişdir (Dövlətlər, sülh müqavilələri, döyüşlər, və s.).

Güvən nəşriyyatı imtahan və testləri oxuyan.az saytında!

Abituriyentlərin sevimli nəşriyyatı olan Güvən nəşriyyatının testləri artıq “Oxuyan” platformasındadır. Nəşriyyat platforma üzərindən sizə bir-birindən keyfiyyətli, həm siniflər, həm də mövzular üzrə Güvən nəşriyyatı testləri Oxuyan.az saytında sınaq imtahanları təklif edir. İmtahanlar həm rus, həm Azərbaycan bölməsi olmaqla oxuyan.az saytında yayımlanır. Platformada Güvən nəşriyyatı yazaraq axtarış edərək rahatlıqla sizə təqdim olunmuş imtahanlardan faydalana bilərsiniz. Sınaqlar Güvən nəşrlərinin test kitabçalarına əsasən hazırlandığı üçün online sinaq və imtahanlardan istifadə həm cibinizə qənaət etməyinizə yardımçı olacaq, həm də ev şəraitində öyrənməyinizə şərait yaradacaq.

Güvən nəşriyyatı haqqında

Güvən nəşriyyatı 2014-cü ildən Azərbaycan təhsil sisteminin ən etibarlı və keyfiyyətli nəşriyyatlarından biridir. Fəaliyyətə başladıqdan etibarən özünü abituriyent, təkmilləşdirmə və ibtidai seriyalar üzrə sınayan Güvən nəşriyyatı artıq 56 adda nəşrə ev sahibliyi edir. Nəşriyyat abituriyentlərə təklif etdiyi test bankları, sınaq imtahanları və digər formalardakı testlərin yüksək keyfiyyəti ilə tez bir zamanda məktəblilərin sevimlisinə çevrilməyi bacarıb. Güvən nəşriyyatının Güvən nəşrləri adı altında çap etdiyi test bankları, sinif testləri və s. orta məktəbin son nəşrləri əsasında hazırlanır və abituriyent və şagirdlərin istifadəsinə verilir. Nəşriyyatın ən çox rəğbətlə qarşılanan seriyası isə abituriyent hazırlığı üçün hazırlanmış vəsaitlərdir. Güvən nəşriyyatının hazırladığı sınaq imtahanları və nəşrləri Azərbaycanda müxtəlif tədris mərkəzlərində abituriyent hazırlığı prosesində istifadə olunur. Bu gün repititorla hazırlaşan abituriyentlərin böyük əksəriyyətinin istifadə etdiyi test bankları məhz Güvən nəşriyyatının test kitabçalarıdır.

Niyə Güvən nəşriyyatı?

Güvən nəşriyyatı testləri artıq uzun illər sınaqdan keçirilmiş və keyfiyyəti sübut olunmuş çox az nəşriyyatlardan biridir. Azərbaycan təhsilinə böyük töhfələr vermiş “İstək” liseyləri, hazırda fəaliyyət göstərən və keçmiş “Çağ öyrətim” proqramının varisi hesab olunan hazırlıq mərkəzləri indi də Güvən nəşriyyatının test kitabçalarından həvəslə istifadə edirlər. Güvən nəşriyyatı testləri hər il Dövlət İmtahan Mərkəzinin və orta məktəb nəşrlərinin proqramına əsasən yenilənir və yenidən məktəblilərə təqdim olunur. Hər bir nəşrdə olduğu kimi kitabçaların daxilində edilən səhvlər qaçınılmazdır. Güvən nəşriyyatı və əməkdar kollektivin gərgin fəaliyyəti nəticəsində istifadəçilər tərəfindən yönləndirilmiş problemlər və iradlar operativ şəkildə araşdırılır və yeni nəşrlərdə bu səhvlər aradan qaldırılır. Güvən nəşriyyatının testləri asan, orta və çətinlik dərəcəsi artırılmış test tapşırıqlarından ibarətdir ki, bu da abituriyentin imtahan mühitinə adaptasiya olmasına köməklik göstərir. Güvən nəşriyyatı sınaq imtahanlarının ən böyük üstünlüyü isə hər sınaq imtahanında abituriyentlərə bir-birindən rəngarəng və test bankında mövcud olmayan, ancaq eyni keyfiyyətdə yeni sualların təqdim olunmasıdır.

Güvən nəşrləri

Güvən nəşriyyatının vəsaitləri sadəcə test kitabçaları ilə yekunlaşmır. İbtidai siniflər üçün dərs vəsaitləri və təkmilləşdirmə dərslikləri də vardır ki, həmin vəsaitlər Güvən nəşriyyatının ən son nəşrləri arasındadır. Günümüzdə kifayət qədər ibtidai sinif şagirdi Güvən nəşriyyatı dərsliklərindən böyük həvəslə istifadə edir. Güvən nəşriyyatı təkmilləşdirmə vəsaitləri də məktəblilərin ayrılmaz dərsliklərindəndir. Bu nəşrlərə fizika, kimya, ingilis dili, riyaziyyat və digər fənlər üzrə vəsaitlər aiddir ki, şagirdlər istədikləri dərsliyi uyğun siniflər üzrə əldə edə bilərlər. Bununla yanaşı Güvən nəşriyyatı sınaqları abituriyentlər arasında ən çox tanınmış imtahanlardan biridir. Kifayət qədər abituriyent vardır ki, universitetə qəbul imtahanlarına hazırlaşarkən Güvən nəşriyyatı test kitabçalarından istifadə edirlər. İstər hazırlıq mərkəzlərində hazırlaşan abituriyentlər, istərsə də repititor yanına gedənlər arasında yüksək nəticə göstərənlərin böyük əksəriyyətinin formalaşmasında Güvən nəşriyyatı testlərinin və Güvən nəşriyyatı sınaqlarının rolu böyükdür.

Online atmosferdə Güvən nəşriyyatı

Artıq bu gündən etibarən Güvən nəşriyyatı “Oxuyan” platformasının etibarlı əməkdaşlarından biridir. Nəşriyyat ən son tələblərə uyğun olaraq və tam yeni formatda öz şagirdlərinin qarşısına çıxaraq onları çətinliklərini aradan qaldırmağı hədəfləyir. Güvən nəşriyyatı daim öz abituriyentlərinin maraqlarını araşdırır və həmin tələbləri nəzərə alaraq yeni sosial mühitə adaptasiya olmağa çalışır. Neçə ildir ki, fəaliyyətini ənənəvi qaydada davam etdirən nəşriyyat Güvən nəşrləri məhsullarını onlayn platformalara çıxararaq əhatə dairəsini genişləndirməyə başlayır. Təbii ki, bu uğurlu əməkdaşlıqdan ən çox yararlanan yenə də abituriyentlər olacaq. Ənənəvi sınaqlara nisbətən kifayət qədər aşağı qiymətə təklif olunan “online” sınaq imtahanları məktəblilərə öz biliklərini sınamaq üçün ən yaxşı vasitədir. Ümumiyyətlə, orta məktəbdə təhsil alan şagirdlərin böyük əksəriyyətinin sınaq imtahanlarına cəlb olunmaması və ya buna lazımi diqqətin ayrılmaması ən böyük problemlərdən biridir. Valideyn və müəllimlər bu problemi aradan qaldırmaq üçün şagirdləri onlayn sınaq imtahanlarında iştiraka sövq edə bilərlər. Güvən nəşriyyatı bu problemi göz önünə gətirərək daha sərfəli və keyfiyyətli sınaq imtahanları təşkil edə bilmək üçün “Oxuyan”dadır.

Güvən nəşriyyatının onlayn sınaq imtahanları

Güvən nəşriyyatının ayağımıza qədər gəlməyi bizə nələr vəd edir? Abituriyentlərin böyük əksəriyyəti bu gün sınaq imtahanlarında iştirak etmək adı ilə təhsil mərkəzlərinə axışır. Bəzi hallarda sınaq imtahanlarında iştirak etmək üçün bilet əldə edə bilmirlər, bəzən sınaq imtahanın keyfiyyəti onları qane etmir, bəzən qiymətlər uyğun olmur və s. Güvən nəşriyyatı öz sözünü demiş bir nəşriyyat olaraq bir sıra hazırlıq mərkəzləri ilə əməkdaşlığını davam etdirir. Düşünürəm ki, orta məktəb səviyyəsində informatika otaqlarında onlayn sınaq imtahanlarının təşkilini artıq həyata keçirmək mümkün olacaqdır. Bu həm şagirdlərin tədrisdən geri qalmasının qarşısını alacaq, həm də onları onlayn sınaq imtahanlarında iştiraka sövq edəcəkdir. Onlayn sınaq imtahanlarına yeni nəfəs verəcək olan Güvən nəşriyyatı sınaqları nəşriyyatın təklif etdiyi digər vəsaitlər kimi, şübhəsiz ki, həm abituriyentlər, həm də müəllimlər tərəfindən seviləcək. Oxuyan platformasının təqdim etdiyi keyfiyyət, Güvən nəşriyyatının doğmalığı və bir az motivasiya sizə gedəcəyiniz yolda uğur qazanmağınıza bilavasitə kömək edəcək.

Oxuyan kollektivi olaraq sizə imtahanlarınızda və hədəfinizə çatmaqda bol motivasiya və uğurlar arzu edirik.

Abituriyentlər üçün vəsait

salam Tecili Saray qesebesinde 1 otaq kuxnasiyla birge ev satiram oz heyetimnen, suyu qazi isiqi kanalzasyasi. daimidir,heyetinde 6m 12 m torpaqida var evin uzunu 7m eni 5 metirdir. ev oz heyetimdedir, yola yaxindir

DJ xidməti, DJ şoularının təşkili Şad günlərinizə əyləncə qatmaqçün DJ xidmətinə ehtiyacınız varsa müraciət edə bilərsiz

Salam Ps4 Playstation 4 Oyunlari Yazilmasi Bir Oyun 3 Azn Evde Yaziram Ve Evlerede Gelib Yaziram Yalniz Baki Seher Kendeleri Sumqayit Seheri Oyunlari Konsol Maksimum 1 gun Qala Biler Oyunlarin Yazilmasina Gore Oyunlari

Dəyərli müştərilərimiz! 4 ildən artıqdır ki, təbii toxumlardan yüksək keyfiyyətli yağlar hazırlayırıq. Bu yağları həm gündəlik qida məhsullarında, kosmetoloji məhsullarda istifadə edə bilərsiz. Heç bir kimyəvi

Təcili diod lazer saprano ice satıram yenidir çox bahadır təcili satılır uçuz Malın növü: Gözəllik salonu üçün Yeni?: Bəli Çatdırılma?: Bəli

instegram seyfeleri satilir pula ehtiyac oldugu ucun qiymet 1000 azn eyr real alici olsa endirim edecem 800 azn birinci seyfe takipcisi coxdu ikinci seyfe isdifade olunmayib ona gore takipcisi azdi kim almag isdese

Salam karekterlerin skinide var. 29elmasida var. ozum oynamadigim ucun saturam

Hesap doludu buz diyarı var deyerine göre Cox ucuzdu i

Komodun şəkildə güzgüsü yoxdu, amma onun güzgüsünü tam əla halında saxlamışıq. Komod təmiz Türkiyədən gətizdirmişdik. Yerli mal deyil. Təcili satılır. Kim maraqlanırsa zəng etsin

Hesab dəyərindən aşagı satılır.real alıcılar yazsın.Hesabın qiyməti çox düşdü

sumqayit seheri ceyranbatan BTZ baglari tam yol kenarina yaxin yolla evin arasi 20 metir teskil edir 3.5 sotta 3 otaq 100 kvadrat 7 das kursulu EŞYALİ tam temir belediyye senedli Kombili heyet evi satilir heyeti

çörək bişirən peç (soba)işlək vəziyyətdə. 20m Qurd dərəsi LALA (4005)

Salam,Red magic 7 pro 16/256,esil oyun telefonudu,pubg mobile 90 fps donmadan acir,icinde telefonun oyuna aid cox ozellikleri var,soyuducu peri var icinde,trigger sensor knopkalari var,rgb isig sistemi arxada,yanda

GTmedia V8 Finder 2 HD (Yeni model) (peyk siqnalı tapan görüntülü elektron cihaz) İşlənmiş deyil! Çantayla qiyməti: 170 azn Çəkisi çox yüngüldür. Mükəmməl menyusu var. Spektr və loop menyusu var. Vayfayı dəstəkləyir,

Telefonunn her bir seyinvar qutusu adapteri senedleri elave olaraq kabro ve antinudar vurulub 4 ay islenib xanim isledib. Cizig nokte bele yoxdu.

Məlumatlar

Tezbazar.az Pulsuz Elanlar saytıdır. Elanlar sayti kimi Bakıda və Azərbaycanda elanlar yerləşdirib asanlıqla məhsul və xidmətlərinizi sata və ala bilərsiniz. Ucuz telefonlar, ucuz komputerlər, elektronika məhsulları , mebel sifarişləri, xidmətlər və digər elanları ucuz qiymete asanlıqla tapmaq mümkündür. Daşınmaz əmlak elanları, ev elanlari, kiraye evler, ucuz torpaq axtarmaq istəyənlər saytdan faydalana bilərlər. Avtomobil masin alqı satisi, Arenda masinlar, Rent a car icare masinlar. Siz saytda öz məhsul və xidmətlərinizi pulsuz elan kimi yerləşdirə bilərsiniz.
Saytın rəhbərliyi elanların məzmununa görə məsuliyyət daşımır.
© 2016 Tezbazar.az | info [@] tezbazar.az | Bizimlə əlaqə

Comments are closed, but trackbacks and pingbacks are open.