Formasindaki sened uzerinde deyisiklik nece edilir
Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0
Əməli yazi nümunələri
(ərizə, tərcümeyi-hal, izahat, elan, bildiriş, reklam, anons, afişa, arayış, protokol, rəy, teleqram, annotasiya, akt, məktub, vəkalətnamə, əmr, etiket, hesabat, referat).
1. Ərizə
Ərəbcə «ərz» sözündən olub müraciət, ərz etmək mənasını verir. Bəzən rəsmi şəkildə yazılan müraciət də ərizə hesab edilir, lakin bu müraciət müəyyən formaya malikdir.
Ərizənin məzmuna görə iki növü vardır:
- Şikayət xarakteri daşıyan ərizə.
- Xahiş məqsədilə yazılan ərizə.
Ərizəyə verilən tələblər:
- Kimə və kim tərəfindən yazılır.
- Məzmun qısa, faktlar konkret olmalıdır.
- Ərizəçinin öz xətti ilə yazılmalıdır.
- Sonda imza və tarix: il, ay, gün göstərilməlidir.
2. Tərcümeyi-hal
Ali və orta ixtisas məktəblərinə daxil olarkən, işə girərkən, müəyyən bir təşkilata üzv olarkən, rəhbər vəzifəyə çəkilərkən, mükafata təqdim olunarkən yazılır.
Tərcümeyi-hala verilən tələblər:
- Şəxsin doğulduğu il, ay, gün, yer dəqiq göstərilir.
- Faktlar ardıcıl sadalanmalıdır.
- Şəxsin öz xətti ilə yazılmalıdır.
- Sonda imza və tarix göstərilməlidir.
3. İzahat
Ərəbcədir, «izah» sözünün cəmidir və müəyyən hərəkəti aydınlaşdırma mənasını verir. Yazılı və şifahi, sadə və müfəssəl olur.
İzahata verilən tələblər:
- Kimə və kim tərəfindən yazılır.
- Məzmunu aydın olmalıdır.
- Şəxsin öz xətti ilə yazılmalıdır.
- Sonda imza və tarix: il, ay, gün göstərilməlidir.
4. Elan
Elan çap olunmuş xəbər mənasını bildirir. Müəyyən məlumatın əvvəlcədən çatdırılması nəzərdə tutulur.
Elana verilən tələblər:
- Məzmunu aydın qeyd olunmalıdır.
- Vaxtı dəqiq göstərilməlidir.
- Tədbirin keçiriləcəyi yer yazılmalıdır.
- Tədbirin təşkilatçısı qeyd olunmalıdır.
Elanın aşağıdakı növləri vardır: bildiriş, reklam, afişa, anons.
- Bildiriş — əsl Azərbaycan sözüdür: bir məsələ barədə əvvəlcədən verilən xəbərdir.
- Reklam — latıncadır: qışqırmaq mənasını verir.
- Afişa — fransızcadır: tamaşa, konsert, idman yarışı haqqında elan deməkdir.
- Anons — fransızcadır: müəyyən bir məsələ ilə bağlı radioda, televiziyada və mətbuatda əvvəlcədən verilən elandır.
5. Arayış
Arayış əsl Azərbaycan sözüdür. Hər hansı bir şəxsin kimliyini təsdiq etmək üçün müəyyən bir təşkilat tərəfindən verilir.
Məzmununa görə sadə (şəxsə aiddir) və mürəkkəb (təşkilatlara aiddir) olur.
Arayışa verilən tələblər:
- «Arayış» sözü vərəqin ortasında yuxarıda yazılır.
- Aşağıda sol tərəfdə ştamp üçün yer buraxılır, sağ tərəfdə isə şəxs haqqında əsas məlumat verilir.
- Təqdim olunduğu yer göstərilir.
- Sonda imza və möhür
6. Protokol
Protokol yunancadır, «protok» ilk vərəq, «kolos» isə yapışdırmaq deməkdir. İkiyə qədər (az) məsələni əks etdirən sadə, ikidən çox məsələni əks etdirən mürəkkəb protokol hesab edilir.
Protokol üç halda yazılır:
- iclasdakı çıxış və qərarları əks etdirmək üçün;
- qaydanın pozulmasını bildirmək üçün;
- dövlətlərarası münasibətlər zamanı yazılır.
Protokola verilən tələblər:
- Yuxarıda vərəqin ortasında «Protokol» sözü vənömrə böyükhərflə yazılır.
- Təşkilatın adı, tarixvə yer göstərilir.
- İştirakçıların sayı göstərilir, sədrvə katib seçilir.
- Gündəlikməsələlər, Eşidildi, Çıxışlar, Qərar yazılır.
- Sonda sədr və katibin imzası
7. Rəy
Rəy ərəbəcədir, fikir, mülahizə mənasını verir. Əsər, tamaşa, kurs işi, dissertasiya işi haqqında mülahizə, fikir, resenziya deməkdir.
Rəyə verilən tələblər:
- Kimə və nə haqdayazıldığı göstərilir, səhifənin ortasında «rəy» sözü yazılır.
- Nə barədədirsə, onun müsbətvə mənfi cəhətləri göstərilir.
- Rəyçi tərəfindən irəli sürülən təklifvə tövsiyələr yığcam şəkildə ifadə olunur.
- Sonda rəyçinin adı, soyadı və atasınınadı yazılır vəimza qoyulur, tarix — gün, ay, ilbütöv şəkildə göstərilir.
8. Teleqram
Teleqram yunancadır, «tele» uzaq, «qramma» yazmaq deməkdir. Teleqramın iki növü vardır:
Teleqrama verilən tələblər:
- Şəxsin adı, soyadı və ünvan dəqiq göstərilməlidir.
- Teleqram yığcamvə aydın olmalıdır, çalışmaq lazımdır ki, az söz işlədilsin.
- Burada rəqəmlər hərflə yazılır və hər bir söz, rəqəm ayrıcapul hesablanır.
9. Annotasiya
Annotasiya latıncadır, «annotomik» sözündəndir və «qeyd aparmaq», «əlavə» deməkdir. Əsas mənası kitab, jurnal və məqalələrin məzmununun qısa şəkildə şərhidir. Annotasiyanı, əsasən, müəllifin özü yazır.
Annotasiyaya verilənt tələblər:
- Müəllifin adı və soyadı verilir.
- Kitabın adı, nəşriyyatı, çap olunduğu şəhər və həcmi göstərilir.
- Kitabın nə haqda yazıldığı bildirilir.
- Nə məqsədlə və kimin üçün yazılması öz əksini tapır.
10. Akt
Akt latıncadır, «aktos» sözündəndir və hərəkət, hadisə, cinayət işi deməkdir. Müxtəlif növləri vardır:
- cinayət aktı — cinayət işi ilə bağlı olur
- dövlət aktı — dövləti əhəmiyyəti olan fərman, qərar
- müəyyən faktı açmaq üçün olan akt-yararsız işin sübutu
- mürəkkəb (xüsusi) akt — bir neçə faktı əks etdirir.
Akta verilən tələblər:
- «Akt» sözü vərəqin yıxarı hissəsində, ortada və böyük hərflə yazılır.
- «Akt» sözündən sonra sol tərəfdə aktın tərtib edildiyi yer, sağ tərəfdə isə tarix — gün, ay, il göstərilir.
- Aktı tərtib edənlər göstərilir.
- Yoxlama haqqında dəqiq məlumat verilir və müddəti həm rəqəm, həm də hərflə göstərilir.
- Nəticə yazılır.
- Sonda aktı tərtib edənlərin imzası
11. Məktub
Məktub ərəbcədir, əməli yazının ən geniş yayılmış və sərbəst formasıdır. Məktublar iki cür olur: rəsmi və qeyri-rəsmi şəxslərin yazdıqları.
Məktub aşağıdakı hissələrdən ibarətdir:
- Müraciət hissəsi — başlıq sayılır.
- Ümumi hissə — şəxslərin əhvali-ruhiyyəsi və vəziyyəti öz əksini tapır.
- Fərqləndirici hissə — məktubun əsas məzmununu əhatə edir.
- Yekunlaşdırıcı hissə — sonluq.
12. Vəkalətnamə
Vəkalətnamə ərəbcə vəkalət və farsca namə sözlərindən ibarətdir, vəkillik kağızı deməkdir. Həm təşkilatlara, həm də müəyyən şəxsə aid ola bilər. Təşkilatlara aid vəkalətnamə mətbəədə xüsusi formada hazırlanır.
Vəkalətnaməyə verilən tələblər:
- Vəkaləti verən və verilən şəxslərin adı, atasının adı, soy adı və vəzifəsi göstərilməlidir.
- Alınacaq və ya etibar ediləcək malın məzmunu və vəkalətnamənin müddəti həm rəqəm, həm də hərflə göstərilir.
- Vəkalətnaməyə məsul olan şəxsin imzası və şəxsiyyət vəsiqəsinin göstəriciləri.
- Vəkalətnamənin verildiyi
13. Əmr
Əmr ərəbcədir; hökm, göstəriş və sərəncam mənalarını verir. Rəsmi sənədlərə aiddir.
Əmrə verilən tələblər:
- Vərəqin yuxarı hissəsində müəssisənin adı, təzə sətirdə əmrin nömrəsi yazılır ( Əmr N® 1).
- Sol tərəfdə tərtib edildiyi yer, sağ tərəfdə isə tarix -gün, ay, il göstərilir.
- Əmrin məzmunu dəqiq və aydın ifadə olunur.
- Sonda təşkilat rəhbərinin adı, soyadı, atasının adı yazılır və möhürlə təsdiq edilir.
14. Etiket
Etiket fransızcadır, yarlıq mənasını verir. Satılacaq malın, yaxud eksponatın üstünə yapışdırılan və onu səciyyələndirən mətn.
15. Hesabat
Hesabat ərəbcədir, «hesab» sözünün cəmidir və görülmüş işin nəticəsi haqqında rəsmi məlumat mənasını bildirir.
Hesabata verilən tələblər:
- İnandırıcı olmalıdır.
- Faktlar və rəqəmlər dəqiq verilməlidir.
- Təkrarlara yol verilməməlidir.
- İctimai xarakter daşıyırsa, qorunub saxlanmalıdır.
- Əvvəlində onun yazan şəxsin adı, atasının adı və soyadı göstərilməlidir, sonda imza qoyulmalıdır.
16. Referat
Referat latıncadır, məruzə etmək, məlumat vermək mənalarını bildirir. Referatda elmi əsərin, kitabın xülasəsi verilir. Ədəbi yaradıcılığa həsr edilmiş məruzə mənasında da işlədilir.
Referata verilən tələblər:
- Vərəqin əvvəlində ortada «Referat» sözü, onun altında isə mövzununadı qeyd olunur.
- Planı verilir və sonra məzmunu yazılır. (Bəzən plansız da ola bilər.)
- Sonda müəllifin adı, atasının adı, soyadı və tarix yazılır.
Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0
Formasindaki sened uzerinde deyisiklik nece edilir
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
Sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla), habelə xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi;
Qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd (sürücülük vəsiqəsinin yazılarında dəqiqsizlik müəyyən edilməsi halı istisna olmaqla);
60 və daha çox yaşı olan şəxslər üçün, eləcə də siyahısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün tibbi arayış
Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı hallar əsas sayılır
Etibarlıq müddətinin qurtarması;
Sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;
Yazılarında dəqiqsizlik müəyyən edilməsi;
Yararsız hala düşməsi;
Yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olması;
Yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması.
Dövlət rüsumunun məbləği
Müddət
Qeyd
Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız həyata keçirilir.
Sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir:
1) 60 yaşına çatmamış şəxslər üçün — 10 il;
2) 60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət;
3) 70 və daha çox yaşı olan şəxslər üçün — 2 il;
4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.
“D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);
“DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 26 yaşdan (65 yaşadək və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);
Şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə olduqda sürücülük vəsiqəsinin dəyişdirilməsi həyata keçirilmir.
Bu xidmət 1 saylı Gəncə və 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzləri istisna olmaqla bütün “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.
Comments are closed, but trackbacks and pingbacks are open.