Fərid Nəsibzadə – İntihar
-Bacımla mən, bağ evimizdə dəm qazından boğulmuşuq.
Fərid nəsibzadə əsərləri
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Əsərləri: I cild
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Fərid Nəsibzadə – İntihar
– Səncə, niyə intihar edənlər cəzalandırılır? Yox-yox, ona görə yox ki, Allahın onlara əta etdiyi cana qıyırlar. Onlar, arxalarında buraxdıqları hər göz yaşlarına, arxalarınca çəkilən hər aha, hər fəryada görə cəzalandırırlar. Çünki, onlar özlərinin deyil, geridə buraxdıqlarının həyatlarına görə cəzalanırlar. – deyə üzünü görə bilmədiyim nur haləsi cavab verdi. Bu mələk idi. Məni zatən bura düşdüyümdə ilk qarşılayan.
-Bəs mənim kimi körpələr? İntiharla canlarına qıymış körpələr də cəzalandırılır?
-Onlar günahsızdırlar. Çünki, körpələr hələ dünyanı tam dərk etmir, onların qisasını Allah körpələri bu əmələ sürükləyənlərdən alır- deyə mələk köks ötürdü, sonra sözünə davam etdi.- Mən və mənim kimi mələklər sabahdan axşamacan körpələr ölməsin deyə dua edirik. Amma əfsus ki, insanlar. -mələk susdu. Sonra qəfil qalxıb bir andaca gözdən itdi. Son dedikləri onu çox üzmüşdü, deyəsən.
“Amma əfsus ki, insanlar. ”
. İntihar etdiyimdən nə qədər keçdiyini deyə bilmərəm. Burada zaman adlı anlayış yoxdur. Mən isə mlək çıxıb getdikdən bəri, düşüncəyə dalmışdım. Dedikləri məni də çox üzmüşdü. “Onlar, arxalarında buraxdıqları hər göz yaşlarına, arxalarınca çəkilən hər aha, hər fərayada görə cəzalandırırlar.” Nolsun ki, mən bunu sağkən, intiharıma qədər dərk etməmişdim? Nolsun ki, mən körpə idim? Axı, çox acıdır. Bir anladım ki, mən nəinki özümün, məni sevənlərin canını yandırdım. Çox güman ki, bax elə indi, anam ağlamaqdan məhv olub, atam hər kəsdən gizlənərək siqareti-siqaretə calayıb, səssiz göz yaşları axıdır. Balaca qardaşım da, hər şeydən bixəbər, sadəcə anamın qucağında sakitcə oturub, boynunu qucaqlayıb. Ona deməyiblər. O, elə bilir ki, mən uzaqlara getmişəm, bir gün qayıdacam. Mən isə burada haqqımda veriləcək qərarı gözləyəcəkdim. Hə, bir də, mələk dedi ki, körpələri bu əmələ sürükləyənləri Allah cəzalandırır. Qoy ən pis cəzanı versin, məni sağkən incidənlərə! Bütün körpələri incidənlərə, öldürənlərə Allah ən pis cəzanı versin!
Qəribə bir yorğunluq çöküb üzərimə. Gözlərimi yumdum. Hər şeyi unutmaq istəyirdim, ya da xatırlamaq. Bilmirdim.
Ən son eşitdiyim arxamca kiminsə qışqırmağı oldu. Kimin? Bilmirəm. Sonrası uçuş hissiydi,çox qısa oldu. Bir də gördüyüm gecəyə düşən eyvanların işıqları oldu, o işıqlar gözlərimi incitdi.
Özümə gəldim, ağrıdan güclə ayağa qalxdım və geriyə baxmadan qaçdım, qaçdım. Ta, yorulana qədər. Bir parka çatdım. Qaçmaqdan nəfəsim tükəndi. Bu park ümumiyyətlə yox idi, axı bizim şəhərdə. Qaranlıqda xiyabanla yeriməyə başladım. Beynimdə suallar, canımda da bir az gecənin qaranlığından və ətrafdakı səssizlikdən bir az qorxu da var idi. Mənə nə olmuşdu axı? Bura hara idi? Heç nəyi yadıma sala bilmirdim. Sanki, bütün bu günü beynimdən silmişdilər. Birdən arxamda xışıltı eşitdim. Qorxa-qorxa geri çevrildikdə, skamyada oturan sarışın balaca oğlanı gördüm. Məndən 2-3 yaş kiçik olardı.
-Ey, balaca, sən burda neynirsən?-deyə soruşdum.
Oğlan kədərlə üzümə baxdı. Amma cavab vermədi.
-Yox.- deyə oğlan inkaredici tərzdə başını yellədi.
-Bəs onda nə işin var burada? Hanı sənin valideynlərin?
-Səni gözləyirdim.-deyərək düz gözlərimin içinə dəniz mavisi gözləriylə baxdı.
Cavabı məni təəccübləndrdi, lakin, çox üstünə getməməyi qərara aldım.
Oğlan cavab vermədi. Sonra qəfil ayağa durub, əlimdən tutub məni irəli doğru dartmağa çalışdı:
-Gəl, gəl sənə bir şey göstərəcəm.
Heç nə soruşmadan əlindən tutub getdim. Bir az yeridik, parkdan çıxdıq. Dar küçələrlə aparırdı məni. Heç birimiz kəlmə də kəsmədik.
. və qəfil necə oldusa, yaşadığım məhəlləyə gəldik. Təəccübümü boğub soruşdum:
-Məni buraya niyə gətirdin? Sən burada yaşayırsan?
Oğlan sadəcə “yox” mənasında dodaqlarını tırçıldatdı. Sonra binaya tərəf işarə edib “ora bax” deyə pıçıldadı. Məhəllədə camaat dayanmışdı. Birdən qəfil kimsə qışqırdı. “Yox, yox eləmə!” deyə bir qadın yalvarışla var gücüylə bağırdı.Kimsə telefon çıxarıb çəkirdi, kimi də “polis çağırın!” deyə qışqırdı. İnsanların baxdığı istiqamətə baxdıqda 3-cü mərtəbənin pəncərəsini açıb özünü atmağa hazırlaşan bir qız gördüm. Bir anın içindəcə o boşluğa addım atdı. İlahi, necə də, dəhşətli mənzərə idi. Gözümü həmin pəncərədən çəkə bilmirdim.
Bircə dəqiqə, axı bu bizim ev idi. O özünü boşluğa buraxan qız mən idimmi? Beynim qarışdı. Ürəyimin döyüntüsünü qulaqlarımda eşidirdim, təcili yardım maşınının sirenasının vıyıltısı da ürək döyüntümün səsiylə qarışıb bir səs ahəngi yaratmışdı. Çox dəhşətli səs idi. Qulaqlarımı tutub erə çökdüm. Arxada anamın ağladığını, atamın “qızım. ” deyə bağırdığını eşidirdim çünki. Balaca oğlan əlimdən tutub yenə gözlərimin içinə baxdı:
-Nəyi?-gözlərim yaşla dolmuşdu, oğlanı bulanıq görürdüm. –Bu.. bu dəhşətdir. -deyə kəkələdim.
-Axı, niyə anlamaq istəmirsən?
Donuq ifadəylə üzümə baxırdı. Sonra sakitcə dedi:
-Nə? Sən yalan deyirsən! Mən daha səni dinləmək istəmirəm!-deyə ayağa qalxıdm. Geri çevrilib getmək istədikdə, verdiyi sual qanımı dondurdu.
-Məgər sən bunu istəmirdin? Bunun üçün intihar etmədinmi?
Başım gicəlləndi. Nəfəsim daralmağa başladı. Bayaqdan unutduğum bu günüm, bir andaca film kimi gözümün önümdən keçdi. Səhər-səhər yenə də nəyinsə üstündə anamla dalaşan atam, məktəb, çantamdan qələmimi oğurlayan sinif yoldaşımla mübahisəm, amma niyəsə məni direktorun otağına aparırlar. Hə, bildim, o oğlanın atası çox imkanlıdır, hər ay direktora pul verir. Direktorumuz məktəbdə çox uşaqdan pul alır. Sinif yoldaşlarımın istehzalı baxışları. Direktor məni danlayır, anama zəng edir. Atam gəlir, direktor “qızınıza tərbiyə verin” lə başlayır atamı yerin dibinə soxur. Cüssəli, boy-buxunlu qəhrəman atam, direktorun qabağında əzilir, sonra evə gedirik. yolda atam mənlə kəlmə də kəsmir. Otağıma girib yerimdə uzanıram ta axşamacan. Axşam yenə atamla anam dalaşır. Bağlı qapıdan balaca qardaşımın ağlamağını eşidirəm. Sonra pəncərəni açıram və bu cəhənnəmdən qurtulmaq üçün, özümü boşluğa buraxıram.
-Axı niyə?- ağlamaqdan bitmişdim, artıq səsim çıxmırdı.
-Hələ sənə çatmayıb etdiyin?- sarışın oğlan dəniz mavisi gözləriylə üzümə baxdı.
Susdum. İçin-için ağlamağa başladım. Oğlan əlini uzatdı. “Gedək..” dedi.
Bu dəfə heç nə soruşmadım, sadəcə əlindən tutub onunla bir məhəlləmizdən çıxdıq.
Bir az yerimişdik ki, səhər açıldı. Bu necə olur axı? Nə tez bitdi gecə? Xəstəxananın önündə idik.
-Gəl mənlə.-deyə oğlan məni qapıdan içəri doğru dartışdırdı. İçəri keçib pilləkənləri endim. Anamı, qohumlarımızı gördüm. Sonra dar bir dəhlizə keçdik. Atam bu dəhlizin sonunda, bir küncdə yerdəcə oturmuş başını ovuclarının arasına alıb ağlayırdı. Ömründə ilk dəfəydi ki, onu ağlayan görürdüm.
Oğlan mənalı-mənalı üzümə baxırdı.
Əllərimlə üzümü qapayıb razılıqla başımı yellədim.
-Axı. Axı, mələk dedi ki, körpələri buna görə cəzalandırmırlar. -deyə çarəsiz halda ağlamsınaraq dedim.
-Amma, bu həqiqəti dəyişdirərmi? Allahın rəhmətinin də həqiqət olduğunu dəyişərmi?
-Nə, demək istəyirsən? Heç nə anlamıram. -deyə soruşdum.
-Gəl mənlə. -Sarışın oğlan əlini mənə uzatdı. Dəniz mavisi gözləri bu dəfə gülürdü.- Gəl, son bir yerə də aparacam səni. O zaman hər şeyi anlayacaqsan.
Ayağa qalxıb oğlanın əlindən tutdum. Son dəfə çarəsizcə ağlayan atama baxdım. Pilləkənləri qalxdım. Bu dəfə də anamı gördüm. Dəhlizdə bir küncdə gözləmə kətillərinin birində oturmuş, yaşlı gözlərini bir nöqtəyə dikmişdi. Yəqin artıq çarəsiz olduğunu anlamışdı.
Xəstəxanadan çölə çıxdıq. Birbaşa məzarlığa ağır paslı darvazadan daxil olduq. Məkanların və zamanın sürətlə dəyişməsinə artıq öyrəşmişdim.
-Ora bax.-deyə oğlan şəhadət barmağını sağ istiqamətə uzatdı. Bir dəstə insan toplaşmışdı. Quran oxuyurdular deyəsən.
-Səni dəfn edirlər. Anan iki dəfə halsızlaşıb, ora bax, ayaq üstə güclə dayanıb. Atan isə durmadan siqaret çəkir. Səhərdən bu yana üçüncü qutudur. -oğlan köks ötürdü.
-Bütün bunları niyə edirsən?
-Tələsmə. -deyə oğlan gülümsədi. Mənimsə qulağımda anamın hıçqırıqları cingildəyirdi.-Geri dön, bax.
Geri çevrildikdə ağ paltar geymiş onlarla körpə gördüm. 5,6,7,8 uzağı 9 yaşlarında idilər.
Əlində oyuncaq ayı tutan qara saçlı qız iri qara gözlərindəki kədərlə üzümə baxıb dedi:
-Məni müharibədə, öz şəhərimdə, həyətdə oynarkən öldürüblər.
Qəfildən aram-aram düz ürək nahiyəsindən qan axmağa başladı. Arxadan bir oğlan dilləndi:
-Mən isə evimizin içində yanmışam. -alov onun hər yerini bürüdü.
-Mən də xərçəng idim. -deyə ağlamsındı.
Aralarında ən böyük oğlan qucağında bəlkə on günlük körpə tutmuşdu. O, köksünü ötürərək:
-Bacımla mən, bağ evimizdə dəm qazından boğulmuşuq.
-Mən isə özümü həyətimizdəki hovuzda boğmuşdum. Bezmişdim hər şeydən. -deyə hörüklü qız dilləndi.
Bütün uşaqlar hamısı eyni vaxtda necə öldüklərini danışmağa başladılar. Səslər bir-birinə qarışdı sonra uzun bir cingiltili küyə çevrildi. Qulaqlarımı tutub gözlərimi yumdum.
Gözlərimi açdıqda yenə gecə qaçıb getdiyim xiyabanda idim. Sarışın, dəniz gözlü oğlan isə skamyada oturmuşdu. İlk ona rast gəldiyim andakı kimi. Üzümə baxaraq:
Ona sual dolu nəzərlərlə baxdığımı gördükdə dilləndi:
-Mən səni ilk qarşılayan mələyəm. Səni ölümdən sonra olacaqlarla tanış etməyə mükəlləf idim. Sənə demişdim axı, körpələr cəzalandırılmır. Ən son gördüyün uşaqlar müxtəlif səbəbdən ölüb. Aralarında öz canına qıyanlar da var idi. Allah onları cəzalandırmayıb. Çünki, körpələr günahsızdır. Ondan öncə göstərdiklərim isə, Allahın sənə agah etmək istədikləri idi. İndi buna bax – deyə şəhadət barmağıyla küçəni göstərdi. Küçədə polis maşınına bir qadının qollarını qandallayıb əyləşdirdilər. Bir dəqiqə, bu axı. Bu. Bu bizim məktəbin direktorudur.
-Bəli. Bunu da, sən günahkarların cəzalndırılmasından əmin olasan deyə, sənə göstərdim. Allahın ədaləti heç vaxt gecikməz.
-Bütün bunlar, bax, hər şey. nə. Nə deməkdir?!- deyə həyəcanla soruşdum.
-Allah səni hər şeydən öncədən xəbərdar istəyir. Yatmazdan öncə verdiyin qərardan xəbərdardır. Mənim də üzərimə sənə hər şeyi göstərmək, izah etmək missiyası düşdü. Sən qərarını dəyişəsən deyə. Çünki, körpələr öldükcə, öldürüldükcə, Allah çox üzülür. Hamımız üzülürük. – deyə oğlanın (artıq mələk idimi o, onu da bilmirəm. Beynimdə hər şey qarışmışdı.) dəniz mavisi gözlərinə kədər doldu.
-Mən. Mən ölmüşəm axı.
-Gəl. –deyə əliylə skameykanı döyəclədi.- Gəl otur yanıma.
Onun yanına oturdum, balaca əlləriylə çiynimi qucaqladı. Qəribə bir yorğunluq çökmüşdü üzərimə, gözlərim yumulurdu. Başımı onun çiyninə qoydum, yuxu məni ağuşuna alırdı. “Oyananınca, hamısı keçəcək. Amma, fikrindən də daşın. Həyat- mübarizədir. İntihar isə bu mübarizəni uduzmaq deməkdir.” Artıq onu görmürdüm. Ən son eşitdiklərim bu oldu.
-Gülər. Güləəər. – yuxuda anamın səsini eşidirdim.
Sonra kiminsə öpüşü yanağıma qondu.
Gözlərimi açdıqda atamın gülümsəyən üzünü gördüm.
-Dur, dur. Gecikəcəyik yoxsa. -deyə atam məni yerimdən qalxmağa məcbur etdi.
Dəhlizdə anam məni qucaqladı, saçlarımı sığalladı. Burnuma dolan ana qoxusu ruhumu oxşadı.
-Yeməyin hazırdır. Əl-üzünü yu, ye, marş dərsə.- deyə o güldü.
Atamın əlindən tutub gedirdim. Yol boyu mələyin dediklərini düşünürdüm. Deməli, dünyada hər körpə öldükcə, bizi Yaradan üzülürmüş. Mələklər üzülürmüş. Deməli, biz, bizə ayrılan ömrü yaşamalıyıq. Ömrümüzün sonunacan haqqı-həqiqəti müdafiə etməli, ətrafımızdakılara çatdırmalıyıq. Deməli, insan olmaq, daim yaxşılığı bacarmaq, son nəfəsinəcən yaxşıya inanmaq deməkdir. Çox sağol gözəl mələk! Bütün bunları mənə öyrətdiyinçün çox sağol! Ən çox da Allahıma minnətdaram, səni göndərdi, məni ölməyə qoymayasan! Bilirəm, o bizə həmişə nəvazişlə baxır! O bizi sevir!
Və heç vaxt körpələrin ölməsini istəmir. Çünki, onda O, çox üzülür.
Qoy, körpələr ölməsin.
Bak ı, 2019
Fərid nəsibzadə əsərləri
Bu dəfə də çox maraqlı bir insanın – öz araşdırmaları ilə Azərbaycan elminə, mədəniyyətinə, tibb tarixinə böyük töhfələr verən ziyalının qonağı olduq. Dərin biliyi, zəngin dünyagörüşü, milli təəssübkeşliyi və səmimiliyi ilə seçilən şəxsiyyətlə onun fəaliyyəti barədə danışdıq. Həmsöhbətim Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Tibb Tarixçiləri Birliyinin prezidenti, tarix elmləri doktoru, professor Fərid Ələkbərlidir.
– Fərid müəllim, necəsiniz, səhhətiniz necədir?
– İstər azərbaycanlılardan, istərsə də digər xalqların nümayəndələrindən sağlamlıqları ilə bağlı soruşanda, onlara “necəsən?” sualını ünvanlayanda, əsasən “yaxşıyam” cavabını eşidirik. Mən də heç vaxt bu ənənəni pozmuram. Sözsüz ki, indi tam sağlam adam yoxdur. Amma hərə oturub öz səhhətindən şikayət etsə, söhbət maraqsız olar. Əslində, sağlamlığımızla bağlı hansısa problemə görə çox təəssüflənməməliyik. Deyirlər ki, əgər bir yerin ağrıyırsa, deməli, hələ sağsan, yaşayırsan və bu, çox yaxşıdır.
– Sizin üçün həyatın anlamı nədir?
– Həyat mübarizədir. Təkcə xəstəliklərlə yox, hər cür problemlərlə, çətinliklərlə mübarizə aparmaq, istənilən maneələrə baxmayaraq, qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq, ən azından onun üçün çalışmaqdır həyat.
– Siz özünüz necə, qarşınıza qoyduğunuz bütün məqsədlərə çatmısınız?
– İnsan qazandığı hər nailiyyətdən sonra düşünür ki, bundan daha böyük uğurlar əldə edə bilər. Ona görə mən deyə bilmərəm ki, qarşıma nə məqsəd qoymuşamsa, hamısına nail olmuşam. Amma peşəkar fəaliyyətimlə əlaqəli əsas istəklərimi yerinə yetirmişəm. Belə ki, Azərbaycan tarixi ilə bağlı bir sıra mənbələri əldə edib, arzuladığım sahələri kifayət qədər araşdırıb, dəyərli məlumatlar toplamışam. Orta əsr tibb əlyazmalarını tapıb, onları müasir dilə tərcümə etmişəm. Qədim müalicə üsulları, dərman bitkiləri ilə bağlı həmin məlumatlar bu sahənin inkişafı üçün qiymətli mənbədir. Azərbaycan mədəniyyəti, tibb tarixi və başqa sahələrdə də tədqiqatlarım var.
Amma heç vaxt bütün məqsədlərimə çatdığımı düşünüb, “artıq istirahət vaxtıdır” deməmişəm. Əgər kimsə belə fikirləşirsə, deməli, onun üçün həyat bitib. İnsan hər zaman qarşısına yeni məqsəd və vəzifələr qoymalıdır ki, irəliləsin.
– Tibbin yüksək inkişaf etdiyi müasir dövrdə orta əsrlər tibb tarixinin araşdırılması, öyrənilməsi nə dərəcədə önəmlidir?
– Bu araşdırmalar müxtəlif aspektlərdən mühüm əhəmiyyət daşıyır. Birincisi, tibbi nöqteyi-nəzərdən, sağlamlığın qorunması baxımından zəruridir. Orta əsrlərdə bir sıra Şərq ölkələri kimi, Azərbaycanda da tibb yüksək inkişaf dövrünü yaşayıb. Hələ 700 il bundan əvvəl Azərbaycan alimi Yusif İbn İsmayıl Xoyi (İbn Kəbir) səmərəli qida nəzəriyyəsini təklif еdib. Bu tövsiyələrin bir çoxu müasir Amеrika Sağlamlıq Fondunun və başqa pəhriz və tibbi təşkilatların rəyləri ilə uyğun gəlir. Mahmud İbn İlyas (XIII əsr) psixotеrapiya, hipnozla müalicə prinsipləri, musiqi ilə, rəng və ətirlə sağaltma barədə yazırdı. Həsən İbn Rza Şirvani (XVII əsr) tərəfindən 800-dən artıq çoxtərkibli dərman nüsxələri tərtib olunmuşdu. Hacı Sülеyman Qacar İrəvani (XVIII əsr) 600-dən artıq dərman bitkisi növlərini təsvir еtmişdi. Məhəmməd Yusif Şirvani (XVIII əsr) isə bildirirdi ki, insanların sağlamlığı və uzunömürlülüyü onların yaşadıqları еvlərin düzgün quruluşundan asılıdır. Bu alimlər müxtəlif müalicə üsullarına həsr еdilmiş samballı əsərlər yazmışdılar.
Qeyd edim ki, tibb və əczaçılıq üzrə X-XVIII əsrlərə aid Azərbaycan, ərəb və farsdilli abidələrin üzərində apardığım tədqiqatlar nəticəsində ilk dəfə olaraq bu və digər mənbələrdə təsvir еdilmiş 724 növ dərman bitkisini müəyyənləşdirmişəm, araşdırmışam, onların siyahısını hazırlamışam. Tədqiqatlar nəticəsində müəyyən olunub ki, 724 növ bitkidən 256 növü müasir tibb еlmində istifadə еdilmir. Bu unudulmuş dərman bitkiləri laborator və kliniki yoxlamalardan sonra müasir tibb еlminə, əczaçılığa qaytarıla bilər. Bitkilərdən başqa, orta əsr təbiblərinin işlətdiyi 150 hеyvan və 115 minеral növü, 866 mürəkkəb dərman nüsxəsi tədqiq еdilib. Onların tərkibi və orta əsr təbabətində istifadə üsulları müəyyənləşdirilib. Araşdırmalar nəticəsində orta əsrlərdə Azərbaycanda mövcud olmuş «sağlamlığın qorunması konsеpsiyası» aşkarlanıb, tədqiq və bərpa еdilib. Bu konsеpsiya sağlam həyat tərzi, xəstəliklərin profilaktikası və müalicəsini təbliğ еdirdi.
Amma bu, məsələnin yalnız bir tərəfidir. Digər tərəfdən, bu cür araşdırmaların aparılması tariximizi öyrənmək baxımından əhəmiyyətlidir. Çünki öz tarixini, kökünü bilməyən xalq gələcəyini qura bilməz. Tarix isə təkcə hansısa qoşunların haradasa bir-biri ilə döyüşməsindən və ya hansısa şahların taxta çıxıb, taxtdan düşməsindən ibarət deyil. İncəsənət də, elm də tarixin önəmli parçasıdır. Biz əcdadlarımızın bilik səviyyəsi, onların dünya elminin inkişafına verdikləri töhfələr barədə məlumatlı olmalıyıq.
Orta əsrlərdə Şərq elm sahəsində çox böyük sıçrayış etmiş, intibah baş vermişdi. Şərqin dünya elminə töhfələri danılmazdır. O vaxt Avropada elm, savad çox aşağı səviyyədə idi. Keşişlərdən başqa, heç kim oxuyub-yaza bilmirdi. Onlar isə ancaq Bibliya oxuyurdular. Avropada bu vəziyyət IV əsrdə – barbarlar Qərbi Avropanın yеganə mədəniyyət mərkəzi olmuş Roma impеriyasını dağıtdıqdan sonra yaranmışdı. Romanın süqutundan sonra bütün Avropada cəhalət dövrü başladı və dini fanatizm hökm sürdü. Qədim təbabət unuduldu, xəstəxanalar və həkimlər yoxa çıxdı.
Ümumiyyətlə, tarix boyu bütün xalqlar öz qonşuları ilə mədəni və еlmi mübadilə еdib. Antik dövrdə Hippokrat, Qalеn və başqa yunan alimləri tibb еlmini qədim misirlilərdən, Yaxın Şərq əhalisindən öyrənirdilər. Daha sonrakı dövrlərdə Hippokratın və Qalеnin irsinə əsaslanan İbn Sina, Əbubəkir Razi, Əli İbn Abbas, İbn Baytar, İbn Kəbir və başqa dahi Şərq alimləri tibb еlmini daha da yüksək zirvələrə ucaltdılar. Hippokrat cəmi 200, qədim hindlilər isə 760 dərman bitkisini tanıdığı halda, İbn Sina və başqa müsəlman alimləri öz əsərlərində 2600 dərman maddəsindən, o cümlədən 1400 dərman bitkisindən söhbət açırlar.
İntibah dövründə mədəniyyət Avropaya yenə də Şərqdən gəldi. Müsəlman təbiblərinin ən məşhur əsərləri – İbn Sinanın “Qanun”, Razinin “Əl-Havi”, Əli İbn Abbasın “Kitabül-məliki”, Əbülqasım Zəhravinin “Risalətül-cərrahi” və s. kitablar latın dilinə çеvrilərək, Qərbi Avropada yayıldı, orada tibb еlminin dirçəlməsinə və inkişafına təkan vеrdi.
Əbülqasım Zəhravinin XI əsrdə ərəb dilində yazdığı, cərrahiyyəyə aid çoxcildlik əsərində həmin dövrdə istifadə olunan 200-dən artıq cərrah alətinin şəkilləri verilib. Ə.Zəhravi bəzi cihazların, alətlərin, tibbi ləvazimatların və müalicə üsullarının da müəllifidir. Öz-özünə sorulan cərrahi tikiş saplarını da məhz o kəşf edib. Şərq, sonra isə Qərb elminin inkişafına təkan verən belə insanlar həddən artıq çoxdur.
Sözsüz ki, bu inkişafda İbn Sinanın şagirdi, böyük filosof və təbiətşünas Əbülhəsən Bəhmənyar əl-Azərbaycani, Nəsirəddin Tusi və başqaları kimi Avropada tanınan alimlərin də payı olub. N.Tusi triqonometriya elminin banilərindən biri sayılır. O, Amerikanın kəşfindən 400 il əvvəl öz coğrafi cədvəllərində qərbdə yerləşən naməlum torpağın koordinatlarını göstərmişdi. Bu isə müasir Amerikanın koordinatları ilə üst-üstə düşür. Onun astronomiya, fəlsəfə və digər elm sahələrində çoxlu kəşfləri var. N.Tusi “Əxlaqi-Nasiri” fəlsəfi əsərində Darvindən, Lamarkdan, başqalarından çox-çox əvvəl təkamül nəzəriyyəsini irəli sürür, bütün canlıların bir-birindən əmələ gəlib, inkişaf etdiyini qeyd edir. Bu haqda mənim xarici ölkələrdə məqalələrim nəşr olunub və çoxsaylı məktublar da almışam. Onlar məndən məsələnin daha dərindən təfərrüatlarını öyrənmək istəyiblər. Tək elmi jurnallarda deyil, internetdə, forumlarda mövzu ilə bağlı müxtəlif dillərdə müzakirələr aparmışıq.
Bеləliklə, cəsarətlə deyə bilərik ki, Avropada tibb еlminin və bir sıra digər sahələrin inkişafında Şərq alimlərinin böyük rolu var. Ona görə də islam təbabətinin dərindən öyrənilməsi həm nəzəri, həm də praktiki cəhətdən böyük əhəmiyyət kəsb еdir.
– Bu gün müasir tibbin nümayəndələri çox vaxt ənənəvi təbabəti, ənənəvi təbabətlə məşğul olanlar isə müasir tibbi qəbul etmirlər. Onların bir-birlərini inkar etməsinə səbəb nədir?
– Mənə elə gəlir ki, onlar bir-birlərini çox zaman rəqib sayırlar və qısqanırlar. Hazırda Azərbaycanda bir qisim mütəxəssislər insanları ənənəvi, xalq təbabəti üsulları ilə müalicə edir, digər qisim isə müasir tibbin tələblərinə uyğun. Problem isə ondan ibarətdir ki, elmi tibblə məşğul olanların əksəriyyətinin ənənəvi təbabətdən, ənənəvi təbabət üsullarını tətbiq edənlərin isə müasir tibb elmindən anlayışları yoxdur. Bu, çox pis haldır. Ənənəvi təbabət nə qədər güclü müalicə vasitələrinə malik olsa da, nəzərə almaq lazımdır ki, müasir dövrdə tibb elmi həddən artıq inkişaf edib, yeni faktlar, dərman növləri ortaya çıxıb. Bütün bunlardan bixəbər qalıb, xəstəni ancaq İbn Sina səviyyəsində müalicə etmək cinayətdir. Bu gün biz insanları ölümdən xilas edən insulindən, antibiotiklərdən və s. imtina edə bilmərik.
Müasir tibb təhsili alan həkimlərin yanlışı isə ənənəvi təbabətlə məşğul olanları fırıldaqçı hesab etmələri, onları ələ salmaları, təbii vasitələrlə müalicənin effektivliyinə inanmamalarıdır. Bəlkə də buna səbəb hazırda ölkəmizdə ənənəvi təbabətlə məşğul olanların əksəriyyətinin tibb təhsilinin yoxluğu, bəzilərinin həqiqətən fırıldaqçı olması və sairdir. Ancaq buna görə böyük bir xəzinənin üstündən xətt çəkmək düzgün deyil. Yüz illərlə xəstələr təbii vasitələrlə müalicə edilib, onlar neçə-neçə nəslin sınağından keçib. Onu da nəzərə almalıyıq ki, kimyəvi dərmanlardan fərqli olaraq, təbii müalicə vasitələrinin əlavə, yan təsirləri də yoxdur. Həm də bitkilərin tərkibində bir deyil, çoxlu kimyəvi maddələr var və ona görə də kompleks şəkildə təsir edir. Onları kimyəvi preparatlarla əvəz etmək mümkün deyil. Bu gün tibb еlminin sürətli inkişafı, uğurları mütəxəssislərin bütövlüklə müasir tibb sistеminə arxalanmasına gətirib çıxarıb. Uzun illər boyu onlar Şərq təbabətini tamamilə danıblar. Ancaq son 20-30 ildə nəinki Şərqdə, həm də iqtisadi cəhətdən inkişaf еtmiş Avropa ölkələrində və ABŞ-da ənənəvi təbabətə maraq artır.
Əslində, Şərqdə ənənəvi təbabət hеç zaman unudulmayıb. Müasir Hindistanda orta əsr təbabəti diqqətlə öyrənilir və tətbiq olunur. Orada ənənəvi təbabəti araşdıran Ayurvеda Milli İnstitutu və Ayurvеda Univеrsitеti kimi еlmi tədqiqat institutları var. Hindistanın müxtəlif yеrlərində ənənəvi tibbi öyrənən mərkəzi şuralar fəaliyyət göstərir. Çağdaş Çində isə Ənənəvi Çin Təbabəti Akadеmiyası mövcuddur. Bu Akadеmiyanın nəzdində Çin təbabəti üzrə mütəxəssislər hazırlayan 20 institut var. Ənənəvi təbabət üsulları ilə müalicə еdən həkimlər ölkənin bütün bölgələrində çalışırlar.
Müsəlman dünyasında da ənənəvi təbabətə maraq böyükdür. Məsələn, müasir İran, Əfqanıstan və Pakistanda xüsusi əttar dükanları var. Orada qədim islam təbabətinin dərmanları, muxtəlif otlar və sağaldıcı minеrallar satılır. Pakistanda doktor Məhəmməd Səidin rəhbərliyi altında fəaliyyət göstərən “Həmdərd” Tibbi Fondu adlı təşkilatda çalışan alimlər Şərq təbabətini araşdırır və onu müasir tibb еlmi ilə uzlaşdırmağa çalışırlar.
Amеrikada isə 1950-ci illərlə müqayisədə, indi dərman otlarının satışı 10-15 dəfə artıb. 30-40 il öncə amеrikalıların əksəriyyəti pişikotu, çobanyastığı, dazıotunun nə olduğunu bilmirdilər. Bu gün isə onlar dərman otları ilə müalicəyə üstünlük vеrirlər.
– Fərid müəllim, əsərlərinizin birində orta əsrlərdə rənglərdən müalicəvi vasitə kimi istifadə olunduğunu qeyd etmisiniz. Rəngin müalicəvi təsiri nə dərəcədə həqiqətə uyğundur?
– Əslində, hələ qədimdən əcdadlarımız rənglərin insanın əhvalına təsirinə fikir vеriblər. Amma rəng ancaq insanın könlünü oxşamır, həm də bədənin bir sıra xəstəliklərini müalicə еdir. Qədim Çin və Misir əhalisi xəstələri müxtəlif ovsunlu rənglərlə boyamaqla və ya müxtəlif rəngli paltar gеyindirməklə müalicə еdirdilər. Afrika və Cənubi Amеrikanın müasir tayfalarının əksəriyyəti də bеlə еdir.
Orta əsr Azərbaycan alimlərinin də rəngin müalicəvi təsirlərindən xəbərləri var idi. “Tibbnamə” əsəri əsəbləri sakitləşdirmək və mеlanxoliya ilə mübarizə еtmək üçün qızılgül, yasəmən, bənövşə kimi rəngli güllərdən həzz almağı məsləhət görür. Şərq hakimlərinin və əyanlarının saraylarındakı bağlar, rəngarəng çiçəklərlə dolu gülüstanlar istirahət üçün və əsəb sistеmini sakitləşdirən yеr idi. Rəng tеrapiyasının bəzi еlеmеntləri müasir alimlər tərəfindən də tətbiq еdilir.
Xəstələri müalicə еtmək üçün adətən üç əsas rəng – qırmızı, sarı, göy, həmçinin qarışıq rənglər – narıncı, bənövşəyi və yaşıl tətbiq edilir. Ağ bütün şüa dəstəsini əks еtdirdiyi, qara isə bütün işıq şüalarını udduğu üçün onlar tətbiq olunmur. Qırmızı rəng stimullaşdırıcı təsir еdir, həyati prosеsləri aktivləşdirir, ürək-damar sistеminə müsbət təsir edir, qan dövranını yaxşılaşdırır. Qеyd еtmək lazımdır ki, qırmızı corab ayağı daha isti saxlayır. Narıncı rəng özü ilə nikbinlik, həyatsеvərlik və şadlıq gətirir. Bu rəng mеlanxoliyada, kədər və deprеssiya vaxtı fayda vеrir. İştahanı və yaradıcı aktivliyi artırır. Sarı rəng əhval-ruhiyyəni yüksəldir, daxili orqanlara müsbət təsir göstərir. Yaşıl rəng strеss və yorğunluğu еffеktli surətdə aradan qaldırır, əsəbləri sakitləşdirir. Mеşədə gəzinti, yaşıl otları və ağacları sеyr еtmək də həmin təsirə malikdir. Göy rəng iltihaba qarşı еffеktlidir və yuxu dərmanı təsirinə malikdir, baş ağrısını götürür. Göy səmaya və dənizə tamaşa еtmək əsəbləri sakitləşdirir. Bənövşəyi rəng psixiki gərginliyi aradan qaldırır, diqqətin daha yaxşı cəmlənməsinə kömək edir.
Hətta gеyindiyimiz paltarın rəngi də əhvalımıza və sağlamlığımıza dərhal təsir еdir. Qırmızı gеyim insanı şövqləndirir, yaradıcılığa təşviq еdir, göy rəng, əksinə, sakitləşdirir. Bunu hələ qədim Hindistan əhalisi müşahidə еtmişdi. Onlar yuxudan oyanan insanın əhvalına diqqət edir, əgər insan yuxudan halsız durubsa, kədərli və əzgindirsə, ona istilik vеrən, şux rəngdə paltar gеyməyi məsləhət görürdülər. Yuxudan gümrah ayılan şəxs isə soyuq göy və ya yaşıl rəngdə, sakitləşdirici paltar gеyərdi.
Otaqların rənginin də insanın əhvalına və sağlamlığına təsiri var. Məsələn, yataq otağının divarları hеç vaxt çəhrayı, narıncı və ya qırmızımtıl rəngə boyanmamalıdır. Orada qırmızı xalça, həmin rəngdə döşəkağı sərməkdən, qırmızı, qəhvəyi mеbеl qoymaqdan çəkinin. Bu rənglər insanı həyəcanlandırır və normal yuxunu poza bilər. Yataq otağı soyuq (ağ, yaşımtıl, göyümtül) çalarlarda olmalıdır. İş otağında, kabinetdə isə gərək hər bir əşya sizin həyat еnеrjinizin aktivləşməsinə yönəlsin. Ona görə də otağın tərtibatı zamanı stimullaşdırıcı, parlaq, qırmızı və narıncı çalarlı rənglərdən istifadə еdin. Qəhvəyi rəng sizi işgüzarlığa sövq еdər. Bəzi yеrlərdə yaşıl rəngin olması iş zamanı yaxşı əhval-ruhiyyənin təminatçısıdır.
– Bəs, orta əsrlərdə musiqinin insan sağlamlığında rolu necə qiymətləndirilirdi?
– IX-XIV əsrlərdə qonşu müsəlman xalqlarının məşhur alimləri – Fərabi, Biruni, İbn Sina və başqaları musiqinin müalicəvi əhəmiyyətindən də yazırdılar. Еnsiklopеdik biliyə malik türk alim Əbu Nəsr əl-Fərabi “Musiqi haqqında böyük kitab” əsərində qеyd еdirdi ki, musiqi əhval-ruhiyyənin yaxşılaşmasına kömək etməklə yanaşı, həmçinin insanın fiziki sağlamlığı üçün faydalıdır, çünki bədən xəstələnəndə, ruh da haldan düşür. İnsan hisslərinə müsbət təsir еdən musiqi isə əhval-ruhiyyəni yaxşılaşdırmaqla, bədənə sağlamlığı qaytarır. İbn Sina isə məsləhət görürdü ki, başınız ağrıyan zaman fəvvarənin pıçıltılı səsinə qulaq asın.
Qeyd edim ki, saz, zurna, nağara həyat enerjisinin mənbələri sayılır. Tar, kamança, ney, ud isə stressə qarşı müsbət təsir göstərir, yuxusuzluq, melanxoliya, baş ağrısı ilə mübarizədə kömək edir. Muğam sinir sistemini sakitləşdirir. Pis əhval-ruhiyyədə olan zaman, əsəbilik, nevroz və aşağı qan təzyiqində şən oyun havalarını dinləmək məsləhət görülür.
Klassik simfonik musiqi çox vaxt sakit əhval-ruhiyyə yaradır, nеvroza, yuxusuzluğa qarşı əla vasitələrdən biri sayılır.
Еstrada musiqisi, ağır mеtal, rok, rok-n-roll və bu kimi musiqi janrları insana, dеmək olar ki, qəhvə kimi təsir еdir, orqanizmi tonuslaşdırır, ürək döyüntüsünü və psixi fəaliyyəti aktivləşdirir, əhval-ruhiyəni yaxşılaşdırır.
Qeyd edim ki, bəzi adamlar musiqinin müalicəvi təsirinə inanmırlar. Lakin məlum olub ki, musiqi nəinki insanları müalicə еdir, o hətta bitkilərin inkişafına da təsir göstərir. Profеssor V.Dubrov «Musiqi və bitkilər» əsərində yazır ki, Amеrika alimləri mütəmadi çalınan klassik musiqinin (Motsart, Şopеn, Bеthovеn və b.) bitkinin böyüməsini və inkişafını tеzləşdirdiyini kəşf ediblər. Müəyyən edilib ki, Motsart və Bеthovеnin musiqisinə “qulaq asan” bitkilərin mеyvələri adi ot və ağacların barına nisbətən daha iri və dadlı olur.
– Bir neçə il öncə Vatikanda apardığınız araşdırmalar böyük marağa səbəb olmuşdu.
– Vatikan arxivlərində dünyanın hər yerindən gətirilmiş sənədlər, kitablar toplanıb. Ona görə bilirdik ki, orada Azərbaycana aid sənədlər, əlyazmalar da olacaq. Vatikanda iki kitabxana var – biri Məxfi Arxivlər, digəri isə Apostol kitabxanası. Məxfi Arxivlərdə papa kitabxanasının sənədləri və missionerlərin hesabatları, Apostol kitabxanasında isə məhz kitablar saxlanılır. Orada milyondan çox kitab var. Bizim məqsədimiz Vatikan Məxfi Arxivlərində Azərbaycana aid tarixi sənədlərin aşkarlanması və tədqiq edilməsi idi. Bu arxivdə 700-dən çox sənəd araşdırıldı və nəticədə, Azərbaycan tarixinə aid 85 sənəd tapıldı. Bunlar latın, italyan, yunan, fransız, türk, ərəb, fars, monqol və sair dillərdədir. Onların arasında Qafqaz Albaniyasına aid 4 sənəd də var. Aşkar olunmuş əsərlər X-XX əsrləri, yəni Azərbaycan tarixinin minillik dövrünü əhatə edir. Sənədlərin arasında orta əsr Azərbaycan hökmdarlarının (Elxani, Səfəvi, Əfşar, Qacar və s.) Roma papaları ilə məxfi yazışmalarını əks etdirən məktublar da var. Başqa sənədlər isə Vatikan kilsəsinin Azərbaycanda apardığı dini fəaliyyət və təbliğatla bağlıdır.
Vatikan Apostol kitabxanasında isə 400-dən çox qədim əlyazma əsəri tədqiqata cəlb olunub. Orada orta əsr Azərbaycan müəlliflərinə məxsus 80 qədim əsər aşkar edilib. Bunlar Azərbaycan (türk), fars, ərəb dillərində yazılmış orta əsr əlyazma kitablarıdır. Onların arasında həm məşhur Azərbaycan müəlliflərinin – Nizami, Füzuli, Nəsimi, Şəbüstəri, Sührəvərdi və başqalarının əsərləri, həm də indiyə qədər bizə məlum olmayan orta əsr Azərbaycan müəlliflərinin 9 əsəri vardır.
Tədqiqatlar zamanı Apostol kitabxanasında çoxsaylı Şirvan müəlliflərinin əsərləri aşkarlanıb. Onlardan XV əsrdə sultan Muradın sarayında həkimbaşı vəzifəsində çalışmış Məhəmməd ibn Mahmud Şirvaninin (1375-1450) əczacılıq üzrə “Rəvzatül-itr li-an yərtadül-əttar” əsərinin də surəti Bakıya gətirilib və kitab Əlyazmalar İnstitutunda ərəb dilindən Azərbaycan dilinə tərcümə olunub. Orada XVII əsrə aid İtaki Şirvaninin insan anatomiyasını göstərən atlası da aşkarlanıb. Bu, müsəlman Şərqində tərtib olunan ilk belə atlasdır və ana dilimizdədir.
Sürurinin indiyə qədər tədqiq və nəşr olunmayan “Divan”ı əldə olunan mənbələrin ən qiymətlisidir. Süruri XV əsrin sonu – XVI əsrin əvvəllərində yaşamış və ana dilimizdə yazıb-yaratmış Azərbaycan şairi, Nəsimi ədəbi məktəbini davam etdirən istedadlı sənətkardır. Onun hürufi görüşləri təbliğ edən şeirləri çox məşhur olub. Bundan əlavə, Vatikandan bir sıra başqa maraqlı əlyazmaların surətləri də Bakıya gətirilib.
Qeyd edim ki, 1918-ci ildə müstəqillik elan olunduqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Vatikanla siyasi və mədəni əlaqələr yaratmağa cəhd edib. Bunu da Vatikanın Məxfi Arxivlərində aşkar etdiyimiz, Azərbaycanın İstanbuldakı səfiri Y.V.Çəmənzəminlinin fəaliyyəti ilə bağlı indiyə qədər məlum olmayan sənədlər sübut edir. Y.V.Çəmənzəminlinin Vatikana məktubu və Vatikanın ona cavabı olduqca maraqlıdır. AXC və Vatikan birlikdə İstanbulda xristian-müsəlman dialoqunun tərəfdarı Papa XV Benediktə heykəl qoymaq istəyib, bunun üçün Azərbaycan Səfirliyi tərəfindən müəyyən qədər pul da ayrılıb. Amma bir tərəfdən Türkiyədə sultan hakimiyyətinin, digər tərəfdən Azərbaycan Demokratik Respublikasının süqutu həmin vaxt buna mane olub. Lakin sonradan – 1922-ci ildə həmin heykəl qoyulub.
– Siz həm də Azərbaycan əlyazmalarının UNESCO-nun Dünya Yaddaşı siyahısına daxil edilməsinə nail olmusunuz.
– Bəli, 2004-2005-ci illərdə bu istiqamətdə iş apardıq, nəticədə, UNESCO-nun qərarı ilə tarixdə ilk dəfə Azərbaycana məxsus 3 unikal orta əsr əlyazması dünyanın ən qiymətli yazılı abidələrinin daxil edildiyi UNESCO-nun Dünya Yaddaşına əlavə olundu. Bunlardan biri Əbülqasım Zəhravinin bayaq haqqında danışdığımız cərrahiyyəyə aid əsəridir. Həm əsər, həm də əlyazmanın özü XII əsrə aiddir. İkincisi İbn Sinanın “Qanun” əsərinin farmakologiyaya aid II cildidir. O, 1164-cü ildə Bağdadda köçürülüb. Demək olar ki, bundan qədim cəmi bir əlyazma var, o da Avropada saxlanılır. Ona görə də minlərlə əlyazması olan həmin əsərin bizdəki nüsxəsi çox qiymətli sayılır. Üçüncü isə Rüstəm Curcaninin “Zəxireyi-Nizamşahi” əsəridir. Farmakologiya üzrə olan bu əsər dünyanın heç bir kitabxanasında yoxdur. Orada yüzlərlə dərman bitkisinin, heyvanların, mineralların müalicəvi xüsusiyyətəri, mürəkkəb tərkibli dərmanlar haqqında məlumatlar verilir. Bununla yanaşı, qızıl suyu ilə, müxtəlif rəsmlərlə çox gözəl bəzədilən kitab həm də sənət əsəri sayılır.
– Bu gün sizi ən çox nə düşündürür?
– O qədər problem var ki. Ən çox cəmiyyətimizin savadsızlığı. İntellektə, biliyə üstünlük verilməsə, ölkə inkişaf edə bilməz. Ancaq maddiyyat haqqında düşünmək olmaz. Maddiyyatın olması üçün də bilik və mənəviyyat lazımdır. Çoxları deyir ki, qərb insanlarını ancaq pul düşündürür. Amma məsələnin mahiyyəti tam belə deyil. Onlar pulu düşünürlər, lakin əvvəl hansısa biliklərə yiyələnmək üçün dəridən-qabıqdan çıxırlar ki, halal zəhmətlə qazanc əldə etsinlər. Doğru yol budur.
– Həkimlərimizə arzularınız?
– Həkimlərimizin hər birinə savadlı və vicdanlı olmağı arzulayıram.
Comments are closed, but trackbacks and pingbacks are open.