Press "Enter" to skip to content

Fövqəladə təhqiqat komissiyası

tərəfindən qaldırılmış bir sıra cinayət işləri 1920-ci il 9 fevral qanununa əsasən artıq

31 mart – Azərbaycanlıların Soyqırımı günü

1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə nəticələnib.Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə ediblər. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Bu gün 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçiriləcək.

Fövqəladə təhqiqat komissiyası

Arzu Xəlilzadə

İşğalçı imperiyalar, biri-birindən güclü düşmənlər zaman-zaman Böyük Azərbaycan ölkəsinin torpaqlarını hissə-hissə ələ keçirməyə, tarixini saxtalaşdırmağa və gələcək nəsillərə unutdurmağa çalışmışlar:

XX əsrin əvvəllərində Quba qəzasında baş vermiş hadisələrin sadəcə olaraq “faciə” sözü ilə ifadə edilməsi vəhşiliklərin mahiyyətini tam açmır.

Minlərlə insanın, dinc əhalinin, qadınların, uşaqların və qocaların əzab və işgəncə ilə qətlə yetirilməsi dəhşətli və ağlasığmaz qırğın idi. Quba qəzasında etnik düşmənçilik azərbaycanlılarla yanaşı həm də digər millətlərə – ləzgilərə, ləzgidilli xalqlar olan qrızlara, buduğlara, ceklərə, həmçinin bütün tat əhalisinə qarşı yönəlmişdi.

Ermənilər rus əsgərlərinin köməyi ilə Qubada bir dəfə deyil, dörd dəfə qırğın törətmişdilər. Buraya özünü bolşevik kimi qələmə verən, 2000 əsgərə başçılıq edən David Gelovanidən başqa bolşevik Sturua da gəlmişdi. Onun dəstəsində 1000 əsgər var idi. Onlardan əvvəl isə Muradyanın komandirlik etdiyi 2000 erməni əsgəri Quba qəzasında qırın törətmişdi. Bu qırğınları törədən Daşnaksütyun partiyasının əsgərləri idi. Bu əsgərlər cəhbəyə getmək əvəzinə Xaçmazda müsəlmanlardan qisas almışdılar. Eynən belə erməni qoşun hissələri 1918-ci ildə cəbhəyə getməyib İrəvan quberniyasında müsəlmanlara divan tutmuş, onları doğma kəndlərindən qovaraq, əvəzində erməniləri yerləşdirmişdilər.

Qırğınların baş verdiyi ərazilər Bakı quberniyasının Bakı, Quba, Şamaxı şəhərləri, Şamaxı, Quba, Göyçay qəzalarının kəndləri idi. 1918-ci ilin martında Bakıda qırğın və talanlar ilə başlayıb, zəncirvari şəkildə Şamaxıda, Qubada, Göyçayda və Azərbaycanın digər qəzalarında davam etdirilərək, Qarabağda, Zəngəzurda, Naxçıvanda, xüsusilə indiki Ermənistan ərazilərində amansızlıqla həyata keçirilmişdir. Erməni qaniçənləri bu ərazilərdə minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətlərinə görə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın minlərlə tarixi abidələrini, məscidləri dağıtmış və yandırmışlar.

Azərbaycanın arxivlərində saxlanılan çoxsaylı sənədlər, xüsusilə 1918-ci il iyulun 15-dən 1920-ci ilin aprelinə – yəni Azərbaycan XI rus ordusu tərəfindən işğal edilənə qədər mövcud olmuş – Azərbaycan Xalq Cümhuriyyəti Fövqaladə Təhqiqat Komissiyasının sənədləri xüsusi əhəmiyyət kəsb edir.

Elə bu səbəbdən də 1918-ci il iyulun 15-də AXC hökümətinin Gəncədə keçirilən iclasında azərbaycanlılar və onların əmlakı üzərində zorakılıq hallarını təhqiq etmək üçün Fövqalədə Təhqiqat Komissiyası yaratmaq haqqındakı məsələ geniş müzakirə edilir.

M.H.Hacınskinin təklifinə görə “bu təşkilat Fövqalədə Təhqiqat Komissiyası xarakteri daşımalı idi. Özü də bu komissiyanın işinin nəticələri başlıca Avropa dillərində-rus, fransız, alman dillərində və əlbəttə ki, türk dilində elan edilməlidir”.

Məsələ geniş və ətraflı müzakirə olundu AXC hökümətinin qəbul etdiyi qərarda göstərilirdi ki, “Xarici işlər nazirinin məruzəsi bəyənilsin və ona tapşırılsın ki, Avropa müharibəsi başladığı vaxtdan bütün Zaqafqaziya ərazisində müsəlmanlar və onların üzərində həyata keçirilən zorakılıq hallarını təhqiq etmək üçün Fövqaladə Təhqiqat Komissiyası yaratsın”. Həmin il avqust ayının 31-də AXC hökümətinin sədri, həm də xarici işlər naziri F.X.Xoyski Gəncə şəhərində imzaladığı qərara əsasən 7 nəfərdən ibarət Fövqaladə Təhqiqat Komissiyası yaradıldı. Komissiyanın sədri andlı iclasçı – Ələkbər bəy Xasməmmədov, üzvləri isə – Gəncə Dairə Məhkəməsinin üzvləri İsmayıl bəy Şahmalıyev, Andrey Fomiç Novatski, həmin dairə məhkəməsi prokurorunun müavini Nəsirəddin bəy Səfikürdski, Gəncə köçürmə idarəsində Nikolay Mixayloviç Mixaylov, həqiqi mülki müşavir V.V.Qubvillo və müəllim Mirzə Cavad Axundzadə təyin olunurlar.

Komissiyasının sənədlərindən və şahid ifadələrindən aydın olur ki, Quba qəzasında türk-müsəlman əhalisinə qarşı törədilənlər mənfurerməni siyasətinin bir hissəsi idi. Yəni əvvəlcədən qurulmuş plana görə daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. Xaçmazda yaşayan ermənilər bu barədə əvvəlcədən məlumatlandırılmış və silah sursatla təmin edilmişdilər. Quba qırğını sırf siyasi məqsəd daşıyırdı. Bu qırğınlarda əsas məqsəd Quba qəzasında da müsəlman əhalisini məhv edərək erməni idarəçiliyinə nail olmaqdan ibarət idi.

Quba faciəsinin əsas cəhəti odur ki, Quba qəzasında qırğınlar əvvəlcədən düşünülmüş və buna əvvəlcədən geniş hazırlıq işləri görülmüşdür. Çünki, qırğına başlamaq üçün bəhanə milli münaqişə ola bilərdi. Erməni-daşnak qüvvələri dünyanın hər yerinə ermənilərin guya müsəlmanlar tərəfindən sıxışdırıldığı barədə teleqramlar göndərirdilər. Qubada yaşayan M.Kasparov, H.Hayrapetov, A.Mukanyans və A.Boqdanov tərəfindən göndərilmiş teleqramlarda iddia olunurdu ki, guya Qubada müsəlmanlar milli ədavət, milli qırğın törədir, erməni və rus kəndlərini dağıdır, kilsələrə od vurub yandırırlar.

Ermənilərin qaniçən təşkilatı Daşnaksütyunun fəal üzvlərindən olan Amazaspın silahlı dəstəsi ilə Qubaya gəlişindən sonra qubalılarınqanlı günləri başlandı. Türklərə, müsəlmanlara qarşı nifrət ruhunda bütün erməniləri silahlandıran Amazasp daha çox türk-müsəlman əhalisini amansızcasına məhv etməyi özünün “müqəddəs” peşəsi bilirdi.

Qatil Amazaspın quldur dəstəsi Qubanı başdan-başa odlamağa başladılar. Ermənilər küçədə qarşılarına çıxan hərkəsi ucdantutma gülləyə tutur, yerə yıxılmış yaralıların bədənlərini tüfənglərin süngüləri ilə deşik-deşik edir, gözlərini çıxardırdılar. Meşəyə qaça bilməyənlər evlərinə girib qapını bağlamışdılar. Onları evlərindən zorla çıxarır, yerində güllələyir və yaxud meydana aparırdılar. Bir neçə saatın içində yüzlərlə insan məhv edildi.

Şahid ifadələrindən məlim olur ki, Amazasp qubalıları meydana yığıb bildirdi: “Mən minlərlə türkün başını kəsən Ərzurum ermənisiyəm. 200-dən çox türk kəndini yandırıb xaraba qoymuşam. Uzun müddət türklərlə vuruşmuşam, erməni xalqının mənafeyini müdafiə etmişəm. Buraya da ona görə gəlmişəm. Əgər müqavimət göstərsəniz, hamınızı bir nəfər kimi qıracağam”. Amazasp Şaumiyan rejimindən belə bir tapşırıq almışdı: Quba qəzasında bütün müsəlmanları məhv etmək, yaşayış yerlərini viran qoymaq və sonrada bütün bu olanları sünni və şiə məzhəbləri arasında toqquşma kimi qələmə vermək.

FTK-nın materiallarından belə məlum olur ki, 1918-ci ilin mayın 1-də Qubaya girən daşnak-bolşevik birləşmələrinin sayı 5 mindən artıq olmuşdur. 2 gün ərzində Qubada 4 min müsəlman əhali məhv edilmişdir. Bu rəqəm Quba şəhər əhalisinin beşdə biri demək idi.

Erməni Gelovani Fövqəladə Təhqiqat Komissiyasına verdiyi izahatında yazır: “Mən geniş səlahiyyətlər alaraq Qubaya gəldim. Amazaspa öz dəstələri ilə birlikdə şəhəri tərk etməyi təklif etdim. Əvvəlcə o tərəddüd etdi, sonra bildirdi ki, çıxıb getməyə hazırdır. Həqiqətən o Qubada olduğunun 10-cu günü bütün dəstəsi ilə şəhəri tərk edib getdi”. Təbii ki, Gelovaninin dedikləri həqiqətə uyğun deyildi. Əgər Amazasp belə asanlıqla əl çəkəcəkdisə, onda niyə yerli əhaliyə meydan oxuyaraq “Mən erməni xalqının və onun mənafelərinin müdafiəçisiyəm. Mən cəza dəstəsi ilə göndərilmişəm ki, iki həftə əvvəl burada öldürülmüş ermənilərə görə sizdən qisas alım. Mən burada qayda-qanun yaratmaq, sovet hakimiyyətini qurmaq üçün deyil, öldürülmüş ermənilərin qisasını almaq üçün göndərilmişəm. Mənə əmr edilmişdir ki, Xəzər dənizindən Şahdağına kimi bu ərazidə yaşayan bütün müsəlmanları məhv edim” deyirdi? O daha irəli gedərək deyirdi: “Hazırda mənim Digah və Alpan kəndlərində döyüşlərim gedir. Sonra Üçgün və Kilid kəndlərinə keçərək Şahdağa çatacağam”. Amazaspın arzusuna çata bilmədi, üç gün davam edən döyüşlər müsəlmanların qələbəsi ilə başa çatdı. Hər iki tərəf böyük itgi verdi. Bu döyüş yeri tarixə “Qanlı dərə” kimi daxil oldu.

Bu vandalizm nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdir. Başqa-başqa mənbələrə və şahidlərin ifadələrinə əsasən qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü və tat əhalisi öldürülmüşdü. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyildir.

Quba şəhərində 2007-ci ildə kütləvi məzarlıqların aşkar edilməsi və onların tədqiqi zamanı aydın oldu ki, Quba əhalisi ermənilər tərəfindən inanılmaz zorakılıqlara məruz qalaraq məhv edilmişdir. Təbii ki, bu kütləvi məzarlıqlar 1918-ci ildə Qubada Amazasp tərəfindən türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımı təsdiqləyir. Lakin, tarix boyu öz müstəqilliyi uğrunda minlərlə qurban verən xalqımız öz cəsarəti, yenilməzlik əzmi ilə şanlı tarixinə daha bir səhifə açmaq üçün tökülən qanları yerdə qoymayacaqdır.

Fövqəladə təhqiqat komissiyası

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

Fövqəladə Təhqiqat Komissiyası (FTK)

– I dünya müharibəsinin

başlanandan Cənubi Qafqazın müsəlman əhalisinə və onun əmlakına qarşı

törədilmiş zorakılıq, qırğın və soyğunçuluq faktlarının araşdırılması üçün 1918-ci il

15 iyul tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmışdır.

Əvvəl Xarici İşlər, sonra Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərmişdir. FTK-

nın sədri Ələkbər bəy Xasməmmədov idi. 7 nəfərlik tərkibdə təsis edilmiş FTK-

nın işinə tədricən Bakı və Gəncə şəhərlərinin istintaq-prokurorluq və məhkəmə

orqanlarının digər nümayəndələri cəlb edilmişlər. FTK-nın tərkibi çoxmillətli olmaq-

la, əsasən polyak, rus, alman, litva tatarı və Rusiya universitetlərinin məzunları olan

azərbaycanlılardan – peşəkar hüquqşünaslardan ibarət idi. Fəaliyyət göstərdiyi dövr

ərzində – 15 iyul 1918–1 noyabr 1919-cu il il – FTK tərəfindən 36 cilddən (3500

vərəq) ibarət istintaq materialı toplanmışdır. Onun 6 cildi ermənilər tərəfindən Bakı

şəhəri və onun ətrafında müsəlman əhalisinə qarşı törədilmiş zorakılıq hallarını əks

etdirirdi. İstintaq materialının digər cildlərində Şamaxı, Quba, Göyçay, Cavad, Nuxa

qəzalarında, Gəncədə, Qarabağda, Zəngəzurda ermənilər tərəfindən törədilmiş

amansız cinayətlər təhqiq edilirdi. Azərbaycan Hökumətinin 21 mart 1919-cu il

Qərarına görə FTK-nın səlahiyyətləri genişləndirilmiş və ona məhkəmə-istintaq

hakimiyyətinin bütün hüquqları verilmişdir. FTK-nın fəaliyyətinin yekunu olaraq

128 məruzə və qərar layihəsi hazırlanmış, onların əsasında müxtəlif cinayətlərdə

müqəssir bilinən 194 şəxsə qarşı cinayət işi qaldırılmışdır. Komissiyanın işi azaldıqca

onun üzvləri öz əvvəlki vəzifələrinin icrasına qayıtmışlar. FTK Azərbaycan Hökuməti

tərəfindən onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirərək 1 noyabr 1919-cu

il tarixdə rəsmi surətdə ləğv edilmişdir. Bununla bərabər Ə.b.Xasməmmədov və

FTK üzvü Ç.V.Klossovski 1920-ci il yanvarın sonuna qədər FTK-nın istintaq işlərini

respublikanın prokuror və məhkəmə orqanlarına verilməsi ilə məşğul olmuşlar. FTK

materialları üzrə 1918-ci il Bakıda mart hadisələrinə görə 24, Şamaxı hadisələrinə

görə isə 100-ə yaxın şəxs haqqında cinayət işi qaldırılmışdır. Müttəhimlərin bir

hissəsi respublikanın hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuş, qalanları

axtarışda elan edilmişlər. Lakin, Müttəfiq Dövlətlərin Ali Şurası tərəfindən Azərbaycan

Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto tanınması ilə bağlı olaraq Azərbaycan

Parlamenti tərəfindən 9 fevral 1920-ci il tarixdə qəbul edilmiş Amnistiya haqqında

qanuna əsasən milli düşmənçilik zəminində baş vermiş və “Fövqəladə Təhqiqat

Komissiyasının icraatında yaranmış” bütün cinayət işlərinə xitam verilmişdir. FTK

tərəfindən qaldırılmış bir sıra cinayət işləri 1920-ci il 9 fevral qanununa əsasən artıq

Azərbaycan SSR məhkəmə orqanları tərəfindən xətm olunmuşdur.

Hacınski Məmməd Həsən Cəfərqulu oğlu

1931), Azərbaycan Xalq

Cümhuriyyəti dövründə görkəmli siyasi və dövlət xadimi. Bakı realnı məktəbini,

Peterburq Texnologiya İnstitutunu bitirmişdir. Moskvada Şəmsi Əsədullayevin

neftayırma zavodunda mühəndis işləmişdir. 1908-ci ildə Bakı şəhər idarəsinin tikin-

ti şöbəsinə, 1913-cü ildə Bakı şəhər idarəsinə (qısa müddətdə) başçılıq etmişdir.

1902 – 1917-ci illərdə Bakı şəhər dumasının üzvü olmuşdur. 1904-cü ildə “Hümmət”

sosial-demokrat müsəlman təşkilatının, 1906-cı ildə “Nəşri-maarif” müsəlman

Comments are closed, but trackbacks and pingbacks are open.