F Ə RDİ KOMPUTER VI SİNİF N. Abdullayeva. MONİTOR SİSTEM BLOK PRİNTER SƏS UCALDANLAR KLAVİATURASİÇAN. презентация
Fərdi kompyuterlərlə işləyərkən klaviaturaya alternativ olan xüsusi manipulyatorlardan istifadə edirlər. Bunlara coystik, işıqlı qələm, sensor paneli, maus və s. aiddir.
Fərdi kompyuterin daxili qurğuları
Mağazada kompyuter alan zaman sistem blokunun əsas xarakteristikaları ilə təqdim olunan prays-vərəqə vasitəsilə tanış olmaq olar. Adətən onun tərkibində belə bir informasiya yazılır:
Intel Pentium 4 CPU 2,8/512 DDR (PC3200)/80Gb/GeForceFX 128/Combo
Bu informasiya yazıları sistem blokunun konfiqurasiyasını təsvir edir.
Intel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir;
512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san, tutumu 512 Mbayt olan DDR SDRAM tipli əməli yaddaşı göstərir;
80Gb – tutumu 80Gbayt olan sərt diski (vinçesteri) göstərir;
GeForceFX 128 – yaddaşının həcmi 128 Mbayt olan GeForceFX mikrosxem toplusuna əsaslanan videoplatanı göstərir;
Combo – CD-ROM və DVD disklərini oxumaq üçün disk qurğusunu göstərir, burada CD‑R və CD-RW disklərinə yazmaq da mümkün olur.
İndi isə sistem blokunun əsas hissələri ilə tanış olaq.
Sistem bloku
- sistem platası (ana plata);
- maqnit disklərində yaddaş qurğuları;
- qida bloku (mənbəyi);
- sistem səs cihazı və s.
Ana plata (Sistem platası)
- Mikroprosessor;
- Əməli yaddaş qurğusu;
- BIOS;
- Daimi yaddaş qurğusu(DYQ);
- Şinlər;
- Portlar və birləşdiricilər toplusu;
- Slotlar;
- Kontrollerlər;
- İnteqrallaşdırılmış (daxildə quraşdırılmış) əlavə qurğular.
Mikroprosessor
Kompyuterin əsas hissəsi mikroprosessordur. Mikroprosessor bir neçə santimetr ölçüdə mikrosxem olub, kompyuterə daxil olan informasiyanın təhlilini, hesablanmasını, emalını və ötürülməsini təmin edir. Mikrosxemlər toplusunu çipset də adlandırırlar.
Mikroprosessor bəzən mərkəzi prosessor (CPU – Central Prosessor Unit – Mərkəzi Prosessor Modulu) da adlanır.
- Prosessorun nüvəsi və ya əsas hissəsi – buna əsas hesablama qurğusu deyilir. Məhz burada prosessora daxil olan bütün verilənlər üzərində emal prosesi yerinə yetirilir.
- Soprosessor – ən mürəkkəb riyazi hesablamalar, o cümlədən “sürüşən nöqtəli” əməliyyatlar üçün əlavə blokdur. Qrafik və multimedialı proqramlarla işlədikdə aktiv olaraq, soprosessordan istifadə edilir.
- Keş-yaddaş – bufer yaddaşı olub, verilənlər üçün yığıcı rolunu oynayır. Keş‑yaddaş mikroprosessorla əsas yaddaş arasında yerləşən, kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. Bu yaddaş əməli yaddaşa müraciəti sürətləndirmək və bununla da kompyuterin məhsuldarlığını artırmaq üçün istifadə edilir. Kompyuterin yaddaşına müraciət zamanı verilənlər keş-yaddaşda axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciətin müddəti, əməli yaddaşa edilən müraciətin müddətindən bir neçə dəfə azdır. Müasir prosessorlarda 2 tip keş-yaddaşdan istifadə olunur: 100 Kilobayta qədər tutuma malik olan ifrat cəld işləyən I səviyyəli keş-yaddaş və sürəti bir qədər az olan və tutumu 128 Kbaytdan 2 Mbayta qədər olan II səviyyəli keş‑yaddaş.
- Verilənlər şini – informasiya magistralı olub, onun sayəsində prosessor kompyuterin digər qurğuları ilə verilənlər mübadiləsi apara bilir.
BIOS
Fərdi kompyuterin daimi yaddaşında kompyuter avadanlıqlarının işini yoxlayan (məlumatı ekrana çıxarmaqla), əməliyyat sisteminin yüklənməsini təmin edən proqramlar toplusu yerləşir. Həmin proqramlar toplusunun çox hissəsi müəyyən dərəcədə kompyuterdə daxiletmə-xaricetmə əməliyyatlarını yerinə yetirir. Ona görə də belə proqramları BIOS (Basic Input-Output System – Bazanın Giriş-Çıxış Sistemi) adlandırırlar. BIOS ayrıca mikrosxem şəklində hazırlanır.
Fərdi kompyuterlərə xidmət göstərən proqramların işləməsi üçün cari tarix, saat, kompyuterin konfiqurasiyası haqqında müəyyən informasiya lazım olur. Bütün bu verilənlər CMOS-da saxlanılır. Bu ad onun hazırlanma texnologiyası ilə bağlıdır: Complementary Metal Oxide-Semiconductor (Metal-Oksid Yarımkeçirici Kristal). Bu mikrosxem fərdi kompyuterin konfiqurasiyasını, zamanı və tarixi yadda saxlamaq funksiyasını həyata keçirir.
Şinlər
Şin – kompyuterin ayrı-ayrı qurğuları arasında siqnalın ötürülməsini təmin edən informasiya magistralıdır. İnformasiya mikroprosessora şinlər vasitəsilə ötürülür. Həmçinin qurğuların ünvanlanması və idarə funksiyası da şinlər vasitəsilə yerinə yetirilir. Fərdi kompyuterə əlavə qurğuların (mouse, klaviatura, rəqəmli kamera və s.) USB lokal şinindən istifadə edilir.
Slotlar
Slot – sistem platasında əlavə plataları (əməli yaddaşı, modemi, videoplatanı və s.) qoşmaq üçün təyin olunan qurğudur. Buna misal olaraq PCI standartlı birləşdirici – slotları, AGP birləşdiricisini, əməli yaddaşı quraşdırmaq üçün istifadə edilən slotları göstərmək olar.
Portlar
Mikroprosessorun xarici qurğularla (printer, mouse və s.) informasiya mübadiləsini həyata keçirən yuvalara portlar deyilir. Portlar sistem blokunun arxa panelində yerləşir. Portların aşağıdakı növləri var:
25 kontaktlı birləşdiricili paralel port (LPT). Bu port vasitəsilə printer, skaner, həmçinin informasiyanı saxlayan və nəql edən xarici qurğular (yaddaş yığıcıları) kompyuterə qoşula bilərlər.
9 və 23 kontaktlı birləşdiricili ardıcıl portların (COM) sürəti bir qədər az olur. Ona görə də əvvəllər buraya cəld işləməyi çox da tələb olunmayan – maus və modem kimi qurğular qoşulurdular. Sonradan maus üçün PS/2 birləşdiricisi yaradıldı, COM portu isə yavaş işləyən modem üçün saxlanıldı. Vaxt gələcək ki, bu port sıradan çıxarılacaq və o, USB portu ilə əvəz olunacaqdır.
PS/2 portu. Bu portlardan maus və klaviaturanı qoşmaq üçün istifadə edilir.
USB (Universal Serial Bus) portu. 2000-ci illərdə yaranmış bu interfeys həmin onilliyin ən mühüm hadisəsi olmuşdur. Müasir kompyuterlərdə bu portların sayı 6-dan 8-ə qədər olur və bununla da digər portlardan istifadəyə son qoyulmuş olur. Bir USB portuna “sıra ilə” 127 qurğu qoşmaq mümkün olur. USB‑nin daha bir vacib keyfiyyəti vardır – bu interfeys kompyuteri yenidən yükləmədən, istənilən qurğunu qoşmağa imkan verir.
IEEE (FireWire). USB 2.0 ilə rəqabət aparan verilənləri yüksək sürətlə ötürə bilən bu kontroller xarici qurğuları kompyuterə qoşmaq üçün təyin olunmuşdur. Hal-hazırda ondan rəqəmli kameralara sahib olan şəxslər istifadə edirlər. 2003-cü ildən sonra buraxılan bütün platalarda bu interfeys olmalıdır.
Əməli yaddaş
Əməli yaddaş (ƏYQ, RAM) – emal edilən verilənlərin saxlanması üçün istifadə olunan mikrosxemlər toplusudur. Əməli yaddaşın daimi yaddaşdan fərqi ondan ibarətdir ki, burada informasiya daimi yox, müvəqqəti yadda saxlanılır. Kompyuteri şəbəkədən çıxaran kimi əməli yaddaşdakı informasiya itir.
Əməli yaddaş fiziki iş prinsipinə görə dinamik (DRAM) və statik (SRAM) yaddaşa bölünür. Ən cəld işləyən yaddaş – statik yaddaş olub, ondan prosessorda keş-yaddaş kimi istifadə edilir. Statiki yaddaş informasiyanı, qida mənbəyi xarab olana qədər və ya xanaya yeni informasiya yazılana qədər saxlaya bilir. Lakin statik yaddaş defisit və baha olduğundan, yaddaşın digər tipindən – dinamiki DRAM-dan istifadə olunur. Bu yaddaş xanada saxlanan informasiyanın daima yenilənməsini tələb edir.
Kontroller
Kontroller (və ya nəzarət qurğusu) idarə qurğusu olub, giriş-çıxış qurğularını mərkəzi prosessorla əlaqələndirir. Fərdi kompyuterlərdə istifadə olunan qurğuları kompyuterə qoşmaq üçün kontrollerdən istifadə edirlər. Bəzi qurğuların kontrollerləri fərdi kompyuterin ana platasının üzərində olur (klaviatura, mouse, printer və s.), bəzi qurğuların kontrollerləri isə ayrıca plata şəklində olur (monitor, sərt maqnit disk qurğusu və s.).
Səs platası
- Başlanğıc səviyyəli universal platalar;
- Yüksək kateqoriyalı multimedia plataları;
- Peşəkar musiqiçilər üçün səs plataları.
Videoadapter
Videoadapter vasitəsilə qrafiki informasiya monitorun ekranına çıxarılır. Videoadapterlər məhz fərdi kompyuterlərin meydana gəlməsi ilə bir vaxtda yaranmışdır. Videoadapterin cəld işləməsi və imkanları videokontrollerdən asılıdır. Onun vasitəsilə videoyaddaşdan təsvirin alınması, onun tərkibinin regenerasiya edilməsi və mərkəzi prosessorun bütün sorğularının emal olunması təmin edilir.
Təsvirin ekrana şıxarılması üçün xüsusi rəqəm-analoq çeviricisi olan xüsusi mikrosxem – RAMDAC (Random Access Memory Digital-to Analog Converter) cavabdeh olur. Təsvirin ekranda aydın, lazımi rəngdə alınması məhz bu mikrosxemdən asılıdır.
Şəbəkə kartı
Şəbəkə kartı kompyuterin şəbəkəyə qoşulmasını təmin edir. Əgər firma və ya təşkilatda lokal şəbəkə varsa, şəbəkə kartı vasitəsilə kompyuterlər arasında informasiya mübadiləsi yaratmaq mümkündür.
Kuler
Prosessor barədə söhbət apardıqda daha bir elementi yada salmaq lazımdır. Bu element isə prosessor kristalının səthi üzərində yerləşdirilən xüsusi soyuducu – ventilyatorlardır ki, buna da “kuler” deyilir.
Qida bloku
Sistem blokunun daxilində yerləşən qida bloku fərdi kompyuteri tələb olunan gərginliklə mütəmadi olaraq qidalandırır.
Qida bloku metal qutu şəklində sistem blokunun arxa tərəfinə bərkidilir. Qida blokunda transformator, düzləndirici və sərinləşdirici qurğu yerləşdirilmişdir.
Qida blokundan çıxan naqillər dəsti müxtəlif qurğularla əlaqə yaratmaq üçündür.
Xarici yaddaş qurğuları
- Elastik (çevik) maqnit disklərdə toplanan informasiya;
- Sərt maqnit diskdə (vinçester) toplanan informasiya;
- Dəyişdirilə bilən maqnit disklərdə toplanan informasiya;
- Kompakt disklərlə iş üçün disk qurğuları;
- Strimmerlər və s.
- Compact Flash;
- MicroDrive sərt diski;
- Secure/Digital (SD)/Multimedia Card (MMC);
- xD (eXtreme Digital);
- Memory Stick.
- CD-R (Compact Disc). Bu cür disklərə informasiya istifadəçi tərəfindən xüsusi yazı qurğusu (CD-Writer) ilə bir dəfə yazıla bilər. Yaddaşın həcmi ən azı 680 Mbayt olur. CD-ROM qurğusu ilə isə CD-diskdəki informasiyanı yalnız oxumaq olar.
- CD-RW (Compact Disc – Rewritable) disklər. Bu cür disklərə informasiya yazan istifadəçi tərəfindən çoxlu sayda yazılıb, silinə bilər.
- DVD disklər. Bu disklərin digər lazer disklərdən fərqi informasiyanın daha sıx yerləşdirilə bilməsindədir. Ən çox istifadə edilən DVD disklərin tutumu 4,38 Gbaytdır. Bu disklərin tutumu 15 Gbayta qədər ola bilər. DVD disklərin iki tipi var: DVD-R – yalnız informasiyanı oxumaq üçün, DVD-RW isə həm oxumaq, həm də yazmaq üçün istifadə edilir. Bu disklərin oxunması üçün xüsusi qurğudan (DVD-ROM) istifadə edilir, bu qurğu adətən CD-lərin oxunmasını da təmin edir.
Periferiya qurğuları
- verilənləri daxil edən qurğular (giriş qurğuları) – klaviatura, skaner, rəqəmli kamera, mikrofon, qrafik planşet və s.;
- verilənləri xaric edən qurğular (çıxış qurğuları) – printer, plotter (qrafik çəkən qurğu), səs gücləndirici, monitor və s.;
- verilənləri saxlayan qurğular (xarici yadda saxlama qurğuları) – strimmer (informasiyanı maqnit lentinə yazan qurğu);
- verilənləri mübadilə edən qurğular – modem
- kursoru idarə edən qurğular – maus, coystik, sensor paneli və s.
Giriş qurğuları
Klaviatura
- Hərf-rəqəm düymələri. Bu düymələr çap makinası rolunu oynayırlar, hərf, rəqəm və bəzi simvolları kompyuterə daxil etmək üçündür:
- Funksional düymələr – F1, F2, …, F12. Bu düymələr klaviaturanın yuxarı hissəsində yerləşir. İstifadə olunan əməliyyat sistemlərindən və proqramlardan asılı olaraq bu düymələrin funksiyaları da dəyişir. Məsələn, demək olar ki, bütün proqramlarda F1 düyməsi həmin proqrama aid məlumat pəncərəsini açır.
- Kursoru idarə edən düymələr – proqramın işçi sahəsi üzrə kursoru idarə etmək üçün istifadə edilir. Bu düymələr aşağıdakılardır:
- Rəqəm klaviaturası – bu düymələrdən hesablama zamanı kalkulyator kimi istifadə edilir, yalnız NumLock düyməsi aktiv olan zaman rəqəmlərlə işləmək mümkündür. Adətən klaviaturanın sağ hissəsində yerləşir. Həmçinin bu düymələrdən hərfin kodunu bilərək, onu ALT düyməsini basılı saxlamaqla daxil etmək üçün istifadə etmək olar.
- Xüsusi düymələr
Çıxış qurğuları
Monitor
- Elektron şüa borulu;
- Maye-kristallı;
- Plazma ekranlı.
- Ekranın diaqonalının ölçüsü dyümlə ölçülür. Əvvəllər ev kompyuterlərində 14 dyümlü monitorlardan istifadə edilirdi. Sonra onları 15 dyümlü və 17 dyümlü monitorlar əvəz etdi. 19 dyümlü və daha böyük diaqonallı monitorlardan istifadə edənlər də az deyildir.
- Ekranın mütənasibliyi. EŞB monitorlarında tərəflərin nisbəti (enin uzuna nisbəti) həmişə 4:3 olduğu halda, MK monitorlarda bu nisbət müxtəlif cür olur. MK monitorlarda əksər hallarda bu nisbət 16:9 olur. Bu da, belə bir enli ekranlı formatda DVD filmlərinə rahat baxmağa imkan verir. Standart proqramlarla işlədikdə isə ekran nisbətinin heç bir təsiri yoxdur.
- Ekran pikselinin qiyməti. Bu göstərici ekrandakı nöqtənin – pikselin ölçüsünün minimal qiymətini göstərir (bu qiymət millimetrin onda bir hissəsi ilə ölçülür). Bu parametr alınan təsvirin keyfiyyətinə bilavasitə təsir edir: bu nöqtə nə qədər böyük olarsa, təsvir də bir o qədər kobud alınar. MK monitorlarda bu kəmiyyət 0,28-0,29 mm olur.
- Seyrəklik qabiliyyəti (videorejim). Bu kəmiyyət vasitəsilə ekrana çıxarılan nöqtələrin (piksellərin) sayı təyin edilir. Aydındır ki, piksellərin sayı nə qədər çox olarsa, təsvir də bir o qədər keyfiyyətli alınacaq. Seyrəklik qabiliyyəti 2 kəmiyyəti təsvir edir: üfüqi və şaquli istiqamətdə nöqtələrin sayı. Bu kəmiyyət kompyuterdə rejimdən rejimə keçdikcə dəyişir:
- 640×480 (14 dyümlü monitorlar üçün standart rejim)
- 800×600 (15 dyümlü monitorlar üçün standart rejim)
- 1024×768 (17 dyümlü monitorlar üçün standart rejim)
- 1152×854 (19 dyümlü monitorlar üçün standart rejim)
- 1280×1024 (20 dyümlü monitorlar üçün standart rejim)
- 1600×1200 (21 dyümlü monitorlar üçün standart rejim)
- Açılışın maksimal tezliyi (Refresh Rate). Aydındır ki, açılış tezliyi nə qədər kiçik olarsa, monitorun ekranı insanın gözünü daha tez yorar. Bir qayda olaraq komfort şəkildə işləmək üçün açılışın tezliyi 85 Hz-dən aşağı olmamalıdır. Bu zaman ekrandakı təsvir bir saniyədə 85 dəfə yenilənəcəkdir. Daha aşağı tezlik görmə qabiliyyətini zəiflədə bilər. Bütün bu deyilənlər EŞB monitorlara aiddir. MK monitorlarda isə bir piksel digər piksellərdən asılı olmur və ayrıca idarə olunur. Ona görə də MK monitor üçün bu parametr 75 Hz olarsa, bu təhlükəsizdir.
- Videoplatanın tipi
- Rəngin dolğunluğu – ekrana eyni zamanda çıxarıla bilən rənglərin sayı ilə müəyyən olunur.
Printer
- Matrisli tipli zərbəli printerlər;
- Şırnaqlı printerlər;
- Lazerli (səhifəlik) printerlər.
- Ağ-qara printerlər;
- Rəngli çap funksiyasına malik olan ağ-qara printerlər (bu modelə matrisli və şırnaqlı printerlərdə rast gəlinir);
- Rəngli printerlər.
Plotter
Plotter mürəkkəb sxemlərin, qrafiklərin, keyfiyyətli rəngli təsvirlərin kağız üzərinə böyük dəqiqlik və yüksək sürətlə çıxarılması üçün nəzərdə tutulmuş qurğudur. Ondan adətən konstruktor və layihə bürolarında, reklam işləri ilə məşğul olan təşkilatlarda istifadə olunur.
Akustik sistemlər (səsucaldıcılar)
Akustik sistemlər audioinformasiya ilə işi təmin edir. Buna səs ucaldıcıları, qulaqcıqları, mikrofonu aid etmək olar. Akustik sistemlər 2 cür olur: daxili və xarici.
Skaner
Kağız üzərindəki istənilən informasiyanın oxunub, kompyuterə daxil edilməsini təmin edir. Skaner fotoşəkil, rəsm, əl yazması, qəzet, jurnal, kitab və s. surətlərinin kompyuterdə təkrar istifadə edilməsinə imkan verir. Ən geniş yayılmış iki tip skaner mövcuddur: əl ilə işləyən (hand-held) və stolüstü (desktop).
Əl ilə işləyən skaner yığcam qurğu olub, kifayət qədər çevikdir və bir yerdən başqa yerə aparmaq nöqteyi-nəzərindən yararlıdır. Təsviri daxil etmək üçün skaneri təsvirin üzərində sürüşdürmək lazımdır. Skanerin mətni əhatə etdiyi eni 4 dyüm (10 sm) olur, uzunluğu isə proqram təminatı ilə məhdudlaşır.
Stolüstü skanerlərə çox vaxt səhifəlik, planşet və ya avtoskaner deyilir. Bu skaner vasitəsilə 8,5 x 11 və ya 8,5 x 14 dyüm ölçülü təsvirləri kompyuterə daxil etmək mümkündür.
Skanerin aktiv imkanları 1 dyümə düşən nöqtələrin sayı ilə (dpi – dot per inch) təyin olunur.
Bir qayda olaraq, təsvir obrazları kompyuterdə qrafiki fayl şəklində – TIFF (Tagged Image File Format) və ya PCX formatında saxlanılır.
Qrafiki planşet (digitayzer)
Skanerdə olduğu kimi, qrafik planşet də iki əsas parametrlə xarakterizə edilir: işçi sahənin ölçüsü və seyrəklik qabiliyyəti. Qrafik planetlə işləyən zaman nöqtəli təsvirlə deyil, ayrı-ayrı xətlərdən istfadə edildiyi üçün seyrəklik qabiliyyəti də nöqtələrlə deyil, bir dyümə düşən xətlərlə (lpi – line per inch) ifadə olunur.
Web-kamera
Web-kamera vasitəsilə İnternetə videotəsvirlər çıxarılır. Bu zaman ötürülən təsvirin seyrəklik dərəcəsi 640×480 olur. Bu qurğu Microsoft NetMeeting adlı səs və videomüraciət proqram təminatı ilə işləyir. Son illərdə istehsal edilən Web-kameraların əksəriyyəti kompyuterə USB portu vasitəsilə qoşulur və əlavə qida mənbəyi tələb etmir.
Strimmer
Strimmer (stream – uzun lent) informasiyanı maqnit lentinə yazan xüsusi imkanlı maqnitofondur. Strimmerin kasetləri böyük tutuma (120Mbayt – 5Gbayt) malikdir.
Kursoru idarə edən qurğular
Fərdi kompyuterlərlə işləyərkən klaviaturaya alternativ olan xüsusi manipulyatorlardan istifadə edirlər. Bunlara coystik, işıqlı qələm, sensor paneli, maus və s. aiddir.
Maus (manipulyator)
Maus – hamar səth üzərində hərəkət etdirildikdə, kursorun da ekranda həmin istiqamətdə hərəkətini təmin edən, üzərində iki, ya üç düymə olan qurğudur. Maus və trekbol vasitəsilə informasiya kompyuterə daxil edilir. Sol düymə əmrləri vermək, sağ düymə isə kontekst menyunu açmaq üçün istifadə olunur.
Trekbol
Maus ideyası özünün bir sıra müsbət xüsusiyyətlərinə baxmayaraq, müəyyən çətinliklər də törədir. Onu stol üzərində hərəkət etdirdikdə kabeli nəyəsə ilişir və s. Bu problemləri aradan qaldırmaq üçün trekbol adlanan qurğu kəşf edilmişdir. Bu halda maus tərsinə çevrilir və mausun özü hərəkət etmir, biz yalnız barmağımızla kürəni hərəkət etdiririk. Trekbollar mausa nisbətən daha baha olur və əsasən tətbiqi qrafiki işlərdə, avtomatlaşdırılmış layihə sistemlərində geniş tətbiq edilir.
Sensor paneli (Taçpad)
İdarə qurğularından biri də ən çox noutbuklarda istifadə olunan sensor paneli və ya taçpaddır (ing. touchpad – sensor sahə).
Sensor panelindən barmağı qurğunun səthində hərəkət etdirməklə kursorun ekranda hərəkətini təmin etmək üçün istifadə olunur.
Rabitə qurğuları və verilənlərin ötürülməsi
Modem
- İlk fərdi kompyuterin yaranma tarixi 1977-ci il hesab olunur. Məhz bu ildə iki amerikalı alim – S.Vozyak və S.Jobs öz fərdi kompyuterlərini yaratdılar və onu Apple adlandırdılar. IBM firması isə ilk fərdi kompyuterini 1981-ci ildə yaratdı (IBM PC) və ondan sonra bütün dünyada bu kompyuterlərdən geniş istifadə edilməyə başlandı. Hal-hazırda bütün dünyada istifadə edilən kompyuterlərin 80%-i IBM platforması ilə istehsal edilən kompyuterlərdir
- CON FON NEYMANA GORE KOMPYUTERLERIN ARXIEKTURASI ASAGIDAKILARDAN IBARETDIR.
- SISTEM BLOKU(CASE)
- MONITOR(DISPLAY)
- KLAVIATURA(KEYBOARD)
-
- ANA PLATA(MOTHER BOARD)
- HDD-HARD DISK, ESAS,DAIMI,VINCESTER YADDAS
- RAM-OPERATIV,MUVEQQETI,EMELI YADDAS
- PROSESSOR(CPU)
- CD/DVD COMBO, DISKOVODLAR
- VIDEO YADDAS (VGA)
- DAXILI XARICI QOSULMA YERLERI
- ISE SALMA DUYMELERI
- QIDA BLOKU-
- DAXIL ETME QURGULARI. INFORMASIYANI KOMPYUTERE DAXIL ETMEK UCUN ISTIFADE OLUNUR. ASAGIDAKILARDIR.
- KLAVIATURA
- MAUS
- SKANER
- REQEMLI KAMERA
- MIKROFONLAR
- QRAFIK PLANSET
- PRINTER
- MONITOR
- SESGUCLENDIRICI DINAMIKLER
- PLOTTER
- FLESKARTLAR
- CARDREADER
- CD/DVD DISKLER
- FLOPPY DISKLER
- DAXILI VE XARICI QOSULMA YERLERI.
- Matrisli tipli zərbəli printerlər; murekkeble isleyir.
- Şırnaqlı printerlər; matris tipli zerbesiz printerler-murekkeble isleyir
- Lazerli (səhifəlik) printerlər. Toz hisselerile isleyir.
Kompüterin əlavə(periferiya) qurğuları.
-
- İstifadəçi üçün rahat interfeysə malik olan , dialoq rejimində işləyən proqramlar (menyu, köməkçi və s.)
- Fərdilik
- Böyük həcmdə olan məlumatın sürətli emalı
- Təmirin asanlığı və yüksək keyfiyyətliliyi
- Periferiya qurğularından istifadə etmək imkanları
- Bütün sferaları əhatə edən proqram təminatı
- Şəbəkələrə birləşdirilmək imkanı
F Ə RDİ KOMPUTER VI SİNİF N.Abdullayeva. MONİTOR SİSTEM BLOK PRİNTER SƏS UCALDANLAR KLAVİATURASİÇAN. – презентация
Презентация на тему: ” F Ə RDİ KOMPUTER VI SİNİF N.Abdullayeva. MONİTOR SİSTEM BLOK PRİNTER SƏS UCALDANLAR KLAVİATURASİÇAN.” — Транскрипт:
1 F Ə RDİ KOMPUTER VI SİNİF N.Abdullayeva
2 MONİTOR SİSTEM BLOK PRİNTER SƏS UCALDANLAR KLAVİATURASİÇAN
3 Masaüstü komputerlər Dizüstü- noutbuk Fərdi rəqəmli köməkçilər Daşınabilən komputerlər Planşet komputerlər
4 Monitor- daxil edilmış informasiyaları əks etdirir, emal olunduqdan sonra nəticəni əks etdirir PC-nin elementləri Klaviatura- informasiyaları komputerə daxil edir Sistem blok- informasiyaların işlənməsi və saxlanmasını təmin edir
6 Ana lövhə fərdi kompyuterin əsas lövhəsi adlanır. Bütün kabellər və kartlar bura qoşulduğundan ana kart adı almışdır. Ana kartı çox vaxt markası, ya da üstündəki çipsetlərin adı ilə adlandırılır.Anakart əsasən Pentium kompyuterləri çıxdıqdan sonra böyük dəyişikliklərə məruz qalmışdır.
7 mərkəzi prosessor-mikroprosessor-Əsas riyazi və məntiqi əməliyyatları yerinə yetirən əsas mikrosxemdir. Bir neçə santimetr ölçüdə elektron sxem olub, kompyuterə daxil olan informasiyanın hesablanmasını və təhlilini, müxtəlif əməliyyatlarısaniyənin milyonda bir hissəsində yerinə yetirir. – Mikroprosessor dəsti-Kompyuterin daxili qurğularının işini idarə etməklə yanaşı ana lövhənin bütün funksional imkanlarını təyin edən mikrosxem toplusudur.
8 RAM (Random Access Memory), başqa cür desək əməli yaddaş çox sürətli yaddaşdır, buna bəzən operativ yaddaş da deyirlər. Prosessor müvəqqəti olaraq proqramları və məlumatı RAM-da saxlayır və icra edir. Kompüter söndükdə RAM-da olanlar pozulur. Əməli yaddaşın tutumu Mb (meqabayt) və Gb (qiqabayt) ilə ölçülür. Müasir kompüterlərdə RAM 1024 Mb, notebooklarda isə daha yüksək olur.
10 CD-ROM və DVD-ROM
11 Adətən əməliyyat sistemi C diskində yerləşir. C hərfini kompüter daimi yaddaş qurğusuna, yəni sərt diskə verir. Sərt diskə əsas yaddaş qurğusu, vinçestr də demək olar. Daimi yaddaş qurğularını istehsal edən firmalar bunlardır: Samsung, Quantum, Seagate, Western Digital, Maxtor, Hitachi, Fujitsu. Sərt disk RAMdan fərqli olaraq həcmi böyük, sürəti kiçik olur. İndiki sərt disklərin ölçüsü 160Gb, 240Gb, 320Gb olur. Sərt diski virtual olaraq bir neçə bölümə (partition) ayırmaq olar. Çox vaxt 1-ci bölüm C, 2-ci bölüm D adlanır. Əməliyyat sistemi və digər proqramlar C diskində, bizim istifadə etdiyimiz fayllar və qovluqlar isə D diskində yerləşir.
13 Sistem blok-arxadan görünüş
Kompüterlərin arxitekturası
Kompüterlər yalnız xarici ölçülərinə görə deyil, eyni zamanda funksional imkanlarına görə də bir-birindən fərqlənirlər. Fərdi kompüterlərin yaranma tarixi 1974-75-ci illər hesab olunur. 1974-cü ildə iki amerikalı entuziast Stefan Voznyak və Stiv Jobs fərdi kompüter yaratmış və onu APPLE adlandırılmışdır. Fərdi kompüterlərin kütləvi istehsalına isə 1981-ci ildən başlanmışdır.
Fərdi kompüterlərin struktur sxemi aşağıdakı şəkildə göstərilmişdir (şəkil 1).
Fərdi kompüterlərin quruluşu aşağıdakı kimidir:- əsas aparat hissəsini özündə birləşdirən sistem bloku;
- mətn və qrafik məlumatı özündə əks etdirən monitor (və ya displey);
- istifadəçi tərəfindən istənilən informasiyanı fərdi kompüterə daxil etmək üçün əlaqə qurğusu olan klaviatura;
- monitorun ekranı üzərində yerləşən xüsusi göstəricini-kursoru ekran boyu istənilən istiqamətdə hərəkət etdirən MOUSE qurğusu;
- fərdi kompüterin periferiya qurğuları (əlavə qurğular)-printer, skaner, plotter, strimmer, rəqəmli kamera və s.
Fərdi kompüterlər masaüstü, portativ və ovuc kompüterləri variantında istehsal olunur.
Sistem bloku
Sistem bloku kompüterdə istifadə edilən texniki qurğuların əsas birləşmə qovşağı olub, daxilində iş üçün lazım olan ən əhəmiyyətli hissələr, xaricdə isə bloka qoşulan əlavə, xarici qurğular yerləşir. Kompüterin sistem blokuna xaricdən qoşulan qurğularına periferiya qurğuları deyilir.ISA – Industry Standard Architecture (Sənaye standart arxitekturalı)
PCI – Peripheral Component Interconnect bus (Perferiya qurğuları ilə qarşılıqlı əlaqə şini)
LHШ – Lokal hesablama şəbəkəsiPeriferiya qurğularıfərdi kompüterdə köməkçi əməliyyatları yerinə yetirmək üçün istifadə edilir və aşağıdakı kimi qruplaşdırılırlar:
- verilənləri daxil edən qurğular (klaviatura, xüsusi manipulyatorlar, skaner və rəqəmli kameralar);
- verilənləri xaric edən qurğular (printerlər);
- verilənləri saxlayan qurğular (strimmerlər, toplayıcılar və maqnitooptik qurğular);
- verilənləri mübadilə edən qurğular (faks-modemlər və şəbəkələr);
Masaüstü kompüterlərin sistem blokları üfüqi (desktop) və şaqulu (mini-tower, biq tower) formada istehsal edilirlər.
Sistem bloka ana lövhə (ana plata), mikroprosessor, mikrosxemlər, yaddaşlar, sərt disk, elastiki (yumşaq) disk sürücüsü, CD ROM, DVD və s. daxildir;
Sistem bloku daxilində yerləşən qida bloku xətdən alınan gərginliyi daxildəki qurğular arasında lazımi şəkildə bölüşdürür.
Ana lövhə kompüterin əsas hissəsi sayılır. Ana lövhə üzərində aşağıdakı elementlər yerləşir:- Mikroprosessor (MP)- kompüterində hesabi-məntiqi əməliyyatları yerinə yetirən əsas mikrosxemdir. Mikrosxem xüsusi qaydada hazırlanmış elektron sxemlər toplusudur. Mikroprosessorlar bir-birindən takt tezliklərinə, yəni əməliyyatların yerinə yetirilmə sürətinə və məhsuldarlığa Mhs (saniyədə milyon əməliyyat) görə fərqlənirlər. Pentium tipli kompüterlərdə adətən İNTEL şirkətinin və onun törəməsi olan SELERON tipli mikroprosessorlardan istifadə edilir. Pentium tipli mikroprosessorlar işləmə(takt) tezliyinə görə aşağıdakı siniflərə bölünür.
Pentium I – 75Mhs ¸ 300Mhs – tezlik intervalında olur
Pentium II – 300Mhs ¸ 600Mhs – tezlik intervalında olur
Pentium III – 600Mhs ¸ 1100Mhs – tezlik intervalında olur
Pentium IV – 1100Mhs(1,1 Ghs) ¸ 4000Mhs(4 Ghs) – tezlik intervalında olur
Bir çox hallarda çoxlu sayda riyazi hesablamaların aparılması lazım gəlir ki, mikroprosessorlar bunu təmin edə bilmirlər. Bu səbəbdən də kompüterlərdə riyazi soprosessorlardan istifadə edilir. Müasir prosessorların gücü böyük olduğundan artıq soprosessorlara ehtiyac duyulmur;- Çipset (mikroprosessor dəsti)- kompüterin daxili qurğularını idarə etməklə yanaşı, ana lövhənin bütün funksional imkanlarını təyin edən mikrosxem toplusudur;
- Şinlər– kompüterin daxili qurğuları arasında siqnalların ötürülməsini təmin edən naqillər yığımıdır;
- Əməli yaddaş– əməli yaddaş qurğusu- ( RAM-ƏYQ)- kompüter xəttə qoşulan zaman verilənlərin müvəqqəti saxlanılan mikrosxem toplusudur. Gərginlik kəsildikdə burada olan məlumatlar itir. Onun tutumu müasir kompüterlərdə bir neçə Hbayt olur;
- Keş yaddaş-əməli yaddaş ilə mikroprosessor arasında informasiya mübadiləsinin yüksəldilməsi məqsədilə istifadə edilən ifrat sürətli yaddaş qurğusudur. Onun iki Level 1 və Level 2 səviyyələri var. Level 1 səviyyəsi adətən mikroprosessorun daxilində, Level 2 səviyyəsi isə əməli yaddaşla mikroprosessor arasında yerləşir. Onun köməyi ilə informasiya mübadiləsi sürəti 10 dəfəyədək artırılır. Belə yaddaşların tutumu bir neçə Mbayt-a qədər olur.
- Daimi yaddaş qurğusu (BİOS-DYQ)- kompüterin ilkin yüklənməsini və qurğuların yoxlanılmasını həyata keçirən və daxilindəki verilənlərin gərginlikdən asılı olmayaraq saxlayan yaddaş qurğusu olan mikrosxemdir.
- Portlar (yuvalar)– əlavə qurğuların (slotların) qoşulmasını təmin edirlər. Portlar paralel (LPT1-LPT4), ardıcıl (COM1-COM3) və universal (USB) ola bilərlər. Paralel portlar sürətinə görə ardıcıl portlardan, universal portlar isə hər ikisindən üstündür.
Videoyaddaş nəticənin ekrana çıxarılmasını idarə edəcək elektron sxem olub videokontrollerin tərkibində yerləşir;
Videoadapter (videokart) monitorun ekranında alınmış təsviri formalaşdırmaq üçün istifadə edilir və həm qrafik, həm də mətn rejimində işləyə bilər;
Kontroller xüsusi elektron sxemlər olub disk sürücüləri, klaviatura və s. ilə əməli yaddaş arasında informasiya mübadiləsinə nəzarət edən qurğulardır.
Monitorlar rəngli və ağ-qara olmaqla ekranın ölçüsünə, rənglərin miqdarına və elektron-süa borulu, LCD, plazma növlərinə bölünürlər. Elektron-süa borulu monitorlarda təsvirin ekrana verilməsi məqsədilə xüsusi elektron şüa borusundan istifadə edilir. LCD monitorlarında ekran iki nazik lövhə arasında yığılmış maye-kristal sxemlərdən ibarətdir. Plazma ekranlarında eyni prinsipdən istifadə edilsə də lövhələr arasında xüsusi qaz yerləşdirilir. Bu tip monitorlar gərginliyi daha çox istifadə edirlər. Məhz bu səbəbdən də onlardan portativ kompüterlərdə istifadə edilməsi məqsədəuyğun deyil. Monitorların standart ölçüləri- 14, 15, 17, 19, 20, 21.
Klaviaturalar köhnə tipli 84/86 düyməli klaviaturalara və 102/104 düyməli klaviaturalara bölünürlər. Klaviaturanın düymələri: funksional düymələrə (F1-F12), hərf-rəqəm düymələrinə, kursoru idarə edən və ədədlərin daxil edilməsi düymələrinə bölünürlər.
Mouse (siçan) – qurğusu qrafik rejimdə işləyən monitorun ekranında kursoru istənilən istiqamətdə hərəkət etdirən, üzərində iki və ya üç düymə olan qurğudur. Mouse qurğusu quruluşuna görə mexaniki, optomexaniki və optiki olur. Ümumiyyətlə, kursoru klaviaturanın köməyi ilə də hərəkət etdirmək mümkündür. Klaviatura kursoru üfüqi və şaquli istiqamətdə hərəkət etdirir. Mouse-la isə istənilən əyrini sürətlə çəkmək olur. Mouse komputerin yan tərəfində yerləşən xüsusi lövhənin (buna Mouse-un xalçası da deyirlər) üzəri ilə hərəkət edir. Mouse-un üzərində yerləşdirilmiş idarəetmə düymələri vasitəsilə nəinki kursoru hərəkət etdirmək, həmçinin redaktor rejimində də işləmək mümkündür.
Xarici yaddaş qurğuları:- elastiki (yumşaq) disk sürücüsü xarici yaddaş qurğusu olan elastiki maqnit disklərindən (disketlərdən-floppy disklərdən) məlumatın oxunması və ya onlara məlumatın yazılmasını təmin edən qurğulardır;
- sərt maqnit diski (HDD, vinçester)- kompüterin sistem blokunun daxilində yerləşərək xarici yaddaş qurğusu olub, informasiyanın saxlanması üçün istifadə edilir. Buraya həm informasiya yazmaq və həm informasiyanı oradan oxumaq mümkündür;
- CD-ROM- compakt disklərdən (CD-R, CD-RW) məlumatı oxumaq üçün istifadə edilir (600-800 Mbayt);
- CD-Writer- kompakt disklərdən məlumatı oxumaq və CD-RW-lərə informasiyanı yaza bilən qurğudur;
- DVD- DVD (4-16 Hbayt) disklərlə işləmək üçün qurğulardır. Müasir DVD qurğuları həm də CD-lərlə işləyə bilir;
- flash (fleş)-kartlar- informasiyanın saxlanması üçün istifadə edilir(16 Hbayt);
Printerlər
Printerlər bir-birindən: çapetmə üsuluna, sıxlığına, sürətinə və çap rənginə görə fərqlənirlər.
1980-90-a illərdə kompüterlər üçün ən çox yayılmış printerlər matrisli printerlər idi. Matrisli printerlər ixtiyari simvolları və qrafik təsvirləri ağ-qara və rəngli (istifadə edilən lentin rəngindən asılı olaraq) çap edə bilirlər. Matrisli printerlərin qiyməti ucuz, cəldliyi isə yüksəkdir (mətn rejimində bir dəqiqədə 1-6 səhifə, qrafik rejimdə isə hər səhifəyə 5 dəqiqə vaxt sərf olunur). Mənfi cəhəti ayrı-ayrı nöqtələrdən formalaşan şəkil və simvolların diskret quruluşlu olması, çap keyfiyyətinin aşağı olması, iş zamanı səs salması və rəngli çap üçün az əlverişli olmasıdır. Printerin əsas aktiv elementi xırda iynələrdir. Sadə modellərdə iynələrin sayı 9-12 arasında, mürəkkəb modellərdə isə 18-24 arasında olur. Hər iynə ayrıca çəkic rolunu oynayır. Müxtəlif düzümlü iynələrin eyni vaxtda lenti döyəcləməsi nəticəsində kağız üzərində istənilən formalı təsviri almaq mümkündür. Belə printerlərin çapetmə sıxlığı 300 dpi-yə bərabərdir. İndiki zamanda praktiki olaraq matrisli printerlərdən istifadə azalıb.
Axınlı printerlərdən kompüterlərdə geniş istifadə edirlər. Belə printerlərdə çap mexanizmi müxtəlif sayda rəng püskürücülərindən ibarət olur. Printerin daxilindəki mikroprosessorun müəyyən etdiyi ardıcıllıqla püskürücülər çox nazik şırnaqlarla rəngli boyanı kağızın üzərinə püskürürlər. Şırnaqların istiqamətini dəyişdirməklə müxtəlif növ təsvirləri almaq mümkündür.
Axınla işləyən printerlər iki növdə olur: ağ-qara və rəngli. Printerin çapetmə sürəti ağ-qara rejim üçün səhifəyə 15-100 saniyə, rəngli rejim üçün isə 7 dəqiqəyə kimidir. Printerdə yüksək dəqiqliklə təsvir almaq üçün ötəri yüksək keyfiyyətli kağızdan istifadə etmək lazımdır (keyfiyyətsiz kağızda rənglərin bir-birinə qarışması baş verir). Müasir axınlı printerlər üçün çapetmə sıxlığı 700-720 dpi-dir (bir düymə düşən nöqtələrin sayı).
Lazer printerləri digər printerlərə nəzərən mürəkkəb quruluşa malik olub, istər ağ-qara, istərsə də rəngli çapın (tipoqrafik çapa uyğun) yüksək keyfiyyətlə əldə olunmasını təmin edir (dəqiqədə 4-12 səhifə və daha çox). Printerin daxilində olan yarımkeçiricilərdən hazırlanmış silindrik səth yüksək gərginlikli elektrik mənbəyindən yüklənir. Təsvirə uyğun olaraq silindrik səthin müəyyən hissələri lazer şüası ilə elektrik yükündən azad edilir. Hazırlanmış boya tozları xüsusi qurğu vasitəsilə silindrin üzərinə səpilir. Lazer şüasının düşmədiyi, yəni elektrik yükünün qaldığı yerlərdə boya tozları silindrin səthinə yapışır və silindrin fırlanması nəticəsində kağız üzərinə hopdurulur. Beləliklə, kağız üzərində lazım olan təsvir alınır.
Müasir lazer printerləri üçün çapetmə sıxlığı 600-1200 dpi-dir. Bu printerlərin müsbət cəhətləri səhifəni sətir-sətir deyil, bütövlükdə çap etməsidir. Mənfi cəhəti isə qiymətlərinin baha olmasıdır.
Modem
Müasir dövrdə qlobal problemlərin həll edilməsində istifadəçilər İnternet elektron şəbəkələrindən istifadə etməyə böyük üstünlük verirlər. Belə dövrələrin köməyi ilə istifadəçi elektron poçtu ilə işləyə bilir, lokal şəbəkələrə daxil olur, faks vasitəsilə istənilən məlumatı ya göndərir, ya da lazımi səviyyədə əldə etmiş olur. Sadalanan işləri həyata keçirmək üçün kompüterə əlavə qurğu kimi mütləq modem və ya faks-modem (informasiya dəyişməsini təsvirlər formasında yerinə yetirən elektron qurğu) qurğusu istifadəçinin ixtiyarında olmalıdır.
Hal-hazırda adi modemlər istehsal olunmur, «modem» dedikdə, sadəcə olaraq faks-modem nəzərdə tutulur.
Modem – kompüter və telefon xətləri arasında rəqəmli elektrik siqnallarını analoq siqnallarına və ya əksinə avtomatik çevirən qurğudur. Bu çevrilmə onunla əlaqədardır ki, kompüter rəqəmli siqnallar ilə işlədiyi halda, telefon xətləri ancaq analoq siqnallar vasitəsilə işləyir. Texnikada rəqəmli siqnalların analoq siqnallarına çevrilməsinə modulyasiya, əks prosesə isə demodulyasiya deyilir.
Analoq siqnalları üç parametrlə: amplitudası, tezliyi və fazası ilə səciyyələndirilir.
Müasir modemlərdə hər üç xüsusiyyətdən istifadə edilir. Modem iş prosesində kompüterdən üç bitə uyğun informasiya qəbul edir ki, birinci bit ilə amplitudaya, ikinci bit ilə tezliyə, üçüncü bit ilə isə fazaya uyğun analoji siqnalı xəttə göndərir. Göndərilmiş siqnallar modem-qəbuledici tərəfindən qəbul edilərək istifadəçiyə lazım olan şəkildə çatdırıır.
Modemin buraxma qabiliyyəti iki parametr: informasiyanın ötürülmə sürəti və informasiyanın tutumu ilə səciyyələndirilir. İnformasiyanın ötürülmə sürəti bod ilə ölçülür. Yəni əgər modem saniyə ərzində analoq siqnalının xarakteristikasını 2400 dəfə dəyişirsə, deməli onun informasiyam xəttə ötürmə sürəti 2400 boddur. İnformasiyanın tutumu isə analoq siqnallarının sayı, yəni bit ilə təyin edilir.
Əgər iki modem arasında əlaqə yaratmaq lazımdırsa, hər iki modemin düzgün işləməsi üçün modemlərin səciyyəvi xüsusiyyətləri eyni olmalıdır. Əks halda, informasiya dəyişməsi modemlər arasında baş verməyəcəkdir.
Qeyd edək ki, telefon xətlərinin keyfiyyətsiz olması və ötürülən siqnalların maneələrə rast gəlməsi modemin iş xüsusiyyətinə, yəni siqnalların keyfiyyətli və sürətli ötürülməsinə xələl gətirir.
Kompüterə qoşulan modem göstərilən iki iş rejimindən birində ola bilər: verilənlərin ötürülməsi və əmrlər rejimi. Birinci rejimdə kompüterin modemə ötürdüyü siqnal analoq siqnalına çevrilərək telefon xətti ilə ötürülür. İkinci rejimdə isə kompüter tərəfindən xüsusi əmrlərin verilməsinə baxmayaraq, modem özü müstəqil işləyir, yəni simvollar ardıcıllığını əmrə çevirir.
Modemlər istifadə olunan kompüterlərin tiplərindən asdı olaraq daxili (elektron lövhə şəkilində kompüterin daxilində yerləşdirilir) və xarici (fərdi kompüterə ayrıca qurgu kimi qoşulur) olurlar.
Səs kartı (səs adapteri)
Səs məlumatlarını (musiqi, danışıq və s.) canlandırmaq üçün kompüterə akustik sistemlər (səs ucaldanlar) və səs kartları quraşdırılır. Səs kartı kompüterin imkanlarını genişləndirərək ona musiqi ifa etməyə, danışmağa (xüsusi proqramlardan istifadə etməklə) və məhdud şəkildə danışığı qəbul etməyə şərait yaradır.
Əgər kompüter CD ROM və səs kartı ilə təmin olunmuşsa, belə fərdi kompüterləri multimedia adlandırırlar. Onlardan təhsildə, istirahətdə və əyləncədə istifadə edirlər.
Şəbəkə kartı
Şəbəkə kartı (və ya şəbəkə adapteri) kompüterin lokal dövrəyə qoşulmasına imkan verir. Əgər firma və ya təşkilatda müəyyən sayda kompüterlərdən istifadə edilirsə, şəbəkə lövhəsi vasitəsilə ilə kompüterlər arasında informasiya mübadiləsi yaratmaq mümkündür.
DVD (digital vidio disk)
DVD kompakt diskləri oxuyan qurğunu (CD-ROM) əvəz edəcək qurğu kimi yaxın zamanlarda istehsal olunmağa başlanıb. Müxtəlif tutumlarda (təxminən 4.7 Hbayt-dan 17 Hbayt-a kimi) olan disklər adi kompakt disklərə çox oxşayırlar.Strimmer
Strimmer (stream – uzun lent) informasiyanı maqnit lentinə yazan xüsusi imkanlı maqnitafondur. Ondan sərt maqnit diskində olan informasiyanın ehtiyatda saxlanılması üçün istifadə edirlər. Əgər həddindən artıq vacib olan informasiya sərt maqnit diskindədirsə, onu strimmerdə saxlamaq məsləhət görülür. Strimmerin kassetləri böyük tutuma (120 Mbaytdan 5 Hbayta qədər) malikdir.
Skaner
Mətn və qrafiki informasiyanın surətini çıxarıb kompüterə daxil etmək üçün skaner (Scaner) qurğusundan istifadə edilir. Skaner fotoşəkil, rəsm, əl yazması, qəzet və jurnal surətlərinin kompüterdə təkrar istifadə edilməsini təmin edir.
Fərdi skanerin əl ilə işləyən, planşet və baraban növlərindən istifadə olunur. Skanerin əsas elementi yarımkeçirici lazer və yarımkeçirici işıqqəbuledicidir. Skaner mətn və ya təsvir üzərində hərəkət etdikdə kağız üzərində hərəkət edən lazer şüası mətni və ya təsviri skanerlər və təsvirə uyğun informasiyam işığa həssas yarımkeçiricilərdə əks etdirir. Nəticədə alınmış işıq siqnah elektrik siqnalına çevrilir və naqil vasitəsi ilə kompüterə ötürülür. Kompüterə ötürülən siqnal özündə təsvirə uyğun olan nöqtələrin sayını və təsvirin rəngini təzahür etdirir. Kompüter tərəfindən alınan siqnal kompüterin daxilində rəqəm siqnalına çevrilir. Ahnmış məlumat istifadəçi tərəfindən lazım gəldikdə fayl şəklində diskə yazılır.
Plotter
Plotter kağız üzərində müxtəlif çertyojların çəkilməsini təmin edir. Əsasən kompüterdə mühəndis məsələlərini həll etmək üçün istifadə edilir.
Rəqəmsal kamera
Rəqəmsal kamera kompüterə təsvirləri daxil etmək üçün istifadə olunan xüsusi quruluşlu cihazdır.- Teqlər:
- kompüterin hissələri
- , kompüter
- , kompüterin qurğuları


Comments are closed, but trackbacks and pingbacks are open.