Qızdırmanı xalq təbabəti ilə necə aşağı salmaq olar
Tibdə müəyyən hormonal testosterone tərkibli mazlar var ki, cinsi inkişafdan qalan, anatomik olaraq, hormonal səbəblərdən orqanı böyüməyən uşaq və yeniyetmələrə təyin edilir. Bunu da həkim təyin edir.
Bakıda cinsi orqanı 4 dəfə böyüdən krem fırıldaqçıları- “Professor Məhəbbət” qadınları necə yoldan çıxarır?
Azərbaycanda bir çox elan saytlarında ilk cərgədə gözə girən məhsullar kişilər üçün olan böyüdücü, gecikdirici, ereksiya üçün mazlar, məcunlar, kremlərdir. Bu məhsulları ayrı-ayrı şəxslər və adı, ünvanı bəlli olmayan firmalar satır.
Qiymətləri 20 manatdan 200 manata kimi dəyişir.
Araşdırmamıza görə, bu məhsulları gənc oğlanlar, kişilərlə yanaşı, qadınlar da sifariş edir. Təbii ki, öz partnyorları üçün. Cinsiyyət üzvünün ölçüsündən narazılar ordusu son ümid olaraq bu vasitələrin vədverici informasiyasına aldanır, məhsulu sifariş edir.
Professor Məhəbbət doktor kimdir?
Medicina.az super böyüdücü təsir vədi verən məhsulun müştəriyə necə, hansı yolla satılması prosesini araşdırmaq üçün nömrələrdən birinə zəng edib.
Zəngimizə ofisdə əyləşən menecer xanım cavab verdi.
Sifarişçi kimi saytdan qadın zəng etmişdi. Qadın məhsulu sifariş vermək istədiyini bildirərək, menecerə həyat yoldaşının cinsi orqanının həddən artıq kiçik olduğunu bildirdi.
Dəstəkdəki firma işçisi bir çox intim xarakterli suallar verərək, müştərinin nədən narazı olduğunu, necə əlaqədə olduğunu, kişinin orqanının təxmini nə boyda olması ilə maraqlandı.
Müştəri isə evlənəndən kişi ilə əlaqənin mümkünsüz olduğunu, cinsiyyət orqanının 5 sm, hətta loru dildə desək insan burnu boyda olduğunu bildirdi. Müştəri bu kiçiklikdə orqanın bu vasitə nə qədər böyüyə biləcəyini soruşduqda, həmin xanım uzununa daha 4-5 sm, eninə 1-2 sm böyüyəcəyini dedi.
Müştəri “əgər bu kremi alsaq, həm o, həm mən əziyyətdən, bu utanc hissindən nə qədər tez müddətə xilas olacağıq” sualına firma əməkdaşı qəribə cavablar verdi: ” Bəs bu adama niyə ərə getmisiz?. Bu qədər dözmüsüz, bir qədər də dözün, sifariş gəlsin, 1-2 həftə çəkin düzələcək” dedi.
Müştəri bir qədər tibbi xarakterli suallarına cavab və zəmanət istədikdə söhbətin ən gözlənilməz məqamı baş verdi. Belə ki, menecer qadın suallara cavab üçün telefona guya öz həkimlərindən birini dəvət etdi. Bu dəfə cavab verən kişi idi.
“Buyurun, mən professor Məhəbbət doktoram” deyən cavan oğlan xanımı daha açıq, intim suallara çəkir və guya tibbi baxımdan məlumatlandırır.
Professor Məhəbbət doktor baltanı lap kökündən vuraraq, məhsullarının original, super olmasını bildirib, bapbalaca, hətta heç böyüməyən cinsiyyət orqanının 2 kurs müalicə ilə həm uzununa, həm eninə böyüyüb, 20 sm-ə çata biləcəyi vədini verdi.
” Xanım narahat olmayın, hətta ondan da kiçik üzvü böyüdə bilər. Ona görə siz 2 kursluq müalicə götürün, 180 manat edir. 2 kursa 20 sm-ə çatacaq” – deyə professor Məhəbbət Məhəbbətov çarəsiz qadınları məharətlə “toruna salır”.
Biz “siz urololoqsuz, nə həkimisiz” soruşduqda Məhəbbət professor ” bəli, bəli, biz bu sahə üzrə həkimik, xəstələrdə bu kremin nəticəsini görürük, bizə istədiyiniz vaxt zəng edə bilərsiz” dedi.
Beləcə, 180 manatlıq 2 kurs mazı 5 dəqiqəyə qadına satmağı bacaran adı, ünvanı bəlli olmayan firma və özünə satdığı mala uyğun seksual ad seçən “professor Məhəbbət” daha bir ailəni “xoşbəxt” etdi.
Həmin məhsulların bir neçəsinin reklam mətnini təqdim edirik:
“Cinsi orqan kicikliyi,inkisafdan qalma problemləri olan kisilər ucun tamamilə bitki tərkibli,effektini ilk gunlərdən gostərmeye baslayan penis böyüdücü kremi.
Effekti; 30 yasa qədər kisilərdə 4-5 sm cinsi orqani böyüdür, 30 yasdan yuxarı kisilərdə isə 3-4 sm boyudur.
Bundan başqa cinsi orqanı ortalama 1 sm qalınlaşdirir”.
Bu kimi mazların, super vasitələrin həqiqətənmi təsir edib-etmədiyini soruşmaq üçün, bu dəfə həqiqi həkim, uroloq androloq Seymur Mehtiyevdən açıqlama aldıq. O, dəfələrlə cinsi üzvün, penisin böyüdülməsi üçün təklif edilən kremlərin, məcunların təsirsiz olmasını bildirmişdi:
Mazlar heç kimi şirə, pələngə döndərmir – Uroloq androloq
“Əgər bir mazla orqan böyüsəydi, hərə əlinə bir krem alıb, cinsiyyət üzvünü filə döndərərdi. Onda dünyanın halını necə təsəvvür edərdiz?
Bu kimi məhsullar yüzlərlədir. Cinsiyyət üzvü ölçüsü kişilərin ən çox maraqlandığı yaralı mövzudur. Ona görə bundan işbazlar, fırıldaqçılar istifadə edir. Mən bu reklamlarda yazılan təsviri fala baxan qaracıların sözlərinə bənzədirəm. Hamıya yaxşı olacaq vədini verir. Kim öz malını pisləyər?
Tibdə müəyyən hormonal testosterone tərkibli mazlar var ki, cinsi inkişafdan qalan, anatomik olaraq, hormonal səbəblərdən orqanı böyüməyən uşaq və yeniyetmələrə təyin edilir. Bunu da həkim təyin edir.
Qalan hallarda 30-35 yaşlı kişinin əslində normal olan, amma daha da böyüməsini istədiyi orqana belə kremlərin sürtülməsi mənasızdır.
Çox kişilər hər şey normal olsa da buna qane olmur, seksual performansını artırmaq üçün elə düşünür ki, nə qədər böyük olsa o qədər yaxşıdır. Amma bilmir ki, əsas orqanın işlək olmasıdır. 14 sm-lik orqan necə işləyirsə, 20 sm-lik də elə olacaq. Yəni bir kişi seksual qabiliyyətindən razı deyilsə, ən nəhəng cinsiyyət orqanına sahib olsa da eyni kişi olacaq. Mazlar heç kimi şirə, pələngə döndərmir.
Həqiqətən də cinsi orqanı müəyyən tibbi səbəblərdən kiçik olan pasiyentlərdə hormonal müalicə və əməliyyatla orqanı bir qədər uzatmaq olar. Bunu da lazım biləndə biz əməliyyat edirik.
İnternet portallarında olan elanlar isə reklamdır, biznesdir, boş sözlərdir. Bəzi kremlər mentol tərkibli olur, dəriyə vuranda qıcıqlandırır, 5 dəqiqəlik ödem yaradır, kişi elə bilir ki, böyüdü. Amma bu effekt müvəqqətidir.
İşbazlar kişilər üçün çox həssas olan bu mövzudan məharətlə istifadə edir, hələ illərlə də istifadə edəcəklər. Allah insana ağıl verib, hər gördüyünə inanıb-inanmamaq insanın öz əlindədir. Bunlar pul, vaxt, ümid itkisindən başqa bir şey deyil”
Qızdırmanı xalq təbabəti ilə necə aşağı salmaq olar?
Bir çox infeksiyon və soyuqdəymə xəstəlikləri qızdırmanın qalxması ilə müşahidə olunur. Qızdırmanın qalxması orqanizmin infeksiya ilə mübarizəsinə işarədir. Bu çox yaxşı haldır, çünki qızdırmanın qalxmaması immunitetin zəif olması deməkdir. Lakin qızdırmanın 39-40 dərəcəyə qalxması təhlükəlidir.
Apteklərdə müxtəlif qızdırmasalan dərman preparatları satılsa da, xalq təbabəti vasitələri effektivliyində geri qalmayıb, üstəlik mədə-bağırsaq üçün də təhlükəsizdir. Qızdırmanı salan hansı xalq təbabəti vardır?
Ən sadə xalq təbabəti soyuq kompres hesab olunur. Alnınıza odekolonlu və ya spirtli soyuq suda isladılmış pambıq parçadan kompres qoyun. Əgər uşağın qızdırması qalxmışdır spirtin əvəzinə çay ağacı yağı, evkalipt və ya ağ şam ağacı yağı damcısından istifadə etmək olar. Bu təbii yağlar buxarla birgə uşağın nəfəs borularına gedir ki, onlar soyuqdəyməyə qarşı xeyirlidir və antiinfeksiyon təsirə malikdirlər.
Yüksək qızdırma zamanı bədəni sirkə (alma və ya süfrə), spirt (uşaqlar üçün yarıbayarı su ilə qatılmalı) və yaxud sadə soyuq suda isladılmış dəsmal ilə silinmək olar. 3 yaşından kiçik uşaqları sərin suda isladılmış əskiyə bürümək olar. Effekt belədir ki, sirkə və spirt tez buxarlanan olduğundan buxarlanma zamanı bədən soyuyur və qızdırma düşür.
Qızdırmanı çoxlu maye qəbulu ilə də salmaq olar. Ən yaxşı effekt verən giləmeyvə kompotlarıdır. Bu kompotları isti-isti içmək lazımdır və yaxşı olardı ki, maye qəbulu yatmamışdan öncə baş versin və ya maye qəbulundan sonra yataq rejiminə riayət olunsun. Kompotu malina, qırmızı qarağat, itburnu və sair C vitamini ilə zəngin olan giləmeyvələrdən istifadə etmək olar. Tərləyərək qızdırmanız düşəcək və C vitamini immunitetinizi möhkəmləndirəcək. Əgər boğazınızda qaşıntı yoxdursa limon, portağal və qreypfrutdan da istifadə edə bilərsiniz. Qızdırmanı həmçinin bal və sarımsaqlı süd yaxşı salır. Həmçinin müxtəlif bitki çaylarından da istifadə edə bilərsiniz (zoğal, albalı və malina mürəbbəsi ilə).
Qızdırmanı aşağı salmaq üçün təbi müalicəvi bitkilərdən istifadə etmək olar – dalamazın yarpaq və güllərindən, gicitkən, kəndalaş gülündən, çökə çayından, itburnudan. Bilmək lazımdır ki, bunların istifadəsi zamanı qızdırma dərhal düşmür və tədricən təsir edir. Xüsusən bu vasitələr körpə uşaqlar üçün məsləhətlidir ki, onlara ağır dərmanların verilməsi arzu olunmazdır.
Tez sağalmaq üçün xəstənin olduğu otağın havası dəyişdirilməlidir, yataq və alt paltarları tez-tez dəyişdirilməlidir.
Comments are closed, but trackbacks and pingbacks are open.